Məhkəmə qərarları › İş №1(102)-1795/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1795/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1795/2023 13.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmranovun, məhkumu müdafiəçiləri Müdafiəçi5 və Müdafiəçi25 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarından Məhkum və onun müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Azər Paşayev (sədrlik edən), Əhməd Quliyev və İradə Həsənzadə) 21 dekabr 2021-ci il tarixli, 1(101)-1408/2021 nömrəli hökmü ilə xx xxxxxxx 1959-cu ildə Füzuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, "xxxx" MMC-nin direktoru vəzifəsində işləmiş, məhkum olunmamış, Bakı şəhəri, ünvan 1 ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinib ona CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci və 62-ci maddələri tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli öz ünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, CMin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsind ə çəkməklə cəzaçəkmə müddətinin əvvəli 14 yanvar 2021-ci il tarixdən hesablanmış, o cümlədən Məhkum CM-in 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmişdir. Hökmlə həmçinin X5, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 qızı, Təqsirləndirilən şəxs10 qızı, Məhkum qızı, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs8, Təqsirləndirilən şəxs9 da təqsirli bilinərək məhkum olunmuşlar. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs qismində qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkum tərəfindən cinayət əməllərinin törədilməsi halları həm birinci instansiya məhkəməsinin hökmündə və həm də apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı şəkildə əks olunmuşdur. Məhkəmə kollegiyası həmin əməlləri hazırkı qərarda yenidən təsvir etmək zərurəti görmür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Elmar Rəhimov və Kamran Əkbərov) 1(103)-561/2022 nömrəli, 29 mart 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum və onun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 1(103)-561/2022 №-li qərarı və Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)- 1408/2021 №-li hökmü Məhkum aid olan hissədə ləğv edilməsini, Məhkum barəsində cinayət təqibinə xitam verilməsi və N.M. Məmm ədovun əmlakının müsadirə edilməsi barədə qərar ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və onun müdafiəçisi Müdafiəçi5 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, cinayət işinə baxış keçirilərkən işə obyektiv, hərtərəfli yanaşılmamışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun gəlmir, mühüm əhəmiyyət kəsb edən faktiki hallar aydınlaşdırılmamış, cinayət qanununun normaları düzgün tətbiq edilməmiş, məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, təqsirləndirilən şəxsin ittiham olunduğu əməllərdən heç birinə öz fikrini bildirməmiş, məhkəmə cinayət təqibini is tisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxarmış, məsuliyyəti yüngülləşdirən halları nəzərə almadan cəza təyin etmişdir. Bakı Apellyasiya Məhkəməsi Məhkum apellyasiya şikayətinə faktiki olaraq baxmamış, müdafiəçisinin heç bir dəlilini təkzib etməmiş və onlara heç bir qiymət verməmişdir. Məhkəmə Məhkum əməlinin tövsif edilməsinə, mülkiyyət əleyhinə olan cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsinə və xüsusi müsadirəyə dair cinayət qanunun normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Məhkum eyni əmələ görə qanuna zidd olaraq CM-nin müxtəlif bölmələrində nəzərdə tutulmuş iki ayrı-ayrı maddə ilə ittiham edilərək məhkum edilmişdir. Məhkum öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını mənimsəməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4- cü maddəsi ilə məhkum edilmişdir. Məhkəmə Məhkum eyni əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə də əlavə olaraq tövsif etmişdir. Lakin qanuna əsasən şəxs öz qulluq mövqeyindən istifadə etməklə cinayət törətməkdə ittiham olunduqda onun əməlinin CM-in 308-ci maddəsi ilə əlavə tövsifinə heç bir ehtiyac yoxdur. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarında da deyilir (bənd. 23). Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsinə əsasən heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Məhkum vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı müstəqil epizodlar elan edilmədiyindən onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Azərbayca n Respublikasının Cinayət Məcəlləsinin 73-1.3-cü maddəsinə əsasən CMnin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmişlə barışdıqda və dəymiş ziyanı tamamilə ödədikdə, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. CM-nin 73-1 maddəsinin tələblərinə müvafiq olaraq birgə törədilən cinayət əməli iştirakçılarından biri tərəfindən dəymiş ziyanın ödənilməsi halında digərləri barədə də cinayət təqibinə xitam verilir. Məhkum işi üzrə (səh. 263) hökmdə göstərilib ki, 16.928.086,44 manat məbləğində vəsait V.M.Səfərli, Məhkum, V.İ.İsmayılov, A.M.Vəliyev, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs10 birgə qaydada tutulmalıdır. Mülki iddiaçı 16.928.086,44 manat məbləğində pulun V.M.Səfərli, Məhkum, V.İ.İsmayılov, A.M.Vəliyev və Təqsirləndirilən şəxs5 birgə qaydada tutulması barədə vəsatət qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1113-cü maddəsinə əsasən bir neçə şəxsin birgə hərəkətləri nəticəsində vurulmuş ziyan onlardan birgə tutulur. Məhkəməyə qədər icraat zamanı qrup şəkilində törədilən cinayət nəticəsində cəmi dəymiş 16.928.086,44 manat məbləğində ziyanın ödənilməsi məqsədi ilə məlum maraqlı şəxslərin təşəbbüsü və köməyi ilə Təqsirləndirilən şəxs4 tərəfindən Bakı şəhəri 525-ci kvartal, Mətbuat prospekti, 23 L ünvanında yerləşən ümumi dəyəri 32.330.086,10 manat olan sahəsi 12.535,9 kv. metr olan daşınmaz əmlak və 1.000.000 (bir millyon) manat nağd pul təqdim edilmiş və cinayət prosesi orqanı tərəfindən tam qəbul edilmiş dir. Lakin, CM-in 73-1 maddəsinin tələblərinə zidd olaraq, məhkəmə həmin ödənişi yalnız Təqsirləndirilən şəxs4 aid etmişdir. Bundan başqa, məhkəmə xüsusi müsadirə qaydasında V.M.Səfərlinin, Təqsirləndirilən şəxs10 və Təqsirləndirilən şəxs5 10.000.000 (on milyon) manatdan artıq məbləğdə əmlakının dövlət xeyrinə tutulması barədə qərar qəbul etmişdir. Beləliklə, cinayətin iştirakçıları tərəfindən mənimsənilən 16.928.086,44 manat vəsaitin müqabilində onlar tərəfindən birgə 43.000.000 manatdan çox ödəmə edilmişdir ki, həmin məbləğ dəymiş ziyanın tam ödənilməsini, eləcə də CM-nin 73-1 maddəsinə müvafiq vurulmuş ziyanın 50% miqdarında dövlət büdcəsinə ödəniş edilməsini təmin edir. Lakin qanunun tələblərinə zidd olaraq, məhkəmə CM-nİn 73-1 maddəsinin tələblərinə məhəl qoymadan dəyən ziyanın tam öd ənilməsinə və dövlət büdcəsinə ödənişin edilməsinə heç bir qiymət verməmişdir. Məhkəmə xüsusi müsadirə haqqında cinayət qanununun müddəalarına istinad edərək, Abşeron rayonunun Mehdiabad qəsəbəsində 0,10 ha sahəsi olan və Şamaxı rayonunun Nağaraxan kəndində 0,12 hektar sahədə yerləşən Məhkum məxsus torpaq sahələrinin dövlətin xeyrinə alınması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 fevral 2022-ci il tarixli “Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1,408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” qərarına əsasən cinayət əməlinin törədilməsindən əvvəl əldə edilmiş və ya bu əməl nəticəsində əldə edilməmiş təqsirləndirilən şəxsə və ya digər şəxslərə məxsus əmlaka münasibətdə məcburi cinayət-hüquqi tədbir olaraq müsadirə tətbiq edilə bilməz. Məhkum 2011-2019-cu illər arasında törətdiyi iddia edilən mənimsəmədə ittiham olunur və məhkum edilib, terorrizmi və digər oxşar cinayətlərdə ittiham olunmamışdır. Şamaxı rayonunun Nağaraxan kəndindəki torpaq sahəsi Məhkum tərəfindən 2006-cı ildə, Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki torpaq sahəsi isə - 2007-ci ildə əldə edilmişdir, (mülklərə dair reyestrdən çıxarışlar işdə var). Yuxanda göstərilənlərlə əlaqədar olaraq, həmin torpaq sahələri cinayət yolu ilə əldə edilmiş əmlaka aid edilə bilməz və xüsusi müsadirə qaydasında dövlətin xeyrinə müsadirə edilməməlidir. Məhkum 2012-ci ilin yanvar ayından 20 19-cu ilin mart 15-dək törətdiyi əməllərə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə ittiham olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi (vəzifə saxtakarlığı) böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. Cinayət işinin materiallarında Məhkum məsuliyyətini yüngülləşdirən bir sıra məlumatlar mövcuddur. Belə ki, 1959-cu il təvəllüdlü Məhkum əvvəllər məhkum olunmamış, cinayət və ya digər məsuliyyətə cəlb edilməmiş, yaşayış və iş yeri üzrə müsbət xarakterizə olunur. Məhkum Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçısı, müharibə veteranıdır. Erməni işğalçılarına qarşı döyüşlərdə yaralanmış, 2 qrup əlil olmuşdur. Məhkum bir sıra ağır xəstəliklərdən əziyyət çəkir və məhkəmə işi qovluğunda bu barədə müvafiq sənədlər mövcuddur. Həmçinin Məhkum həyat yoldaşı da ağır xəstəlikdən əziyyət çəkir və bu barədə məhkəmə işi qovluğunda müvafiq sənədlər var. Vicdanlı əməyinə görə Məhkum bir sıra hökumət mükafatlarına malikdir, 2017-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Və ən başlıcası, nəzərə almağınızı xahiş edir ki, iş üzrə maddi ziyan maraqlı şəxslər tərəfindən tam ödənilmişdir. Lakin məhkəmə subyektiv mövqedən çıxış edərək, şərh olunanları nəzərə almadan, Məhkum yalnız birinci dəfə cinayət törətməsini yüngülləşdirən hal kimi göstərmişdir. Müdafiə tərəfi iki dəfə (xx.xx.2021 -ci il və xx.xx.2021 -ci il) prosessual hərəkətlərin icraatı qaydalarının kobud şəkildə pozulması ilə əldə edilmiş yolverilməz sübutların məhkəmə baxışından çıxarılması barədə v əsatət qaldırmış, lakin hər iki vəsatət məhkəmə tərəfindən baxılmadan saxlanılmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, y eni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Məhkum barəsində olan cinayət işi üzrə icraata xitam verilməli olduğu halda məhkəmələr tərəfindən əsassız olaraq onun barəsində Azərbaycan Respublikası CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham hökmü çıxarılmış, ona CM-in 179.4 və 308.2-ci maddələri ilə cəza təyin edilmiş və ona məxsus əmlak müsadirə edilmişdir. Belə ki, kassasiya şikayətində qeyd edi lmişdir ki, Məhkum əməli CM-in 179.4-cü maddəsi ilə əhatə olunur və əlavə olaraq CM-in 308.2-ci maddəsi ilə tövsif edilməsi tələb olunmur. Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməl nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan digər məhkum Təqsirləndirilən şəxs4 tərəfindən tamamilə ödənilmiş və əlavə olaraq ziyanın əlli faizi miqdarında dövlətə ödəniş edilmişdir. Bu hal Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə olan cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsinə əsasən xitam verilməsi üçün əsasdır. Azərbaycan Respublikası CMin 313-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Müsadirə olunmuş əmlak isə məhkuma qarşı irəli sürülmüş ittihamla əhatə edilən dövrdən əvvəl onun tərəfindən əldə edilmiş to rpaq sahələri olduğundan cinayət yolu ilə əldə edilmiş əmlak kimi hesab edilə bilməz və xüsusi müsadirə edilməli olan əmlaka aid deyildir. Məhkəmə kollegiyası aşağıda göstərilən səbəblərə görə kassasiya şikayətinin bu dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkum əməllərinin tövsifi ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkum özünü Azərbaycan Respublikası CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli bilməsə də, onun həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməsi cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu – şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları, Azərbaycan Respublikası Hesablama Palatasının aktı və digər iş materialları ilə məhkəmə istintaqında sübuta yetirilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələri həmin sübutları ətraflı tədqiq etmiş və Məhkum təqsiri müəyyən edilərkən müvafiq olaraq hökm və qərarda təsvir etmişdir. Məhkəmə qərarlarında iş üzrə bütün sübutlar qiymətləndirilərək ətraflı şərh edildiyindən, habelə kassasiya şikayətində həmin sübutları mübahisələndirən hər hansı dəlil göstərilmədiyindən məhkəmə kollegiya sı sübutların yenidən təsvir edilməsinə zərurət görmür. Cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Məhkum hazırki cinayət işi üzrə qulluq mövqeyindən istifadə etməklə qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamış, vəzifəli şəxs qismində qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək vəzifə saxtakarlığı törətmişdir. Məhkum öz vəzifə səlahiyyətlərindən sui-istifadə etmə hərəkətlərinin tam olaraq Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə əhatə olunmasına dair kassasiya şikayətinin dəlilini də məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, işin hallarından və Məhkum qarşı irəli sürülmüş ittihamından görünür ki, onun "xxxx" MMC-in direktoru kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi yalnız pul vəsaitlərinin bilavasitə talaması ilə bağlı deyil, digər məhkumlarla qabaqcadan əlbir olub cinayət fəaliyyətini həyata keçirmək üçün cəmiyyət adından müvafiq müqavilələrin bağlaması və digər səlahiyyətlərindən istifadə etməsi ilə əlaqədar olmuşdur. Ona görə də, məhkəmə kollegiyası Məhkum əməllərinin Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə yanaşı həmin Məcəllənin 308.2-ci maddəsi ilə tövsif edilməsini əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyasının fikrincə kassasiya şikayətinin hazırki cinayət işi üzrə vurulmuş 16.928.086,44 manat miqdarında ziyanın məhkum Təqsirləndirilən şəxs4 tərəfindən tamamilə ödənilməsi və əlavə olaraq həmin ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə dəlili cinayət işinin materialları ilə uzlaşmır. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, hazırki cinayət işi üzrə digər məhkum Təqsirləndirilən şəxs4 məxsus Bakı şəhəri, Yasamal rayonu, 525-ci məhəllə, Mətbuat prospekti, 23L ünvanında yerləşən 12535,9 kv. metr olan əmlak və Baş Prok urorluğun depozit hesabına qoyulmuş 1.000.000 manat pulu cinayət yolu ilə əldə edilmiş əmlak kimi dövlət nəfinə müsadirə edilmişdir. Həmçinin həmin hökmlə mülki iddiaçı “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi” Publik hüquqi şəxsin mülki iddiası təmin edilmiş, Məhkum, habelə cinayət işi üzrə digər məhkumlar X2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, X1 müştərək qaydada 16.928.086,44 manat tutulub “Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi” Publik hüquqi şəxsə ödənilməsi barədə qərar qəbul edilmişdir. Məhkumlar Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 hökmdən apellyasiya şikayətləri verməmişlər. Məhkumlar X3, Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs10 müdafiəçilərinin apellyasiya şikayətləri təmin edilməmiş, kassasiya şik ayətləri həmin şəxslərin əmlakının müsadirə edilməsi hissəsində qismən təmin edilmiş, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı mülki iddia hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Məhkumların zərərçəkmiş şəxslə barışması, məhkum Təqsirləndirilən şəxs4 tərəfindən cinayət nəticəsində vurulmuş 16.928.086,44 manat məbləğində ziyanın ödənilməsi və həmin ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi barədə heç bir sənəd ci nayət işinə əlavə edilməmişdir. Məhkum və Müdafiəçi5 məhkum Təqsirləndirilən şəxs4 məxsus və öz dəyərinə görə cinayət nəticəsində vurulmuş maddi ziyanı əhəmiyyətli dərəcədə aşan əmlakın dövlət nəfinə müsadirə edilməsini onun tərəfindən ziyanın tamamilə ödənilməsi və ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş edilməsi kimi qiymətləndirib Məhkum Azərbaycan Rrespublikası CM-in 73-1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi əsası kimi qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası işin yuxarıda sadalanan hallarını nəzərə alaraq nəticəyə gəlir ki, hazırki cinayət işi üzrə Məhkum cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 73-1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayətinin bu barədə dəlili əsa ssızdır. Həmçinin məhkəmələrin hökm və qərarından görünür ki, N.M.Maraqlı şəxs4baycan Respublikası CM-in 313-cü maddəsi ilə təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə ona cəza təyin edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin mövqeyi əsaslıdır və qanun tələblərinə uyğun gəlir. Belə ki, Azərbaycan Respublikası CM-in 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CM-in 43.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə müdafiə tərəfinin razılı ğı ilə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-in 44.2.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə cəza təyin etməməklə ittiham hökmü çıxarılır. Yuxarıda qeyd edildiyi kimi təqsirləndirilən şəxs Məhkum özünü CM-in 313-cü maddəsi ilə təqsirli bilməmiş və onun barəsində həmin maddə ilə cəza təyin etməməklə ittiham hökmünün çıxarılması əsaslı olmuşdur. Beləliklə, hazırki cinayət işi üzrə Məhkum barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi üçün qanuni əsaslardan heç biri müəyyən edilməmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum barəsində o lan cinayət işi üzrə icraata xitam verilməsi barədə dəlili əsassız olduğundan razılaşmır. Məhkəmə kollegiyası Məhkum əməllərinin tövsifinə dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. İş materiallarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPMin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Məhkəmələrin müvafiq olaraq hökm və qərarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolverilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqd im edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş və prosesin iştirakçılarına, o cümlədən təqsirləndirilən şəxs Məhkum qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqlarından tam həcmdə istifadə etməsi üçün kifayət qədər imkanlar və şərait yaradılmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, Məhkum əməlləri CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Göründüyü kimi, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 179.4, 308.2 və 313-cü maddələri ilə təqsirli olması sübuta yetirilmişdir və onun barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum mülkiyyətində olan Şamaxı rayonu, Naqaraxana kəndidəki 0,12 ha və Abşeron rayonu, Mehdiabad qəsəbəsindəki 0,10 ha torpaq sahələri xüsusi müsadirə edərək dövlət nəfinə alınmışdır. Kassasiya şikayətində qeyd edilmişdir ki, həmin torpaq sahələrin müvafiq olaraq 2006 və 2007-ci illərdən, yəni Məhkum təqsirli bilindiyi cinayət əməlləri törədilənədək onun mülkiyyətində olması ilə əlaqədar onların xüsusi müsadirəsi qanunsuz olmuşdur. Məhkəmə kollegiyası aşağıda göstərilən səbəblərə görə kassasiya şikayətinin bu dəlili əsaslı hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinə əsasən bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Şamaxı rayonu, Naqaraxana kəndidəki 0,12 ha torpaq sahəsi 13 iyul 2006-cı ildən, Mehdiabad qəsəbəsindəki 0,10 ha torpaq sahəsi isə 28 avqust 2008-ci ildən Məhkum mülkiyyətindədir. Şamaxı rayonu, Naqaraxana kəndidəki 0,12 ha torpaq sahəsi nin dəyəri 24.072 manat, Mehdiabad qəsəbəsindəki 0,10 ha torpaq sahəsinin dəyəri isə 76.000 manat təşkil edir. Göründüyü kimi məhkəmələr tərəfindən Məhkum cinayət yolu ilə əldə edilmiş əmlakın dövlət nəfinə alına bilmədiyi üçün həmin əmlakın dəyərinə görə ona məxsus olan digər əmlak xüsusi müsadirə edilmişdir. Apellyasiya instansiyası məhkəməsi işə apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin hökmü Məhkum əmlakının xüsusi müsadirəsinə aid olan hissədə qanuni hesab etmişdir. Məhkəmə kollegiyası məhkəmələrin Məhkum məxsus torpaq sahələrinin xüsusi müsadirəsi barədə qərarları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinin tələblərinə uyğun olduğundan qanuni və əsaslı hesab edir, həmin müsadirə ilə əlaqədar kassasiya şikayətinin dəlilinin isə əsassız olm ası barədə qənaətə gəlir. Məhkum və Müdafiəçi5 kassasiya şikayətinin dəlillərindən biri apellyasiya instansiyası məhkəməsinin qərarının qanunsuz və əsassız olmasıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sü butlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bununla əlaqədar qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüq uq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətin bu dəlilini əsassız sayır. Bundan başqa, kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən CM-nin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını cəzasını yüngülləşdirən hal qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azə rbaycan Respublikası CM-in 179.4-cü maddəsi ilə CM-in 46.2-ci və 62-ci maddələri tətbiq edilməklə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzası təyin edilmiş, CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş əsas və əlavə cəzaları ayrı-ayrılıqda qismən toplamaq, əlavə cəzanı isə əsas cəzaya birləşdirmək yolu ilə Məhkum qəti olaraq 03 (üç) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzif ə tutma hüququndan məhrum edilməklə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 179.4-cü maddəsində on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 308.2-ci maddəsində isə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və onun şəxsiyyətini kifayət qədər nəzərə almış və ona işin hallarına və onun şəxsiyyətinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdi yi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-cü il tarixli qərarının dəyişdirilməd ən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: X3 Azərbaycan Respublikası CM-in 179.4, 193-1.3.2,308.2, 308-2.4 və 313-cü maddələri, Məhkum, Təqsirləndirilən şəxs10, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 179.4, 308.2 və 313-cü maddələri, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 313cü maddələri, Təqsirləndirilən şəxs7, Təqsirləndirilən şəxs9 və Təqsirləndirilən şəxs8 Azərbaycan Respublikası CM-in 32.5,179.2.1, 32.5,179.2.3, 32.5,179.2.4-cü maddələri, Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası CM-in 32.5,179.3.2-ci maddəsi ilə məhkum olunmalarına dair cinayət işi üz rə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 29 mart 2022-ci il tarixli qərarı Məhkum aid olan hissədə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar