Məhkəmə qərarları › İş №1(102)-1795/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1795/2025

22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1795/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 avqust 2024-cü il tarixli, 1(103)-1761/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmud Ağalarov (sədrlik edən və məruzəçi), Faiq Qəniyev və Samir Əliyev) 23 may 2024-cü il tarixli, 1(101)-125/2024 nömrəli hökmü ilə xx xxxx 1979-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, evli, işləməyən, məhkumluğu ödənilmiş, Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76, mənzil 107-də yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 13 mart 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, şəxsiyyəti məlum olmayan «Qoca» ləqəbli «Elçin» adlı şəxsdən məlum olmayan vaxtda satış məqsədi ilə külli miqdarda, ümumi təmiz çəkisi 307,441 qram olan narkotik vasitə heroin, külli miqdarda, ümumi təmiz çəkisi 12,482 qram psixotrop maddə metamfetamin və üzərində «Methadone 40» yazısı olan konvalyutada 10 ədəd üzərilərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, narkotik vasitə metadon qanunsuz əldə edərək yaşadığı Bakı şəhəri Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 76, mənzil 107 ünvanına daşıyaraq saxlamış, 12 mart 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı mənz ildə satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 12,482 qram psixotrop maddə metamfetaminin 0,431 qram hissəsini 20 manat pul müqabilində tanışı Şahid4 satmışdır. Bundan başqa o, 13 mart 2022-ci il tarixdə yaşadığı mənzildə həmin psixotrop maddə metamfetaminin 0,540 qram hissəsini 20 manat pul müqabilində tanışı Şahid3, 0,428 qram hissəsini isə 20 manat pul müqabilində digər tanışı Şahid2 satmışdır. 13 mart 2022-ci il tarixdə, saat 19:30 radələrində Şahid4 ünvan 1 ünvanının yaxınlığında şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nə gətirilərək orada üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən, onun satdığı 0,431 qram ağ rəngli kristallardan ibarət maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetami n aşkar edilərək götürülmüş, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Bakı şəhəri Nizami RPİ-nin NMB-nin və CAŞ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 13 mart 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı ünvan 4 ünvanda aparılmış axtarış zamanı mənzilin qonaq otağında kiçik masanın üzərində «Methadone 40» yazısı olan konvalyutda 10 ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, narkotik vasitə metadon, iki ədəd gümüşü rəngli kağız bükümünün içərisində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,080 qram və 0,076 qram, ümumi təmiz çəkisi 0,156 qram olan ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metam fetamin, bir ədəd gümüşü rəngli kağız bükümünün içərisində 0,071 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd polietilen bükümdə, təmiz çəkisi 0,027 qram olan qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd qara rəngli polietilen bükümdə, təmiz çəkisi 2,343 qram qəhvəyi rəngli tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, böyük masanın üzərindən iki ədəd üzərində heroin və metamfetamin izləri olan elektron tərəzilər, içərisində heroin izləri olan bir ədəd 1 ml-lik şpris, həmin otaqda eyvanla qonaq otağının arasındaki pəncərənin altlığından içərisində heroin izləri olan iki ədəd 1 mllik şprislər və iki ədəd şüşə ampul, bir ədəd polietilen bükümdə təmiz çəkisi 3,734 qram ağ r əngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd çəhrayı rəngli polietilen bükümdə təmiz çəkisi 7,193 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd polietilen torbada təmiz çəkisi 305 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin tarixdə qeyd edilən ünvanda onunla birlikdə şübhəli şəxs qismində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Nizami RPİ-nin gətirilmiş Şahid3 üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol yan cibindən onun satdığı, xarici əlamətləri və tərkibindəki komponentlərinə görə Məhkum yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə m etamfetaminlə eynilik təşkil edən 0,540 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, Şahid2 üzərinə keçirilmiş şəxsi axtarış zamanı isə əynində olan ağ rəngli gödəkcənin sağ yan cibindən onun satdığı, xarici əlamətləri və tərkibindəki komponentlərinə görə Məhkum yaşadığı mənzildən aşkar edilmiş psixotrop maddə metamfetaminlə eynilik təşkil edən 0,428 qram ağ rəngli kristallardan ibarət maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Zaur Hüseynov (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və Həsən Əhmədov) 7 avqust 2024-cü il tarixli, 1(103)-1761/2024 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 may 2024-cü il tar ixli, 1(101)-125/2024 nömrəli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti 6 ilə endirilmiş, məhkum tərəfindən verilmiş apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 avqust 2024-cü il tarixli, 1(103)-1761/2024 nömrəli qərarının ləğv edilməsini və məhkum barəsində verilmiş ittiham üzrə təqsirinin sübuta yetirilmədiyi üçün bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, o, ittiham edildiyi maddələrlə özünü qətiyyən təqsirli hesab etmir. Məhkəmə kolleg iyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, məhkumun hazırkı cinayət işi üzrə təqsiri mötəbər sübutlarla təsdiq edilməmiş, lakin buna baxmayaraq barəsində əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham hökmü çıxarılmışdır. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, analoji dəlillər məhkumun və onun müdafiəçisinin birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətlərində də irəli sürülmüşdür. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinin bütün dəlillərinə ayrı-ayrılıqda hüquqi qiymət vermiş və həmin dəlillərin əsassız olmasına dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Belə ki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübut lar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəm ənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün, şahidlər X1, Şahid9, Şahid8Əliabbas oğlunun, Şahid3, Şahid2, Şahid1, Şahid4 ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi müdafiəçinin apellyasiya şikayətinə əsasən işə baxıb birinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifi və təqsirli olması barədə gəldiyi nəticələrlə razılaşmış, apellyasiya şikayətinin dəlilləri ə saslı hesab etməmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, məhkəmələr sübutlara və işin hallarına düzgün qiymət vermiş, həmin sübutlar Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirini təsdiq etmək üçün kifayət edir. Belə ki, məhkəmə kollegiyasının fikrincə, şahidlər Şahid3, Şahid2 və Şahid4 məhkəmə iclasında məhkumdan psixotrop maddə almadıqlarını bildirsələr də, məhkəmələr tərəfindən onların cinayət işi üzrə ibtidai istintaq zamanı verdikləri, məhkumun təqsirini təsdiq edən ifadələrin iş üzrə toplanmış digər sübutlarla uyğunluq təşkil etməsi nəzərə alınmaqla, həmin ifadələrin düzgün və həqiqətə uyğun kimi qiymətlənd irilməsi əsaslı olmuşdur. Həmin ifadələrin qiymətləndirilməsi ilə bağlı əlavə qeyd edilməlidir ki, cinayət işinə əlavə edilmiş hökmlərin sürətlərindən görünür ki, Şahid3 və Şahid2 barələrində olan cinayət işlərinə məhkəmədə baxılması zamanı verdikləri ifadələrində də hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı söylədikləri halları təsdiq etmişlər. Cinayət işinin materiallarından görünür ki, təhqiqat və istintaq orqanı tərəfindən hazırkı cinayət iş üzrə həmin sübutlar əldə edərkən cinayət prosessual qanunvericiliyinin tələblərini riayət etmiş, istintaq və prosessual hərəkətləri öz səlahiyyətləri çərçivəsində cinayət-prosessual qanunvericiliyinin normalarına uyğun keçirilmiş, kobud qanun pozuntularına yol verilməmişdir. Bu baxımdan, məhkəmələrin həmin şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrin mötəbər sübut kimi qəbul etməsi CPM-in 145-ci maddələrinin tələblərinə uyğun hesab edilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alıb, hesab edir ki, işin faktiki halları, Məhkum əməlinin hüquqi tövsifi və onun elan edilmiş ittihamda təqsirinin sübut edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkum əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcud deyildir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Mə hkəmə kollegiyasının qənaətinə görə nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması sübuta yetirilmişdir və barəsində cinayət təqibinə xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Kassas iya şikayətinin dəlilləri əsassızdır. Bundan başqa, məhkəmələr Məhkum cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini düzgün nəzərə almışlar. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya M əhkəməsinin Cinayət kollegiyasının 7 avqust 2024-cü il tarixli, 1(103)-1761/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7 avqust 2024-cü il tarixli, 1(103)-1761/2024 nömrəli qərarı kasasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar