Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1796/2022 28.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2 və Məhkum4 müdafiəçisi Müdafiəçi5 iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli hökmünə əsasən Məhkum1, Məhkum4 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3cü maddəsi, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarından Məhkum4 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər X6 və X4 ibarət tərkibdə) 10 fevral 2021-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu ildə Goranboy rayonunun Ağamalıoğlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunma mış, Goranboy rayonunun Düzqışlaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinmiş və ona 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcının şübhəli şəxs qismində tutulduğu 22 sentyabr 2019-cu il tarixdən hesablanması, haqqında seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi hökm edilmişdir. Hökmlə digər şəxslər- Məhkum1, Məhkum2 və Məhkum3 da məhkum olunmuşlar. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X10 və X1 ibarət tərkibdə) 10 iyun 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum1, Məhkum4 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5,144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 1(100)-27/2021 saylı hökmü məhkumlar Məhkum1, Məhkum4 və Məhkum2 aid hissədə verilmiş apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən verilmiş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum1 2019-cu ilin yay aylaranda fiziki cəhətdən qüsurlu olan “uşaq serebral iflici dərin tetraparez əqli,nitqi inkişafdan geri qalma.OU-müştərək daxili çəpgözlük” diaqnozu ilə xəstə oğlu Elvin Mehtiyevin həmkəndliləri 19 sentyabr 2002-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə evlənməsinə Zərərçəkmiş şəxs özü və valideyinləri razılıq vermədikləri üçün, o, Zərərçəkmiş şəxs bu niyyətlə oğurlamaq qərarına gələrək, 2019-cu ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs əmisi arvadı Məhkum3 +99***-***-**-** mobil nömrə verərək sonuncu ilə Zərərçəkmiş şəxs oğurlanmasında kömək edib məlumat alacağı barədə qabaqcadan əlbir olan bir qrup şəxs qismində razılaşmış, daha sonra Zərərçəkmiş şəxs qaçırılmasında qaynı rayonun Düzqışlaq kənd sakini Məhkum4 məxsus “Mercedes” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməklə və digər tanışı rayonun Quşçular kənd sakini Məhkum2 ilə də kömək etmələri barədə təklif edib razılışaraq həmin şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs qismində sövdələşmış, 15 sentyabr 2019-cu il tarixdə Məhkum3 ona Zərərçəkmiş şəxs qaçırılmasına kömək etmək məqsədi ilə saat 08:10-dan başlayaraq mobil telefonuna qısa zənglər etməklə onun tərəfindən cavab zəngləri etməsi vasitəsi ilə saat 18 radələrinə kimi, yəni Zərərçəkmiş şəxs oğurlanması cinayəti başa çatanadək müntəzəm məlumatlar verib çoxsaylı danışıqlar zamanı Məhkum3 tərəfindən ona dəqiq yeri bildirilməklə oğlu Şahid5la Zərərçəkmiş şəxs evdən çıxaraq dükana getmələri və sonuncunu qaçıra biləcəyini haqqında məlumatlar alıb, mobil telefon vasitəsi ilə Zərərçəkmiş şəxs qaçırılmasında qabaqcadan razılaşdığı Məhkum4 və Məhkum2la əlaqə saxlayıb həmin yerə çağırmış, Məhkum4 idarə etdiyi “Mercedes” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Məhkum2 Dəliməmmədli şəhərində ol an dairənin yanından götürüb Məhkum1 olduğu rayonun Hazırəhmədli kəndində Zərərçəkmiş şəxs yaşadığı küçəyə gəlmiş, avtomobilin sükanı arxasında Məhkum4, qabaq oturacaqda Məhkum2, o isə, avtomobilin arxa oturacağında oturaraq saat 18 radələrində Zərərçəkmiş şəxs əmisi oğlu Şahid5la mağazadan gəldiyini görüb Məhkum4 avtomobili Zərərçəkmiş şəxs qarşısında saxlamağı bildirdiyi üçün, Məhkum4 avtomobili idarə edərək Zərərçəkmiş şəxs qarşısında saxlamış, həmin vaxt o avtomobildən düşdükdə Zərərçəkmiş şəxs qışqıraraq qaçdığını görüb arxası ilə cəld qaçaraq sonuncuya çatıb, fiziki güc tətbiq etməklə Zərərçəkmiş şəxs arxadan qucaqlayaraq, hərəkətini məhdudlaşdırıb qışqırıb köməyə çağırmasına baxmadan iradəsinə zidd olaraq avtomobilin arxa oturacağına mindirmək üçün avtomaşına tərəf sürükləmiş, həmin vaxtı Məhkum2 qabaq oturacaqdan düşərək Məhkum1 kömək edib avtomobilin arxa sağ qapısını açmış, Zərərçəkmiş şəxs köməyə adam çağırmasına və fiziki müqavimət göstərməsinə baxmayaraq fiziki üstünlüyündən istifadə edərək Zərərçəkmiş şəxs avtomobilin arxa sağ qapısından arxa oturacağına həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə mindirib, özü Zərərçəkmiş şəxs yanında, Məhkum2 isə ön oturacaqda əyləşmiş, Məhkum4 isə avtomobili hərəkətə gətirərək hadisə yerindən uzaqlaşmış, yolda gedərkən Zərərçəkmiş şəxs onlara yalvararaq azad etmələrini xahiş etsə də, sonucunun yalvarışlarına məhəl qoymayaraq yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs qismində oğurlamışlar. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçinin kassasiya şikayətində göstərilir k i, cinayət işi üzrə hökmün Məhkum4 aid hissəsindən verilmə apellyasiya şikayətində məhkumun əməlinin tövsifi ilə yanaşı məhkuma təyin edilmiş cəzanın da ədalətsiz olması mübahisləndirilsə də, apellyasiya instansiyası məhkəməsi yalnız apellyasiya şikayətinin əməlin tövsifinə dair hissəsinə münasibət bildirmiş, Məhkum4 təyin edilmiş cəzanın ağırlığına dair hissəsini araşdırmamış, ümumiyyətlə hökmün həmin hissəsinə münasibət bildirməmişdir. Bununla belə, hökmdən və işin materiallarından göründüyü kimi Bayramov X5 rayon Düzqışlaq kəndində arvadı Gülnar Ələsgərova, xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2003-cü il təvəllüdlü X11 olmaqla iki azyaşlı uşaqlı yaşamaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. 02 saylı İstintaq Təcridxanasmdan verilmiş xx.xx.2020-ci il tarixli arayışdan göründ üyü kimi Məhkum4 “Qastroezofaqal refliks ezofaqit, kardial hissə çatışmazlığı İ dərəcə, xroniki xolisistit, qaraciyətin piy distrofiyası” diaqnozu ilə TSH- nin dispanser qeydiyyatına götürülmüşdür. Məhkum4 cəzasını ağırlaşdıran hal müəyyən edilməmiş, yalnız cəzasını yüngülləşdirən hallarin mövcüd olduğu halda apellyasiya instansiyası məhkəməsi təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını qüvvədə saxlamaqla ədalətsizlik etmişdir, həmçinin təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsinin tətbiqi üçün kifayət qədər əsasların mövcud olmasına baxmayaraq nə ücün həmin maddəni təqsirləndirilən şəxs barəsində tətbiq etməməsini qərarında əsaslandırmamışdır. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən hökm çıxarılarkən cinayətin əsas iştirakçısı olmuş Məhkum1 başqa, Məhkum4la eyni cinayə ti törətməkdə ittiham olunan digər iki təqsirləndirilən şəxs barəsində CM-nin 62-ci maddəsini tətbiq edərkən məhkəmə onların cəzasını ağırlaşdıran halın olmamasını, Məhkum2 himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin qaynının ikinci Qarabağ müharibəzində şəhid olması kimi cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal hesab etsə də, Məhkum4 eyni ilə himayəsində iki yetkinlik yaşına çatmayan uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xaralterizə olunması, həmçinin müxtəlif ağır xəstəliklərdən əziyyət çəkməsi kimi cəzasını yüngülləşdirən halları nə üçün müstəsna hal hesab etmədiyini hökmdə əsaslandırmamış, apellyasiya instansiya məhkəməsi isə ümumiyyətlə hökmün Məhkum4 cəza təyini hissəsinə münasibət belə bildirməmişdir. Kassas iya şikayətində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarının Məhkum4 münasibətdə dəyişdirilərək CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirli bilindiyi CM-in 143-cü maddəsinin sanksiyasının aşağı həddindən də az cəza təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli dir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Q eyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımında n səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum4 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiy mətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət Qanununun mənasına görə, yalnız CM-nin 8.1 və 58.3-cü maddəsində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xa rakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törə dilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədi lmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsini n həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Cinayət Məcəlləsinin 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları (“Qastroezofaqal refliks ezofaqit, kardial hissə çatışmazlığı İ dərəcə, xroniki xolisis tit, qaraciyərin piy distrofiyası diaqnozundan əziyyət çəkməsini, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını) və ağırlaşdıran halın olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58, 64.1-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum4 Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində qanuni və ədalətli cəza təyin edilmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə, kassasiya şikayətinin Məhkum4 barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla ona Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi ilə bağlı dəlillərinə dair qeyd edir ki: Cinayət Məcəlləsinin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxu d təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən isə cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyi humanizm prinsipinə uyğun olaraq Cinayət Məcəlləsinin 62-ci maddəsində nəzərdə tutulan hallar mövcud olduqda cinayətə görə müəyyən ediləndən daha yüngül cəza təyin edilməsinə imkanını nəzərdə tutsa da, işin müstəsna halları sayılan anlayışını müəyyən etməmişdir. Belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilərək konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəb ləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu halların məcmusunun, yəni cinayətin motivi və məqsədini, təqsirkarın törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışı, təqsirkarın şəxsiyyətini xarakterizə edən məlumatları və cinayətin ictimai təhlükəsizliyini azaldan başqa halları qiymətləndirməlidir. Məhkəmə kollegiyası iştirakçılıqla törədilmiş cinayət əməlində rolunu da nəzərə alaraq hesab edir ki, kassasiya şikayətinin məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqinin zəruriliyi barədə dəlilləri əsassızdır. Belə olan halda məhkəmə kollegiyası cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini və işin digər faktiki hallarını nəzərə alıb hesab edir ki, Məhku m4 barəsində CM-in 62-ci maddəsinin tətbiq edilərək cəzanın müəyyən edilmiş həddindən daha aşağı həddə cəza təyin edilməsi üçün hüquqi və qanuni əsaslar mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbir olmaqla cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan da məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum4 barədə cəza tətbiqi ilə əlaqədar (Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə əmələ görə nəzərdə tutulduğundan daha aşağı həddə cəza təyin edilməsi) dəlillərini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Konsti tusiya Məhkəməsinin «Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 8ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlük əlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrı-ayrı yüngülləşdirici halları, həm də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. CM-nin 62-ci maddəsində müəyyən olunmuş qaydalar nəzərə alınmaqla CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində göstərilməmiş hər hansı daha yüngül cəza nö vü, o cümlədən cərimə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, islah işləri, azadlığın məhdudlaşdırılması və sair qismində cəzalar CM-nin 43.1 və 43.2-ci maddələrinin müddəalarına riayət etməklə CM- nin Ümumi hissəsinin müvafiq maddələrində bu cəzaların hər biri üçün müəyyən edilmiş müddətdən və ya miqdardan az olmamaqla təyin oluna bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlük əlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayət-prosessual qanunvericiliyin, Məhkum4 müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Məhkəmə kolleg iyası aşağı instansiya məhkəmələrinin məhkuma cəza təyini ilə bağlı gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxl anılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum4 müdafiəçisi Müdafiəçi5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1796/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1796/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver