Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1796/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellya siya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-714/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli hökmü (hakimlər: X4 (sədrlik edən), X5 və Əhmədov vüqar İkram oğlundan ibarət tərkibdə) ilə xx xxxxxx 1992-ci il tarixli Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 11 may 2023-cü il tarixdən hesablanmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X3 və X2 ibarət tərkibdə) 14 dekabr 2023-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-714/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli hökmü təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən dəyişdirilmişdir. Təqsirləndirilən şəxs Məhkum Azərba ycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə təyin edilmiş 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 04 (dörd) ilə endirilməklə cəzası yüngülləşdirilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)714/2023 saylı, 05 oktyabr 2023-cü il tarixli hökmü qalan hissədə dəyişdirilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından Müdafiəçi3 kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasında kassasiya şikayətinə baxılması 25 sentyabr 2025-ci il tarixinə təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum ərizə ilə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsa sən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. CPM-in 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun geri götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin şikayət geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməs inin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 dekabr 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-1796/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1796/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver