Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1797/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkum müdafiəçisi Bakı şəhəri “A.İ.M” Vəkil Bürosunun vəkili Talıbov Telman Məhəmməd oğlunun və zərərçəkmiş şəxsin nümayəndəsi X1 iştirakları ilə, Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli 1(101)-431/2021 nömrəli hö kmü ilə (hakimlər: S.H.Hacıyev (sədrlik edən), R.V.Salmanov və E.Ə.Mikayılov ) xx xxxxxxxx 1983-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum olunmamış, işləməyən, X ünvanda yaşamış, hal-hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 29,120.1-ci maddəsi ilə 10 (on) il 6 (altı) ay, CM-nin 127.2.1 və 127.2.3-ci maddələri ilə 2 (iki) il, CM-nin 228.1-ci maddəsi ilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 13 (on üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılm ış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 23 dekabr 2019-cu il tarixindən hesablanmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarı ilə, (hakimlər: K.H.Əkbərov (sədrlik edən), E.E.Rəhimov və F.A.Qasımov ) məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü verilmiş apelyasiya şikayətinə münasibətdə dəyişdirilərək, Məhkum Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası yüngülləşdirilərək 10 (on) il müddətə endirilmiş, Azərbaycan Re spublikası CM-in 66.3-cü maddəsinə əsasən həmin cəza hökmlə Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə təyin edilmiş cəzaları ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 və Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə tərəfindən birgə kassasiya şikayətləri verilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən təqsirləndirilən şəxs Məhkum, qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini və döyüş sursatını əldə edərək daşıyıb saxlamaqla gəzdirmiş, odlu silahdan istifadə etməklə qisas motivi ilə qəsdən adam öld ürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, odlu silahdan istifadə etməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, Məhkum əvvəllər Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində qonşuluğunda yaşadığı üçün tanıdığı Zərərçəkmiş şəxs1 ilə 2018-ci ilin mart ayında aralarında olan telefon danışığı zamanı istintaqa dəqiq məlum olmayan səbəbdən yaranmış mübahisədən qaynaqlanan şəxsi münaqişə zəminində Zərərçəkmiş şəxs1 qisas almaq niyyəti ilə sonuncunu qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə istintaqa dəqiq məlum olmayan vaxtda, eləcə də mənbədən qanunsuz olaraq əldə edib saxlamaqla gəzdirdiyi 1985-ci ildə zavod üsulu ilə istehsal edilmiş, 9 mm kalibrli “HB 3025” №-li “Makarov” (PM) konstruksiyalı odlu silahı, onun komplekt hissələrini və 5 ədəd 9 mm kalibrli döyüş sursatı olan patronları mülkiyyətində olmaqla idarə etdiyi “İnfıniti FX35” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının cib hissəsinə qoymaqla daşıyaraq cinayətkar niyyətini həyata keçirməkdən ötrü 22 dekabr 2019-cu il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsindəki 79 saylı evin yaxınlığına gələrkən Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Yasamal rayonu, X6 küçəsindəki 166-177 saylı evin arxa hissəsində özünə məxsus “VAZ 21214” markalı ”, “Niva” modelli, **-OP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında oturmasını arxadan gördükdən sonra, avtomobili həmin istiqamətdə sürüb sol tərəfdən yaxınlaşaraq, tapançanı atəşə hazır vəziyyətə gətirib odlu silahdan istifadə etməklə idarə etdiyi avtomobilin sağ ön qapısının pəncərəsini aşağı endirməklə avtomobildən enmədən cinayətkar məqsədini reallaşdırmaq üçün Zərərçəkmiş şəxs1 istiqamətində sonuncunun həyatı üçün vacib orqanlarının yerləşdiyi və yetirildiyi anda ölümünə səbəb ola biləcək nahiyəsinə nişan alaraq təqribən 3 metr məsafədən iki dəfə atəş açmaqla Zərərçəkmiş şəxs1 döş qəfəsinin ön səthinin sol yarısında, ön qoltuqaltı xətt ilə sol məmə xətti arası sahədə və sol döşyanı xətt üzrə İV qabırğaarası sahədə olan döş boşluğuna nüfuz etməyən, döş qəfəsinin ön səth inin yumşaq toxumalarını dəlib keçən bir ədəd, döş qəfəsinin ön səthinin sağ yarısında, sağ döşyanı xətt üzrə İV qabırğaarası sahədə və sağ ön qoltuq xətti üzrə İV qabırğaarası sahədə olan döş boşluğuna nüfuz etməyən yumşaq toxumaları dəlib keçən, sağ bazunun orta 1/3-sıyrılması ilə müşayiət edilən bir ədəd (ümumilikdə iki ədəd) odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlməyə xarakterik sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 özünü qorumaq məqsədilə aktiv hərəkətlər edib avtomobilin salonunda sağ oturacağın üstünə sağ böyrü üstə uzanmaqla atəşlərdən qismən yayınması nəticəsində, eləcə də Zərərçəkmiş şəxs1 Kliniki Tibbi Mərkəzdə ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən iradəsindən asılı ol mayan səbəblərə görə cinayəti başa çatdıra bilməyib sonuncunu qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, daha sonra avtomobilindən yerə düşüb Zərərçəkmiş şəxs1 ölməsini dəqiqləşdirmək istəyərkən sonuncunun hadisə yerinin yaxınlığında olan qonşusu və tanışı Zərərçəkmiş şəxs2 hüquq pozuntusunun qarşısını almağa çalışmaq məqsədilə Zərərçəkmiş şəxs1 avtomobilinə tərəf iti addımlarla yaxınlaşmaqla sonuncuya kömək etmək niyyətində olduğunu görüb, hər hansı əsaslı səbəb olmadan ictimai qaydalara açıq etinasızlıq göstərərək, özünü ətrafdakılara qarşı qoyub üstünlüyünü, yəni cəzalandırdığı şəxsə özünün iradəsindən kənar digər şəxslərin kömək etməsinə imkan verməyəcəyini nümayiş etdirib xuliqanlıq niyyəti ilə küçədə 3-5 metr məsafədən həmin tapançadan istifadə etməklə ictimai b orcunu yerinə yetirməsi ilə əlaqədar Zərərçəkmiş şəxs2 ayaqlarına doğru üç dəfə atəş açmaqla Zərərçəkmiş şəxs2 sağ baldırın yuxarı 1/3-nin diz oynağına yaxın iç səthinin və ondan 5 sm önə və aşağı yumşaq toxumaları dəlib-keçən bir ədəd, sağ baldırın yuxarı 1/3nin ön-yan səthində, yara kanalı boyunca yumşaq toxuma və əzələlərin zədələnməsi ilə müşayiət edilən bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol pəncənin 3-cü, 2-ci və 1-ci barmaqlarının yumşaq toxumalarının zədələnməsi, distal falanqalarının və dırnaq falanqa sümüklərinin qəlpəli, yerdəyişmiş sınıqları ilə müşayiət edilən bir ədəd (ümumilikdə üç ədəd) odlu silahdan açılmış atəş nəticəsində əmələ gəlməyə xarakterik olmaqla xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr hüquqlarını müdafiə etdiyi şəxsin barəsindəki cinayət işinə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPMnin) 416-cı maddəsində nəzərdə tutulan nöqsanlara yol vermiş, sübutları CPM-nin 143-146cı maddələrində göstərilən tələblərə uyğun tədqiq etməmiş, nəticədə Məhkum əməli düzgün olmayaraq CM-nin 29.120.1-ci maddəsi ilə tövsif olunmaqla sonuncu əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə təqsirli bilinib ağır cəzaya məruz qalmışdır. Müdafiəçi kassasiya müraciətində iddia edir ki, Məhkum avtomobildə əyləşmiş Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olmamış, belə niyyəti olduğu təqdirdə zərərçəkmiş şəxsə yaxınlaşaraq daha az məsafədən və onun həyatı üçün daha təhlükəli nahiyyədən atəş açardı. Lakin Məhkum bunu etməmiş, onun Zərərçəkmiş şəxs1 atəş açmaq məqsədi aralarında olmuş daha əvvəl yaranmış xususata görə cəzalandırmaq olmuşdur. Müdafiəçi kassasiya şikayətində faktiki olaraq Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum əməlini Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsindən 128-ci maddəsinə tövsif edilməsini və müddətin keçməsi ilə əlaqədar ona həmin maddə ilə cəza təy in edilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə birgə vermiş olduqları kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Məhkum əməlində qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini nəzərdə tutan Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibi olduğu halda, məhkəmələr tərəfindən onun əməli əsassız olaraq CM-nin 127.2.1 və 127.2.3-cü maddələri ilə tövsif edilmiş, nəticədə Məhkum əsasız olaraq həmin maddələrlə ağır cəzaya məruz qalmışdır. Müraciət müəllifləri hesab edilər ki, Zərərçəkmiş şəxs2 təlaşla Məhkum üzərinə doğru getdiyindən, Məhkum zərərçəkmiş şəxs tərəfindən xəsarət yetirlməsindən çəkinərək həyəcandan onun istiqamətinə doğru atəş açmışdır. Zərərçəkmiş şəxsin ümumiyyətlə əvvəllər məhkumu tanımadığını, onunla hər hansı ədavətinin olmamasına istinad ed ərək hadisənin təsvir etdikləri şəraitdə baş verdiyini iddia edirlər. Kassasiya şikayətinin məzmunundan görünür ki, Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə kassasiya müraciətlərində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-cü il tarixli qərarının dəyişdirilməsini, Məhkum əməlini Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-ci maddələrindən CM-nin 127.1-ci maddəsinə tövsif edilməsini və məhkumla zərərçəkmiş şəxsin barışdıqlarını nəzərə alaraq ona cəza təyin edilməsini xahiş edirlər. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə ba xılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətində Məhkum əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə deyil, CM-nin 128-ci maddəsi ilə tövsif edilməsi üçün əsasların olduğunu, həmçinin həmin maddə ilə cinayət məsuliyyətə cəlb etmə müddətinin bitməsi ilə əlaqədar məhkuma cəza təyin edilməsinin istisna olunduğu iddia etməklə, faktiki olaraq kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Zərərçəkmiş şəxs2 və onun nümayəndəsi Nümayəndə birgə vermiş olduqları kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilibqi ymətləndirilmədiyini, nəticədə Məhkum əməlində qəsdən sağlamlığa az ağır zərər vurma cinayətini nəzərdə tutan Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin tərkibi olduğu halda, onun əməli əsassız olaraq CM-nin 127.2.1 və 127.2.3-ci maddələri ilə tövsif olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsini, Məhkum əməlinin CM-nin 127.1-ci maddəsinə tövsif edilməsini, barışdıqlarını nəzərə almaqla ona cəza təyin edilməməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-cı maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun müdafiəçisi, zərərçəkmiş şəxs v ə onun nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yan aşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərd ə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosesual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Müdafiəçinin, zərərçəkmiş şəxs və onun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətlərindən görünür ki, məhkumun müdafiəçisi Müdafiəçi4 Məhkum Zərərçəkmiş şəxs1 öldürmək niyyəti olduğu halda sonuncuya avtomobilindən deyil yaxınlaşaraq daha az məsafədən və zərərçəkmiş şəxsin həyatı üçün daha təhlükəli nahiyyədən atəş açmaqla öz istəyinə çata biləcəyini, zərərçəkmiş şəxs və nümayəndəsi isə Zərərçəkmiş şəxs2 təlaşla Məhkum üzərinə doğru getdiyini, onun zərərçəkmiş şəxs tərəfindən xəsarət yetirilməsindən çəkinərək həyəcandan onun istiqamətində atəş açdığını iddia etməklə, müvafiq olaraq Müdafiəçi4 Məhkum ə məlində Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində (X2in digər maddələrlə təqsirli bilinib cəzalandırılmasını mübahisələndirmir) göstərilən cinayətlərin deyil, 128-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, zərərçəkmiş şəxs və nümayəndəsi isə Məhkum əməlində Cinayət Məcəlləsinin 127.2.1 və 127.2.3-ci maddələrində göstərilən cinayətlərin deyil, 127.1-cı maddəsində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında qənaətlərini və həmin qənaətlərdən irəli gələn apellyasiya məhkəməsinin qərarının dəyişdirilməsi, əməlin hüquqi tövsifinin dəyişdirilməsi haqqında tələblərini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi və özlərinin işin faktiki hallarına verdiyi təsvirlər üzərində qurmuşlar. Bu isə onu göstərir ki, müdafiəçi, zərərçəkmiş şəxs və onun nümayəndəsi kassasiya instansiyası məhkəməsinin gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətlərində şərh olunan dəlillər ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəm əsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müəlliflərinin kassasiya şikayətlərinə irəli sürülmüş məhkəmə qərarının dəyişdirilməsi barədə tələblərinin (o cümlədən, Məhkum əməllər inin düzgün tövsif olunamasına dair iddialarının) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və müdafiəçinin, zərərçəkmiş şəxs və onun nümayəndəsinin məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətlərində göstərilənlərdən deyil, məhz məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, bu şikayətin dəlilləri ilə eyni məzmunda olan dəlillər Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əl aqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayətləri təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normalarının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından düzgün çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, onun bu maddələrl ə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətlərində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə icraatlar Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, cinayət əməllərini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolv erilməz sübutlardan istifadə olunmamış, Məhkum Cinayət Məcəlləsinin 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə təqsirliliyi barədə yekun nəticələr CPM- in 145,146-cı maddələrinə müvafiq olaraq qiymətləndirilmiş işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Hökmdə sübutlar, o cümlədən təqsirləndirilənin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, məhkəmə ekspertizalarının rəyləri, istintaq hərəkətlərinin protokolları və digər materiallar təsvir edilib ətraflı şərh edildiyindən, eyni zamanda apellyasiya instansiyası məhkəməsinin qərarında məhkumun dəlilləri sübutlar və işin həqiqi halları ilə müqayisə edilməklə cavablandırıldığından, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətlərində göstər ilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin yuxarıda şərh olunan məsələlər üzrə çıxardığı nəticələri təkzib edə və araşdırmanın obyektivliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətlərinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə təqsirliliyi və cəzalandırılmalı olmasına dair nəticələrini şübhə altına almaq üçün əsas görmür. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Məhkum münasibətdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində təsbi t olunmuş pozuntulara yol verilmədiyini göstərir. Məhkum təyin edilmiş cəzaya münasibətdə məhkəmə kollegiyası aşağıdakları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın təyin edilməsinin ümumi əsaslarını təsbit edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkar ın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təy in edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Cinayət Məcəlləsinin 41.1-ci maddəsində əksini tapmış cəzanın anlayışına görə “cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm m əhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir t əqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların fonunda kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.10-cu maddələrindən, apellyasiya məhkəməsi (apellyasiya baxışı zamanı təqdim edilmiş ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər məhkumla barışmışlar) isə əlavə olaraq Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsindən çıxış edərək Məhkum himayəsində iki azyaşlı uşağının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, həmçinin Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını sonuncunun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişlər. Həmçinin məhkəmələr tərəfindən Məhkum cinayəti odlu silahdan törətməsi Cinayət Məcəlləsinin 61.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal qismində nəzərə almışdır. Digər tərəfdən Məhkum qəsdən adam öldürməyə cəhdə görə, yəni CM-nin 29,120.1ci maddəsi ilə təqsirli bilinmişdir ki, bu da ona cəza təyini zamanı (həmin maddənin sanksiyasında doqquz ildən on dörd ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) CM-nin 63.3-cü maddəsində göstərilmiş – “cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz” m üddəalarının nəzərə alınmaqla cəza təyinini tələb edir ki, qeyd olunan hal məhkəmələr tərəfindən gözlənilmişdir. Bununla yanaşı işdə olan məhkəmə-tibb ekspertizasının 23 dekabr 2019-cu il tarixli 1080 rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş “a” və “b” bəndində göstərilmiş xəsarətlər patronu güllə ilə doldurulmuş odlu silahdan açılmış 2 (iki) atəş nəticəsində törənmişlər, törənmə müddətləri qərarda göstərilən 22 dekabr 2019-cu il tarixə uyğun gəlir və dərəcəsinə görə hər biri ayrılıqda, eləcə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Həmçinin cinayət işi materiallarından müəyyən olunur ki, Məhkum ali təhsilli olmaqla yaşadığı yer üzrə (Binəqədi RİH başçısının X qəsəbəsi nümayəndəliyi tərəfindən veri lmiş xasiyyətnamə) müsbət xarakterizə olunur. İlk baxışdan məhkəmələr tərəfindən nəzərə alınmış - Məhkum könüllü gəlib təqsirini boynuna alması (CM 59.1.10), həmçinin Məhkum zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışması, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmaması (CM 59.1.12) kimi yüngülləşdirici hallar, onun başa çatmayan qəsdi ilə bağlı cəza təyin edilməsini tələb edən CM-nin 63.3-cü maddəsi ilə birlikdə nəzərdən keçirildikdə, Məhkum CM-nin 29, 120.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın yuxarı həddinin dörddə üç hissəsinin dörddə üçü hissəsindən az olmayan həddədək azaldılmasının, yəni CM-nin 60.1-ci maddəsi tətbiq edilməsinə heç bir maneənin olmadığını görmək mümkündür. Lakin ibtidai araşdırma orqanı və məhkəmələr tərəfindən Məhkum cinayəti odlu silahdan istifadə etməklə törətməsi CM-nin 61.1.10-cu maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirmişlər ki, bu da ona münasibətdə CM-nin 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulmuş cəzasının yüngülləşdirən halların müəyyən edilməsinə baxmayaraq barəsində cəza təyini zamanı CM-nin 60.1-ci maddəsinin tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi yalnız cəzanı ağırlaşdıran hal olmadıqda CM-nin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində göstərilən cəzanı yüngülləşdirən hallar təqsirləndirilən şəxsə təqsirli bilindiyi CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cə za növünün son həddinin dörddə üçündən artıq olmayan cəzanın təyin edilməsini nəzərdə tutur. Bununla belə, sadalanmış cəzanın yüngülləşdirən halların mövcudluğu şəraitində, Məhkum Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası cəzanın təyin edilməsinin ümumi əsaslarının (CM, maddə 58.3), ədalət prinsipinin (CM, maddə 8), cəzanın məqsədlərinin (CM, maddə 41.2) ehtiva etdikləri şərtlər kontekstində ədalətli, cəzanın məqsədlərini təmin etmək üçün zəruri olan tədbir hesab edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası ümumilikdə məhkəmələr tərəfindən nəzərə alınmış və kassasiya icraatı qaydasında müəyyən edilmiş yüngülləşdirən halların məcmusundan çıxış edərək, eyni zamanda qeyd olunan yüngülləşdirici halların həm Məhkum törətdiyi əməlin, həm d ə özünün şəxsiyyətinin ictimai təhlükəliliyini azaldan xüsusatlar kimi qəbul edərək hesab edir ki, Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 29,120.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatmayan cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş həddə azaldılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu haqda qərarın qəbul edilməsi, yəni Məhkum Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngülləşdrilməsi, CM-nin 41.2-ci maddəsinin tələb etdiyi kimi, cinayətin xarakteri, ictimaitəhlükəlilik dərəcəsi, törədilmə halları (cinayətin nəticəsi ilə birlikdə götürülməklə) ilə uyğunsuzluq yaratmır və cəzanın da məqsədlərini təmin etməyə imkan verir. Belə ki, cinayətə görə müəyyən edilmiş cəzadan daha yüng ül cəzanın təyin edilməsi məsələlərini tənzimləyən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsində təsbit olunur ki, “cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər”. Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə görə “cəza nı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər”. Göründüyü kimi, qanunverici cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini mümkün edən əsaslar olaraq aşağıdakıları göstərir: _ cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; _ cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; _ iştirakçılıqla törədilmiş cinayətin iştirakçısının həmin cinayətin açılmasına fəal kömək etməsi; Şərti olaraq göstərilən ilk iki qrupa diqqət etdikdə qrupları birləşdirən ümumi cəhət odur ki, həmin hallar törədilmiş cinayətin ictimai təhlükəliliyi ilə bağlı olub onu əhəmiyyətli dərəcədə azaltmalı, ü çüncü qrupu digər qruplardan fərqləndirən cəhət isə həmin hal cinayətin ictimai təhlükəliliyinə təsir göstərən əsas kimi deyil, təqsirkarı səciyyələndirən (cinayətin digər iştirakçılarından müsbət mənada fərqləndirməklə onun ictimai-təhlükəliliyini azaldan) hal kimi çıxış edir. CM-nin 62.2-ci maddəsində təsbit olunmuş müddəaya gəldikdə isə, həmin norma CM-nin 62.1-ci maddəsinə münasibətdə köməkçi (izahedici) xarakter daşıyır. Sözügedən normanın köməkçi xarakteri ondan irəli gəlir ki, CM-nin 62.2-ci maddəsi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsi institutunun tətbiq edilməsini mümkün edən müstəqil əsasları təsbit etmir. CM-nin 62.1-ci maddəsi isə, əksinə, hansı halların CM-in 62-ci maddəsinin tətbiqini şərtləndirən əsaslar kimi çıxış etdiyini göstərir, onlar ın təxmini dairəsini müəyyənləşdirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, CM-nin 62.1 və 62.2-ci maddələrinin mənasına görə cəzanı yüngülləşdirən ayrı-ayrı hallar və yaxud onların məcmusu özüözlüyündə deyil, yalnız cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan əsaslar kimi çıxış etdikdə (CM-nin 62.1-ci maddəsində sadalanan əsaslar çoxluğuna aid olduqda) şəxsin barəsində CM-nin 62-ci maddəsinin tətbiqini mümkün edən əsaslar kimi nəzərdən keçirilə bilər. Buna görə, məhkəmə CM-nin 62-ci maddəsinin tətbiqi üzrə məsələni həll edərkən cəzanı yüngülləşdirən hala və yaxud bu cür halların məcmusuna əsaslandıqda, sadəcə istinadla kifayətlənməməli, əvvəla həmin halların hansı sübutlarla təsdiq edilməsini göstərməli, digər tərəfdən isə belə halların törədilmiş cinayətlə əlaqəsi ni, onun ictimai təhlükəliliyinə təsirini, bu təsirin kifayət qədər olduğunu, yəni törədilmiş cinayətin ictimai təhlükəliliyini məhz əhəmiyyətli dərəcədə azaltdığını, əgər cəzanı yüngülləşdirən həmin hallar cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra davranışı ilə bağlıdırsa, onların müstəsna xarakterə malik olduğunu əsaslandırmalıdır. Yuxarıda təsvir edilən cinayət-hüquqi normalardan belə nəticə hasil olunur ki, cəza təyini məsələsinin ədalətlə həll edilməsi üçün formal olaraq CM-nin 62.1-ci maddəsində təsbit edilmiş əsasların dairəsinə düşən halların CM-nin 8, 58-ci maddələrində sadalanan hallarla birlikdə, həmin, eləcə də CM-nin 41.2-ci maddəsinin tələbləri gözlənilməklə təhlil edilməsi və məcmu halında nəzərə alın ması tələb olunur. O cümlədən, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza ilə cinayətin xarakteri, ictimai-təhlükəlilik dərəcəsi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəzanın məqsədləri təmin edilmiş olsun. Məhkəmə kollegiyası Məhkum könüllü gəlib təqsirini boynuna almasını, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələblərinin olmamasını onun törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisi olduğunu qeyd edərək, onun himayəsində 2 azyaşlı uşağının olması, ali təhsilli olmaqla yaşadığı yer üzrə müsbət xarakterizə olunması kimi halları, eləcə də Məhkum qəsdi nəticəsində Zərərçəkmiş şəxs1 ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid xəsarətlərin almasını daha əvvəl sadalanmış yüngülləşdirici hallarla birlikdə məcmu halında götürərək - Cinayət Məcəlləsinin 62.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə aid olan, cinayətin ictimai təhülükəliliyini əhəmiyyətli dərəcədə azaldan müstəsna hallar kimi qiymətləndirib, həmin maddənin Məhkum tətbiq olunmasını, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətinin Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş aşağı həddən də aşağı endirilib 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün olaraq müəyyən edilməsini mümkün hesab edir. Qeyd olunanlar baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit edilmiş halın, yəni məhkumun müdafiəçisinin və zə rərçəkmiş şəxs və onun nümayəndəsinin kassasiya şikayətinin qismən təmin edilməsi üçün əsasın mövcud olduğunu göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli dirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçinin və zərərçəkmiş şəxsin nümayəndəsinin, həmin şikayətin təmin edilməməsi haqqında dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə belə nəticəyə gəlir ki, kassasiya şikayətləri qismən təmin edilməli, Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli, 1(103)-470/2022 qərarı dəyişdirilməli, Məhkum barəsində CM-nin 62-ci maddəsi tətbiq edi lməklə ona CM-nin 29, 120.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti həmin maddənin sanksiyasının aşağı həddindən də az müddətə endirilməli, endirilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən məhkuma CMnin, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə təyin edilmiş cəzalarla qismən toplanılmaqla onun üzərində qəti cəza müddəti müəyyən edilməli, mübahisələndirilən qərar qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına da ir cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 may 2022-ci il tarixli, 1(103)-470/2022 nömrəli qərarı dəyişdirilsin. Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 29, 120.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 07 (yeddi) il 10 (on) ay 15 (on beş) günədək endirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum hazırki qərarla və Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 iyun 2019-cu il tarixli hökmü ilə CM-nin, 127.2.1, 127.2.3 və 228.1-ci maddələri ilə təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti olaraq 09 (doqquz) il 10 (on) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Qərar saxl anılsın. kassasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən
Məhkəmə qərarları › İş №1(102)-1797/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1797/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver