Məhkəmə qərarları › İş №1(102)-1799/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1799/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1799/2024 01.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRAR Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə; Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X5 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 22 avqust 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bi linib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 1(039)-13/2023 saylı, 22 avqust 2023-cü il tarixli hökmü (sədrlik edən hakim X7) ilə xx.xx.1994-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, CM-in 126.3, 221.3, 66.3-cü maddələri ilə təqsirli bilinərək Şəki Ağır Cinayətlər məhkəməsinin xx.xx.2013cü il tarixli hökmü ilə 10 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apeliyasiya məhkəməsinin xx.xx.2014-cü il tarixdə qərarı ilə cəzası 08 ilə endirilmiş, xx.xx.20 20-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, Kəlbəcər rayonu Sülh küçəsi, ev 6-da qeydiyyatda olan, hal hazırda X3 cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Məhkum 11 yanvar 2022-ci il tarixdən 17 aprel 2022-ci il tarixədək şübhəli şəxs kimi və həbsdə saxlanıldığı 03 (üç) ay 06 (altı) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 24 (iyirmi dörd) gün azadlıqdan məhrumetmə cəzasının saxlanılması, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 09 mart 2023-cü il tarixdə n hesablanması, Məhkum barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Məhkum etibardan sui-istifadə etmə və aldatma yolu ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla, təkrarən, dələduzluq etmişdir. Belə ki, o, özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi tanışı Təqsirləndirilən şəxs ilə birlikdə qrup təşkil etməklə Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 Avropa ölkələrindən Azərbaycan Respublikasına avtomobil idxal edib satmaqla iş quracaqlarını, bu yolla gəlir əldə edəcəklərini vəd verib aldada raq xx.xx.2021ci il tarixdə, saat təxminən 16 radələrində Yevlax rayonu Aran qəsəbəsinin ərazisində yerləşən “Su Səsi” restoranında Zərərçəkmiş şəxs3 37.000 manat pulunu həmin vaxt orada olmuş Zərərçəkmiş şəxs1 təqdim etməsi ilə qəsdən ələ keçirməklə Zərərçəkmiş şəxs3 cəmi 37.000 (otuz yeddi min) manat xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən dələduzluq etmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs ilə birlikdə təkrarən özgənin xeyli miqdarda ziyan vurmaqla əmlakını aldatma və etibardan sui istifadə yolu ilə qəsdən ələ keçirmək niyyəti ilə razılaşaraq Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 Məhkum “Baş Narkotiklərlə Mübarizə İdarəsi” tərəfindən tutulmasını, onun azad edilməsi üçün pul lazım olduğunu deyərək Zərərçəkmiş şəxs1 və Zər ərçəkmiş şəxs3 aldadıb xx.xx.2021- ci il tarixdə, saat təxminən 17 radələrində Yevlax şəhəri 32-ci Məhəllədə Zərərçəkmiş şəxs1 16.500 manat pulunu qəsdən ələ keçirməklə Zərərçəkmiş şəxs1 cəmi 16.500 (on altı min beş yüz) manat və Kamran Qəhramanova 5500 (beş min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında qəsdən təkrar dələduzluq etmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri üzrə işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim: X2, hakimlər: X8 və X4 ibarət tərkibdə) 1(107)-374/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Yevlax Rayon Məhkəməsinin 1(039)-13/2023 saylı, 22 avqust 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarından təqsirləndirilən şəxs Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarının ləğv edilib barəsində yüngül cəza təyin edilməsi xahiş edilmişdir. 13 iyul 2024-cü il tarixdə Məhkum cəza çəkdiyi X1 Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına ərizə ünvanlayaraq Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarından özü tərəfindən verilmiş kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası dövlət ittiham çısının ərizənin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı, kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Həmin məcəllənin 414.7-ci maddəsində göstərilir ki, kassasiya instansiyası məhkəməsində zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsi yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və onun qanuni nü mayəndəsinin razılığı ilə öz kassasiya şikayətini, habelə cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatda apellyasiya instansiyası məhkəməsində iştirak etmiş zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) nümayəndəsinin kassasiya şikayətini geri götürmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 1 78.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 24 oktyabr 2023-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun özünün ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar