Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1799/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-184/2023 nömrəli, 17 mart 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin h alları
1. Məhkum xx xxxx xxx-ci il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır.
2. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-82/2023 nömrəli, 09 mart 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum və müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)184/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-82/2023 nömrəli, 09 mart 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
4. Apellyasiya instansiyası məhkəməsinin sözügedən qərarına münasibətdə Məhkum vəsatət verərək kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-184/2023 nömrəli, 17 mart 2025-ci il tarix li qərarı ilə Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
7. Barəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin müdafiəçisi tərəfindən verilməli olduğunu, lakin bunun vaxtlı-vaxtında edilmədiyi ilə kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilən müddətin ötürülməsini izah edən Məhkum bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-184/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş edir.
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışd ır. III. Hüquqi məsələlər
9. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.
10. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bu nun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
11. Cinayət işinin materiallarından müəyyən edilir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-184/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkum və onun müdafiəçisinin iştirakı ilə kassasiya şikayəti vermək hüququ və qaydası izah edilməklə 18 oktyabr 2023-cü il tarixdə el an edilmiş və həmin tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsinə göndərilmiş, 28 oktyabr 2023-cü il tarixdə məhkum tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir.
12. Məhkum Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının qərarını qəbul etdiyi vaxtdan 01 il 03 ay 07 gün vaxt keçdikdən sonra, 05 fevral 2025-ci il tarixdə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən sonra kassasiya müraciətini təqdim etmiş, müddətin buraxılmasını barəsində qəbul edilmiş apellyasiya instansiyası məhkəməsinin qərarından kassasiya şikayətinin müdafiəçisi tərəfindən verilməli olması, lakin bunun vaxtlı-vaxtında edilməməsi ilə izah etmişdir.
13. Kassasiya şikayətinin bu dəlilinə münasibətdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququna istinad edilməsini zəruri hesab edir.
14. Belə ki, Avropa Məhkəməsinin çoxsaylı, o cümlədən Azərbaycana qarşı verilmiş şikayətlərlə bağlı qəbul etdiyi qərarlarında müəyyən etmişdir ki, hüquqşünas peşəsinin Dövlətdən müstəqilliyi onunla nəticələnir ki, hüquqi yardım göstərilməsi hesabına yaxud öz seçimi ilə təyin edilməsindən asılı olmayaraq, müdafiənin təşkili və həyata keçirilməsi müdafiə edilən şəxsin və onun vəkili arasında tənzimlənən məsələdir və Dövlət müdafiəçinin buraxdığı nöqsanlara görə cavabdehlik daşıya bilməz (məsələn, Faiq Məmmədov Azərbaycana qarşı, № 60802/09, § 32, 26 yanvar 2017-ci il).
15. Avropa Məhkəməsinin sözügedən hüquqi mövqeyinə əsaslanan məhkəmə kollegiyası qeyd edir ki, məhkum kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasını müdafiəçinin səhlənkarlığı ilə izah etməyə çalışsa da, müdafiəsinin təşkili və həyata keçirilməsi onun və vəkili arasında olan münasibətlərə aid olmaqla ədalət mühakiməsinin həyata keçirilməsinə təsir edici amil hesab edilmədiyindən, belə arqumentin kassasiya şikayətinin təmini üçün əsas kimi qəbul edilməsi yolverilməzdir.
16. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq müvafiq müddətin buraxılması ilə bağlı məhkum tərəfindən üzrlü səbəb göstərə bilinmədiyini, qanunla müəyyən edilmiş 12 ay müddəti üzrsüz səbəbdən ötürüldüyünü əsas götürüb, onun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətini təmin etməmi şdir ona görə ki, baxılan işdə Azərbaycan Respublikası CPMnin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.
17. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinin də göstərilməsini vacib hesab edir.
18. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməsi ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zama nda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı o laraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
19. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin məhkəmə baxışı mərhələsində maddi və prosessu al cinayət-hüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları aşkar edilməmişdir.
20. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmi ş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-184/2023 nömrəli, 17 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.