Məhkəmə qərarları › İş №1(102)-18/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-18/2019

13.03.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-18/2019 13.03.2019 ALİ MƏHKƏMƏ 1(102)-18/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ xx xxxx 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Məhkum1 İoseboviçin, onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5, Məhkum2 Şatayeviçi n müdafiəçisi – Bakı Şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarından Məhkum1, habelə Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətlərinə (Müdafiəçi1 kassasiya şikayətinə əlavəsi ilə bilikdə) mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim X12, hakimlər Abasov Əliövsəd Məzahir oğlu və X1 ibarət məhkəmə tərkibi) Məhkum1 (xx xxxx 1973-cü ildə Gürcüstan Respublikasının Batumi şəhərində anadan olmuş, Gürcüstan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi sahibkarlıqla məşğul olmuş, Azərbaycan Respublikasında əvvəllər məhkum olunmamış, Gürcüstan Respublikası, Batumi şəhəri, Diasamidze küçəsi, ev 31-də qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 134, 144.3 və 182.3.2-cii maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4-cü maddələri ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən bu cəzalar qismən toplanılmaqla Məhkum1 qəti olaraq 13 (on üç) il müddə tə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, G.Gatenazenin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin hökmlə Məhkum2 (xx xxxxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Azərbaycan döngəsi, ev 5, mənzil 1/3-də qeydiyyatda olan və yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 134, 144.3 və 182.3.2-cii maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4-cü maddələri ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə 1 (bir) il m üddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən bu cəzalar qismən toplanılmaqla Məhkum2 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin xx xxxxxx 2014-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Teimurazi Kobakhidze və Mogeli Qelashvili də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 134, 144.3 və 182.3.2-cii maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilini b hər biri cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkməklə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim X7, hakimlər X4 və X6 ibarət məhkəmə tərkibi) məhkumlar Məhkum1, Teimurazi Kobakhidze və Mogeli Qelashvilinin özləri, Məhkum2 müdafiəçisi Müdafiəçi3, habelə məhkumlar Məhkum1, Teimurazi Kobakhidze, Mogeli Qelashvilin və Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2017-ci il tarixli qərarından məhkum Girogi Gate nadze, habelə Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayətləri verilmiş, həmçinin Müdafiəçi1 tərəfindən kassasiya şikayətinə əlavə təqdim edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum1, Mogeli Qelashvili və Teimurazi Kobakhidze, istintaqla şəxsiyyəti müəyyən edilməmiş digər şəxs, habelə Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, zərərçəkənə ağır iztirablar verməklə, sifarişlə, həmçinin təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan və oğurlanmış şəxsi mütəmadi olaraq döym əklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrılar və ya psixi iztirablar verməklə işgəncələr vermiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında hədənin icra olunacağına dair real əsaslar olmaqla, öldürmək və sağlamlığa ağır zərər vurmaqla hədələmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında sifarişlə və tamah məqsədilə bıçaqdan və silah qismində istifadə edilən əşyadan istifadə etməklə, zərərçəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, ehtiyatsızlıqdan digər ağır nəticələrə səbəb olmaqla şəxsi iradəsindən kənar və ya iradəsinin ziddinə bir yerdən başqa yerə qanunsuz olaraq aparmaqla saxlayaraq adam oğurlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında zor tətbiq etməklə külli miqdarda əmlakını əldə etmək məqsədi ilə zərərçəkmiş şəxsin üzərində zor göstərməklə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, Gürcüstan Respublikası vətəndaşı Məhkum1 həmyerliləri Mogeli Gelashvili, Teimurazi Kobakhidze, şəxsiyyəti istintaq zamanı müəyyən edilməmiş digər “Timuri Tsinaridze” deyilən şəxs və Azərbaycan Respublikasının vətəndaşı Məhkum2lə Gürcüstan Respublikası vətəndaşı Boris Machaidzeni xüsusi amansızlıqla, ağır iztirablar verərək və sifarişlə, habelə təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən az ağır zərərvurma, sifarişlə təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan və oğurlanmış şəxsi həmin Mə cəllənin 126 və 127-ci maddələrindəki nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verməklə işgəncə vermə, hədənin icra ediləcəyi üçün real əsaslar olmaqla onu öldürməklə və sağlamlığa ağır zərər vurmaqla hədələmə, yəni zərərçəkmişi həyatı və sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə, sifarişlə, tamah məqsədilə bıçaqla və silah qismində istifadə edilən əşyalardan istifadə etməklə və digər ağır nəticələrə səbəb olaraq Boris Machaidzeni iradəsinə zidd və ya onun iradəsindən kənar qanunsuz olaraq oğurlama və külli miqdarda əmlak əldə etmə məqsədi və zor tətbiq etməklə onun şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə hədəqorxu ilə tələb etmə barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əl bir olan qrup təşkil etmiş, şəxsiyyəti müəyyən edilməmiş Timuri Tsinaridzenin sifarişi ilə Məhkum1 cinayətkar qrupun digər üzvləri Mogeli Gelashvili, Teimurazi Kobakhidze və Məhkum2lə birlikdə xx xxxxxx 2014-cü ildə günorta saatlarında Boris Machaidzeni iradəsinə zidd və iradəsindən kənar qanunsuz olaraq Bakı şəhəri Səbail rayonu Səməd Vurğun küçəsi 9/5 saylı evin 4 saylı mənzilində əl və ayaqlarını oturacağa bağlayaraq onun köməksiz vəziyyətindən istifadə edib əl və ayaq zərbələri ilə Boris Machaidzeni mütəmadi döyüb və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan Vİcı qabırğasının sınığı ilə müşayiət edilən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zə rər vurmaya aid xəsarətlər və sağ qulaq seyvanının qançırı, sol budunun bayır səthinin yuxarı-orta və aşağı üçdə-birinin qançırları, başının ənsə nahiyyəsinin dərialtı hematoması, sol əlinin 3-cü barmağının arxa səthinin sıyrığı, sağ əlinin İV barmağının şişkinliyi, sol biləyin ön və arxa səthinin, sağ biləyin ön səthinin və saidinin aşağı üçdə-birinin qançırları ilə müşayiət edilən dərəcələri təyin edilməyən xəsarətlər yetirib işgəncə vermiş, zor tətbiq edərək Boris Machaidzenin azad olunması üçün şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə Məhkum1 bıçaqla qulağını kəsəcəyini bildirib öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmiş, ondan və İnternet şəbəkəsində «Skayp» görüntü vasitəsilə arvadı İrma Gurchianidən külli miqdarda, həmin dövrün məzənnəsi ilə Azərbaycan Respublikası milli pul vahidi ilə 11.454 manat təşkil edən 10.000 ABŞ dolları və 3.300 manat təşkil edən 7.000 Gürcüstan larisini tamah niyyətilə hədə-qorxu ilə tələb etmiş, sonuncuya verilən işgəncələr nəticəsində polisə məlumat veriləcəyindən ehtiyatlanan qrup üzvləri cinayətkar plana uyğun olaraq sol tərəfdə Mogeli Gelashvili, sağ tərəfdə Teimurazi Kobakhidze bıçağı Boris Machaidzenin sol böyrünə dirənmiş halda qanunsuz olaraq iradəsinə zidd və iradəsindən kənar xx xxxxxx 2014-cü ildə axşam saatlarında Bakı şəhəri Səbail rayonu Səməd Vurğun küçəsi ev 9/5 mənzil 4-dən Məhkum2 təşkil etdiyi ünvan 1 saylı ünvandakı bir mərtəbəli yaşayış evinin zirzəmi kimi istifadə edilən otağa gətirib xx xxxxxx 2014-cü il axşam saatlarınadək saxlamaqla oğurlamışlar. Bundan sonra Məhkum1 həmin ünvanda qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdiyi Mogeli Gelashvili, Teimurazi Kobakhidze və Məhkum2 ilə birlikdə günün müxtəlif vaxtlarında oğurlanmış Boris Machaidzeni yenidən mütəmadi döyüb və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar verərək, silah qismində istifadə etdikləri süpürgənin taxta parçasından ibarət dəstəyi ilə Boris Machaidzenin sağ əlinin İV barmağının əziyi ilə müşayiət edilən sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran xəsarətlər, xüsusi amansızlıqla, ağır iztirablar verərək aşkar surətdə köməksiz vəziyyətdə olan Boris Machaidzenin həyatı üçün təhlükəli və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağ gözaltı-almacıq nahiyəsinin hem atoması və almacıq sümüyünün sınığı ilə müşayiət edilən xəsarətlər yetirib qəsdən sağlamlığına az ağır zərər vurmuş, Boris Machaidzenin sağlamlığına az ağır zərər vurulması, oğurlanması, işgəncə verilməsi və ondan hədə-qorxu ilə pul tələb edilməsi barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbiri zamanı cinayətkar qrupun üzvləri-Məhkum1, Teimurazi Kobakhidze, Mogeli Gelashvili və Məhkum2 cinayət yerində, yəni Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 8/3 saylı evin zirzəmisindəki otaqda yaxalanmış, oğurlanmış Boris Machaidze isə azad edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətini və kassasiya şikayətinə əlavəni onunla əsaslandırmışdır ki, birinci və apellyasiya instansiyası məhkəmələri tərə findən cinayət-prosessual qanunun sübutların tədqiqinə və qiymətləndirilməsinə, habelə icraatın aparıldığı dili bilməyən təqsirləndirilən şəxsin tərcüməçinin köməyindən istifadə etmək hüququna dair normalarının, o cümlədən CPM-in 26.4-cü maddəsinin tələbləri pozulmuş, nəticədə ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar sübuta yetirilmədiyi halda, məhkəmələr işin faktik halları ilə uzlaşmayan nəticəyə gəlmiş, əsassız və qanunsuz olaraq Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 134, 144.3 və 182.3.2-ci maddələri ilə təqsirli bilinməsinə dair hökm və yekun qərar çıxarmışlar. Müdafiəçi1 kassasiya şikayətində və ona əlavədə göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2017-ci il tarixli qərarının ləğv edilmsin i, cinayət işinin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Məhkum1 kassasiya şikayətində konkret dəlillər gətirmədən onun barəsində işə məhkəmələr tərəfindən düzgün baxılmadığını qeyd etmiş, eyni zamanda məhkəmələrin onun səhhətini və ailə vəziyyətini nəzərə almadığını iddia etmiş, yəni faktiki olaraq həm Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 134, 144.3 və 182.3.2-ci maddələri ilə təqsirli bilinməsini, həm də ona təyin olunmuş cəzanı (ağırlığına görə) mübahisələndirmişdir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiy ası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum2 müdafiəçsi Müdafiəçi1 kassasiya şikayətində və kassasiya şikayətinə əlavəsində məhkəmələr tərəfindən cinayət prosesində tərcüməçinin iştirakına dair qaydaların pozulduğunu, sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda Məhkum2 əsassız olaraq Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 134, 144.3 və 182.3.2-ci maddələri ilə təqsirli bilindiyini iddia etməklə, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi barədə kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.11, 416.0.18-ci maddələ rində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkum1 kassasiya şikayətində konkret dəlillər irəli sürməsə də, faktiki olaraq şikayətini baxılan işdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2, 416.0.11-ci maddələrində, habelə 416.0.21-ci maddəsində göstərilən halların mövcud olması barədə iddia ilə əsaslandırmışdır. Odur ki, kollegiya Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətlərini (əlavə ilə birlikdə) CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu şikayətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxx 2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını məhkumlar G.Gatenadzeyə və Məhkum2 münasibətdə yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakı ları qeyd edir. Kassasiya şikayətlərində və kassasiya şikayətinə əlavədə irəli sürülmüş iddiaların əksinə olaraq, Məhkum1 və Məhkum2 onlara isnad edilən, hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətmələri birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya məhkəməsinin də öz yekun qərarında əsaslandığı sübutların məcmusu ilə müəyyən edilmişdir. Belə ki, məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılarkən yol verilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək Məhkum1 və Məhkum2 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4, 134, 144.3 və 182.3.2-ci maddələrində (Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanununadək olmuş redaksiyasında) nəzərdə tutulmuş cinayətlərin tərkiblərinin olması, həmin maddələrlə onların təqsirli bilinmələrini və cəzalandırılmalarını istisna edən halların olmaması haqqında qanuni və əsaslı nəticələr çıxarılmışdır (hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında sübutlar ətraflı təsvir edilib onların həqiqi məzmununa uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda o nların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Həmçinin, cinayət işi üzrə icraatın bütün mərhələlərində Məhkum1 və Məhkum2 icraatın aparıldığı Azərbaycan dilini bilməmələrindən irəli gələn prosessual hüquqları təmin olunmuş, o cümlədən cinayət prosesində tərcüməçinin iştirakına, müvafiq sənədlərin onların bildikləri dildə təqdim olunmasına dair Azərbycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 26-cı maddəsində təsbit edilən tələblərə əməl edilmişdir. Təsvir olunanlar, ümumiyyətlə cinayət işinin materialları ona dəlalət edir ki, birinci instansiya məhkəməsinin hökmü və hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya məhkəməsinin qərarı qanuni və əsaslıdır, məhkəmələr tərəfindən kassasiya şikayətləri ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəll əsinin 416.0.2, 416.0.11, 416.0.18 və 416.0.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilməmişdir. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarda “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli (xx xxxxxx 2017-ci il tarixdə qüvvəyə minmiş) Qanunundan irəli gələn dəyişikliklər edilməli və bu dəyişikliklər Məhkum1 və Məhkum2 təyin edilmiş cəzaların azaldılmasında özünü göstərməlidir. Belə ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiya instansiyası məhkəməsinin qərarı çıxarılan vaxt qüvvədə olmuş Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinə əsasən üç min manatdan on min manatadək olan məbləğ “xeyli miqdarda”, on min manatdan artıq olan məbləğ isə “kül li miqdarda” ziyan hesab edildiyi halda, Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinə edilmiş dəyişikliyə əsasən CM-in 177-ci maddəsinin qeydində sadalanan maddələrdə, o cümlədən CM-in 182-ci maddəsində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə isə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır. Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydi nə edilmiş dəyişikliklər Məhkum1 və Məhkum2 digər şəxslərlə qabaqcadan əlbir olaraq, zor tətbiq etməklə hədə-qorxu qəlib zərərçəkmiş şəxslər Boris Machaidzedən və onun arvadı İrma Gurchianidən tələb etdikləri 11.454 manat təşkil edən 10.000 ABŞ dolları və 3.300 manat təşkil edən 7.000 Gürcüstan larisi (ümumilikdə 14.754 manat) məbləğində pulun “külli miqdar” kimi qiymətləndirilməsini istisna etməklə və həmin məbləğin “xeyli miqdar” kimi qiymətləndirilməsini tələb etməklə onların vəziyyətini yaxşılaşdırır. Odur ki, Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd”inə edilmiş dəyişikliyin qüvvəsi geriyə şamil edilməli, Məhkum1 və Məhkum2 törətdikləri hədə-qorxu ilə tələb etmə cinayət inin hüquqi tövsifi “külli miqdar” əlamətini nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən “qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən”, “zor tətbiq etməklə” və “xeyli miqdarda əmlak əldə etmə məqsədi ilə” törədilmə əlamətlərini nəzərdə tutan 182.2.1, 182.2.3, 182.2.4-cü maddələrinə tövsif edilməli, ittihamın bu şəkildə yüngülləşdirilməsinə müvafiq olaraq da Məhkum1 və Məhkum2 hökmlə bu cinayətə görə və cinayətlərin məcmusu üzrə təyin olunmuş azadlıqdan məhrum etmə cəzalarının müddətləri azaldılmalı, Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə Məhkum1 cəzası 8 (səkkiz) il, cinayətlərin məcmusu üzrə cəzasının müddəti (CM-in 66.3cü maddəsinə əsasən qismən toplama üsulu ilə) 12 (on iki) il 9 (doqquz) ay həddində, Məhkum2 Cinayət Mə cəlləsinin 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə cəzası 8 (səkkiz) il, cinayətlərin məcmusu üzrə cəzasının müddəti isə (CM-in 66.3-cü maddəsinə əsasən qismən toplama üsulu ilə) 10 (on) il 6 (altı) ay həddində müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətlərinin təmin edilməsinə dair Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi1, habelə kassasiya şikayətlərinin qismən təmin edilməsi, G.Gatenadzenin və Məhkum2 hədə-qorxu ilə tələb etmə əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən 182.2.1, 182.2.3, 182.2.4-cü maddələrinə tövsif edilməsi haqqında dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətləri (Müdafiəçi1 əlavəsi ilə birlikdə) qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının Məhkum1, Teimurazi Kobakhidzenin, Mogeli Qelashvilinin və Məhkum2 barəsində olan xx xxx 2017-ci il tarixli qərarı məhkumlar Məhkum1 və Məhkum2 aid hissədə yuxarıda göstərilən qaydada dəyişdirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında dəyişdirilməsinin əsası kimi məhkəmə kollegiyası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10-cu maddəsinin tələbini nəzərə almaqla analogiya üzrə CPM-in 416.0.15-ci maddəsində göstərilən halı tətbiq edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1, habelə Məhkum2 müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətləri (Müdafiəçi1 əlavəsi ilə birlikdə) qismən təmin edilsin. Bakı Apell yasiya Məhkəməsinin Cinayət kollegiyasının məhkumlar Məhkum1, Teimurazi Kobakhidze, Mogeli Qelashvili və Məhkum2 barəsində olan xx xxx 2017-ci il tarixli qərarı məhkumlar Məhkum1 və Rafael Xubelaşvliyə aid hissədə dəyişdirilsin. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx xxxxxxx 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsindəki “külli miqdar” və “xeyli miqdar” əlamətlərinin izahına edilmiş dəyişikliklərin qüvvəsi Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən geriyə şamil edilməklə G.Gatenadzenin və Məhkum2 təqsirli bilindikləri hədə-qorxu ilə tələb etmə cinayətinin hüquqi tövsifi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsindən 182.2.1, 182.2.3, 182.2.4-cü maddələr inə dəyişdirilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum1 hazırki qərarla Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4-cü maddələri ilə təyin olunmuş 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təyin olunmuş 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təyin olunmuş 12 (on iki) i l müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Məhkum1 qəti olaraq 12 (on iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Məhkum2 hazırki qərarla Cinayət Məcəlləsinin 182.2.1, 182.2.3, 182.2.4-cü maddələri ilə təyin olunmuş 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası ona Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2016-cı il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 133.2.1, 133.2.3, 133.2.4-cü maddələri ilə təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə təyin olunmuş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təyin olunmuş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Məhkum2 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkumlar Məhkum1 və Məhkum2 aid qalan hissədə qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar