Məhkəmə qərarları › İş №1(102)-18/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-18/2020

24.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-18/2020 24.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Məhkum X18 və onun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Tərcüməçi X19 iştirakları ilə xx xxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşamış, hal h azırda həbsdə olan X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 29, 149.2.1, 29, 149.2.4, 150.2.1 və 150.2.4-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə qapalı məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmünə əsasən (hakimlər: R.A.Allahverdiyeva (sədrlik edən), T.X.Nəsrullayeva və N.A.Kərimov) X18 CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 29, 149.2.1, 29, 149.2.4, 150.2.1 və 150.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9-cu maddələri ilə 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 29, 149.2.1, və 29, 149.2.4-cü maddələri ilə 07 il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 150.2.1 və 150.2.4-cü maddələri ilə 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə müvafiq olaraq təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 19 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxx 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökm üzrə həmçinin X7 də CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 29, 149.2.1, 29, 149.2.4, 150.2.1 və 150.2.4-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkum X12 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: Ə.N.Bayramov (sədrlik edən), Ə.İ.Qasımov və N.E.Məmmədov) verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən X18, bir qrup şəxs halında, xüsusi amansızlıq, başqa cinayəti gizlətmə, zorlama və seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, bununla yanaşı zorlamaya cəhd, yəni bir qrup şəxs halında zərərçəkmiş şəxsin köməksiz vəziy yətindən istifadə edib xüsusi amansızlıqla cinsi əlaqədə olmaya cəhd etmiş, eləcə də bir qrup şəxs halında zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq edib xüsusi amansızlıqla seksual xarakterli hərəkətlər etmişdir. Belə ki, o, xx.xx.2017-ci il tarixdə tanışı X5 yaşadığı ünvan 1 ünvanında vaxtlarını eyş-işrətlə keçirmək məqsədilə əyyaşlıq (içki) məclisi təşkil edib həmin günü vaxtlarını spirtli içki qəbul edərək sərxoşluqla keçirmiş və xx.xx.2017-ci il tarixdə saat 09 radələrində cinsi ehtirasını təmin etmək üçün əvvəllər intim münasibətdə olduğu X9 mobil telefon vasitəsilə təşkil etdiyi məclisə dəvət etmiş və razılıq aldıqdan sonra taksi avtomobili ilə x2nın yaşadığı ünvana gedib həmin məclisə gətirmiş, sonra Xyla razılığa əsasən sonuncunun cinsi ehtirasını təmin etmək niyyəti ilə x4dan rəfiqələrindən birinin həmin məclisə gəlib onlara qoşulmasını xahiş etmiş, x4 da öz növbəsində onun istifadəsindəki mobil telefondan rəfiqəsi X3 zəng edib yeyib-içmək adı ilə həmin ünvana dəvət etmiş, sonuncu da razılaşaraq saat 18 radələrində həmin ünvana gələrək, Xy və onunla görüşüb tanış olduqdan sonra əyyaşlıq məclisinə qoşulmuş və yeyib-içməyi birlikdə davam etdirərək, aprel ayının 29-da saat 05 radələrinə kimi müxtəlif növ spirtli içkilər qəbul etmiş, sonra isə hər biri saat 13 radələrinə kimi ayrı-ayrılıqda yatıb-dincəlmiş, daha sonra oyanıb yenidən spirtli içki qəbul etmiş, o, sərxoş halda aprel ayının 30-na keçən gecə saat 01 radələrində spirtli içkinin təsirindən köməksiz vəziyyətdə olan x7ya onunla cinsi əlaqədə olmağı təklif etdikdə rədd cavabı almış və sonuncunu təhqir edib nalayiq söyüşlərlə söymüş, hadisənin kəskin xarakter ala biləcəyindən və sərxoş hala düşdüyündən ehtiyatlanan x7 mənzili tərk etmək üçün dəhlizə çıxdıqda, o, cinsi ehtirasını təmin etmək və bu məqsədilə x7 ilə zorla cinsi əlaqədə olmaq və seksual xarakterli hərəkətlər etmək məqsədilə müqavimətini qırmaq üçün arxasınca dəhlizə çıxıb üzərinə hücum edərək zor tətbiq etmiş, x7 müqavimət göstərdiyinə görə zorla cinsi əlaqədə ola bilməmiş, buna görə də sifət, baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələr endirmiş, bu ərəfədə sərxoş halda olan Xy, x7nın onunla cinsi əlaqədə olmaqdan imtina etdiyini bildikdə, onun cinsi ehtirasının təmini baxımından bir qrup şəxs halında dəhlizdə x7 ilə cinsi əlaqədə olmaq niyyəti ilə seksual xarakterli zorakı hərəkətlər ed ib paltarlarını soyundurmuş, törətdikləri cinayəti gizlətmək məqsədilə x7nı öldürmək qərarına gələrək, köməksiz vəziyyətindən istifadə edib bədəninin baş, sifət və sinə nahiyələrinə təpik və yumruq zərbələri endirmiş, x7nın aldığı bədən xəsarətlərinin təsirindən imdad diləyərək ağlayıb-yalvarmağına əhəmiyyət verməmiş, qəddarlıq və xüsusi amansızlıq göstərərək yerə yıxıb təpikləri ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək - baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızmalarla müşayiət olunan sol gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, döş sümüyünün cisminin orta 1/3-nin və soldan 1-6-cı qabırğaların orta körpücük xətti üzrə sınıqları, eləcə də sol ağciyərin aşağı payının cırılması və sol döş boşluğuna qanaxma ilə müşayiət olunan döş qəfəsinin qapalı k üt travması ilə nəticələnən, ölümün səbəbi ilə bilavasitə əlaqələri olan, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmanın, burun sümüklərinin yerini dəyişmiş qapalı sınığı və burnun yumşaq toxumalarının şişkinliyi fonunda qançırı kimi az ağır zərər vurmanın, alt dodağın sol yarısının əzilmiş-cırılmış və hər iki göz orbitası ətrafının, alın nahiyəsinin hematomaları ilə nəticələnən yüngül zərər vurmanın əlamətlərinə malik, sol gicgah nahiyəsinin, üst dodağın sol yarısının bayır səthinin, sağ yanağın, çənə və çənəaltı nahiyənin, sol çiyin qurşağı nahiyəsinin, sol əlin arxa səthinin, sol bel və sol qasıq nahiyələrinin qançırları, hər iki yanağın, sol burun dəliyi kənarının, çənə nahiyəsinin sıyrıqları kimi xəsarətlər yetirmiş, spirtli içkinin təsirindən köməksi z vəziyyətə və xüsusi amansızlıqla yetirilən çoxsaylı xəsarətlərin təsirindən huşsuz hala düşən x7 ilə zorla cinsi əlaqədə olmaq və seksual xarakterli zorakı hərəkətləri davam etdirmək üçün sonuncunu hamam-vanna otağına gətirmiş, əl-üzünü yuyub əynindəki paltarları tam çıxarıb çılpaq halda özünün yatdığı divana uzandırmış, daha sonra o, x7nın köməksiz vəziyyətindən istifadə edərək seksual xarakterli zorakı hərəkətlər etmiş, yetirmiş olduqları bədən xəsarətlərindən sonuncunun qısa müddət ərzində öləcəyinə tam əmin olmasına baxmayaraq saat 04 radələrində cinsi ehtirasını təmin etmək məqsədilə zorla cinsi əlaqədə olmaq istədikdə, x7nın öldüyünü bilmiş və iradəsindən asılı olmayan səbəblərə görə cinsi əlaqədə ola bilməmiş, törətdikləri cinayətləri gizlətmək məqsədilə çılpaq vəziyyətdə olan x7n ın meyitinin əyninə paltarlarını geyindirmiş və meyiti mənzildən çıxarıb pilləkənlə aşağı endirərək həyətin küncündə qoymaqla, o, qəsdən adam öldürmüş, yəni bir qrup şəxs halında, xüsusi amansızlıq, başqa cinayəti gizlətmə, zorlamaya cəhd və seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarının ləğv edilməsi və X14 bəraət verilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apellysiya instansiyası məhkəməsi apellyasiya şikayətinin əsasını təşkil ed ən halları araşdırmamış, yalnız cinayət işinin materiallarında öz əksini tapmış sübutları araşdırmaqla kifayətlənmişdir. Şikayət müəllifinin fikrincə, obyektiv və hərtərəfli araşdırma aparılmadığından məhkəmə X15 təqsirli hesab edərək məhkum etməkdə haqlı olmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə məhkum x3 və Müdafiəçi, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kass asiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Faktla rı araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, X18 məhkəmə hökmündə təsvir edilən cinayət hadisəsini törətmişdir. Bu zaman məhkəmə iş üzrə məhkum edilmiş şəxslərin ifadələrinə, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrinə, ekspert rəylərinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə edilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində x3 barəsində qəbul edilmiş məhkəmə qərarlarının qanunsuz və əsassız olduğu mübahisə edilir və ona bəraət verilməsi xahiş o lunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxx 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azər baycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət veri lir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” xx xxxxxx 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” xx xxxxxxxx 2001-ci il, “X21rşı” xx xxxxxx 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” xx xxxxxx 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırı lmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən məhkum x3un əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin a parılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulma mışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir.. Belə ki, X12 CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 29, 149.2.1, 29, 149.2.4, 150.2.1 və 150.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsi ilə yanaşı, şahidlər X16, X17, X20, X11 və X8 ifadələri, xx xxx 2017-ci il tarixli üzləşdirmə protokolu, məhkəmə-tibbi ekspertizasının xx.xx.2017- ci il tarixli, 254 saylı və xx.xx.2017-ci il tarixli 42 saylı rəyləri, məhkəmə genetik ekspertizasının xx.xx.2017-ci il tarixli 17/492r saylı və xx.xx.2017-ci il tarixli, 17/192r saylı rəyləri, məhkəmə trasoloji ekspertizasının xx.xx.2017-ci il tarixli, 12725 saylı rəyi, məhkəmə lifli materialların tədqiqi ekspertizasının xx.xx.2017-ci il tarixli, 11288 saylı rəyi və iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarına və cinayət qanunu normalarının tələblərinə, habelə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq hesab edir ki, məhkəmələr iş üzrə toplanmış sübutlara q iymət verərək əsaslı olaraq x3un əməlini CM-nin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.9, 29, 149.2.1, 29, 149.2.4, 150.2.1 və 150.2.4-cü maddələri ilə tövsif edib həmin maddələrlə məhkum etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilməsi məqsədə müvafiq deyildir. Məhkəmə kollegiyası hesab edir ki, X14 məhkəmələr cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ail əsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, məhkum X14 elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkumun ittiham olunduğu cinayətin törədilməsində təqsirli bilinməsi haqqında mötəbər nəticəyə gəlmək üçün qanuni üsullarla kifayət qədər sübutlar toplamış, həmin sübutlar ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış və məhkəmə onların hər birisini ayrıayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarı qəbul etmişdir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun ləğv edilməsi və dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayətin təmin edilmədən, həmin qərarın isə dəyişiklik edilmədən saxlanılması mümkündür. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X12 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar