Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-18/2021 08.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, onun nümayəndısivəkil X7, Zərərçəkmiş şə xs3n və Zərərçəkmiş şəxs1, Məhkum, onun müdafiəçisi-vəkil Ağayev Adil sgər oğlunun iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Hacılı Ramiz İmran oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2018-ci il tarixli hökmü ilə (hakimlər:M.M.Ağalarov (sədrlik edən və məruzəçi), Ə.M.Abasov və E.Ə.Mikayılovdan ibarət tərkibdə) Məhkum - xx xxxxxx 1975-ci il tarixdə Ermənistan Respublikasının Yexeqnadzor rayonunda anadan olmuş, Azərbaycan Respublikasının və təndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Ünvan1-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasmda saxlanılan Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, əvvəli xx xxxxxx 2017-ci il tarixdən hesablanmaqla məhkum edilmişdir. Hökmlə zərərçəkmiş şəxslərin mülki iddiaları təmin edilərək, Məhkum tutularaq Zərərçəkmiş şəxs3 xeyrinə 8320 manat, Zərərçəkmiş şəxs2 xeyrinə 8320 manat və Zərərçəkmiş şəxs4 xeyrinə 116.341 manat ödənməsi müəyyən edilmişdir. İşin halla rı: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 şərikli biznes quracaqlarına, yəni Sumqayıt şəhərində yerləşən əlvan metalların təkrar emalı ilə məşğul olan sexin fəaliyyətini genişlədirməklə əldə olunacaq külli miqdarda gəliri onunla yarı böləcəyinə dair yalan vəd verib Zərərçəkmiş şəxs4 inandırmaqla aldadaraq 2015-cı ilin aprel ayından həmin ilin sentyabr ayına kimi olan müddət ərzində Zərərçəkmiş şəxs4 vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcə ünvan 1 ünvanda yerləşən «Amor» restoranının qarşısında Şahid5 və X2 vasitəsi ilə milli pul vahidi ilə 52.325 manat təşkil edən 35.000 ABŞ dolları, bundan sonra Bakı şəhəri Nəsimi rayonu, 28 May metroştansiyasmm qarşısında «Dəmir yolu» vağzalında Şahid5 vasitəsi ilə milli pul vahidi ilə 29.900 manat təşkil edən 20.000 ABŞ dolları, daha sonra Bakı şəhəri Nizami rayonu Qara Qarayev metrostansiyasmm yaxınlığında Şahid5 vasitəsi ilə milli pul vahidi ilə 14.950 manab təşkil edən 10.000 ABŞ dolları, bundan sonra Bakı şəhəri Binəqədi rayonu Ayna Sultanova heykəlinin yaxınlığında Şahid5 vasitəsi ilə milli pul vahidi ilə 7475 manat təşkil edən 5000 ABŞ dolları, bundan sonra Bakı şəhəri Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən «Sevinc» şadlıq sarayının yaxınlığında Şahid5 vasitəsi ilə milli pul vahidi ilə 22.425 manat təşkil edən 15.000 ABŞ dolları, bundan sonra Bakı şəhəri Nizami rayonu 8-ci kilometr qəsəbəsində Şahid5 vasitəsi ilə milli pul vahidi ilə 14.950 manat təşkil edən 10. 000 ABŞ dolları, bundan sonra Bakı şəhəri Nizami rayonu Q.Qarayev metrosu yaxınlığında Şahid5 vasitəsi ilə milii pul vahidi ilə 7475 manat təşkil edən 5000 ABŞ dolları, bundan sonra ünvan 2 ünvanda yerləşən «Amor» restoranında Məhkum özü milli pul vahidi ilə 2691 manat təşkil edən 1800 ABŞ dolları, bundan sonra Gədəbəy rayonunun Slavyanka kəndində Şahid5 və X3 vasitəsi ilə milli pul vahidi ilə 44.850 manat təşkil edən 30.000 ABŞ dolları məbləğində pulu hissə-hissə olmaqla, ümumilikdə milli pul vahid ilə 197.041 manat təşkil edən 131.800 ABŞ dolları məbləğində pulu alaraq, vədinə əməl etməyən Məhkum aldığı həmin pulun milli pul vahidi ilə 80.730 manat təşkil edən 54.000 ABŞ dolları məbləğində pulu sonradan geri qaytarsa da, qalan milli pul vahidi ilə 116.311 manat təşkil edən 77.800 ABŞ dol ları məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2016-cı ilin iyul ayının əvvəllərində tanışı Zərərçəkmiş şəxs3 15 gün müddətinə müxtəlif ölçülərdə əlvan metaldan olan tikinti materiallarını şveller, kastinka, truba və armaturu ucuz qiymətə təşkil edəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq ondan ünvan 1 ünvanda yerləşən «Amor» restoranında milli pul vahidi ilə 7790 manat təşkil edən 5000 ABŞ dolları və 500 manat məbləğində, cəmi 8290 manat pulu etibardan sui-istifadə etmə aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxx 2016-cı il tarixdə tanışı Zərərçəkmiş şəxs2 15 gün müddətinə müxtəlif ölçülərdə əlvan metaldan tikinti materiallarmı-şveller, kastinka, truba və armaturu ucuz qiymətə təşkil edəcəyinə dair yalan vəd verib inandırmaqla aldadaraq ondan ünvan 2 ünvanda yerləşən “Amor” restoranında milli pul vahidi ilə 7790 manat təşkil edən 5.000 ABŞ dolları və 500 manat məbləğində, cəmi 8290 manat məbləğində pul alıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx xxxxxxxx 2016-cı il tarixdə tanışı Zərərçəkmiş şəxs1 bir ay müddətinə müxtəlif ölçülərdə əlvan metaldan olan tikinti materiallarını - şveller, kastinka, truba və armaturu ucuz qiymətə təşkil edəcəyinə yalan vəd verib inandırmaqla aldadaraq ondan ünvan 3 ünvanda yerləşən “Amor” restoranında milli pul vahidi ilə 32.800 manat təşkil edən 20.000 ABŞ dolları pul alaraq, həmin məbləğin 4000 manatını qaytarsa da, qalan 28.800 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən Məhkum müdafiəçisi-vəkil Hacılı Ramiz İmran oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: H.H.Əhmədov (sədrlik edən və məruzəçi), Ə.İ.Qa sımov və İ.M.Nurquzovdan ibarət tərkibdə) xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə apelyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarından Məhkum müdafiəçisi-vəkil Hacılı Ramiz İmran oğlu kassasiya şikayəti verərək qərarın ləğv edilərək, cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi-vəkil Hacılı Ramiz İmran oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai istintaq orqanı “xxxx” MMC-nin təsisçisilərindən biri olan Məhkum ilə “Şəms-2000” şirkətinin təsisçisi və direktoru olan Zərərçəkmiş şəxs4 arasında razılaşmaya əsasən 4 ədəd “Daevo” markalı avtobuslar “Şəms-2000” şirkətinin istifadəsin ə verilmiş, həmin şirkət 4 il müddətində mülkiyyətçiyə icarə haqlarından yığılmış pulları mənimsəyərək ona pul verməmişdir. Zərərçəkmiş şəxs3 razılığı və iştirakı ilə Məhkum tərəfindən onun kürəkəninə həkimlərin iştirakları ilə 11.000 manatlıq müxtəlif çeşidli dərmanlar verilmişdir. Həmin dərmanların dəyəri olan 11.000 manat pulu Zərərçəkmiş şəxs3 və kürəkəni ona qaytarmayıblar. Zərərçəkmiş şəxslər X6 və Zərərçəkmiş şəxs1 pul alınması sübut olunmur. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X10 və Zərərçəkmiş şəxs1 bir-birinə yaxın biznes əlaqələrinin olması sübutlarla təsdiq olunur. Belə halda aprel 2015ci il tarixdə Zərərçəkmiş şəxs4 131800 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə Zərərçəkmiş şəxs3 5000 ABŞ dolları və 500 manat, xx.xx.2016-cı il tarixdə X5 5000 ABŞ dolları v ə 500 manat, xx.xx.2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 20000 manat alması, birinin borcunu qaytarmadan digərinin ona pul vermələri absurd görünür. Cinayət işinin materiallarında xx.xx.2017-ci il tarixdə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X10, Zərərçəkmiş şəxs1 və X12 ilə Məhkum arasında üzləşdirmələr keçirilsə də onun müdafiəçisinin iştirakı təmin edilməmiş və Azərbaycan Respublikası CPM-nin 235.2-ci maddəsinin tələbi pozulmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun və müdafiəçisinin, kassasiya şikayətinin təmin edilməməsi barədə zərərçəkmiş şəxslərin və dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublik ası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassas iya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində göstərilmişdir ki ibtidai istintaq orqanı “xxxx” MMC-nin təsisçisilərindən biri olan Məhkum ilə “Şəms-2000” şirkətinin təsisçisi və direktoru olan Zərərçəkmiş şəxs4 arasında razılaşmaya əsasən 4 ədəd “Daevo” markalı avtobuslar “Şəms-2000” şirkətinin istifadəsinə verilmiş, həmin şirkət 4 il müddətində mülkiyyətçiyə icarə haqlarından yığılmış pulları mənimsəyərək ona pul verməməsini nəzərə almamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş qətnamələrdən müəyyən edil mişdir ki, Zərərçəkmiş şəxs4 təsisçisi və direktoru olduğu “Şəms-2000” şirkətinin, təsisçilərindən biri Məhkum olduğu “xxxx” MMC-yə qarşı müqavilə öhdəliklərinin yerinə yetirilməsi 2 ədəd “Daevo” markalı **TG*** və **TG*** dövlət qeydiyyat nişanlı avtobusların “Şəms-2000” şirkətinin balansına keçirilməsi barədə iddiası Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərarı ilə təmin edilmişdir. 02 saylı Bakı İnzibati-İqtisad Kollegiyasının xx xxxxxxx 2000-ci il tarixli qətnaməsinə əsasən “xxxx” MMC-nin cavabdeh “Şəmsi-2000” şirkətinə qarşı 2 ədəd “İsuzu-NP37” markalı avtobusların istifadə edildiyi 5 il müddətində qazanılmış 240090 manat, mənəvi ziyana görə 50000 manat pulun alınması və həmin avtobusların təmir edilərək qaytarılması tələbinə d air iddiası qismən təmin edilərək 2 ədəd “İsuzu-NP37” markalı avtobusların “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması, qalan hissədə iddianın təmin edilməməsi qərara alınmışdır. Hər iki qətnamə hazırda qanuni qüvvəsindədir və 4 ədəd avtobuslarla bağlı tərəflər arasındakı mübahisələr mülki-mühakimə icraatı qaydasında həll edilmişdir. Hazırkı cinayət işi üzrə Zərərçəkmiş şəxs4 4 ədəd avtobusların istifadə edildiyi 4 il müddətində qazanılmış pul məbləğlərinin alınmasına dair iddialarının yenidən qaldırılması, yəni mülkimühakimə icraatı qaydasında həll edilmiş mübahisələrin yenidən hazırkı cinayət işi üzrə qaldırılması qanunun tələbinə ziddir. Bu barədə kassasiya şikayətinin dəlilləri də əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası CM-nin 65.7-ci maddəsinə əsasən mə hkəmənin mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olubolmaması hissəsində məcburidir. Həmin Məcəllənin 142.2-ci maddəsinə əsasən mülki iş, inzibati və ya iqtisadi mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmənin qərarı cinayət işi üzrə icraatda təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəməyə yalnız hadisənin yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir və təqsirləndirilən şəxsin təqsirli olubolmaması nəticəsini əvvəlcədən həll etmir. Kassasiya şikayətində göstərilmişdir ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs3 razılığı və iştirakı ilə onun kürəkəninə həkimlərin iştirakları ilə 11.000 manatlıq müxtəlif çeşidli dərmanlar verilmişdir. Həmin dərmanların dəyəri ola n 11.000 manat pulu Zərərçəkmiş şəxs3 və kürəkəni ona qaytarmayıblar. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum tərəfindən Zərərçəkmiş şəxs3 kürəkəninə verilmiş dərmanların dəyərinin, hətta sonuncunun razılığı və iştirakı ilə verilmiş olsa da Zərərçəkmiş şəxs3 tələb edilməsi və ya təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs3 alınmış pulun əvəzi kimi qiymətləndirilməsi məntiqsizdir, həm də həmin dərmanların alınmasında Zərərçəkmiş şəxs3 iştirakını təsdiq edən sübutlar yoxdursa, Zərərçəkmiş şəxs3 alınmış pulun ona qaytarılmasını təsdiq edən fakt kimi həmin hala istinad edilməsi barədə kassasiya şikayətinin dəlili də əsassızdır. Kassasiya şikayətində göstərilmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X10 və Zərərçəkmiş şəxs1 bir-birinə yaxın biznes əlaqələrinin olması s übutlarla təsdiq olunur. Belə halda aprel 2015-ci il tarixdə Zərərçəkmiş şəxs4 131800 ABŞ dolları, xx.xx.2016-cı il tarixdə Zərərçəkmiş şəxs3 5000 ABŞ dolları və 500 manat, xx.xx.2016-cı il tarixdə X5 5000 ABŞ dolları və 500 manat, xx.xx.2016-cı il tarixdə Zərərçəkmiş şəxs1 20000 manat alması, birinin borcunu qaytarmadan digərinin ona pul vermələri absurd görünür. Məhkəmə kollegiyası cinayət işi üzrə zərərçəkmiş şəxslərin ifadələrində göstərdiklərinə əsasən qeyd edir ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxslər arasında biznes əlaqələrinin mövcudluğunu təsdiq edən hər hansı mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Toplanmış sübutlarla təsdiq edilir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin pul məbləğlərini birgə biznes fəaliyyəti quracağı bəhanəsi ilə ələ ke çirmişdir. Zərərçəkmiş şəxslərdən pul məbləğləri borc kimi alınmamışdır, tərəflər arasında borc münasibətlərinin olmasını təsdiq edən hər hansı hüquqi sənəd mövcud deyildir. Pul məbləğləri zərərçəkmiş şəxslərdən İİR-dan müəyyən tikinti materiallarının alınıb gətirilməsi üçün alınmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri həmin materialları gətirəcəyinə inandırdığı üçün onlar polisə şikayət verənədək gözləmişlər. Məhkum öz hərəkətləri ilə özünə olan inamı və etibarı itirdiyinə görə zərərçəkmiş şəxslər aldanıldıqlarını başa düşmüşlər. Ona görə də birinin borcu qaytarılmadan digərinin borc verməsi barədə mülahizə xarakterli dəlillər əsassız hesab edilir. xx xxxxxx 2017-ci il tarixdə zərərçəkmiş şəxslərlə Məhkum arasında üzləşmələr keçirilərkən o şübhəli və təqsirləndirilən şəxs status unda olmamışdır. Həmin üzləşdirmələr keçirildikdən sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs qismində tanınmışdır. Vəkil Hacılı Ramiz İmran oğlu xx xxxxxx 2017-ci il tarixdə müdafiəçi qismində prosesə buraxılsa da dövlət hesabına xx.xx.2017-ci il tarixdə təyin edilmiş müdafiəçidən imtina etməmişdir. Ona görə də bu barədə kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətində göstərilən dəlillər cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələrinin baxış predmetinə daxil olmuş, araşdırılaraq cinayət işinin materialları ilə təkzib edildiyindən, ittiham hökmü və hökmün dəyişdirilmədən saxlanması barədə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı Azərbaycan Respublikası CPM-nin 14 3-146cı maddələrinə müvafiq toplanıb, məhkəmə iclaslarında tədqiq edilmiş, qiymətləndirilmiş, sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların (bu sübutların məzmunu birinci instansiya məhkəməsinin hökmündə şərh edilmişdir) məcmusu ilə əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri əsassız hesab edilərək təmin edilməməlidir. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarının ləğv edilm əsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum müdafiəçisi-vəkil Hacılı Ramiz İmran oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-18/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-18/2021
08.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver