Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-18/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum və onun müdafiəçisi Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Əli oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləs inin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-ci il tarixli, 1(105)-70/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1969-cu il tarixdə Quba rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Quba rayonu, Aşağı Atuc kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya m əhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona görə məhkum edilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxil edilən təmiz çəkisi 7,812 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 23 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin gün saat 11:30-da Quba rayonu, Aşağı Atuc kənd inin ərazisində saxlanılaraq Quba Rayon Polis Şöbəsinə aparılıb orada üzərində şəxsi axtarış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 7,812 qram çəkidə narkotik vasitə olan heroin əynindəki qara rəngli qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür.
3. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X6, X3 ibarət məhkəmə tərkibində) 21 oktyabr 2022-ci il tarixli, 1(124)-324/2022 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və onun 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 23 oktyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi müəyyən edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir.
5. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-cü il tarixli, 1(105)-70/2023 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 1(124)324/2022 saylı, 21 oktyabr 2022-ci il tarixli hökmünün apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması, təqsirləndi rilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi qərara alınmışdır.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-cü il tarixli, 1(105)-70/2023 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi Əli oğlu kassasiya şikayəti vermişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum müdafiəçisi Müdafiəçi Əli oğlu kassasiya şikayətinin dəlilləri qismində çoxsaylı qanunvericilik normalarına və cinayət işi materiallarına istinadlar edərək qeyd etmişdir ki, cinayət prosesini həyata keçirən orqanlar tərəfindən hərtərəfli, obyektiv, ədalətli və qərəzsiz araşdırma aparılmamış, iş üzrə məhkəmə baxışları zamanı verilmiş ifadələrə və toplanmış sübutlara düzgün hüquqi qiymət verilməmişdir.
8. Belə ki, Məhkum ilk gündən ö zünü təqsirli bilməmiş, prosesin siyasi xarakteri olduğunu bildirmişdir. O, 2009-cu ildən AXCP-nin üzvüdür, siyasi proseslərdə yaxından iştirak etmiş, 2016-cı ildə iki oğlu ilə birlikdə Almaniyaya mühacirət edib. O, 2017-ci ilin mayından 2021-ci ilin iyun ayına kimi Almaniyada mühacirətlik dövründə də facebook sosial şəbəkəsində fəal olub, 2021-ci ilin 01 iyununda oradan deportasiya olunub. 25 oktyabr 2021-ci ildə günorta radələrində kəndə bələdiyyəsinin sədri Tural və 2 nəfər mülki geyimli şəxslər onun evindən Quba rayon Polis bölməsinə aparıblar. Orada ona Almaniyada yaşadığı dövr üçün müxtəlif suallar veriblər, müxtəlif adamların şəkillərini göstəriblər, işgəncələr verilib, zorlama ilə təhdid edilib. 26 oktyabrda onun 050 451 59 00 telefonuna zəng gəlib və onu kəndin kənarına çağırıblar, bildirib ki, Tural idi zəng edən. Həmin tarixdən ərizəçi barədə məlumat olmayıb, onun oğlu Elvin və vəkili 26 oktyabrda Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng ediblər. 27 oktyabrda məlum oldu ki, ərizəçi CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində Nərimanov Rayon Məhkəməsi 4 aylıq həbs qətimkan tədbiri seçib. O, CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilir. Dövlət hesabına təyin edilmiş müdafiəçi həbs qətimkan tədbirindən apellyasiya şikayəti verməyib, onun fəaliyyəti formal xarakter daşıyıb. O, ilkin ifadəsində cinayətini etiraf etsə də, rəsmi ərizəsi ilə ifadəsindən imtina etmiş, bildirib ki, bu etiraflar işgəncə nəticəsində olub, o, yenidən ifadə vermək üçün müstəntiqə və işgəncələr barədə Quba rayon prokurorluğuna müraciət etsə də, müna sibət bildirilməyib. O, müqavilə üzrə vəkillə görüşdə bildirdi ki, o, 26 oktyabr 2021ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinin işçiləri tərəfindən həbs edilib. Sumqayıt RPİ işçilri tərəfindən həbs edilib və ona etmədiyi cinayəti etiraf etmək üçün işgəncələr verilib, ailə üzvləri barədə olan videonu yaymaqla hədələyiblər. O, bu barədə müstəntiqə geniş ifadə verib. Müdafiə tərəfi şikayətçi barəsində həbs qətimkan tədbiri seçilərkən əsaslar barədə sübutlar təqdim edilmədiyindən və onların istintaqın uzanması ilə aradan qalxdığından həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə məhkəməyə vəsatət verir. Nərimanov Rayon Məhkəməsi 15 yanvar 2022-ci il tarixdə əsasların aradan qalxmaması səbəbi ilə vəsatəti rədd edir. Hal-hazırda həmin iş Avropa İnsan Hüquqları Məhkəməsinin icraatındadır.
9. Həmçinin, məhkəmənin nəzərinə çatdırır ki, Quba rayon Atuc kənd icra nümayəndəsi X4 şahid qismində dindirilərkən bildirdi ki, o, 26 oktyabr tarixində M. Orucov azəng edib deyib ki, “səni polis axtarır, çölə çıx.” Quba rayon Polis İdarəsinin rəis müavini şahid qismində dindirilərkən bildirdi ki, 25 oktyabrda ərizəçinin polisə çağırıb, ona xəbərdarlıq edib ki, bir də narkotik satmasın. Şahid qismində dindirilən polislər bildirdi ki, onun gəldiyi yeri biliblər və orada pusqu qurublar. Bütün bunlar Tural İsgəndərovun sözü ilə ziddiyyət təşkil edir. Şikaytəçi ifadsəində bildirdi ki, 23 oktyabr 2021-ci il tarixdə Quba rayonu, Aşağı Atuc kəndinin ərazisində saxlanılıb Quba Rayon Polis Şöbəsinə aparılarkən polis əməkdaşlarının ona fiziki işgəncələr verdiyi ni, üzərinə külli miqdarda narkotik vasitə heroin qoyduğunu, həm fızki işgəncələrdən qorxduğundan, həm də yalnız narkotik vasitə istifadəçisi kimi rəsmiləşdirəcəklərinə indandığından polis əməkdaşları tərəfindən əvvəlcədən üzərinə qoyulmuş narkotik vasitə olan heroini şəxsi axtarış zamanı təqdim edib həmin narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini və istintaqın ilkin mərhələsində etirafedici ifadələr verdiyini bildirmişdir. Məhkum saxlanarkən tutulmadan dərhal sonra tutulmasının səbəbini bildirməməklə, özünə və yaxın qohumlarına qarşı ifadə verməmək, müdafiəçinin yardımından istifadə etmək hüquqlarını ona aydın olan dildə izah etməməklə, ona tutulduğu və harada saxlanıldığı barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə telefonla v ə ya digər vasitələrlə məlumat vermək imkanını yaratmamaqla “Polis haqqında” Qanunun 23-cü maddəsinin tələblərin qanunu kobud şəkildə pozub. Məhkum işgəncə verməklə Azərbaycan Respublikası Konstitisiyasını, ölkənin tərəfdar çıxdığı beynəlxalq Konvensiyaları, eləcə də “Polis haqqında” Qanunun 3 və 5-cü maddəsinin tələblərin pozublar. İşgəncə ilə bağlı prokurorluğun qərarı məhkəmə nəzarəti qaydasında ləğv edilmiş, araşdırma gedir. Məhkəmədə əməliyyat-qeydiyyat işi və qeydiyyat jurnalı gətirilməsi barədə müfaviq sorğu verilməsi barədə vəsatət verilsə də, təmin edilmədi. Müdafiə tərəfin verdiyi vəsatətlərin böyük əksəriyyəti qanunsuz və əsassız olaraq şərh edilmədən rədd edilməklə tərəflərin bərabərlik prinsipi pozuldu.
10. Kassasiya şikayətinin müəllifi məhkəmə kollegiyasından Sumqayıt Apelly asiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-cü il tarixli, 1(105)-70/2023 nömrəli qərarının ləğv edilməsini və Məhkum münasibətdə cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi, Məhkum münasibətdə Avropa İnsan Hüquqları Konvensiyasının 3, 5, 6, 8, 10, 11, 14 və 18-ci maddələrinin pozulmasının tanınması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
12. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum və müdafiəçisi Müdafiəçi Əli oğlu kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından təmin edilməsini xahiş etdilər.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iş tirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.
16. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanun unun və Cinayət Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
17. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) o lduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
19. Məhkum müdafiəçisi, onun təqsirli bilindiyi AR CM-in 234.4.3-cü maddəsi ilə olan əməlinin hüquqi tövsifinin doğruluğunu mübahisələndirmiş, məhkumun təqsirliliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsini, lakin birinci instansiya və apellyasiya instansiyalarında sübutların tədqiqindən əsassız imtina olunduğunu qeyd edərək tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2, 416.1.3, 416.1.6, 416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir.
20. Odur ki, kollegiya məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-cü il tarixli, 1(105)-70/2023 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
21. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir.
22. Həmin Məcəllənin 351.2-ci maddəsində qanunverici qeyd edir ki, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsir ləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Əlaqəli şəkildə həmin Məcəllənin 351.3-cü maddəsi təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsirini təqsirsizlik prezumpsiyası rəhbər tutulmaqla, bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh etmək şərtilə sübuta yetirilmiş hesab edir.
23. Cinayət Prosessual Məcəllənin 412.3-cü maddəsinə əsasən, kassasiya şikayəti və ya kassasiya protestinə həmçinin müraciət edən şəxsin dəlillərini təsdiq edən sənədlər əlavə edilə bilər.
24. Məhkəmə kollegiyası Məhkum barəsində cinayət işi üzrə sü butların məhkəmə tərəfindən Cinayət Prosessual Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq olunmamasına dair arqumentini əsassız hesab edir.
25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-in 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.
26. Azərbaycan Respublikası CPM-in 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.
27. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri ə lamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
28. Apellyasiya instansiya məhkəməsi sübutları bir daha ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplayıb, bu sübutları məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırıb qiymətləndirərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlmişdir. İttiham olunduğu cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunduğu üçün, Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.
29. Bununla yanaşı məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətində göstərdiyi “...ilkin olaraq etirafedici ifadə versə də, həmin ifadələr işgəncə verilməklə və təhdid edilməklə alınıb...” kimi dəlilləri ilə əlaqədar olaraq bildirir ki, cinayət işi materiallarından və apellyasiya instansiya məhkəməsinin qərarından görünür ki, müdafiəçinin kassasiya şikayətinin dəlilləri qismində qeyd etdiyi həmin nüans məhz apellyasiya şikayətinin də dəlilləri qismində göstərilmiş və məhkəmə tərəfind ən araşdırılaraq müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs ona qarşı fiziki və psixoloji təzyiqə məruz qalması ilə bağlı Quba rayon prokurorluğunda araşdırılma aparılmış və cinayət işinin başlanılmasına dair rədd edilməsinə dair qərar qəbul edilmiş və həmin qərar məhkəmə nəzarəti qaydasında mübahisələndirilməmişdir.
30. Kollegiya qeyd edir ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinin ikinci yarımbəndində qeyd edilmişdir ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tər əfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıbqaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.
31. Məhkum müdafiəçisi kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən qanunsuz və əsassız ittiham hökmü çıxarılmasını qeyd etsə də, mübahisələndirdiyi Sumqayıt Apellyasiya Məhk əməsinin Cinayət kollegiyasının 1 mart 2023-cü il tarixli, 1(105)-70/2023 nömrəli qərarının qanunsuzluğuna və ya əsassızlığına dəlalət edən dəlil və əsasları izah edə bilməmişdir.
32. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun müdafiəçisinin apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
33. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
34. Odur ki, məhkəmə kollegiyası iclasda iştirak edən məhkumun, onun müdafiəçisinin və dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-cü il tarixli, 1(105)-70/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbə r tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 mart 2023-ci il tarixli, 1(105)-70/2023 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi Əli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.