Məhkəmə qərarları › İş №1(102)-180/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-180/2020

15.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-180/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Seyfəliyev Əli Səlim oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Atakişiyev Süleyman Atif oğlunun, Məhkum və Zərərçəkmiş şəxs iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarından Məhkum verdiyi kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim R.Ş.Əliyev) Məhkum (xx xxx 1984-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan3ndə qeydiyyatda olan) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum 01 noyabr 2017-ci il tarixdən 03 noyabr 2017-ci il tarixədək həbsdə saxlandığı 2 (iki) gün çıxılmaqla ona qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azad lıqdan məhrum etmə cəzası təyin edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 02 oktyabr 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim K.H.Əkbərov, hakimlər F.A.Qasımov və S.A.Mirzəyevdən ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə görə Məhkum tamah niyyəti ilə özgənin xe yli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma volu ilə ələ keçirmə, yəni dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədi ilə tanışı XX88un anası Zərərçəkmiş şəxs etibarından sui-istifadə etməklə ünvan5ndə yerləşən - Zərərçəkmiş şəxs vəsaiti hesabına inşa edilmiş bir mərtəbəli tikiliyə müştəri taparaq satıb Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat pul verəcəyini vəd verməklə aldadaraq həmin tikilini X3 öz evi kimi təqdim edib 01 aprel 2016cı il tarixdə sonuncunun bacısı X6 ilkin ödənişi 10.000 (on min) manat, qalan 13.000 (on üç min) manatı isə 36 (otuz altı) ay ərzində aylıq ödənişi 360 (üç yüz altmış) manat olmaqla ümumilikdə 23.000 (iyirmi üç min) manata satmağa dair razılıq əldə edərək əlyazma qəbz yazıb vermiş, Zərərçəkmiş şəxs bildirmədən ilkin ödəniş kimi 2015-ci ilin dekabr ayının sonlarından hissə-hissə olmaqla sonuncu 4500 (dörd min beş yüz) manat məbləğində pulu 01 aprel 2016-cı il tarixdə ünvan6 ərazisində qəsəbə bələdiyyəsinin inzibati binasının qarşısında almaqla ümumilikdə, 10.000 (on min) manat məbləğində pul almış, tikilini XXX99nin faktiki istifadəsinə verməklə Zərərçəkmiş şəxs verməli olduğu ümumilikdə 20.000 (iyirmi min) manat məbləğində pulu ələ keçirərək ona xeyli miqdarda əmlak ziyanı vurmaqla dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən onun əməlinin hüquqi tövsifində səhvə yol verilmiş, o, Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinməli olduğu halda, cinayət əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş xeyli miqdarda ziyan vurmaqla törədilən dələduzluq kimi qiymətləndirilmiş və ona əməlinə müvafiq olamayan həddindən artıq ağır cəza təyin edilmişdir. Məhkum bu iddiasını onunla izah edir ki, Zərərçəkmiş şəxs əvvəlcədən ona 5000 manat borcu olmuş və o, tikilini Zərərçəkmiş şəxs qane edən 20.000 manatdan da artıq məbləğə - 23.000 manata satmağı alıcı XXX99 ilə razılaşmışdır. Bu səbəbdən onun XXX99dən aldığı ilkin məbləğ - 10.000 manat tam olaraq ələ keçirilmiş məbləğ kimi qiymətləndirilməməli, ona çatası 8.000 manat (5000 + 20.000 manatdan artıq olan 3000 manat = 8000 manat) həmin miqdardan çıxılmaqla cinayət nəticəsində vurulmuş ziyanın miqdarı müəyyən edilməli idi. Bü cür hesablandıqda isə ziyan “xeyli miqdar” kimi qiymətləndirilə bilməzdi. Həmçinin miqdarın “xeyli miqdar” olmadığı həm də ondan görünür ki, Zərərçəkmiş şəxs ona və XXX99yə qarşı Binəqədi rayon Məhkəməsində qaldırdığı mülki iddiada ona qarşı yalnız 2330 manat məbləğində pulun tutulması barədə tələb irəli sürmüş, tikiliyə görə ödənilməyən qalan məbləği – 13.000 manatı isə XXX99dən tələb etmiş və Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli qətnaməsi ilə ödənişlərin məhz bu şəkildə həyata keçirilməsi (ondan 2330 manat, XXX99dən isə 13.000 manat alınıb Zərərçəkmiş şəxs verilməsi) qərara alınmışdır. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.0.1 və 416. 0.15-ci maddələrində göstərilən halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslara Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini, əməlinin Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə ona cəzanın təyin edilməsi barədə yeni qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutetməyə dair cinayətprosessual qaydaların pozulduğunu, nəticədə əm əlində Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş “xeyli miqdarda” ziyan vurmaqla dələduzluq cinayətinin tərkibi olmadığı, əməlinə Cinayət Məcəlləsinin 178.1-ci maddəsi şamil edilməli olduğu halda, əsassız və qanunsuz olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilindiyini iddia edib, faktiki olaraq mübahisələndirilən qərarın dəyişdirilməsi, əməlinin Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilməsi və həmin maddəyə uyğun olaraq ona cəzanın təyin edilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.0.1, 416.0.2 və 416.0.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şi kayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 26 dekabr 2018-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş ver mə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dis pozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulmuş cinayət (bu cinayətin əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin dispoziyası nəzərə alınmaqla) “xeyli miqdarda ziyan vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə” kimi təsbit edilmişdir. Təsvir edilən norma ilə cinayət məsuliyyətinin yaranması zərərçəkmiş şəxsə “xeyli miqdarda”, yəni Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğdə ziyanın vurulması ilə şərtləndirildiyindən, zyanın miqdarının beş min manatdan artıq, lakin əlli min manatdan artıq olmayan məbləğ təşkil etməsi bu cinayətin obyektiv cəhətinin zəruri əlaməti, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hal kimi çıxış edir. Yəni, cinayət-prosessual qanunda nəzərdə tutulmuş prosedurlar daxilində sübuta yetirilməlidir ki, dələduzluqda təqsirləndirilən şəxs zərərçəkənə məhz qeyd olunan məbləğdə maddi ziyan vurmuşdur. Hazırki işdə də məhkəmələr Məhkum Zərərçəkmiş şəxs 20.000 (iyirmi min) manat məbləğində pulunu aldatma yolu ilə ələ keçirməsindən çıxış edərək, onun vurduğu ziyanın “xeyli miqdarda” ziyan olması haqqında nəticəyə gəlmişlər. Lakin, birincisi bu nəti cə elə məhkəmələrin özlərinin müəyyən edilmiş saydıqları başqa bir faktiki halla ziddiyyət təşkil edir. Belə ki, hətta hökmdə və apellyasiya instasniyası məhkəməsinin qərarında verilmiş cinayətin təsvirindən görünür ki, Məhkum Zərərçəkmiş şəxs aid evin satışından ancaq 10.000 manat əldə etmiş (evin alıcısı X2 bacısı X4 almış) və məhz bu məbləğdə pulu Zərərçəkmiş şəxs verməyib özünə götürmüşdür. Məhkum ələ keçirməkdə təqsirli bilindiyi 20.000 manat məbləğində pul isə heç vaxt baxılan cinayətin predmeti olmamışdır. Bundan başqa, həm Məhkum ifadəsindən, həm də zərəçəkmiş şəxsin verdiyi məlumatlardan aydın olur ki, Zərərçəkmiş şəxs əvvəlcədən Məhkum müəyyən miqdarda (Məhkum ifadəsinə görə 5000 manat məbləğində, Zərərçəkmiş şəxs ifadəsinə görə 3000 manat məbləğində) pul borcu olmuş və Zərərçə kmiş şəxs həm də bu borcu Məhkuma qaytarmaq üçün onun vasitəsi ilə evin satılmasına qərar vermiş və onların arasında evin ümumilikdə 20.000 manata (həmin məbləğin alıcıdan hissə-hissə alınması yolu ilə) satılması, əldə olunmuş puldan Məhkum olan borcun onun tərəfindən götürülməsi və qalan məbləğin Zərərçəkmiş şəxs verilməsi haqqında şifahi razılaşma olmuşdur. Bundan başqa, Məhkum ələ keçirdiyi pulun məbləğinə ciddi şübhə salan hal odur ki, kassasiya şikayətində istinad olunan Binəqədi Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(001)-3911/2019 saylı qətnaməsinə əsasən Zərərçəkmiş şəxs evin satılması ilə əlaqədar həmin məhkəmədə iddia qaldıraraq Məhkum 2330 (iki min üç yüz otuz) manat, evin alıcısı XXX99dən isə 13.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə tələb irəli sürmüş və məhkəmə tərəfindən həmin iddia (eynilə tələb olunduğu kimi) təmin edilmişdir. Bu vəziyyət (ələ keçirilmiş pulun məbləğinə, yəni Zərərçəkmiş şəxs vurulmuş ziyanın miqdarına, ümumiyyətlə cinayətin predmetinə dair ziddiyyətli məlumatların olması) məhkəmələrdən işin mühüm əhəmiyyət kəsb edən həmin halının ətraflı, o cümlədən başqa sübutlarla daha inandırıcı şəkildə müəyyən edilməsini tələb etsə də, birinci instansiya məhkəməsi bunu etməmiş, apellyasiya baxşında da həmin nöqsan (nəticə etibarı ilə ittihamın həllində mühüm əhəmiyyət kəsb edən hala dair şübhə) aradan qaldırılmamışdır. Belə olan halda, məhkəmələrinin Məhkum “xeyli miqdarda” ziyan vurmaqla dələduzluq etməsi haqqında qənaətə gəlmələri sübutların cinayət-prosessual qanunun tələblərinə müvafiq qaydada tədqiq edilib-qiymətləndirilmə sindən hasil olunmuş nəticə kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsində təsbit olunmuşdur ki, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət-Prosessual Qanunun 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-in 349. 5-ci maddəsinə görə isə aşağıdakılar təmin olunduqda məhkəmənin hökmü (yəni, həm də apellyasiya instansiyası məhkəməsinin yekun qərarı) əsaslı hesab edilir: _ məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (maddə 349.5.1); _ bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (maddə 349.5.2); _ məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (maddə 349.5.3). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticə lərinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinin və yuxarıda təsvir edilən digər normalarının tələblərinə əməl olunmadığı, o cümlədən Cinayət Məcəlləsinin 178.2.4cü maddəsinin dispoziyası ilə ehtiva olunan cinayət tərkibinin obyektiv cəhətinə aid halın sübuta yetirilməsində mövcud olan şübhələr aradan qaldırılmadığı vəziyyətdə Məhkum əməlində qeyd olunan cinayətin tərkibinin olub-olmaması, təqsirlilik məsələlərinin düzgün həll edilməsi barədə nəticə çıxarmaq mümkün deyil. Odur ki, məhkəmə kollegiyası yuxarıda təsvir olunanları Az ərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.0.2-ci maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, məhkumun kassasiya şikayətində gətirdiyi dəlillərələ əlaqədar mübahisələndirilən qərarın ləğv edilməsini və apellyasiya baxışının yenidən keçirilməsini zəruri hesab edir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının və Zərərçəkmiş şəxsnln çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 26 dekabr 2018-ci il tarixli qərarı ləğv olunmalı, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməl idir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 26 dekabr 2018-ci il tarixliqərarı ləğv edilsin, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar