Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-180/2021 03.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyev Namiq Qadir oğlu, məhkum X7 və Məhkum2 iştirakları ilə, Şirvan Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmünə əsasən X7 və Məhkum2 Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Samir İsmayılov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şirvan Şəhər Məhkəməsinin (hakim: X6) xx xxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1958-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta-texniki təhsilli, X17 təsərrüfat işləri üzrə müdir müavini vəzifəsində işləyən, ailəli, Şirvan şəhər qeydiyyatda olan, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə təqsirli bilinərək üç il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməs i, onun ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay müddətin CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 3 il 2 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi, onun üzərində 1(bir) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanması, üzərinə davranışı üzərində nəzarəti həyata keçirən qeydiyyatda olduğu yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, xx xxxxxx 1974-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ali təhsilli, işləməyən, subay, Şirvan şəhəri qeydiyyatda olan, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə təqsirli bilinərək üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun ibtidai istintaq zamanı xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 4 ay müddətin CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 2 il 8 ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi, onun üzərində 1(bir) il sınaq müddətinin müəyyən edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesabl anması, üzərinə davranışı üzərində nəzarəti həyata keçirən qeydiyyatda olduğu yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı Fərahim Hüseynli tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən və məruzəçi), X14 və X1 ibarət tərkibdə) xx xxxx 2020-ci il tarixli qərarı ilə Apellyasiya protesti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin xx xxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmü ilə X7 və Məhkum2 ona görə təqsirli bilinib məhkum edilmişlər ki, X7 tanışları Məhkum2 və X15 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girəndən sonra Məhkum2 “X X X” MMC-nin Elektrik Sexinin rəis müavini vəzifəsində işləyən zaman satış məqsədi ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “X X X” MMC-i tərəfindən müvafiq qaydada saxlanılması üçün təhvil verilmiş təmiz çəkisi 10870 qram təşkil edən zəhərli maddə hesab edilən metallik civəni 2018-ci ilin oktyabr-noyabr aylarında “X X X” MMC-nin anbarından qanunsuz olaraq satış məqsədi ilə çıxarıb saxlamış, satıb pulunu bölüşdürməsi üçün 2018-ci ilin noyabr ayında həmin civəni Şirvan şəhəri Ş.Qurbanov küçəsi 66 saylı evin qarşısında X4 vermiş, sonuncu isə həmin civəni qanunsuz olaraq daşımaqla saxlayıb satıb pulunu bölüşdürmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi X8 xx.xx.2019-cu il tarixdə Şirvan şəhəri S.Zeynalov küçəsindəki dəmir yolu xətti nin yanındakı boşluq ərazidə vermiş, X15 isə həmin civəni etibarnamə ilə idarə etdiyi 2013-cü il buraxılışlı, “Hyundai Elantra” markalı, **HH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerində Şirvan şəhərindən Bakı şəhərinə daşımaqla saxlamış, Bakı şəhəri Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində TTT xx.xx.2019-cu il tarixdə saat 02 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan-Xocahəsən magistral avtomobil yolunda fəaliyyət göstərən «Tosoil» yanacaq doldurma məntəqəsinin yanında saxlanılıb Qaradağ RPİ-yə gətirilərək qeyd olunan avtomobilin yük yerinə keçirilmiş baxış zamanı 1 ədəd parça torbada kolba şəkilli 4 ədəd rezin qabda ayrı-ayrılıqda təmiz çəkisi 3400 qram, 2625 qram, 2425 qram, 2420 qram, ümumilikdə 10870 qram çəkidə met allik parıltıya malik metallik civə aşkar edilərək götürülmüşdü. Kassasiya protestinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarındən dövlət ittihamçısı kassasiya protesti verərək qərarın ləğv edilməsi və cinayət işinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən şərti məhkum etmə tətbiq edilərkən X5 və Məhkum2 törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmamış, işlər birinci instansiya, istərsə də apellyasiya instansiyası məhkəməsi tərəfindən cəzanı yüngülləşdirən hallar düzgün müəyyən edilməmiş, nəticədə məhkum edilmiş şəxslərə münasibət də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi əsassız olmuşdur. Birinci instansiya məhkəməsi məhkumlar barəsində şərti məhkum etmə institutunu tətbiq edərkən, apellyasiya instansiyası məhkəməsi isə bu qərarı əsaslı hesab edərkən cinayət qanunun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun şərh olunan qərarındakı mövqeyə əməl etməmiş, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin törədilməsi hallarını) nəzərə almamış, cəzanı yüngülləşdirən halları isə düzgün müəyyən etməmişdir. Qeyd olunanları nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının ləğv olunması və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasına təyin edi lməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi bərədə dövlət ittihamçısının, kassasiya protestinin təmin edilməməsi barədə məhkumların çıxışlarını dinləyib, kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq mürac iətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir v ə yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normalarının tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Kassasiya protestində işin faktiki halları və əməlin tövsifi deyil, məhkum barəsində cəza təyin edilərkən hər hansı qanun i əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmadan ona yüngül cəzanın təyin edilməsi mübahisə edilir. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşmayaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almamış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olmayan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngül cəza təyin etmiş, həmçinin qərarda məhkuma təyin edilmiş cəzanı əsaslandırmamışdır. Belə ki, ədalət prinsipini özünd ə əks etdirən Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsinin tələblərindən görü nür ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdi rən və ağırlaşdıran halları nəzərə alır. Ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin diferensiasiyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini səciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinin tətbiqindən söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gəl ərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakteri kompleks halda qiymətləndirilməlidir. Cəza təyini zamanı cinayət qanunu normalarının düzgün tətbiq edilməsinə dair tövsiyələr yuxarıda şərh edilən qaydada həmçinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında da təsbit edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin konkret hallarına gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, ədalət prinsipinin tələbləri baxımından apellyasiya instansiya məhkəməsi məhkuma cəza təyin edərkən yuxarıda qeyd edilən halları nəzərə almamışdır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə təyin edilmiş cəzanın yüngüllüyü həm də onun göstəricisidir ki, cəza təyin edən məhkəmələr cəza təyininin təməlində duran ədalət və humanizm prinsipləri arasındakı sərhədi dəqiq müəyyənləşdirməmiş, nəticədə nümayiş etdirilmiş həddindən artıq humanizm ədalətsiz cəza təyininə gətirib çıxarmış, CM-in 8-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 62-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəli lik dərəcəsini nəzərə almamış, cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin hallarını tam araşdırmamış, bu hallara, habelə məhkumların şəxsiyyətinə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini ehtiva edən hallara qiymət verməmiş, məhkumlar barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzanın məqsədini təmin etməyən həddindən artıq yüngül cəza qüvvədə saxlamaqla əsassız nəticəyə gəlmişdir. Bundan əlavə apellyasiya instansiya məhkəməsinin qərarından da görünür ki, apellyasiya instansiya məhkəməsi apellyasiya protestinə münasibət bildirərkən öz mövqeyini kifayət qədər əsaslandırmamış, bununla da qanunun tələbini pozmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir k i, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Beləliklə, kassasiya protestinin dəlilləri ilə razılaşan və həmin protestin təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası CPM-in 419.12.5-ci maddəsinə əsasən məhkuma təyin ediləcək cəzanı qabaqcadan həll etmədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında seçilmiş cəza tədbiri məsələsini həll edərkən həm cinayət qanunun normalarının, həm də apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Şirvan Apellyasiya Məhkəməsi nin xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 416.0.21-ci maddəsinin tələblərinə görə, məhkəmə tərəfindən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar nəzərə alınmadan cəza təyin edildikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Cinayət işinin təkrar apellyasiya baxışı zamanı, məhkum barəsində cəza tədbirinin seçilməsinə təsir göstərə bilən işin bütün halları, o cümlədən onun törətdiyi əməllərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini səciyyələndirən hallar, cinayət törətdikdən sonrakı davranışı araşdırılmalı və bu hallara cinayət qanunvericil iyinin tələblərinə müvafiq olaraq qiymət verilməli, işin hallarına uyğun olaraq cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmaması bir daha ətraflı yoxlanılmaqla düzgün qiymətləndirilməli, cəza təyini ilə bağlı tərəflərin bütün dəlillərinə cavab verilməklə məhkum haqqında qanuni və ədalətli cəzanın təyin edilməsi haqqında qərar qəbul olunmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Kassasiya protesti təmin edilsin. X3 və Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxx 2020-ci il tarixli qərarı ləğv edilsi n. Cinayət işi baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-180/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-180/2021
03.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver