Məhkəmə qərarları › İş №1(102)-180/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-180/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-180/2023 25.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əzizova İlahə Vahid qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Bəraət almış şəxs Məhkum2 və onun müdafiəçisi Sumqayıt şəhəri Regional Vəkil Bürosunun vəkili Əlimərdanov Fərid Qalib oğlunun iştirakları ilə, xx xxxx 1983-cü ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2 faktiki yaşamış,hal-hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3cü maddəsi ilə məhkum edilməsinə, xx xxxxxx 1983-cü ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olan və ünvan 3 faktiki yaşayan Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kass asiya protestinə və Məhkum1 müdafiəçisi, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Mustafazadə Ruslan Əsabəli oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü ilə (hakimlər: R.Ş.Əliyev (sədrlik edən), F.Z.Hümbətov (məruzəçi) və H.S.Əliyev) Məhkum1 - Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 13 mart 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkum2 - Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət ə məlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Məhkum1 müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarı ilə (hakimlər: R.Ə.Ağayev (sədrlik edən), V.C.Cəfərov və R.O.Əsgərova) apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum2 ittiham verilmişdir ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 q ram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan, ümumi təmiz çəkisi 4,908 qram, eləcə də 01 bükümdə təmiz çəkisi 3,017 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, satış məqsədi ilə tanışı qabaqcadan əlbir olduğu Məhkum1 xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində qanunsuz olaraq külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan ümumi təmiz çəkisi 4,908 qram kustar üsulla hazırlanmış narkotik vasit ə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 130 (bir yüz otuz) manata satmış, sonuncu həmin narkotik vasitələri və psixotop maddəni əldə edib, daşımaqla üzərində saxladığı üçün xx.xx.2021-ci il tarixdə saat 15:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Okean» şadlıq sarayının yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibindəki açıq yaşıl rəngli kapron qabın içərisindən külli miqdarda siqaret kağızına bükülmüş 08 büküm, səffaf sellofana bükülmüş 06 bükümlərdə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan təmiz çəkiləri 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olan olan təmiz çəkisi 0,879 qram,bükümlərin ümumi təmiz çəkisi 4,908 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, xx.xx.2021-ci il tarixdə saat 02:20 radələrində Məhkum2 şübhəli şəxs qismində tutularaq Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verildikdən sonra MSY-nin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən anal dəliyindən 01 ədəd şəffaf rəngli sellofan polietilenə bükülmüş, ümumi təmiz çəkisi 3,017 qram ol an kustar üsulla hazırlanmış və Məhkum1 üzərindən aşkar olunaraq götürülmüş 14 ədəd bükümün 13 ədəd bükümü yəni 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram narkotik vasitə heroinlə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Məhkum1 ittiham verilmişdir ondan ötrü ki, o, «Məhkum2» ləqəbli Məhkum2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında xx.xx.2021ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində sonuncudan satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 q ram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan ümumi təmiz çəkisi 4,908 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 130 (bir yüz otuz) manata ondan əldə edib, daşımaqla üzərində saxlamış, xx.xx.2021-ci il tarixdə saat 15:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən “Okean” şadlıq sarayının yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibindəki açıq yaşıl rəngli kapron qabın içərisindən külli miqdarda siqaret kağızına b ükülmüş 08 büküm, səffaf sellofana bükülmüş 06 bükümlərdə bir-biri ilə və Məhkum2 üzərindən aşkar olunaraq götürülmüş 3,017 qram narkotik vasitə ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan təmiz çəkiləri 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olan olan təmiz çəkisi 0,879 qram, bükümlərin ümumi təmiz çəkisi 4,908 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və təqsirliliyi sübuta yetirilmədiyinə görə Məhkum1 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Şikayətdə qeyd olunur ki, Məhkum1 13 mart 2021-ci il tarixdə saat 15-16 radələrində deyil, səhər saat 10 radələrində saxlanılmış və bu hal sonuncunun həmçinin onunla birlikdə saxlanılan şəxsin məhkəmədə verdikləri ifadələrilə təsdiqini tapmışdır. Lakin iş materiallarında təqsirləndirilən şəxsin 15-16 radələrində saxlanıldığı qeyd edilir, üzərinə kamera çəkilişi ilə keçirilmiş baxış, hətta müdafiəçinin də dəvət edilməsi saat 15-16 radələri olmuşdur. Beləliklə, istintaqın ciddi pozuntularla aparılması, şəxsin saxlanılma saa tının dəyişdirilməsilə onun fundamental hüquqlarından olan müdafiə hüququnun kobud şəkildə pozulması müəyyən edilməklə birinci instansiya məhkəməsi tərəfindən araşdırılsa da, bu hal nəzərə alınmamışdır. Məhkum1 narkotik vasitələr istifadəçisi olduğunu, saxlanılan günü üzərində cüzi miqdarda narkotik vasitənin olduğunu bildirsə də,üzərindən aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş, sonuncunun narkotik vasitələrin satışına dair ümumiyyətlə heç bir sübut yoxdur, ona CM-nin 234.4.3-cü maddəsilə ittiham yalnız digər şəxslə birlikdə əlbirlik şəklində elan edilmiş, lakin digər şəxsə bəraət verilməsi elan edildiyi təqdirdə Məhkum1 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinməsi tam qanunsuzdur. Şikayət müəllifi həmçinin qeyd edir ki, ibtidai araşdırma orqanının verdiyi i ttihama görə Məhkum1 aşkar edilmiş narkotik vasitələri o, əlbir olduğu digər şəxsdən almışdır. Lakin məhkəmələr həmin şəxsə təqsiri sübuta yetirilmədiyinə görə bəraət vermişlər. Belə olan halda, eyni qanunsuzluqlara Məhkum1 barəsində məhkəmələr tərəfindən ittiham hökmünün çıxarılması qanunsuz olmuşdur. Müdafiəçinin fikrincə, E.Əskərovun narkotik vasitələrin satışı ilə məşğul olmasına dair ümumiyyətlə heç bir sübut yoxdur. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi və işin apellyasiya instansiya məhkəməsində yenidən baxılmağa təyin edilməsi xahiş olunur. Protest müəllifi qeyd edir ki, məhkəmələr öz qərarlarında əsassız olaraq mövcud sübutları obyektiv və işin faktiki hallarına uyğun təhlil etməyərək biri digərini təkzib edən ziddiyyətli mövqe nümayiş etdirərək bir tərəfdən Məhkum1 üzərində aşkar edilmiş narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin ona məxsus olmaması, narkotik vasitənin satışı ilə məşğul olmaması və tutularkən polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirsə də, lakin Məhkum1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadələrində və video çəkiliş aparıİmaqla icra edilmiş “şəxsi axtarış və götürmə” zamanı göstə rdiyi “ondan götürülmüş narkotik vasitələri xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanıdığı əsl adı Məhkum2 olan və “Məhkum2" ləqəbli şəxsdə almışdır” kimi xüsusatarı, eləcə də, qeyd edilən xüsusatları təsdiq edən polis əməkdaşlarının ibtidai istintaq və məhkəmə istintaqı zamanı ifadələrində göstərdikləri “ondan təşdim etdiyi həmin bükümlərin nə olduğu və haradan aldığı soruşulduqda Məhkum1 həmin bükümlərin narkotik bükümlər olduğunu, bu gün səhər saatlarında Corat qəsəbəsi ərazisində Məhkum2 ləqəbli şəxsdən öz istifadəsi üçün 150 manata aldığını bildirmişdir” xüsusatları qəbul etməməsinin motivlərini hökmdə əsaslandırmamaqla, həmçinin Məhkum2 anal dəliyindən aşkar edilmiş 01 ədəd şəffaf rəngli sellofan polietilenə bükülmüş, ümumi təmiz çəkisi 3,017 qram heroin in sənəndləşdirilməsi zamanı tərtib edilmiş aktın prosessual qanunvericiliyə zidd olması əsası ilə həmin epizodu təkzib etməklə yalnış mövqe nümayiş etdirərək Məhkum1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric etməklə, Məhkum2 CM-nin 234.4.1 və 234.4.3- cü maddəsi ilə irəli sürülmüş ittihama bəraət verməklə səhvə yol vermişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum1 ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, “...xx.xx.2021ci il tarixdə səhər saatlarında Sumqayıt şəhər Corat qəsəbəsində əvvəlcədən tanıdığı Məhkum2 adlı “Məhkum2” ləqəbli şəxslə görüşüb, Məhkum 2yə 130 manat ödəyib,30 manat borclu qalaraq 5 qram narkotik vasitə olan heroin və 01 büküm metamfetamin almışdır...”. Ondan götürülmüş narkotik vasitələri xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində tanıdığı əsl adı Məhkum2 olan və “Məhkum2" ləqəbli şəxsdə almışdır. Əldə etdiyi narkotik vasitə maddəni öz istifadəsi üçün almış, Məhkum2lə 160 manata razılaşsalar da ona 130 manat verib 30 manat borclu qalmış, Məhkum2 adlı şəxsdən artıq 6-7 dəfə narkotik vasitə almışdır. Eləcə də, “şəxsi axtarış və götürmə" protokoluna əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “....ondan təqdim etdiyi həmin bükümlərin nə olduğu və haradan aldığı soruşulduqda Məhkum1 həmin bükümlərin narkotik bükümlər olduğunu, bu gün səhər saatlarında Corat qəsəbəsi ərazisində Məhkum2 adlı Məhkum2 ləqəbli şəxsdən öz istifadəsi üçün 150 manata aldığını bildirir... ”. - Məhkum2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi arasında 10xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərdə, xx.xx.2021-ci il tarixdə saat 18:59-da 103 saniyə, saat 21:15-də 17 saniyyə, saat 21:17-də 11 saniyə və saat 23:58-də 163 saniyə telefon danışıqları aparılmışdır. Bundan başqa, «SMS_Tarixçəsi» papkasına daxil olduqda, orada müəyyən edilir ki, Məhkum2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən ***-***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 22:44-də «Qaqa gondermişemde nazimnen vermiyibki», xx.xx.2021-ci il tarixdə, saat 23:46-da ***-***-**-** mobil telefon nömrəsinə «Can qaqa qurban olar qaqan indi gelecem verecem doburu eliyersen qaqa kef ele», xx.xx.2021-ci il tarixdə saat 23:32-də ***-***-**-** mobil telefon nömrə sinə «Qaqa men evde yoxam qoymusam dedim YERE ŞİTİN ÜSDÜNDƏDİ GED GÖTÜR» məzmunlu sms göndəmişdir. xx-xx-2021-ci il tarixdə saat 16:41-də ***-***-**-** mobil telefon nömrəsindən Məhkum2 istifadəsində olmuş ***-***-**-** mobil telefon nömrəsinə «Qaqana bir az pati qret eliye bilersen.imkan varsa», xx-xx-2021ci il tarixdə, saat 17:53-də ***-***-**-** saylı mobil telefon nömrəsindən Məhkum2 Məmmədovun istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə «Qaqa usaglar yarim isdiyir puluynan mene yigiblar sen ol» məzmunlu smslər göndərilmişdir. Protestdə həmçinin göstərilir ki, Məhkum2 üzərində aşkar edilmiş narkotik vasitə cinayət işinin materiallarında olan 14 mart 2021-ci il tarixli aktla və şahid ifadələri ilə təsdiq edilmişdir. Belə ki, həmin aktdan görünür ki, həmin akt Sumqa yıt ŞPİ-nin Müvəqqəti Saxlama Yerinin növbətçisi Şahid5 tərəfindən postaçılar Şahid7 və Rauf Nəniyevin iştirakları ilə tərtib edilərək onlar tərəfindən imzalanmışdır. Akta əsasən həmin gün saat 02:20-də MSY-yə qəbul edilmiş Məhkum2 üzərinə baxış keçirilən zaman o, oturarkən onun anal dəliyindən bir ədəd ağ sellofana bükülmüş büküm yerə düşmüşdür. Həmin büküm yoxlanılarkən içərisində qəhvəyi rəngli narkotik maddəyə oxşar kütlə aşkar olunmuş və bu haqda idarənin növbətçi hissəsinə məlumat verilmişdir. Dövlət ittihamçısı hesab edir ki, məhkəmələr Məhkum1 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihamdan CM-nin 234.4.1-ci maddəsinin xaric etməklə, Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihama bəraət verməklə səhvə yol verməklə yanaşı şərh etdiyi hallarla gəldiyi nəticəni də düzgün müəyyən etməmiş, işi qeyri-obyektiv, birtərəfli şəkildə apararaq cinayət qanununun və cinayət-prosessual qanununun normalarının tələblərini pozmuş, bunun nəticəsi olaraq ağır cinayət əməli törətmiş Məhkum2 cinayət məsuliyyətindən və layiqli cəza almaqdan kənarda qalmışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası verilmiş kassasiya şikayətinin və kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı A.Hüseynlinin, kassasiya protestinin təmin edilməməsi, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçi F.Əlimərdanovun və bəraət almış şəxs Məhkum2 çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti t əmin edilməməli, kassasiya protesti isə qismən təmin edilməklə, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinin tələblərinə uyğun olaraq, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblər inə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Protestdə qeyd edilir ki, Məhkum2 ittiham edildiyi cinayətin törədilməsində təqsiri təkzib edilməz sübutlarla təsdiq edilməsinə baxmayaraq məhkəmə həmin sübutları kifayət qədər araşdırıb təhlil etmədən onun barəsində bəraət hökmü çıxarmış, digər Məhkum1 törətmiş olduğu cinayət əməlinin tövsifində səhvə yol vermişdir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Məhkum1 əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisələndirilir və təqsirliliyi sübuta yüetirilmədiyinə görə Məhkum1 barəsində olan cinayət işinin bəraətverici əsaslarla xitam edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsinə əsasən “Bu Məcəllənin 234.2 və 234.3-cü maddəsində nəzərdə tutulmuş əməllər: 234.4.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 234.4.3-cü maddəsinə əsasən külli miqdarda törədildikdə-beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbayca n Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin ed ilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə təhlil edərək qeyd edir ki, apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə zidd olaraq işin hallarını tam, hərtərəfli tədqiq etmədən Məhkum1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmə kdə təqsirli bilinərək məhkum edilməsinə, Məhkum2 isə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 05 may 2022-ci il tarixli hökmünün dəyişdirilmədən qüvvədə saxlanması nəticəsinə gəlmişdir. Belə ki, kassasiya protesti ilə eyni məzmunlu olan apelyasiya protestini təmin etməyən apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırmışdır: “Məhkəmə kollegiyası ilk öncə apellyasiya protestinin Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə bəraət verilməsinə dair birinci instansiya məhkəməsinin hökmünün əsassız olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, həmin dəlillər aşağıda qeyd olunan larla təkzib olunan dəlillər olmaqla apellyasiya protestinin Məhkum2 münasibətdə təmin olunaraq onun barəsində ittiham hökmü çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz. Belə ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinin əsası olaraq qeyd etmişdir ki, ittiham tərəfi Məhkum2 narkotik vasitənin olmasını və ondan bu narkotik vasitənin götürülməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. İstintaq materiallarında olan və ittiham tərəfinin əsaslandığı əsas sübut, 3 nəfər müvəqqəti saxlama yerinin əməkdaşı olan polis nəfərləri tərəfindən tərtib olunmuş akt olmuşdur ki, bu aktın tərtib edilməsi və sübut kimi təqdim edilməsi özü-özlüyündə prosessual qanunvericiliyə zidd olması il ə yanaşı, aktda qeyd olunan hallar nə video görüntülərlə, nə də ki, hal şahidlərinin iştirakı ilə təsdiq olunmamışdır. Həmin polis əməkdaşlarının ifadələri isə digər sübutlarla təsdiq olunmadığı halda, qərəzsiz və mötəbər sübut kimi qiymətləndirilə bilməz. Bundan əlavə, Məhkum2 götürülməsi iddia olunan və sonradan iş üzrə maddi sübut kimi tanınan narkotik vasitənin yerində və vaxtında prosessual qanunvericiliyə uyğun qablaşdırılmaması, ittiham tərəfinin təqdim etdiyi bu sübutun da mötəbərliyinə əsaslı şübhələrin olmasına səbəb olan haldır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq vurğulamışdır ki, ittiham tərəfi Məhkum2 narkotik vasitənin olmasını və ondan bu narkotik vasitəni n götürülməsini təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. O da qeyd edilməlidir ki, apellyasiya protestində qeyd edilən Məhkum2 üzərinə baxış keçirilən zaman aşkar edilmiş 5 ədəd istifadə edilməmiş, 2 ədəd istifadə edilmiş və içərisində qana bənzər izlər olan 1 qramlıq şprislər, 2 flakon distillə olunmuş su, mədə ağrıkəsici dərman preparatı və 1 ədəd kiçik cib bıçağının olması, eləcə də narkotik vasitə satma ittihamı ilə saxlanılan Məhkum2 istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsindən xx.xx.2021-ci il, xx-xx-2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində müxtəlif mobil nömrələrinə göndərilmiş və qəbul edilmiş sms mətnləri halı da, sonuncunun 13 mart 2021-ci il tarixində narkotik vasitənin satışı ilə məşğul olmasına dəlalət edən sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası onu da qeyd edir ki, xx.xx.2021-ci il tarixdə yalnız polis əməkdaşları tərəfindən tərtib olunaraq imzalanmış, prosessual qanunvericilkdə nəzərdə tutulmayan və onun tələblərinə zidd olan, şübhəli şəxs tərəfindən belə imzalanmayan akt əsasında Məhkum2 külli miqdarda narkotik vasitə aşkar olunması məhkəmədə əsaslı şübhələr yaradır ki, bu şübhələr təqsirləndirilən şəxs Məhkum2 xeyrinə həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.3-cü maddəsinin tələbinə əsasən axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Bundan başqa, həmin Məcəllənin 246.3-cü maddəsinin tələbinə əsasən şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Göründüyü kimi, məhkəməyədək icraat zamanı təhqiqat və ibtidai istintaq orqanları Məhkum2 qarşı cinayət təqibi aparıb onda külli miqdarda narkotik vasitə heroinin olması qənaətinə gələrkən həqiqiliyinə və yaranma mənbəyinə əsaslı şübhələr olan mötəbər olmayan sübutlara istinad etmişdir. Bu hal, bir daha Şahid5 birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərdiyi xüsusatlarla təsdiq olunur. Belə ki, şahidin ifadəsinə əsasən o, Məhkum2 anal dəliyindən düşərək götürülməsini iddia etdiyi bükümün yerində hal şahidlərinin iştirakları ilə və ya videoçəkilişlə qeydə alınaraq təsvir olunmasını, daha sonra prosessual qaydada qablaşdırmasını təmin etmədən səhərədək gözləmiş, sonra isə əl ində həmin bükümü aparıb növbətçi hissəyə vermiş və növbətçi hissədə həmin büküm konvertə qoyularaq qablaşdırılmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 245.8-ci maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Qeyd olunan maddənin tələblərinə əsasən axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlər istintaq hərəkətinin iştirakçılarına təqdim edilir, onların müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilir, əşyalar və sənədlər qablaşdırılır, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənir. Məhkəmə kollegiyası bununla bağlı xüsusi qeyd edir ki, maddi sübutun götürüldüyü yerdə və vaxtda prosessual qaydada qablaşdırılmadan ekspertizaya təqdim edilməsi on un götürülməsindən sonra və ekspertə təqdim edilməsindən əvvəl çəkisinin və tərkibinin dəyişdirilə bilməsinə əsaslı şübhələr yaradır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına uyğun olaraq təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/1043 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №125» dairəvi möhür əksləri olan və soyad qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 3,017 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd olunan rəyin həm təsviri-əsaslandırıcı, həm də nəticə hissələrindən görünür ki, narkotik vasitənin qablaşdırılmasında yalnız möhür əksi olmuş, onun nə vaxt və kim tərəfindən götürülməsi ilə bağlı heç bir qeydiyyat aparılmamış, götürmə aparan və götürmədə iştirak edən şəxslərin imzaları ilə təsdiq olunmamışdır. Məhkəmə kollegiyası həmçinin bu rəyin nəticə hissəsinin 2-ci bəndi ilə bağlı qeyd edir ki, rəydə “Üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi №65» dairəvi möhür əksləri olan bir ədəd kağız paketin içərisində, «üzərindən narkotik vasitə aşkar edilən şəxs Məhkum1» sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində təmiz çəkiləri 0,319 qram, 0,324 qram, 2,563 qram, 0,267 qram, 0,286 qram, 0,050 qram, 0,025 qram, 0,029 qram, 0,023 qram, 0,016 qram, 0,019 qram, 0,019 qram, 0,024 qram açıq qəhvəyi rəngli heroinlər ilə təmiz çəkisi 3,017 qram olan heroin xarici əlamətlərinə və kimyəvi kompo nent tərkibinə görə eyni olub, təmiz çəkisi 0,874 qram olan heroin ilə xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqlidirlər” göstərilməsi özü özlüyündə təmiz çəkisi 3,017 qram olan narkotik vasitə heroinin təqsirləndirilən şəxs Məhkum2 aşkar edilməsinin sübut edilməsi kimi qiymətləndirilə bilməz və bu hal həmin narkotik vasitəni qanunsuz olaraq əldə etmiş, saxlamış, hazırlamış, istehsal etmiş, emal etmiş, daşımış, göndərmiş, yaxud qanunsuz olaraq narkotik vasitəni satmış şəxsin barəsində cinayət təqibi məsələsinin həll edilərkən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və istintaq orqanı tərəfindən nəzərə alınmalıdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlar a əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iş üzrə ittiham tərəfinin istinad ediyi sübutlarla Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə birinci instansiya məhkəməsinin ona həmin maddələrlə bəraət verməsi qanuni və iş üzrə müəyyən olunmuş faktiki hallara uyğun olmuş, dövlət ittihamçısının apellyasiya protestinin dəlilləri konkret hüquqi əsasa söykənməyən sübyektiv mülahizə xarakterli dəlillər olmaqla birinci instansiya məhkəməsinin hökmünün ləğv olunaraq Məhkum2 barəsində CM-nin 234.4.1 və 234.4.3-ci maddələri ilə ittiham hökmü çıxarılması üçün qanuni əsas kimi qəbul oluna bilməz və ona görə də apellyasiya protesti təmin olunmamalı, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmalıdır.” Məhkəmə kollegiyası qeyd edir ki, həm birinci instansiya məhkəməsinin, həm də onunla razılaşan apelyasiya instansiyası məhkəməsinin Məhkum2 üzərində müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 3,017 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinin cinayət prosessual qanunvericiliyin tələblərinin pozulması ilə sənədləşmə aparılmasına dair hüquqi qiymətləndirməsi səhv olmuşdur. Belə ki, məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və müvəqqəti saxlam a yerinə qəbul edilən Ramin Məhərrəmovun üzərində aparılan axtarışa məhkəmələrin istinad etdiyi Azərbaycan Respublikası CPM-nin 245 və 246-cı maddələrinin tələbləri şamil edilmir. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli 352-İVQ №-li Azərbaycan Respublikası Qanunu ilə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı münasibətləri tənzimlənir. Həmin Qanunun 12.1.1-ci maddəsinə görə “tutulmuş və ya həbs edilmiş şəxslərin qəbul edilməsi, onların qeydiyyatının və şəxsi axtarışının aparılması, əşyalarının yoxlanılması, tibbi müayinədən keçirilməsi və kameralarda yerləşdirilməsi” daxili intizam qaydalarından biri kimi müəyyən edilir. Həmin Qanunun 36.3-cü maddəsinə görə “Tutulmuş və ya həbs edilmiş şəxslərin “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda məcburi dövlət daktiloskopik və məcburi dövlət genom qeydiyyatı aparılır, fotoşəkilləri çəkilir və onların barəsində şəxsi axtarış tətbiq edilir. Tutulmuş və ya həbs edilmiş şəxslərin saxlanıldığı yerdə axtarış aparılır, onların əşyaları, bağlamaları, sovqatları və banderolları yoxlanılır.” Həmin Qanunun 36.5-ci maddəsinə görə “Tutulmuş və ya həbs edilmiş şəxslərdə qadağan olunmuş əşyalar aşkar edildikdə həmin əşyalar müvafiq protokol tərtib edilməklə götürülür və cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada müvaf iq araşdırma aparılır. Tutulmuş və ya həbs edilmiş şəxslərin özlərində saxlanmasına icazə verilməyən əşyalar aşkar edildikdə onlar müvafiq akt tərtib edilməklə götürülür, tutulmuş və ya həbs edilmiş şəxs azad olunanadək saxlanılmaq üçün anbara təhvil verilir və ya həbs yeri müdiriyyətinin əsaslandırılmış qərarına əsasən məhv edilir. Bu barədə tutulmuş və ya həbs edilmiş şəxsə məlumat verilir. Tutulmuş və ya həbs edilmiş şəxs təhvil verilən əşyaların siyahısını imzalayır.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları”na görə: “ 5.5. Qəbul zamanı həbs edilmiş şəxslərin üzərində tam axtarış, onlara məxsus əşyalara isə baxış keçirilir. Qəbuldan dərhal sonra həbs olunmuş şəxsə yaxın qohumlarına və ya əlaqə saxlanılması onun üçün maraq doğuran digər şəxslərə telefonla həbsi barədə məlumat vermək imkanı yaradılır. Həbs edilmiş şəxslər əldə etməyə, özlərində saxlamağa, sovqatlarda gətirilməsinə, habelə bağlama və banderollarda göndərilməsinə icazə verilən əşya, mallar və ərzaq məhsulları istisna olmaqla, digər mallar, əşyalar və ərzaq məhsulları saxlanılması üçün anbara təhvil verilir, bu barədə həbs edilmiş şəxsin iştirakı ilə akt tərtib olunur və onun şəxsi işinə əlavə edilir. Bu əşya, mallar və ərzaq məhsulları həbs edilmiş şəxsin ərizəsinə əsasən onun yaxın qohumlarına təhvil verilir. Belə əşyalar digər istintaq təcridxanasına və ya cəzaçəkmə müəssisəsinə daxil olmuş həbs edilmiş şəxsdə aşkar edildikdə, onların hərəkətləri daxili rejim qaydalarının pozuntusu k imi qiymətləndirilir. Təbii səbəblərdən xarab olan ərzaq məhsulları məhv edilir və bu barədə həbs edilmiş şəxs məlumatlandırılmaqla akt tərtib olunur.” Ona görə də məhkəmələr nəzərə almalı idilər ki, Ramin Məhərrəmovun üzərində müvəqqəti saxlama yerinin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” 22 may 2012-ci il tarixli 352-İVQ №-li Azərbaycan Respublikası Qanununu və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 fevral tarixli 63 nömrəli qərarı ilə təsdiq edilmiş, “İstintaq təcridxanalarının daxili intizam Qaydaları” tətbiq edilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi və onunla razılaşan apelyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM -in 143-146cı maddələrinin tələblərinə zidd olaraq təqsirləndirilən şəxslər Məhkum2 ittihamına daxil olan və Məhkum1 da ittiham olunduğu cinayət əməlləri ilə əlaqədar da kifayət qədər araşdırma aparmamış və ziddiyyətli nəticəyə gəlinmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Məhkum2 ittiham verilmişdir ondan ötrü ki, “o, istintaqa məlum olmayan mənbədən külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan, ümumi təmiz çəkisi 4,908 qram, eləcə də 01 bükümdə təmiz çəkisi 3,017 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış p sixotrop maddə metamfetamini əldə edərək, satış məqsədi ilə tanışı qabaqcadan əlbir olduğu Məhkum1 xx.xx.2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində qanunsuz olaraq külli miqdarda 08 və 06 ayrı-ayrı bükümlərdə çəkiləri 0,879 qram, 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram olan ümumi təmiz çəkisi 4,908 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 130 (bir yüz otuz) manata satmış, sonuncu həmin narkotik vasitələri və psixotop maddəni əldə edib, daşımaqla üzərində saxladığı üçün xx.xx.2021-ci il tarixdə saat 15:20-də Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri 12-ci mikrorayonda yerləşən «Okean» şadlıq sarayının yaxınlığında saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə gətirilmiş və orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan tünd boz rəngli gödəkcəsinin sol yan cibindəki açıq yaşıl rəngli kapron qabın içərisindən külli miqdarda siqaret kağızına bükülmüş 08 büküm, səffaf sellofana bükülmüş 06 bükümlərdə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan təmiz çəkiləri 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə fərqli olan olan təmiz çəkisi 0,879 qram, bükümlərin ümumi təmiz çəkisi 4,908 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi 0,625 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, xx.xx.2021-ci il tarixdə saat 02:20 radələrində Məhkum2 şübhəli şəxs qismində tutularaq Sumqayıt ŞPİ-nin MSY-yə təhvil verildikdən sonra MSY-nin əməkdaşları tərəfindən üzərinə baxış keçirilərkən anal dəliyindən 01 ədəd şəffaf rəngli sellofan polietilenə bükülmüş, ümumi təmiz çəkisi 3,017 qram olan kustar üsulla hazırlanmış və Məhkum1 üzərindən aşkar olunaraq götürülmüş 14 ədəd bükümün 13 ədəd bükümü yəni 0,324 qram, 0,329 qram, 2,568 qram, 0,272 qram, 0,291 qram, 0,055 qram, 0,030 qram, 0,034 qram, 0,028 qram, 0,021 qram, 0,024 qram, 0,024 qram, 0,029 qram narkotik vasitə heroinlə bir-biri ilə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür.” Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı X2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələri üçün eyni sübutlara istinad etmişdir. O cümlədən: -təqsirləndirilən şəxs Məhkum1 ilkin ifadələrində özünü təqsirli bilərək 13 mart 2021-ci ildə səhər saatlarında Sumqayıt şəhəri Corat qəsəbəsində “Məhkum2” ləqəbi ilə tanıdığı Məhkum2 130 manat ödəyib, 30 manat borclu qalmaqla 5 qram narkotik vasitə olan heroin və 1 büküm psixotrop maddə olan metamfetamin almasını etiraf etməsi; -Məhkum1 Məhkum2la üzləşdirmə zamanı narkotik vasitələri və psixotrop maddələri sonuncudan almasını onun üzünə deməsinə dair protokol; -Şahid X3 xx.xx.2021-ci ildə tanışı Məhkum1 telefonla ona zəng edib çağırması, görüş zamanı Məhkum1un ona üzərində narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin olduğunu bildirməsi, heroindən bir miqdar istifadə etməsi üçün ona verməsi, əvəzində onun da Məhkum1dan taksi fəaliyyəti ilə əlaqədar pul almaması, onların Şahid8 idarə etdiyi avtomaşınla Sumqayıt şəhərində yerləşən “Okean” şadlıq sarayının yaxınlığında yanacaq doldurma məntəqəsində olarkən polis əməkdaşlarının Məhkum1u saxlaması və polis bölməsinə aparmaları barədə ifadəsi; -Şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3 və qeyrilərinin ifadələri; -ibtidai araşdırma orqanı tərəfindən təyin edilərək alınmış ekspert rəyləri, habelə baxış protokolları. Birinci instansiya məhkəməsi və onunla razılaşan apelyasiya instansiya məhkəməsi həmin sübutları təqsirləndirilən şəxs Məhkum1 CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilnməsi üçün mötəbər hesab etmiş, lakin Məhkum2 eyni maddə ilə təqsirli bilinməsinə münasibətdə isə kifayət qədər əsaslandırma aparmayaraq mötəbər hesab etməməklə ziddiyyətli nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası kassasiya protestinin Məhkum1 ittihamından Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin xaric edilməsi ilə əməlin tövsifində səhvə yol verilməsi barədə dəlilini əsassız hesab edir. Belə ki, ittihama görə Məhkum1 və X4 cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə edib, daşıyıb, saxlamışlar. CM-nin 31-ci maddəsi iki və ya dah a çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılığı nəzərdə tutur. CM-nin 32.2-ci maddəsinə əsasən cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayətin icraçısı ilə birlikdə təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il 2 №li Qərarın 11-ci bəndində qeyd edilir ki: “Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Yalnız Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin CM-in 234.4.1ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbi r olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, hab elə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, ibtidai araşdırma orqanının gəldiyi nəticəyə görə Məhkum1 Məhkum2 ilə əlaqəsi yalnız sonuncunun Məhkum1 ödədiyi pulun müqabilində ona narkotik vasitə heroini və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil olan psixotrop maddə metamfetamini satmasından ibarət olmuşdur. İstintaqla Məhkum2 tərəfindən qeyd edilən narkotik vasitələrin və psixotrop maddələrin əldə edilməsi, daşınması və sair qanunsuz dövriyyəsi ilə bağlı hərəkətlərində Məhkum1 iştirak etməsi, eləcə də Məhkum1 narkotik vasitələri Məhkum2 pulla aldıqdan sonra sonuncunun Məhkum1 həmin n arkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar etdiyi hərəkətlərdə iştirakının konkret hansı hərəkətlərdə ifadə olunması iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, narkotik vasitləri və ya psixotrop maddələri satan şəxslə həmin narkotik vasitələri və ya psixotrop maddələri pulla alan şəxsin (yəni satıcı ilə alıcının) hərəkətlərinin cinayət əlaqəsi kimi qiymətləndirilməsi cinayət qanunvericiliyinin cinayətdə iştirakçılıqla bağlı yuxarıda istinad edilən normalarına ziddir. Odur ki, məhkəmə kollegiyası kassasiya protestinin Məhkum1 və X2 cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək, külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz əldə etmələri, daşımaları və satmalarına dair dəlillərin i əsassız hesab edir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiya məhkəməsi tərəfindən cinayət p rosessual qanunvericiliyin qeyd olunan normalarının tələbləri pozulmuşdur. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki: “25. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətləri ni həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və ps ixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır.

26. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətb iq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz.” Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avr opa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.... Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir.” Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibətdə göstərlənlərə əsasən Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini əsassız hesab edir və bununla əlaqədar təkrar şərhi zəruri hesab etmir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hətərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsinin tələbinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclasında yalnız bu Məcəlləyə uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdır. CPM-in 33-cü maddəsinə əsasən cinayət prosesi həyata keçirilərkən CPM-in 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi cinayət-prosessual qanunvericiliyinin həmin normalarının tələblərinə riayət etməyərək, işin obyektiv hallarına uyğun olan sübutları tədqiq edib düzgün qiymətləndirməmiş, gəldiyi nəticəni yetərincə əsaslandırmamışdır. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsini n Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə ə sasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətini təmin etməyib, kassasiya protestini isə qismən təmin etməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci qərarı ləğv edilməsini və işin apell yasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini məqsədə uyğun sayır. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin tam, hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırılmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Ona görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq Qərara alır: Kassasi ya protesti qismən təmin edilsin. Kassasiya şikayəti təmin edilməsin. Məhkum1 və Məhkum2 barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 iyul 2022-ci il tarixli qərarı ləğv edilsin. Cinayət işi baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar