Məhkəmə qərarları › İş №1(102)-180/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-180/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-180/2024 14.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Orucov Vüsal Əkbər oğlunun iştirakları ilə x xxxx 1990-cı ildə Şuşa şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 3 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış, halhazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 263.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmündən məhkumun müdafiəçisi, “Hümbətov və Partnyorları” Vəkil Bürosunun vəkili Orucov Vüsal Əkbər oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmü ilə (hakim A.A.Qurbanova) Məhkum - Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlində təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə bəraət verilmişdir. Məhkəmənin həmin h ökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmü ilə (hakimlər: Q.X.Babayev (sədrlik edən), İ.M.Murquzov və A.M.Tanrıverdiyev) apellyasiya protesti təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 noyabr 2022-ci il tarixli hökmü ləğv edilmişdir. Məhkum Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan he sablanması hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihama əsasən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, o, 3 sentyabr 2020-ci il tarixdə saat 13:30 radələrində BCED kateqoriyalı, AD 206926 nömrəli sürücülük vəsiqəsi və etibarnamə ilə idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan, 2008-ci il buraxılışlı “JAC HFC 1040 yük” markalı, kran manipulyator tipli, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Sulutəpə-Biləcəri avtomobil yolu ilə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini kobud surətdə pozaraq, yəni sürücü yer dəyişərkən, dönərkən manevr təh lükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, idarə etdiyi avtomobili sola doğru manevr etdirməzdən əvvəl etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olmalı, hərəkətin təhlükəsizliyi təmin olunmadığı vəziyyətdə avtomobili sola manevr etdirməməli, idarə etdiyi CAJ-HFJ1040 markalı avtomobili hərəkət etdiyi zolağın sağ tərəfindən sola doğru manevr etdirməzdən əvvəl ondan arxada hərəkət zolağın sol ilə eyni istiqamətdə hərəkətdə olan mopedə yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq avtomobili sola manevr etdirməli olduğu halda, bunlara riayət etməyərək və hadisənin qarşısını almağa texnik imkanı olduğu halda heç bir tədbir görməyərək avtomobilin sola istiqamətlənərkən X3 idarə etdiyi mopedin CAJ-HFJ1040 markalı avtomobilin arxa sol hissəsi ilə toqquşması nəticəsində sonuncunun ehtiyatsızlıqdan ölümünə səbəb olmuş qaraciyərin qapı venasının və qaraciyərin sağ payının cırılmış yaraları, sağ alın gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, burun sümüyünün aşıq, qəlpəli sınığı, sağ göz ətrafının qançır-hematoması, döş qəfəsinin sağ yarısının qançırı, burun əsasının, sağ qaşüstü və sağ təpə-gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Bununla da “JAC HFC 1040 yük” markalı, kran manipulyator tipli, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, sürücü Məhkum tərəfindən yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmünün ləğv edilməsi, Məhkum təqsirliliyi sübuta yetirilməməsi əsası ilə barəsində olan cinayət işinə xitam verilməsi və ya işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması üçün təyin olunması xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi heç bir araşdırma aparmamış, ibtidai istintaq zamanı yol verilmiş pozuntuların heç birini qiymətləndirməmişdir. Belə ki, apellyasiya instansiya məhkəməsi iş üzrə cəmi 3 nəfər dindirmiş dir. Bunlardan biri bəraət almış Məhkum, digər ikisi isə iş üzrə ekspertiza aparmış şəxslərdir. İş üzrə digər sübutların tədqiqindən imtina etmişdir. Bunlar iş üzrə ifadə vermiş ibtidai istintaqı aparan müstəntiqin ifadəsi, iş üzrə istintaq eksperimentinin aparılması, iş üzrə təkrar ekspertizanın təyin edilməsi, bəraət almış şəxs Məhkum ibtidai istintaq və birinci instansiya məhkəməsində verdiyi ifadələr, iş üzrə hadisə yerinə baxış keçirərkən hal şahidlərin mövcud olmaması faktı, iş üzrə şahidlərin ifadələrinin heç birini tədqiqi etməmişdir. Və ümumilikdə birinci instansiya məhkəməsinin bəraət hökmünü əsasına qoyduğu dəlillərin təkzib edilməsi istiqamətində bir sübutu araşdırmamışdır. Həmçinin, müdafiəçi qeyd edir ki, istər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı Mə hkum bütün ifadələrində heç bir manevr hərəkəti etmədiyini, zolağın sol tərəfi ilə hərəkət edərək qarşıdan sola dönməli olmasını qeyd etsə də, işin halları ilə bağlı bunun əksini göstərəcək bir sübutun olmadığı halda, məhkəmə onun heç bir ifadəsini qiymətləndirməmiş və nəzərə almamışdır. Araşdırma zamanı təkrar məhkəmə yolnəqliyyat ekspertizasının keçirilməsi barədə real əsaslar olsa da, məhkəmə vəsatətləri təmin etməmiş, özü də buna təşəbbüs göstərməmişdir. Şikayətdə qeyd olunur ki, məhkəmə ekspert rəylərinə əsaslanmış, lakin həmin rəyləri mötəbər sübut hesab etmək olmaz. Belə ki, ekspert rəyi hadisə yerinin sxeminə əsaslanmalıdır. Hadisə yerinin sxemi saxtalaşdırılmışdır, yəni hal şahidləri faktiki olaraq hadisə yerinə baxış zamanı olmamışdır, müstəntiq özü ifadə verərək sxemdə yalnız hə rəkət istiqamətlərini göstərdiyini bildirmiş, yəni ekspertlərin qənaəti kimi nəqliyyat vasitələrinin yanaşı, deyil ardıcıl hərəkət etdiyini göstərmiş, Məhkum mopedin onun arxasınca hərəkətdə olduğunu demişdir. Rəy verən ekspert yalnız öz mülahizələrini qurmuş, avtomaşınlara baxış keçirməmiş, nə dövlət reyestrində olan, nə də başqa ekspert metodlarından istifadə etməmişdir. Qanunsuz olaraq təkrar rəy verməkdən imtina etmiş, digər toqquşan vasitəni müstəntiq moped adlandırıdığı üçün onu nəqliyyat vasitəsi hesab etmişdir. Məhkəmə ekspertlərin ifadələrində faktiki olaraq yeni hallar barədə məlumat verməsinə baxmayaraq onların təkrar və ya əlavə rəy verməkdən imtina etməsi halına münasibət bildirməyərək, onların bu cür ifadəsini hökmün əsasına qoymaqla prosessual pozuntuya yol vermişdir. Müdafi əçi hesab edir ki, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamış, iş üçün əhəmiyyətli olan hallar sübuta yetirilməmiş və bu da məhkumun təqsirliliyi məsələsinin həll edilməsinə öz təsirini göstərmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi V.Orucovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin hökmü ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti v ə ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-p rosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Şikayətdə qeyd edilir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılma aparılmadan Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək əsassız olaraq məhkum edilmişdir. Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən “Avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda” cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şə xsin ölümünə səbəb olduqda— üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CPM-in 1.1-ci maddəsində əsasən Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olubolmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir. Azərbaycan Respublikası CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CM-in 7.1-ci maddəsinə görə “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsində təsbit olunmuşdur ki, hər bir sübut məns ubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüqu qunun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalət li həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan son ra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il Qərarında tövsiyə olunur: “Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydal arının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda ci nayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin.... Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Re spublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Həmin Qərarda həmçinin məhkəmələrə tövsiyə olunur ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü d ə yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasya instansiya məhkəməsi Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərini pozaraq Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Belə ki: İş materiallarında olan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi barədə protokoldan görünür ki, baş vermiş hadisə ilə əlaqədar müstəntiq tərəfindən nəqliyyat vasitələrinə baxış keçirilmişdir. Həmin protokolda göstərilmişdir: “Baxış keçirilən yer - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “cərimə meydançasında” olan “JAC HFC 1040” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil yük avtomobili olmaqla üzərində dövlət qeydiyyat n işanları var. Avtomobilin arxa sol işığı üzərində zədələr var, digər zədələr müşahidə edilmədi. Avtomobil üzərində “Yük daşınması” sözləri yazılıb. Həmçinin moped müşahidə edilir, mopedin üzərində “MADE İN CHİNA” sözləri qeyd edilmişdir”. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, “JAC HFC 1040” markalı yük maşınının arxa sol işığında zədə vardır. Həmin sol tərəfdəki işıq sol tərəfdən yuxarıdan aşağıya doğru yerini dəyişmişdir. Həmin fotoşəkillərdən nəqliyyat vasitəsinin ön, arxa, sol və sağ tərəfində hər hansı bir zədə, cızıq, əzilmə müəyyən edilmir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsinin xx.xx.2020-ci il tarixli 211 №li rəyindən görünür ki,

1. Mərhum Zərərçəkmiş şəxsin meyitində aşkar o lunmuş xəsarətlər - qaraciyərin qapı venasının və qaraciyərin sağ payının cırılmış yaraları, sağ alın-gicgah sümüyünün kəllə əsasına keçən xətti sınığı, beyinin yumşaq qişaları altına, mədəciklərinə və toxumasına qansızmalar, burun sümüyünün açıq, qəlpəli sınığı, sağ göz ətrafının qançır-hematoması, döş qəfəsinin sağ yarısının qançırı, burun əsasının, sağ qaşüstü və sağ təpə-gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları həyati olub, bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malikdirlər.

2. Mərhum Zərərçəkmiş şəxsin ölümünə səbəb qaraciyərin qapı venasının və qaraciyərin sağ payının cırılması nəticəsində daxilə qanitirmə olmuşdur. Zərərçəkmiş şəxsin ölümü xx.xx.2020-ci il tarixdə, saat 15.35 -də 3 saylı şəhər klinik xəstəxanasında baş vermişdir.

3. Mərhum Zərərçəkmiş şəxsin meyitində aşkar olunmuş xəsarətlər xx.xx.2020-ci il tarixdə onun idarə etdiyi mopedin yük avtomaşını ilə toqquşması nəticəsində əmələ gələ bilərdi.

4. Zərərçəkmiş şəxsin meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”na əlavə Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 03 sentyabr 2020-cı il tarixli 2/13919 nömrəli aktında göstərilmişdir ki, sürücü Məhkum alkoqol sərxoşluğu olmamışdır. Məhkum xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən verilmiş AD 206926 nömrəli BCED kateqoriyalı sürücülük v əsiqəsi vardır. İş materiallarında olan etibarnamənin surətindən görünür ki, “JAC HFC 1040” markalı yük maşınının idarəedilməsinə xx.xx.2019-cu il tarixdə Məhkum icazə verilmişdir. Həmin etibarnamə xx.xx.2029-cu il tarixədək verilmişdir. Müstəntiq tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli arayışda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 13:30 radələrində Biləcəri qəsəbəsi, Sulutəpə-Biləcəri avtomobil yolu ilə hərəkətdə olarkən onunla eyni istiqamətdə qarşısında hərəkətdə olan Məhkum etibarnamə əsasında idarə etdiyi “JAC HFC 1040” yük markalı **-SP-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa sol hissəsi ilə Biləcəri qəsəbəsi “Daş bazarının” qarşısında toqquşmuşdur. Qeyd olunan ərazidə təhlükəsizlik şəhər kamerası və yaxud hər hansı təhlükəsizlik kamerası aşkar edilmədi. İş üzrə təyin edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/146 №li rəyindən görünür ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “JAC-HFC 1040” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə mopedin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin 18-ci bəndinin və 27-ci bəndinin tələblə rinə əsasən moped nəqliyyat vasitəsi hesab olunur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, şahid qismində dindirilmiş Məhkum ifadəsində göstərmişdir ki, 3 sentyabr 2020-ci il tarixdə saat 13:30 radələrində idarə etdiyi texniki cəhətdən saz olan “JAC HFC1040” Yük markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Xırdalan dairəsindən çıxaraq Sulutəpə Biləcəri avtomobil yoluna keçib Biləcəri istiqamətində hərəkətini saatda 30-40 km sürətlə davam etdirirdi. O idarə etdiyi avtomobili yolun orta hissəsindən sola dönməli olduğundan yolun bütöv ağ xətdə yaxın məsafədə idarə edirdi. Qırıq-qırıq xətlərə çatmağa az qalmış idarə etdiyi avtomobili sola dönmə işarəsini yandırmış və avtomobilin sürətini azaldıb təxminən saatda 10-15 km-ə endirmişdir. Sola dönməsi üçü n qırıq-qırıq xətlərə çatmağına az qalmış idarə etdiyi avtomobilin arxa sol tərəfinə zərdə dəydiyini his edərək avtomobili saxlayıb yerə düşərkən görmüşdür ki, idarə etdiyi avtomobilin arxa hissəsi ilə toqquşan moped markalı nəqliyyat vasitəsidir. Mopedin sürücüsünün başında kaskası yox idi, Məhkum ətrafa yığışan insanlardan su alaraq mopedin sürücüsünün üzünə vurmuş və insanların köməyi ilə onu təcili yardıma aparmış oradan isə hadisə yerinə qayıtmışdır. Həmçinin protokoldan görünür ki, müstəntiq Məhkum “müstəntiqin hadisədən sonra onun və iki nəfər hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmiş və həmin gün hadisə yerinin sxemini çəkmişdir. Hadisə yerinin sxemində göstərilmişdir ki, hadisədən əvvəl Məhkum avtomaşını yolun sağ tərəfi ilə idarə etmiş, onun sol tərəfindən isə mo ped markalı nəqliyyat vasitəsi hərəkət edib. Məhkum sxemdə göstərilənlərlə razılaşıb hadisə yerinin baxış protokolunu və hadisə yerinin sxeminin düzgün tərtib olunmasını imzalamaqla təsdiq etməsi ilə bağlı sual verilmişdir. Həmin suala cavab olaraq Məhkum bildirmişdir ki, hadisə yerində müstəntiq hadisənin necə baş verdiyini ondan soruşduqda o, hadisəni ifadəsində göstərdiyi kimi müstəntiqə danışdıqdan sonra polis şöbəsinə getmiş, o, hadisə yerinin baxış protokoluna və hadisə yerinin sxemini imza etdikdə yerinin sxemində nəqliyyat vasitələrinin hərəkət istiqamətləri göstərilməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixdə müstəntiq tərəfindən müdafiəçinin vəsatəti əsasında təkrar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası təyin edilmiş və müstəntiq qərarında xx.xx.2020-ci i l tarixli hadisə yerinin sxemində göstərilən faktların öz təsdiqini tapmadığını, bu səbəbdən təyin olunmuş ekspertiza qərarında göstərilən məlumatlar əsasında tədqiqat aparılıb rəy verilməsin xahiş edilmişdir. Müstəntiq həmin qərarında aşağıdakı məlumatları göstərmişdir: -Hadisə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Sulutəpə-Biləcəri avtomobil yolu 1 may küçəsində avtomobil yolunda baş vermişdir, yol quru, asfalt beton örtüklü, hamardır -hadisə yeri yaşayış sahəsidir -hadisənin baş vermə mexanizmini müəyyən etmək məqsədilə 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə Məhkum ifadəsi hadisə yerində yoxlanıldı. -Məhkum ifadəsinin yerində yoxlanması zamanı müəyyən edildi ki, hadisə vaxtı o, etibarnamə əsasında idarə etdiyi “JAC HFC1040” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Sulutəpə dairəsindən sola dönüb qarşı tərəfdən hərəkət edən nəqliyyat vasitələrinin hərəkət zolağını ayıran bütöv ağ xətdən 70 sm aralı avtomobil sola dönmə işarəsini yandırıb idarə etmişdir, dairədən təxminən 300-400 metr getdikdən sonra qarşıdan qırıq-qırıq ağ xətlərdən sola dönüb tikinti materialları satılan bazara dönməyə 15 metr qalmış arxadan onunla eyni trayektoriya üzrə hərəkət edən moped markalı nəqliyyat vasitəsi onunla toqquşmuşdur. Toqquşma zamanı sürücü Məhkum idarə etdiyi avtomobilin hərəkət istiqamətini dəyişməmişdir. -Hadisədən öncə X8 idarə etdiyi nəqliyyat vasitəsi ilə Məhkum idarə etdiyi maşınla eyni istiqamətdə onun arxası ilə Sulutəpə qəsəbəsi istiqamətində Biləcəri qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. -JAC HFC 1040 yük markalı maşınında əla və yük olmamışdır -Hadisədən qabaq nəqliyyat vasitəsi texniki cəhətdən saz vəziyyətdə olmuşdur. -JAC HFC 1040 yük markalı avtomaşının arxa sol işığı sınmış, az hissədə deformasiya olunmuşdur. -X8 idarə etdiyi moped markalı nəqliyyat vasitəsinin qabaq hissəsi sınmış deformasiya olunmuşdur. Müstəntiq tərəfindən ekspert qarşısında “Məhkum hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmuşdurmu və sürücü Məhkum hadisənin qarşısını almağa imkanı olmuşdurmu” sualı qoyulmuşdur. İş üzrə müdafiəçinin vəsatəti əsasında təyin edilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/1538 №li rəyindən görünür ki,

1. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə istintaq tərəfindən qərarda göstərilən hadisə mexani zmi real hadisə mexanizminə uyğun deyildir. “JAC-HFC1040” markalı, **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2013-cü ildən sürücülük hüququ vardır, xx.xx.2020-ci il tarixdə saat 13 radələrində sürücülük hüququ əsasında etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “AJ HFJ1040” yük markalı **-SP-*** döv lət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Xırdalan dairəsindən çıxaraq Sulutəpə-Biləcəri avtomobil yoluna keçmiş, həmin avtomobil yolu ilə Biləcəri istiqamətində hərəkət etmiş, saat 13:30 radələrində Biləcəri qəsəbəsi Daş Bazarının qarşısı ilə 30-40 km/saat sürətlə hərəkətdə olaraq avtomobil yolunda olan qırıq xətlərə tərəf yaxınlaşmış, qırıq xətlərə yaxınlaşdıqda avtomaşının sürətini təxminən 10 km/saat sürətinə azaltmış, avtomaşının sol dönmə işığını yandırmış, hələ dönmə əməliyyatını həyata keçirməyə başlamadan qırıq xətlərə təxminən az məsafə qaldıqda nəqliyyat vasitəsinin arxasına nəyinsə dəydiyini hiss etmiş, nəqliyyat vasitəsini dayandırmış, nəqliyyat vasitəsindən düşəndə mopedin nəqliyyat vasitəsinin sol yan hissəsi ilə toqquşduğunu, mopedin asfaltın üzərində olduğunu və mopedi sürən şəxsin qaşının qanamış vəziyyətdə özünün isə oturulu olduğunu, başında və yaxın yerdə kaska olmadığını görmüş, ətrafa yığışmış tanımadığı şəxslərdən birindən su alıb mopedi idarə edən şəxsin üzünə su vurmuş, bu zaman yolda olan şəxslərdən kiminsə yolu dayandırdığı üçün onun idarə etdiyi maşını sürərək kənara çəkmiş, xəsarət almış şəxsin huşu özündə olmuş, yoldan keçən tanımadığı nəqliyyat vasitəsini saxlatmış, mopedin sürücüsü ilə arxada oturub onun əslən Beyləqan rayonundan olduğunu söhbət zamanı bilmiş, onu Biləcəri təcili yardıma aparmış, oradan təcili yardım maşını ilə mopedin sürücüsü xəstəxanaya aparılmış, hadisədən əvvəl mopedin tormozlama səsini eşitməmiş, bundan sonra hadisə yerinə qayıtmış, həmin yerə gələndə orada olan polis işçilərinə hadisəni baş verdiyini olduğu kimi da nışmış, nəqliyyat vasitəsinin sənədlərini təqdim etmiş, hadisə yerinə polis əməkdaşları tərəfindən baxış keçirildikdən və hadisə yerində ölçmə hərəkətləri aparıldıqdan sonra tərtib edilmiş protokolu imzalamış və mopedi sürən şəxsin adını sonradan bildiyi Zərərçəkmiş şəxsin xəstəxanada öldüyünü sonradan eşitmişdir. Hadisə yerinə baxış keçirilməsi zamanı müstəntiq tərəfindən tərtib edilmiş sxemi görmədiyini, həmin sxemi imzalayan zaman nəqliyyat vasitələrinin həmin sxemdə çəkilmədiyini qeyd etmişdir. Həmçinin müstəntiqin razılığı ilə yük markalı nəqliyyat vasitəsinin sahibinə geri qaytarıldığını bildirmişdir. İş üzrə təyin edilmiş yol nəqliyyat hadisəsi ekspertizası rəyi ilə razı olmadığını, ekspertin başına gələn hadisəni real hadisə mexanizmi hesab etməməsi ilə bağlı fikirlərini əsaslı hes ab etmədiyini, mopedin hündürlüyünün heç 1,20-1,30 metr olmadığını, özünün idarə etdiyi nəqliyyat vasitəsinin isə arxa hissəsinin hündürlüyünün təxminən 1,80-1,83 metr, yerdən arxa stop işığına qədər məsafənin təxminən 1,20-1,30 metr olduğunu qeyd etmişdir. Hadisədən özünün təqsirli bilmədiyini barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Daş Bazarının yaxınlığında 1 May küçəsində “Bol Dönər” dönərxənasını fərdi qaydada idarə əsasında işlədir, X8 isə 2020-ci ilin iyun ayından dönərxanada kuryer işləmiş, onun idarə etdiyi moped özünə məxsus olmuş. Zərərçəkmiş şəxs sifarişləri qəbul edib dönəri sifarişlərin ünvanına çatdırırdı. Həmin gün kuryerin yol nəqliyyat qəzası k eçirdiyini öyrənmişdir. Bunu eşidən kimi (təxminən hadisə baş verdikdən 15-20 dəq sonra) hadisə yerinə getmiş, lakin hadisə yerinə çatdıqda, eşitmişdir ki, sonradan adını bildiyi Məhkum Təcili Tibbi Yardım maşınının gəlməsini gözləməyib xəsarət alan kuryeri, yoldan keçən bir maşına qoyub Biləcəri rayonu üzrə olan Təcili-Tibbi Yardım Stansiyasına aparmışdır. Hadisə yerinə çatanda orada olan şəxslərin hadisə barədə dediklərini eşitmişdir. Orada olan şəxslərin danışığından, Məhkum sola dönmək istədiyi zaman dönmə işıqlarını yandırdığını, mopedin isə həmin anda qarşıda olan yük maşının arxasına çırpıldığını anlamışdır. Daha sonra hadisənin video görüntülərini görmüş, həmin video görüntüdə mopedi idarə edən şəxsin tormoz vermədən və istiqamətini dəyişmədən qarşıda duran nəqliyyat vasitəsinə çır pılması görünürdü. Həmin video görüntüdə çəkilişin sol tərəfdən aparıldığını qeyd etmişdir. Yük markalı nəqliyyat vasitəsi sürücüsünün mopedin arxadan gəldiyini hiss edə bilməsinin mümkün olmadığını, sürücünün dönmə işıqlarını yandırıb dönmək üçün gözlədiyini, 5-6 saniyədən qısa müddətdə mopedin nəqliyyat vasitəsinin arxasına çırpıldığını qeyd etmişdir. O ifadəsində dərhal Biləcəri rayonu üzrə olan Təcili Tibbi Yardım Stansiyasına getdiyini, orada ona kuryerin Sabunçu rayonu üzrə olan Təcili Tibbi Yardım stansiyasına aparıldığı bildirildiyini özünün isə deyilən ünvana getdiyini göstərmişdir. Hadisə baş verən zaman orada olmamış və hadisənin necə baş verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Daş Bazarının yaxınlığında 1 May küçəsində “Bol Dönər” dönərxanasında dönərçi işləmişdir. Zərərçəkmiş şəxs onun işlədiyi yerdə kuryer kimi işləyirdi. Saat təxminən 13:00-14:00 aralığında kuryeri çörək gətirməsi üçün göndərmişlər. Hadisədən az müddət sonra orada işləyən işçilər Zərərçəkmiş şəxsin idarəetməni itirməsi ilə qəza törətdiyini danışmışlar və onun hadisədən belə məlumatı olmuşdur. Hadisə yerində olmadığını, nə hadisə zamanı, nə də hadisədən sonra qəza olan yerə getmədiyini, qəzanın videosunu görmədiyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 iştirakı mümkün olmadığından onun ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, özünə məxsus olan “Mercedes” markalı **-GV-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, müştəri götürmək üçün adətən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Daş bazarı deyilən yerin yaxınlığında dayanır, 03 sentyabr 2020-ci il tarixdə təxminən saat 13:30 radələrində dayandığı yerdən təxminən 400-500 metr məsafədə yol-nəqliyyat hadisəsinin baş verdiyini eşitmiş, orada olan adını xatırlamadığı dönərxananın qarşısında dayanmış, insanların həmin hissəyə toplaşmasından və avtomobillərin hərəkətlərinin dayanmasından yol-nəqliyyat hadisəsinin baş verdiyini başa düşmüş, o, hadisə yerinə çatdıqda bir yük maşının arxası ilə moped markalı nəqliyyat vasitəsinin toqquşduğunu görmüş, həmin yük maşının sürücüsünün mopedi idarə edən şəxsi maşına qoyub xəstəxanaya apardığını bilmiş, tanışı İlqarla birlikdə yük maşının kənara çəkib saxlamışlar, mopedi isə dönərxananın qarşısına aparmışlar, mopedin sürücüsünün dönərxananın paketçisi, yəni sifarişlə dönər aparan şəxs olduğunu bilmiş, həmin günün səhəri mopedin sürücüsünün öldüyünü eşitmiş, hadisəni birbaşa görməsə də, avtomaşının duruşundan, zədəsindən və oraya yığışmış şəxslərin danışıqlarından yük maşını sürətini azaltdıqda mopedin onun arxası ilə toqquşduğunu bilmişdir. Məhkəmə iclasında şahid X4 ibtidai istintaq dövründə verdiyi ifadəsi elan edilmişdir. O, ifadəsində göstərmişdir ki, özünə məxsus olan “VAZ 2104” markalı avtomaşını ilə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur, müştəri götürmək üçün adətən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Daş bazarı deyilən yerin yaxınlığında dayanır, 03 sentyabr 2020-ci il tarixdə təxminən saat 13:30 radələrində dayandığı yerdən təxminən 400-500 metr məsafədə yol-nəqliyyat hadisəsinin baş verdiyini eşitmiş, orada olan adını xatırlamadığı dönərxananın qarşısında dayanmış, insanların həmin hissəyə toplaşmasından və avtomobillərin hərəkətlərinin dayanmasından yol-nəqliyyat hadisəsinin baş verdiyini başa düşmüş, o, hadisə yerinə çatdıqda bir yük maşının arxası ilə moped markalı nəqliyyat vasitəsinin toqquşduğunu görmüş, həmin yük maşının sürücüsünün mopedi idarə edən şəxsi maşına qoyub xəstəxanaya apardığını bilmiş, tanışı İlqarla birlikdə yük maşının kənara çəkib saxlamışlar, mopedi isə dönərxananın qarşısına aparmışlar, mopedin sürücüsünün dönərxananın paketçisi, yəni sifarişlə dönər aparan şəxs olduğunu bilmiş, həmin günün səhəri mopedin sürücüsünün öldüyünü eşitmiş, hadisəni birbaşa görməsə də, avtomaşının duruşundan, zədəsindən v ə oraya yığışmış şəxslərin danışıqlarından yük maşını sürətini azaltdıqda mopedin onun arxası ilə toqquşduğunu bilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əlavə edilən sxemə aydınlıq gətirilməsi üçün Binəqədi RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi X5 məhkəmədə dindirilmiş və göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Daş Bazarının yaxınlığında yol-nəqliyyat hadisəsi baş vermişdir. Həmin hadisə X3 ölməsinə səbəb olmuşdur. Hadisə olan yerə tərəfindən baxış keçirilmiş və protokol tərtib edilmiş, sonradan həmin yerin sxemi çəkilmişdir. Məlum olmuşdur ki, mərhum X8 1 May küçəsində “Bol Dönər” dönərxanasında 2020-ci ilin iyun ayından kuryer işləyir. On un idarə etdiyi moped özünə məxsus idi. Zərərçəkmiş şəxs sifariş qəbul etmiş və həmin sifarişi çatdırmaq üçün öz mopedi ilə ünvana yollanmışdır. Hadisə şahidlərinin sözünə görə hadisə dönərxanadan təxminən 600 metr məsafədə qəbristanlıqla Daş bazarının qarşısında baş vermişdir. Zərərçəkmiş şəxsin mopedlə hərəkət etdiyi yolda qarşısında hərəkətdə olan “JAC” markalı yük maşınının arxa sol hissəsi ilə toqquşduğunu demişlər. Hadisə yerinə baxış keçirən zaman artıq təqsirləndirilən şəxs yol maşını ilə zərərçəkmiş şəxs X19 Yardım stansiyasına aparmış oradan isə 03 saylı Sabunçu xəstəxanasına aparmışdır. O, artıq hadisədən xeyli vaxt keçməsinə baxmayaraq, sonradan hadisənin mexanizminin şahidlərin söylədiklərinə əsasən və mopedin dağılaraq hissələrinin olduğu vəziyyətdən hadisənin necə baş verməs ini müəyyən etmişdir. İlkin olaraq xx.xx.2020-ci il tarixdə tərtib edilmiş sxemdə avtomobillərin eyni istiqamətdə hərəkət etdiyini ətraflı göstərmək üçün onları yan-yana çəkmişdir. Məqsədinin nəqliyyat vasitələrinin birinin sağ digərinin isə soldan hərəkətini göstərmək olmadığını qeyd etmişdir. Nəqliyyat vasitələri eyni istiqamətdə, yəni eyni zolaq üzərində hərəkətdə olmuşlar, moped isə “JAC” markalı yük maşınının arxası ilə ara məsafəsini qorumadan hərəkət etmişdir. Hadisə yerində hər hansı bir kamera olmamış, hadisənin video görüntü varsa da, ondan məlumatı olmamışdır. Hadisə yerinin sxemi çəkilən zaman nəqliyyat vasitələri orada olan vətəndaşlar tərəfindən artıq kənara çəkilmişdilər. Həmin ərazi sıxlıq olan ərazidir. Hadisənin bir başa şahidi yox idi. Şahidlik edən şəxslər zərərçəkmiş ş əxsin işlədiyi dönərxananın işçiləri idi. Onlar da bu hadisəni qulaq şahidi kimi çatdırmışlar. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi zamanı təqsirləndirilən şəxsin müdafiəçisi vəsatət verərək, iş üzrə təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsi xahiş etmiş, vəsatət təmin olunaraq ekspertizasının keçirilməsi barədə qərar qəbul olunmuşdur. Qərar onunla əsaslandırılmışdır ki, “ekspertin yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsinə dair sxemə istinad etməsi onun tərəfindən verilmiş rəylə bağla şübhə doğurur. Belə ki, cinayət işinin materiallarında yol-nəqliyyat hadisəsinin sxemdəki kimi, yəni “JAC-HFC1040” markalı avtomobilin yolun hərəkət hissəsinin sağında, mopedin isə eyni zolaqda yolun hərəkət hissəsinin sağında olması ilə bağlı heç bir mö təbər sübut mövcud deyildir. Hətta cinayət işi üzrə müstəntiq öz qərarında yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsinə dair sxemdə göstərilən faktların öz təsdiqini tapmadığı qeyd edərək təkrar ekspertiza təyin edilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasında müstəntiq X10 həmin sxemdə nəqliyyat vasitələrinin birini sağ digərinin sol tərəfdə göstərilməsində məqsədinin- onların eyni hərəkət istiqamətində olduğunu göstərmək olduğunu bildirmişdir. Daha sonra əldə edilmiş sübutlar əsasında nəqliyyat vasitələrinin hərəkətdə olduğu yer dəqiq müəyyən edilmişdir. Həmçinin cinayət işinin materiallarında olan şahid qismində dindirilmiş Şahid1, X9 izahatlarında bildirmişlər ki, “Hadisəni birbaşa görməsəm də avtomaşının duruşundan zədəsindən və oraya yığışmış şəxslərin danışıqlarından e şitdim ki, yük maşını sürətini yavaşlatdıqda moped sürətlə gəldiyi üçün ehtiyatsızlıq edib onun arxası ilə toqquşmuşdur.” Odur ki, yuxarıda qeyd edilənlərə əsasən iş materiallarında olan hadisə yerinin sxemi nəzərə alınmadan cinayət işinin materiallarında mövcud olan digər sübutlar əsasında tədqiqat aparılaraq təkrar ekspert rəyi verilməlidir. Bu səbəbdən də cinayət işi materialları rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməlidir.” İş materiallarında olan məlumat məktubundan görünür ki, məhkəmə tərəfindən təyin edilmiş təkrar məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının keçirilməsindən ekspert imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, hazırki məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyini haqqında qərarda “JAC-HFC1040” markalı yük avtomobilinin yolun orta xəttinə yaxın düz istiqamətdə hərəkətdə olarkən onun arxasınca eyni trayektoriya ilə hərəkətdə olan mopedin avtomobilin arxa sol hissəsi ilə toqquşması mexanizmi göstərildiyindən və həmin hadisə müxanizmi real hadisə mexanizminə uyğun olmadığından həmin hadisə mexanizmi üzrə tədqiqat aparılmır və əvvəlki rəyin təkrar edilərək yenidən ekspertiza aparılmasına lüzum yoxdur. Birinci instansiya məhkəməsində iştirak edən ekspert X10 ifadəsində göstərmişdir ki, o, ilkin rəyi verərkən sxemi və ekspertiza təyin edilməsi barədə qərarı əsas götürmüşdür. Həmin sxemdə moped hərəkət zolağının sol hissəsi ilə yük avtomobili isə sağ hissəsi ilə hərəkət edirdi. Hadisə zamanı avtomobil ilə mopedin toqquşması mopedin hərəkət etdiyi zolağın üzərində baş vermişdir. Yük avtomobili sağdan sola doğru manevr edərkən toqquşma baş vermişdir. Rəy verərkən şahid ifadələrinə qiymət vermədiklərini, hər hansı bir mexanizm qiymətləndirməsi zamanı sxemin əsas götürüldüyünü bildirmişdir. Həmçinin video görüntü olarsa, onun üçün video-texniki ekspertiza vasitəsi ilə nəqliyyat vasitələrinin hərəkət sürətinin də müəyyən edilə bildiyini əlavə etmişdir. Birinci instansiya məhkəməsində iştirak edən digər ekspert X12 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisələrinin tədqiqi və trassoloji ekspertizaları vardır. Yəni hadisə yerində nəqliyyat vasitələrinin yollarda qalan izlərinin təhlili ekspertizası. Nəqliyyat traseoloji tədqiqat metodunda əsas xidmət təqdim edilmiş hadisə metodunun, real hadisə metoduna uyğun olub-olmamasının müəyyən edilməsidir. Hansı real hadisə mexanizmi uyğundursa, həmin mexanizm üz rə tədqiqat aparılmalıdır. Həmin iş üzrə də istintaq tərəfindən təqdim olunmuşdur ki, yük markalı nəqliyyat vasitəsi düz istiqamətdə hərəkətdə olarkən sol zolaq ilə orta xəttə getmiş, arxadan eyni trayektoriya üzrə hərəkətdə olan moped bunun arxa sol hissəsi ilə toqquşmuşdur. “JAC HFC 1040” yük markalı nəqliyyat vasitəsinin şəkilləri iş materiallarına əlavə edilmişdir. Şəkillərdən onun üzərində olan arxa tərəfdən solda olan əziklərin xarakteri - arxadan qabağa və həmçinin soldan sağa doğru hərəkət etməsi müəyyən edilir. Yəni belə vəziyyətdə düz trayektoriya üzrə hərəkətdə olarkən toqquşma baş verdiyi vəziyyətdə bunun yarım arxa sol hissəsi vurulan əziklərin istiqaməti ancaq arxadan qabağa doğru olmalı idi. Yəni soldan sağa doğru yer dəyişmə onu izah edir ki, mopedin hərəkət trayektoriyası sol zolaq, yük markalı nəqliyyat vasitəsinin trayektoriyası isə sağ zolaq olmuşdur. Yük markalı nəqliyyat vasitənin üzərində olan əziklərin xarakteri istintaq orqanı tərəfindən təqdim olunmuş hadisə mexanizmi ilə ziddiyyət təşkil edirdi. İstintaq dövründə müəyyən edilmiş hadisənin mühiti real mexanizmə uyğun deyildir, hadisə zamanı nəqliyyat vasitəsi üzərində olan əziklər yük markalı nəqliyyat vasitəsinin sağdan sola istiqamətlənərkən toqquşma baş verdiyini deməyə əsas verir. Belə bir sual ortaya çıxa bilər ki, düz istiqamətdə olarkən mopedin soldan sağa istiqamətlənməsi zamanı toqquşma zamanı bu əziklər baş verə bilərdimi? Toqquşmanın eni bir metr məsafədə baş verməsi nəzərə alınmaqla qeyd edilir ki həmin vəziyyətdə moped sol zolaqdan yox, qarşı sol hərəkət zolağından sola istiqamətlənmiş vəziyyətdə olduğu halda mümkün ola bilərdi. Mopedin qarşı sol hərəkət zolağından hərəkətdə olması ilə bağlı iş materiallarında heç nə öz əksini tapmamışdır. Yəni moped əks hərəkət zolağına çıxıb, bütöv xətti çıxıb hərəkətdə olsa idi, məsələn, moped ötmə əməliyyatı etsəydi, qarşıdan bir nəqliyyat vasitəsi gəldiyi halda, anidən sağa istiqamətlənsəydi, o halda yük markalı nəqliyyat vasitəsinin arxasında həmin zədələr ola bilərdi. Bu hal isə iş materiallarında öz əksini tapmamışdır. Adətən bu cür toqquşmalarda bir mənalı olaraq, istər düz istiqamətdə, istərsə də sağdan sola istiqamətdə olsun, istərsə də soldan sağa olsun orada arxadan qabağa istiqamətliyi olan əziklər olmalıdır. Çünki, əziyin istiqamətliyi deformasiyanın istiqamətliliyidir. Düz istiqamətdə hərəkətdə olarkən toqquşmanın baş verdiyi zaman deformasiyanın istiqaməti eyni istiqamətdə qabaqdan arxaya olacaq. Əgər hər hansı bir istiqamətdə baş versə burada qabaqdan arxaya olmaqla yanaşı, soldan sağa və yaxud sağdan sola doğru olmalıdır. Bu da hər bir halda arxadan qabağa doğru istiqamətlənmiş deformasiya olmalıdır. Deformasiyanın istiqaməti həm hadisədən qabağadır, həm soldan sağadır. Digər bir hadisə mexanizminin olması halını inkar etmədiyini qeyd etmişdir. Lakin digər hadisə mexanizminin iş materiallarında öz əksini tapmadığını bildirmişdir. Yük maşınındakı deformasiyanın iki formada yarana biləcəyini: ya yük maşını sağdan sola mopedə doğru istiqamətlənməli, yaxud da yük maşını düz istiqamətdə olarkən moped qarşı sol hərəkət zolağından sağa doğru istiqamətlənməli idi. İkinci qeyd etdiyi hadisə mexanizmi iş mater iallarında öz əksini tapmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə əsasən hadisənin ittiham aktında göstərilən şəraitdə əmələ gələ bilməsini təsdiq edən digər müqayisəli sübut olmadığı üçün, bu şərait ekspert rəyinə əsasən sübuta yetirilmiş hesab edilə bilməz. Əsaslı və mötəbər sübut olmadan hadisə şəraitinin ittiham aktında göstərilən formada mövcudluğununun qəbul edilməsi yoverilməzdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmadığı üçün müvafiq araşdırma aparmalı, zəruri olduqda isə istintaq eksperimenti və təkrar məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizasının keçirilməsi barədə qərar qəbul etməli olduğu halda, bunu etməmiş, yalnız iş üzrə iki eksperti dindirməklə kifayətlənmiş və M əhkum barəsində ittiham hökmü çıxarmışdır. Belə ki, cinayət işinin materiallarından görünür ki, apellyasiya icraatı zamanı dindirilmiş ekspert X10 göstərmişdir ki, hadisə barədə cinayət işinin materiallarında olan məlumatlara əsasən Məhkum idarə etdiyi yük avtomobili ilə yolun sağ zolağı ilə hərəkətdə olarkən sağdan sol zolağa manevr etmək istəyərkən, yəni sola dönmək istəyərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini kobud surətdə pozaraq, yəni sürücü yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, digər hərəkət iştirakçıları üçün təhlükə yaratmadığına əmin olmalı, buna əmin olmadan idarə etdiyi yük avtomobili hərəkət etdiyi zolağın sağ tərəfindən sola doğr u manevr etdirməzdən əvvəl ondan arxada hərəkət zolağın sol ilə eyni istiqamətdə hərəkətdə olan mopedə yol verməmiş və nəticədə məlum hadisə baş vermişdir. Sürücü Məhkum sola manevr edərkən elementar qaydada sol yan güzgüdən istifadə etmiş olsaydı məlum hadisə baş verməyəcəkdir. Onun hadisənin qarşısını almağa texniki imkanları olmuşdur. Dindirilmiş digər ekspert X12 ifadəsində göstərmişdir ki, istintaq tərəfindən müəyyən edilmişdir ki, yük maşını yolun sol tərəfinə yaxın hərəkətdə olarkən arxadan hərəkətdə olan moped arxa sol hissəsinə toqquşmuşdur. Həmin hadisə mexanızminin real hadisəyə uyğun olub-olmaması baxımından vəsatət verilmişdir ki, nəqliyyat vasitələrinə baxış keçirilsin. Lakin bu vəsatətə cavab verilmişdir ki, nəqliyyat vasitələrini tədqiq etmək mümkün deyildir. Ona görə “JAC” markalı avtomobilə baxış keçirilməklə onun üzərində olan əziklərin xarakterinin müəyyən edilməsi mümkün olmamışdır. Lakin iş materiallarında olan fotoşəkillərə əsasən müəyyən edilmişdir ki, “JAC” markalı avtomobiln arxa sol hissəsində olan əziklərin istiqaməti arxadan qabağa olmaqla bərabər soldan sağa olmuşdur. Toqquşma yerinin yolun ortasında baş verməsi və toquşmanın avtomobilin arxa hissəsində olan zədələrin xarakteri nəzərə alınmaqla “JAC” markalı avtomobilin yolun orta xəttin yaxın düz istiqamətdə hərəkətdə olarkən mopedin onun axra hissəsinə toqquşması real hadisə mexanizminə uyğun deyildi. Yəni toqquşma yerinin yolun ortasına yaxın olması və yük avtomobilinin arxa hissəsində olan zədələrin xarakteri göstərmişdir ki, yük avtomobilinin mopedə nəzərən sağdan sola doğru istiqamətlən məsi zamanı hadisə baş vermişdir. Bununla da yük avtomobilinin sürücüsü tərəfindən hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ekspertlərin istinad edilən ifadələri ilə onların iş üzrə verdikləri məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/146 №li rəyi arasında ziddiyyət vardır. Ekspertlər ibtidai araşdırma orqanının iş üzrə gəldiyi nəticənin rəy verilməsi üçün yetərli olmadığını bildirmiş, eyni zamanda öz mülahizələrinə əsaslanaraq hadisənin baş vermə mexanizmini müəyyən etmiş və “JACHFC1040” markalı yük avtomobilinin sürücüsü Məhkum baş vermiş yol nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanının olmasına dair nəticəyə gəlmişlər. Ha lbuki, işin hallarının, yəni hadisənin hansı şəraitdə baş verməsi, ekspert tədqiqatı üçün zəruri olan sübutların toplanması bilavasitə ibtidai araşdırma orqanının səlahiyyətlərinə aiddir. Azərbaycan Respublikası CPM-nin 97.6-cı maddəsinə əsasən ekspertin aşağıdakı hüquqları vardır: “97.6.1. rəy verilməsi üçün müqayisəli tədqiqat aparmaq məqsədi ilə zəruri obyekt və nümunələri əldə etmək; əlavə obyekt və digər materialların təqdim olunmasını tələb etmək; 97.6.2. rəy verilməsi üçün cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə zəruri materiallarla tanış olmaq, işin materiallarından zəruri məlumatları çıxarış etmək, öz vəzifələrini daha yaxşı icra etmək məqsədi ilə şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxslərə və şahidlərə suallar vermək; 97.6.3. ekspertizanın predmetinə aid və rəy verilməsi üçün zəruri olan istintaq və ya digər prosessual hərəkətlərin aparılmasında iştirak etmək; 97.6.4. qarşısına qoyulan suallara və səlahiyyətinə aid iş materiallarının tədqiqi zamanı aşkar edilmiş və ekspertizanın predmeti daxilində digər hallara dair rəy vermək; 97.6.5. məhkəmənin və ya cinayət prosesi iştirakçılarının diqqətini ekspertizanın predmeti və müvafiq ekspertə verilən sualların tərtibi ilə əlaqədar hallara cəlb etmək; 97.6.6. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolu ilə, habelə məhkəmə iclasının protokolunun və ona əlavə edilmiş audioyazının müvafiq hissəsi ilə tanış olmaq, bu hərəkətlərin və öz şifahi rəyinin tamlığına və düzgünlüyünə dair protokola daxil edilməli qeydlər vermək; 97.6.7. cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilmə sinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq; 97.6.8. yerinə yetirdiyi işə görə haqq almaq; 97.6.9. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellaysiya instansiyası məhkəməsinin ekspertlərin mülahizələrinə əsasən verilmiş rəyi mötəbər sübut kimi qiymətləndirərək ittiham hökmü çıxarması əsassız olmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının xx.xx.2021-ci il tarixli 8/146 №li rəyindən görünür ki, ekspertlər müstəntiqin onların qarşısında qoyduğu birinci sual üzrə, yəni “JAC HFC 1040” markalı **-SP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Məhkum hərəkətlərində “ Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğunsuzluq olmuşdurmu və onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu?” sualı üzrə tamamilə aidiyyəti olmayan başqa bir yol nəqliyyat hadisəsini – sürücü Rzayevanın “Chevrolet Cruze” markalı Qala-Zirə yolunda hərəkətdə olan zaman sürücü Aslanovun idarə etdiyi “VAZ 2102” markalı avtomobillə toqquşmasına dair yol nəqliyyat hadisəsini tədqiq etmişlər və Məhkum haqqında rəy vermişlər. (bax.cild 1,vərəqə 72) Lakin həm ibtidai araşdırma orqanı, həm də apelyasiya instansiya məhkəməsi həmin xüsusatı araşdırmamış, yalnız rəyin nəticə hissəsində yazılanlara istinad etməklə Məhkum baş vermiş yol nəqliyyat hadisəsində təqsirli olmasına dair nəticəyə gəlmişlər. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydaları nın pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında məhkəmələrə aşağıdakılar tövsiyə olunur: “Məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldilsin. Məhkəmələrə tövsiyə edilsin ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı yol hərəkətinin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə edilir. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qər arlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-nin 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. CM-nin 263, 263-1 və ya 351-ci maddələri ilə təqsirləndirilən şəxslər haqqında cinayət işlərinə baxarkən məhkəmələr nəzərə almalıdırlar ki, yol-nəqliyyat hadisəsi ekspertizasının rəyinin başqa sübutlara münasibətdə üstünlük qüvvəsi yoxdur, yol verilmiş pozuntu ilə baş vermiş hadisə və onun nəticələri arasında səbəbli əlaqənin mövcudluğu, şəxsin yol verdiyi pozuntuya görə cinayət və ya inzibati məsuliyyətə cəlb edilməli olması haqqında nəticə isə yalnız məhkəmə iclasında araşdırılmış sübutların hüquqi qiymətləndilrməsindən sonra verilə bilər.” Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunanlar Azərbaycan Respublikası CPMnin 144-cü maddəsinin cinayət təqibi üzrə toplanmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasına dair tələblərinin pozulması deməkdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Barbera, Messege və Habardo İspaniyaya qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblər inə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Beləliklə, kassasiya şikayətinin dəlilləri ilə qismən razılaşan və həmi n şikayətin qismən təmin edilməsini mümkün bilən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi adı çəkilən məhkum haqqında apellyasiya icraatına dair prosessual qanunvericiliyin tələblərinə əməl etmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmü ləğv edilməli və işə apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.12-ci maddəsinə əsasən: “Bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarına təkrar baxılması zamanı apellyasiya instan siyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini.” Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə, habelə Məcə llənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiya məhkəməsi birinci və ya apellyasiya instansiya məhkəməsinin hökm və ya qərarını ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni apellyasiya baxışı zamanı işin hərtərəfli və obyektiv araşdırılması və iş üzrə düzgün nəticəyə gəlmək üçün mühüm əhəmiyyət kəsb edə biləcək, cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutlar qanuna müvafiq qaydada tədqiq edilməli, zərurət yaranarsa, tərəflərin təqdim etdikləri sübutlarla yanaşı başqa sübutlar da araşdırmalı və araşdırılmış sübutlar onların mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirərək iş üzrə qanuni və ədalətli qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 fevral 2023-cü il tarixli hökmü ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılsın. Məhkum həbsdən azad edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar