Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1800/2023 11.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X4 və Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4 aprel 2023-cü il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarından Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (sədrlik edən hakim: X6 ) 4 aprel 2023cü il tarixli hökmü ilə xx.xx.1967-ci il tarixdə Tərtər rayonu, Seydimli kəndi anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olan, Tərtər rayonu, Seydimli Ərazi Dairəsi, Seydimli kəndində qeydiyyatda olub, Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi, fərdi evdə yaşamış Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəl ləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 3 (üç) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-228/2012 nömrəli hökmü ilə məhkum olunduğu 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmış və onun üzərində qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəkməklə barəsində həbs qətimkan tədbiri seçilmiş, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxl anılmış, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: İbrahimov Anar Firdovsi oğlunun sədrliyi və məruzəsi ilə, X5 və X3 oğlundan ibarət tərkibdə) 18 may 2023cü il tarixli qərarı ilə zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmasına dair Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-20/2023 saylı, 04 aprel 2023-cü il tarixli hökmü zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İstintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177. 2.4-cü maddələri ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 121 saylı evin 35 saylı mənzilinə dam örtüyündən mətbəx otağının plastik pəncərəsini zor tətbiq etmək yolu ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağındakı dolabın üzərində olan mücrünün içərisindən 13000 manat dəyərində 01 ədəd gümüşü rəngli metaldan, içərisində «ULYSSE NARDİN» və «Swiss Made» yazısı, arxa hissəsində «ULYSSE NARDİN, 200M, 8003-102? Marine CHRONOGRAPH» yazıları və yan hissədə «№1/50» yazıları həkk olunmuş, metalı xrom və dəmir (polad) elementl ərindən hazırlanmış, qolbağı polimer metaldan, sverpladı və alt hissəsində olan şüşəsi leyko-sapfirdən, tarix göstəricili, ümumi çəkisi 140,06 qram təşkil edən, 15000 manat dəyərində 01 ədəd gümüşü rəngli metaldan, içərisində «Hublot, automatik, X10, final goldcıı grand prix» yazısı və arxa hissəsində «Hublot, classic fusion edition, N 01/50, 1014833, special» yazıları həkk olunmuş, metalı xrom və dəmir (polad) elementlərindən hazırlanmış, qolbağı polimer materialdan, sverpladı və alt hissəsində olan şüşəsi leykosapfirdən, tarix göstəricili, ümumi çəkisi 119,16 qram təşkil edən, 700 manat dəyərində 01 ədəd «Tissot» markalı qol saatlarını və 1000 manat dəyərində «Versace» markalı 01 ədəd sadə metaldan hazırlanmış kişi üzüyünü gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 29700 (iyirmi d oqquz min yeddi yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2021 -ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, M.Cəlal küçəsində yerləşən 127 saylı evin 44 saylı mənzilin eyvanına dam örtüyündən, oradan da yaşayış sahəsinə qanunsuz daxil olaraq, mənzilin yataq otağında olan güzgülü dolabın içərisindən 1870 manat dəyərində üzərində brilyant qaşları olan 01 ədəd 750 əyarlı qızıl qolbağı, 1200 manat dəyərində 01 ədəd sırğa cütündən və 01 ədəd üzükdən ibarət 583 əyarlı qızıl dəstini, 250 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl qolbağı, 250 manat dəyərində üzərində göy rəngli sadə qaşları olan 01 ədəd 585 əyarlı qızıl sırğa cütünü, 400 manat dəyərində 01 ədəd sırğa cütündən, 01 ədəd qolbaqdan və 01 ədəd boyunbağıdan ibarət 585 əyarlı qızıl dəstini, 200 manat dəyərində 01 ədəd 585 əyarlı qızıl qadın üzüyünü, həmin dolabın üzərində olan xəzinənin içərisindən 50 qəpiklərdən ibarət 100 manat məbləğində nağd pulu və həmin otaqda olan paltar dolabından 250 manat dəyərində markası istintaqa məlum olmayan kişi qol saatını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4520 (dörd min beş yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində göstərmişdir ki, apellyasiya instansiyası məhkəməsi kobud prosessual qanun pozuntusuna yol vermiş və apellyasiya şikayətinə ilkin baxılması zamanı həll olunm alı məsələlərdən və qəbul edilməli qərarlardan kənara çıxaraq, yekun məhkəmə baxışında çıxarılmalı olan qərarı (apellyasiya şikayətinin təmin olunmaması və hökmün qüvvədə saxlanılması) qəbul etmişdir. Apellyasiya şikayətinə ilkin baxılarkən, qəbul oluna biləcək qərarların tam siyahısı Azərbaycan Respublikası CPM-in 391.3-cü maddəsində göstərilmişdir. Həmin normada 10 adda qərar göstərilmiş və məhkəmənin ilkin baxış iclasında həll edilməli məsələlərin hallarından asılı olaraq yalnız həmin qərarlardan birini qəbul etməli olduğu təsbit edilmişdir. İstinad olunan qərarların siyahısında apellyasiya şikayətinin təmin olunmaması barədə qərarın qəbul olunması yoxdur. Oğurluq hadisələrinin baş verdiyi mənzillərin yerləşdiyi yer və mənzillərə daxil olma üsulu, zərərçəkmiş şəxslərin ifadələri, Məhkum həmin ərazidə yaşamaması onun təkbaşına deyil, qabaqcadan əlbir olan bir qrup şəxslə həmin cinayət əməllərini törətdiyni təsdiq edir. Məhkum ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Cinayət əməlinin tövsifedici əlamətləri sırasında təkrar törədilmə; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilmə; xeyli miqdarda ziyan vurmaqla törədilmə göstərilmişdir. Oğurluğun qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM- in 177.2.1 -ci maddəsi ilə tövsif olunur. Odur ki, Məhkum əməlində əlavə olaraq həmin maddə ilə nəzərdə tutulan cinayət əməlinin tərkibinin olduğu nəzərə alınaraq, Azərbaycan Respublikası CPM-in maddə 318.1-ci maddəsinin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və ona başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirilməsi barədə tərəfindən verilmiş vəsatəti birinci instansiya məhkəməsi əsassız olaraq rədd etmiş və ibtidai istintaq orqanının irəli sürdüyü ittihamla razılaşmışdır. Apellyasiya intansiyası məhkəməsi hesab etmişdir ki, cinayət prosessual qanunvericilikdə birinci instansiya məhkəməsində müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədilə müraciət etmək hüququ yalnız müvafiq prokurora verilmiş, zərərçəkmiş şəxsin isə belə şikayət verməsi qanunvericilikdə təsbit olunmadığından, apellyasiya şikayəti təmin edilməməli, hökm isə dəyişdirilmədən saxlanılmalıdır. Apellya siya instansiyası məhkəməsi maraqlı yanaşma sərgiləyərək, CPM-in 391.8-ci maddəsində zərərçəkmiş şəxsin bu qəbildən apellyasiya şikayəti vermək hüququnun təsbit olunmadığından şikayətin təmin olunmasını qeyri-mümkün hesab etmiş, digər tərəfdən isə CPM-391.3-cü maddəsində nəzərdə tutulmayan qərarı qəbul etməyi mümkün hesab etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarının ləğv edlməsi və işin apellyasiya məhkəməsində yenidən baxılmasının təyin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə zərərçəkmiş şəxsin nümayəndəsinin, kass asiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələr i buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli o laraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası zərərçəkmiş şəxsin nümayəndəsinin kassasiya şikayətini CPMin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Zərərçəkmiş şəxsin nümayəndəsi kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinini qərarının ləğv edilməsi barədə tələbini birinci instansiya məhkəməsində müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədilə cinayət işinin istintaq orqanına qaytarılması zəruriliyi ilə əlaqələndirmişdir. Məhkəmə baxışının hədlərinə həsr edilmiş Azərbaycan Respublikası CPM-nin 318.1ci maddəsinə görə məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Eyni zamanda CPM-nin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hə rəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi Kollegiyasının 07 iyul 2011-ci il tarixli Q ərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 aprel 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, CPM-in 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Bu qərarında Konstitusiya Məhkəməsi belə hüquqi mövqe ifadə etmişdir ki, məhkəmələr şikayət olmadıqca sübutların qiymətləndirilməsi haqqında qərarı öz təşəbbüsü ilə ləğv etməyə haqlı deyil. Belə qərarın qüvvədə olduğu müddətdə isə məhkəmə işlərə verilən ittiham daxilində baxmalı və ittihamdan kənara çıxmamalıdır. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin həlli üzrə məhkəmənin və i ttiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə həmçinin zərərçəkmiş şəxs tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Belə yanaşma CPM-in məhkəmə baxışının hədlərini müəyyən edən 318.1-ci maddəsinin tələb lərindən də irəli gəlir. Həmin müddəalara əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxılır. Qeyd olunanlar həmçinin beynəlxalq hüquqi sənədlərin müvafiq normalarından irəli gəlir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının (bundan sonra - BMT) Baş Assambleyasının 29 noyabr 1985-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş “Məhkəmə orqanlarının müstəqilliyinə dair BMT-nin Əsas prinsipləri”nə müvafiq olaraq məhkəmə orqanlarının müstəqilliyi prinsipi məhkəmə orqanlarına hüquq verməklə yanaşı, onlardan məhkəmə araşdırmasının ədalətli aparılması və tərəflərin hüquqlarına riayət olunmasının təmin edilməsini də təl əb edir. BMT-nin İqtisadi və Sosial Şurasının 1989-cu il 24 may tarixli 1989/60 saylı qətnaməsi ilə təsdiq olunmuş “Məhkəmə orqanlarının müstəqilliyinin əsas prinsiplərinin effektiv həyata keçirilməsinin Prosedurları”na əsasən heç bir hakimdən onun müstəqil statusuna uyğun olmayan funksiyaların həyata keçirilməsini tələb etmək olmaz. “Hakimlərin davranışına dair Banqalor prinsipləri”ndə nəzərdə tutulmuş obyektivlik və qərəzsizlik prinsipinə müvafiq olaraq hakim öz vəzifələrinin icrası zamanı hər hansı üstüntutma hallarından, qabaqcadan formalaşmış yanlış fikirlərdən və qabaqcadan hasil olan qənaətlərdən azaddır. “Hakimlərin davranışına dair Banqalor prinsiplərinin Kommentariyası”na görə hakim işin hallarının dəqiqləşdirilməsi üçün suallar verə bilər, lakin əgər o, məhkəmə iclasının gedişin ə mütəmadi müdaxilə edirsə və mülki iş üzrə icraatı praktiki olaraq öz nəzarətinə götürürsə və ya cinayət işi üzrə icraatda prokurorun rolunu yerinə yetirirsə və baxılan iş üzrə çıxarılan qərarda nəticələrə gəlmək üçün onun apardığı dindirmənin nəticələrindən istifadə edirsə, bu halda hakim həm də vəkil və şahidə çevrilir ki, bunun nəticəsində tərəflərin ədalətli məhkəmə araşdırması hüququ reallaşdırılmamış qalır. Hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququ “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 14cü maddəsində, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6- cı maddəsində təsbit edilmişdir. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə araşdırması hüququ hər bir şəxsin prosessual hüququdur. Həmin hüquq o halda pozulmuş olur ki, məhkəmələr tərəfindən prosessual qaydalar pozulmuş olsun. (X1rşı iş üzrə 03 dekabr 1997-ci il tarixli Komissiyanın Qərarı) Məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 318.2-ci maddəsi təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərərçəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatət irəli sürməsi hüququnu təsbit etmişdir ki, hazırki cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən bu barədə irəli sürülən vəsatət birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası sözügedən vəsatətin təmin edilməsinin qanunvericilikl ə məhkəmənin vəzifəsi deyil, hüququ kimi müəyyən edildiyini nəzərə alaraq, kassasiya şikayətinin iş üzrə digər şəxslərin də məsuliyyətə cəlb olunması tələbini əsassız hesab edir və qeyd edir ki, məhkəmə tərəfindən işə verilmiş ittiham daxilində baxılmış və cinayət-prosessual qanunvericiliyin məhkəmə baxışının hədlərinə dair tələbləri pozulmamışdır. Həmçinin CPM-in 391.8-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda, apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cinayət prosessual qanunvericilikdə birinci instansiya məhkəməsində müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədilə zərərçəkmiş şəxsin şikayət verməsi təsbit olunmamış, həmçinin CPM-nin 391.8-ci maddəsində nəzərdə tutulmuş hallar təsdiq olunmadığından məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi və cinayət işini birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət prosessual qanunvericilikdə birinci instansiya məhkəməsində müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsi məqsədilə zərərçəkmiş şəxsin şikayət verməsi təsbit olunmadığından, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya şikayətinə əsasən ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsini n Cinayət kollegiyasının 18 may 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1800/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1800/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver