Məhkəmə qərarları › İş №1(102)-1800/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1800/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1800/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-ci il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xaliq Məmmədoov (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Tural Əfəndizadə) 1(091)-268/2023 nömrəli, 27 noyabr 2023-ü il tarixli hökmü ilə xx xxxxxx 1972-ci ildə Qax rayonunun Almalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 oktyabr 2017-ci il tarixli hökmü ilə CM-in 188.3, 237.2.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki Rayon Məhkəməsinin 29 iyul 2020-ci il tarixli qərarı ilə cəzas ı azaldılaraq 4 il 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Şəki Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 2 ay 14 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Qax rayonunun Almalı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə tutulduğu və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilərək cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 08 iyun 2023-cü il tarixdən hesablanmışdır. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-in 237.2.3cü maddəsi ilə ittiham irəli sürülmüşdür ki, o, qəsdən qanunsuz olaraq satış məqsədi olmadan 2022-ci ilin iyun ayında dəqiq günü yadında olmayan vaxtı Qax rayonunun Şıxlar kəndində yerləşən meşəlik ərazidə olan kolluq sahədən yabanı halda bitmiş 01 (bir) ədəd narkotik tərkibli çətənə bitki kolunu qırıb ondan əldə etdiyi toxumları üzərində daşıyıb yaşadığı evə gətirməklə saxlamış, daha sonra o, 2023-cü ilin may ayının ortalarında dəqiq günü yadında olmayan vaxtı narkotik tərkibli çətənə kolundan olan 24 ədəd toxumu 02 ədəd hər birində 12 yerlik sintetik stəkan formalı qabda becərmiş, bundan sonra 2023-ci ilin may ayının sonlarında dəqiq günü yadında olmayan vaxtı həmin toxumlardan cücərmiş 04 ədəd narkotik tərkibl i bitki kollarını (şitillərini) yaşadığı evinin həyətində yerləşən fındıq bağ sahəsinə aparmış, yetişməsi üçün xüsusi qaydada aqrotexniki qulluq göstərərək davamlı olaraq onları suvarmış və ətrafını digər alaqlardan təmizləyərək yetişdirmiş və kultivasiya etmiş, 08 iyun 2023-cü il tarixdə Qax RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı sonuncunun yaşadığı evin həyətində yerləşən fındıq bağ sahəsinə baxış keçirilən zaman oradan qanunsuz olaraq əkib-becərdiyi və xüsusi olaraq qulluq göstərdiyi külli miqdarda, yəni ümumi çəkisi 0,32 qram olan 6-8 sm uzunluqda 04 ədəd narkotik tərkibli çətənə (kannabis) bitki kolları (şitilləri) və 02 (iki) ədəd plastik şitil qablarında olan 24 (iyirmi dörd) ədəd yuvalardakı torpaq nümunələrindən ümumi çəkiləri 0,12 qram olan 16 (on al tı) ədəd bitki toxumları aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 1(107)-107/2024 nömrəli 15 fevral 2024-cü il tarixli qərarı ilə Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 27 noyabr 2023-cü il tarixli, 1(091)-268/2023 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarını ləğv edərək, cinayət işini yeni apellyasiya baxışına təyin ed ilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkum kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-ci il tarixli qərarının təkrar obyektiv araşdırılaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, Məhkum ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, 08 iyun 2023cü il tarixdə onun, müdafiəçisinin və Qax RPŞ-nin əməkdaşlarının iştirakları ilə Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinin fındıq bağına baxış keçirilərkən oradan əkdiyi 04 ədəd çətənə bitkisi aşkar edilmiş, daha sonra həmin bitki kolları və hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 2 ədəd plastik ş itil qabları müvafiq qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur, (cild 1, iş vər. 125127) Məhkəmə istintaqı zamanı Məhkum CM-in 237.2.3-cü maddəsi ilə deyil, özünü CMin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilərək ifadəsində göstərmişdir ki, hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 2 ədəd plastik şitil qabları video çəkiliş aparılmadan və onun iştirakı olmadan götürülmüşdür, (məhkəmə iclas protokolu). Plastik şitil qablarının onun iştirakı olmadan götürülməsi barədə Məhkum ifadəsində göstərdikləri aşağıda sadalanan sübutlarla tamamilə təkzib edilmiş, Məhkum CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, istintaq hərəkəti zamanı 8 ədəd narkotik tərkibl i çətənə bitkisinə bənzər bitki kolları ilə yanaşı hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 2 ədəd plastik şitil qablarının da götürülməsi şahidlər Şahid4, X3, X4, X7 vədigər şahidlərin ifadələri təsdiq olunmuşdur. Sadalanan sübutların mövcudluğu vəziyyətində hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarının götürülməsinin “Baxış keçirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli protokolda yanlışlıqla göstərilməməsi məhkəmə istintaqı nəticəsində Məhkum tərəfindən törədilməklə təsdiqini tapan, CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət faktını aradan qaldırmamışdır. Lakin məhkəmələr sübutları və işin faktiki hallarını nəzərə almayaraq, əsassız olaraq nəticəyə gəlmişdir ki, məhkumun əməlində CM-in 237.2.3-cü maddəsinin tərkibinin yaranması sübuta yetirilməmiş və onun əməlini CM-in 237.1-ci maddəsinə tövsif etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, Şəki Apellyasiya Məhkəməsinin hakimləri ona qarşı qərəzli mövqe nümayiş etdirərək barəsində çıxarılmış Şəki Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvəsində saxlamışlar. Məhkəmələr ona cəza təyin edərkən cəzanı yüngülləşdirən halları nəzərə almamışlar. Kassator 1-ci Qarabağ iştirakçısı olmasını, sağ ayağının avtomobil qəzası nəticəsində diz nahiyəsindən yuxarı deformasiyaya düşməsini, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alınaraq onun barəsində daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyas ı məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsindən CM-in 237.1-ci maddəsinə tövsif edilməsinin qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsinin dispozisiyasından görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməyə (əkmə və ya yetişdirməyə) görə yaranır. Eyni əməllər külli miqdarda törədildikdə CM-in 237.2.3-cü maddəsi ilə tövsif olunur. Azərbaycan Respublikası 28 iyun 2005-ci il tarixli qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər” İİİ saylı siyahıya əsasən çətənə növlü bitkilərin xeyli miqdar 2-15, külli miqdarı isə 16 və daha çox kol təşkil edir. Azərbaycan Respublikası CPM-in 139.0.1-ci maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsir liliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Məhkum Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarının içərisində əkdiyi 08 ədəd bitkisinin şitili aşkar edilmiş, həmin bitki şitilləri kökündən çıxarılıb müvafiq qaydada qablaşdırılaraq götürülmüş və baxış keçirilməsinin əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. Həmçinin cinayət işinin materiallarında olan Qax Rayon Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin müdiri Şahid4 tərəfindən tərtib edilmiş 08 iyun 20 23-cü il tarixli rəydən görünür ki, həmin tarixdə Məhkum Qax rayonunun Almalı kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman orada olan plastik qablarda aqrotexniki qaydalara uyğun cücərdilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar cücərtilər aşkar olunmuş və kökündən çıxarılıb müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Göründüyü kimi baxış protokolunda və mütəxəssis rəyində yalnız plastik qabların içərisində əkilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinə bənzər şitilin müvafiq qaydada qablaşdırılaraq götürülməsi qeyd olunmuş, göstərilən qabların içərisində əkilmiş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarına bənzər toxumların, o cümlədən qeyd edilən plastik qabların götürülməsi isə qeyd edilməmiş, habelə həmin istintaq hərəkəti apa rılan zaman çəkilmiş video görüntüdə narkotik tərkibli çətənə bitkisinin toxumlarının götürülməsi öz əksini tapmamışdır. Kassasiya protestində xüsusilə vurğulanmışdır ki, plastik şitil qablarının onun iştirakı olmadan götürülməsi barədə Məhkum ifadəsində göstərdikləri şahidlər Şahid3, Şahid1, Şahid4, X1, X2, X6 ifadələri ilə təkzib edilmiş, Məhkum CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilmiş, sadalanan sübutların mövcudluğu vəziyyətində hər birində 12 ədəd şitil üçün nəzərdə tutulmuş 02 ədəd plastik şitil qablarının götürülməsinin “Baxış keçirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli protokolda yanlışlıqla göstərilməməsi məhkəmə istintaqı nəticəsində Məhkum tərəfindən törədilməklə təsdiqini tapan, CM-nin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət faktını aradan qaldırmamışdır. Protestdə qeyd edilən məsələyə dair kollegiya vurğulayır ki, şahidlər Şahid3, Şahid1, Şahid4 da iştirakları ilə tərtib edilmiş “baxış keçirilməsi haqqında” 8 iyun 2023-cü il tarixli protokolu qeyd edilən şəxslər imza etməklə təsdiq etmişlər. Həmin protokolda yalnız plastik qablarda aqrotexniki qaydalara uyğun cücərdilmiş 08 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar cücərtilərin aşkar olunduğu və kökündən çıxarılıb müvafiq qaydada qablaşdırılaraq götürüldüyü göstərilmiş, plastik qabların isə götürülməsi qeyd edilməmişdir. Həmçinin Şahid4 tərəfindən tərtib edilmiş mütəxəssis rəyində də yalnız bitkilərin qablaşdırılıb götürülməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası CPM-in 134.5-ci maddəsinə əsasən istintaq hərəkəti protokolundakı natamamlıq ittiham etmək məqsədi ilə təhqiqatçının, müstəntiqin, prokurorun və ya hal şahidinin ifadələri ilə aradan qaldırıla bilməz. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası ittihamı təsdiq etmək üçün “baxış keçirilməsi haqqında” 8 iyun 2023-cü il tarixli protokolundakı natamamlığın şahidlər Şahid3, Şahid1, X1, X2 və X6 ifadələri ilə aradan qaldırılması barədə kassasiya protestinin dəlilini əsaslı hesab etmir. Bundan başqa iş materiallarından görünür ki, 8 iyun 2023-cü il tarixdə aşkar edilmiş 8 ədəd bitki kolu ilə bağlı həmin tarixdə “məhkəmə bioloji ekspertizasının təyin edilməsi haqqında” qərar qəbul edilərək həmin tarixdə rəyin alınması təmin edildiyi halda, nədənsə, bundan beş gün sonra, yəni 13 iyun 2023-cü il tarixdə “əlavə məhkəmə-bioloji ekspertizasının təyin edilməsi haqqında” qərar qə bul edilərək plastik şitil qabları ekspertizaya təqdim edilmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 20 iyun 2023-cü il tarixli 17/464 nömrəli rəyinin tədqiqat obyektlərinin qablaşdırılmasına dair hissəsindən görünür ki, tədqiqat obyekti olan 2 ədəd plastik şitil qabı üzərlərində yalnız “Azərbaycan Respublikası DİN Zərflər üçün N 108” dairəvi möhürü ilə möhürlənmiş vəziyyətdə 2 ədəd sellofan torbada daxil olmuşdur. Həmin plastik qabların sayı və haradan götürülməsi ilə bağlı maddi sübutun üzərində hər hansı bir qeydiyyat aşkar olunmamışdır. Azərbaycan Respublikası CPM-in 236.1-ci maddəsinə əsasən cinayətin izlərinin, sübut mənbəyi ola biləcək digər maddi obyektlərin aşkar edilməsi, cinayətin törədilmə hallarının və iş üçün əhəmiyyətli olan digər halların müəyyən edilməsi məqsədi ilə müstəntiq hadisə yerinin, binaların, sənədlərin, əşyaların, insan meyitinin və heyvan cəsədinin baxışını aparır. Həmin Məcəllənin 236.4-cü maddəsinin tələblərinə görə hadisə yerinin baxışı zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Həmin Məcəllənin 236.5-ci maddəsinə əsasən baxış zamanı müstəntiq müstəqil və ya mütəxəssisin köməyi ilə izləri, əşyaları, sənədləri, habelə gələcəkdə iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək digər əşyaları götürür. Azərbaycan Respublikası CPM-in 51.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio y azılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır. Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-in 125.2.7-ci maddəsinin tələblərinə görə istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldığı halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. İşə baxan məhkəmələr haqlı olaraq qeyd olunan məsələlərə qiymət verərək hesab etmişlər ki, 08 iyun 2023-cü il tarixdə videoçəkilişdən istifadə edilməklə Məhkum yaşadığı fərdi yaşayış evinin həyətinə baxış keçirilərək hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş iki ədəd şitil qablarının içərisində əkdiyi 08 ədəd çətənə bitkisinə bənzər şitillərinin aşkar edilib götürülməsi zamanı CPM-in müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında CPM-in 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının iş üzrə əldə etdiyi həmin sübutları əsaslı hesab edir. Lakin qeyd olunan tarixdə baxış keçirilərək hər birində on iki ədəd şitil üçün nəzərdə tutulmuş iki ədəd şitil qablarının içərisində əkilmiş, çəkiləri 0,12 qram olan 16 (on altı) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumları baxış protokolunda qeydlər edilmədən və baxışın videoçəkilişində əks et dirilmədən, hal şahidlərinin iştirakı olmadan, əldə olunarkən təsvir edilmədən və möhürlənmədən götürüldüyündən məhkəmələr düzgün olaraq sübutların mümkünlüyü haqqında CPM-in yuxarıda qeyd olunan maddələrinin müddəalarına əsasən onları mötəbər və mümkün sübut kimi saymamışlar. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilmə sində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə kollegiyası hesab edir ki, işin materiallarında Məhkum 16 ədəd narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarına dair mümkün və mötəbər sübut olmadığından həm birinci instansiya məhkəməsinin hökmü, həm də apellyasiya instansiyası məhkəməsinin qərarı Məhkum əməlinin tövsifi ilə bağlı hissədə əsaslıdır. Bundan başqa, iş materia llarından göründüyü kimi məhkəmələr sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, şahidlərin ifadələrini dinləyib onları, iş materialları ilə, yəni işdə olan digər sübutlarla müqayisəli təhlil edib məhkumun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bit kiləri xeyli miqdarda kultivasiya etmə (əkmə və ya yetişdirmə) əməlində təqsirinin sübutlarla təsdiq edildiyi, lakin onun həmin cinayət əməlini külli miqdarda olmaqla törətməsi mötəbər sübutlara təsdiq edilmədiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etməsi (əkmə və ya yetişdirmə) nəticəsinə gələrkən mötəbər və mümkün sübutlara əsaslanmamış, işə baxan birinci instansiya məhkəməsi isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış süb utları düzgün qiymətləndirmiş, Məhkum əməlini düzgün olaraq CM-in 237.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, kassasiya protestinin məhkumun əməlinin tövsifi ilə bağlı dəlili əsassızdır. İşdən görünür ki, kassasiya protestinin dəlillərinə əsasən apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda göstərilmiş əsaslardan heç biri müəyyən edilməmişdir. Məhkumun Məhkum kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən ona təyin edilmiş cəzanın ağır olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai tə hlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən himayəsində azyaşlı uşaqlarının olmasını yüngülləşdirən hal kimi nəzərə almış və CM-in 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini isə onun cəzasını ağırlaşdıran hal olmasını nəzərə alaraq ona CM-in 237.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi də öz növbəsində birinci instansiya məhkəməsinin cəza ilə bağlı gəldiyi nəticəni qanuni və əsaslı hesab edərək həmin cəzanı dəyişdirilmədən saxlamışdır. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsi ilə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası onun törətdiyi cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, işin hallarına və m əhkumun şəxsiyyətinə uyğun gəlir, CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə cavab verən ədalətli cəzadır. Həmçinin, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar nəzərə alınmışdır. Ona görə də kassasiya şikayətinin bu barədəki dəlilləri ilə razılaşmaq olmur. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və baş qaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, həmin protest və şikayətin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il tarixli Məhkum haqqındakı qərarının kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum haqqındakı 15 fevral 2024-cü il tarixli qərarı kassasiya protesti və kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar