Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1801/2021 22.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kərimov Fərhad Abdulkərim oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu, Müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili Əhmədova Ulduzə Mehdi qızının iştirakları ilə Şirvan Şəhər Məhkəməsinin 07 ma y 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X6nun barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin 07 may 2020-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Elçin Qurbanov) 13.01.1958-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ortatexniki təhsilli, Şirvan Peşə Liseyində təsərrüfat işləri üzrə müdir müavini vəzifəsində işləyən, evli, Ünvan1 ünvanda qeydiyyatda olan X6 Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun ibtidai istintaq zamanı 05.06.2019-cu il tarixdən 05.10.2019-cu il tarixədək həbsdə və ev dustaqlığında saxlanıldığı 04 ay müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılaraq üzərində, qəti olaraq 03 il 02 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 70-ci maddəsinə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilmişdir. Həmin hökmlə, həmçinin X4 da təqsirli bilinib məhkum edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Camalov Etibar Əli oğlu, Əliyev Elşad İbiş oğlu və Bəşirov Kamil Sücəddin oğlundan ibarət tərkibdə) 07 iyu l 2020-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Şirvan Şəhər Məhkəməsinin 07 may 2020-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 07 iyul 2020-ci il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti əsasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 03 mart 2021-ci il tarixli qərarı ilə (sədrlik edən hakim Əziz Seyidov, hakimlər Tahir Kazımov və İlqar Qılıcovdan ibarət tərkibdə) kassasiya protesti təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin 07 iyul 2020ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi Şirvan Apellyasiya Mənkəməsinə yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən hakim Rafiq Cəfərov, hakimlər Məhəmməd Bağırov və Zeynal Zeynalovdan ibarət tərkibdə) 26 iyul 2021-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 07 may 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 07 may 2020-ci il tarixli hökmü apellyasiya protestinə əsasən dəyişdirilmiş, hökmdən X6 barəsində CM-nin 70-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar xaric edilmiş, həmin hökmlə X5 təyin olunmuş 03 il 02 ay müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilərək X6 məhkəmə iclas zalından həbs edilməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı kassasiya şikayəti vermişdir. İŞİN HALLARI: Şirvan Şəhər Məhkəməsinin 07 may 2020-ci il tarixli hökmü ilə X6 təqsirli bilinib, məhkum edilmişdir, ona görə ki, o, X4 və X6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girəndən sonra X4 "Şirvan İstilik Elektrik Stansiyası” MMC-nin Elektrik Sexinin rəis müavini vəzifəsində işləyən zaman satış məqsədi ilə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan “Şirvan İstilik Elektrik Stansiyası" MMC-i tərəfindən müvafiq qaydada saxlanılması üçün təhvil verilmiş təmiz çəkisi 10870 qram təşkil edən, zəhərli maddə hesab edilən metallik civəni 2018-ci ilin oktyabr-noyabr aylarında "xxxx" MMC-nin anbarından qanunsuz olaraq satış məqsədi ilə çıxarıb saxlamış, satıb pulunu bölüşdürməsi üçün 2018-ci ilin noyabr ayında həmin civəni vermiş, Şirvan şəhəri, Ş.Qurbanov küçəsi 66 saylı evin qarşısında X5 vermiş, sonuncu isə həmin civəni qanunsuz olaraq daşımaqla saxlayıb, satıb pulunu bölüşdürmək üçün qabaqcadan əlbir olub cinayət əlaqəsinə girdiyi X6na 06.2019-cu il tarixdə Şirvan şəhəri S.Zeynalov küçəsindəki dəmir yolu xəttinin yanındakı boşluq ərazidə vermiş, X6 isə həmin civəni etibarnamə idarə idarə etdiyi 2013-cü il buraxılışlı, “Hyundai Elantra” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yük yerində Şirvan şəhərindən Bakı şəhərinə daşımaqla saxlamış, Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X6 04.06.2019-cu il tarixdə saat 02 radəl ərində Bakı şəhəri, Qaradağ rayonu, LökbatanXocahəsən magistral avtomobil yolunda fəaaliyyət göstərən «Tosoil» yanacaqdoldurma məntəqəsinin yanında saxlanılıb Qaradağ rayon Polis İdarəsinə gətirilərək, qeyd olunan avtomobilin yük yerinə keçirilmiş baxış zamanı 1 ədəd parça torbada kolba şəkilli 4 ədəd rezin qabda ayrı-ayrılıqda təmiz çəkisi 3400 qram, 2625 qram, 2425 qram, ümumilikdə 10870 qram çəkidə mettalik parıltıya malik metallik civə aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiya məhkəməsi Şirvan Şəhər Məhkəməsinin 07 may 2020-ci il tarixli hökmündən Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq ed ilməsinə dair müdddəaların xaric edilməsi barədə qərar qəbul edərkən hüquqlarını müdafiə etdiyi şəxsin ilk dəfə az ağır cinayət törətməsini, ümumiyyətlə heç vaxt məhkum olunmamasını, evli olmaqla 64 yaşının olmasını, iş yerindən müsbət səciyyələnməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, 2019-cu il tarixdən Milli Onkologiya Mərkəzində “Qalxan çənbər bağırsağın xərçəngi. Stenoz” diaqnozu ilə qeydiyyatda olmaqla müalicədə olmasını cəzanı yüngülləşdirən hallar kimi, CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq Şirvan Apellyasiya Məhkəməsinin qərarını dəyişdirməklə Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq etməklə təyi n olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində çıxış edən məhkumun müdafiəçisi U.M.Əhmədova şikayətində qeyd etdiyi xüsusatları bir daha vurğulayaraq şikayətin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahi ş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə ko llegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində əməlin tövsifi mübahisələndirilməmiş, məhkumun barəsində təyin edilmiş cəzanın ağır olduğu iddia edilmiş və mübahisələndirilən qərarın dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarının qanuniliyini v ə əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin olunması, dövlət ittihamçısının isə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Tədqiq olunmuş iş materiallarından, birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, məhkum X5 verilmiş qabaqc adan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan zəhərli maddəni əldə etmə, saxlama və daşıma ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. X6nun əməlinə hüquqi qiymət verilməsi məsələsinə dair məhkəmə kollegiyası hesab edir ki, həmin əməl Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəs i ilə nəzərdə tutulmuş cinayətin tərkibini yaratdığı, bu cinayətin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddə ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkuma təyin edilmiş cəzanın ağır olduğu iddia edilir və məhkumun barəsində CM-nin 70-ci maddəsinin tətbiq olunması xahiş edilir. Azərbaycan Respublikası CM-nin 70.1-ci maddəsində göstərilmişdir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsində təsbit olunmuşdur ki, məhkəmə şərti məhk um etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə əsaslanıb törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, məhkum Əlisafa Hüseynovun cəza çəkmədən islah olunacağı qənaətinə gəlməyə əsas yoxdur, bu səbəbdən də apellyasiya instansiyası məhkəməsi haqlı olaraq məhkuma Azərbaycan Respublikası CM-nin 70-ci maddəsini tətbiq edilməsi ilə bağlı müddəaları hökmdən xaric etmişdir. Kassasiya şikayətində göstərilən hallar da Əlisafa Hüseynova şərti məhkum etmənin təyin edilməsinə əsas vermir. İş materiallarından görünür ki, apellyasiya məhkəməsi tərəfindən məhkum Əlisafa Hüseynov a cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun olaraq, Əlisafa Hüseynovun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuşdur ki, məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Bütün bunları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şika yətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Şəhər Məhkəməsinin 07 may 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuş X6nun barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2021-ci il tarixli qərarı məhkumun müdafiəçisi Əhmədova Ulduzə Mehdi qızının kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1801/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1801/2021
22.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver