Məhkəmə qərarları › İş №1(102)-1801/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1801/2022

20.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1801/2022 20.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və Məhkum iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏNETDİ: Bakı Ağır Cinayətər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim S.S.Hüseynov, hakimlər A.Ə.Məcidov və Z.Q.Ağayevdən ibarət məhkəmə tərkibi) Məhkum (xx xxx 1979-cu il tarixdə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2 və 180.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən həmin cəzalar qismən toplanılmaqla 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəza sına məhkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 6 aprel 2021-ci il tarixdən hesablanması qərara alınmışdır; Həmçinin, həmin hökmlə iş üzrə maddi sübut olan 1,198 qram kütləli 583/585 əyarlı qızıldan hazırlanmış üzüyün, 10,48 qram kütləli 925 əyarlı gümüşdən hazırlanmış sırğa cütünün, 34,15 qram ümumi kütləli 4 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 12,77 qram ümumi kütləli 3 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 89,31 qram ümumi kütləli 11 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 12,21 qram ümumi kütləli 3 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 8,10 qram ümumi kütləli 4 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin, 2,01 qram ü mumi kütləli 1 ədəd təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsinin və 880 manat pulun sahibi Zərərçəkmiş şəxs2, “Yaygın saz” yazıları olan saz musiqi alətinin, “Shure 112” markalı qulaqcığın, “WD Elements”markalı 1 TB yaddaş tutumlu diskin, “Techcom” markalı sərt diskin sahibi Zərərçəkmiş şəxs1 qaytarılmasının nəzərə alınması, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 72.148,40 manat məbləğində mülki iddianın qismən təmin edilməsi və Məhkum 51.620 manat alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.E.Rəhimov, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 07 sentyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ildən 7 (yeddi) il 6 (altı) aya, Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 3 (üç) ilə endirilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdi r. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum insan həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmiş və təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 9 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində müğənnilik fəaliyyəti ilə məşğul olan keçmiş arvadı X3 musiqi tərtibatçısı işləmiş Zərərçəkmiş şəxs1 işlədiyi ünvan 2 ünvanında yerləşən səsyazma studiyasına arvadı X4 ilə Zərərçəkmiş şəxs1 arasında olan mübahisəni və onlar arasında olan iş birliyi ilə əlaqədar Zərərçəkmiş şəxs1 ödəməli olan məbləği araşdırmaq adı ilə gəldikdən sonra sonuncu ilə mübahisə edərək müqavimətini qırmaq üçün onu əlləri ilə vu rub yerə yıxaraq həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tədbiq edib studiyada olan masanın siyirməsindən Zərərçəkmiş şəxs1 məxsus 1.800 manat pulu, 1 ədəd 150 manat dəyərində üzərində “Yaygın saz” yazıları olan saz musiqi alətini, 1 cüt 40 manat dəyərində “Shure 112” markalı qulaqlığı, hər birinin dəyəri 60 manat olmaqla ümumilikdə 120 manat dəyərində 2 ədəd “WD Elements” markalı TB yaddaş tutumlu sərt diskləri, 1 ədəd 40 manat dəyərində “Tech-com” markalı sərt diski və sonuncunun əynində olan şalvarının cibindən 50 manat pulu sonuncunun gözü qarşısında əmlaka əlçatanlığını təmin etmək məqsədilə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 2.200 manat maddi ziyan vuraraq soyğunçuluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 2020-ci ilin fevral a yında keçmiş qayınanası Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda qonaq qismində olarkən mənzilin dəhlizindən giriş qapısının ehtiyat açarını gizlin götürüb Zərərçəkmiş şəxs2 yaşadığı mənzildə olmadığı 26 mart 2021-ci il, 2 aprel 2021-ci il və 3 aprel 2021-ci il tarixlərdə vahid niyyətlə əhatə olunan qəsdlə mənzilin giriş qapısını açarla açaraq qanunsuz daxil olub mənzilin yataq otağında olan dolabın siyirməsindən 500 manat pulu, həmin otaqda qoyulmuş trimonun üzərindən 50 manat dəyərində 925 əyarlı gümüşdən hazırlanmış üzərində tünd yaşıl rəngli, rəngsiz, şəffaf qaşları olan 1 cüt sırğanı, 1 ədəd 158 manat 40 qəpik dəyərində 1,98 qram çəkidə 583/585 əyarlı qızıldan hazırlanmış üzərində rəngsiz, şəffaf qaşları olan kişi üzüyünü, mənzilin mətbəxində olan mətbəx mebelinin üzərindən 100 ma nat pulu, daha sonra mənzilin yataq otağında qoyulmuş dolabın siyirməsindən mənzilin digər otağında saxlanılan seyfin açarını götürüb həmin otağın giriş qapısının şüşəsini əli ilə fiziki güc tətbiq edib sındıraraq qapının içəri tərəfdən kilidini əli ilə açıb otaqda olan seyfdən hər birinin qiyməti 1.050 manat olmaqla ümumilikdə 4.200 manat dəyərində 4 ədəd aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “B.M.NİKOLAY İMPERATORC SAMODERJEÜC VSEROSS.” yazıları, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca “10 RUBLEY 1899 Q.” yazıları olan sarı rəngli hər birinin diametri 22,6 mm. olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, hər birinin qiyməti 520 manat olmaqla ümumilikdə 1.040 manat dəyərində 2 ədəd aversində mərkəzdə sol tərəfə ba xan kişi barelyefi, kənarları boyunca “B.M.NİKOLAY İMPERATORC SAMODERJEÜC VSEROSS.” yazıları, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca “5 RUBLEY 1898, 1899 və 1901 Q.” yazıları olan sarı rəngli hər birinin diametri 18,5 mm. olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, 1 ədəd 450 manat dəyərində aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, kənarları boyunca “B.M.NİKOLAY İMPERATORC SAMODERJEÜC VSEROSS.” yazıları, reversində mərkəzdə rus imperiyasının gerbi, kənarları boyunca “5 RUBLEY 1898, 1899 və 1901 Q.” yazıları olan sarı rəngli hər birinin diametri 18,5 mm. olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış, baş hissəsinə qulp birləşdirilib kəsilmiş vəziyyətdə zədə olan pul sikkəsini, hər birinin qiyməti 1.000 manat olmaqla ümumilikdə 11.0 00 manat dəyərində 11 ədəd aversində mərkəzdə sol tərəfə baxan kişi barelyefi, ərəb və ya fars dilində yazı, reversində mərkəzdə məscid şəkli və kənarları boyunca ərəb və ya fars dilində yazılar olan diametrləri 22,1 mm. və 22,4 mm. intervalında olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, hər birinin qiyməti 500 manat olmaqla ümumilikdə 1.500 manat dəyərində 3 ədəd aversində mərkəzdə beşbucaqlı fiqur daxilində yerləşmiş simvol, ərəb və ya fars dilində yazı və kənarları boyunca müxtəlif formalı elementlər, reversində mərkəzdə məscid şəkli və kənarları boyunca ərəb və ya fars dilində yazılar olan hər birinin diametri 19,2 mm. olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, hər birinin qiyməti 250 manat olmaqla ümumilikdə 1.000 manat dəyərində 4 ədəd av ersində mərkəzdə beşbucaqlı fiqur daxilində yerləşmiş simvol, ərəb və ya fars dilində yazı və kənarları boyunca müxtəlif formalı elementlər, reversində mərkəzdə məscid şəkli və kənarları boyunca ərəb və ya fars dilində yazılar olan hər birinin diametri 16,1 mm. olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkələrini, 1 ədəd 250 manat dəyərində barelyefi, kənarları boyunca ərəb və ya fars dilində yazılar olan, reversində mərkəzdə tac və qılınc tutan aslan şəkli, ərəb və ya fars dilində yazı, alt hissəsində kənarları boyunca uzanan yarpaq şəkli olan diametri 16,4 mm. olmaqla təxminən 900 əyarlı qızıldan hazırlanmış pul sikkəsini, hər birinin qiyməti 1.100 manat olmaqla ümumilikdə 4.400 manat dəyərində 4 ədəd hər birinin çəkisi 10 qram olan 999 əyarlı, dörd künc formalı “PAMP” markal ı qızıl külçələri, ümumi çəkisi 14 qram olmaqla 750 əyarlı qızıldan hazırlanmış, üzərində zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 540 manat dəyərində 2,7 karat brilyant qaşlar olan 1 cüt sırğa və qadın üzüyündən ibarət ümumilikdə 1.800 manat dəyərində qızıl dəsti, 18.500 manat pulu və həmin dövrün məzənnəsi ilə 27.200 manat təşkil edən 16.000 ABŞ dolları pulu gizli olaraq talamaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 72.148 manat 40 qəpik məbləğində külli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ona hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti azaldılsa da, cəzanın daha çox yüngülləşdirilməsinə əsas verən hallar kifayət qədər nəzərə alı nmamış, nəticədə o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarının ləğv edilərək kassasiya qaydasında işə baxılması nəticəsində yeni qərarın çıxarılmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyy əti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən onun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmadığını, nəticədə həddindən artıq ağır cəzaya məruz qaldığını iddia et məklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cəzasının yüngülləşdirilməsi barədə qərarın çıxarılmasına dair kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricind ə hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, Məhkum ona həddindən artıq ağır cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarından görünür ki, məhkumun məsuliyyətini yüngülləşdirən halların nəzərə alınmaması barədə iddiasının əksinə olaraq, onun apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxılarkən apellyasiya instansiyası məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən müəyyən edilmiş təqsirkarın şəxsiyyətini səciyyələndirən, eləcə də zərərçəkmiş şə xslərdən biri - Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi kimi cəzanı yüngülləşdirən haldan, eyni zamanda cəzanı ağırlaşdıran halların müəyyən edilməməsindən çıxış edərək, birinci instansiya məhkəməsinin hökmünü dəyişdirmiş, hökmlə Məhkum Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 6 (altı) ay, bu maddə və CM-in 180.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin məcmusu üzrə qismən toplama üsulu ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini isə 1 (bir) il azaltmışdır. Apellyasiya məhkəməsi məhkumun şəxsiyyətinə aid olan və cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halın olmamasını Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin nəzərdə tutduğu cəzanın təyin edilməsində əhəmiyyətli olan digər əsaslarla (sübutla rın tam, hərtərəfli və obyektiv araşdırılması nəticəsində əsaslı və qanuni olaraq Məhkum təqsirli bilindiyi CM-in 177.3.2 və 180.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin xarakteri və ictimai təhlükəliliyi, törədilmə halları, habelə təyin olunan cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri ilə) birlikdə götürməklə (tarazlaşdırılmış şəkildə) qiymətləndirdiyindən, kollegiya həmin halları məhkəmənin qiymətləndirməsindən fərqli şəkildə - Məhkum təqsirli bilindiyi cinayətlərə görə və cinayətlərin məcmusu üzrə daha az müddətə azadlıqdan məhrum etmə cəzasının və yaxud CM-in 62-ci maddəsinə əsasən hər bir cinayətə görə daha yüngül növə aid cəzaların təyin edilməsini tələb edən xüsusatlar kimi səciyyələndirmək üçün əsas görmür və hesab edir ki, apellyasiya instan siyası məhkəməsi Məhkum yuxarıda qeyd olunan cəzaları təyin etməklə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanın məqsədlərinə, cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinə dair CM-in müvafiq olaraq 59, 61, 58.3, 41.2, 66.3-cü maddələrinin, eləcə də CM-in 59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal (soyğunçuluqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 vurulmuş ziyanın ödənilməsi) müəyyən edildiyi üçün həmin cinayətə görə təyin olunmuş cəzaya münasibətdə CM-in 60.1-ci maddəsinin tələblərinə əməl etmiş, CM-in 8-ci maddəsinə təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini, yəni şikayətin təmin, mübahisələndirilən qərarın isə ləğv edilməsi və yaxud dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkə məsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 noyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar