Məhkəmə qərarları › İş №1(102)-1802/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1802/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1802/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və bəraət almış şəxs X8 iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli hökmü ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı Əsədov İlqar Həsən Ağa oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli hökmü ilə (hakimlər Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə) X14, 21 iyul 1980-ci il tarixdə Şirvan (əvvəlki Əli-Bayramlı) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 42.1.4-cü maddəsinə əsasən bəraət verilmiş və ona tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X14 qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 2,146 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini məlum olmayan va xtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 10 sentyabr 2022-ci il tarixdə saat 18 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində o, yaşadığı Şirvan şəhəri, S.Zeynalov küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinə aparılmış, saat 18:55-də üzərində axtarış aparılan zaman əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümün içərisində təmiz çəkisi 2,146 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı iclasında iş üzrə toplanmış və araşdırılmış sübutlara əsasən bəraət almış şəxsun ona qarşı irəli sürülmüş ittiham üzrə cinayəti törətməsi sübuta yetirilmədiyindən, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfind ən onun barəsində yuxarıda göstərilən 2 noyabr 2023-cü il tarixli bəraət hökmü çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli hökmündən dövlət ittihamçısı Səfərov Tale Balabəy oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Abdullayev İlkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Xasməmmədov Elçin İsgəndər oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə) 31 yanvar 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarından dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin y eni apellyasiya baxışına təyin olunmasını xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CPM-in bir sıra normalarına, ibtidai araşdırma orqanı tərəfindən bəraət almış şəxs X8ə qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə məhkəmələr tərəfindən qəbul edilmiş yekun məhkəmə aktlarına istinad etməklə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutları şərh edən və işin faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr öz yekun aktlarında bəraət almış şəxsun polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması və buna görə onun təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticə yə gəlsələr də, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin bu nəticəsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi araşdırılmış sübutları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq etməmiş, yekun məhkəmə aktlarının əsasını yolverilməz sübutlar təşkil etmişdir ki, belə olan halda da həmin məhkəmənin 31 yanvar 2024-cü il tarixli qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışma təyin olunmalıdır. Daha sonra bəraət almış şəxs X8in məhkəmə iclasında verdiyi ifadələrinə istinad edən kassasiya protestinin müəllifi qeyd edir ki, bu ifadələr sonuncu tərəfindən cinayət məsuliyyətindən boyun qaçırmaq və ya məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş, onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar CM-in 234.4.3-cü maddəsində nəzər də tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai araşdırma zamanı verdiyi ifadələri ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, maddi sübutla və iş üzrə toplanılmış digər sübutlarla təsdiq edilmişdir. Lakin, hər iki instansiya məhkəməsi iş üzrə toplanılmış sübutlara heç bir əhəmiyyət vermədən, Bəraət almış şəxs X8in özünümüdafiə xarakteri daşıyan və işin faktiki hallarına uyğun olmayan ifadələrində göstərdikləri xüsusatları əsas götürərək onun ittihamda göstərilən əməlini törətməsinin guya sübuta yetirilməməsi barədə səhv qənaətə gəlmişlər. Birinci instansiya məhkəməsi Bəraət almış şəxs X8in məhkəməyədək icraat zamanı 10 sentyabr 2022-ci il tarixli izahatı, habelə "şəxsi axtarış və götürmə aparılması haqqında” 10 sentyabr 2022-ci tarixli protokoldakı izahatı, 11 sentyabr 2 022-ci il tarixli şübhəli şəxs qismində dindirmə protokolundakı və 12 sentyabr 2022-ci ildə təqsirləndirilən şəxs qismində dindirmə protokolundakı ifadələri ona qarşı polis əməkdaşları tərəfindən edilmiş zorakılığın və pis rəftarın təsiri altında verməsi haqqında nəticəyə gəlib, həmin sübutları sübutlar siyahısından xaric etmiş, apellyasiya instansiya məhkəməsi də həmin nəticə ilə əsassız olaraq razılaşmışdır. Halbuki, birinci və apellyasiya instansiyası məhkəmələrində Bəraət almış şəxs X8ə qarsı pis rəftara yol verilməsi sübuta yetirilməmiş, belə bir halın olmasını şahid qismində dindirilmiş polis əməkdaşları da inkar etmişlər. Həmçinin, məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin Təcili Tibbi Yardım şöbəsinin həkimi X23 göstə rmişdir ki, Şirvan ŞPŞ-də saxlanılan Bəraət almış şəxs X8lə bağlı 11 sentyabr 2022-ci il tarixdə saat 14.50də və 12 sentyabr 2022-ci il tarixdə saat 23.36-da yenidən təcili tibbi yardıma çağırışlar daxil olmuş, polis şöbəsində o, müayinə edilmiş, ona “kəskin bədən ağrısı sindromu” diaqnozu qoyulmuş, müayinələr zamanı Bəraət almış şəxs X8in üz nahiyəsində xəsarət görməmiş, sonuncunun döyülməsi barədə ona nəsə deməsini xatırlamır. Şahid X23 həmçinin bildirmişdir ki, əgər Bəraət almış şəxs X8 bu barədə ona nəsə demiş olsaydı, o, bununla bağlı polis şöbəsində olan jurnalda qeydiyyat aparardı. Bundan başqa, bəraət almış şəxs X8in barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Şirvan Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, qapalı məhkəmə iclasında təqsirlə ndirilən şəxs saxlanılarkən üzərində aşkar olunan narkotik vasitənin özünə məxsus olması barədə hər hansı bir fikir bildirməmiş, yalnız narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ağrıları olduğu üçün belə vasitələrdən istifadə etdiyini göstərmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin olunmamasını xahiş etmişdir. Həmçinin, Şirvan şəhər prokurorluğuna Bəraət almış şəxs X8in fiziki zorakılığa məruz qalması ilə bağlı araşdırma aparılmış və onun fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmadığı üçün 21 oktyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertizasının 10 mart 2023-cü il tarixli 159 nömrəli rəyindən görünür ki, bəraət almış şəxsun sağ göz üstü nahiyənin, sol budun arxa səthinin və sol baldırın ön səthinin tünd bənövşəyi rəngli qançırları təcridxanada baxış keçirildiyi vaxtdan (14 sentyabr 2022-ci il) təxminən 3-5 gün əvvəl, qarın nahiyəsinin sol yuxarı-yan səthinin yaşıla çalan sarımtıl rəngli qançırı təcridxanada baxış keçirildiyi vaxtdan təxminən 5-7 gün əvvəl əmələ gələ bilərdilər, yuxarıda qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir, tibbi sənədlərdə qeyd olunan “oma nahiyəsinin və sağ budun arxa səthinin yuxarı 1/3-ndə qızartı” müxtəlif mənşə və mexanizmə malik olduğundan, həmçinin xəsarətlərin obyektiv əlamətləri ilə (qançır, sıyrıq, yara, hematoma və s.) təsvir olunmadığından sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzə rə alınmadı. bəraət almış şəxs X8in bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə (həm öz boyu hündürlüyündən yıxılaraq yerin səthinə və ya küt əşyaya dəymə nəticəsində, həm insan bədəninin hissələrinin təsirindən və s.) həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilməsi mümkündür və bu məsələnin dəqiqləşdirilməsi hüquqi müstəvidə həll edilə bilər. Göründüyü kimi, Bəraət almış şəxs X8də aşkar edilmiş xəsarətlərin üzərinə baxış keçirilməmişdən əvvəl əmələ gəlməsi müəyyən edildiyi, bütün ifadələr və video görüntülərdə polis əməkdaşları tərəfindən zorakılığa məruz qalmaması barədə bildirdiyi halda hər iki instansiya məhkəməsi tərəfindən əsassız olaraq ona CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. Dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, ibtidai araşdırmanın yekununda Bəraət almış şəxs X8 müdafiəçisi ilə birlikdə cinayət isinin materialları ilə tanış olarkən üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini satış məqsədilə saxlamadığını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etdiyini, bu səbəbdən CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsini və CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasını bildirmiş, ona qarşı irəli sürülmüş ittihamın predmetini təşkil edən narkotik vasitənin ona məxsus olmasını inkar etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protes tinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı İ.H.Əsədov həmin protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qanununun tələbləri pozulmaqla əsassız olaraq bəraət almış şəxs X8ə CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsini, məhkəmənin qəbul etdiyi qərarın əsasını isə yolverilməz sübutlar təşkil etməsini iddia edərək həmin qərarın ləğv edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.3-cü maddələrinə əsasən isə, məhkəmə bu Məcəllənin 143-14 6-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar cinayət işinin materiallarını, o cümlədən iş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarının qanuniliyini və əsaslılığını yoxlayıb, bu yoxlamanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Əvvəla, Azərbaycan Respublikası Ali Məh kəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qa ydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən olunması və onların şəxsin hər hansı cinayətin törədilməsində təqsirli bilinməsi üçün kifayət edib-etməməsi başa düşülür. Hazırki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarından verilmiş kassasiya protestinin dəlillərinə cavab verilməsi ilə bağlı məhkəmə kollegiyası daha sonra qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat veri r. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 63-cü maddəsinin İ-İV hissələrinin tələblərinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli bilinməsinə əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan ədalət mühakiməsinin həyata keçirilməsində istifadə oluna bilməz. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konst itusiyanın 125-ci maddəsinin Vİİ hissəində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən mü əyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyətə malik olan bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ h issəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının (bundan sonra mətndə Avropa Konvensiyasının) 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. CPM-in 8.0-cı maddəsinə görə, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə aç maq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinin tələblərindən isə görünü r ki, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qan unlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblə rinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Sübutların mümkünlüyünə dair CPM-in 125.2.1-125.2.10-cu maddələrinin tələblərinə görə, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: - insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; - zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə; - şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozul ması ilə; - cinayət prosesində iştirak edən şəxsin hüquq və vəzifələrinin izah edilməməsi, tam və ya düzgün izah edilməməsi nəticəsində öz hüquq və vəzifələrini yanlış başa düşməsindən istifadə etməklə; - cinayət təqibi üzrə icraatı həyata keçirmək, istintaq və ya digər prosessual hərəkətlər aparmaq hüququ olmayan şəxs tərəfindən bu hərəkətlər edildikdə; - cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə; - istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; - sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda; - məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbəd ən alındıqda; - müasir elmi baxışlara zidd üsulların tətbiqi nəticəsində alındıqda. CPM-in 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in 125.7-ci maddəsinin müddəalarından görünür ki, cinayət təqibi üzrə icraat zamanı məlumatlardan, sənədlərdən və əşyalardan sübut kimi istifadə edilməsinin qeyrimümkünlüyünü, habelə onlardan məhdud istifadə edilməsinin mümkünlüyünü prosesi aparan orqan öz təşəbbüsü və ya cinayət prosesi tərəflərinin vəsatəti ilə müəyyən edir. CPM-in 138.1-ci maddəsinə görə, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların m üəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 138.2-ci maddəsində müəyyən edilmişdir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəx sin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müə yyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Qanunvericiliyin bu müddəalarından görünür ki, hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsi tələb olunur. Sübutların mötəbərliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və antisübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mü mkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.1-ci maddəsində təsbit edilmişdir ki, məhkəmənin ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və y a cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-in 351.2-ci maddəsinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsinin tələblərindən göründüyü kimi, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəb ər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlara və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş s übutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkə mədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhk əməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avropa Məhkəməsi) təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qəbul etdiyi Qərarda Avro pa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxş ar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 6 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Bəraət almış şəxs X8in cinayət məsuliyyətinə cəlb edildiyi dövrdə qüvvədə olmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli Qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə həmçinin izah edilmişdir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-in 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nöm rəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh e dərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərərçəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. İşin müəyyən edilmiş faktiki hallarını Konstitusiyanın, beynəlxalq müqavilələrin və cinayət-prosessual qanunvericiliyinin yuxarıda şərh edilən normalarının tələbləri, Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeləri, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələri ilə müqayisə etməklə birinci instansiya məhkəməsinin hökmünü və həmin hökmün dəyişdirilmədən qüvvədə saxlanılma sı haqqında apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktlarının yuxarıda qeyd olunan prosessual hüquq normalarının tələblərinə, xüsusilə də CPM-in 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi və qiymətləndirilməsi qaydalarına və CPM-in 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmələrin müəyyən etdiyi halların onların tədqiq və təhlil etdikləri sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Belə nəticə ilə bağlı, habelə kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün məhkəmə kollegiyası məhkəmələrin işin faktiki hallarının müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin 2 noyabr 2023-cü il tarixli hökmündə və apellyasiya instansiyası məhkəməsinin 31 yanvar 2024-cü il tarixli qərarında əsaslandıqları sübutların bir hissəsinə bir daha müraciət etməyi zəruri sayır. Bundan əvvəl isə, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, ittiham tərəfinin təqdim etdiyi həmin sübutların hamısı birinci instansiya məhkəməsi tərəfindən tam həcmdə və obyektiv olaraq ətraflı araşdırılmış, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında məhz həmin bu sübutlara, həm də heç bir qanun pozuntusuna yol verilmədən müdafiə tərəfinin vəsatətləri əsasında, habelə birinci instansiya məhkəməsinin öz təşəbbüsü əldə edilmiş və araşdırılmış sübutlara istinad etmiş və kassasiya protestinin dəlillərinin əksinə olaraq məhkəmələr işin düzgün hə lli üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən əsassız olaraq imtina etməmiş, araşdırılmış sübutları isə həm ayrı-ayrılıqda, həm də məcmu şəklində qiymətləndirərək, yəni CPM-in 416.1.2-ci maddəsi ilə ehtiva olunan pozuntuya yol verməyərək bəraət almış şəxsun ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinin sübuta yetirilməməsi, ilkin və ibtidai araşdırma zamanı isə sübutların qanun pozuntularına yol verilməklə toplanması barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də artıq araşdırılmış sübutların təkrarən tədqiq edilməsinə ehtiyac görməyərək, digər tərəfdən isə cinayət prosesi iştirakçılarının, o cümlədən kassasiya protestinin müəllifi olan dövlət ittihamçısının bununla bağlı müraciətləri olmadığından birinci instansiya məhkəməsinin hökmündən verilmiş a pellyasiya protestinə məhkəmə istintaqı aparılmadan və əlavə sübutlar tələb edilmədən baxaraq Bəraət almış şəxsun barəsindəki bəraət hökmünün qanuni və əsaslı olması barədə yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası da iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin bu nəticəsi ilə razılaşır və qeyd edir ki, həmin nəticə ehtimallara deyil, aşağıdakı sübutlara və onların təhlilinə və qiymətləndirilməsinə əsaslanmış, digər tərəfdən isə ittihamın əsasına qoyulmuş sübutların əksəriyyətinin kobud qanun pozuntularına, o, cümlədən bəraət almış şəxsun müdafiə hüququnun pozulmasına yol verilməklə əldə edilməsi müəyyən olunmuşdur. Belə olan halda məhkəmə kollegiyası bəraət almış şəxsun barəsində bəraət hökmü çıxarmış birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya insta nsiyası məhkəməsinin iş üçün əhəmiyyət kəsb edən hər hansı sübutun tədqiqindən imtina etməsini, Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinin tələblərinə əməl etməməsini, nəticə etibarı ilə isə CPM-in 416.1.1-ci maddəsində də nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etmir və eyni zamanda onu da qeyd edir ki, dövlət ittihamçısı İ.H.Əsədov kassasiya protestində məhkəmələr tərəfindən yekun məhkəmə aktları qəbul edilərkən yolverilməz sübutlardan istifadə edilməsini iddia etsə də, kassasiya protestinin bu dəlili də əsassızdır ona görə ki, həmin aktların əsasına qoyulmuş, bundan əvvəl isə məhkəmə iclaslarında tədqiq olunmuş sübutların (bəraət almış şəxsin ifadələrinin və ona qarşı zor tətbiq edilməsini təsdiq edən digər sübutların) qanunsuz yolla əldə edilməsini ittiham tərəfi cin ayət təqibinin apellyasiya icraatı mərhələsində mübahisələndirməmiş, həmin sübutların, o cümlədən bəraət almış şəxsin birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrin CPM-in 125.2-ci maddəsində sadalanan pozuntularla əldə edilməsi müəyyən olunmamışdır. Bu baxımdan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.1.3-cü maddəsində göstərilən pozuntuya da yol verilməmiş və buna görə bu məsələ ilə bağlı da kassasiya protestinin dəlilləri qəbuledilməz sayılmalıdır. Araşdırılmış sübutlara gəldikdə isə, məhkəmə kollegiyası vurğulayır ki, bəraət almış şəxs təhqiqat və ibtidai araşdırma zamanı 10 sentyabr 2022-ci il tarixdə üzərində şəxsi axtarış aparılarkən və həmin tarixdə verdiyi, lakin vaxtı göstərilməyən izahatında, habel ə ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona əldə edərək saxlaması və daşıması iddia olunan bir ədəd şəffaf sellofana bükülmüş narkotik vasitə olan 2,146 qram çəkidə heroini eyni tarixdə səhər saat 9 radələrində yaşadığı məhəllədə gəzərkən tapdığını və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün götürüb cibinə qoyaraq üzərində saxlamasını və daşımasını etiraf etsə də (bu izahat və ifadələr ibtidai araşdırma orqanı tərəfindən Bəraət almış şəxsa qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən mötəbər sübutlardan biri kimi qəbul edilmişdir), birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilərkən CPM-in 91-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadə edərək özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməmiş və göstərmişdir ki, o, 10 sentyabr 2022-ci il tarixdə günorta saat 14:00-da yaşadığı məhəllədə olarkən polis əməkdaşları ona yaxınlaşmış və polis şöbəsinə aparmışlar. Şöbədə olarkən polis əməkdaşları tərəfindən döyülmüş və sonuncular ona narkotik vasitə verərək üzərinə götürməsini məcbur etmiş, eyni zamanda onu ailəsinə pislik etmələri ilə hədələyərək əgər bu tələbi yerinə yetirməsə həmin narkotik vasitəni evinə qoyacaqlarını, arvadını və uşaqlarını da şöbəyə gətirərək məsuliyyətə cəlb edəcəklərini bildirmiş, əks təqdirdə isə onu iki gün ərzində evə buraxacaqlarına söz vermişlər. Bütün bunlara görə, o cümlədən fiziki və psixi təsirlərə məruz qaldığından, o, məcbur olub polis əməkdaşları tərəfindən verilmiş narkotik vasitənin guya özünə məxsus olduğunu şöbədə video çəkiliş aparılmaqla keçirilən şəxsi axtarış zamanı yalandan etiraf etmiş, lakin əsl həqiqətdə saxlanılarkən onun üzərində narkotik vasitə olmamış və o, heç kimə belə vasitəni satmamışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq isə bəraət almış şəxs həmçinin göstərmişdir ki, saxlanılmamışdan əvvəl bədənində heç bir xəsarət olmamış, barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə polis əməkdaşları tərəfindən döyülməsini demiş, İstintaq Təcridxanasına keçirildikdən sonra müayinə olunarkən bədəni üzərində döyülməsi nəticəsində əmələ gəlmiş xəsarətlər aşkar olunmuş və orada da həmin xəsarətləri həbs olunarkən aldığını bildirmişdir. O, Şirvan ŞPŞ-nin müvəqqəti saxlama kamerasında saxlanılarkən iki dəfə çağırışla həkim gəlib onu müayinə etmiş, həmin həkimə də döyüldüyündən bədənində olan kəskin ağrılardan şikayətlənmiş, sonuncu isə ona ağrıkəsici iynə vurmaqla kifayətlənmişdir. Bəraət almış şəxs daha sonra məhkəmə iclasında bildirmişdir ki, o, əvvəllər narkotik vasitələrdən istifadə etsə də, saxlanılarkən onun üzərində ittihamda göstərilən heroin və ya başqa narkotik vasitələr və psixtorop maddələr olmamış, həmin vaxt üzərində yalnız mobil telefon aparatı, alışqan və 1 qutu siqaret olmuşdur. Saxlanıldığı gün Şirvan şəhərində ekspertizadan keçən zaman ekspertə də döyüldüyünü demiş və sonuncu onun bədənində olan xəsarətləri görmüşdür. Həmçinin, həbs olunmamışdan əvvəl o, Şirvan şəhər prokurorluğunda olarkən də orada tanımadığı şəxsə döyüldüyünü bildirmiş, şəxsi axtarış zamanı guya onun üzərindən götürülərək narkotik vasitənin qablaşdırıldığı zərf isə əvvəlcədən yazılmışdır. Kassasiya protestində bu ifadələrin yolverilməz sübut olması iddia olunsa da, məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, CPM-in 91-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittiham üzrə sərbəst ifadələr vermək, bu zaman ittihamla razılaşmayaraq onu təkzib etmək, ittihama uyğun olmayan, özünü müdafiə xarakterli ifadələr vermək onun hüququdur və buna görə o, heç bir məsuliyyət daşımır. Belə ifadələrdə göstərilən halların əksini sübut etmək vəzifəsi isə ittiham tərəfinin üzərinə düşür, digər tərəfdən isə təqsirləndirilən şəxsin ittihamı təkzib etməsi barədə verdiyi ifadələrin yolverilməz sübut kimi qiymətləndirilməsinə əsas vermir, çünki bu hal CPM-in 125.2-ci maddəsində qanunsuz yolla əldə edilmiş sübutların sırasında nəzərdə tutulmamışdır. Odur ki, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin iş üzrə yekun məhkəmə aktları qəbul edərkən əsas sübut növlərindən biri kimi bəraət almış şəxsun məhkəmə iclasında verdiyi ifadələrini qəbul etmələrində hər hansı qanun pozuntusuna, o cümlədən CPM-in 416.1.3-cü maddəsində nəzərdə tutulmuş pozuntuya yol vermələrini müəyyən etməyərək bununla bağlı da kassasiya protestinin dəlillərini qəbul etmir, həmin ifadələrin iş üzrə araşdırılmış bir sıra sübutlarla uzlaşmasını, ilkin araşdırma zamanı isə Bəraət almış şəxsa qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən bəzi sübutların prosessual hüquq normalarının tələblərinin pozulması ilə əldə edilməsini qeyd edir. bəraət almış şəxsun birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadələrin fövqündə isə məhkəmə kollegiyası hesab edir ki, bütün şübhələri onun xeyrinə həll edən məhkəmələr tamamilə haqlı olaraq toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmış, həmin ifadələrlə uzlaşan digər sübutlara əsaslanıb onların həqiqətə uyğun olması barədə düzgün nəticəyə gəlmiş və kassasiya protestində inkar edilsə də, Bəraət almış şəxs X8in məhkəməyədək icraat dövründə deyil, məhz məhkəmə iclasında verdiyi ifadələrini yekun məhkəmə aktlarının əsasına qoymuşlar. Bəraət almış şəxsin bu ifadələrinin digər sübutlarla müqayisəli təhlili göstərir ki, onun saxlanıldıqdan sonra həqiqətən fiziki zorakılığıa məruz qalması, təhqiqat və ibtidai araşdırma zamanı prosessual qanunvericiliyinin normalarının, eyni zamanda bəraət almış şəxsin müdafiə hüququnun pozulması b arədə məhkəmə iclasında göstərdikləri araşdırılmış başqa sübutlarla da təsdiq olunur. Cinayət işinin materiallarından görünür ki, həmin işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılarkən qeyd olunan qanun pozuntuları ilə bağlı həm müdafiə tərəfinin vəsatətləri, həm də məhkəmənin öz təşəbbüsü ilə müvafiq sübutlar əldə edilərək araşdırılmış və həmin sübutların məcmusu, onlara verilmiş qiymətləndirmə məhkəməyə bəraət almış şəxsun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas vermişdir. Kassasiya protestində bəraət almış şəxsun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirinin onun ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadələrlə təsdiq olunması iddia olunsa da, məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zər uri bilir ki, CPM-in 126.6-cı maddəsinin müddəaları təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsinin ittihamın əsası kimi qəbul edilməsini o, halda mümkün bilir ki, belə etiraf həm də iş üzrə bütün qanuni üsullarla toplanmış sübutların məcmusu ilə təsdiq edilmiş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 33-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şə xsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Cinayət işinin materiallarından və həmin iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələrinin qəbul etdikləri yekun məhkəmə aktlarından göründüyü kimi, həmin məhkəmələr Ali Məhkəmənin Plenumunun bu tövsiyələrinə də əməl etmişlər. Kassasiya pro testinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün bəraət almış şəxs X8in cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələri ilə yanaşı iş üzrə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında araşdırılmış digər sübutları tam və hərtərəfli tədqiq və təhlil etmiş məhkəmə kollegiyası əvvəla qeyd edir ki, hazırki cinayət işinin materiallarına görə bu işin başlanmasına əsas Şirvan şəhər Polis Şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili polis leytenantı Şahid1 10 sentyabr 2022-ci il tarixli raportu, həmin raporta əsasən onun tərəfindən qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair eyni tarixli qərar və bu sənədlərlə bağlı iş üzrə keçirilmiş əməliyyat-axtarış təbirlərinin və aparılmış bir sıra istintaq hərəkətlərinin nət icələri olmuşdur. Qeyd olunan raportda göstərilmişdir ki, əməliyyat müvəkkili Şahid1in icraatına (müəyyən olunmamış tarixdə və mənbədn-m.k.) bəraət almış şəxs X8in narkotik vasitədən istifadə etməsi, üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, qərarda isə əməliyyat məlumatında göstərilənlərin yoxlanılması və Bəraət almış şəxs X8in ifşa olunması üçün bir sıra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, bu məqsədlə əməliyyat qrupunun yaradılması, qərarın surətlərinin isə 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorluğa təqdim edilməsi nəzərdə tutulmuş, qərarda isə “Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10, 11, 12-ci maddələrin ə və CPM-in 445.2-ci maddəsinə istinad olunmuşdur. Lakin, iş materiallarına bu qərarın məhkəmə nəzarəti qaydasında yoxlanılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilməsi haqda məktub əlavə olunsa da, faktiki olaraq bunun edilməsi və göstərilən qərarın əldə edilmiş ilkin sübutlarla birgə məhkəmə nəzarəti qaydasında yoxlanılması iş materialları ilə müəyyən edilməmişdir. Halbuki, CPM-in 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. CPM-in 445.2-ci maddəsinin tələblərindən görünür ki, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan R espublikası Qanununun 10-cu maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş hallarda bu Məcəllənin 445.1-ci maddəsində göstərilən əməliyyat-axtarış tədbirləri məhkəmənin qərarı olmadan, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsinin əsaslandırılmış qərarı ilə həyata keçirilə bilər. Bu halda əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi müvafiq tədbir aparıldıqdan sonra 48 saat müddətində əməliyyat-axtarış tədbirinin aparılması barədə əsaslandırılmış qərarı məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora təqdim etməlidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında vurğulanmışdır ki, Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq, əməliyyataxtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda eyni zamanda qeyd olunmuşdur ki, qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin nəticələrinin məhkəmənin razılığı ilə aparılan tədbirlər nəticəsində və ya əvvəlcədən məhkəmənin razılığını almadan, lakin sonradan bunun barəsində məhkəməyə məlumat vermək şər ti ilə keçirilən tədbirlər nəticəsində əldə edilməsindən asılı olmayaraq, həmin tədbirlərin keçirilməsinə məhkəmə nəzarətinin hədləri dəyişilməzdir. Öz növbəsində, məhkəmə nəzarəti qaydasında keçirilən yoxlamanın nəticəsində məhkəmələr müvafıq qərar qəbul edirlər. Məhz bu baxımdan, məhkəmələr əməliyyat-axtarış tədbiri keçirildikdən sonra məhkəmə nəzarəti qaydasında həmin tədbirin insan hüquq və azadlıqlarının təminatı baxımından qanuni, əsaslı, mütənasib, məqsədəmüvafiq və təxirəsalınmaz keçirilməsini yoxlayaraq CPM-in 448-ci maddəsinə əsasən müvafiq qərar qəbul etməlidirlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu göstərilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir: - CPM-in 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məh kəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalı və ehtiyac olduğu halda əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər; - əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanuna uyğun əldə olunduqda və CPM-in tələblərinə uyğun təqdim edildikdə və məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16-cı bəndində məhkəmələrə izah edilmi şdir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materia llar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedur a daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Qərarda daha sonra qeyd olunmuşdur ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “Ayətullah Ay Türkiyəyə qarşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərə findən araşdırılmalıdır. Qərarın 17-ci bəndində məhkəmələrə nəzərə almaları tövsiyə edilmişdir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qar şı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Həm CPM-in 13 7 və 445.2-ci maddələrinin tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 fevral 2015-ci il tarixli Qərarında, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında sərgilədikləri hüquqi mövqedən, həm də “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən çıxış edərək məhkəmə kollegiyası cinayət işinin materiallarına müraciət edib qeyd etməyi zəruri bilir ki, həmin materiallara əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərarın eyni tarixli məktublarla əməliyyat-axtarış fəaliyyətinə nəzarəti həyata keçirən Şirvan şəhər prokuroru ilə yanaşı həm də məhkəmə nəzarətini həyata keçirən məhkəməyə göndərilməsi barədə m əktublar əlavə edilsə də, həmin qərarın özünün və onun əsasında keçirilmiş tədbirlərin yuxarıda göstərilən qaydada yoxlanılması iş materialları ilə müəyyən edilməmiş və məhkəmə nəzarətini həyata keçirən məhkəmənin bu haqda qərarı həmin materiallarda aşkar olunmamışdır. Bu isə ona dəlalət edir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 10 sentyabr 2022-ci il tarixli qərarın və onun əsasında toplanmış sübutların əsaslığı və qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından həmin sübutlar bəraət almış şəxsa qarşı ittihamın irəli sürülməsində istifadə edilə bilməzdi. Daha sonra cinayət işinin materiallarından görünür ki, 10 sentyabr 2022-ci il tarixdə, ittihamda göstərildiyi kimi, bəraət almış şəxs saat 18.00-da (məhkəmədə verdiyi ifadələrində bəraət almış şəxs bu vaxtı da mübahisələndirərək həmin vaxtda deyil, saat 14 radələrində saxlanıldığını bildirmişdir) narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması şübhəsi ilə yaşadığı evin qarşısında saxlanıldıqdan sonra Şirvan şəhər Polis şöbəsinə gətirilmiş və orada bu şübhə ilə özünün seçdiyi müdafiəçinin – Şirvan Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə saat 18.35-də şübhəli şəxs qismində tutulmuş, bundan sonra isə həmin tarixdə saat 18.55-dən saat 19.15-dək, yəni 20 dəqiqə ərzində onun üzərində video çəkiliş aparılmaqla yenə adı çəkilən müdafiəçinin iştirakı ilə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Bəraət almış şəxs X8ə qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlardan biri olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 10 sentyabr 2022-ci il t arixli protokola əsasən, bu istintaq hərəkətinin aparılması Şirvan şəhər polis şöbəsinin Kriminalistik Tədqiqatlar qrupunun baş inspektoru X15 “Canon” markalı video kameradan istifadə edilməklə apardığı video çəkiliş vasitəsilə qeydə alınmış, lakin sonuncu istintaq hərəkətinin iştirakçılarına, o cümlədən şübhəli şəxs bəraət almış şəxsa və onun müdafiəçisinə təqdim olunmamış, sonuncunun adı iştirakçılar sırasında tərtib edilmiş protokolun sonunda video çəkiliş aparan şəxs kimi qeyd olunsa da, o, protokolu imzalamamışdır. Protokola görə, saat 18.55-dən 19.15-dək şəxsi axtarış aparılmazdan əvvəl bu istintaq hərəkətinin aparılmasında iştirak edən şəxslərə CPM-in 51.5 və 244.6-cı maddələrinin tələbləri izah olunmuş, onlar CM-in 300-cü maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyəti haqqında xəb ərdar edilmiş, bundan sonra isə təhqiqatçı X11 bəraət almış şəxs X8ə üzərində qanunsuz əşya və ya predmet, döyüş sursatı və ya başqa qanunsuz hər hansı bir əşya olduğu halda onları könüllü surətdə təqdim etməsini təklif etmişdir. Bu təklifə əsasən Bəraət almış şəxs X8 tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan heroinin qablaşdırılmasını bildirmişdir. Yazılı protokoldan daha sonra görünür ki, şübhəli şəxsin üzərindən başqa heç nə aşkar olunmamış, sonuncunun narkotik vasitəni əldə etməsi ilə bağlı mövqeyi isə belə ifadə olunmuşdur ki, o, təqdim etdiyi, içərisində narkotik vasitə olan heroini 10 sentyabr 2022-ci il tarixdə təxminən saat 9 radələrində yaşadığı ünvanın yaxınlığında yerdən t apmışdır. Protokola görə, bundan sonra bəraət almış şəxs X8in təqdim etdiyi büküm müvafiq qaydada qablaşdırılmışdır. Kassasiya protestinə baxılması ilə əlaqədar cinayət işinin bütün materiallarının öyrənilməsi zamanı kollegiya tərəfindən bəraət almış şəxsun üzərində şəxsi axtarışın aparılması əks olunmuş video görüntülərə də keçirilmiş baxış nəticəsində müəyyən edilmişdir ki, bəraət almış şəxs X8in üzərində şəxsi axtarış və götürmə hərəkəti 20 dəqiqə deyil, cəmi 5 dəqiqə 8 saniyə ərzində aparılmış, lakin bu çəkilişin kim tərəfindən aparılması barədə məlumat iştirakçılara verilməmiş, bundan əvvəl isə Bəraət almış şəxs X8ə onun hüquqları, vəzifələri və məsuliyyəti izah edilməmişdir (bu haqda protokolda da qeyd aparılmamışdır). Video çəkilişə qeydə alınmış görüntülərə əsasən, əvvəl təhqiqatçı əməliyyat işçilərini, şübhəli şəxsi və onun müdafiəçisini təqdim edir, sonra şübhəli şəxsə üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olub-olmaması barədə sual verir, o, da buna təsdiqedici cavab verərək şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyur, ona verilmiş suala cavab olaraq həmin bükümün içərisində narkotik vasitə olan heroinin olmasını, bu bükümü səhər evindən çıxıb zibil tullamağa gedərkən yerdən tapdığını, büküm içərisində heroinin olmasını müəyyən etdiyini və bu narkotik vasitəni axşamlar özünün istifadə etməsi üçün götürüb üzərində saxladığını, onun hər hansı şəxsə satmaq niyyətində olmadığını bildirir. Daha sonra müdafiəçi R.S.Mirzəyev Bəraət almış şəxs X8ə müraciət edərək təqdim etdiyi narkotik vasitənin ona məxsus olu b-olmaması, saxlanılarkən hər hansı zorakılığa məruz qalıbqalmaması və konfidensial ünsiyyətə ehtiyacının olub-olmaması barədə suallar verir, bəraət almış şəxs da bu suallara cavab olaraq bildirir ki, təqdim etdiyi narkotik vasitə ona məxsusdur, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı zor tətbiq edilməmiş və onun konfidensial ünsiyyətə ehtiyacı yoxdur. Həmçinin, müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin təqdim etdiyi bükümün qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirir (qeyd olunmalıdır ki, müdafiəçinin verdiyi suallar, bu suallar Bəraət almış şəxs tərəfindən verilmiş cavablar və onun təqdim etdiyi narkotik vasitənin ekspertiza tədqiqatına göndəriləcəyi barədə vəkil Ruslan Mirzəyevin izahı protokolda əksini tapmamışdır). Təhlil olunan istintaq hərəkətinin aparılması zamanı bəraət almış şəxs onda olan bükümü təqdim etdikdən sonra təhqiqatçı özü də onun şalvarının ciblərində axtarış aparır, lakin bunun nəticəsində hər hansı başqa əşya aşkar etmir. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, təsvir edilmiş video görüntüdən bəraət almış şəxs X8in sağ gözündə şişkinliyin və qaraltının olması açıq-aydın görünür, onun təqdim etdiyi bükümün qablaşdırıldığı zərfin üzərində isə oxunmayan yazılar var, axtarış aparıldıqdan sonra təhqiqatçı həmin zərfin üzərində heç bir əlavə qeydlər aparmır, iştirakçılar isə zərfin üzərində əvvəlcədən yazılmış soyadlarının qarşısında imza edirlər, sonra isə zərfin üzəri təhqiqatçı tərəfindən möhürlənir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, əvvəla bəraət almış şəxs X8in üzərində şəxsi axtarış aparılm ası prosesinə dair protokolda yazılanların bu haqda video çəkilişlə qeydə alınmış görüntülərlə uyğunsuzluğun olması müəyyən edilir, digər tərəfdən göstərilən istintaq hərəkəti qanunvericiliyin tələblərinə zidd olaraq aparılmış və 10 sentyabr 2022-ci il tarixli protokol da CPM-in müvafiq maddələrinə uyğun şəkildə tərtib edilməmişdir. Həm protokoldan, həm də video görüntülərdən göründüyü kimi, istintaq hərəkətinin aparılmasında iştirak etmiş müdafiəçi R.S.Mirzəyev Bəraət almış şəxs X8in sağ göz nahiyəsində xəsarətin olması ilə bağlı ona heç bir sual verməmiş, eyni zamanda sonuncunun təqdim etdiyi bükümün qablaşdırıldığı zərfin əvvəlcədən hazırlanmasına və zərfin üzərində müvafiq qeydlərin aparılmasına münasibətini bildirməmişdir. Hərçənd sonuncu haldan belə təəssürat yaranır ki, sanki təhqiq atçı bəraət almış şəxsun üzərində şəxsi axtarışın aparılmasına qədər sonuncunun üzərində bir bükümdə narkotik vasitənin olmasından, həmin bükümü ona təqdim edəcəyindən, bu istintaq hərəkətinin aparılmasında məhz onu saxlayan polis əməkdaşlarının iştirak edəcəklərindən məlumatlı olmuş və buna görə bükümün qablaşdırılması üçün nəzərdə tutulmuş zərfin üzərində əvvəlcədən müvafiq qeydlər aparmışdır. Halbuki, təhqiqat zamanı tərtib edilmiş sənədlərə əsasən təhqiqatçı bəraət almış şəxsun üzərində bir bükümdə narkotik vasitənin olmasını guya şəxsi axtarış aparılarkən bilmiş, sonuncunun saxlayaraq təhqiqatçıya təhvil verməsindən, Bəraət almış şəxs X8in həmin təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra əlavə olaraq şübhəli şəxsi saxlamış polis əməkdaşlarının da şəxsi axtarışın apa rılmasında iştiraklarının hansı zərurətdən irəli gəlməsi nə bu istintaq hərəkətinin aparılması haqqında 10 sentyabr 2022-ci il tarixli qərarda, nə yuxarıda göstərilən protokolda, nə də ki, təhqiqat zamanı tərtib edilmiş başqa prosessual sənədlərdə əksini tapmamışdır. Bundan başqa, istər təhqiqat zamanı tərtib edilmiş sənədlərdən, istərsə də yuxarıda təhlil edilən protokoldan və video çəkilişdən bəraət almış şəxsu X8in üzərində şəxsi axtarışın və götürmənin aparılması haqqında 10 sentyabr 2022-ci il tarixli qərarın şübhəli şəxsə və onun müdafiəçisinə təqdim olunması, təhqiqatçı tərəfindən Bəraət almış şəxs X8ə bu istintaq hərəkətinin aparılması ilə bağlı hüquq və vəzifələrinin nədən ibarət olması, habelə onun göz nahiyəsində olan xəsarətin yetirilməsi halları barədə aydınlaşdırmanın aparılm ası görünmür. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, həm şəxsi axtarışın və götürmənin aparılması haqqında 10 sentyabr 2022-ci il tarixli protokoldan, həm də bu protokola əlavə edilmiş video görüntülərdən görünən odur ki, həmin istintaq hərəkətinin aparılması zamanı bəraət almış şəxs X8in təqdim etdiyi bir bükümdə olan kütlənin narkotik vasitə - heroin olması yalnız sonuncunun həmin vaxt verdiyi izahatına əsasən müəyyən edilmiş, lakin bunun həqiqətə uyğun olub-olmaması mütəxəssis dəvət olunmaqla aydınlaşdırılmamış, təhqiqatçının da narkotik vasitələrin və psixotrop maddələrin növlərini ayırd edə bilməsi müəyyən edilməmiş, götürülmüş əşya isə həmin protokolda ətraflı təsvir edilməyərək tərəzidə çəkilməmişdir. Halbuki, təsadüfi deyil ki, CPM-in 128.3-cü maddəsinə əsasən, əşyanın maddi sübut kimi əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. CPM-in 245.8-ci maddəsində isə axtarış və ya götürmə zamanı götürülmüş bütün əşya və sənədlərin istintaq hərəkətinin iştirakçılarına təqdim edilməsi, onların müvafiq olaraq miqdarının, ölçüsünün, çəkisinin, hansı materialdan hazırlanmasının və digər xüsusi əlamətləri göstərilməklə ətraflı təsvir edilməsi və bundan sonra götürülmüş əşyaların və sənədlərin qabla şdırılması, zərurət olduqda isə müstəntiq tərəfindən möhürlənməsi tələb olunur. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, təhlil edilən istintaq hərəkətinin icraatı qaydaları prosessual qanunvericiliyinin aşağıdakı tələblərinin pozulması ilə aparıldığından həm bu istintaq hərəkətinin, həm də onun nəticəsində əldə edilmiş sübutların (bəraət almış şəxsin etirafedici izahatı və 2,146 qram çəkidə heroin olan maddi sübutun) yolverilməz sübutlar kimi qiymətləndirilməsinə əsas yaratmışdır. Bu qənaəti ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, CPM-in 245.2-ci maddəsinə əsasən, axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. CPM-in 247.1-ci maddəsinin tələblərindən görünür ki, axtarış və ya gö türmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair aşağıdakıları əks etdirən protokol tərtib edir: 247.1.1. axtarış və ya götürmənin aparıldığı yer, tarix və vaxt; 247.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi; 247.1.3. axtarış və ya götürmədə iştirak etmiş digər şəxslərin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları yer; 247.1.4. barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; 247.1.5. hal şahidlərinin soyadı, adı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü, yaşadığı və qeydiyyatda olduqları yer (yalnız hal ş ahidlərinin iştirak etdiyi halda); [363] 247.1.6. hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.7. hal şahidlərinin hər birinə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd (yalnız hal şahidlərinin iştirak etdiyi halda); 247.1.8. axtarış və ya götürmənin xüsusiyyətləri, axtarış, yaxud götürmənin aparılmasında foto, kino və video çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd; CPM-in 247.1.9-cu maddəsinə görə də, axtarış və ya götürmə aparılarkən müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar, o cümlədən axtarılan əşya və şəxslərin könüllü surətdə verilməsi hallarının olub-olmaması; istintaq hərəkəti zamanı be lə hal baş vermişsə, aşkar edilmiş əşya və sənədləri gizlətmək cəhdləri; götürülmüş əşyaların sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri. 247.4-cü maddəsində isə axtarış və götürmə protokolunun surətinin barəsində istintaq hərəkəti aparılan şəxsə və ya onun yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə və ya təmsil etdiyi şəxsə, onlar olmadıqda isə ərazisində istintaq hərəkəti aparılan mənzilistismar təşkilatının nümayəndəsinə verilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsi axtarış və götürmə aparılması haqqında 10 sentyabr 2022-ci il tarixli protokolun bəraət almış şəxs X8ə və onun müdafiəçisinə verilməsi də iş materialları ilə müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə cavab verilməsi üçün cinayət işinin mat eriallarına müraciət edərək daha sonra qeyd edir ki, işdə olan prosessual sənədlərə əsasən, bəraət almış şəxs X8in şübhəli şəxs qismində tutulması 10 sentyabr 2022-ci il tarixdə saat 18.35-də rəsmiləşdirilsə də, o, bu qismdə yalnız 11 sentyabr 2022-ci il tarixdə saat 15.45-dən 16.30-dək, yəni iyirmi bir saatdan çox vaxt keçdikdən sonra dindirilmişdir ki, bununla da CPM-in 232.1-ci maddəsinin tələbinin də pozulmasına yol verilmişdir. Halbuki, CPM-in 232.1-ci maddəsinə əsasən, şübhəli şəxsin dindirilməsi onun tutulmasından və ya barəsində qətimkan tədbirinin tətbiq edilməsi barədə qərar ona elan edildikdən dərhal sonra aparılır. Bundan əlavə, cinayət işinin materiallarına görə, Şirvan Şəhər Məhkəməsi tərəfindən bəraət almış şəxs X8in barəsində həbs qətimkan tədbiri seçilərkən və bundan son ra 3 saylı İstintaq Təcridxanasına qəbul edilərkən onun bədəni üzərində polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə məlumat verildikdən sonra Şirvan şəhər prokurorluğunda araşdırma aparılmış və ilk olaraq Şirvan şəhər prokurorunun böyük köməkçisi X25 21 oktyabr 2022-ci il tarixli qərarı ilə araşdırılmış materiallarda cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. Əvvəla, məhkəmə kollegiyası qeyd edir ki, təhqiqat və ibtidai araşdırma zamanı bəraət almış şəxs X8 müdafiəçiyə malik olsa da, həmin müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili R.S.Mirzəyev təmsil etdiyi şəxsin hüquqlarının səmərəli, qanunvericiliyin tələb etdiyi qaydada həyata keçirməmiş, istər Bəraət almış şəxs X8in bədəni üzərində xəsarətlərin olmasını şəxsi axtarışın v ə götürmənin aparılması zamanı, istərsə də sonuncunun barəsində həbs qətimkan tədbiri seçilərkən bu mühüm hala, habelə polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə hələ 12 sentyabr 2022-ci il tarixdə Şirvan Şəhər Məhkəməsində irəli sürdüyü iddiasına öz münasibətini bildirməmiş, bununla bağlı özü xəsarətlərin yaranma səbəblərini təqsirləndirilən şəxslə konfidensial ünsiyyət saxlamamaqla həmin məsələni aydınlaşdırmamış, müvafiq vəsatətlər qaldırmamaqla ibtidai araşdırma orqanından məsələ üzrə ətraflı və obyektiv araşdırmanın aparılmasını tələb etməmiş, bir sözlə, həm Konstitusiya ilə və beynəlxalq müqavilələrlə, həm də CPM-in 92-ci maddəsi ilə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə üzərinə düşən vəzifələri lazımi qaydada yerinə yetirm əmişdir ki, bu da təhqiqat və ibtidai araşdırma zamanı bəraət almış şəxsun müdafiə hüququnun pozulması barədə nəticəyə gəlmək üçün zəmin yaratmışdır. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox Qərarlarında “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndinə istinadən vurğulanmışdır ki, hüquqi yardım hüququnun yalnız nəzəri deyil, praktik və səmərəli olması üçün onun icrası lüzumsuz formal şərtlərin yerinə yetirilməsindən asılı olmamalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda, hazırki iş üzrə bəraət almış şəxs X8in müdafiə hüququnun pozulması ilə də əldə edilmiş, lakin ibtidai araşdırma orqanının və kassasiya protestinin müəllifinin mövqelərinə görə, ittihamın əsasını təşkil edən sü butlar CPM-in 125.2.3-cü maddəsinin tələbi baxımından yolverilməz sübutlar kimi qiymətləndirilməldir. Daha sonra məhkəmə kollegiyası cinayət işinin materiallarına əsaslanaraq qeyd edir ki, kassasiya protestində bəraət almış şəxs X8in barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə Şirvan Şəhər Məhkəməsində baxılarkən onun öz əməlini etiraf etməsini və peşman olmasını bildirməsi, bunun məhkəmənin 12 sentyabr 2022-ci il tarixdə əks olunması iddia olunsa da, bu hal iş materiallarında olan sənədlərlə təkzib edilir. Belə ki, qeyd olunan prosessual məcburiyyət tədbirinin seçilməsi haqqında Şirvan Şəhər Məhkəməsinin 12 sentyabr 2022-ci il tarixli qərarında həqiqətən dövlət ittihamçısının iddia etdiyi hal əksini tapmışdır, lakin həbs qətimkan tədbirinin seçilməsi məsələsinə həmin tarixdə b axmış Şirvan Şəhər Məhkəməsinin hakimi S.Məmmədovanın Şirvan şəhər prokuroruna ünvanladığı 12 sentyabr 2022-ci il tarixli 4(032)-270 nömrəli məktubundan görünür ki, bəraət almış şəxs X8in barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına və müstəntiqin vəsatətinə baxılarkən, təqsirləndirilən şəxs Şirvan şəhər Polis şöbəsində polis əməkdaşları tərəfindən fiziki zorakılığa qalmasını və ona qarşı qeyriqanuni hərəkətlər edildiyini bildirmiş və bu halların qanunvericiliyə müvafiq olaraq araşdırılması və nəticəsi barədə Şirvan Şəhər Məhkəməsinə məlumat verilməsi xahiş olunmuşdur. Hakim S.Məmmədovanın göstərilən məktubunun fövqündə Bəraət almış şəxs X8in Şirvan Şəhər Məhkəməsinin məhkəmə iclasında əməlini etiraf etməsini və bu əməlindən peşman olmasını bildirməsi inandırıcı görünmür və belə olan halda məhkəmə kollegiyası təhlil edilən məsələ ilə bağlı kassasiya protestinin dəlillərini əsassız və qəbul edilməz hesab edir. Bundan başqa, işə Lənkəran Ağır Cinayətlər Məhkəməsində mahiyyəti üzrə baxılarkən əldə olunmuş müvafiq sənədlərlə müəyyən edilmişdir ki, Bəraət almış şəxs X8 onun barəsində həbs qətimkan tədbiri seçildikdən sonra 13 sentyabr 2022-ci il tarixdə 3 saylı İstintaq Təcridxanasına keçirilmiş, orada tibbi müayinə olunarkən isə onun “sağ göz üstü nahiyəsində, sol budun arxa səthində, sol baldırın ön səthində tünd bənövşəyi rəngli qançırlar, qarının ön divarında sol yuxarı yan nahiyədə sarımtıl yaşıla çalan qançır, oma nahiyəsində və sağ budun arxa səthində yuxarı 1/3-də qızartı” kimi çox saylı xəsarətlər aşkar olunmuş (bu hal birinci instansiya məhkəməsinin sorğusuna əsasən 3 saylı İstintaq Təcridxanasından məhkəməyə təqdim olunmuş və tədqiq edilmiş bəraət almış şəxs X8in barəsindəki tibbi kitabçanın surətinin 12 və 13-cü bəndlərində edilmiş qeydlərlə təsdiq olunur), təqsirləndirilən şəxs xəsarətləri polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsi nəticəsində aldığını bildirdirmiş, habelə Şirvan Şəhər Məhkəməsindən şəhər prokurorluğuna Bəraət almış şəxs X8in fiziki zorakılığa məruz qalması ilə bağlı daxil olmuş məktuba əsasən Şirvan şəhər prokurorluğunda araşdırma başlanmışdır. Şirvan şəhər prokurorluğunda aparılan ilkin araşdırma materiallarının məhkəmə iclasında tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, bu ara şdırma zamanı onu aparan prokurorluğunun əməkdaşı yalnız Bəraət almış şəxs X8in və polis əməkdaşı X12 izahatlarını almaqla kifayətlənmiş, sonuncu öz izahatında bəraət almış şəxsu döymədiyini, ona qarşı hər hansı bir qanunsuz hərəkətlər etmədiyini, hədə-qorxu gəlmədiyini bildirmişdir. Lakin, bəraət almış şəxs X8 israrla izahatında döyüldüyünü və işgəncələrə məruz qaldığını, üzərində heç bir narkotik vasitə olmadığını, üzərinə heroinin şöbədə qoyulduğunu göstərmişdir. Bəraət almış şəxs X8in bədəni üzərində çoxsaylı xəsarətlərin aşkar olunmasına dair 3 saylı İstintaq Təcridxanasından məlumat daxil olsa da bu məlumat üzrə Bəraət almış şəxs X8in bədəni üzərində əmələ gələn xəsarətlərin yaranma mexanizmini, lokalizasiyasını və digər halları müəyyən etmək üçün araşdırma zamanı məhkəmə-tibbi ekspe rtizası təyin edilməyərək müvafiq rəy alınmamış, nəticə etibarı ilə isə bəraət almış şəxsin fiziki zorakılığa məruz qalması faktı üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmadan yuxarıda göstərilən 21 oktyabr 2022-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, həmin qərarda isə yuxarıda göstərilən şəxslərin izahatları ilə yanaşı həmçinin, Bəraət almış şəxs X8in bədəni üzərində xəsarətlərin aşkar edilməməsi barədə məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2022-ci il tarixli rəyinə istinad olunmuşdur. Tibbi kitabçada olan məlumatlarla Şirvan şəhər prokurorluğunun əməkdaşının 21 oktyabr 2022-ci il tarixli qərarında istinad etdiyi məhkəmə-tibbi ekspertizasının 10 oktyabr 2022-ci il tarixli rəyi arasında ziddiyyətlər müəyyən edildiyindən həmin ziddiyyətlərin aradan qaldırıl ması məqsədilə birinci instansiyası məhkəməsinin 9 fevral 2023-cü il tarixli qərarı ilə məhkəmə-tibbi ekspertizası təyin edilərək həmin ekspertizanın 10 mart 2023-cü il tarixli 159 saylı rəyi alınmışdır. Tibbi sənədlər əsasında keçirilmiş həmin rəyə görə, bəraət almış şəxs X8in bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: sağ göz üstü nahiyənin, sol budun arxa səthinin və sol baldırın ön səthinin tünd bənövşəyi rəngli qançırları təcridxanada baxış keçirildiyi vaxtdan (14 sentyabr 2022-ci il tarixdən) təxminən 3-5 gün əvvəl; qarın nahiyəsinin sol yuxarı-yan səthinin yaşıla çalan sarımtıl rəngli qançırı təcridxanada baxış keçirildiyi vaxtdan (14 sentyabr 2022-ci il tarixdən) təxminən 5-7 gün əvvəl əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Tibbi sənədlərdə qeyd olunan “oma nahiyəsinin və sağ budun arxa səthinin yuxarı 1/3-ndə qızartı” müxtəlif mənşə və mexanizmə malik olduğundan, həmçinin xəsarətlərin obyektiv əlamətləri ilə (qançır, sıyrıq, yara, hematoma və s.) təsvir olunmadığından sağlamlığa zərər vurma dərəcəsinin təyinində nəzərə alınmadı. X8 bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitlərdə (həm öz boyu hündürlüyündən yıxılaraq yerin səthinə və ya küt əşyaya dəymə nəticəsində, həm insan bədəninin hissələrinin təsirindən və s.) - həm şəxsin özü tərəfindən, həm də digər şəxs tərəfindən yetirilməsi mümkündür. Bu məsələnin dəqiqləşdirilməsi hüquqi müstəvidə həll edilə bilər. Cinayət işinin materiallarından göründüyü kimi, göstərilən rəy birinci instansiya məhkəməsi tərəfindən bəraət almış şəxs X8in işgəncəyə və qeyri-insani rəftara məruz qalması faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli qərarın prokuror nəzarəti qaydasında ləğv edilməsi və həmin fakt üzrə yenidən hərtərəfli və obyektiv araşdırmanın aparılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şirvan şəhər prokuroruna göndərilmişdir, sonuncunun 10 may 2023-cü il tarixli qərarı ilə 21 oktyabr 2022-ci il tarixli qərar ləğv edilmiş, lakin təkrar aparılmış araşdırmanın nəticələrinə əsasən prokurorun böyük köməkçisi X25in 17 may 2023-cü il tarixli qərarı ilə araşdırma materialları ilə cinayət tərkibinin müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanması yenə də rədd edilmişdir. Lakin, həmin qərardan da görünür ki, bəraət almış şəxsun polis əməkdaşları tərəfindən döyülməsi iddiası üzrə araşdırma səthi aparılmış, məhkəmə-tibbi ekspertizasının rəyi ilə müəyyən edilmiş xəsarətlərin yetirilməsi ilə bağlı zəruri olan hallar – həmin xəsarətlərin kimin tərəfindən və harada, hansı şəraitdə yetirilməsi aydınlaşdırılmamış, Bəraət almış şəxs X8in müvəqqəti saxlama kamerasında saxlanıldığı müddətə onun bədənindəki ağrılarından şikayət etməsi ilə əlaqədar iki dəfə təcili yardım çağırılması faktı ümumiyyətlə araşdırılmamışdır. Hərçənd, birinci instansiya məhkəməsində işə baxılarkən həmin fakt da müəyyən edilmiş və bu fakt üzrə də müvafiq araşdırma aparı laraq zəruri sənədlər tələb edilərək tədqiq olunmuş, eyni zamanda əlavə şahid qismində Bəraət almış şəxsi müayinə etmiş həkim X23 dindirilmişdir. Belə ki, iş materiallarında olan “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin 7 iyun 2023-cü il tarixli PHŞ-6-35/2-350/2023 saylı məktubundan görünür ki, polis əməkdaşları tərəfindən tutulmuş şəxs Bəraət almış şəxs X8in adına 11 sentyabr 2022-ci il tarixdə saat 14.50-də Şirvan şəhər Polis şöbəsindən çağırış daxil olmuş, çağırış növbətçi həkim X23 tərəfindən yerinə yetirilmiş və “miozit” diaqnozu qoyulmuşdur. 12 sentyabr 2022-ci il tarixdə saat 23.36-da təkrarən Şirvan şəhər Polis şöbəsindən Bəraət almış şəxs X8in adına çağırış daxil olmuş, çağırış yenə də növbətçi həkim X23 tərəfindən yerinə yetirilmiş, ona “ağrı sindromu” diaqnozu qoy ulmuşdur. Qeyd olunan hallar həmçinin Şirvan şəhər Polis şöbəsinin müvəqqəti saxlama yerində tərtib edilmiş “Saxlanılan şəxslərin uçotu” və “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitablarında da əksini tapmışdır. Həmin kitablardan göründüyü kimi, Bəraət almış şəxs X8 10 sentyabr 2022-ci il tarixdə Şirvan ŞPŞ-nin müvəqqəti saxlama yerinə daxil olmuş, 11 sentyabr 2022-ci il tarixdə müvafiq qaydada həkim X23 tərəfindən tibbi müayinədən keçirilmiş, müayinə zamanı ona “miozit” diaqnozu qoyulmuşdur. Bundan başqa, 12 sentyabr 2022-ci il tarixdə saat 23.36-da bəraət almış şəxs Şirvan ŞPŞ-də müayinə olunarkən çağırışla şöbəyə gələn həkim X23 tərəfindən ona “ağrı sindromu” diaqnozu qoyulmuş, döş qəfəsində ağrıları olduğu üçün ona həkim tərəfindən analqin, diklofe nat və dimedrol qarışığı ilə ağrıkəsici iynə vurularaq xəstənin müayinəyə ehtiyacının olması barədə 13 sentyabr 2022ci il tarixdə Şirvan ŞPŞ-nin “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı kitabı”ında müvafiq qeydlər aparılmışdır. Göstərilən halları məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X23 da təsdiq etmişdir. Qeyd olunmalıdır ki, bəraət almış şəxs X8 saxlanılarkən və Şirvan şəhər Polis şöbəsində gətirildikdən sonra döyülməsi və həmin vaxt üzərində narkotik vasitənin olmaması barədə iddiaları hələ ibtidai araşdırmanın ilkin mərhələsində - barəsində həbs qətimkan tədbirinin seçilməsi zamanı, habelə sonradan onun barəsində məhkəməpsixiatrik ekspertizasının keçirilməsi zamanı da irəli sürmüş, lakin buna baxmayaraq ibtidai araşdırma orqanı tərəfind ən onun bu iddiaları 12 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirildikdən sonra yoxlanılmamış və bu iddialarla bağlı heç bir araşdırma aparılmamış, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2022-ci il tarixli və 17 may 2023-cü il tarixli qərarlar isə ona verilməyərək həmin qərarlardan qanunvericilikdə nəzərdə tutulmuş qaydada ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəmə nəzarəti qaydasında ərazi üzrə məhkəməyə şikayət vermək hüquq təmin edilməmişdir. Şirvan şəhər prokurorluğunun 17 may 2023-cü il tarixli qərarın preyudisial əhəmiyyətli qərar kimi qiymətləndirilməli olması barədə kassasiya protestinin dəlillərinə cavab olaraq isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesi ni həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Bu tələbdən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr iş üzrə müvafiq nəticəyə gələrkən haqlı olaraq həmin qərarla müəyyən edilmiş hallara deyil, işə birinci instansiya məhkəməsinin məhkəmə iclasında baxılarkən əldə edilərək araşdırılmış obyektiv və təkzibedilməz sübutlarla təsdiq olunan hallara əsaslanmış və bəraət almış şəxs X8in həqiqətən təhqiqat zamanı işgəncəyə və qeyriinsani rəftara məruz qalması barədə mötəbər qənaətə gəlmişlər. Ümumilikdə isə araşdırdığı bütün sübutların fonunda Lənkəran Ağır Cinayətlər Məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, bər aət almış şəxs həm saxlanılarkən, həm də Şirvan şəhər Polis şöbəsində olarkən işgəncəyə və qeyri-insani rəftara məruz qalaraq təhqiqat və ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən saxlanılarkən onun üzərində narkotik vasitənin olması barədə həqiqətə uğun olmayan ifadələr verməyə məcbur edilmiş, ona qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən sübutlar isə yuxarıda təsvir qanun pozuntuları ilə yanaşı həm də Bəraət almış şəxs X8in müdafiə hüququnun pozulması və zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi nəticəsində əldə edilmiş, bütün bu hallar həmin sübutların qanuni qüvvəsinin olmaması, sonuncunun ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliyinin isə sübuta yetirilməməsi barədə nəticəyə gəlmək üçün kifayət qədər əsas verir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı bu nəticəni qanuni və əsaslı hesab edir və buna görə həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas görməyərək qeyd etməyi lazım bilir ki, Konstitusiyanın 46-cı maddəsinin İİİ hissəsinə əsasən, heç kəsə işgəncə və əzab verilə bilməz. Heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya məruz qala bilməz. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 3-cü maddəsinə görə, heç kəs işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. CPM-in 13.1-ci maddəsinə əsasən, cinayət təqibi gedişində insanın şərəf və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində iştirak edən şəxslərin həyatı və səhhəti ü çün təhlükə törədə biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol verilməsi qadağandır. CPM-in 13.21-13.2.3-cü maddələrinin tələblərindən görünür ki, cinayət təqibi gedişində heç kəs: - insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz; - insan ləyaqətini alçaldan şəraitdə saxlanıla bilməz; - ləyaqəti alçaldan prosessual hərəkətlərin keçirilməsində iştiraka məcbur edilə bilməz. CPM-in 15.21 və 15.2.3-cü maddələrinə görə, də cinayət təqibi gedişində işgəncələr vermək, fiziki və psixi zorakılıqdan, o cümlədən tibbi preparatlardan istifadə etmək, aclığa, hipnoza məruz qoymaq, tibbi yardımdan məhrum etmək, digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalar tətbiq etmək, zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxsdən, habelə cinayət prosesində işti rak edən digər şəxslərdən zorakılıq, hədə-qorxu, aldatma yolu ilə və onların hüquqlarını pozan sair qanunsuz hərəkətlər tətbiq etməklə ifadə almaq qadağandır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent təcrübəsində ondan çıxış edir ki, törədilmiş cinayət nə qədər dəhşətli olsa da, 3-cü maddənin tələblərinə riayət olunmamasına bəraət qazandıra bilməz. Hətta 3-cü maddə ilə qadağan edilən rəftar cinayətkarlıqla mübarizədə, o cümlədən cinayətlərin açılmasında, qarşısının alınmasında real səmərə verə bildiyi hallarda belə yolverilməz olaraq qalır. Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, Konvensiyanın 3-cü maddəsində demokratik cəmiyyətlərin ən əsas dəyərlərindən biri təsbit olunur. Hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil cinayətkarlıqla mübarizə zamanı Konvensiya işgəncəni, qeyri-insani və alçaldıcı rəftarı və cəzanı tamamilə qadağan edir. Konvensiyanın, onun 1 və 4 saylı protokollarının əksər maddi müddəalarından fərqli olaraq, hətta xalqın həyatına təhlükə törədən fövqəladə hallarda 15-ci maddənin 2-ci bəndinə əsasən 3-cü maddə üçün istisna halının, yaxud qeyd-şərtin edilməsi nəzərdə tutulmur (məsələn, “Selmouni Fransaya qarşı” (Böyük Palata), № 25803/94, § 95, İHAM 1999-V; “Labita İtalyaya qarşı” (Böyük Palata), № 26772/95, § 119, İHAM 2000-İV və “Dikme Türkiyəyə qarşı”, № 20869/92, § 89, İHAM 2000-Vİİİ). Həmin Qərarlarında Məhkəmə həmçinin qeyd etmişdir ki, şəxs polisə aparılarkən sağlam olduğu, azad edildiyi zaman isə bədənində xəsarət müəyyən olunduğu halda həmin xəsarətlərin əmələ gəlməsi səbəblərinə dair inandırıcı əsaslar gətirilməsi Dövlətin öhdəliyidir, əks halda Konvensiyanın 3-cü maddəsinə əsasən aydın məsələ ortaya çıxır. Bu məsələ üzrə səmərəli araşdırmanın aparılması isə şəxsin məsuliyyətə cəlb edilməsi zamanı xüsusi əhəmiyyətə malikdir (“Tomasi Fransaya qarşı”, 27 avqust 1992-ci il tarixli qərar, A Seriyaları № 241-A, s. 40-41, §§ 108-11 və yuxarıdakı Selmouni işi, § 87). Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə təqsirləndirilən şəxsin tutulana qədər və bundan sonrakı sağlamlıq vəziyyəti müqayisə edilərkən onda müvəqqəti saxlama yerində və yaxud istintaq təcridxanasında olduğu dövrə uyğun gələn xəsarətlərin aşkar edilməsi onun işgəncəyə, pis rəftara məruz qalmasını ehtimal etmək üçün əsasdır və belə vəziyyətlərdə şəxsin işgəncəyə məruz qalmamasının sübut edilməs i yükü dövlətin, yəni cinayət prosesində ittiham tərəfinin üzərinə düşür. Məsələn, “Tomasi Fransaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi qərara almışdır ki, əgər şəxs həbs olunarkən sağlam olubsa, lakin azad olunarkən onun bədəni üzərində xəsarətlərin olması müəyyən edilirsə, dövlət belə xəsarətlərin səbəbləri barədə inandırıcı izahat təqdim etməlidir, yox əgər dövlət bunu edə bilmirsə, onda Konvensiyanın 3-cü maddəsinin pozulması haqqında məsələnin qaldırılması üçün tam əsas yaranır. Avropa Məhkəməsi şərh olunan mübahisə predmeti, o cümlədən pis rəftarla bağlı iddianı səmərəli şəkildə araşdırmağa müvəffəq ola biləcək orqanlar barədə hüquqi mövqeyini bildirərkən “Layıcov Azərbaycana qarşı” iş üzrə Qərarın 52-ci bəndində qeyd etmişdir ki, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Lakin, işgəncə barədə iddianın səlahiyyətli prokurorluq orqanı tərəfindən yoxlanılması da, məhkəməni işgəncə barədə məhkəmədə təkrar irəli sürülən iddiaya baxmaq vəzifəsindən azad etmir. Təcrübədə isə rastlaşdığımız vəziyyət əsasən belədir ki, məhkəmələr işgəncə barədə iddiaya cinayət işi üzrə icraatdan kənar prokurorluq tərəfindən baxılması və iddia üzrə cinayət işinin başlanılmasının rədd edilməsi ilə qane olur, araşdırmanın nə dərəcədə keyfi yyətli, səmərəli və adekvat olmasını isə nəzərdən keçirmirlər. Halbuki, heç də işgəncə barədə iddialara baxılması üzrə prokurorluq orqanlarının bütün qərarlarının keyfiyyətli və dərin araşdırmaya əsaslandığını, formallıqdan uzaq olduğunu söyləmək mümkün deyil. Yuxarıda göstərilən konstitusion və konvension tələblərdən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən çıxış edən qanunverici CPM-in 125.2.2-ci maddəsində müəyyən etmişdir ki, zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət işinin materiallarıda olan sənədlərdən, o cümlədən bəraət almış şəxs X8in saxlanılması, tutulması, onun üzərind ə şəxsi axtarış aparılması barədə tərtib edilmiş protokoldan və təhqiqat zamanı tərtib edilərək cinayət işinə əlavə olunmuş digər sənədlərdən sonuncunun polis şöbəsinə gətirilməsindən əvvəl üzərində xəsarətlərin olması ilə bağlı hər hansı qeyd olunması görünmür, hazırki iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da Bəraət almış şəxs X8i saxlayarkən sonuncuda xəsarətlərin olmasını müşahidə etdiklərini bildirməmişlər. Bundan başqa, məhkəmə kollegiyası kassasiya protestində də sübut kimi istinad olunan həmin polis əməkdaşlarının ibtidai araşdırma zamanı və birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdikləri ifadələrin hazırki iş üzrə sübut növü kimi qəbul edilməsinin mümkünlüyünə də nəzər yetirilməsi və təhlil olunmasını zəruri hеsab еdir. Bеlə ki, iş mater iallarından göründüyü kimi, bəraət almış şəxs X8ə CM-nin 234.4.3cü maddəsi ilə ittihamın elan olunmasına əsas kimi ibtidai araşdırma orqanı şahid qismində dindirilmiş adları yuxarıda göstərilən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının ifadələrinə də əsaslanmışdır. Bu şəxslərin ifadələrinin sübut kimi mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baхımından Avropa Məhkəməsi özünün bir çox Qərarlarında uzun müddət formalaşmış yanaşma standartını müəyyən еtmişdir. Belə ki, “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” iş üzrə 11 yanvar 2007-ci il tariхli, “İrlandiya Birləşmiş Krallığa qarşı” iş üzrə 18 yanvar 1978-ci il tariхli qərarında, həmçinin bir sıra digər Qərarlarda Məhkəmə göstərmişdir ki, yerli məhkəmələr sübutları qiymətləndirərkən “əsaslı şübhə yеrinin qalmaması” sübutеtmə st andartını tətbiq еdirlər. Polis əməkdaşlarının fəaliyyət göstərdikləri orqan tərəfindən aparılan istintaq hərəkətlərinə dair onların vеrdikləri ifadələrin qеyd еdilən standarta uyğun gəlməsi üçün ifadələrin mötəbərliyinə hеç bir şübhə yеri qalmamalıdır. Hazırki işin materiallarına nəzər yetirildikdə müəyyən olunur ki, polis əməkdaşları Şahid1 və Şahid2 bəraət almış şəxs X8in saxlanılaraq polis şöbəsinə gətirilməsinə, onun üzərində şəxsi axtarışının aparılması barədə şahid kimi ifadələr vеrmişlər və ibtidai araşdırma orqanı Bəraət almış şəxs X8i təqsirlilik məsələsini bu ifadələrə əsaslanmaqla müəyyən edərkən nəzərindən qaçırmışdır ki, onların bu ifadələri cinayətin törədilməsini deyil, onların polis əməkdaşları kimi öz fəaliyyətlərini əks etdirən ifadələr olmuş, bəraət almış şəxs X8in isə satış məqsədilə narkotik vasitəni nə vaxt, kimdən əldə etməsi, hansı müddətdə saxlaması və daşımasını, habelə onun əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün tələb olunan halların müəyyən edilməsi məqsədilə ibtidai araşdırma orqanı heç bir sübut əldə etməmişdir. Buna görə, məhkəmə kollegiyası hazırki iş üzrə təhqiqat və ibtidai araşdırma zamanı yol verilmiş kobud qanun pozuntularının fonunda birinci instansiya məhkəməsinin polis əməkdaşlarının ifadələrinin hazırki iş üzrə sübut kimi qəbul edilməsinə şübhə ilə yanaşmasını haqlı hesab edir və qeyd edir ki, bəraət almış şəxs X8in ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olmasına dəlalət edən başqa sübutlar cinayət təqibi zamanı əldə olunmamış və araşdırılmamışdır. Təhlil edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir k i, birinci instansiya məhkəməsi tam qanuni və əsaslı olaraq bəraət almış şəxs X8ə elan olunmuş ittiham üzrə əməlin aşkar edilməsinə və onun bu əməli törətməsinin sübuta yetirilmiş hesab edilməsinə əsas olmuş bütün sübutları hüquqi qüvvəsi olmayan, yəni CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilmiş sübutlar kimi qiymətləndirməklə onun hər hansı cinayət əməlini törətməkdə təqsirinin sübuta yetirilməməsi barədə nəticəyə gəlmiş və ona bu əsasla bəraət verilməsini mümkün bilmiş, apellyasiya instansiya məhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmışdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir k, bəraət almış şəxs X8in CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması barədə ittihamın sübut olunmasında ehtimallara və mülahizələrə söykənən əsaslı şübhələr mövcud olduğundan və bu şübhələrin digər sübutlarla aradan qaldırılması mümkün olmadığından həmin şübhələr də məhkəmələr tərəfindən təqsirsizlik prezumpsiyası prinsipinə uyğun şəkildə əsaslı olaraq onun xeyrinə təfsir olunduğundan bu haqda məhkəmələrin iş üzrə gəldikləri nəticə qanuni və əsaslı nəticə kimi qiymətləndirilməldir. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, kassasiya protestində məhkəmələrin gəldikləri nəticə mübahisələndirilsə də, onun müəllifi hazırki iş üzrə cinayət təqibinin təhqiqat və ibtidai araşdırma mərhələlərində sübutların toplanması zamanı kobud qanun pozuntularını təkzib edən heç bir mötəbər sübuta əsaslanmamış və bununla bağlı əsaslandırıcı və inandırıcı dəlillər irəli sürməmişdir. Bu b axımdan, məhkəmə kollegiyası məhkəmələrin iş üzrə gəldikləri nəticəni təsdiq edən bütün sübutları tədqiq etdiklərini, onların həm ayrı-ayrılıqda, həm də məcmu şəklində CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun qaydada qiymətləndirildiyini, CPM-in 125-ci maddəsində göstərilən yolverilməz sübutlardan istifadə etmədiklərini, ümumi şəkildə isə CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini qeyd edərək bəraət almış şəxs X8 təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilməsini qanuni və əsaslı hesab edir və bu baxımdan dövlət ittihamçısı İ.H.Əsədovun kassasiya protestinin dəlillərini qəbuledilməz sayaraq həmin protestin təmin edilməsi üçün əsaslar görmür. CPM-in 42.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülm üş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, cinayətin törədilməsinə aidiyyəti olmadıqda və təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. CPM-in 42.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə, bəraət hökmü çıxarılır. Beləliklə, məhkəmə kollegiyası bütün yuxarıda təsvir edilənlərdən çıxış edərək və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun, həmin protestin təmin edilməməsi haqda isə bəraət almış şəxs X8in çıxışlarını dinləyərək hesab edir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya prote sti təmin edilməməli və bəraət almış şəxsa CM-in 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 31 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2 noyabr 2023-cü il tarixli hökmü ilə X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası nın 31 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar