Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1802/2025 23.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Kərimov Namizəd Bəşir oğlunun iştirakları ilə, Qusar Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi N.B.Kərimov tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Cəlilov Əli İsa oğlu) Məhkum, xx xxxxxxx 1984-cü il tarixdə Qusar rayonunun Hil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində dörd azyaşlı uşaqları olan, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2i n 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatları əldə etmiş, daşımış, gəzdirmiş və saxlamışdır. Məhkum istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə texniki cəhətdən saz və atəş üçün yararlı vəziyyətdə olan ПЩ-3021 nömrəli, 9 mm kalibrli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1973-cü ildə istehsalı olunmuş, Makarov konstruksiyalı, yivli odlu döyüş silah olan 1 ədəd (PM) modelli tapançanı və texniki cəhətdən saz və istifadə üçün yararlı olan zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli patronla r yerləşdirmək üçün nəzərdə tutulmuş, Makarov konstruksiyalı silahların komplekt hissəsi olan 1 ədəd tapança darağını, atəş üçün yararlı 9x18 mm kalibrli, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı olan 8 ədəd patronları qanunsuz olaraq əldə edib daşımaqla yaşadığı Qusar şəhəri, 28 May küçəsində yerləşən nömrəsiz fərdi evin həyətyanı sahəsində yerləşən yardımçı tikili sahədə saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1 -ci maddələri ilə təqsirli bilindiyi üçün barəsində tətbiq edilmiş inzibati həbslə bağlı Qusar rayon polis şöbəsinin Müvəqqəti saxlama yerində saxlanılan Məhkum inzibati həbsə bağlı saxlanılma müddətinin başa çatması ilə əlaqədar azad olunduqdan sonra 17 sentyabr 2024-cü il tarixdə saat 12:05-də Qusar rayon polis şöbəsinin inzibati binasında şübhəli şəxs qismində tutularaq həmin gün saat 13:42-dən etibarən yaşadığı Qusar şəhəri, 28 May küçəsində yerləşən nömrəsiz fərdi evə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikili sahədən ПЩ-3021 nömrəli, 9 mm kalibrli, Makarov konstruksiyalı, yivli odlu döyüş silah olan 1 ədəd (PM) modelli tapança, 8 ədəd döyüş sursatı hesab edilən patronlar və Makarov konstruksiyalı tapançaların komplekt hissəsi olan 1 ədəd tapança darağı aşkar edilərək götürülmüşdür. Qusar Rayon Məhkəməsinin 5 mart 2025-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Süleymanov Cavanşir İslam oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Sumqayıt Apellyasiya Mə hkəməsinin Cinayət Kollegiyasının (hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə) 15 aprel 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm isə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi N.B.Kərimov kassasiya şikayəti verərək həmin qərarın dəyişdirilərək hüquqlarını müdafiə etdiyi Məhkum azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində cəza təyin etmənin şərtləri, qaydaları və prinsipləri təsbit edilmiş CM-in bir sıra m addələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli və “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarlarına və məhkəmələr tərəfindən Məhkum barəsində qəbul edilmiş yekun məhkəmə aktlarına istinad edən məhkumun müdafiəçisi N.B.Kərimov həmin şikayətini belə əsaslandırmışdır ki, məhkəmələr Məhkum barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edərkən işin faktiki hallarını, onun ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf edərək peşmançılıq hissi keçirməsini, müsbət xarakterizə olunmasını, himayəsində dörd azyaşlı uşaqlarının olmalarını cəzanı yüngülləşdirən hallar kimi, habelə təyin olunmuş cəzanın məhkum olunmuş şəxsin islah olunmasına təsirini, habel ə iş üzrə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini kifayət qədər nəzərə almamış və o, nəticədə ağır cəzaya məruz qalmışdır. Məhkumun təqsirli bilindiyi CM-in 228.1-ci maddəsinin sanksiyasında alternativ cəzaların nəzərdə tutulmasına baxmayaraq istər birinci instansiya məhkəməsinin hökmündə, istərsə də apellyasiya instansiyası məhkəməsinin qərarında ona bu cəzalardan ən ağırı növündə - azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruriliyi əsaslandırılmamışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq müdafiəçi N.B.Kərimov kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qərarının isə dəyişdirilərək hüquqlarını müdafiə etdiyi Məhkum azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanın təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Kassasiya ş ikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23 sentyabr 2025-ci il tarixli iclasına təyin edilmiş və bu haqda cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası proses iştirakçılarının bununla bağlı rəylərini dinləyib CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştir akçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, məhkumun müdafiəçisi N.B.Kərimov apellyasiya instansiyası məhkəməsinin 15 aprel 2025-ci il tarixli qərarından verdiyi həmin şikayətində Məhkum cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ağır cəzanın təyin edilməsini iddia edərək ona daha yüngül cəzanın təyin olunması, bu əsasla da göstərilən qərarın dəyişdirilməsi haqqında tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-in 416.1.21-ci maddəsinə əsasən isə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisi N.B.Kərimovun şikayətini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə c inayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən ci nayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud d a onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri ) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya şikayəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum cinayət təqibinin bütün mərhələlərində verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid X5 ifadələrinə, bir sıra istintaq hərəkətlərinin aparılması haqqında protokollara, ekspertiza rəylərinə və işə əlavə edilmiş sübut əhəmiyyətli sənədlərə əsaslanaraq, CPM-in 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüy ü və mötəbərliyi üzrə qiymətləndirərək məhkumun ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni qanunsuz olaraq odlu silah, onun komplekt hissəsi və döyüş sursatlarını əldə etmə, daşıma, gəzdirmə və saxlama əməlini törətməsi barədə mötəbər nəticəyə gəlmiş və onun bu əməlini CM-in 228.1-ci maddəsi ilə düzgün tövsif etmişlər. Kassasiya şikayətinin məzmununa görə, iş üzrə sübutların tam və hərtərəfli araşdırılıb-araşdırılmaması, onların düzgün qiymətləndirilib-qiymətləndirilməməsi, Məhkum təqsirinin sübuta yetirilib-yetirilməməsi və törətdiyi əməllərin hüquqi tövsifi kimi məsələlər müdafiəçi N.B.Kərimov tərəfindən mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bu məsələlərin müzakirə edilərək təftiş olunmasına ehtiyac görmür, Məhkum ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli olması və onun əm əlinin CM-in 228.1-ci maddəsi ilə tövsif edilməsi barədə birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticə ilə isə tam razılaşır. Apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin 5 mart 2025-ci il tarixli hökmü ilə Məhkum cəzanı yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmadan ağır cəzanın təyin edilməsi barədə müdafiəçisi N.B.Kərimovun kassasiya şikayətinin dəlillərinə cavab verilməsi üçün isə məhkəmə kollegiyası əvvəla qeyd edir ki, CM-in 228.1-ci maddəsində qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və ya gəzdirmə əməllərinin törədilməsinə görə cinayət mə suliyyəti, göstərilən maddənin sanksiyasında həmin əməlləri törətmiş şəxsin təqsirliliyi sübuta yetirildikdə iki ilədək müddətə islah işləri və ya iki ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması müəyyən edilmiş, CM-in 15.3-cü maddəsinə əsasən isə həmin maddədə nəzərdə tutulmuş cinayət az ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, o cümlədən iş üzrə kassasiya qaydasında mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarını cinayət qanunvericiliyinin tələbləri ilə müqayisəli şəkildə yoxladıqda CM-in 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilən Məhkum barəsində seçilmiş cinayət-hüquqi xarakterli tədbirin həddind ən artıq ağır olmasına dair kassasiya şikayətində göstərilən dəlillərini və həmin dəlillərə əsasən irəli sürülmüş tələbin qəbul edilən olmasını, məhkuma isə cəzanın həqiqətən iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən bütün hallar kifayət qədər nəzərə alınmadan təyin edilməsini müəyyən edir. Bu nəticəsi ilə bağlı məhkəmə kollegiyası, digər qərarlarında olduğu kimi, yenə də xatırladır ki, cinayət törətmiş şəxsə təyin edilən hər bir cəza törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə, həmin şəxsi səciyyələndirən, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, şəxsin cinayətin törədilməsində iştirakçılıq dərəcəsinə, onun həm bundan əvvəl, həm də bundan sonrakı davranışına və bu məsələnin həlli zamanı mühüm əhəmiyyət kəsb edən digər hallara uyğun olmalı, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi ilk olaraq cinayətkarlıqla mübarizə aparılması üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma tədbirini təmin edir, məhkumun islah və tərbiyə edilməsinə köməklik göstərir, onun və başqa şəxsin yeni cinayət törətməsinin qarşısını alır. Qanuni cəzanın təyin edilməsi isə ilk növbədə cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayət mühakimə icraatının həyata keçirilməsinin başlıca şərti hər hansı cinayət törətdiyinə görə təqsirliliyi müəyyən edilmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsindən və son nəticədə məhkəmə tərəfindən həmin şəxsin barəsi ndə bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsindən ibarətdir. Bu fəaliyyətin əsasları, qaydaları və prinsipləri isə cinayət və cinayət-prosessual hüquq normaları ilə tənzimlənir ki, məhkəmələr də cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlərə baxarkən bu normaların tələblərinə əməl etməyə, təqsirkarın barəsində cəza tədbirinin seçilməsi zamanı isə Cinayət Məcəlləsində təsbit edilmiş prinsipləri, o cumlədən ədalət və humanizm prinsiplərini rəhbər tutmağa borcludurlar. Bu, o deməkdir ki, məhkəmə cəza təyin edərkən mütləq qaydada CM-in Ümumi hissəsinin bütün müddəalarını nəzərə almalı, eyni zamanda Cinayət Məcəlləsinin Xüsusi hissəsinin törədilmiş əməlin cinayət olmasını müəyyən edən maddəsinin sanksiyası ilə müəyyən edilmiş cəza növlərindən və ölçüsündən kənara çıxmamalıdır (CMin 62-ci maddəsinin tətbiq edilməsi halları istisna olmaqla). Məhkəmə kollegiyası hesab edir ki, yalnız törədilmiş cinayətin ağırlığına, törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə, ailə vəziyyətinə, onun cinayət törətməzdən əvvəl və bundan sonrakı davranışına, iş üzrə müvafiq sübutlarla müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara uyğun olan cəza ədalətli hesab edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən cəza təyin edilərkən sosial ədalətə aşağıdakı qaydalar nəzərə alınmaqla nail olunur: a) cəza CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş hədlər daxilində təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəza növündən daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az cidd i cəza növü cəzanın məqsədlərinə çatmağı təmin edə bilmir; b) cəza CM-in Ümumi hissəsinin müddəaları, onlardan bu və ya digər şəkildə cəzanın təyin edilməsi ilə bağlı olan və bu prosesə təsir edən müddəaları nəzərə alınmaqla təyin edilir (cəza anlayışı, onun məqsədləri və növləri, yetkinlik yaşına çatmayanların cinayət məsuliyyətinin və cəzalandırılmasının xüsusiyyətləri və s.); c) cəza cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təyin edilir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri dedikdə, cinayət məsuliyyəti nəzərdə tutulan əməlin müəyyən bir növü kimi cinayətin təhlükəliliyinin keyfiyyət xarakteristikası başa düşülür. Bu, ilk növbədə cinayətkar qəsd obyektinin xarakterindən və dəyərliliyindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi eyni xarakt erli cinayət əməllərinin kəmiyyət xarakteristikasıdır və vurulmuş zərərin ölçüsündən, təqsirinin formasından, cinayətin törədilmə üsulundan və cinayətin törədilməsinin digər hallarından asılıdır; ç) cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınır. Şəxsiyyətin müəyyən xüsusiyyətləri adətən onun törətdiyi cinayətdə öz əksini tapır. Təqsirkarın şəxsiyyəti insanın ictimai mahiyyətini, onun psixoloji və bioloji xüsusiyyətlərini əhatə edən anlayışdır. Cəzanın növünü və ölçüsünü müəyyən etmək üçün, məsələn, müttəhimin əməyə, təhsilə, ictimai borcuna münasibəti, onun istehsalatda və məişətdə davranışı, əməkqabiliyyətliliyi, sağlamlıq durumu, ailə vəziyyəti, məhkumluğu haqqında məlumatlar mühüm əhəmiyyət kəsb edir. Bu meyarlar əsasında məhkəmə təqsirkarı mənfi səciyyələndirən aşağıdakı mə lumatları nəzərə almalıdır: ictimai faydalı əməkdən yayınma, spirtli içkilərdən suiistifadə, ailəyə, işə pis münasibət, ictimai asayişin pozulması və s.; e) cəza təyin edərkən, məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar həm təqsirkarın törətdiyi cinayətin, həm də onun şəxsiyyətinin xüsusiyyətlərinə aid olan və məhkəmə tərəfindən təyin edilmiş cəzanın növü və ölçsünə təsir göstərə bilən hallardır; f) cəza təyin edərkən, məhkəmə təyin edilmiş cəzanın təqsirkarın islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Birincisi cəzanın məqsədlərinə nail olunması, ikincisi - qanunun təyin edilmiş cəzanın neqativ kənar sosial nəticələrini mümkün qədər azaltmaq istəyi ilə bağlıdır. Cəzanın təyin edilməsinin ümu mi əsaslarını təşkil edən bütün bu şərtlər mütləq məcmu şəkildə yerinə yetirilməlidir. Yalnız bu halda ədalətli cəza təyin etmək və onun məqsədlərinə çatmaq mümkün olar. Bütün qeyd olunanlar isə cinayət qanunvericiliyinin aşağıdakı normalarının tələblərindən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Yalnız bu tələblərə, hüquqi mövqeyə və tövsiyələrə əməl olunmaqla təqsirləndirilən şəxsə təyin edilmiş cəza ədalətli və qanunu hesab edilə bilər. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin al i məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı Konstitusiyanın qeyd olunan müddəaları həmçinin hər bir şəxsin, eləcə də dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını, hər hansı cinayətin törədilməsində təqsirli bilinmiş şəxslərin isə qanuna müvafiq qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və onların barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini, cəzanın məqsədlərinə nail olunmasını, cinayətkarlığın qarşısının alınması üçün lazımi tədbirlərin görülməsini də nəzərdə tutur. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. CM-in 2.1 və 2.2-ci maddələrinin tələblərinə görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarma qla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq, yəni onlara qanuni və ədalətli cəza təyin etmək vəzifəsini yerinə yetirməlidir (CPM-in 8.0.5-ci maddəsi). CM-in 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 9.2-ci maddəsində təsbit edilmişdir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Qanunun göstərilən normasının təhlili məhkəmə kollegiyasına belə nəticəyə gəlmək üçün əsas verir ki, məhkəmələr təqsirləndirilən şəxs barəsində istənilən cəza tədbirini seçərkən və ya onun haqqında digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən bu məsələlərə fərdi yanaşma prinsipinə əsaslanmalı, bunlarla bağlı bütün halları nəzərdən keçirməli, təyin olunan cəza isə törədilmiş cinayətin ağırlığına, ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə, təqsirləndirilən şəxsin şəxsiyyətini və onun ailə vəziyyətini səciyələndirən, habelə iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara mütənasib olmalıdır. Bu tələblər nəzərə alınmadan qeyd olunan hallara uyğun olmayan sərt cəzanın təyin edil məsi həmin cəzanın işgəncə və ya digər qəddar, qeyriinsani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıyan cəza kimi qiymətləndirilməsinə əsas ola bilər. CM-in 41.1-ci maddəsinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-in 41.2-ci maddəsinin tələblərinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Cinayət qanununun bu normasının mənasına görə, sanksiyasında alternativ cəzalar, yaxud da bir növ cəzanın aşağı və yuxarı hədləri müəyyən edilən CM-in Xüsusi hissəsinin müvafiq maddəsi ilə təqsirləndirilən şəxsin barəsində cəza tədbirinin seçilməsi məsələsini həll edən məhkəmə çıxardığı hökmdə və ya qəbul etdiyi digər yekun məhkəmə aktında alternativ cəzalardan daha ağırını və ya nəzərdə tutulmuş cəzanın yuxarı həddində cəzanın təyin edilmə li olmasını cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, cəzanın məqsədindən, təqsirləndirilən şəxsi xarakterizə edən məlumatlardan, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallardan, habelə işin digər hallarından çıxış edərək əsaslandırmalı və yalnız bundan sonra cəza təyini ilə bağlı müvafiq nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, cəza təyin edilməsi hissəsində məhkəmənin hökmü (qərarı) o halda qanuni və əsaslı, təyin edilmiş cəza isə - ədalətli və obyektiv hesab edilə bilər ki, bununla bağlı nəticə yuxarıda göstərilən qaydada, yəni CM-in 58.1-ci maddəsinin bütövlükdə tələb etdiyi kimi əsaslandırılmış olsun. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlə dən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-in 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-in 61.1.1-61.1.13-cü maddələrində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, CM-in 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-in 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.1059.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsi ri altında və ya bu hərəkətlər nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində törədilməsi, şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərilməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, zərər çəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması) mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin mü vafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda CM-in 61.2-ci maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. CPM-in 139.0.5-ci maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı digər məsələlərlə yanaşı həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar da yalnız sübutlara əsasən müəyyən edilir. Bu o deməkdir ki, məhkəmə qərarlarında cəzanı yüngülləşdirən (o cümlədən müstəsna hesab edilən) və ağırlaşdıran halların mövcudluğu barədə nəticələr də müvafiq sübutlar vasitəsi ilə əsaslandırılmalı, əsası olmayan mülahizə xarakteri daşımamalıdır. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mə nasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması tələbi dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi halları na şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Qanunvericiliyin bu tələblərinə həmçinin təqsirkar barəsində cinayət hüquqi tədbirin seçilməsi zamanı da riayət olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra Qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin şərh edilməsi haqqında” və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun mü vafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli Qərarları). “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarına görə, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq o laraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-in vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. “Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 fevral 2012-ci il tarixli Qərarında göstərilir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərər çəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törə tməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm - cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Azərbaycan Respublikasının cinayət qanununun bir sıra institutları məhz bu prinsipə əsaslanır. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasında məhkəmələrə tövsiyə edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM -in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Q ərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməmələri, CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həya t şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Təhlil edilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-in 346.1.11-346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-in 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Kassasiya müraciəti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, apellyasiya instansiyası məhkəməsi nin də razılaşaraq dəyişdirilmədən qüvvədə saxladığı birinci instansiya məhkəməsinin 5 mart 2025-ci il tarixli hökmü ilə məhkəmə Məhkum onun təqsirli bilindiyi CM-in 228.1-ci maddəsi ilə cəza təyin edərkən sonuncunun törətdiyi cinayət əməllərinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, CM-in 59.1.4-cü maddəsinin tələbinə uyğun olaraq onun himayəsində azyaşlı uşağının olmasını (məhkumun himayəsində dörd azyaşlı uşaqları var), CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən peşman olmasını, səmimi ifadələr verməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar qismində, habelə CM-in 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tut ulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə yaxın cəzanın təyin edilməsini məqsədə uyğun hesab etmiş, lakin məhz bu cəzanın onun islah edilməsinə və cəzanın məqsədlərinə nail olunmasına xidmət etməsini lazımi şəkildə əsaslandırmamışdır. Halbuki, yuxarıda göstərilən cəzanı yüngülləşdirən hallarla yanaşı, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilir ki, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, özü ailədə yeganə qazanc gətirən şəxs olmaqla ictimai faydalı əməklə məşğul olur, törətdiyi cinayətin predmeti olan odlu silahı isə yalnız maraq naminə əldə etmiş və bu silahdan istifadə etməklə başqa cinayətlər törətmək məqsədi izləməmiş, cinayət təqibinin bütün mərhələlərində isə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilib səmimi etirafedici ifadələr verərək həmi n təqibi aparan orqanla əməkdaşlıq etmişdir. Məhkəmə kollegiyası ona da vurğulayır ki, ilk dəfə cinayət törətmiş və bununla da məhkumluğu olmayan Məhkum 2 (iki) il müddətə azadlıqdan məhrum etmə, yəni onun təqsirli bilindiyi CM-in 228.ö1-ci maddəsində nəzərdə tutulmuş bu növ cəzanın yuxarı həddinin üçdə iki hissəsi həddində cəzanın təyin edilməsini məqsədə uyğun hesab edən məhkəmələr nəzərə almamışlar ki, cəza təyini sahəsində formalaşmış vahid məhkəmə təcrübəsinə görə az ağır cinayət törətmiş şəxsə belə həddə cəza bir qayda olaraq iş üzrə onun əməlində təhlükəli residivin müəyyən edilməsi hallarında təyin edilir ki, bu da CM-in 65.2-ci maddəsinin tələblərindən irəli gəlir. Belə ki, CM-in 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəlləni n Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az ola bilməz. Göründüyü kimi, məhkəmələr qəbul etdikləri yekun məhkəmə aktlarında bu məsələ üzrə heç bir əsaslandırma aparmamış, yəni nəticə etibarı ilə CM-in 58.1-ci maddəsinin tələblərinə əməl etməmişlər. Məhkəmə kollegiyası bütün təsvir edilənlərdən çıxış edərək, eyni zamanda Məhkum törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətinin onun təqsirli bilindiyi maddənin sanksiyası həddində endirilməsini mümkün bilərək, lakin həmin cəzanın başqa – alternativ cəzalarla əvəz edilməsi üçün kifayət qədər əsaslar görməyərək belə nəticəyə gəlir ki, müdafiəçi N.B.Kərimovun kassasiya şikayəti qismən təmin edilməli, o nun kassasiya qaydasında mübahisələndirdiyi 15 aprel 2025-ci il tarixli qərarında isə kollegiyanın müəyyən etdiyi mövqeyinə uyğun olan dəyişiklik edilməlidir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə bir daha təhlil edib maddi və prosessual hüquq normalarının yuxarıda təsvir edilmiş tələblərinə, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsi Plenumunun hüquqi mövqelərinə əsaslanaraq və kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisi N.B.Kərimovun, həmin şikayətin təmin edilməməsi haqda isə dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək kassasiya şikayətinin qismən təmin edilməsini, Məhkum CM-in 228.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi ü zrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərarında isə yuxarıda təsvir edilmiş nəticəyə uyğun olan dəyişikliyin edilməsini məqsədə uyğun hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi N.B.Kərimovun kassasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 aprel 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228. 1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 1 (bir) il 6 (altı) ayadək endirilsin. Qərar kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1802/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1802/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver