Məhkəmə qərarları › İş №1(102)-1803/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1803/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1803/2024 20.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi X2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 3 oktyabr tarixli, 1(106)-485/2023 nömrəli qərarından məhkumun müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(099)-166/2023 saylı hökmü ilə (X6 (sədrlik edən və məruzəçi), Cəlil Nəbiyev və Müşfiq Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxx 1982-ci ildə Lənkəran şəhərində anadan olmuş, ali təhsilli, evli, əvvələr məhkum olunmamış, Lənkəran şəhəri, Hacılar küçəsi, ev 87-də qeydiyyatda olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 32.5, 206.2, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,234.4.1,29,234.4.2 və 29,234.4.3-cü maddələri ilə 6 (altı) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 6 (altı) 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzaları qismən toplamaqla Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddət inin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmaqla, qəti cəza 7 (yeddi)il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(099)- 166/2023 saylı hökmündən məhkum edilmiş şəxs Məhkum apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər İsmayıl Əhmədov (sədrlik edən və məruzəçi), Məhəmməd Bağırov və Elşad Əliyevdən ibarət tərkibdə) 2023cü il 3 oktyabr tarixli, 1(106)-485/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli 1(099)166/2023 saylı hökmü dəyişdirilməsən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, İran İslam Respublikası vətəndaşı olm ası güman edilən "Raşif” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması və daşınması, habelə İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilməli olan külli miqdarda narkotik vasitələrin əldə edilib qrupun digər üzvünə çatdırmağı və realizə etməyi qabaqcadan vəd vermiş, bundan sonra məlum olmayan vaxtda və şəraitdə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilmiş külli miqdar təşkil edən, təsiredici maddəsinin ümumi miqdarı 119,2 qram olan 2980 həb metadonu Lənkəran şəhəri ərazisində Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin 14-cü sərhəd zastavasının 17-ci sahəsində, 403,3 qram heroini isə Ələt-Astara avtomobil yolunun üzərində yerləşən 13 nömrəli nişanın yaxınlığında gizlədilməsi barədə ona məlumat verilməsindən sonra o, 07 iyun 2022-ci il tarixdə, saat 22 radələrində həmin narkotik vasitəni gizlədildiyi yerdən götürməklə qanunsuz olaraq satış məqsədi ilə əldə edib, saxlayıb, daşıyarkən Dövlət Sərhəd Xidməti əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbiri nəticəsində hadisə yerində saxlanılmış, ondan bir ədəd bağlamada, külli miqdarda narkotik vasitə, təsiredici maddəsinin ümumi miqdarı 119,2 qram olan 2980 həb metadon aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat tədbirlərinin davamı olaraq Məhkumlə aparılmış filtrasiya tədbirləri nəticəsində Ələt-Astara avtomobil yolunun üzərində y erləşən 13 nömrəli nişanın yaxınlığında külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 403,3 qram heroinin olduğu müəyyən edilmiş, o, təkrarən qanunsuz olaraq satış məqsədi ilə həmin narkotik vasitəni əldə edib, saxlayıb daşımağa cəhd etsə də, saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəbə görə cinayət əməlini başa çatdıra bilməmiş, həmin külli miqdarda narkotik vasitə, təmiz halda çəkisi 403,3 qram heroin onun özünün iştirakı ilə gizlədildiyi yerdən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MÜDAFİƏÇİNİN VƏ PROKURORUN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ittiham həll edilərkən işə obyektiv yanaşılmamışdır. Belə ki, işə baxılarkən Məhkum ifadəsində göstərmişdir ki, özünü qismən təqsirli bilir. Ona veril ən ittihamlar Dövlət Sərhəd Xidməti əməkdaşlarının uydurmalarıdır. Çünki o heç bir İran vətəndaşını tanımır. Nə telefonla, nə də votsapla heç bir iranlı ilə əlaqəsi olmamışdır. Narkotik vasitəni Lənkəran rayonu Siyavar kəndi ərazisindən götürmək üçün həmin əraziyə getmiş, həmin vaxtı Sərhəd Xidmətinin əməkdaşları onu saxlamışlar. Narkotik vasitəyə əlini belə vurmamışdır. Digər narkotik vasitəni könüllü Sərhəd Xidməti əməkdaşlarına təqdim etmişdir. Sənədləşmə isə onlar tərəfindən düzgün aparılmamışdır. Ona görə də məhkəmənin gəldiyi nəticə işin hallarına uyğun gəlməmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 3 oktyabr tarixli, 1(106)-485/2023 nömrəli qərarının ləğv edilməsini və işin apellyasiya məhkəməsinə yeni baxı şa təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya instansiyası məhkəməsində məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli məhkəmə iclasında çıxış edərək kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3cü maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 3 oktyabr tarixli, 1(106)-485/2023 nömrəli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şika yətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini həll edir. Müdafiəçi apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələblə ri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək im kanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qan unun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməlidir. Belə ki, Məhkum CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası Məhkum qarşı CM-in 32.5, 206.2-ci maddəsi ilə irəli sürülmüş ittihama münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, verilmiş həmin ittihama əsasən K.X7 Respublikası vətəndaşı olması güman edilən "Raşif” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək satış məqsədilə qanunsuz olaraq külli miqdar təşkil edən, təsiredici maddəsinin ümumi miqdarı 119,2 qram olan 2980 həb metadonu və əlavə olaraq 403,3 qram heroini İran İslam Respublikasından Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirilərək əldə edilib qrupun digər üzvünə çatdırmağı və realizə etməyi qabaqcadan vəd vermişdir. Cinayət işinin materiallarında ittiham tərəfinin CM-in 32.5, 206.2-ci maddə ilə irəli sürülmüş ittihamı təsdiq edən heç bir sübutu mövcud deyil. Belə ki, Məhkum istifadəsində olan telefonla yalnız “tre” kimi qeyd edilən Azərbaycan Respublikası ərazisində istifadə olunan telefonla əlaqə saxlamış və pul vəsaitini də Azərbaycan bankına məxsus olan bank kartına köçürmüşdür. Yəni İran İR ilə əlaqəsi, aşkar edilmiş təsiredici maddənin və narkotik vasitənin məhkumun iştirakçılığı və ya köməkçiliyi ilə sərhəddən keçirilməsində, qaçaqmalçılıq cinayət əməlinin törədilməsində hər hansı qaydada rolunun olmasına dair cinayət işinin materiallarında heç bir sübut mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum CM-in 32.5, 206.2-ci maddəsi ilə irəli sürülmüş ittihamda təqsirliliyi sübuta yetirilmədiyindən, CPM-in 42.1.4-cü mad dəsinə əsasən ona qarşı CM-in 32.5,206.2-ci maddəsi ilə irəli sürülmüş cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməlidir. Məhkuma qarşı CM-in 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamlar üzrə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, həmin maddələr üzrə məhkumun təqsirliliyi qanunla müəyyən edilmiş qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkum tutulmamışdan öncə narkotik vasitəni və təsiredici maddəni əldə etmək üçün digər şəxsin hesabına pul vəsaiti köçürmüş, eyni zamanda telefonunda narkotik vasitəni və təsiredici maddəni əldə etməsi ilə bağlı telefon danışıqları və çoxsaylı mesajlar vardır. Bundan başqa, aşkar edilən narkotik vasitənin və təsiredici maddənin məhkuma məxsusluğu cinayət işi üzrə toplanmış mötəbər sübut ların məcmuyu ilə sübuta yetirilmişdir. Hazırki cinayət işi üzrə əməliyyat-axtarış fəaliyyətinin aparılması proseduru kassasiya şikayətində mübahisələndirilsə də, lakin məhkəmə kollegiyası hesab edir ki, həmin tədbir qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmişdir. Kassasiya şikayətinin növbəti dəlili narkotik vasitənin çəkisi ilə bağlıdır. Müdafiəçi göstərmişdir ki, təhqiqatçı aşkar edilmiş narkotik vasitənin çəkisinin 525 qram olduğunu göstərsə də, lakin sonradan əslində heroinin çəkisinin 403,3 qram olduğu müəyyən edilmiş və bu məsələ araşdırılmamışdır. Cinayət işi üzrə keçirilmiş Məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, narkotik vasitə heroinin təmiz çəkisinin ekspert tərəfindən 403,3 qram olduğu müəyyən edilmiş və məhkuma da ittiham bu çəkiyə görə irəli sü rülmüşdür. Yəni narkotik vasitənin növü və çəkisi ilə bağlı əsas sübut məhz ekspert rəyidir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamda təqsirli olması cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmuyu ilə tam təsdiq olunur və müdafiə tərəfinin məhkumun həmin maddələr ilə təqsirsizliyi barədə irəli sürdüyü bütün dəlillər məhkəmələr tərəfinən hərtərəfli, tam və obyektiv yoxlanılmış və təsdiqini tapmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər əsassızdır. Məhkəmə kollegiyası, eyni zamanda, hesab edir ki, məhkuma CM-in 234.4.1, 234.4.3, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri təyin edilmiş cəzalar maddənin sanksiyasının ən aşağı həddinə yaxın olmaqla on un tərəfindən törədilmiş cinayət əməlinin ictimai təhlükəliliyinə və xarakterinə, eləcə də məhkumun şəxsiyyətinə uyğundur, eləcə də məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiq edilməsi və onun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi üçün hər hansı faktiki və hüquqi əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti qismən təmin edilməli, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli, 1(099)-166/2023 saylı hökmü və Şirvan Apellyaisya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023-cü il tarixli qərarı Məhkum CM-in 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilməli, CPM-in 42.1.4-cü maddəsinə əsasən Məhkum barəsində CM-in 32.5, 206. 2ci maddəsi ilə olan cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməli, Məhkum CM-in 66.3-cü maddəsi ilə təyin edilmiş qəti cəzanın müddəti azaldılmalı, hökm və qərar qalan hissədə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.3-cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi X3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli, 1(099)-166/2023 saylı hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023cü il tarixli qərarı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hissədə ləğv edilsi n. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsi ilə qəti olaraq 7 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 18 may 2023-cü il tarixli, 1(099)-166/2023 saylı hökmü və Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 oktyabr 2023cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar