Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1804/2021 15.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Vəliyev Veysəl İsaxan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlunun iştirakı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144- 1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim E.Rüstəmov, hakimlər F.Mahmudov və X.Səmədovdan ibarət tərkibdə) xx xxxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olmuş, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Qızıl Hacılı küçəsi, ev 45 “V” qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 144-1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə təqsirli bilinərək, CPM-in 44.2.1-ci maddəsinin tələbinə görə CM-in 75.1.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdiyindən təqsirli bilindiyi CM-in 125-ci maddəsi ilə cəza təyin edilməmiş, CM-in 62-ci maddəsi tətbiq edilməklə CM-in 09 may 2013-cü il tarixədək qüvvədə olmuş 144-1.2.5-ci maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 62-ci maddəsi tətbiq, edilməklə CM-in 144-2.2.6-cı maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 144-3.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 150.2.5-ci maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yo lu ilə qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Həmin hökmlə həmçinin, Məhkum1və Məhkum2 da təqsirli bilinib məhkum olunmuşlar. Hökmdən məhkumlar Məhkum1, Məhkum və B.O.Tağıyeva və onların müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakim T.Muxtarov, hakimlər Ç.Məmmədov və E.Xasməmmədov ibarət tərkibdə) hökm dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətləri təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarından məhkumun müdafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. İŞİN HALLARİ: Gəncə Ağır Cinayətlər Məhkəməs inin 26 dekabr 2019-cu il tarixli hökmü ilə Məhkum təqsirli bilinib məhkum edilmişdir, ona görə ki, Məhkum, Məhkum1və Məhkum2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə insan alveri məqsədilə zərərçəkmiş şəxsin pasportunu götürüb gizlətməklə özündə saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur edərək məcburi əmək cinayətini törətmiş, özlərindən maddi cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürməyə cəhd həddinə çatdırmış, eləcə də Məhkum zərərçəkmiş şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədə si ilə, habelə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə dəfələrlə təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Belə ki, Məhkum, anası Məhkum2 və atası Məhkum1ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək cinayətdə iştirakçılığın qabaqcadan əlbir olan bir qrup şəxs formasında birləşib aralarında əldə olunmuş cinayətkar sövdələşməyə əsasən tamah niyyəti ilə şəxsin istismar edilməsi məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb edilməsi, hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur etmə barədə Məhkum1və Məhkum2 2006-cı ilin sentyabr ayında Rusiya Federasiyasının Bryansk vilayətinin Komariçskiy rayonunda müvəqqəti yaşayarkən tanış olduqları Rusiya Federasiyasının vətəndaşı Kulinova Tatyana Dmitriyevnanın maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özləri ilə birlikdə Azərbaycan Respublikasına gedəcəyi halda iş və normal yaşayış şəraiti ilə təmin edəcəkləri, maddi ehtiyaclarını ödəyəcəkləri barədə yalan vədlər verərək razılığını əldə etməklə onu istismar edilməsi məqsədi ilə Azərbaycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş və bu məqsədlə öz vəsaitləri hesabına Zərərçəkmiş şəxsnın 25 sentyabr 2006-cı il tarixdə 62N9829791 nömrəli pasport almasını təmin etdikdən sonra 27 oktyabr 2006-cı il tarixdə Məhkum1və Məhkum2 Zərərçəkmiş şəxsnı özləri ilə birlikdə Azərbaycan Respublikasının dövlət sərhədini Samur sərhə d-nəzarət məntəqəsindən keçirməklə yaşadıqları ünvan 2 ünvanına gətirmiş, həmin vaxtdan etibarən Məhkum, Məhkum2 və Məhkum1lə birlikdə Zərərçəkmiş şəxsnı yasadıqları evin həyətyanı sahəsində insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü taxta tikilidə qapısı bağlı halda və Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən evlərində saxlayıb fərdi təsərrüfatlarındakı mal-qaraya gündəlik qulluq edilməsi və digər təsərrüfat işlərinin yerinə yetirilməsi ilə bağlı verdikləri tapşırıqları yerinə yetirməyəcəyi, eləcə də kənar şəxslərlə əlaqə saxlamaqla olduğu yeri icazəsiz tərk edəcəyi halda onu hüquq-mühafizə orqanları vasitəsilə həbs etdirəcəkləri ilə hədə qorxu gəlib psixi təsir göstərərək qorxu hissi yaratmış, mütəmadi olaraq hər üçü əl zərbələri və taxta parçası ilə Zərərçəkmiş şəxsnı döyərək müxtəlif vaxtlarda zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə nəzarətləri altında saxlayaraq gəldiyi ilk gündən etibarən insan alveri məqsədi ilə Zərərçəkmiş şəxsya məxsus 62N9829791 nömrəli pasportu götürüb gizlətməklə özlərində saxlayaraq qanunvericiliklə müəyyən edilmiş xüsusi hallardan başqa zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsnın azadlığını 01 may 2016-cı il tarixədək olan müddət ərzində məhdudlaşdırıb onu fərdi təsərrüfatlarında olan malqaraya gündəlik qulluq etməyə və digər təsərrüfat işlərini yerinə yetirməyə məcbur etmiş, 01 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Məhkum, Məhkum2nın və Məhkum1in birlikdə yaşadıqla rı ünvanda zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsnı insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü taxta tikilidə qapısı çöldən bağlanmış vəziyyətdə azadlığı məhdudlaşdırılmaqla məcburi əməyə cəlb etmələri faktı yerində aşkar edilmişdir. Bundan başqa, Məhkum, Məhkum2 və Məhkum1qabaqcadan əlbir olan bir qrup şəxs halında 27 oktyabr 2006-cı il tarixdə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs yaşadıqları ünvan 3 ünvanına gəldikdən sonrakı müddətdə həmin ünvanda özündən maddi və sair cəhətdən asılı olmuş Zərərçəkmiş şəxsnı iradəsi əleyhinə məcburi əməyə cəlb edərək tapşırılan işləri düzgün və vaxtında yerinə yetirmədiyi hallarda mütəmadi olaraq döyüb fiziki zor tətbiq etməklə, normal qidalanmasını, geyimini təmin etməməklə onunla amansız rəftar etmə, təhqir etməklə ləyaqətini mütəmadi olaraq alç altma, olduğu yeri icazəsiz tərk edəcəyi halda hüquq-mühafizə orqanlarına həbs etdirəcəyi ilə hədələməklə hədə-qorxu gəlmə yolu ilə sonuncunu 2011-ci ilin sonlarında həmin ünvanda kəsici səthə malik əşya ilə sağ bazusuna, sağ dirsək çuxuruna, sağ saidinə və sol dirsək çuxuruna xəsarətlər yetirməklə özünü öldürməyə cəhd həddinə çatdırmışlar. Bundan başqa, Məhkum Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs27 oktyabr 2006-cı il tarixdə yaşadığı ünvan 5 ünvanına gəldikdən sonra həmin tarixdən başlayaraq 01 may 2016-cı il tarixədək sonuncu qeyd edilən ünvanda insan yaşayışı üçün heç bir şəraiti olmayan kiçik ölçülü taxta tikilidə olarkən onu döyməklə, tabe olmayacağı halda vuracağı ilə hədələyərək zor tətbiq etmiş və ya belə zor tətbiq etməklə hədələmiş, eyni zamanda Zərərçəkmiş şəxsin on un və valideynlərinin psixoloji və fiziki təsiri altında köməksiz vəziyyətdə olmasından istifadə edərək arxa keçəcək dəliyi nahiyəsindən qeyri- təbii yolla dəfələrlə cinsi əlaqədə olmaqla təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkumun müdafiəçisi Əliyev Musa İsa oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələrin müəyyən etdiyi hallar işin faktiki hallarına uyğun deyildir. Belə ki, məhkəmələrin müəyyən edilmiş hesab etdiyi halları təsdiq edən sübutlar kimi istinad etdiyi sübutlar nəinki həmin halları təsdiq etmir, əksinə təkzib edir. Həmçinin, əməlin hüquqi tövsifi də nə işin özü tərəfindən müəyyən edilən hallarına, nə də həmin əməllərə görə cinayət məsuliyyəti nəzərdə tutan C M-nin maddələrinə uyğun deyildir. Məhkumun göstərilən cinayət əməlini törətdiyini məhkəmənin necə müəyyən etdiyi, hansı sübutlara istinad etdiyi məhkəmə qərarlarından aydın deyildir. Əksinə məhkəmənin özü müəyyən edir ki, Arzunun atası Məhkum1 və anası Məhkum1 2006-cı ilin sentyabr ayında RF Bryansk vilayətinin Komariçskiy rayonunda müvəqqəti yaşayarkən tanış olduqları RF vətəndaşı Zərərçəkmiş şəxsnın maddi və sosial təminatının aşağı olmasından istifadə edərək özləri ilə birlikdə Azərbaycan Respublikasına gedəcəyi halda iş və normal yaşayış şəraiti ilə təmin edəcəkləri, maddi ehtiyaclarını ödəyəcəkləri barədə yalan vədlər verərək razılığını əldə etməklə onu istismar edilməsi məqsədilə Azərbycan Respublikasının dövlət sərhədindən keçirilməsi üçün cəlb etmiş və bu məqsədlə öz vəsaitləri hes abına onu 27.10.2006-cı il tarixdə dövlət sərhədindən keçirərək Gəncə şəhərinə Arzunun yaşadığı evə gətirmişlər. Həm də, məhkəmələrin mötəbər sübut kimi əsaslandığı Zərərçəkmiş şəxsin qismində ifadəsindən görünür ki, onun pasportunu Məhkum1 sərhəddən keçdikdən sonra almış və ona məlum olmayan yerdə saxlamışdır. Yəni, Məhkum hadisələrə müdaxiləsindən əvvəl baş vermiş əməllərə görə təqsirli bilinmişdir. Pasportun gizlədilməsində onun hər hansı bir rolu olmasını nə atası, nə anası, nə də zərərçəkmiş şəxs təsdiq etmir. Deməli onun həmin cinayət əməlinə də aidiyyəti yoxdur. Ona görə də, həmin maddə ilə ona bəraət verilməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Gəncə Apellyasiya Məhkəməsinin qərarını ləğv etməklə, Məhkumun ittiham olunduğu bütün maddələr üzrə bəraət verilməsi barədə qərar q əbul edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Həsənov Kamran Asəf oğlu çıxış edərək kassasiya şikayətinin dəlilərinin əsassız olduğunu, cinayət əməlinin məhkum tərəfindən törədilməsinin tam təsdiq olunduğunu bildirib, apellyasiya məhkəməsinin qərarının ləğvi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərərək, apellyasiya məhkəməsinin qərarının Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmasını və kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instan siyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayətinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Məhkumun müdafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayətində Məhkum təqsirsiz olduğu halda məhkəmələr tərəfindən barəsində qanunsuz və ədalətsiz qərarlar qəbul edildiyi və nəticədə sübutetməyə dair maddi və prosessual normaların pozulduğu iddia edilmiş, bununla da məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.6-cı maddəsində (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu mü raciətlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq aşağıdakıları xüsusatları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nə ticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət işinin materiallarını araşdırıb kassasiya şikayətinin dəlillərini müzakirə edərək, dövlət ittihamçısının apellyasiya instansiyası məhkəməsinin qərarının qüvvədə saxlanılması barədə çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarı isə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya məhkəməsinin qərarından görünür ki, Məhkuma verilmiş tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında hədə-qorxu, zor tətbiq etməklə və zor tətbiq etmək hədəsi ilə, habelə insan a lveri məqsədilə şəxsin azadlığını məhdudlaşdırmaqla müəyyən işin yerinə yetirilməsinə məcbur edərək məcburi əmək, şəxsi özünü öldürmə həddinə çatdırma və zərərçəkmiş şəxsə zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə, habelə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə dəfələrlə təkrarən seksual xarakterli digər zorakılıq hərəkətləri etmə ilə bağlı ittiham birinci instansiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında elan olunmaqla tədqiq olunmuş mümkün, mütəbər, bir-birilə uzlaşan və biri-birini tamamlayan sübutların məcmusu ilə tam sübuta yetirilmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146 maddələrində göstərilən qaydada tədqiq edilmiş, sübutların hansına əsaslanılması hökmdə göstərilmişdir. Apellyasiya m əhkəməsi də haqlı olaraq birinci instansiya məhkəməsinin bunlara dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkumun əməllərinə hüquqi qiymət verilməsi məsələsinə gəldikdə məhkəmə kollegiyası hesab edir ki, həmin əməllər Azərbaycan Respublikası CM-nin 144-1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin tərkibini yaratdığı, bu cinayətlərin tərkibi ilə tam əhatə olunduğu üçün tamamilə düzgün olaraq həmin maddələr ilə tövsif edilmişdir. Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətində məhkumun barəsində apellyasiya məhkəməsinin qərarını ləğv etməklə cinayət işinin icraatına xitam verilməli olduğu və ona bəraət verilməli olduğu iddia edilir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42ci maddəsi ilə tənzimlənir. Həmin nor mada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Məhkumun ona hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı), cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanın əksinə olaraq birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllə sinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən də yoxlanılmış, məhkəmə həmin dəlillərin (onların üzərində qurulmuş iddiaların) baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya məhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Apellyasiya məhkəmə kollegiyası belə qənaətə gələrkən Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsinin tələbinə əsaslanmışdır. Həmin normada göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutları bir daha təhlil edərək hesab edir ki, onlar Məhkumun təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmələrin yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi mötəbər, mümkün və birbirini tamamlayan sübutlar birinci instansiya məhkəməsinin hökmündə və apellyasiya məhkəməsinin qə rarında ətraflı şərh edildiyindən kassasiya məhkəmə kollegiyası həmin sübutları təkrarən sadalamağa zərurət görmür. Kassasiya şikayətində cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Məhkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Cəza məsələsini müzakirə edən kassasiya məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən Məhkuma cəza təyin edilərkən bu məsələnin həllinə təsir edə biləcək bütün hallar, o cümlədən onun törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallar (yaşayış yeri üzrə müsbət xarakterizə olunması, əlil olması, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmaması), cəzasını ağırlaşdıran hal (CM-nin 144-3.4-cü maddəsinə münasibətdə cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilməsi), habelə təyin olunmuş cəzanın onun ailəsinə, həyat şəraitinə təsiri nəzərə alınmış və Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinin tələblərinə uyğun cəza təyin edilmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr tərəfindən Məhkumun islah olunması məqsədini və Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən digər məqsədləri təmin edə bilən ədalətli cəza təyin edilmişdir. Mə hkəmə kollegiyası bunlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya şikayətinin dəlilləri isə əsassızdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Bütün bunları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı Məhkum aid hissədə əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, məhkumun müdafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya ş ikayəti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Əliyev Musa İsa oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-1.2.5, 125, 144-2.2.6, 144-3.4 və 150.2.5-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 mart 2020-ci il tarixli qərarı məhkumun müdafiəçisi Əliyev Musa İsa oğlunun kassasiya şikayətinə əsasən Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1804/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1804/2021
15.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver