Məhkəmə qərarları › İş №1(102)-1804/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1804/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1804/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, Bəraət almış şəxs X3 və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, X5 Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il tarixli, 1(107)142/2024 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin (hakim Kamil Əliyev) 15 noyabr 2023-cü il tarixli 1(039)-131/2023 nömrəli hökmü ilə, xx.xx.1999-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, qəssablıq fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Qubadlı rayonu Kürdmahruzlu kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri Yeni Həyat qəsəbəsi C 95 ünvanında yaşayan, X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət verilməsi, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olmasının izah edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X6 sədrliyi, Akif Eyvazov və İmanverdi Şükürovdan ibarət tərkibdə) 15 fevral 2024-cü il tarixli, 1(107)-142/2024 nömrəli qərarı ilə apellyasiya protesti təmin edilmədən, Yevlax Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(039)-131/2023 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, ibtidai araşdırma orqanının mövqeyin ə görə X2 rayonunun Hürüuşağı kəndində yaşayan Zərərçəkmiş şəxs iribuynuzlu heyvanlarını satmasını eşidərək sonuncu ilə görüşən zaman Zərərçəkmiş şəxs yaşlı olması və epilepsiya xəstəliyindən əziyyət çəkdiyini görərək sonuncunun xeyli miqdarda əmlakını dələduzluq yolu ilə qəsdən ələ keçirmək qərarına gələrək həmin niyyətlə 4 aprel 2023-cü ildə saat 19 radələrində Yevlax rayonunun Hürüuşağı kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyətində sonuncuya məxsus ümumilikdə 23 baş olmaqla cəmi 21700 (iyirmi bir min yeddi yüz) manat dəyərində olan iribuynuzlu heyvanları aparıb sataraq pulunu 10 gün ərzində Zərərçəkmiş şəxs verəcəyi adı ilə vəd verərək aldadıb həmin heyvanları oradan götürüb aparmaqla ələ keçirərək Zərərçəkmiş şəxs cəmi 21700 (iyirmi bir min yeddi yüz) manat məbləğində xeyli miqdard a ziyan vurmaqla qəsdən dələduzluq etmişdir. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ CİNAYƏT PROSESİ TƏRƏFLƏRİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, iş materiallarında olan təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, təqsirini etiraf edərək göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs heyvanlarını apardıqdan sonra ən geci bir ay sonra pulunu tam qaytaracağı barədə vəd verərək inandırmışdır. Zərərçəkmiş şəxs həmin xüsusatları məhkəmə baxışında təsdiq etməklə uyğun ifadə vermişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsindən aydın olur ki, Elnur İsayev heyvanları apararkən pulu 10 gün ərzində, 15 aprel 2023-cü il tarixədək ödəyəcəyi barədə vəd vermişdir. Lakin E.İsayev heyvanları s atsa da, onun pulunu qaytarmamışdır. Məhkəmənin gəldiyi nəticəni əsaslandırmaq üçün heyvanların pulunun 2023-cü ilin may ayının sonunadək ödənilməli olmasına istinad etməsi əsassızdır və iş materiallarına uyğun deyil. Belə ki, həm təqsirləndirilən şəxs, həm zərər çəkmiş şəxs heyvanların pulunun aprel ayında ödənilməsi barədə razılığa gəldiklərini göstərmişlər. Bundan başqa, məhkəmənin əsaslandığı “tərəflərin üzərlərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istiqamətində hərəkətlər etməsi və xx.xx.2023-cü il tarixdə müvafiq cinayət işi başlanan gün Elnur İsayevin 5000 manat pulu ödəməsi, habelə 15 gün sonra yəni xx.xx.2023- cü il tarixdə qalan 16700 manat pulu tam ödəyərək borcunu yekunlaşdırması” fikirlərinə münasibətdə bildirilməlidir ki, təqsirləndirilən şəxs tərəfindən pulun ödənilməsi üçün əvvəlcədən hər hansı bir təşəbbüs edilməmişdir. Zərər çəkmiş şəxsə pulun qaytarılması isə öhdəliyin icrası yox, cəzalandırılmaq qorxusu qarşısında ziyanın ödənilməsi faktı kimi qiymətləndirilməlidir. Belə ki, iş materiallarından aydın olur ki, təqsirləndirilən şəxs zərər çəkmiş şəxsə pulu qaytarmaqdan hər dəfəsində müxtəlif bəhanələrlə yayınmış, yalnız hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra dəymiş zərəri ödəmişdir. Şərh edilənlərdən də görünür ki, E.N.İsayevin niyyəti öhdəliyin icrasına yönəlməmişdir, belə ki, bunun üçün kifayət qədər imkan və vaxt olmasına baxmayaraq zərər çəkmiş şəxsin pulunu qaytarmamış, yalnız hüquq mühafizə orqanlarına müraciət etdikdən sonra dəymiş zərəri ödəmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan zərər çəkmiş şə xsin, şahid ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlarla əlaqəli şəkildə yoxlamamış və bir-biri ilə müqayisə etməmiş, təqsirləndirilən şəxs E.İsayevin məhkəmədə verdiyi ifadəsinə digər sübutlara nisbətdə üstünlük vermişdir ki, bununla da iş üzrə əsassız nəticəyə gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxs E.N.İsayev tərəfindən məsuliyyətdən yayınmaq üçün verilmiş ifadəyə tənqidi yanaşmamış, həmin ifadəsində göstərdiyi xüsusatları digər sübutlarla müqayisəli təhlil etməmiş və ziddiyyətləri araşdırmamışdır. Beləliklə, təqsirləndirilən şəxs E.İsayevin əməlində CM-nin 178.2.4-cü maddəsinin tərkib əlamətlərinin mövcudluğu tam şəkildə təsdiq edilməsinə və cinayət əməlini törətməsi tam şəkildə sübuta yetirilmiş şəxsin qanuni və ədalətli cəza almalı olmasına baxmayaraq, məhkəmə h eç bir hüquqi əsası olmayan mülahizələr əsasında bəraət hökmü çıxarmışdır. Dövlət ittihamçısı kassasiya protestində E.İsayevin Azərbaycan Respubikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin 15 fevral 2024-cü il tarixli qərarını ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində dövlət ittihamçısı Ayxan Hüseynli çıxış edərək kassasiya protestinin təmin olunmasını və E.İsayevin Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə bəraət verilməsinə dair Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 fevral tarixli qərarın ləğv edilməsini və yeni baxışa göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Bəraət almış şəxs və müdafəçisi Müdafiəçi məhkəmə iclasında iştirak edərək kassasiya protestinin təmin olunmamasını və Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 15 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının, kassasiya protestinin təmin olunmaması barədə bəraət almış şəxsin və onun müdafiəçisinin çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Dövlət ittihamçısı bəraət hökmünü mübahisələndirərə k apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumil əşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə işə baxdıqdan sonra öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuli yyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz bu qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu ci nayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasi ya protestinin dəlillərindən görünür ki, ittiham tərəfi bəraət almış şəxsə münasibətdə məhkəmələrin qərarlarını mübahisələndirərək ittiham tərəfinin sübutlarının düzgün qiymətləndirilmədiyini, əsassız bəraət hökmünün çıxarıldığını göstərmişdir. Məhkəmə kollegiyası protestin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələrin diqqəti dələduzluq cinayətinin həm mülkiyyət əleyhinə olan, həm də müəyyən əlamətlərinə görə dələduzluğa oxşar digər cinayətlərdən, habelə mülki münasibətlərdən irəli gələn mübahisələrdən fərqləndirilməsinin zəruriliyinə yönəldilməli dir, Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetırilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Cinayət işinin hallarından görünür ki, bəraət almış şəxs E.İsayev həm heyvanların alqı-satqısı ilə, həm də qəssablıqla məşğul olur, Zərərçəkmiş şəxs da heyvanları məhz bu məqsədlə almış, tərəflər arasında Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 600-cü maddəsinin tələblərinə uyğun olaraq şifahi, nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Mülki Məcəllənin 600-cü maddəsində göstərilmişdir: 600.1. Alğı-satqı müqaviləsind ə əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan mü ddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Hazırki işin halları baxımından da açıq-aydın görünür ki, tərəflər arasında mülki mübahisə olmuş və E.İsayev əsasız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Belə ki, E.İsayev Zərərçəkmiş şəxs 23 baş iribuynuzlu heyvanı satın almış və tərəflər də nisyə alqı-satqıya razılaşmış, E.İsayev də heyvanları ya diri, ya da kəsərək ətini satıb borcunu ödəməli idi. Cünk i E.İsayevin pulu olsa idi heyvanları nağd qaydada alardı. Zərərçəkmiş şəxs özü də ifadəsində göstərmişdir ki, E.İsayev heyvanların pulunu vaxtında ödəyə bilmədiyi üçün özünə məxsus yaşayış evini borcun əvəzi kimi zərərçəkmiş şəxsə təklif etmiş, lakin Zərərçəkmiş şəxs bundan imtina edərək pulunu tələb etmişdir. İşin bu halları ittiham tərəfindən nəzərə alınmamış, cinayət işi üzrə aldatma və ya etibardan sui-istifadə tövsifedici əlamətlərini təsdiq edən heç bir sübut olmadığı halda, E.İsayevə CM-in 178.2.4-cü maddəsi ilə ittiham irəli sürülmüşdür. Məhkəmə kollegiyası bəraətin dəlilləri ilə bağlı birinci instansiya və apellyasiya məhkəməsinin mövqeləri ilə razılaşaraq həmin dəlillərin təkrar edilməsinəni zəruri hesab etmir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin dəlilləri əsassızdır, məhkəmələr tərəfindən araşdırılaraq qiymətləndirilmiş sübutlarla şəxsin təqsirsizliyi müəyyən edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli 1(039)-131/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə bəraət almış şəxs X8 barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il tarixli, 1(107)-142/2024 nömrəli qərarı kassasiya protestinə münasibətdə dəyişdirimədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar