Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1804/2025 10.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Zəminə Oruc qızının iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CM-in və ya CM-in) 228.2. 1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli, 1(106)-411/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:
1. Məhkum xx xxxx 1993-cü il tarixdə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyi Pentensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.
2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda nar kotik vasitə heroinin və odlu silah, onun komplekt hissələrinin, döyüş sursatının əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 01 mart 2023-cü il tarixdə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikası vətəndaşı «Rahman» adlı şəxs və qeyriləri ilə razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, bu məqsədlə «Rahman» adlı şəxs və qeyrilərinin istintaqda və məhkəmədə müəyyən edilməmiş vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 03 ədəd üzəri yapışqan lentlə bağlanmış bükülülərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1980,0 qram, 2030,0 qram, 890,0 qram olmaqla külli miqdarda-4900,0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd 1987-ci ildə «İjevsk» mexaniki zavodunda istehsal edilm iş, 9 mm kalibrli, «Makarov» (RM) konstruksiyalı, BO 2629 №li, saz vəziyyətdə, atəş açmaq üçün yararlı, yarımavtomatik yivli odlu döyüş silahını, həmin silahın komplekt hissəsi olan 01 ədəd darağı, səkkiz ədəd zavod üsulu ilə hazırlanmış pistonları mərkəzdən alışan, 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik «Makarov» (RM), «PA-63», «P64», «PK59», «P61» kosntruksiyalı tapancalarda, «Steçkin» («APS») konstruksiyalı avtomatik tapancalarda və sair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş, atəşə (istifadəyə) yararlı döyüş sursatı-patronları istintaqa və məhkəməyə məlum olmayan vaxtda və şəraitdə Lənkəran rayonu, Göyşaban kəndində yolun kənarında, üzərində sürət həddini göstərən «60» yazısı əks olunmuş dəmir lövhənin yanına gətirib orada gizlədildikdən sonra «Ra hman» adlı şəxsin həmin narkotik vasitəni, odlu silahı və döyüş sursatını gizlətdiyi yer barədə ona məlumat verdikdən sonra, satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan külli miqdarda narkotik vasitə heroini, odlu döyüş silahını, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən səkkiz ədəd patronu Lənkəran rayonu, Göyşaban kəndində yolun kənarında olan dəmir lövhənin altında gizlədildiyi yerdən götürüb satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini, odlu silah və onun döyüş sursatını əldə edib əlində saxlayıb daşıyaraq Lənkəran şəhəri «Ləvəngi» dairəsi istiqamətində piyada hərəkətdə olarkən, 01 mart 2023-cü il tarixdə saat 21:35 dəqiqədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran rayonu, Göyşaban kəndində saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra saat 22:00 dəqiqədə üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman, əlində saxladığı bir ədəd düyü kisəsinin içərisindən 03 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1980,0 qram, 2030,0 qram, 890,0 qram olmaqla külli miqdarda 4900,0 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd qeyd olunan odlu döyüş silahı, onun komplekt hissəsi olan bir ədəd daraq və döyüş sursatı hesab edilən səkkiz ədəd patron aşkar edilərək götürülmüşdür.
3. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət məhkəmə tərkibində) 25 yanvar 2024-cü il tarixli, 1(099)-163/2024 nömrəli hökmü ilə Məhkum Cinayət Məcəl ləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-in 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının həbsdə olduğu müddətin cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə inzibati qaydada tutulduğu 01 mart 2023-cü il tarixdən hesablanması, Lənkəran Rayon Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 4(049)-81/2023 nömrəli qərarı ilə Məhkum barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması hökm edilmiş, hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də həll edilmişdir.
4. Məhkəmənin hökmündən məhkum edilmiş şəxs və müdafiəçisi apelyasiya şikayəti verərək, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsini və Məhkum həmin maddələrlə bəraət verilməsini, onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə təqsirli bilinərək aş ağı həddə cəza verilməsini xahiş etmişdilər.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X4 və X2 ibarət məhkəmə tərkibində) 25 iyul 2024-cü il tarixli, 1(106)411/2024 nömrəli qərarı ilə təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Məhkum Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinə dair Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli, 1(099)-163/2024 saylı hökmünün təqsirləndirilən şəxs Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Hazırda, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyu l 2024-cü il tarixli, 1(106)-411/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:
7. Məhkum kassasiya şikayətinin dəlilləri qismində məhkəmələr tərəfindən onun işinə prosessual qanunvericiliyin tələbləri pozulmaqla baxıldığını qeyd edərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir.
9. Qərardan kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
10. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Əliyeva Zəminə Oruc qızı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
11. Kassasiya instansiyası məhkəməsinin kassa siya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra: Azərbaycan Respublikası CPM-in və ya CPM-in) 419-cu maddəsi müəyyən edir.
12. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
13. Qanunun bu tə ləbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
15. Məhkum kassasiya şikayətində onun əməlinin hüquqi tövsifini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
16. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 1(106)-411/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
17. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlm ək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.
18. Məhkəmə kollegiyası Məhkum CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini əsassız hesab edir.
19. Belə ki, Məhkum əməlinin tövsifinin dəyişdirilərək mübahisələndirilməsi üzrə onun tərəfindən irəli sürülmüş dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu, onlara əsasən müəyyən edilmiş işin həqiqi halları ilə rədd olunması haqqında nəticəyə gəlmişdir.
20. Kollegiya qeyd edir ki, Məhkum kassasiya şikayətində göstərdiyi dəlilləri apellyasiya şikay ətinin dəlilləri ilə eynilik təşkil etmiş, apellyasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq tədqiq edilmiş və bu tədqiqatın nəticəsi olaraq ağlabatan hesab edilməmişdir. Bundan əlavə, məhkum tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olması ittihamı qəbul edilməsə də, apellyasiya məhkəməsi tərəfindən cinayət işi materiallarında olan sübutlar, yəni təqsirləndirilən şəxsin ifadələri, şahid ifadələri, ekspert rəyi, müvafiq protokollar, maddi sübutlar və digər sübutlar tədqiq edilərək, iş üzrə əhəmiyyətli olan həmin sübutlarla qeyd edilən dəlil təkzib edilmişdir.
21. Apellyasiya məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr məhkumun apellyasiya şikayətində irəli sürülmüş iddiaların, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv ar aşdırılmasına, birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətində isə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum cinayət əməlinin hüquqi tövsifi barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür.
22. Kassasiya məhkəməsi qeyd edir ki, birinci instansiya məhkəməsi istintaqı və apellyasiya məhkəməsi baxışında hər bir sübut məhkəmə prosesində tədqiq edilmiş, qiymətləndirilmiş və qəbul edilmiş qərarlar məhz həmin sübutlara əsaslanmışdır. İş üzrə əhəmiyyət kəsb edən və ittihamın əsasını təşkil edən sübutların məhkəmə prosesslərində tədqiqi Azərbaycan Resp ublikası CPM-in tələblərinə uyğun aparılmışdır.
23. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmiş və haqlı olaraq birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilmişdir. Qeyd olunanlar apellyasiya məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmad ığını göstərir.
24. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya instansiyası məhkəməsinin Məhkum CM-in 228.2.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə törətdiyi cinayət əməlinin tövsifinə və ona təyin edilən cəzaya dair nəticələri ilə razılaşır və hesab edir ki, həmin qərar maddi və prosessual hüquq normalarına uyğun qəbul edilmişdir.
25. Odur ki, məhkəmə kollegiyası məhkəmə iclasında iştirak edən dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 iyul 2024-cü il tarixli, 1(106)-411/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsi ni rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1, 234.4.1 və 234.4.3cü maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyul 2024-cü il tarixli, 1(106)411/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.