Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1805/2023 03.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Müdafiəçilər - fərdi qaydada fəaliyyət göstərən vəkillər Babayev Çingiz Hamlet oğlunun və Babayeva Xeyransa Qubat qızının iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Babayeva Xeyransa Qubat qızı və Məhkum müdafiəçisi Babayev Çingiz Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli 1(099)-109/2022 nömrəli (hakimlər: Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx 1991-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, X-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin xaric olunması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 6 avqust 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması; xx xxxxxxxx 1990-cı ildə İmişli rayon Göbəktala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, X-də qeydiyyatda olan Məhkum verilmiş ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsinin xaric olunması, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 25 sentyabr 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanıl ması, cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınması hökm edilmiş, iş üzrə maddi sübutların taleyi və məhkəmə məsrəfi məsələləri həll edilmişdir. Hökmdən dövlət ittihamçısı Valeh Şabanov tərəfindən verilmiş apellyasiya protestinə, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Babayev Çingiz Hamlet oğlu və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Babayeva Xeyransa Qubat qızı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Bəşirov Kamil Sücəddin oğlu (sədrlik edən və məruzəçi), Bağırov Məhəmməd Ənvər oğlu və Əhmədov İsmayıl Həmid oğlundаn ibarət məhkəmə tərkibində) 23 yanvar 2023-cü il tarixli 1(106)-17/2023 nömrəli qərarı ilə ap ellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Babayeva Xeyransa Qubat qızı və Məhkum müdafiəçisi Babayev Çingiz Hamlet oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs və Məhkum qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq 0,516 qram narkotik vasitə heroini və 6,68 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, daşımış, saxlamış, qu rudulmuş marixuananın 0,23 qramını 5 avqust 2021-ci il tarixdə saat 21 radələrində İmişli şəhəri, A.Şadlinski küçəsində tanışları Şahid4 5 manat pula satmışlar. Şahid4 həmin gün saat 21 radələrində İmişli şəhəri, A.Şadlinski küçəsində yerləşən məktəbin həyətyanı sahəsində narkotik vasitə olan qurudulmuş marixuananı tanışları Şahid2 və Şahid1 ilə birlikdə istifadə edərkən, İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Şahid1 saxlanılmasına nail olunaraq, sonuncu İmişli Rayon Polis Şöbəsinə gətirildikdən sonra saat 21:40 radələrində üzərində şəxsi axtarış aparılan zaman Şahid1 əynindəki qara rəngli şalvarın sol yan cibindən siqaret dənəsinin içərisində 0,23 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Daha sonra İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilərək 5 avqust 2021-ci il tarixdə saat 23 radələrində Ağsu-Kürdəmir Bəhrəmtəpə avtomobil yolunun İmişli şəhəri 28 May küçəsi ilə kəsişməsində Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar-Lada” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobildə Məhkum ilə birlikdə 2,62 qram, 1,62 qram və 2,21 qram çəkilərdə narkotik vasitə olan qurudulmuş marixuananı və 0,516 qram heroini birlikdə saxlamaqla daşıdıqları zaman avtomaşın polis əməkdaşları tərəfindən saxlanılarkən Məhkum avtomobilin ön sərnişin oturacağından düşüb qaçarkən əlində olan, bir ədəd corabın içərisindəki bir ədəd kibrit qutusunda qablaşdırılmış, 2,62 qram narkotik vasitə qurudulmuş marixuananı hadisə yerində atmış, həmin narkotik vasitə ba xış zamanı hadisə yerindən götürülmüş, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil İmişli Rayon Polis Şöbəsinin duracağına gətirilməklə, 6 avqust 2021-ci il tarixdə saat 1 radələrində orada avtomobilə keçirilən baxış zamanı avtomobilin salonunda ön sərnişin oturacağının alt hissəsindən iki ədəd kibrit qutusunda ayrı-ayrılıqda çəkiləri - 1,62 qram və 2,21 qram olmaqla, 3,83 qram narkotik vasitə qurudulmuş marixuana və kibrit qutularının birinin içərisindən bir ədəd polietilen kəsiyi bükümündə 0,516 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etd irməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Belə ki, Təqsirləndirilən şəxs və Məhkum ifadələrində, onların narkotik vasitələri və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə özlərini təqsirli bilməmələrinə baxmayaraq, həmin narkotik vasitələrinin və psixotrop maddənin külli miqdarda satış məqsədilə əldə etmələri, saxlamaları və daşımaları tam sübuta yetirilmişdir. Hər iki instansiya məhkəmələri əməlin hüquqi tövsifinə dair nəticəyə gələrkən faktiki olaraq yalnız təqsirləndirilən şəxsin qeyd olunan, işin obyektiv hallarına uyğun gəlməyən özünümüdafiə xarakterli ifadələrinə əsaslanmış, işin digər hallarını ümumiyyətlə nəzərə alma mışdır. Hər iki instansiya məhkəmələrinin yekun qərarlarından görünür ki, Təqsirləndirilən şəxs və Aqşin qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq 0,516 qram narkotik vasitə olan heroin və 6,68 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmələri, saxlamaları və daşımaları, həmin marixuananın 0,23 qramını 5 manat pul müqabilində Şahid4 satmaları, 2,62 qramını Məhkum 5 avqust 2021-ci ildə üzərində saxlamaqla Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında daşıması və polis əməkdaşları tərəfindən avtomaşın saxlanılarkən yerə ataraq qaçması, qurudulmuş marixuananın 3,83 qramını və 0,516 qram narkotik vasitə heroini isə Təqsirləndirilən şəxs məxsus avtomaşının salonunda ön sərnişin oturacağının alt hissəsindəki iki ədəd k ibrit qutularında saxlamaları kifayət qədər sübuta yetirilmiş və məhkəmə tərkibində heç şübhə yaratmamışdır. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilən zaman videoçəkilişin dayandırıldığı və bu barədə baxış keçirilməsinə dair protokolda heç bir qeyd aparılmadığı halda, bir müddət sonra yenidən videoçəkiliş aparılmaqla avtomaşına baxış keçirilməsi davam etdirilərkən qaz və əyləc pedallarının alt hissəsində döşəmə üzərinə çəkilmiş örtüyün altından bir bükümdə 8,681 qram psixotrop maddə metamfetamin aşkar olunması məhkəmə kollegiyasında guya şübhə yaratdığından, həmin epizodu sübuta yetirilməmiş kimi qəbul edərək səhv nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası səhvə yol verərək Təqsirləndirilən şəxs məxsus avtomaşında 8,681 qram psixotrop maddənin aşkar olunması ndan əvvəlki baxışın dayandırılması, videoçəkilişdə fasilə verilməsi, videokameranın yaddaşında olan məlumatlara əsasən avtomaşına ikinci videoçəkiliş birinci videoçəkilişdən 2 saatdan çox müddət keçdikdən sonra aparılması, polis şöbəsinin həyətində saxlanılan avtomaşına bir müddət sonra yenidən videoçəkiliş bərpa edilməklə baxış keçirilməsini və bunun müvafiq istintaq hərəkəti protokolunda göstərilməməsini kobud pozuntu kimi qiymətləndirmiş, ona görə də həmin psixotrop maddə metamfetamini cinayət işi üzrə maddi sübut kimi qəbul etməmişdir. Halbuki, nə birinci instansiya, nə də ki apellyasiya instanisya məhkəmələri videoçəkilişlə aparılan baxışında verilmiş fasilə müddətinin müəyyən edilməsi üçün mütəxəssis, ekspertin və hər hansı texniki vasitələrin köməyindən istifadə etməmiş, yalnız öz mülahizəsi əsasında həmin fasilənin iki saatdan çox müddət olması barədə səhv qənaətə gəlmişdir. Beləliklə müəyyən edilmişdir ki, videoçəkilişə fasilə verilməsi mobil telefonun yaddaş və enerji ehtiyatının tükənməsi ilə bağlı olmuş, yəni bilərəkdən deyil, texniki səbəblərdən baş vermiş və məhkəmənin mülahizəsinə əsasən gəldiyi qənaət kimi 2 saat sonra deyil, qısa zaman kəsiyində, texniki problemlər aradan qaldırıldıqdan dərhal sonra davam etdirilmişdir. Baxış zamanı iştirak etmiş avtomobilin sahibi Təqsirləndirilən şəxs və onun müdafiəçisi avtomobilə baxış protokoluna heç bir şikayət, etiraz və ya hər hansı qeyd əlavə etməmiş, yəni müdafiə tərəfi olaraq onlar da baş vermiş fasiləni texniki qüsur kimi qəbul etmişlər. Bundan başqa, hər iki məhkəmə kollegiyası qeyd edilən bu texniki qüsuru tə qsirləndirilən şəxslərin əməllərində CM-in 234.4.3-cü maddəsinin əlamətlərinin olmamasının əsası kimi qiymətləndirmiş, lakin mötəbər sübut olan baxışda iştirak etmiş şəxslərin şahid ifadələrinə heç bir hüquqi qiymət verməmiş, bununla səhv nəticəyə gəlmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Məhkumların müdafiəçiləri Babayeva Xeyransa Qubat qızı və Babayev Çingiz Hamlet oğlu ayrı-ayrılıqda verdikləri, lakin eyni məzmunlu kassasiya şikayətlərini onunla əsaslandırmışlar ki, iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin qərarı prosessual hüquq normalarının kobudcasına pozulması və maddi hüquq normasının təfsirində və tətbiqində səhvə yol verildiyindən, həmçinin, tətbiq edilməli olan hüququn tətbiq edilməməsi nəticəsində iş üzrə düzgün olmayan, qanunsuz və əsassız məhkəmə aktı qəbul etmişdir. Belə ki, təqsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs, onlara qarşı irəli sürülmüş bu ittihamla əlaqədar onlar, bildirmişdirlər ki, özlərini təqsirli bilmirlər və həmin ittihamı tamamilə rədd edirlər, iş üzrə maddi sübut kimi göstərilmiş narkotik maddələrinə isə onların hər-hansı aidiyyəti olmamış, onlara qarşı irəli sürülmüş ittihamın heç bir faktiki və hüquqi əsası olmamışdır. Şahid ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan, Şahid4 onlara narkotik vasitəni Elvin və Aqşin adlı şəxslərdən aldığını bildirməsi barədə ifadəsi, lakin Şahid4 və X-a narkotiki Elvin və Aqşindən alaca ğını demədiyi, Elvinin avtomobilinə əyləşən vaxt Aqşinin avtomaşında olmaması və Elvin avtomaşında tək olmasını göstərməsi Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinin tələbləri baxımından qiymətləndirilməli ittihamın sübut edilməsində istifadə edilməməlidir. Bundan əlavə, kassasiya instansiyası məhkəməsinin diqqətinə iki faktiki halı da çatdırıram ki, həmin hallar ittiham tərəfinin şahidləri olan: Şahid1, Şahid2, Şahid4 və ittiham tərəfinin polis əməkdaşları olan şahidlərinin hazırki cinayət işi üzrə həm ibtidai araşdırma dövründə, həm də birinci instansiya məhkəməsinin məhkəmə istintaqında qeyrisəmimi və qeyri-dəqiq ifadə verdiklərinə əsaslı şübhələr yaradır. İş materiallarında olan “Əməliyyat-axtarış tədirininj keçirilməsi və vətəndaşların şöbəyə gətirilməsi barədə “Protokol”dan görünür ki, Şahid1 İmişli RPŞ-nə xx.xx.2021-ci il tarixdə, saat 21:10-da gətirilmişdir. Ona görə də onun Şahid4 ilə 5 avqust 2021-ci ildə saat 21-22 radələrində bibisi oğlu Şahid2 Habil oğlu ilə İmişli şəhəri, «Trest» deyilən məhəllədə və ya İmişli şəhəri, Melortator məhəlləsində və ya İmişli şəhəri, Şadlinski küçəsində görüşməsi sadəcə zaman-məkan qanunlarına görə mümkün deyildir. İttiham aktının nəticə hissəsində Şahid4lə Təqsirləndirilən şəxs görüşməsi yerinin sonuncu versiyası kimi İmişli şəhəri, A.Şadlinski küçəsi göstərilmişdir. İş materiallarında olan "AZERCELL TELEKOM” MMC-dən məhkəmə qərarı əsasında alınmış daxil olan və xaric olan telefon zəngləri, sms-lər, anten dairələri və abonentlər barədə Çıxarışların içindəki Şahid4 istifadəsində olan 051 ***-**-** mobil telefon nömrəsinin xx.xx.2021-ci il tarixə olan anten dairəsi barədə məlumatlardan görünür ki, Şahid4 xx.xx.2021-ci il tarixdə ən azından saat 20:17-dən-20:26-dək İmişli rayonu, Yalavac kəndi ərazisində olmuşdur, yəni İmişli şəhəri, Meliator qəsəbəsi və ya “Trest” deyilən məhəllədə olmamışdır. İş materiallarında olan "AZERCELL TELEKOM’’ MMC-dən məhkəmə qərarı əsasında alınmış daxil olan və xaric olan telefon zəngləri, sms-lər, anten dairələri və abonentlər barədə Çıxarışların içindəki Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**** mobil telefon nömrəsi və Məhkum istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsi arasında baş vermiş zənglərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən özünün istifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsindən digər təqsirləndirilən şəxs Məhkum is tifadəsində olan 050 ***-**-** mobil telefon nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 21:39:20-də zəng edilmiş və 27 (iyirmi yeddi) saniyə danışıq aparılmışdır və xx.xx.2021-ci il tarixdə saat 22:25:09-da zəng edilmiş və 12 (on iki) saniyə danışıq aparılmışdır Eyni maşında yan-yana əyləşən şəxslərin bir-biri ilə telefonla danışması olmadığı, həmçinin danışan şəxslərin anten dairəsi bəlli olduğundan, Təqsirləndirilən şəxs və Məhkum ittihamda göstərilən vaxtda eyni avtomobildə birlikdə olmadıqlarını təsdiq edən əlavə obyektiv sübutdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsi tərəfindən vətəndaş Məhkum edilməsindən ötrü istinad etdiyi, iş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 5 avqust 2021-ci il tarixli protokol qüvvədə olan qanunvericiliyimizin tələblərinə əsas ən etibarsız hesab edilməsi və ittihamın sübut edilməsində istifadə edilməməlidir, ən azından, o səbəbdən ki, həmin protokolda adları göstərilmiş hər iki hal şahidi: Şahid3 və X7 məhkəmədə ifadə verərək göstərmişlər ki, hər hansı şəxsin üzərində şəxsi axtarışda iştirak etməmişlər. Yalnız avtomaşına baxış keçirilməsində iştirak etmişlər. Eləcə də 5 avqust 2021-ci il tarixli hadisə yerinə, yəni Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin polis əməkdaşları tərəfindən saxlanılması zamanı Məhkum düşüb qaçdığı, İmişli şəhəri, 28 may küçəsində Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun kəsişməsində, İmişli rayonu Yalavac kəndinin ərazisində olan yerə baxış keçirilməsi və bir ədəd corab tayında narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddənin götürülməsi barədə protokolda hal şahidi kimi yazılsalar da, onlar həmin hadisə yerində olmamış və baxış keçirilməsində iştirak etməmişlər. Təqsirləndirilən şəxs “Cinayət törətməkdə şübhəli şəxs qismində tutulması haqqında" protokoldan görünür ki, Təqsirləndirilən şəxs rəsmi qaydada tutulmadan xx.xx.2021-ci il tarixdə, saat 23:00-dan İmişli RPŞ-də qanunsuz və əsassız azadlığı məhdudlaşdırılmış halda məcburi saxlanıldığı halda, Təqsirləndirilən şəxs 6 avqust 2021ci il gecə saat 02:20-də yəni azadlığı faktiki məhdudlaşdırılandan 3 saat 20 dəqiqə sonra tutulub. Təqsirləndirilən şəxs avtomobilinə baxış o, şübhəli şəxs kimi tutulmamışdan əvvəl keçirilmişdir. Onun avtomobilinə baxış keçirilib 6 avqust 2021-ci il tarixdə saat 00:4001:50-də, lakin onu tutublar həmin tarixdə saat 02:20-də. Bu isə o deməkdir ki, onun avtomobilinə baxış keç iriləndən sonra o, şübhəli şəxs kimi tutulmuşdur. Odur ki, qeyd olunanlara əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarı Təqsirləndirilən şəxs və Məhkum aid hissələrdə əsassız və qanunsuz olduğundan ləğv olunmasını və onlara bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, protestdə göstərilən dəlillərin nəzərə alınaraq kassasiya protestinin təmin edilməsini, kassasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi B abayev Çingiz Hamlet oğlu kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətinin təmin edilməsini, Məhkum təqsirsiz elan edilməsini, ona Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə bəraət verilməsini, kassasiya protestinin isə təmin edilməməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Babayeva Xeyransa Qubat qızı kassasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, kassasiya şikayətlərinin təmin edilməsini, kassasiya protestinin isə təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarını n tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin və kassasiya şikayətlərinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiya məhkəməsinin Azərba ycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Təqsirləndirilən şəxs və Məhkum elan olunmuş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin xaric edilməsi barədə nəticəyə gəldiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.1 (məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə), 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Müdafiəçilər kassasiya şikayətlərində apellyasiya instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Təqsirləndirilən şəxs və Məhkum barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə məhkum olunmalarına dair hökmün dəyişdirilmədən saxlanılması barədə qərar çıxardığını iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsaslar Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.6-cı (məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxardıqda) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini və kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət v ə ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Qeyd edilənlərə əsasən müəyyən olunur ki, dövlət ittihamçısı kassasiya protestində və müdafiə tərəfləri kassasiya şikayətlərində kassasiya instansiyası məhkəməsini gətirdiyi faktiki halların mövcud olub-olmamasına münasibət bildirməyə, birinci instansiya və apellyasiya məhkəməsində məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutların məcmusunu yenidən tədqiq etməklə qiymətləndirməyə dəvət edir. Kassasiya protestinin və kassasiya şikayətlərinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxı şının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, məhkəmə kollegiyası kassasiya müraciətlərində irəl i sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələblərin əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və ittiham tərəfinin kassasiya protestində, müdafiə tərəflərinin isə kassasiya şikayətlərində məhkəmə qərarlarının mübahisələndirilməsi üçün gətirdiyi faktiki hallardan çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Göründüyü kimi, kassasiya instansiyası məhkəməsinin hüquq məsələləri üzrə nəticələrə gəlmək üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, aşağı instansiya məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidi r. Çünki, özü bilavasitə sübutları tədqiq edib faktları müəyyən etmək səlahiyyətində olmayan kassasiya instansiyası məhkəməsi yalnız bu məsələlər apellyasiya instansiyası məhkəməsində tam, hərtərəfli və obyektiv yoxlanıldıqda, onların (həqiqiliyi şübhə doğurmayan faktların) üzərində öz mülahizə və nəticələrini qura bilər. Belə mülahizə üçün cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi, və ədalətliliyi prinsipi (CPM, maddə 28), cinayət prosesində tərəflərin çəkişməsi prinsipi (CPM, maddə 32), cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi (CPM, maddə 33), apellyasiya baxışında məhkəmə istintaqının aparılması və sübutların tədqiq edilməsi əsaslarına aid cinayət-prosessual qanunun 392.3, 400.2, 397.3-cü maddələri ilə yanaşı İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu təsbit edən 6-cı maddəsi və onun tətbiqi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin presedent təcrübəsi də əsas yaradır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət-Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsi ndə cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də, sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinin dəlillərinə nəzər yetirərkən, Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyinin əsassız olaraq sübuta yetirilmədiyinə dair dəlillər irəli sürüldüyünü müəyyən edir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət-Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Buna uyğun norma Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsində nəzərdə tutulmuş və göstərilmişdir ki, ittihamın sübut olunmasında yar anan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin yuxarıda göstərilən hər iki normasının həm məzmununa, həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsində göstərilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası CPM-nin 125.2.1 və 125.2.7-ci maddələrində qeyd ol unmuşdur ki, insan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Kassasiya protesti ilə mübahisələndirilən və iş materiallarında olan avtomobilə baxış keçirilməsi haqqında 6 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar Lada” markalı, **-PJ-*** dövlət qeydiyyat nişan lı avtomobilin ön sərnişin oturacağının alt hissəsində iki ədəd kibrit qutusu tapılmış və həmin kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olmuşdur. Kibrit qutusunun birinin içərisində qurudulmuş marixuananın yanında sellofan bükümdə qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar kütlə olmuşdur. Avtomobilə baxış zamanı sürücü oturacağının ön hissəsində avtomobilin salonunda ayaqaltının alt hissəsindən sellofan torbaya bükülmüş bükülü aşkar olunmuş və həmin bükülünün içərisində ağ, kristal dənələr şəkilində psixotrop vasitə olan metafetaminə oxşar kütlə aşkar edilmişdir. Avtomobildən qeyd olunun əşyalardan başqa qadağan olunmuş hər hansı bir əşya aşkar olunmamışdır. Avtomobilə baxışın saat 00.40-da başlaması, 01.50-də başa çatması göstərilmişdir. (protokolda saat və dəqiqəni göstərən rəqəmlər qaralanmış, pozulmuş, yenidən yazılmışdır). Avtomobilə baxış keçirilməsi barədə protokolda baxışda fasilə verilməsi, videoçəkilişin dayandırılması və bir müddət sonra yenidən videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsi barədə heç bir qeydiyyat aparılmamışdır. Avtomobilə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişə nəzər yetirilərkən müəyyən edilmişdir ki, avtomobilə 6 avqust 2021-ci il tarixdə gecə şəraitində mobil telefon vasitəsi ilə süni işıqlandırmadan istifadə edilməklə və mobil telefonla videoçəkiliş aparılmaqla baxış keçirilir. Həmin vaxt avtomobilin bütün hissələrinə, o cümlədən sükanın alt hissəsində əylənc və qaz pedallarının ətrafına baxış keçirilir. Həmin baxış zamanı avtomobilin ön sərnişin oturacağının alt hissəsin də iki ədəd kibrit qutusu aşkar olunur və həmin kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunur. Kibrit qutularından birinin içərisində qurudulmuş marixuananın yanında sellofan bükümdə qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar kütlə də aşkar olunur. Başqa hər hansı maddə aşkar edilmir. Avtomobilə baxış və videoçəkiliş zaman və saat göstərilmədən dayandırılır. Bundan bir müddət sonra avtomobilə videoçəkiliş aparılmaqla baxış davam etdirilir. Yenə də avtomobilin salonunda əvvəlki yerlərə baxılır. Bu dəfə sükanın alt hissəsində əylənc və qaz pedallarının alt hissəsindəki döşəmə üzərindəki örtüyün alt hissəsinə baxılır. Örtüyün alt hissəsindən bir bükümdə metamfetaminə oxşar maddə aşkar olunaraq götürülür. Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham yalnız mötəbərliyi və əsaslılığı şübhə doğuran sübutlar üzərində qurulmuşdur ki, həmin sübutlar bir-birini tamamlamayan ehtimallarla və ziddiyyətlərlə müşaiyət olunmaqla Məhkum və Təqsirləndirilən şəxs təqsirli bilinmələri üçün kifayət etmir. Cinayət prosessual qanunvericiliyə görə hakim cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı olmadığından, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan yuxarıda qeyd olunan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etməklə tamamilə düzgün hüquqi nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya məhkəmə kollegiyası belə qənaətə gə lmişdir ki, ittiham tərəfi Məhkum və Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirliliyini sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericiliyin müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, sübutlar şübhəli və ziddiyyətlidir. Qeyd edilənlərə əsasən Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin elan olunmuş ittihamdan xaric edilməsi cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittiham üzrə təqsirliliyi sübuta yetirilməsinə dair aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Belə ki, cinayət işinin materiallarında olan nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında videoçəkilişdən görünür ki, avtomobildə videoçəkiliş aparılmaqla baxış keçirilmiş, yalnız avtomobilin salonunda ön sərnişin oturacağının alt hissəsindəki iki ədəd kibrit qutularında 3,83 qram narkotik vasitə qurudulmuş marixuana və 0,516 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Lakin, daha sonra baxış keçirilməsinə dair protokolda heç bir qeyd aparılmadan videoçəkiliş dayandırılmış, bir müddət sonra yenidən videoçəkiliş aparılmaqla avtomaşına baxış keçirilərkən qaz və əyləc pedallarının alt hissəsində döşəmə üzərinə çəkilmiş örtüyün altından bir bükümdə 8,681 qram psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Videokameranın yaddaşında olan məlumatlara əsasən nəqliyyat vasitəsinə ikinci videoçəkiliş birinci videoçəkilişdən 2 saat dan çox müddət keçdikdən sonra aparılmışdır. Avtomaşına baxış keçirilməsi barədə protokolda isə baxış keçirilməsinin və videoçəkilişin dayandırılması və bir müddət sonra yenidən videoçəkiliş aprılmaqla baxış keçirilməsi barədə heç bir qeydiyyat aparılmamışdır. O cümlədən, həmin müddətdə avtomobilin polis şöbəsinin həyətində olması da şübhə doğurmur. Həmçinin, birinci instansiya və apelyasiya instansiyası məhkəmələrində, məhkəmə baxışı zamanı tədqiq edilmiş, videoçəkilişdən, videokameranın yaddaşında olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs məxsus avtomobildə ikinci videoçəkiliş 6 avqust 2021-ci il tarixdə saat 03:54-də aparılmışdır. Bu isə ikinci videoçəkilişin protokolda baxışın başa çatmasının qeyd edildiyi saat 01:50-dən 2 saat 4 dəqiqə keçməsindən sonra aparılması deməkdir. Azərbaycan Respublikası CPM-nin 51-ci maddəsinin tələblərinə əsasən prosessual hərəkətlərin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur. Protokola əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır. Odur ki, Təqsirləndirilən şəxs məxsus nəqliyyat vasitəsinə baxış keçirilməsi zamanı qaz və əylənc pedallarının alt hissəsində döşəmə üzərinə çəkilmiş örtüyün altından bir bükümdə 8,681 qram psixotrop maddə metamfetamin aşkar olunması barədə istintaq hərəkətlərinin keçirilməsi zamanı tərtib olunmuş protokolda, aparılmış videoçəkiliş və videokameranın yaddaşında olan məlumatlarda uyğunsuzluq və pozuntular aşkar edildiyindən məhkəmələr tərəfindən haqlı olaraq mötəbər sübut kimi qəbul edilməmiş və bu əsasla Məhkum və Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmələri, saxlamaları və daşımalarının olmaması barədə nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmçinin kassasiya şikayətlərinin dəlillərinə də qiymət verərək müəyyən edir ki, şikayətdə cinayət və cinayət prosessual qanununun normalarına istinad edilsə də, məhkəmə kollegiyasının qənaətinə görə həmin normaların tələbləri pozulmamış, apellyasiya məhkəməsinin qərarı həmin normalarla ziddiyyət təşkil etmir. Kassasiya məhkəmə kollegiyası mə hkum edilmiş şəxslərin müdafiəçiləri tərəfindən verilmiş eyni məzmunlu kassasiya şikayətlərinin məhkumlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə əsassız olaraq təqsirli bilinərək məhkum edilmələrinə dair dəlillərini cinayət işinin materialları ilə müqayisəli təhlil edərək həmin dəlillərin əsassız olması barədə nəticəyə gəlir. Belə ki, İmişli Rayon Polis Şöbəsi rəisinin 5 avqust 2021-ci il tarixli, 18 saylı əmrində göstərilmişdir ki, 5 avqust 2021-ci il tarixdə İmişli rayonu Yalavac kəndində yaşayan Təqsirləndirilən şəxs və İmişli rayonu Göbəktala kəndində yaşayan Məhkum qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuana əldə etmələri və həmin qurudulmuş marixuananı üzərlərində gəzdirmələri barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar əməliyyat q rupu yaradılmışdır. Cinayət işinin materiallarında olan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və vətəndaşların polis şöbəsinə gətirilməsi barədə 5 avqust 2021-ci il tarixli protokoldan görünür ki, İmişli rayonu Yalavac kənd sakini Təqsirləndirilən şəxs və İmişli rayonu Göbəktala kənd sakini Məhkum ətrafında əməliyyat-axtarış tədbirləri keçirilməklə Təqsirləndirilən şəxs ifadə etdiyi **-RJ-*** qeydiyyat nişanlı avtomaşın 5 avqust 2021-ci il tarixdə saat 23 radələrində İmişli şəhəri 28 may küçəsi ilə Ağsa-Kürdəmir-Bəhrəmtəpə yolunun kəsişməsində, Yalavac kəndi ərazisində saxlanılmışdır. Avtomobildə olan sərnişin Məhkum əlindən yerə şübhəli əşya ataraq oradan qaçaraq getmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 5 avqust 2021-ci il tarixli protokoldan gör ünür ki, həmin gün saat 23.05-dən 23.40-dək hadisə yerinə keçirilən baxış zamanı İmişli şəhəri 28 may küçəsi ilə Ağsu-Kürdəmir-Bəhrəmtəpə yolunun kəsişməsində “Khazar-Lada” markalı, **-PJ-*** qeydiyyat nişanlı avtomobilin yolun sağ hərəkət hissəsinə tərəf istiqamətində dayandığı, müvafiq yerin Rəsullu kənd qəbirstanlığının arxası olduğu yulğun kollarının topa halda bitdiyi müşahidə edilmişdir. Avtomobilin yanında Məhkum yerə atdığı 1 ədəd qara rəngli corabın içərisində 1 ədəd kibrit qutusu və həmin qutunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunmuşdur. Həmin kibrit qutusu corabla bir yerdə ekspertiza tədqiqatına göndərilməsi üçün bir ədəd zərfə qoyulmaqla götürülmüşdür. Materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasının 6 avqust 2021 -ci il tarixli, 18/834-18/835 nömrəli rəyindən görünür ki,... 2) Tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs idarə etdiyi..” sözləri və imzalar olan kağız paketdəki: -2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 1,62 qram, 2,21 qram, ümumi təmiz çəkisi 3,83 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuanadır. -1 ədəd sellofan torbacıqda təmiz çəkisi - 8,681 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. -1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,516 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində: «Hadisə yerinə baxış keçirilərkən…» sözləri və imza lar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 2,62 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs avtomobilindən və hadisə yerinə baxış keçirilərkən oradan aşkar edilərək götürülmüş marixuanalar eyni tərkiblidirlər. Cinayət işinin materiallarında olan telefon danışıqları barədə məlumatlardan görünür ki, X1 adına qeydə alınmış 055 697 34 09 nömrəsindən Təqsirləndirilən şəxs adına qeydə alınmış 050 678 73 28 nömrəsinə 26 fevral 2021-ci ildə saat 16:36: 32-də «Elvin dobur koku var, otla deşmey istəyen var», 3 aprel 2021 saat 02:34:06-da «Gəl meni götür, gedəy pati çekey», xx.xx.2021-ci ildə saat 21:29:32-də «Çox....., eybi yox, mene hemin otan bir baş normalı getir pulunu verem, qapıda xahiş edirəm 10 man», xx.xx.2021ci ilə saat 22:55:42-də «Yetim salam şeyə, elin çatmır, pulnan ya barter» xx.xx.2021-ci ildə saat 01:12:42-də “Elvin+ ot+varsa+barter+edey, patıla+ mene+ tez+ he+ yox+ de”, «Elvin nolar pulu verim geley bayakı kimi verecem indi gelirsense viz at, bilim kontur yoxdu, yaxışı ot var dobru de1işey. “Elvin gör çet istəyen var de, mene», xx.xx.2021-ci ildə saat 00:55:48-də «Elvin yaxışı ota elin çatmır, pula lazımdı»,xx.xx.2021-ci ildə «Elvin mene normalnı ot tap onu özü yaxşı olsun, görkemin neyinirəm me» məzmunlu ismaric göndərilmışdır. O cümlədən, X4 adına qeydə alınmış 050 715 96 07 nömrəsindən Təqsirləndirilən şəxs adına qeydə alınmış 050 678 73 28 nömrəsinə xx.xx.2020-ci ildə saat 1 9:47:47-də “ Qaqa bu gün gelmişem, inan alaha aqrıdan ölrem, imkan varsa 3 tuş nəşə tapa bilmesen imkan dairesinde” məzmunlu ismaric göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat 03:28:47-də X2 adına qeydə alınmış ********* nömrəsindən Məhkum adına qeydə alınmış ********* nömrəsinə “Meni yix pati var verecem sene işim var senen vacibdi” məzmunlu ismaric göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat 13:30:02-də Məhkum adına qeydə alınmış ********* nömrəsindən X1 adına qeydə alınmış ********** nömrəsinə “Rayondan cixdim mene pati ver” məzmunlu ismaric göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat 13:30:25, Məhkum adına qeydə alınmış ********** nömrəsindən X2 adına qeydə alınmış ********** nömrəsinə “Pati var” məzmunlu ismaric göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat 22:43:19-də X2 adı na qeydə alınmış ********** nömrəsindən Məhkum adına qeydə alınmış ********** nömrəsinə “Pati+versem+otnan+dayşa+bilisan” məzmunlu ismaric göndərilmişdir. xx.xx.2021-ci il tarixdə saat 02:07:18-də Məhkum adına qeydə alınmış ********** nömrəsindən X2 adına qeydə alınmış ********** nömrəsinə “Sagol nergiz menim pulumu xaşdadirib meni lomkada qoydun bele varyadara el atmisan vallah ayibdi bu eledikin hereket yere goye sigasi deyil ayibdi” məzmunlu ismaric göndərilmişdir. X2 adına qeydə alınmış ********** nömrəsindən Məhkum adına qeydə alınmış ********** nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 18:08:51də “Salam kotur yoxdu yari pati istiyen olsa mene xaber el başa donum”, xx.xx.2021-ci il tarixdə saat 21:38:38-də “Yetim bu mene pul gondarmadi ozum bu daqa olurem ayaxlarim oldurur meni”, xx.xx. 2021-ci il tarixdə saat 23:11:12-də “Nuldun balam pati vardi ?”, xx.xx.2021-ci il tarixdə saat 20:00:39-də “Akşin ayxun atinda olum bir cikan pati tapa bilirsen olurem bu daqa azuru cekim”, xx.xx.2021-ci il tarixdə saat 02:00:04-də “Yarim p lazmdi meni yix”, xx.xx.2021-ci il tarixdə saat 21:19:07-də “Gozde resdayam adam var yanimda danişa bilmirem hel edirem danişram”, xx.xx.2021-ci il tarixdə saat 21:38:39-də “Depdayam danişram koku yoxdu heckimda bayax vardi istemedin dayan bir neferde var onu hel edirik goturum gelem yixacam seni” xx.xx.2021-ci il tarixdə saat, 23:48:51-də “Akşin coldase xeber ele birda 10 manatix bidana cet var istesen xeber ele coldesenese de”, xx.xx.2021-ci il tarixdə saat 15:29:13-də “Akşin doburur 10 verim gel gotur bu peser deyir ya pul ya mali ver pul vermeliyem mene komey el”məzmunlu ismarıclar göndərilmişdir. Məhkum adına qeydə alınmış ********** nömrəsindən X2 adına qeydə alınmış ********** nömrəsinə xx.xx.2021-ci il tarixdə saat 21:41:50-da “olurem tez gel rayondayam”, xx.xx.2021-ci il tarixdə saat 21:47:20-də “Alinsa 2 ikisin gotur qurban olum” məzmunlu ismaric göndərilmişdir. Həmçinin diskə baxış zamanı müəyyən edilmişdir ki, Məhkum adına qeydə alınmış 050 454 16 17 nömrəsindən Şahid4 adına qeydə alınmış 051 413 16 03 nömrəsinə xx.xx.2021-ci ildə saat 22:45:45- də zəng edib 87 saniyə, xx.xx.2021-ci ildə saat 16:13:46da isə zəng edilmiş və 28 saniyə danışmışdır. Bu da Məhkum Şahid4 tanımaması barəsində ifadəsində göstərilənlərin yalan olmasını göstərir. Qeyd edilənlənlərə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən Təqsirləndirilən ş əxs və Məhkum əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə tövsif edilərək təqsirli bilinmələri şahidlərin ifadələri, istintaq hərəkətlərinin keçirilməsi barədə protokollar, telefon danışıqları barədə məlumatlar, habelə cinayət işinin materiallarında olan mötəbər digər sübutlarla tam təsdiqini tapmış, həmçinin cinayət-prosessual qanunun normalarının tələblərinə uyğun olmuşdur. Belə ki, məhkəmə kollegiyası hesab edir ki, Məhkum və Təqsirləndirilən şəxs onlara hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin razılaşdığı), cinayət əməlini törətmələrini təsdiq edən sübutlar birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mü mkünlüyü və mötəbərliyi təkzib olunmayan sübutların məcmusuna istinad edilmiş, apellyasiya şikayətlərinə və apelyasiya protestinə baxılması zamanı isə apellyasiya məhkəməsi müdafiə tərəfin şikayətlərinin dəlillərinə (onların üzərində qurulmuş iddialara) hüquqi qiymət verərək və CPM-nin 121, 323-cü maddələrin tələblərinə riayət edərək cinayət təqibi ilə bağlı olan bütün məsələlərin hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün əhəmiyyətli ola biləcək halların araşdırılması məqsədilə qaldırılmış vəsatətlərə baxaraq müdafiə tərəflərinin hüquqlarının pozulmasına səbəb olan pozuntulara yol vermədiyi üçün kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Cinayət-prosessual qanunve riciliyinin, o cümlədən Azərbaycan Respublikası CPM-in 21, 28, 33 və 353.2.2-ci maddələrinin tələblərindən göründüyü kimi, cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarının mülahizələrə əsaslana bilməsinin istisna edilməsi və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunması tələbində təsbit olunmuşdur. Eyni zamanda, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət mühakimə icraatını həyata keçirərkən cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirsinlər. Nəticə olaraq, qanunverici məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutların və onun tərəfindən digər sübutların rədd edilməsi motivlərinin göstərilməsi tələbini müəyyən etmişdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişd ir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı m addələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri də apellyasiya mə hkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısı və müdafiə tərəfləri apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni mübahisələndirərkən sübutların məcmusundan çıxış etməmiş, məhkəmənin deyil, məhz onların mövqeyi cinayət mühakimə icraatının əsas prinsip və şərtləri, sübutlar və sübutetməyə dair cinayət-prosessual normaların tələbləri ilə uzlaşmır. Azərbaycan Respublikası CPM-nin 146.1-ci maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Kassasiya prot estində və kassasiya şikayətlərində apellyasiya məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiya mə hkəməsinin qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikləri barədə yekun nəticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, bu barədə kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri isə əsassızdır. Göstərilənl əri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti, məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Babayeva Xeyransa Qubat qızı və Məhkum müdafiəçisi Babayev Çingiz Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmənin hökm və ya qərarını dəyişikliksiz, kassasiya şikayətini və ya kassasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul etməyə haqlıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Babayeva Xeyransa Qubat qızı və Məhkum müdafiəçisi Babayev Çingiz Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23 yanvar 2023-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətlərinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1805/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-1805/2023
03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver