Məhkəmə qərarları › İş №1(102)-1805/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1805/2024

15.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1805/2024 15.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli, 1(106)-173/2024 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Biləsuvar Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli, 1(022)-177/2023 nömrəli qərarı ilə (sədrlik edən hakim R.Ə.Əliyev ) xxxxx il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 2 uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, x qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmışdır. xxxxx il tarixdə Biləsuvar rayonu, Ağayrı kəndində anadan olmuş, Azərba ycan Respublikası vətəndaşı, boşanmış, himayəsində 2 azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, Biləsuvar Rayon Məhkəməsinin 06 aprel 2022-ci il tarixli, 1(022)-29/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, qazancından 10 faiz dövlət nəfinə tutulmaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, x qeydiyyatda olan və həmin ünvanda yaşamış, hazırda cəza çəkən Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtda n hesablanmışdır. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxslər Məhkum1 və Məhkum2, həmçinin Zərərçəkmiş şəxs2 apellyasiya şikayətləri, dövlət ittihamçısı Hacıyev Elşad Əlibaba oğlu isə apellyasiya protesti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarı ilə (hakim E.İ.Əliyev sədrliyi, hakimlər M.Ə.Bağırov və İ.H.Əhmədovdan ibarət tərkibdə) məhkum edilmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Biləsuvar Rayon Məhkəməsinin 28 noyabr 2023-cü il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya ş ikayətinə münasibətdə dəyişdirilmiş, Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 07 mart 2024-cü il tarixdən hesablanmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən verilmiş ittihama əsasən Məhkum1 02 mart 2023-cü il tarixdə saat 14 radələrində xx.xx.2022-ci il tarixli Biləsuvar Rayon Məhkəməsinin Qətnaməsinin icrası ilə bağlı, yəni qardaşı Məhkum2 övladları xun və Könül Qurbanlının anası Zərərçəkmiş şəx s1 verilməsi üçün Biləsuvar İcra Probasiya Şöbəsinin əməkdaşlarının dəvəti ilə Biləsuvar Rayon Məhkəməsinin inzibati binasının qarşısına gəldikdən sonra qardaşı Məhkum2 ilə bir qrup şəxs halında, ünvan 2 ünvanında yerləşən Biləsuvar Tarix-Diyarşünaslıq muzeyinin qarşısında, ictimai yerdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydanı kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək Məhkum2 heç bir əsaslı səbəb olmadan keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 qucağında olan oğlu x almaq bəhanəsi ilə onunla mübahisə edib ucadan nalayiq ifadələrlə təhqir etmiş, daha sonra hə min mübahisəni davam etdirərək insanların çox olduğu yerdə Zərərçəkmiş şəxs1 üzərinə hücum edib sifət nahiyəsinə bir-iki dəfə sillə ilə vuraraq yerə yıxdıqdan sonra onu yerdə sürüyərək sağ diz oynağının sıyrıqları, sağ diz oynağının yumşaq toxumalarının əziyi, sağ diz oynağında travmadan sonra qalıq əlamətləri, nisbi funksiya pozğunluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 hadisə yerindən uzaqlaşmaq istəyən zaman o, qardaşı Məhkum2 keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs1 qucağında olan qardaşı oğlu xu almağı bəhanə edərək Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir edərək mübahisə etmiş, mübahisə zamanı sonuncunun üzəri nə hücum edərək kürəyindən itələmiş və sol gicgah nahiyyəsinə bir dəfə yumruqla vurub ona başın sol gicgah nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Məhkum2 xuliqanlıq hərəkətlərini davam etdirib silah qismində əşyadan istifadə etməklə onun qanunsuz hərəkətlərini mobil telefonla videosunu çəkmək istəyərək qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs2 hücum edərək sifətinin sağ nahiyyəsinə və sağ qoluna əlində olan, istintaqa məlum olmayan dəmir parçası ilə bir dəfə vurmaqla ona hər iki gözaltı nahiyədə qançır, burun nahiyəsinin sıyrığı, sağ bazu oynağının qançırı və sağ qulaq keçəcəyinin sıyrığı ilə nəticələnən sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilməyən və dodaq nahiyəsinin əzilm iş yarası, şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, daha sonra Zərərçəkmiş şəxs2 yerdə olan zaman onun baş və sifət nahiyəsinə bir neçə dəfə təpiklə döyməklə ona sol gicgah və ənsə nahiyəsinin dərialtı hematomaları, qançırı, sol göz almasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, Məhkum1 dava-dalaş vaxtı Zərərçəkmiş şəxs2 bud və xaya nahiyəsinə bir neçə dəfə təpiklə vuraraq sol baldır nahiyəsinin əzilmiş yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, xaya və sol bud nahiyəsinin şişkinlikləri ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək öz hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri etmişdir. Göstərilənlərə əsasən Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə məhkəməyə verilmişdir. Məhkum2 02 mart 2023-cü il tarixdə, saat 14 radələrində 11 oktyabr 2022-ci il tarixli Biləsuvar Rayon Məhkəməsinin qətnaməsinin icrası ilə bağlı, yəni uşaqları X3 və X5 anası Zərərçəkmiş şəxs1 verilməsi üçün Biləsuvar rayon İcra və Probasiya Şöbəsinin əməkdaşlarının dəvəti ilə Biləsuvar Rayon Məhkəməsinin inzibatı binasının qarşısına gəldikdən sonra qardaşı Məhkum1 ilə bir qrup şəxs halında, ünvan 4 ünvanında yerləşən Biləsuvar Tarix-Diyarşünaslıq muzeyinin qarşısında, ictimai ye rdə olan zaman cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələr ilə, əxlaq normaları ilə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarını, yəni ictimai qaydam kobud surətdə pozub, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib mənəviyyat normalarına qarşı saymamazlıq edərək, heç bir əsaslı səbəb olmadan keçmiş arvadı Zərərçəkmiş şəxs1 qucağında olan oğlu Məhkum2 almaq bəhanəsi ilə sonuncu ilə mübahisə edib, onu ucadan nalayiq ifadələrlə təhqir etmiş, daha sonra həmin mübahisəni davam etdirərək insanların çox olduğu yerdə Zərərçəkmiş şəxs1 üzərinə hücum edib sifət nahiyəsinə bir-iki dəfə sillə ilə vuraraq, yerə yıxdıqdan sonra onu yerdə sürüyərək sağ diz oynağının sıyrıqları, sağ diz oynağının yumşaq toxumalarının əziyi, sağ diz oynağında tr avmadan sonra qalıq əlamətləri, nisbi funksiya pozğunluğu ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən zərərçəkmış şəxsin sağlamlığına yüngül zərər vurmuş, daha sonra Zərərçəkmiş şəxs1 hadisə yerindən uzaqlaşmaq istəyən zaman Məhkum1 qardaşı Məhkum2 keçmiş arvadı Zərərçəkmiş şəxs1 qucağında olan qardaşı oğlu Məhkum2 almağı bəhanə edərək, Zərərçəkmiş şəxs1 heç bir əsaslı səbəb olmadan ucadan nalayiq ifadələrlə təhqir edərək mübahisə etmiş, mübahisə zamanı sonuncunun üzərinə hücum edərək kürəyindən itələmiş və sol gicgah nahiyyəsinə bir dəfə yumruqla vurub ona başın sol gicgah nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirmiş, bundan sonra Məhkum2 xuliqanlıq hərəkətlərinə davam et dirib silah qismində əşyadan istifadə etməklə onun qanunsuz hərəkətlərini mobil telefon vasitəsi ilə videosunu çəkmək istəyərək, qarşısını almağa cəhd edən Zərərçəkmiş şəxs2 hücum edərək, sifətinin sağ nahiyyəsinə və sağ qoluna əlində olan istintaqa məlum olmayan dəmir parçası ilə bir dəfə vurmaqla ona hər iki gözaltı nahiyədə qançır, burun nahiyəsinin sıyrığı, sağ bazu oynağının qançırı və sağ qulaq keçəcəyinin sıyrığı ilə nəticələnən sağlamlığa zərər vurmayan olduqları üçün dərəcələri təyin edilməyən və dodaq nahiyəsinin əzilmiş yarası, şişkinliyi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, daha sonra Zərərçəkmiş şəxs2 yerdə olan zaman onun baş və sifət nahiyəsinə bir neçə dəfə təpiklə vuraraq döyməklə ona sol gicgah və ənsə nahiyəsinin dərialtı hematomaları, qançırı, sol göz almasına qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuş, Məhkum1 isə dava-dalaş vaxtı Zərərçəkmiş şəxs2 bud və xaya nahiyəsinə bir neçə dəfə təpiklə vuraraq, sol baldır nahiyəsinin əzilmiş yarası ilə nəticələnən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, xaya və sol bud nahiyəsinin şişkinlikləri ilə nəticələnən dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, öz hərəkətləri ilə ictimai qaydanın pozulmasının qarşısına alan şəxsə qarşı müqavimət göstərməklə, 10-15 dəqiqə ərzində ətrafda olan şəxslərin narahatlığına səbəb olan xuliqanlıq hərəkətləri elmişdir. Göstərilənlərə əsasən Məhkum2 Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkəməyə verilmişdir. Biləsuvar Rayon Məhkəməsi tərəfindən Məhkum2 xuliqanlıq əməlini törədərkən silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməsinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib həmin məhkumun əməlini Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 221.2.1 və 221.2.2-ci maddələrinə tövsif edilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş qərəzli xuliqanlıq cinayətini törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq sübutları tədqiq edib-qiymətlən dirməklə işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum2 cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 221.2.1 və 221.2.2-ci maddələrinə dəyişmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin nəticə ilə razılaşmaqla eyni pozuntuları təkrarlamışdır. Protest müəllifi həmçinin kassasiya müraciətində apellyasiya instansiyası məhkəməsinin əsassız olaraq bir sıra halları (hər iki məhkuma münasibətdə himayəsində azyaşlı uşaqların olması) Məhkum2 və Məhkum1 cəzalarını yüngülləşdirən hallar kimi qiymətləndirdiyini, onların məsuliyyətini yüngülləşdirən halları düzgün nəzərə almadığını, məhkumlar tərəfindən zərərçəkmiş şəxslərlə barışığın əldə olunmamasını qeyd edərək, nəticədə həmin şəxslərə əsassız olaraq yüngül c əzanın təyin edildiyini bildirmişidir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsasla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyə tlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haq lıdır. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum2 əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən 221.2.1 və 221.2.2ci maddələrinə dəyişdirildiyini, həmçinin ona və digər Məhkum1 yüngül cəza təyin edildiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından s əlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələblə ri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digə r hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum 2 ona birinci instansiya məhkəməsinin hökmü ilə isnad edilən, apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı hazırki qərarın “İşin halları” bölməsində təsvir edilmiş cinayətkar hərəkətləri törətməsi, müvafiq olaraq da onun əməlində Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş xuliqanlıq (bir qrup şəxs tərəfindən və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı) cinayətinin tərkibinin olması, onun həmin maddələr ilə təqsirliliyi birinci instansiya məhkəməsində keçirilən məhkəmə baxışının, habelə apellyasiya instansiyası məhkəməsində aparılmış qismən məhkəmə istintaqının gedişində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkün və mötəbər sübutların məcmusu ilə müəyyən edilmişdir. Birinci və apellyasiya instansiyası məhkəmələrinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr cinayət prosesi tərəflərinin iddialarının, bu iddialarla əlaqəli olan işin hallarının obyektiv araşdırılmasına, CPM-in 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual normaların düzgün təfsirinə əsaslandığından, dövlət ittihamçısının kassasiya protestində (apellyasiya protesti ilə birə bir olan kassasiya müraciətində) isə məhkəmələrin gəldikləri nəticələri təkzib edə biləcək dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum2 cinayət əməllərinin faktiki məzmunu, əməlinin Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə tövsif edilməsi, onun bu maddələrlə təqsirli bilinmə sini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür (sübutlar hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında ətraflı təsvir edilib, müdafiə və ittiham tərəflərinin dəlilləri ilə müqayisə edilməklə həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, məhkəmə kollegiyası hazırki qərarda sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür). Belə olan halda dövlət ittihamçısının məhkəmələr tərəfindən sübutların cinayətprosessual qanunun 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilibqiymətləndirilməməsi, məhkəmələrin sübutların yolverilməzliyi üzrə nəticələrinin düzgün olmaması, Məhkum2 əməlini Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə düzgün tövsif etməməsi haqqında mülahi zələri və müvafiq olaraq onun kassasiya müraciəti əsaslı sayıla bilməz. Dövlət ittihamçısının Məhkum1 barəsində birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş, apellyasiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılan azadlığın məhdudlaşdırılması cəzasının, həmçinin Məhkum2 apellyasiya məhkəməsi tərəfindən təyin olunmuş 01 il müddətə azadlıqdan məhrum etmə cəzanın həddindən artıq yüngül cəza olmasına dair kassasiya protestində istinad etmiş olduğu dəlillərə gəldikdə, kollegiya müraciətin bu hissəsi ilə də razılaşmaq üçün əsas tapmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür. Və məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Cinayət Məcəlləsinin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri məqbul hesab edilə bilər. Dövlət ittihamçısının istinad etdiyi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası məzmunca CPM-in 399.1.5, 404cü maddələrində göstərilən əsa slardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (belə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin CPM-in 399.1.5, 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir. Hətta, kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi n əzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir. Lakin, kassasiya protestində irəli sürülmüş dəlillərə baxdıqda, bu dəlillərin Məhkum1 və Məhkum2 təyin olunmuş cəzaların açıq-aydın yüngül olmasına dəlalət etmədikləri müəyyən olunur. Belə ki, Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilindikləri cinayət əməlləri – bir qrup şəxs tərəfindən ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə qarşı müqavimət göstərməklə törədilmiş xuliqanlıq Cinayət Məcəlləsinin 15.3-cü maddəsində az ağır cinayətlər kimi təsbit edilmişdir. Həmin maddələrin sanksiyasında aşağı həddi 1 il olmaqla yuxarı həddi isə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, eyni zamanda azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza növü olan islah işləri (iki ilədək müddətə) və ya azadlığın məhdudlaşdırılması cəzası (üç ilədək müddətə) nəzərdə tutulmuşdur. Məhkum1 CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası, yəni sanksiya daxilində cəza təyin edilmişdir. Məhkum2 isə CM-in 221.2.1 və 221.2.2-ci maddələri ilə sanksiyaların ən ağır cəza növündə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Baxılan işdə məhkəmələr tərəfindən Məhkum1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş, onun himayəsində 2 azyaşlı uşaqlarının olması (elektron məhkəmə informasiya sistemindən sorğu əsasında əldə olunmuş elektron məlumatla təsdiq olunur) və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi sonuncunun cəzasının yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Qeyd olunan hallardan “cinayəti törətmiş şəxsin himayəsində azyaşlı uşaqlarının olması” Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsində birbaşa nəzərdə tutulmuş və bu üzdən məhkəmə tərəfindən mütləq şəkildə qəbul edilməli olan cəzanı yüngülləşdirən haldır. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, təqsirkar şəxsin i lk dəfə cinayət məsuliyyətinə cəlb olunması onu kriminal meyilli, əvvəllər məhkum olunmuş və yaxud cinayətə görə özünü məzəmmət etməyən şəxslərdən fərqləndirmək üçün ağlabatan əsaslardır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsi isə məhkəmələrə belə halı, onun CM-in 59.1.1-59.1.14-cü maddələrində birbaşa qeyd olunmamasına baxmayaraq, cəzanı yüngülləşdirən hallar qismində nəzərə almağa hüquq verir. Müəyyən edilmiş həmin hallar müvafiq sübutlara əsaslandığından, məhkəmələrin onları cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaları qanunsuz və əsassız nəticə kimi qiymətləndirilə bilməz. Məhkəmələrin baxılan işdə cəzanı ağırlaşdıran halların olmamasına (hər iki məhkuma münasibətdə) dair qənaətləri də işin həqiqi hallarına və qanuna əsaslanan nəticədir. Çünki, baxılan işdə Cinayət Məcəlləsinin 61-ci maddəsinin müddəaları ilə uyğunluq təşkil edən (bu maddədə müəyyən edilmiş cəzanı ağırlaşdıran halların dairəsinə düşən) heç bir hal müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, qanunverici məhz dövlət ittihamçısının istinad etdiyi - cinayətin xarakteri, ictimai-təhlükəliliyi, obyektin xüsusiyyətləri və s. əlamətlərə görə CM-in sözügedən maddələrin sanksiyasını cinayət qanununda təsbit edilən qaydada müəyyən etdiyindən, o cümlədən CM-in 221.2.1 və 221.2.2-ci maddələrində göstərilən cinayəti törətmiş şəxslərə nəinki azadlığın məhdudlaşdırılması cəzasını, hətta ondan yüngül cəzanın da (islah işləri) təyin edilməsini mümkün bildiyindən, kassasiya protestində istinad edilmiş bu hal məhkumun məsuliyyətinin ağırlaşdırılmasının əsası kimi çıxış edə bilməz. Məhkum2 təyin olunmuş cəza məsələsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum2 cəzasının növünü dəyişərək ona azadlıqdan məhrum etmə cəzası təyin edərkən cəzanı yüngülləşdirən (himayəsində iki azyaşlı uşaqlarının olmasını və həmin uşaqları təkbaşına böyütməsini CM-in 59.1.4-cü maddəsinin tələblərinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirib) və ağırlaşdıran (olmaması) hallarla bağlı qənaəti ilə yanaşı Məhkum2 törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini (Məhkum1 fərqli olaraq Məhkum2 CM-in 128-ci maddəsi ilə əvvəllər məhkum olunmasını, bundan nəticə çıxarmayaq daha ağır cinayət törətməsini), təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini də nəzərə almış, bütün bunl ara görə Məhkum2 barəsində 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunmasının mümkün olduğunu əsaslandırmışdır. Təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum2 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayətə görə apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin olunmuş cəza Azərbaycan Respublikası CM-in 58-ci maddəsində təsbit edilən cəzanın təyin edilməsinin ümumi əsasları haqqında tələblərə, cəzanın məqsədlərinə (CM, maddə 41), Cinayət Məcəlləsinin prinsiplərinə, o cümlədən təqsirə görə məsuliyyət (CM, maddə 7), ədalət (maddə 8) və humanizm (maddə 9) prinsiplərinə cavab verən cəza tədbiridir. Kassasiya protestində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyas ı həmçinin qeyd etməyi lazım bilir ki, cinayət törətmiş şəxs barəsində daha sərt cəza tədbirinin seçilməsinin zəruriliyi o halda nəzərdən keçirilə bilər ki, iş üzrə hansısa cəzanı ağırlaşdıran hal cəza təyin edən məhkəmə tərəfindən nəzərə alınmamış olsun, yaxud da məhkəmənin istinad edərək cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirdiyi hallar şəxsin törətdiyi cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan və bilavasitə cinayət törətmiş şəxsin özünün şəxsiyyətini səciyyələndirən hallara aid olmasın. Protestin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı həmin protestdə bu məsələlərlə bağlı heç bir dəlil irəli sürməmiş və hər hansı əsaslandırma aparmamışdır Odur ki, kollegiya apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumlara yüngül cəza təyin olunmasına dair dövlət ittihamçıs ının iddiası ilə razılaşmır, bu səbəbdən də müəyyən edilmiş işin hallarını şübhə altına almaq üçün əsas görmür. Qeyd olunanlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilmədiyini, yəni kassasiya protesti ilə əlaqədar apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməməsi haqqında Məhkum1, kassasiya protestinin təmin edilməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum1 və Məhkum2 barələrində olan 07 mart 2024-cü il tarixli, 1(106)-173/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilməsin. Məhkum1 və Məhkum2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1 və 221.2.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 07 mart 2024-cü il tarixli, 1(106)-173/2024 nömrəli qərarı dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar