Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1806/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(103)-1137/2021 nömrəli qərarından Məhkum müd afiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları 1.Məhkum xx xxx 1982-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, S.Rüstəm küçəsi, ev 10, mənzil 27-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamşdır. 2.Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli,1(101)-344/2021 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətinə və CM-nin 234.4.1 və 234.4. 3-cü maddələri ilə 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Məhkum təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 3.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. 4.Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 06 06 avqust 2021-ci il tarixli, 1(103)-1137/2021 nömrəli qərarı ilə məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 aprel 2021-ci il tarixli, 1(101)-344/2021 nömrəli hökmü ləğv edilərək Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkum əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin tərkibi olmadığından ona həmin maddə ilə bəraət verilmişdir.
5. Hazırda.Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir.
6. İş kassasiya instansiya məhkəməsində baxılanadək, Məhkum cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edib, müdafiəçisi tər əfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. II. Hüquqi məsələlər
7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.
8. Məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edi lən müddəalarına əsaslanmaqla Məhkum kassasiya şikayətinin geri götürülməsi barədə verdiyi ərizəsi ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeyini nəzərə alıb və həmin ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizə təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(103)-1137/2021 nömrəli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum ərizəsi təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 avqust 2021-ci il tarixli, 1(103)-1137/2021 nömrəli qərarından Məhkum müdafiəçis i Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.