Məhkəmə qərarları › İş №1(102)-1806/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1806/2024

06.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1806/2024 06.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 fevral tarixli 1(106)-193/2024 nömrəli qərarından məhkum X2 m üdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-801/2023 saylı, 18 dekabr 2023-cü il tarixli hökmü (sədrlik edən Cavid Səfərli, hakimlər Cəlil Nəbiyev və Müşviq Məmmədovdan ibarət tərkibdə) ilə xx xxxxxx 1991 -ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Lənkəran şəhəri Fizuli küçəsi, dalan 2 ev 1-də qeydiyyatında olmaqla yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən X3 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı 12 iyun 2023-cü ildən hesablanmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-801/2023 saylı, 18 dekabr 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkumin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 fevral tarixli 1(106)-193/2024 nö mrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmədən, Məhkum CM-in 234.4.1, 234.4.2, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-801/2023 saylı, 18 dekabr 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 fevral tarixli 1(106)-193/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 kassasiya şikayəti vermişdir. Kassasiya şikayətlnə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 6 sentyabr 2024-cü il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəməyə ərizə göndərərk kassasiya şikayətinin geri götürdüyünü bildirmişdir. Kassasiya kollegiyası ka ssasiya şikayətinin geri qaytarılması barədə Məhkum ərizəsini nəzərə alaraq və dövlət ittihamının məhkəmə çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti geri qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin yuxarıda göstərilən normalara uyğun götürüldüyünü nəzərə alaraq hesab edir ki, həmin kass asiya şikayəti geri qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 29 fevral tarixli 1(106)-193/2024 nömrəli qərarından məhkum X2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti məhkumun müraciətinə əsasən geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar