Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1807/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, məhkum X9nun müdafiəçiləri vəkil İsmayılov Samir Bəyistan oğlu və Orucov Vüsal Əkbər oğlunun və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1 və 228.1-ci naddələri ilə təqsirli bilinib məhkum olunmuş X9 barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu və məhkumun müdafiəçisi-vəkil İsmayılov Samir Bəyistan oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü ilə (hakimlər N.T.Əliyev (sədrlik edən və məruzəçi), D.H.İmanov və M.Ə.Bağırovdan ibarət tərkibdə) X9 - 04 may 1959-cu ildə Tovuz rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, Tovuz rayonunun Yanıqlı kəndində qeydiyyatda olmaqla orada yaşamış Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən təyin olunmuş cəzaları qismən topla maq yolu ilə X9 qəti olaraq 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – 13 sentyabr 2019-cu il tarixdən hesablanması hökm edilmişdir. İşin halları: X9 Tovuz rayonunun Yanıqlı kəndi ərazisində faktiki sahibi olduğu «Su səsi» istirahət kompleksinin və tərkibində olan iki ədəd mövsümi çimərlik hovuzunun qanunsuz inşa edilməsi, həmin kompleksin istifadəsində zərərli tullantı sularının axıdılaraq rayon mərkəzinin və digər yaşayış məntəqələrinin içməli su təchizatını təmin edən Zəyəm çayının suyunu çirkləndirməsi, vergiləri ödəməkdən yayınması və digər qanunsuzluql ara yol verməsi barədə Tovuz şəhərində müstəqil hüquq müdafiə fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ayrı-ayrı dövlət orqanlarına çoxsaylı əsassız şikayətlərini dayandırmaq müqabilində 10.000 manat məbləğində pul tələb etməsi, aparılmış yoxlamalarla qanunsuzluq faktlarının təsdiqini tapmadığına baxmayaraq, tələb etdiyi pulu verməyəcəyi təqdirdə həmin istirahət kompleksini istənilən yolla sökdürəcəyi ilə bağlı çoxsaylı hədələri səbəbindən aralarında 2019-cu ilin aprel ayından davam edən şəxsi münaqişə ilə əlaqədar onu qisas zəminində qəsdən həyatdan məhrum etmək məqsədi ilə əvvəlcədən qanunsuz olaraq əldə edib, yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki evində saxladığı atəşə yararlı yivli odlu silah olan «Makarov» konstruksiyalı, «PM» modelli, CK 5069 nömrəli tapançanı və 4 ədədi sil ahın sandıqcasında, 16 ədədi kağız qutuda olmaqla həmin silaha aid 20 ədəd 9 mm çaplı patronlardan ibarət istifadəyə yararlı döyüş sursatını yaşadığı kənddən üzərində daşıyaraq 13 sentyabr 2019-cu il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən, giriş qapısı birbaşa küçəyə açılan 1 otaqdan ibarət hüquq məsləhətxanasına gəlib otaqda tək olmaqla masa arxasında oturmuş Zərərçəkmiş şəxs yaxınlaşmadan gödəkcəsinin cibində olan həmin tapançadan sandıqcasında olan patronların sayına görə ardıcıl 4 dəfə atəş açıb ona qəsdən qarın və qoltuqaltı nahiyyələrdən daxilə nüfuz edən 4 ədəd güllənin təsirindən döş qəfəsinin sağ yan səthinin və qarın boşluğunun ön və sağ yan səthinin, qara ciyərin sağ payının, sağ böyrəyin aşağı qütbünün, nazik və yoğun bağars aqların müsariqələrinin zədələnməsi ilə müşayiət olunan ağır bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Hökmdən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: T.A.Muxtarov (sədrlik edən və məruzəçi), Ç.B.Məmmədov və S.B.Hüseynovdan ibarət tərkibdə) apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2021ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarından dövlət ittihamçı sı Rəşad Alıkişiyev tərəfindən kassasiya protesti, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu və məhkumun müdafiəçisi-vəkil İsmayılov Samir Bəyistan oğlu tərəfindən kassasiya şikayətləri verilmişdir. Kassasiya protestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestində göstərilmişdir ki, birinci instansiya məhkəməsi Məhkumə əsassız olaraq yüngül cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını göstərsə də, faktiki olaraq buna əməl etməmiş, cəza təyini zamanı onun odlu silahdan istifadə etməklə qəsdən başqasını həyatdan məhrum etməsi kimi ağır nəticəyə səbəb olan cinayətlərin məcmusu üzrə təqsirləndirilməsini nəzərə almamış, apelly asiya instansiyası məhkəməsi həmin mövqe ilə eynilə razılaşaraq qərarda ona uyğun əsaslandırma aparmışdır. Məhkəmə istintaqı nəticəsində müəyyən olunaraq məhkəmənin hökmündə də öz təsdiqini tapan həmin hallar Məhkum tərəfindən törədilən cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin yüksək olmasına dəlalət edərək ona yüngül cəza təyin edilməsini deyil, məhz maddələrin sanksiyası həddində olmaqla cinayətlərin məcmusu üzrə daha ağır cəza təyin edilməsinə, işin halları nəzərə alınaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsinin mümkün olmamasına baxmayaraq məhkəmə bunun əksinə Məhkumə qəti olaraq 10 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin etməyi məqsədəuyğun hesab etmişdir. Təqsirləndirilən şəxs Məhkum tərəfindən törədilən cinayətlərin biri ağır, digəri az ağır cinayətlər kateqoriyasına aid olmaqla qeyd edilən əməllər subyektiv cəhətdən yalnız birbaşa qəsdlə törədilir. Cinayətin subyekti CM-in 120-ci maddəsinə münasibətdə 14, CMin 228-ci maddəsinə münasibətdə isə 16 yaşına çatmış, anlaqlı fiziki şəxs hesab edilir. Azərbaycan Respublikası CM-in 120-ci maddəsinə münasibətdə cinayətin obyekti insan həyatı və sağlamlığını təmin edən ictimai münasibətlərdir. CM-in 228-ci münasibətdə cinayətin obyekti ictimai təhlükəsizlik üzrə münasibətlərdir. Qəsdən adam öldürmə cinayəti maddi, odlu silahı qanunsuz əldə edib saxlama cinayəti isə formal tərkibli cinayətdir. Hər iki əmələ münasibətdə Məhkumin cinayətin törədilməsində birbaşa iştirakı, yəni cinayətin icraçısı olması əməlin ictimai təhlükəliliyinə dəlalət edən hallardandır. Bundan başqa, təqsirlənd irilən şəxsin törətdiyi əməllərin ictimai təhlükəliliyini artıran digər hal qəsdən adam öldürmə cinayətinin odlu silahdan istifadə edilməklə törədilməsidir ki, məhkəmə həmin halı Məhkumin cəzasını ağırlaşdıran hal kimi qəbul etmiş, lakin cəza təyin edərkən həmin halı nəzərə almamışdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, CM-nin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boynuna almasını, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, asayiş yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını X9nun cəzasını yüngüll əşdirən hallar kimi nəzərə almış, cinayətin törədilməsində odlu silahdan istifadə etməsini isə CM-in 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alıb bu əsasla Məhkumin barəsində CM-in 60-cı maddəsini tətbiq etmədiyini göstərsə də, reallıqda nəzərə almamış, təqsirləndirilən şəxsə CM-in 60-cı maddəsinin tətbiqi ilə təyin ediləcək cəzadan da yüngül cəza təyin etmişdir. Məhkəmə istintaqdan fərqli olaraq cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini Məhkumin cəzasını yüngülləşdirən hal kimi qəbul etsə də, həmin halın nədən ibarət olması, zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin nədən ibarət olmasını hökmündə göstərməmiş, Məhkumin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının, əməlindən peşman olmasının nədən ibarət olmasını hökmünd ə əsaslandırmamışdır. Sadalananlara baxmayaraq, məhkəmə Məhkumə əsassız olaraq yüngül cəza təyin etmiş, təyin etdiyi cəzanı hökmündə əsaslandırmamış, odlu silahdan istifadə etməklə özgəni həyatdan məhrum etmiş və odlu silahı qanunsuz əldə etməklə saxlamış şəxsə ittiham olunduğu maddələrin sanksiyasının aşağı həddində cəza təyin etməsinin motivlərini əsaslandıra bilməmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən zərərçəkmiş şəxsin hüquqi varisi ilə Məhkumin münasibətlərinə düzgün qiymət verməmiş, hüquqi varisin ondan şikayətçi olmaqla barəsində ağır cəza təyin edilməsindən ibarət mövqeyini nəzərə almamışdır. Odur ki, qeyd ounanları nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarını ləğv edərək işin apellyasiya instansiya məhkəməsində y eni baxışa təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti ilə oxşar məzmunlu kassasiya şikayəti verərək bildirmişdir ki, məhkəmə məhkuma cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərini və Plenum qərarının tövsiyələrini nəzərə almamış, başqa şəxsi xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməklə xüsusilə ağır cinayət törətmiş Məhkum barəsində onun şəxsiyyətinə və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan həddə cəza təyin etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-c i il tarixli qərarının ləğv edilərək X9na təqsirli bilindiyi CM-nin 120.1 və 228.1-ci maddələri ilə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi-vəkil İsmayılov Samir Bəyistan oğlu kassasiya şikayəti verərək bildirmişdir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində iş üzrə çoxsaylı qanun pozuntularına yol verilmişdir. Birinci instansiya məhkəməsində yol verilmiş qanun pozuntularını apellyasiya şikayətlərində ətraflı qeyd etsələr də təssüf ki, apellyasiya məhkəməsi qeyd etdikləri arqumentlər üzrə heç bir araşdırma aparmamış və qəbul edilmiş qərarda bunlara münasibət bildirilməmişdir. İş üzrə ibtidai istintaq zamanı müdafiə tərəfinin vəsatətinə əsasən məhkəməpsixoloji ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyy ə Nazirliyi Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi tərəfindən 30 dekabr 2019-cu il tarixli 2509 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəmə-psixolji ekspertizasının rəyi verilmişdir. Qeyd edilən rəyə əsasən “X9nun intelektual-mnestik imkanları normaya uyğundur. Qıcığa qarşı həssaslıq, tez təsirlənmək, özünə qarşı hörmət tələb etmək, emosionallıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir, X9 cinayət hadisəsini törədərkən keçirdiyi emosional hal Zərərçəkmiş şəxs ona qarşı etdiyi, qərarın təsviri hissəsində göstərilən hərəkətlər nəticəsində yarana bilərdi. X9 cinayət hadisəsini törədərkən fizioloji affekt halında (qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində) olmamışdır”. Məhkəmə-psixolji ekspertizasının müvafiq səlahiyyəti olmayan qurum tərəfindən keçirildiyi, həmçinin rəy veri lərkən iş üzrə mövcud olan hallar (təqsirləndirilən şəxsin və şahidlərin ifadələri) olduğu kimi deyil, fərqli formada təqdim edildiyi üçün məhkəmə istintaqı zamanı müdafiə tərəfi iş üzrə təkrar məhkəmə-psixoloji ekspertizası təyin edilməsi barədə vəsatət vermiş, lakin, məhkəmə əsassız olaraq vəsatəti rədd etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 03 dekabr 2019cu il tarixli 2509 nömrəli rəyinə əsasən X9 əvvəllər onda biruzə verən depressiv pozuntu ilə əlaqədar ambulator qaydada müalicələr qəbul etmiş, hal-hazırda da onda yüngül ifadə olunan depressiv vəziyyət müəyyən edilir. X9nda müəyyən edilən yüngül ifadə olunan depressiv vəziyyət ilə əlaqədar o, ittiham olunan əməl dövr ündə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam dərk etmək və onları tam idarə etmək iqtidarında olmamışdır. Göstərilənlərlə əlaqədar yoxlanılan şəxs Azərbaycan Respublikası CM-nin 22.1 -ci maddəsinin təsiri altına düşür. Göründüyü kimi iş üzrə məhkəmə-psixoloji ekspertizasının rəyi verilərkən həm təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadəsi (istintaq zamanı verilmiş əlavə ifadələr), həm də iş üzrə şahidlərin ifadələri nəzərə alınmamışdır. Hadisə baş verərkən şəxsin psixolji vəziyyətinə obyektiv qiymət verilməsi üçün həmin ifadələrin, həmçinin şəxsin Azərbaycan Respublikası CM- nin 22.1-ci maddəsinin təsiri altına düşməsi mütləq nəzərə alınmalı idi. Lakin, qeyd edilən hallar nəzərə alınmadan səlahiyyəti olmayan təşkilat tərəfindən səhti və qeyri-obyektiv rəy veril mişdir. Birinci instansiya məhkəməsi məhkəmə istintaqı zamanı müəyyən edilmiş qeyd edilən halları nəzərə alaraq təkrar məhkəmə-psixoloji ekspertizası təyin edərək ekspertizanın aparılmasını Ədliyyə Naziliyi Məhkəmə Ekspertiza Mərkəzinin Psixoloji Ekspertizalar şöbəsinə həvalə etməli olduğu halda təəssüf ki, bu barədə müdafiə tərəfinin vəsatətini əsassız olaraq rədd etmiş, apellyasiya məhkəməsi də qeyd edilən əsassız yanaşmaya münasibətdə öz münasibətini belə bildirməmişdir. Həmçinin şikayət müəllifi qeyd edir ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs problemli insan olmuş, çoxsaylı şəxslərlə münaqişəyə girmiş, hətta xuliqanlıq cinayətinə görə əvvəllər məhkum edilmişdir. Hüquqşünas kimi qərb zonasında çoxsaylı insanlara hədə-qorxu gələrək şantajlar etmiş, bununla bağlı KİV-lərdə məqalə lər də olmuşdur. İş materiallarında da bu barədə çoxsaylı şəxslərin ərizə, şikayət və məktubları mövcuddur. Hazırki iş üzrə də Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı etdiyi hədəqorxu ilə tələb etməyə görə cinayət işinin materiallarından onun barəsində cinayət işi ayrılmışdır. Məhkumə elan edilmiş ittihamın məzmunundan da görünür ki, Zərərçəkmiş şəxs hədə-qroxu gələrək onun barəsində çoxsaylı əsassız şikayətlər yazmışdır. Qeyd edilən hallar yüngülləşdirici hal kimi birinci instansiya məhkəməsi tərəfindən də qəbul edilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, CM-nin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu ola n şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boyununa almasını, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını X9nun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Zərərçəkmiş şəxsdən fərqli olaraq təqsirləndirilən şəxs Məhkum bu yaşına kimi daim cəmiyyət içərisində xeyirxah və alicənab insan kimi tanınmış, Birinci Qarabağ savaşı zamanı ordumuza çoxsaylı maddi yardımlar etmiş, İkinci Qarabağ savaşı zamanı da həbsdə ola-ola “YAŞAT” fonduna xeyli məbləğdə pul köçürmüşdür. Yerli əhalinin ehtiyacı olan təbəqəsinə əlindən gələn qədər daim yardım etmişdir. Hazırki iş materiallarının bir cildindən çoxu müxtəlif şəxslərin Məhkumi müsbət, xeyirxah insa n kimi xarakterizə edən məktublarından ibarətdir. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, belə bir insan bu yaşda ona elan edilmiş ittiham üzrə cinayət əməlini törədə bilməzdi. İşin halları ilə tam təsdiq edilir ki, Məhkum zərərçəkmiş şəxsin uzun sürən hədə-qorxuları, əxlaqsız hərəkətləri nəticəsində ağır psixoloji travma almış, hadisədən bilavasitə öncə baş vermiş təhqir və əxlaqızlıq isə hadisəni tətikləyən səbəb olmuş, Məhkum baş verənlərin şokunda, qəfələtən baş vermiş ruhi həyacan vəziyyətində qeyd edilən əməli törətmişdir. Hazırki işin faktiki hallarından göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış, məhkəmənin gəldiyi nəticələr işin faktiki hallarına uyğun deyil, cinayət qanunu norması dü zgün tətbiq edilməmiş və təyin edilmiş cəza cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun deyil. Apellyasiya Məhkəməsi qeyd edilən çoxsaylı qanun pozuntularını görməzdən gələrək əsassız olaraq şikayəti təmin etməmiş və birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiya məhkəməsi irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etmiş, CPM-nin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməmiş, təqsirləndirilən şəxsin təkrar məhkəmə-psixoloji ekspertizasının keçirilməsini təyin etməmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarix li qərarının ləğv edilməsini, şikayətin əsasladırıcı hissəsində göstərilən arqumentlər əsasında X9na Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlinin həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin və kassasiya protestinin dəlillərini müzakirə edib, müdafiə tərəfinin kassasiya şikayətinin təmin edilməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə məhkumun müdafiəçilərinin, müdafiə tərəfinin kassasiya şikayətinin təmin edilməməsi, zərərçəkmiş şəxsin hüquqi varisinin kassa siya şikayətinin və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsinin çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyas ı məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə və kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, cinayət işinin materialları və X9nun psixoloji durumu onu deməyə əsas verir ki, belə bir insan bu yaşda ona elan edilmiş ittiham üzrə cinayət əməlini törədə bilməzdi. İşin halları ilə t am təsdiq edilir ki, Məhkum zərərçəkmiş şəxsin uzun sürən hədə-qorxuları, əxlaqsız hərəkətləri nəticəsində ağır psixoloji travma almış, hadisədən bilavasitə öncə baş vermiş təhqir və əxlaqsızlıq isə hadisəni tətikləyən səbəb olmuş, Məhkum baş verənlərin şokunda, qəfələtən baş vermiş ruhi həyacan vəziyyətində qeyd edilən əməli törətmişdir. Odur ki, qeyd olunanları nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsini, şikayətin əsasladırıcı hissəsində göstərilən arqumentlər əsasında X9na Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə əməlinin həmin Məcəllənin 122.1-ci maddəsinə tövsif edilməsi və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə cəza təyin edilməsi barəd ə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işinin materiallarından müəyyən edilir ki, mhəkum X9 mərhum Zərərçəkmiş şəxs işlədiyi hüquq məsləhətxanasına gələrkən onu qisas zəminində qəsdən həyatdan məhrum etmək məqsədi ilə əvvəlcədən qanunsuz olaraq əldə edib, yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki evində saxladığı atəşə yararlı yivli odlu silah olan «Makarov» konstruksiyalı, «PM» modelli, CK 5069 nömrəli tapançanı və 4 ədədi silahın sandıqcasında, 16 ədədi kağız qutuda olmaqla həmin silaha aid 20 ədəd 9 mm çaplı patronlardan ibarət istifadəyə yararlı döyüş sursatını yaşadığı kənddən üzərində daşıyaraq 13 sentyabr 2019-cu il tarixdə saat 09 radələrində Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən, giriş qapısı birbaşa küçəyə açılan 1 otaqdan ibarət hüquq məslə hətxanasına gəlmiş və cinayət əməlini törətmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında göstərilmişdir ki, CM-nin 122.1-ci maddəsinin dispozisiyasına görə zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təhqir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində qəflətən baş vermiş güclü ruhi həyəcan (affekt) vəziyyətində qəsdən adam öldürmə həmin maddə ilə məsuliyyətə səbəb olur. Şəxsin əməlinin CM-in 122-ci maddəsi ilə tövsif edilməsi üçün güclü ruhi həyəcan vəziyyəti qəflətən yaranmalıdır. Güclü ruhi həyəcan vəziyyətinin qəflətən yaranması dedikdə, zərərçəkmiş şəxs tərəfindən edilən zorakılıq, ağır təh qir və ya sair qanunsuz və ya əxlaqsız hərəkətlər (hərəkətsizlik) nəticəsində, habelə zərərçəkmiş şəxsin mütəmadi qanunsuz və ya əxlaqsız davranışı ilə əlaqədar yaranmış uzun sürən dözülməz psixi şərait nəticəsində təqsirkarda zərərçəkmiş şəxsi öldürmək hissinin müəyyən müddətdən sonra deyil, dərhal əmələ gəlməsi başa düşülür. Başqa sözlə, zərərçəkmiş şəxsin qətlə yetirilməsi ilə güclü ruhi həyəcan vəziyyətinin yarandığı an arasında müəyyən zaman fasiləsi keçməməlidir. Əgər güclü ruhi həyəcan vəziyyətinin yaranması anından müəyyən müddət keçmişdirsə, bu halda zərərçəkmiş şəxsin qətlə yetirilməsi, bir qayda olaraq əməlin qisas motivi ilə adam öldürmə kimi tövsif edilməsinə əsas verir. Lakin hazırki işin hallarından görünür ki, X9 hadisədən əvvəl Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən, hüquq məsləhətxanasına gələrkən hazırlıqlı olmuş, yəni qanunsuz hərəkətləri ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs qisas almaq, onu öldürmək niyyətində olmuş, üzərində əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi qanunla qadağan edilmiş, cinayət məsuliyyətinə səbəb olan atəşə yararlı yivli odlu silah olan «Makarov» konstruksiyalı, «PM» modelli, CK 5069 nömrəli tapançanı və həmin silaha aid 20 ədəd 9 mm çaplı patronlardan ibarət istifadəyə yararlı döyüş sursatını yaşadığı kənddən üzərində daşıyaraq Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən, giriş qapısı birbaşa küçəyə açılan 1 otaqdan ibarət hüquq məsləhətxanasına gəlib otaqda tək olmaqla masa arxasında oturmuş Zərərçəkmiş şəxs yaxınlaşmadan gödəkcəsini n cibində olan həmin tapançadan sandıqcasında olan patronların sayına görə ardıcıl 4 dəfə atəş açıb Zərərçəkmiş şəxs qəsdən öldürmüşdür. Məhkum tapançanın sandıqcasına öncədən 4 ədəd patron yerləşdirməsi artıq onun Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən hüquq məsləhətxanasına gələrkən Zərərçəkmiş şəxs öldürmək niyyətində olmasını bir daha təsdiq edir. Apelyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, Tovuz şəhərində müstəqil hüquq müdafiə fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs ayrı-ayrı dövlət orqanlarına çoxsaylı əsassız şikayətlərini dayandırmaq müqabilində 10.000 manat məbləğində pul tələb etməsi, aparılmış yoxlamalarla qanunsuzluq faktlarının təsdiqini tapmadığına baxmayaraq, tələb etdiyi pulu verməyəcəyi təqdirdə həmin istirahət kompleksini istənilən yol la sökdürəcəyi ilə bağlı çoxsaylı hədələri səbəbindən aralarında 2019-cu ilin aprel ayından davam edən şəxsi münaqişə ilə əlaqədar Zərərçəkmiş şəxs fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən, giriş qapısı birbaşa küçəyə açılan 1 otaqdan ibarət hüquq məsləhətxanasına gələrkən üzərində əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanılması, daşınması və ya gəzdirilməsi qanunla qadağan edilmiş, cinayət məsuliyyətinə səbəb olan atəşə yararlı yivli odlu silah olan «Makarov» konstruksiyalı, «PM» modelli, CK 5069 nömrəli tapançanı və həmin silaha aid 20 ədəd 9 mm çaplı patronlardan ibarət istifadəyə yararlı döyüş sursatını daşıması, tapançanın sandıqcasına öncədən 4 ədəd patron yerləşdirməsi məhkumun artıq hüquq məsləhətxanasına Zərərçəkmiş şəxs qisas zəminində qəsdən həyatdan məhrum et mək niyyəti ilə gəldiyini təsdiq edir. Ona görə də, məhkəmə kollegiyası Məhkumin əməlinin CM-in 122.1-ci maddəsinə tövsif edilməsinə dair müdafiə tərəfinin dəlillərini əsaslı hesab etmir və bu barədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməlin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarındakı mövqeyi də hazırki iş üzrə məhkəmənin mövqeyi ilə üst-üstə düşür. Belə ki, həmin qərarın 2-ci bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiya sı (məsələn, həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayət işinin materialları ona dəlalət edir ki, baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış, birinci instansiya məhkəməsi tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş, hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunamamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və yekun n əticə CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Beləliklə apelyasiya məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq X9nun əməlini Azərbaycan Respublikası CM-in 120.1 və 228.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının gəldiyi bu nəticələrlə razılaşaraq qeyd edir ki, müdafiə tərəfinin kassasiya şikayətində göstərdiyi, müdafiə tərəfinin apellyasiya şikayətindəki dəlillərlə eyni məzmunlu dəlillər əsassız hesab edilməklə təmin edilməməlidir. Məh kum X9nun cinayət əməllərinin Azərbaycan Respublikası CM-in 120.1 və 228.1-ci maddələri ilə tövsif etməsinə dair Gəncə Ağır Cinayətlər Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmünün həmin hissəsinin dəyişdirilmədən saxlanması barədə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarı da dəyişdirilmədən saxlanmalıdır. Lakin məhkəmə kollegiyası məhkum X9na təyin edilmiş cəzanın müddəti ilə bağlı birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Dövlət ittihamçısının kassasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri də bu barədədir. Birinci instansiya məhkəməsinin hökmünün X9na təyin edilmiş cəzanın müddəti ilə bağlı hissəsinə hüquqi qiymət verər kən apellyasiya məhkəmə kollegiyası göstərmişdir ki, birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə CM-in 59.1.8-ci maddəsinə əsasən cinayətin zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törədilməsini, CM-nin 59.1.9-cu maddəsinə əsasən cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini, CM-nin 59.1.10-cu maddəsinə əsasən şəxsin könüllü gəlib təqsirini boyununa almasını, CM-in 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını X9nun cəzasını yüngülləşdirən hallar kimi, X9nun cinayətin törədilməsində odlu silahdan istifadə etməsini CM-nin 61.1.10-cu maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi, habelə törətdiyi cinayətin xarakterini, ictimai təh lükəlilik dərəcəsini nəzərə almış, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə ümumilikdə cəzanın növü və həddi ilə bağlı tələbləri mümkün olan həddə gözləmişdir. Təyin edilmiş cəza işin hallarına və məhkumun şəxsiyyətinə uyğundur, cəzanın məqsədlərini təmin edir. Məhkuma təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının həddinin artırılması üçün qanuni əsaslar yoxdur. Dövlət ittihamçısı protestdə yüngülləşdirici halların sübutlarla təsdiq edilmədiyini göstərir. Məhkəmə kollegiyası tərəfindən bu yüngülləşdirici hallar cinayət işinin materialları əsasında yenidən yoxlanılmış və müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin əsaslandığı bütün yüngülləşdirici hallara dair konkret və mötəbər sübutlar mövcuddur və bunu nla bağlı apellyasiya protestinin dəlilləri əsassız olmaqla formal mülahizələrdən ibarətdir. Ali Məhkəmənin Cinayət Kollegiyası qeyd edir ki, X9na təyin edilmiş cəzanın müddəti ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır, kassasiya protestinin və zərər çəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu apellyasiya protestinin və zərərçəkmiş şəxsin hüquqi varisin apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verilmədiyi nəticəsinə gəlir. Belə ki, məhkəmə kollegiyası cəza təyini məsələsinə qiymət verərəkən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halı sadalamaqla həmin halların təyini edilmiş cəzanın həddini müəyyən edərkən nəzərə alındığını əsaslandırmamışdır. X9nun əvvəllər məhkum olunmamasının, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasının onun törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyinə təsirinin nədən ibarət olması, bu halların və onun əməlindən peşman olmasının konkret olaraq nədə ifadə olunması məhkəmələrin qərarlarında şərh edilməmişdir. Cinayət işinin materiallarında X9nun əməlindən peşiman olmasına dair sübutlar müəyyən edilməmişdir. Bu kateqoriya işlər üzrə cəza təyin edilməsinin məhkəmə təcrübəsi nəzərə alınmamışdır. Məhkəmə qərarlarında məhkuma təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddində cəza təyin edilməsi, daha çox zərərçəkmiş şəxsin hadisəyə qədərki davranışı ilə əlaqələndirilmişdir. Nəzərə alınmamışdır ki, cəzanın məqsədi, cinayət əməli zərərçəkmiş şəxsin qanun suz hərəkətlərinin təsiri altında törədilsə də, cinayət əməlini törətmiş məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaqdır. Bundan başqa apellyasiya məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, X9 cinayət əməlini qabaqcadan hazırlaşmaqla, artıq hüquq məsləhətxanasına Zərərçəkmiş şəxs qisas zəminində qəsdən həyatdan məhrum etmək niyyəti ilə gəlməklə törətmişdir. Cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən və cəza təyini zamanı bu hal nəzərə alınmamışdır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində təsbit edilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 5 8.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilən maddi hüquq normalarının mənasına əsasən cəza təyini zamanı təkcə cəzanı yüngülləşdirən hallar deyil, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, X9na cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən cəzanı ağırlaşdıran hal cəzanı yüngülləşdirən hallarla eyni dərəcədə nəzərə alınmamış və cəzanın Məhkumin islah olunacağına təsiri, cəzanın digər məqsədlərinə cavab verməsi düzgün qiymətləndirilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, müdafiə tərəfinin kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayəti əsaslı olduğundan və Azərbaycan Respublikası CPM-nin 416.1.21-cı maddəsində nəzərdə tut ulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən təmin edilərək qərar ləğv edilməli və cinayət işi yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: X9nun müdafiəçisi-vəkil İsmayılov Samir Bəyistan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi Rəfiyev Şahin Hamlet oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. X9nun Azərbaycan Respublikası CM-in 120.1 və 228.1-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 iyul 2021-ci il tarixli qərarı kassasiya protestinə və zərərçəkmiş şəxsin hüquqi varisinin kassasiya şikayətinə münasibətdə ləğv edilsin və iş həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-1807/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-1807/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver