Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1807/2022 28.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3 və Məhkum müdafiəçisi Müdafiəçi3nın iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 mart 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2022-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: Məmmədov Əli İrfan oğlunun sədrliyi, X5 və X1 ibarət tərkibdə) 5 mart 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Bakı şəhəri, Səbail rayonu, A.İsmayılov küçəsi, dalan 1, ev 4, mənzil 14-də qeydiyyatda olub Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi, "Melissa Park” yaşayış kompleksi, ev 92A, mənzil 85də yaşamış Məhkum Azərbaycan Respu blikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona həmin maddələr üzrə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməklə cəzanın əvvəlinin onun tutulduğu vaxtdan, yəni 17 avqust 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə) 12 may 2022-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 1(101)-394/2022 saylı hökmü dəyişdirilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 mart 2022-ci il tarixli, 1(101)-394/2022 saylı hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qaldırılmış, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təxminən 2021-ci ilin avqust ayının əvvəllərində qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə etmə, saxlama və daşima niyyəti ilə şəxsiyyəti istintaqa məlum olmayan "Mahmud” adlı İran İslam Resp ublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi niyyətə uyğun olaraq "Mahmud” adlı şəxsin qanunsuz olaraq satış məqsədi ilə istintaqla müəyyən edilməsi mümkün olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda əldə edərək istintaqla müəyyən olunmayan qaydada Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsində yerləşən "Melissa Park” yaşayış kompleksinin arxasında əvvəlcədən təyin edilmiş yerdə, yəni daşın altında yerləşdirdiyi külli miqdarda, təmiz çəkisi 489,443 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və təmiz çəkisi 55,570 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasit ə qurudulmuş marixuananı 14 avqust 2021-ci il tarixdə həmin yerdən götürüb əldə edərək sonradan "Mahmud” adlı şəxsin tapşırığına əsasən 1.000 manat gəlir əldə edəcəyi şərti ilə sonuncunun deyəcəyi yerə qoymaq üçün satış məqsədilə daşıyaraq yaşadığı Baki şəhəri, Yasamal rayonu, H.ünvan 1, mənzil 85-də yerləşən evin yataq otağında taxta konstruksiyalı dolabın içərisində saxlamış, 17 avqust 2021-ci il tarixdə axşam saatlarında istintaqa məlum olmayan şəxslərə satmaq niyyəti ilə "Mahmud” adlı şəxsin deyəcəyi yerə qoymaq üçün həmin psixotrop maddə metamfetaminin təmiz çəkisi 54,443 qram olan hissəsini 1 (bir) ədəd bükümdə ayırıb əynində olan göy rəngli şalvarın sağ yan cibinə qoyaraq özü ilə daşımış, həmin gün saat 18:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklər lə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 1 ünvanının yaxınlığında saxlanılaraq ünvan 2 yerləşən Baş İdarənin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən külli miqdarda, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 54,443 qram olan ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan sonra keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin gün saat 21:30 radələrində Məhkum yaşadığı ünvana baxış keçirilərkən mənzilin yataq otağında olan taxta konstruksiyalı dolabın içərisində saxladığı 1 (bir) ədəd sellofan bağlamada olan 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 235,0 qram və 200,0 qram olmaqla, ümumi təmiz çəkisi 435,0 qram təşkil edən ağ rəngli kristallik formada kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 55,570 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərmişdir ki, məhkəmənin hökmdə gəldiyi nəticələr cinayət işinin materiallarına, məhkəmədə toplanmış sübutların məcmusuna uyğun deyildir və məhkəmə Məhkum qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 maddəsi ilə təqsirli bilib cəzaya məhkum etmişdir. Cinayət işinin materiallarından və məhkəmədə toplanmış sübutların məcmuundan görünür ki, Məhkum narkotik vasitələrin satışı ilə məşğul olmasına dair iş materiallarında heç bir sübut yoxdur, belə bir sübut məhkəmədə də əldə edilməmişdir. Belə ki, məhkəmə hökmdə təqsirləndirilən şəxs Məhkum ibtidai istintaq zamanı verdiyi ifadəsində İran İslam Respublikasının vətəndaşı olan “Mahmud” adlı şəxslə narkotik vasitələrlə bağlı razılaşması, sonuncudan narkotik vasitə və psixotrop maddələr alması, “Mahmud” adlı şəxsin tapşırığına əsasən narkotik vasitə və psixotrop maddələri lazımı şəxslərə çatdıracağı, bunun müqabilində “Mahmud” adlı şəxsdən “kuryerlik” funksiyasına görə 1.000 manat pul alacağı barədə ətraflı şəkildə məlumat versə də, məhkəmə istintaqında sər bəst şəkildə vermiş olduğu ifadəsində göstərilən hallan bütövlükdə, ələlxüsus “Mahmud” adlı şəxsi tanıdığını inkar edərək heç vaxt heç kimə narkotik vasitə və psixotrop maddə çatdırmadığını və satmadığını, onun evindən yalnız 75 (yetmiş beş) qram çəkidə narkotik vasitə qurudulmuş marixuananın aşkar olunduğunu, külli miqdarda psixotrop maddə metamfetaminin polis əməkdaşları tərəfindən onun kirayədə yaşadığı mənzilə qoyulduğunu, polislərin təzyiqi nəticəsində ibtidai istintaq zamanı etirafedici ifadə verməyə məcbur olduğunu bildirməsinə və məhkəmə istintaqında verdiyi ifadəsinin təsdiqi kimi həmin vaxt onun mənzilinə kirayədə yaşadığı mənzilin yerləşdiyi binanın komendantının gəldiyinə istinad etməsinə istinad etmiş və məhkəmə istintaqında müdafiə tərəfin təqsirləndirilən şəxsin iddia etdiyi hallarla bağlı komendantın əlavə şahid qismində dindirilməsi üçün şərait yaradılsa da, müdafiə tərəfi məhkəmə iclasında əlavə şahid qismində dindirilməsi üçün komendantın iştirakını təmin etməməsini, habelə təqsirləndirilən şəxsin kirayədə yaşamış mənzilin yerləşdiyi binanın komendantının şəxsiyyəti barədə məhkəməyə dəqiq məlumat verməməsini, göstərilənlərlə bağlı məhkəməyə heç bir sübut təqdim etməməsinə əsaslanaraq məhkəmədə təqsirləndirilən şəxsin komendantla bağlı iddia etdiyi halı araşdırmaq mümkün olmaması qənaətinə gəlmişdir. Məhkəmə nədənsə təqsirləndirilən şəxsin həbsdə olmaqla müdafiə imkanının məhdud olmasına əhəmiyyət verməmiş, binanın komendantını tapıb dindirilməsində və binada olan kamera qeydlərinin olub-olmamasına əhəmiyyət verməmiş, kamera olduğu təqdirdə həmin qeydləri tələb etməmişdir, məhkəmə ancaq bununla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş və ittihamda maraqlı olan polis əməkdaşları təqsirləndirilən şəxs Məhkum ifadəsində göstərdiyi bütün halları, o cümlədən onların komendantın “köməyindən” istifadə edərək Məhkum yaşadığı mənzilə gedərək orada Məhkum tutulmasını təkzib etməsinə istinad edərək hüquqlarını müdafiə etdiyi şəxsin barəsində əsassız hökm çıxarmışdır. Məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ibtidai istintaq zamanı vermiş olduğu ifadədən tamamilə fərqli məzmunda ifadə verməklə əsl həqiqəti gizlətmək, qanunsuz əməllərinə haqq qazandırmaq, polis adma ləkə salmaq, eləcə də cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Buradan da görünür ki, məhkəmə polis işçilərinin əməlləri nə haqq qazandırmaq üçün təqsirləndirilən şəxsin qanunla qorunan mənafeyinə ziyan vürulmasma əhəmiyyət belə verməmişdir. Cinayət işindəki sübutlara istinad edərək müdafiə tərəfi hesab edir ki, Bakı Apellyasiya məhkəməsinin qərarı düzgün tövsif edilməməsinə görə ədalətsizdir, maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edilmiş, işin faktiki hallarına düzgün təqsirləndirilən şəxs əsassız və qanunsuz olaraq ağır cinayətdə məhkum etmişdir. Müdafiəçi kassasiya şikayətində Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 mart 2022-ci il tarixli hökmü və Bakı Apellyasiya məhkəməsinin Məhkum barəsindəki xx.xx.2022-ci il tarixli qərarının dəyişdirilməsi, onun əməlinin Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1 -ci maddəsinə əsasən tövsif olunmaqla ona cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin d əlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkə məsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yox layıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digər inə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Kassasiya şikayətində Məhkum əməlinin hüquqi tövsifi mübahisələndirilməklə onun əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilmə si xahiş olunur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi barədə yekun nəticənin əsaslı olması qənaətinə gələrkən ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda təkrarlamağı zəruri hesab etməsə də, bəzi xüsusatların qeyd edilməsi qənaətindədir. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum təqsiri şahidlərin ifadələri, ekspert rəyləri və tədqiq olunmuş sübutlarla təsdiq olunaraq, birinci instansiya məhkəməsində tam, hərtərəfli və obyektiv araşdır ılmış və mənbəyinin mötəbərliyi məhkəmə kollegiyasında heç bir şübhə doğurmayan bu sübutlar əsasında birinci instansiya məhkəməsi Məhkum, ona ittiham olunmuş cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməlini Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı kassasiya məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı na Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddədə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəh ətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edil miş 17 avqust 2021- ci il tarixli raportdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1, mənzil 85də yaşayan Məhkum qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin vasitə və maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan (cild 1, iş vərəqə 6-7) görünür ki, Məhkum ətrafında təxirəsalınmaz əməliyyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan gör ünür ki, Məhkum üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilərək götürülmüşdür. Metamfetaminə oxşar kütlənin çəkisi qablaşdırma ilə birlikdə 55 qram olmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 avqust 2021-ci il tarixli mənzilə baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Məhkum yaşadığı mənzilə baxış keçirilən zaman o, yatağ otağında olan dolabın içərisindən 1 (bir) ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Torbanın içərisindən 2 (iki) ədəd bükümdə ağ rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar vasitə, 1 (bir) ədəd bükümdə yaşıl rəngli, narkotik vasitə qurud ulmuş marixuanaya oxşar kütlə və 1 (bir) ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan sonra psixotrop maddə metamfetaminə və narkotik vasitə marixuanaya oxşar kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə psixotrop maddə metamfetaminə oxşar kütlənin çəkisi 448 qram, narkotik vasitə marixuanaya oxşar kütlənin çəkisi isə 57 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3554 nömrəli rəyindən görünür ki, üzərində “Məhkum üzərindən aşkar olunan” sözləri və imzalar qeyd olunmuş 1 (bir) ədəd kağız paketdə 1 (bir) ədəd bükümdə təmiz çəkisi 54,443 qram olan ağ rəngli, kristallik formada maddə kustar üsulla hazırla nmış psixotrop maddə metamfetamindir. Üzərində “Məhkum yaşadığı mənzildən” sözləri və imzalar qeyd olunmuş kağız paketdə ayrı-ayrılıqda təmiz çəkisi 235 qram və 200 qram, ümumi təmiz çəkisi 435 qram olan ağ rəngli, kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd bükümdə olan metamfetaminlər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynidirlər. 1 (bir) ədəd elektron tərəzidə psixotrop maddə olan metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmamış və Məhkum üzərindən, eləcə də yaşadığı mənzildən aşkarlanmış metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 avqust 2021-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/803 nömrəli rəyindən görünür ki, üzərində “Məhkum yaşadığı mənzildən” sözləri və imzalar qeyd olunmuş kağız paketdəki 1 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 55,570 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 1 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. Apellyasiya məhkəməsi hesab etmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla bağlı ibtidai araşdırma orqanı Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək, onun ittiham olunduğu cinayətin törədilməs ində təqsirli bilinməsi haqda nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etma, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün hə lli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işi üzrə müəyyən olunmuş hallardan göründüyü kimi, təqsirkar şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması, habelə yaşadığı ünvanda saxlaması, üzərində psixotrop maddə metamfetaminin izləri olan 1 (bir) ədəd elektron tərəzi aşkar edilməsi kimi hallar müəyyən edilmişdir ki, bu isə öz növbəsində Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə vermiş ittihamın təsdiq olunması barədə aşağı instansiya məhkəmələrinin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Məhkəmə istintaqında Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmədiyini, polislərin onu döyərək işgəncə verdiyini, bu təzyiqin nəticəsində etirafedici ifadə verdiyini, yaşadığı evdən aşkarlanmış külli miqdarda psixotrop maddə metamfetaminin polislərin onun evinə qoyduqlarını, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirsə də, məhkəmə təqsirləndirilən şəxsin bu hissədə verdiyi ifadəsini aşağı instansiya məhkəmələri düzgün o laraq cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirmiş və bu səbəbdən də qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etməmişlər. Məhkəmə kollegiyası aşağı instansiyası məhkəmələrinin əməlin tövsifi ilə bağlı mövqeyini əsaslı sayaraq qeyd edir ki, məhkəmələr cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittiha mı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, Məhkum qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşıması barədə düzgün hüquqi nəticəyə gəlmişlər. Beləliklə, kassasiya məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların, o cümlədən şahid ifadələrinin müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Belə ki, Məhkum istinad edilən cinayət əməlini törətməsi aşağı instansiya məhkəmələri tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmiş, sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş; hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, sübutlar CPM-in 145-ci madd əsinin tələblərinə müvafiq olaraq qiymətləndirilərək məhkumun cinayət əməlini törətməsi barədə işin faktiki hallarına uygun nəticəyə gəlinmiş, onun əməlini CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif etmiş, habelə işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci ma ddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Az ərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qa nunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halla rı, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müəyyən olunan hallar əsasında məhkumun əməlinin CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməsi barədə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, kassasiya şikayətinin məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə dəlilləri əsassız olmaqla heç bir sübutla öz təsdiqini tapmır. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkr et cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərar da həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq nor masının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil, həmin qərar qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməs inin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 12 may 2022-ci il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1807/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1807/2022
28.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver