Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1807/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8 iştirakı ilə, X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cin ayət kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmündən dövlət ittihamçısı X30 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim X34) 9 avqust 1964-cü il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, "SHB İnşaat” MMCnin maddi təchizat şöbəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yaşayan, X31 CM-in 320.1 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, lakin CM-nin 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət məsuliyyətinə cəlb edilməsi üçün müddət keçdiyinə görə ona həmin maddələrlə cəza təyin olunmamışdır. Şəki Məhkəməsin in Cinayət Kollegiyasının (hakimlər X9 (sədrli edən və məruzəçi), X35 və X24 ibarət tərkibdə) 09 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli hökmü İ.V.Mustafayevin CM-nin 320.1-ci maddəsi ilə təqsirli bilinməsi, lakin cinayət məsuliyyətinə cəlb edilməsi üçün CM-in 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti keçdiyinə görə ona cəza təyin olunmamasına dair hissədə ləğv edilmiş və ona CM-nin 320.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığı üçün CPM-in 42.1.2- ci mаddəsinə əsаsən bəraət verilmiş, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə isə dəyişdirilmədən saxlanılmışdır Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının ( hakimlər: X40 ( sədrlik edən və məruzəçi), X5 və X10 ibarət tərkibdə) 29 avqust 2023-cü il tarixli qərarı ilə Kassasiya şikayəti qismən təmin edilsin. X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 09 fevral 2023-cü il tarixli hökmü ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X25 və X19 ibarət tərkibdə) 31 yanvar 2024-cü il tarixli hökmü ilə təqsirləndirilən şəxs X13 müdafiəçisi X37 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Yevlax Rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli 1(039)-187 /2022 nömrəli hökmü təqsirləndirilən şəxs X13 CM-in 320.2-ci maddəsi ilətəqsirli bilinib, cinayət məsuliyyətinə cəlb edilməsi üçün CM-in 75.1.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti keçdiyinə görə ona cəza təyin olunmamasına dair hissədə ləğv edilmiş, X18 CM-in 320.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun əməlində cinayət tərkibi olmadığı üçün CPM-in 42.1.2-ci maddəsinə əsasən ona həmin maddə üzrə bəraət verilmiş və X31 CM-in 320.2-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası adından təqsirsiz elan edilmiş, cinayət işi üzrə X31 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmişdir. Azərbaycan Respublikası CPM-in qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə veril məsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilmişdir. İş üzrə məhkəmə məsrəfi olan ümümilikdə 455 (dörd yüz əlli beş) manat ekspertiza xərcinin ödənilməsindən X31 azad edilmiş və həmin xərc dövlət büdcəsinə aid edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihama və birinci instansiya məhkəməsinin hökmünə əsasən X4 şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci döngə, 6-cı ev, 3 saylı mənzilə arvadı X3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış almaq məqsədilə rəsmi sənəd hesab edilən xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizəyə arvadı X3 imzasını özü əlyazma ilə çəkməklə həmin rəsmi sənəd hesab edilən ərizəni saxtalaşdırmışdır. Bundan başqa o, atası X11 5 nəfərdən ibarət ailə üzvü də birlikdə Nizami prospekti 19 saylı evin 11 saylı mənzilində 1-cı mərtəbədə 2 otaqdan ibarət 2 kvadrat metr mənzil sahəsini tutmağa icazə verən Yevlax şəhər İcra Hakimiyyəti adına olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin üzərində “Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakmiyyətinin Başçısı sənədlər üçün” məzmunlu möhür əksinin, üz tərəfindəki “13” iyun 2007-ci” yazısındakı 2007 rəqəmindəki “07” yazısının, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı E.R.Vəliyev yazısının əvvəlindəki imzanın, Şəhər İctimai Mənzil Komissiyasının katibi F. Y.Zeynalov yazısının əvvəlindəki imzanın istintaqla müəyyən edilməyən şəxs tərəfindən müəyyən edilməyən vaxtda saxtalaşdırıldığını bildiyi halda həmin rəsmi sənəd hesab edilən orderin və arvadı X3 imzasını saxtalaşdırıdığı xx.xx.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı haqqında ərizənin saxta olduğunu bilə-bilə həmin saxta sənədləri xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qəsdən təqdim etməklə Yevlax şəhəri, Nizami Gəncəvi prospekti, 5-ci döngə, 6-cı ev, 3 saylı mənzilə arvadı X3 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz ə mlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Kassasiya protestinin dəlilləri: Protest müəllifi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin bəraətlə bağlı hissədə gəlmiş olduğu nəticələr işin faktiki halları ilə uyğunluq təşkil etməmiş və mövcud sübutları kifayət qədər tədqiq etmədən bəraətlə bağlı əsassız nəticəyə gəlmişdir. Məhkəmə nəzərə almamışdır ki, İlqar Mustafayevə i.V.Mustafayevə CM-in 320.2-ci maddəsi ilə ittiham yalnız “ərizəyə” görə deyil, həmçinin 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdən istifadəyə görə verilmişdir. Belə ki, ilqar Mustafayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə yalnız arvadı Ruhəngiz Mustafayevanın əvəzinə imza etməklə ərizə təqdim etməmiş həmçinin Nizami prospekti 19 saylı evin 11 saylı mənzilində 1-ci mərtəbədə 2 otaqdan ibarət 29 kvadrat metr mənzil sahəsini tutmağa icazə verən Yevlax şəhər İcra Hakimiyyəti adına olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin üzərində “Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakmiyyətinin Başçısı sənədlər üçün” məzmunlu möhür əksinin, üz tərəfindəki “13” iyun 2007-ci” yazısındakı 2007 rəqəmindəki “07” yazısının, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı E.R.Vəliyev yazısının əvvəlindəki imzanın, Şəhər İctimai Mənzil Komissiyasının katibi F.Y.Zeynalov yazısının əvvəlindəki imzanın istintaqla müəyyən edilməyən şəxs tərəfindən müəyyən edilməyən vaxtda saxtalaşdırıldığını bildiyi halda həmin rəsmi sənəd hesab edilən orderi də xx.xx.2020-ci ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Re yestri Xidmətinin 17 saylı Yevlax ərazi idarəsinə qəsdən təqdim etmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixdə CM-in 320.1-ci maddəsi üzrə bəraət hökmü çıxarılmış və həmin hökmdə də İlqar Mustafayevin arvadı Ruhəngiz Mustafayevanın əvəzinə çıxarışın alınması məqsədilə ərizəyə imza edilməsi hissəsində həmin ərizə rəsmi sənəd hesab edilmədiyi üçün bu hal bəraətin əsasına qoyulmuşdur. Həmin hökmdə məhz orderin rəsmi sənəd hesab edilməməsi ilə bağlı bir mövqe olmamış, eləcə də Ali Məhkəmə tərəfindən də hökmün həmin hissəsi üzrə deyil, CM-in 320.2- ci maddəsi üzrə hissədə, yəni İ.Mustafayevin tərəfindən saxtalaşdırılmış olan rəsmi sənədlərdən bilə-bilə istifadə hissəsində kassasiya şikayətinə baxılmışdır. Apellyasiya məhkəməsi cinayət kollegiyasının gəlmiş olduğu nəticələrin faktiki mövcud olan hal larla, yəni İ.Mustafayevin 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin saxtalaşdırılmasından məlumatlı olmaması ilə bağlı gəlmiş olduğu qənaətlə işdə mövcud olan sübutlar və ifadələr arasında kəskin ziddiyyətlər mövcuddur. Belə ki, İlqar Mustafayev məhkəmə istintaqı zamanı ifadəsində bildirmişdir ki, “qeyd edilən order atasıdan qalmış və atası həmin orderi Yevlax icra hakimiyyətinə müraciət edərək əldə etmişdir. Orderdə hər-hansı bir saxtakarlığın olması ona məlum olmamış və olması da mümkün deyildir. Faktiki arxiv sənədlərində də 14 iyun 2007-ci il tarixli, 43 nömrəli orderin mövcudluğunun təkzib edilməsi və həmin tarixdə başqa nömrəli, ayrı mövzu barəsində olan sərəncamın mövcudluğu təqsirləndirilən şəxsin ifadəsində qeyd etmiş olduğu guya atası Vahid Mustafayevin həmin il order alması, həmin orderin 2007-ci ildən evlərində olması barədə dediklərini təkzib edən haldır. Digər bir xüsusat iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən 22 aprel 2013-cü il tarixli 17 №-li orderin kötüyündən görünür ki, Yevlax şəhəri, Nizami prospekti 19 saylı evin 11 saylı mənzilində 1-ci mərtəbədə 1 otaqdan ibarət 22 kvadrat metr mənzil sahəsini tutmağa icazə verən, üzərində “Azərbaycan Respublikası Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı sənədlər üçün” məzmunlu möhür əksi, Yevlax şəhər İcra Hakimiyyətinin Başçısı Q.Ç.Səmədov yazısının və Şəhər İctimai Mənzil Komissiyasının katibi F.Y.Zeynalov yazısının əvvəlində imzalar olan, üz tərəfindəki “22” aprel 2013-cü il” yazısı olan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli 65 nömrəli Sərəncamı əsasında Yevlax şəhər İcra Hakimiyyəti tərəfindən 22 aprel 2013-cü il tarixli 17 nömrəli order verilmişdir. Məhz bu order faktiki mövcud olan və rekvizitlərində hər hansı saxtalaşdırma aparılmamış orderdir. X45 filialının 15 yanvar 2024-cü il tarixli 3-48-7F/3-04/2024 nömrəli məktubunda göstərilmişdir ki, Yevlax şəhər XDS İcraiyyə Komitəsinin və Yevlax şəhər İcra Hakimiyyətinin sənəd və materiallarını yoxladıq, X14 1963-cü ildən Nizami prospektində 19 saylı evin 11 saylı mənzilinin hansı sənəd əsasında verilməsi aşkarlanmadı. Həmçinin həmin mənzilin yerləşdiyi ərazinin 2000-2007-ci illərdə subasma nəticəsində həmin binadakıların zərər görməsi barədə Yevlax Arxivində heç bir sənəd tapılmadı. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 12 yanvar 2024-cü il tarixli 5-9/234/2024 nömrəli məktu bunda göstərilmişdir ki, Yevlax rayon ərazisində 2003-cü ilin mart ayında yağan intensiv yağışlar və həmin ayın 26-28-də yağan leysan yağışlar nəticəsində təsərrüfatlara ciddi ziyan dəymiş, dəymiş ziyanın nəticələrinin dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 aprel 2003-cü il tarxli 17/24-T-12 saylı tapşırığına əsasən komissiya tərəfindən baxış keçirilmiş və 03 aprel 2003-cü il tarixli akt tərtib olunmuşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24S-saylı 07 fevral 2004-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar yaşayış binalarına baxış keçirilmiş və 07 may 2004-cü il tarixdə aktlar tərtib olunmuşdur. Həmin aktlarda Nizami küçəsi 19 ünvanında yerləşən binalara ziyanın dəyməsi qeyd olunmamışdır. Bununla əlaqədar Nizami küçəsi 19 ünvanınd a binalarda yaşayanlar tərəfindən Yevlax şəhər icra Hakimiyyətinə müraciət olunmamışdır. Bu xüsusatı ən azından əvvəllər Vahid Mustafayevlə qonşuluqda yaşamış hazırda Yevlax şəhəri E.Ağayev küçəsində yaşayan X32, Yevlax şəhəri H.Əliyev prospekti 11 nömrəli ünvanda yaşayan X38, Yevlax şəhəri H.Əliyev prospekti 11 nömrəli ünvanda yaşayan X2 şahid qismində dindirilməsi vasitəsilə də araşdırmaq mümkün olsa da kollegiya əsasən “bəraət” yönümlü istiqamətdə kökləndiyi üçün həmin xüsusatın daha geniş şəkildə araşdırılmasına zərurət görməmişdir. Şərh olunan sorğuya cavabdan da görünür ki, heç də İlqar Mustafayevin qeyd etdiyi kimi subasma nəticəsində sənədlərin məhv olması, 1963-cü ildən mənzilin verilməsi xüsusatları həqiqəti əks etdirməyən uydurmadan ibarət olmuşdur. Hətta onun qardaşı İlham Must afayevin miras kimi evdən düşən paydan imtina etməsi və ya arvadı Ruhəngiz Mustafayevanın çıxarış alındığı dövrdə xəstə olub-olmaması xüsusatı da araşdırılmış olsaydı İlqar Mustafayevin məhz saxta sənəddən bilə-bilə istifadə edərək özü üçün əmlak əldə etməsi barədə sübutlar siyahısı artmış olardı. Lakin bu xüsusatlar da araşdırılmadan məhkəmə tərəfindən əsassız nəticəyə gəlinmişdir. Daxili işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin 30 dekabr 2023-cü il tarixli 40730-2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü X31 xx.xx.1990-cı il tarixdən xx.xx.2005- ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 67, ailəvi yataqxana mənzil 20-də, xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı şəhəri, H.Məmmədov küçəsi, ev 9-da, xx.xx.2012- ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. Bundan əlavə Yevlax rayon icra hakimiyyəti başçısı aparatından daxil olmuş məktubda da qeyd edilmişdir ki, ömrünün son dövrlərində xəstə olan Manya Mustafayevaya (İlqar Mustafayevin anası) qonşuları xidmət göstərmişlər. Bu hallar özü İlqar Mustafayevin demək olar ki, 2005-ci ildən Yevlax rayonu ərazisində yaşamadığını göstərsə də o 2007-ci ildə atası tərəfindən order alınmasını və orderin uzun illər evlərində saxlanılmasını göstərmişdir. İ.V.Mustafayev cinayət təqibi zamanı, o cümlədən məhkəmə iclasında dəfələrlə göstərmişdir ki, orderin surətinin verilməsi üçün Yevlax şəhər İcra Hakimiyətinə müraciəti onun atası Vahid Mustafayev etmiş, 14 iyun 2007-ci il tarixli 43 saylı order onun atasına qonşuları Fəxrəd din Zeynalov şəxsən gətirib təqdim etmiş və əgər həmin order saxtalaşdırılmışdısa da, bunu F.Zeynalov və ya icra Hakimiyyətinin başqa işçiləri etmiş, onun isə həmin orderin saxta olmasından xəbəri olmamışdır. O, sadəcə mənzilin arvadı R.B.Mustafayevanın adına özəlləşdirilməsi üçün mənzildə saxlanılan həmin orderi götürüb digər sənədlərlə birlikdə Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsinə təqdim etmiş və onun həmin mənzilə çıxarış almaq məqsədilə bilə-bilə saxta sənədlərdən istifadə etmək niyyəti olmamışdır. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 12 yanvar 2024-cü il tarixli 5-9/234/2024 nömrəli məktubunda həmçinin göstərilmişdir ki, şəhər İcra Hakimiyyətində X14 Nizami küçəsi 19 nömrəli barak binanın 11 saylı mənzilinin 2013-cü illədək- hansı sənədlər əsası nda verilməsinə dair məlumat yoxdur. Vahid Mustafayev 2013-cü ildən Nizami küçəsi 19 nömrəli barak binanın 11 saylı mənzilində uzun müddət yaşadığını göstərək həmin mənzilə daimi yaşamaq hüquqi verən order sənədinin olmadığı üçün ona həmin sənədin verilməsində köməklik göstərilməsi barədə ərizə ilə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Onun müraciətinə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında ictimai Mənzil Komissiyasının iclasında baxılmış və ona həmin mənzildə daimi yaşamaq hüquqi verən orderin verilməsi üçün komissiyasının qərarı ilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısına müraciət olunmuşdur. Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli 65 nömrəli Sərəncamı ilə X14 22 aprel 2013-cü il tarixli 17 nömrəli order verilmişdir. Sorğuya cav ab məktubundan da məlum olduğu kimi Vahid Mustafayev tərəfindən 2013- cü il tarixdən əvvəl icra hakimiyyətinə Nizami küçəsi 19 nömrəli barak binanın 11 saylı mənzilində uzun müddət yaşadığını göstərək həmin mənzilə daimi yaşamaq hüquqi verən order sənədi üçün heç bir müraciət edilməmiş yalnız 2013-cü ildəki müraciət əsasında Yevlax Şəhər icra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli 65 nömrəli Sərəncamı ilə X14 22 aprel 2013-cü il tarixli 17 nömrəli order verilmişdir. Bu hal özü ilqar Mustafayevin ifadəsində göstərdiyi xüsusatları təkzib edərək onun tərəfindən DƏDRX-ə hüquqların qeydiyyata alınması məqsədilə təqdim edilmiş orderin saxtalığından məlumatlı olmasını təsdiqləyən haldır. Çünki onun mərhum atası tərəfindən əvvəlki tarixlərdə hər hansı rəsmi müraciət və ərizənin mövcudl uğu xüsusatı öz təsdiqini tapmamışdır. Kassasiya protestində Mustafayev llqar Vahid oğlunun Azerbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzre Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsi ve iş yeniden apellyasiya instansiyası məhkəməsində baxışa təyin edilməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət işinin materiallarını öyrənib kassasiya protestinin dəlillərini müzakirə edərək, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya protesti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41 9.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edil ibqiymətləndirilmədiyi, Mustafayev llqar Vahid oğluna əsassız bəraət verilməsi iddia edilərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. Kassasiya protestində göstərilən dəlilləri nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq kassasiya məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən Mustafayev llqar Vahid oğluna Cinayət Məcəlləsini 320.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə CPM-in 144-145-ci maddələrinin tələblərinə riayət edərək iş üzrə to planmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirmiş və ittihamın sübuta yetirilməməsi barədə yekun nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. İnsan Hüquqlarının və X29 Haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittiham ı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərə fləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran ha lları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Apellyasiya məhkəmə kollegiyası ittihamın əsasını təşkil edən sübutları təhlil edib, mənsubiyyəti, mümkünlüyü və mənbəyinin mötəbərliyi baxımından qiymətləndirib ayrıayrılıqda hüquqi qiymət verərək belə bir nəticəyə gəlmişdir ki, X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki hallar ı ilə uzlaşmayan sübutlar təşkil etmiş, cinayət işinin ibtidai araşdırması zamanı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında X31 barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq cinayət işinini materiallarına müraciət etməklə aşağıdakıları qeyd edir: Cinayət təqibinin bütün mərhələlərində, o cümlədən birinci instansiya məhkəməsinin məhkəmə iclasında İ.V.Mustafayev özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyib ardıcıl olaraq eyni məzmunda ifadələr vermiş və bu ifadələrində göstərmişdir ki, onun atası Vahid Mustafayev 2015-ci ildə, anası isə 2020ci ildə vəfat etmişlər. Atası Vahidə 1963-cü ildə dövlət tərəfindən ünvan 6 ünvanında 2 otaqlı ev verilmişdir. Onlar ailəlikcə həmin evdə yaşamışlar. 2003-cü ildə Yevlax şəhərini su basarkən evin sənədləri, o cümlədən həmin evə dair orderin əsli məhv olmuş və buna görə də atası 2007-ci ildə Yevlax şəhər icra hakimiyyətinə müraciət edərək yaşadıqları evə dair orderin surətini almış, bu sənəd isə onların evində saxlanılmışdır. 22 avqust 2020-ci il tarixdə qardaşı İlham Mustafayev evdən düşən payını ona bağışladığı üçün o, evi vərəsəliklə arvadı Ruhəngiz Mustafayevanın adına keçirtmişdir. Bunun üçün o, evə dairatasının aldığı 14 iyun 2007-ci il tarixli, 43 nömrəli orderi digər sənədlərlə birlikdə AzərbaycanRespublikası İqtisadiyyat Nazirliyi yanında Əml ak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsinə təqdim etmiş və həmin İdarədən 29 oktyabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarış almışdır. Daha sonra İ.V.Mustafayev qeyd etmişdir ki, 2020-ci ilin oktyabr ayında göstərilən evə çıxarış almaqdan ötrü Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 17 saylı Ərazi İdarəsinə müvafiq sənədləri təqdim edərkən o, həmin vaxt xəstə olan arvadı Ruhəngiz Mustafayevanın adından yazılmış 21 oktyabr 2020-ci il tarixli ərizəni sonuncu tərəfindən hələ 03 mart 2016-cı il tarixdə verilmiş və notarial qaydada təsdiq olunmuş etibarnamə əsasında imzalamış, yəni həmin ərizəni saxtalaşdırmamış, 14 iyun 2027-ci il tarixli orderin saxta olmasını isə ümumiyyətlə bilməmişdir. Yevlax şəhər İ cra Hakimiyyəti tərəfindən dövlət büdcəsindən ayrılmış pul vəsaiti hesabına Yevlax şəhəri Nizami prospektində yerləşən barak (fin) evlərdə yaşayan sakinlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün tikilmiş çoxmənzilli binadan evlər verilərkən onlara 1 otaqlı ev təqdim olunsa da, o, həmin mənzildən imtina edərək onlara 2 otaqlı mənzil verilməsini xahiş etmişdir, çünki onların yaşadıqları və sökülməsi nəzərdə tutulan barak evdə iki otaqdan ibarət mənzil olmuşdur. Buna baxmayaraq, İcra Hakimiyyətindən təqdim edilmiş 22 aprel 2013-ü il tarixli orderin kötüyündə onlara məxsus mənzilin sahəsinin 22 kv.m ölçüdə bir otaqdan ibarət olması göstərilmiş, həmin həmin sənəddə “Kirayəçinin imzası” qrafasındakı imza isə onun atasına məxsus deyil. Bu isə onu təsdiq edir ki, əslində məhz 22 aprel 2013-cü il t arixli saxtadır. Cinayət iş üzrə həm ibtidai arşdırma zamanı, həm birinci instansiyası məhkəməsinin məhkəmə iclasında, həm də hazırki apellyasiya baxışının məhkəmə iclasında şahid qismində dindirilmiş X20 göstərmişdir ki, o, 2003-cü ilin may ayından 2021-ci il fevral ayının 05-dək Yevlax şəhər İcra Hakimiyyətində Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın məsul katibi vəzifəsində işləmişdir. X1 tanımış, onunla Yevlax şəhəri, Nizami prospektində qonşu olmuşdur. Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli 65 nömrəli sərəncamı əsasında İcra Hakimiyyəti Başıçısı MTİS-nin arayışı və müraciət etmiş vətəndaşların ərizəsi əsasında ictimai mənzillərə ilkin hüquq müəyyənedici sənəd kimi orderlər verilmiş və qeyd edilən sərəncam əsasında orderlərin verilməsində o da Şəhər Mənzil İstismar Komissiyasının katibi kimi iştirak etmişdir. Mənzillərə orderlər verilərkən MTİS-nin arayışı əsas götürülmüş və həmin arayış əsasında evin neçə otaqdan ibarət olması və yaşayış sahəsinin neçə kvadrat metr olması orderdə öz əksini tapmışdır. O, orderlərin verilməsi zamanı faktiki olaraq evlərə baxış keçirməmiş, arayış əsasında orderlərin verilməsini təşkil etmişdir. X14 22 aprel 2013-cü il tarixdə 17 nömrəli orderin verilməsində Şəhər Mənzil İstismar Komissiyasının katibi kimi iştirak etmiş, həmin orderdə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun və onun imzaları olmuşdur. Lakin, Yevlax rayon prokurorluğunda ona təqdim olunmuş 14 iyun 2007-ci il tarixli 43 nömrəli order barədə heç bir məlumatı yoxdur. O, 2013-cü ildə tərtib edilmiş orderin tərtibində iştirak etmişdir. Apellyasiya məhkəməsi həm təsvir edilmiş ifadələrdən, həm də iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş digər sübutlardan çıxış edərək qeyd etmişdir ki, İ.V.Mustafayevə qarşı CM-nin 320.2-ci maddəsi ilə irəli sürülmüş ittihamın əsasına qoyulmuş 14 iyun 2007-ci il tarixli orderin bir sıra rekvizitlərinin naməlum şəxs tərəfindən və naməlum şəraitdə həqiqətən də saxtalaşdırılması mübahisə doğurmur və həm ibtidai araşdırma orqanının, həm də məhkəmələrin bu haqda gəldikləri nəticə əsaslıdır. Belə ki, 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdən görünür ki, həmin orderin üzərində Yevlax şəhəri, Nizami prospekti 19 saylı evin 1-ci mərtəbəsində 2 otaqdan ibarət olan 29 kvadrat metr ölçüdə 11 saylı mənzilin ol ması, mənzildə 18 may 1931-ci il təvəllüdlü X11, 20 oktyabr 1939-cu il təvəllüdlü X12, 09 avqust 1964-cü il təvəllüdlü X13, 14 dekabr 1971-ci il təvəllüdlü X3 və 21 fevral 1986-cı il təvəllüdlü X21 qeydiyyatda olmaları, orderin Yevlax şəhər İcra Hakimiyəti Başçısının 13 iyun 2007-ci il tarixli 65 No-li sərəncamı əsasında verilməsi, sənədin Yevlax şəhər İcra Başçısı E.R.Vəliyev və Şəhər İctimai Mənzil Komissiyasının katibi F.Y.Zeynalov tərəfindən imzalanması qeyd edilmiş, orderin üzərinə isə Sənədlər üçün möhür vurulmuşdur. Göstərilən orderə vizual baxışla müəyyən edilir ki, həmin sənədin üz tərəfindəki “13 ivun 2007-ci il” yazısındakı "2007" rəqəmindəki "07” yazısı qaralanmışdır. İbtidai araşdırma zamanı təsvir edilən məlumatların həqiqətə uyğun olub-olmamasını müəyyən etməkdən ötrü Azərba ycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X45 filialına sorğu verilmiş və həmin sorğuya cavab olaraq göstərilən filialdan təqdim olunmuş 08 aprel 2021-ci il tarixli 21/10 nömrəli məktuba görə, X48 mühafizə olunan Yevlax şəhər İcra Hakimiyyəti Başçısının 2007-ci ilə dair sərəncamları izlənilərkən müəyyən edilmişdir ki, 11 iyun 2007-ci il tarixli 110 nömrəli sərəncamdan sonra 14 iyun 2007-ci il tarixli 11 nömrəli sərəncam verilmişdir. 13 iyun 2007-ci il tarixdə Yevlax şəhər İcra Hakimiyyəti başçısının sərəncamı olmamış, 65 nömrəli sərəncam isə 20 mart 2007-ci il tarixdə rayonun ictimai, siyasi həyatında, şəhərdə aparılan tikinti, abadlıq quruculuq işlərində fəal iştirak etdiklərinə görə Növruz Bayramı münasibəti ilə bir qrup şəxsin Şəhər İcra hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilməsi barədə verilmişdir. Təhlil edilən sübutlardan, o cümlədən, tədqiq edilmiş ekspert rəylərindən görünür ki, cinayət işi İ.V.Mustafayevə istinad olunan cinayətin predmeti olan 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdəki məlumatların əksəriyyəti (orderdə göstərilən mənzilin ilkin otaqlarının sayı və sahəsi, orada həmin dövrdə yaşamış şəxslərin sayı və anket məlumatları) həqiqətə uyğun olsa da, sənədin digər rekvizitləri saxtalaşdırılmışdır. Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya idarəsinin 30 dekabr 2023-cü il tarixli 40730-2023 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü X31 xx.xx.1990-cı il tarixdən xx.xx.2005- ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi, ev 67, ailəvi yataqxana mənzil 20-də, 18.11,2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı şəhəri, H.Məmmədov küçəsi, ev 9-da, xx.xx.2012-ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.1971-ci il təvəllüdlü X6 xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Bakı şəhəri, H.Məmmədov küçəsi, ev 9-da, xx.xx.2012- ci il tarixdən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası X45 filialının 15 yanvar 2024-cü il tarixli 3-48-7F/3-04/2024 nömrəli məktubunda göstərilmişdir ki, Yevlax şəhər XDS İcraiyyə Komitəsinin və Yevlax şəhər İcra Hakimiyyətinin sənəd və materiallarını yoxladıq, X14 1963-cü ildən Nizami prospektində 19 saylı evin 11 saylı mənzilinin hansı sənəd əsasında verilməsi aşkarlanmadı. Həmçinin həmin mənzilin yerləşdiyi ərazinin 2000-2007-ci illər də subasma nəticəsində həmin binadakıların zərər görməsi barədə Yevlax Arxivində heç bir sənəd tapılmadı. Yevlax Şəhər Bələdiyyəsinin 26 yanvar 2024-cü il tarixli 52 nömrəli məktubunda göstərilmişdir ki, çoxmənzilli binalar bələdiyyənin mülkiyyətinə aid olmadığı üçün tələb olunan məlumatları təqdim etmək mümkün deyildir Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 12 yanvar 2024-cü il tarixli 59/234/2024 nömrəli məktubunda göstərilmişdir ki, Yevlax şəhəri Nizami prospektindəki, 19 saylı evin 1-cİ mərtəbəsində yerləşən 2 otaqdan ibarət, yaşayış sahəsi 29 kv.m olan 11 saylı mənzillə, Yevlax şəhəri, Nizami Gəncəvi prospektindəki, 5-ci döngə, 6-cı ev, 3 saylı ümumi sahəsi 29,1 kv.m olan mənzillər eyni və yaxud başqa mənzillərdir. ünvan 8 ünvanı dəyişdirildikdən sonra ünvan 9lunmuşdur və onlar eyni mənzillərdir. Həmin mənzil ünvan dəyişdirildikdən əvvəl də, sonra da ümumi sahəsi 22 kv metr olmaqla bir otaqlı olmuşdur. Həmin mənzillərdə 14 iyun 2007-ci il tarixədək, həmin tarixdən 22 aprel 2013-cü il tarixədək və həmin tarixdən 29 oktyabr 2020-ci il tarixədək kimlər yaşamışdır. Aparılan sorğular nəticəsində məlum olmuşdur ki, İlqar Mustafayevin valideynləriatası X26, anası X27 1960-cı illərdən ömürlərinin sonunadək Nizami küçəsi 19 nömrəli binanın 11 saylı mənzilində yaşamışlar, Vahid Mustafayev 2015-ci ildə, Manya Mustafayeva 2020-ci ildə vəfat etmişlər Barak binalarda yaşayanların yeni tikilmiş binaya köçürülməsi zamanı varis qismində İlqar Mustafayevə sahəsi 47 m2 olan 1 otaqlı mənzil təklif olunmuşdur. Onu da bildiririk ki, ömrünün son dövrlərində xəstə olan Manya Mu stafayevaya qonşuları xidmət göstərmişlər. Yevlax şeher Nizami prospektindəki, barak tipli 19 saylı evin 11 mənzilinin de yerləşdiyi ərazidə 2000-2007-ci illər aralığında subasma hadisələri baş vermişdirmi, baş vermişdirsə hansı binalar və onların hansı sakinləri, hansı formada (mənzillərin uçması, damın çökməsi, mənzillərdə olan əşyaların və sənədləri məhv olması və s.) zərər çəkmişlər? Yevlax rayon ərazisində 2003-cü ilin mart ayında yağan intensiv yağışlar və həmin ayın 26-28-də yağan leysan yağışlar nəticəsində təsərrüfatlara ciddi ziyan dəymiş, dəymiş ziyanın nəticələrinin dəqiqləşdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 aprel 2003-cü il tarxli 17/24-T-12 saylı tapşırığına əsasən komissiya tərəfindən baxış keçirilmiş və 03 aprel 2003-cü il tarixli akt tərtib olun muşdur. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24S-saylı 07 fevral 2004-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar yaşayış binalarına baxış keçirilmiş və 07 may 2004-cü il tarixdə aktlar tərtib olunmuşdur. Həmin aktlarda Nizami küçəsi 19 ünvanında yerləşən binalara ziyanın dəyməsi qeyd olunmamışdır. Bununla əlaqədar Nizami küçəsi 19 ünvanında binalarda yaşayanlar tərəfindən Yevlax şəhər icra Hakimiyyətinə müraciət olunmamışdır. 20002007-ci illər aralığında subasma hadisəsinin baş verib-verməməsindən aslı olaraq, X14 verilmiş orderin itməsi, yaxud yararsız vəziyyətə düşməsi nəticəsində onun yeni order eldə etməklə bağlı 2007-ci ildə Yevlax Şəhər icra Hakimiyyətinə müraciət edib-etməməsi, müraciətin təmin edilib-edilməməsi və təmin edilmişdirsə hansı şəkildə təmin edil məsi ile bağlı hansı məlumatlar mövcuddur? Şəhər icra Hakimiyyətində X14 Nizami küçəsi 19 nömrəli barak binanın 11 saylı mənzilinin 2013-cü illədək hansı sənədlər əsasında verilməsinə dair məlumat yoxdur. Vahid Mustafayev 2013-cü ildən Nizami küçəsi 19 nömrəli barak binanın 11 saylı mənzilində uzun müddət yaşadığını göstərək həmin mənzilə daimi yaşamaq hüquqi verən order sənədinin olmadığı üçün ona həmin sənədin verilməsində köməklik göstərilməsi barədə ərizə ilə Yevlax Şəhər icra Hakimiyyətinə müraciət etmişdir. Onun müraciətinə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının aparatı yanında İctimai Mənzil Komissiyasının iclasında baxılmış və ona həmin mənzildə daimi yaşamaq hüquqi verən orderin verilməsi üçün komissiyasının qərarı ilə Yevlax Şəhər İcra Hakimiyyəti Başçısına müraciət olunmuşdur Yevlax Şəhər İcra Hakimiyyəti Başçısının 19 aprel 2013-cü il tarixli 65 nömrəli Sərəncamı ilə X16 22 aprel 2013-cü il tarixli 17 nömrəli order verilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin 21 dekabr 2023-cü il tarixli 3-48YF/3103/2023-c il tarixli məktubunda Yevlax şəhəri Nizami prospekti 19/11 ünvanında yaşayış sahəsi 22,0 kv-m 1 otaqlı mənzildə 2 nəfər ailə tərkibi ilə qeydiyyatda olmaqla yaşayan X17 uzun müddət yaşadıqları mənzilə daimi yaşamaq hüquqi verən order sənədi olmadığı üçün ona həmin sənədin verilməsinə köməklik göstərilməsi barədə 2013-cü il aprel tarixli ərizə ilə Yevlax Şəhər İcra Hakimiyyətinə müraciət etməsi qeyd olunmuşdur. Beləliklə, Yevlax Şəhər İcra Hakimiyyətinin 19 aprel 2013-cü il tarxli 65 saylı Sərəncamı ilə Nizamı prospekti 19/11 ünvanında X14 mənzildə daimi yaşamaq hüquqi verən order verilmişdir. Cinayət Məcəlləsinin 34-cü fəslində idarəetmə əleyhinə olan cinayətlərə aid edilmiş CM-ni 320.1-ci maddəsində hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satmağa, CM-nin 320.2-ci maddəsində isə bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Bu normaların tələbinə və mənasına əsasən, həmin normalarda nəzərdə tutulmuş cinayətlər yalnız birbaşa qəsdlə törədilməlidir, yəni şəxs belə qəsdlə CM-nı 320.1-ci maddəsində sadalanmış sənəd ləri bu və ya digər üsullarla saxtalaşdırmalı, şəxsin CM-ni 320.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi həll edilərkən isə onun istifadə etdiyi sənədin saxta olmasını bilməsi, yəni göstərilən əməli də birbaşa qəsdlə törətməsi müəyyən edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, işin tədqiq edilmiş və yuxarıda sadalanmış bütün halları nəzərə alındıqda, 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderdə saxtalaşdırma hərəkətləri edildiyi təsdiq edilsə də, CM-nin 320.2-ci maddəsinin subyektiv cəhətinin, yəni birbaşa qəsdlə törədilmə halının mövcudluğu sübut edilmir və bu barədə apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, təqsirləndirilən şəxsin 14 iyun 2007-ci il tarixli 43 nömrəli orderin saxtalaşdırılmasından məlumatlı olması işin hər hansı ha lları ilə təsdiq edilmir. Göründüyü kimi, təqsirləndirilən şəxsin istifadə etdiyi sənədin saxta olmasını bilməsi ilə bağlı şübhə vardır ki, həmin şübhə apelyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq İ.Mustafayevin xeyrinə həll edilmişdir. Belə ki, CPM-in 125.1-ci maddəsinə əsasən “məlumatların, sənədlərin, və digər əşyaların həqiqilinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər”. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsidə qeyd edilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların apellyasiya instansiyası məhkəməsi tərəfindən obyektiv və hərtərəfli araşdırılmasına əsaslanaraq belə qənaətə gəlir ki, X13 təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların ziddiyyətli olduğunu, aradan qaldırılması mümkün olmayan ziddiyyətlər və şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında X13 cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayət-prosessual qanunvericiliyin tələblərinin, eləcə də "İnsan hüquqlarının və X29 haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb ola bilər. Konstitusiyanın və cinayət-prosessual qanunvericiliyinin müddəalarının mənasına görə, cinayət işinin həll i üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Cinayət Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsin ə dair normalarına görə cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Belə ki, təhqiqatçı, müstəntiq, prokuror, hakim və ya andlı iclasçılar qanunu və vicdanı rəhbər tutaraq, sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkun olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət Prosessual Məcəlləsinin 145.2 və 145.3-cü maddələri). Bu maddələrin təhlili belə qənaətə gəlməyə əsas verir ki, dövlət ittihamçısı qismində prokurorun funksiyası yalnız ittihamın müdafiəsi ilə məhdudlaşmır. O, həmçinin təqsirləndirilən şəxs in kifayət qədər sübut olmadan təqsirləndirilərək cəzalandırılmasının qarşısının alınması ilə bağlı səlahiyyətə də malikdir. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunması nəzərə alınaraq istintaq orqanının X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə ittiham elan edərkən bütün şübhələri onun ziyanına təfsir etməsi və bununla da qeyd olunan konstitusion və prosessual təminatları kobud surətdə pozaraq qanunsuz və əsassız nəticəyə gəlməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti əsaslıdır Apellyasiya məhkəməsi haqlı olaraq hazırkı cinayət işinə baxa n birinci instansiya məhkəməsi ibtidai istintaq orqanının səhvlərini aradan qaldıraraq şahidlərin kifayət qədər ziddiyyətli və uzlaşmayan ifadələrini, eləcə də tədqiq edilmiş şübhəli və ehtimal xarakterli digər sübutları X18 qarşı irəli sürülmüş ittihamın əsası kimi qiymətləndirməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra qərarlarında məhkəmə nəzarətinin vacibliyini vurğulamışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin "Xudobin Rusiyaya qarşı” iş üzrə 26 oktyabr 2006-cı il tarixli Qərarında bildirmişdir ki, istintaq tədbirlərinə sanksiya verən, nəticələrini öncədən görmək mümkün olan aydın prosedur mövcud olmalı, eləcə də həmin tədbirlərə lazımi qaydada nəzarət təşkil edilməlidir ki, hakimiyyət orqanlarının vicdanlı davranması və hüquqa zidd olmayan hüquq-mühafizə məqsədlərinə riayət edilməsi təmin olunsun. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafi ə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. "Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa İnsan Hüquqları Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Beləliklə, ibtidai araşdırma orqanının X13 CM-in 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli hesab olunmasına dair topladığı sübutlara dair kassasiya məhkəmə kollegiyası qeyd edir ki, CPM-in: 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı, hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir; 124.2 və 124.2.4-cü maddələrinə əsasən istintaq və məhkəmə hərəkətlərinin protokolları cinayət prosesində sübut kimi qəbul olunur; 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər; Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə bil əcəyi halda (125.2.1 -ci maddə); zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə (125.2.2-ci maddə); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının, cinayət mühakimə icraatının aparıldığı dili bilməyən şəxsin hüquqlarının pozulması ilə (125.2.3-cü maddə); istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (125.2.7-ci maddə). Həmin Məcəllənin 125.3-cü maddəsinə əsasən Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. "Erkapis Xorvatiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 25 aprel 2013-cü il tarixli qərarında göstərilir ki, ədalətli məhkəmə araşdırması anlayışı prinsip etibarı ilə güman edir ki, əgər əks təqdir üçün əsaslı səbəb yoxdursa, məhkəmələr şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələrdən fərqli olaraq onların məhkəmə iclasında verdikləri ifadələrinə daha çox əhəmiyyət verməlidirlər. Digər səbəblər arasında ibtidai istintaq zamanı dindirmə ittiham tərəfinin məhkəmədə iş üzrə ittihamı müdafiə etmək üçün məlumat toplaması prosesidir. Halbuki məhkəmə prosesi, məhkəmə iclasında araşdırılıb əldə edilən sübutlara ədalətli hüquqi qiymət verilməsi nəticəsində təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyən etmək üçün kifayətdir. İnsan Hüquqlarının və X29 X7 3-cü maddəsinə əsasən heç kəs işgəncəyə, qeyriinsani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Məmmədov Sərdar Cəlaloğlunun Azərbaycana qarşı şikayəti ilə bağlı iş üzrə qəbul etdiyi qərarda (11 yanvar 2007-ci il) Məhkəmə belə bir nəticəyə gəlmişdir ki, "...şəxs həbsdə olarkən zədələndiyi hallarda, zədələrin səbəbləri ilə bağlı qənaətbəxş və inandırıcı izahatların təqdim olunması ilə əlaqədar sübutetmə yükü hakimiyyət nümayəndələrinin üzərinə düşür...”. Sadalanan normalardan göründüyü kimi sübutun mötəbər olması, yəni ondan cinayət hadisəsinin, şəxsin təqsirinin müəyyən edilməsi məqsədi ilə istifadə edilməsi üçün həmin sübut CPM-in tələblərinə əməl edilməklə əldə olunmalıdır. Belə olduğu təqdirdə həmin sübutun həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmur. Yalnız bu halda dəlillər mötəbər sübut kimi qəbul edilə bilər. Əks halda, yəni göstərilən tələbləri pozmaqla əldə edilmiş dəlillərin mötəbərliyinə şübhə yaranır ki, bu isə öz növbəsində onların sübut kimi qəbul edilməsini istisna edir. Yəni, həmin dəlillərin hüquqi qüvvəsi olmadığından onlardan ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. CPM-in “Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipinin mahiyyətinə uyğun olaraq hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-in 33-cü maddəsi). Hazırki iş üzrə CPM-in qeyd edilən prinsipinin şərtlərinə əməl olunmamış, onun tələbləri pozulmuşdur. Bu isə öz növbəsində cinayət prosesi gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər (CPM-in 9.2-ci maddəsi). Belə ki, CPM-in: 21.2-ci maddəsinə (Təqsirsizlik prezumpsiyası) əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəx s özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür; 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana biməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2 3 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrin şərh edilməsinə dair” xx.xx.2008-ci il tarixli qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bir daha məhkəmələrin nəzərinə çatdırmışdır ki, cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə işin icraatı z amanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib ittihamın X13 CM-in 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı arqumentlərinin əsassız olması və biri digərini tamamlayan mötəbər sübutların məcmusu ilə təsdiq olunmaması barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi təqsirliliklə bağlı məsələləri tam araşdırmış, əldə olunan nəticələri düzgün qiymətləndirmiş və əsaslı nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya məhkəməsinin işə yanaşması, sübutları qiymətləndirməsi və buna uyğun olaraq müvafiq nəticəyə gəlməsi Azərbaycan Respublikasının cinayət və cinayət- prosessual qanunvericiliyinin tələblərinə uyğun olmuşdur. Kassasiya protestinin dəlilləri qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin hökmünün ləğv edilməsinə əsas vermir. Belə ki, Apellyasiya məhkəməsi cinayət işi üzrə tədqiq olunara q qiymətləndirilmiş sübutların məcmusu ilə düzgün olaraq müəyyən etmişdir ki, istintaq orqanı tərəfindən qeyd olunan ittihamla bağlı qanunun tələblərinə əməl olunmamış, iş üzrə toplanmış sübutların mötəbərliliyi yoxlanılmamış, X13 Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsi ilə ona istinad edilən əməldə təqsirsizliyinə dəlalət edən dəlillərin təkzib edilməsi üçün mötəbər sübutlar əldə edilməmişdir. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxsin təqsirsiz sayılmaq hüququ Azərbaycan Respublikasının tərəfdar cıxdığı dövlətlərarası müqavilələrdə və onların tətbiqi təcrübəsində də öz əksini tapmışdır. “İnsan hüquqlarının və X29 haqqında” Konvensiyanın 6-cı maddəsinin 2-ci bəndinə əsasən, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirs iz hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar tə hlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Sadalananlara münasibətdə məhkəmə kollegiyası Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmündə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə sübutları Azərbaycan Resp ublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək şəxsin təqsirliliyinin sübuta yetirilməməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. Göstərilən nəticə kassasiya protestində iddia olunanların əksinə olaraq göstərilən məhkəmə tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmünün ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya protesti təmin edilmədən, hökm dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 31 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-1807/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1807/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver