Məhkəmə qərarları › İş №1(102)-1808/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1808/2021

14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1808/2021 14.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Ələsgər Əli İskəndər oğlu Novruzov və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının 30 iyun 2021-ci il tarixli qərarından Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Tovuz Rayon Məhkəməsinin (hakim Qafil Baxşıyev) 1(062)-26/2021 nömrəli 08 aprel 2021-ci il tarixli hökmü ilə xx xxxx 1980-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, himayəsində 1 (bir) azyaşlı və 1 (bir) yetkinlik yaşına çatmayan uşağı olan, Tovuz rayonunun İbrahimhacılı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 243.1-ci maddəsi ilə təqsirli bilinib 480 (dörd yüz səksən) saat ictimai işlər cəzasına məhkum edilmiş, həbsdə qaldığı 03 (üç) gün müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlıqd an məhrum etmənin 1 (bir) günü ictimai işlərin 8 (səkkiz) saatına bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılmış və üzərində qəti olaraq 456 (dörd yüz əlli altı) saat ictimai işlər cəzası saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 22 sentyabr 2020-ci il tarixində, saat 21 radələrində tanışı X6 ilə mobil telefon vasitəsi ilə danışıb onun özünə və dostu X4 pul müqabilində cinsi əlaqədə olmaları üçün iki qadın təşkil edəcəyi barədə razılaşdıqdan sonra, özünə məxsus olmaqla idarə etdiyi “VAZ 21099” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə X8 və X5 gəlir və ya digər fayda əldə etmək məqsədi ilə Tovuz rayon, Qazqulu kəndi ərazisində yerləşən “Abdıoğluları” adlanan hotel-restorana aparıb orada A.Xəlilovdan 23 0 manat məbləğində pul alaraq, sonuncu ilə N.N.Musayevanın, Ü.Hüseynlinin isə C.R.Musayeva ilə cinsi əlaqədə olmalarını təşkil edib, həmin qadınları fahişəliyə cəlb etmiş, qeyd olunan tarixdə saat 23 radələrində Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, qeyd olunan hotel-restoranın qarşısında saxlanılaraq Tovuz RPŞ-nə gətirilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim Teyyub Muxtarov, hakimlər Çingiz Məmmədov və Əlizamin Abdullayevdən ibarət tərkibdə) 1(104)-300/2021 nömrəli 30 iyun 2021-ci il tarixli qərarı ilə Tovuz Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Məhkum himayəsində bir azyaşlı uşağın olması Məhkum cəzasını yüngülləşdirən hal kimi nəzərə alınaraq, Məhkum Azərb aycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilməsinə dair Tovuz Rayon Məhkəməsinin 08 aprel 2021-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Dövlət ittihamçısı verdiyi kassasiya protestində xahiş edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırır ki, apellyasiya instans iyası məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi cəza təyin edərkən Məhkum əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin mövqe ilə eynilə razılaşaraq, qərarda ona uyğun əsaslandırma aparmışdır. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Hazırki iş üzrə məhkəmə qanunvericiliyin cəza təyini ilə bağlı yuxarıda göstərilən tələblərini nəzərə almamış, cinayət əməlinin cinayət qa nunvericiliyinin tələbinə əsasən daha ciddi cəzalara səbəb olması, bir sözlə cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, eləcə də hadisənin baş vermə səbəbi, şəraiti, nəticələri, həmçinin məhkumun şəxsiyyəti və işin digər halları Məhkum təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini şərtləndirməsinə baxmayaraq, məhkəmə əksinə olaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan ictimai işlər cəzası təyin etməklə sosial ədalət prinsipini pozmuşdur. Təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli kifayət qədər ictimai təhlükəli olmaqla daha ciddi şəkildə cəzalanmalı olmasına baxmayaraq, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, onun törətmiş olduğu cinayət əməlinin ictimai tə hlükəliliyini, bu qəbildən olan cinayətlərin yayılması təhlükəsini, həmin şəxsin yenidən eyni əməlləri törədəcəyi ehtimallarını nəzərə almamışdır. Məhkəmə cəza təyin edərkən Məhkum əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə Məhkum mənəvi dəyərlərə, əxlaqa zidd olan cinayət əməli törətmiş olmasına baxmayaraq, cəmiyyətdə hansı səbəbdən müsbət xarakterizə olunması və bununla bağlı yaşadığı ərazi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnaməyə istinad edərkən qeyd olunan halın işin faktiki hallarına açıq-aşkar uyğun gəlməməsini kifayət qədər obyektiv qiymətləndirməməklə, həmin formal xarakter daşıyan sənədin hansı səbəbdən və hansı əsaslara görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün t əsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Bundan başqa, məhkəmə cəza təyin edərkən Məhkum əməlindən səmimi peşman olmasını cəza təyin edərkən yüngülləşdirən hal kimi nəzərə almışdır. İş materiallarından görünür ki, Məhkum dövlət orqanlarına könüllü gəlib təqsirini boynuna almamış, keçirilmiş əməliyyat-axtarış tədbirləri və ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutlar nəticəsində ifşa olunmuşdur. Ona görə də, bu halda məhkəmə cəza təyini zamanı səmimi peşmançılığı yüngülləşdirici hal kimi nəzərə ala bilməzdi. Məhkəmə Cinayət Məcəlləsinin 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və əsassız olaraq ona ictimai iş lər növündə cəza təyin etmişdir. İşin bütün halları, təqsirləndirilən şəxsin şəxsiyyəti, ədalət prinsipi təqsirləndirilən şəxsə qanunvericiliyin tələblərinə müvafiq daha ciddi cəza təyin edilməsini tələb edir. Lakin məhkəmə Məhkum təqsirli bilindiyi cinayət əməllərinə görə cəza növünü müəyyən edərkən hesab etmişdir ki, qanunla nəzərdə tutulmuş daha yüngül cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Şəxsə qeyd olunan maddə ilə azadlıqdan məhrum etmə cəzası deyil, daha yüngül cəza olan ictimai işlər cəzasının tətbiq edilməsi o halda ədalətli hesab olunardı ki, törədilmiş cinayətin ictimai təhlükəliliyini artıran digər səbəblər olmasın və ya təqsirləndirən şəxsin cəzasını yüngülləşdirən kifayət qədər əsaslar, onunla zərər çəkmiş şəxslər arasında barışıq olsun. Məhkəmə Məhkum törə dilmiş cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, onun şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin etmişdir ki, həmin cəza yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza olmaqla, cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəzadır və məhkumun islah olunması, həm özü, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədinə nail ola bilməz. Birinci instansiya məhkəməsi CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış, cinayət qanununda nəzərdə tutulmayan halları əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul etmiş və nəticədə cinayət qanunu normasını düzgün tətbiq etməyərək yüngül cəza təyin etmiş, apellyasiya i nstansiyası məhkəməsi də həmin mövqe ilə əsassız olaraq razılaşmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili Məhkum cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai- təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm d ə başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətl i cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təh lükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Apellyasiya protestində dövlət ittihamçısı qeyd etmişdir ki, məhkəmə cəza təyin edərkən Məhkum himayəsində 2 (iki) azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirərkən, yalnız uşaqlarının olması faktı ilə kifayətlənmiş, təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin faktiki hallarını tam və hərtərəfli araşdırmadan, onun uşaqlarının tərbiyə edilməsində nə dərəcədə iştirak edibetməməsini araşdırmamış və nəticədə əsassız olaraq həmin faktı yüngülləşdirici hal kimi qəbul etmişdir. Məh kəmə cəza təyin edərkən Məhkum əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Bundan başqa məhkəmə Məhkum mənəvi dəyərlərə, əxlaqa zidd olan cinayət əməli törətmiş olmasına baxmayaraq, cəmiyyətdə hansı səbəbdən müsbət xarakterizə olunması və bununla bağlı yaşadığı ərazi üzrə nümayəndəlikdən verilmiş xasiyyətnaməyə istinad edərkən qeyd olunan halın işin faktiki hallarına açıq-aşkar uyğun gəlməməsini kifayət qədər obyektiv qiymətləndirməməklə, həmin formal xarakter daşıyan sənədin hansı səbəbdən və hansı əsaslara görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Məhkəmə kollegiyasının fikrincə bu yüngülləşdirici hallar cinayət işinin materialları əsası nda yenidən yoxlanılmış və müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsinin əsaslandığı bütün yüngülləşdirici hallara dair konkret və mötəbər sübutlar mövcuddur. İşin materiallarından görünür ki, Məhkum ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmuş, cinayəti səmimi etiraf etmiş və hərəkətindən səmimi peşman olmasını bildirmişdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxslərin Məhkum qarşı heç bir şikayət və tələbi olmamış, məhkumun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkum törətdiyi cinayət əməli analoji kateqoriya cinayətlərdən daha yüksək ictimai təhlükəlilik dərəcəsi ilə fərqlənmir. Apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən hallarla əlaqədar hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə təqsirləndirilən şəxs Məhkum himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alaraq ona təqsirli bilindiyi CM-in 243.1-ci maddəsinin sanksiyası (iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası) həddində olan 480 saat müddətində ictimai işlər cəzasını təyin etmişdir. Bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Məhkəmə kollegiyasının fikrincə Məhkum təyin edilmiş cəza onun törədiyi cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya protestinin bu barədəki dəli lləri ilə razılaşmaq olmur. Apellyasiya protestində Məhkum təyin edilmiş 480 saat müddətində ictimai işlər cəzasının onun islah olunması üçün yetərli olmadığı barədə qeyd edilsə də, kassatorun gəldiyi bu nəticəni əsaslanan heç bir tutarlı hal göstərilməmişdir. Ona görə də məhkəmə kollegiyası nəticəyə gəlir ki, Məhkum məhkəmələr tərəfindən təyin edilmiş cəzanın ağırlaşması üçün əsas yoxdur, kassasiya protestinin bu barədə dəlilləri əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üst ünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr Məhkum cəmiyyətdən təcrid etmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Məhkum haqqındakı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətl i və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 243.1-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 iyun 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar