Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1809/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Rayon Məhkəməsinin (hakim Ceyhun Əhmədov) 21 noyabr 2023-cü il tarixli 1(075)-44/2023 nömrəli hökmü ilə 07 aprel 1988-ci ildə Şəki rayonunun İkinci Biləcik kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, məhkumluğu olmayan, Şəki rayonu, İkinci Biləcik kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X4 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən X6 təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o, qəsdən, satış məqsədi olmadan, özü istifadə etmək məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və vaxtda, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 495 qram çəkidə olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı Şəki rayonu, İkinci Biləcik kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində gizlədərək saxlamış, daxil olmuş əməliyyat məlumatı əsasında 25 noyabr 2022-ci ildə Şəki Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin tarixdə saat 215 dəqiqədən başlayaraq Şəki rayonu, İkinci Biləcik kəndində yaşadığı fərdi yaşayış evinə və həmin evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində fındıq ağacının dibində, yarpaqların altında ağ-göy rəngli sellofan torbaya bükülmüş 1 ədəd dəmir qutunun içərisində gizlədib saxladığı, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 495 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 22 fevral 2024-cü il tarixli, 1(107)-113/2024 nömrəli qərarı ilə Şəki Rayon Məhkəməsinin 21 noyabr 2023-cü il tarixli 1(075)-44/2023 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxsə elan edilmiş ittiham iş üzrə toplanmış sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 25 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə baxış keçirilən zaman X1 rayonu, İkinci Biləcik kəndində yaşadığı evin həyətyanı sahəsində yarpaq topasını göstərmiş və altında narkotik vasitə saxladığını bildirmiş, yarpaq topasının altından göy rəngli sellofan torbada olan dəmir boya qabının qapağını açmış içərindəki narkotik vasitəyə bənzər kütləni təqdim etmişdir. Aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə qablaşdırılıb götürülmüşdür. İbtidai istintaq şahid qismində dindirilmiş Şahid3, Şahid1, X5, Şahid2 narkotik vasitənin aşkar edilməsi halları təsdiq etmişlər. R.R.Eminov polis əməkdaşları tərəfindən ona təsir və təzyiq göstərilməsi, qanunsuz cinayət məsuliyyətinə cəlb edilməsi barədə ibtidai istintaqın aparıldığı müddətdə şikayət etməmişdir. Bundan başqa cinayət işi məhkəmə baxışında olarkən, keçirilmiş ilkin məhkəmə iclaslarında təqsirləndirilən şəxs özünü irəli sürülə n ittihamda təqsirli bilmiş və bu məzmunda ifadələr vermişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan şahid ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlarla, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizasının rəyi və digər sübutlarla əlaqəli şəkildə yoxlamamış və bir-biri ilə müqayisə etməmiş, təqsirləndirilən şəxs R.R.Eminovun ifadəsinə digər sübutlara nisbətdə çox üstünlük vermişdir ki, bununla da iş üzrə əsassız nəticəyə gəlmişdir. Məhkəmə təqsirləndirilən şəxs R.R.Eminov tərəfindən məsuliyyətdən yayınmaq üçün verilmiş ifadəyə tənqidi yanaşmamış, həmin ifadəsində göstərdiyi xüsusatları digər sübutlarla müqayisəli təhlil etməmiş və ziddiyyətləri araşdırmamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin d əlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə istintaqı nəticəsində X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla X3 təqsiri tam sübuta yetirilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə iclasında verdiyikləri ifadələrə istinadən yanlış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünü yolverilməz sübutlarla əsaslandırmışlar. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İstintaq orqanı X3 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ifadəsini, hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 25 noyabr 2022-ci il tarixli protokolu, Rauf Eminovun tutulmasında və hadisə yerinə baxış keçirilməsində və maddi sübutun götürülməsində iştirak etmiş polis əməkdaşları Şahid3 və Şahid1 və hal-şahidləri Şahid5 və Şahid2 şahid ifadələrini, məhkəmə-bioloji ekspertizasının rəyini təqdim etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri sübutları araşdırıb belə nəticəyə gəlmişlər ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Həmçinin məhkəmələr müvafiq olaraq hökm və qərarda qeyd etmişdir ki, X3 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı qanun tələblərinin pozulmasına yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələrin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X4 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ittihamın sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, R.R.Eminovun Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, məhkəmələrin gəldikləri nəticəni aşağıda göstərilənlərə əsasən qanuni və əsaslı hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, X3 narkotik vasitəni hər hansı bir konkret şəxsdən alması müəyyən edilməmişdir. X4 qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində narkotik vasitə olan heroinin aşkar edilməsi faktına əsaslanır. İnsan hüq uqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə narkotik vasitənin aşkar edilməsini təsdiq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, o narkotik vasitə qəbul edən olmamışdır. 24 noyabr 2022-ci ildə səhər saatlarında evdən çıxmış, evə qayıdanda anası və bacısı onu polis əməkdaşlarının axtardığını deyib nə ilə bağ lı axtardıqlarının səbəbini soruşmuşlar. O, hər hansı qanunsuz hərəkətləri olmadığını demiş, bacısı ona telefon nömrəsi verib polis əməkdaşının həmin nömrə ilə əlaqə saxlamasını dediyini söyləmişdir. O, saat 11-12 radələrində verilən telefon nömrəsini özünə məxsus mobil telefonla yığıb Qüdrət adlı polis əməkdaşı ilə əlaqə saxlamış, danışdığı şəxsin dəvəti ilə o, Şəki Şəhər-Rayon Polis Şöbəsinə getmiş, saat 13 radələrində Polis şöbəsində ondan narkotik vasitənin qanunsuz dövriyyəsi, satmaq və ya çəkməklə məşğul olması barədə söhbətlər aparılmış, o narkotik vasitə qəbul etməməsini, ümumiyyətlə narkotiklə heç bir əlaqəsi olmadığını bildirmişdir. Buna baxmayaraq onun narkotiklə məşğul olması barədə polisə məlumat verildiyini deyib etiraf etməsi təklif olunmuş, əks təqdirdə narkotik vasitə satı şı ilə məşğul olmaqla tutulacağı, üzünə adam duracağı deyilmişdir. O, narkotiklə məşğul olması barədə kimin məlumat verdiyini soruşub öyrənmək istədikdə, onunla kimin münasibəti olmadığı barədə özü fikirləşib yadına salmağı təklif olunmuşdur. O, da, bibisi oğlu Romanın ona olan borcunu qaytarmadığı üçün münasibətləri korlandığına görə şərləyib tutdurmaqdan ötrü barəsində polisə yalan məlumat ötürdüyünü düşünmüşdür. Polis şöbəsində axşama qədər saxlanılmış, ona yaşadığı evdə və həyətyanı sahədə axtarış aparılacağı deyilmış, özünə arxayın olduğu üçün axtarış keçirilməsinə etiraz etməmiş, bu barədə yazılı ərizə də vermişdir. 2022-ci ilin noyabr ayının 24-dən 25-ə keçən gecə, saat 2 radələrində polis əməkdaşları onu yaşadığı evə aparmış, bir qədər sonra təhqiqatçı, vəkil də gəlmiş, görünüş üçü n qapını döyüb onu çağırmışlar. O, qapını açıb çölə çıxmış, həmin vaxt evdə ailə üzvlərindən heç kim olmamış, anası xəstə xalasının yanında olmuş, evdə heç kim olmadığı üçün bacısı da ya anası ilə birlikdə, ya da qonşuluqda yaşayan əmisi evində olmuşdur. O, həyət qapısının qarşısına çıxanda onu gətirən polis əməkdaşları həyətdə və bağçada gözləyib gəzişmişlər. Evdə axtarış aparsalar da heç nə, eləcə də narkotik vasitə tapmamışlar. Ondan sonra həyətdə axtarış apararkən yarpaq topasının altından göy rəngli sellofan torbada dəmir boya qabı tapıb açıb baxarkən içərisindən narkotik vasitə aşkar olunmuşdur. O, narkotik vasitənin ona aid olmadığını inandırmağa çalışsa da, onda ailə üzvlərinə aid olduğunu, eləcə də narkotik vasitə satan şəxs kimi üzünə adam duracağını polis əməkdaşları ona dediklə ri üçün o, həm də bu işin bibisi oğlu Romanın təşkil etdiyini düşünüb polis əməkdaşlarının diktəsi ilə Romanın saxlamaq üçün ona verdiyini, sonradan götürəcəyini və saxladığı üçün ona pul verəcəyini demişdir. Eyni zamanda Romanın ona verdiyini dedikdə özünün heç bir məsuliyyət daşımadığını düşünmüş, polis əməkdaşları da onun tutulmayacağını, qısa müddətə buraxılacağını, məhkəmədə də qoluna qolbaq bağlanmaqla işinin yekunlaşacağı vədlərinə inanmaqdan başqa yolu qalmamışdır. Aşkar olunmuş narkotik vasitəni və onu Polis şöbəsinə aparmış, orada saxlamışlar. Narkotik vasitənin aşkar olunub götürülməsi barədə protokola da Polis şöbəsində imza etdirmişlər. 26 noyabr 2022-ci ildə polis əməkdaşları onu yenidən həyətlərinə aparmış, ifadəsinin yerində yoxlanılmasını keçirmiş, narkotik vasitənin tap ıldığı yeri göstərməsini və nə demək lazım olduğunu izah etmişlər. O deyilənləri etmiş, video ilə çəkiliş aparılmışdır. Onu yenidən polis şöbəsinə qaytarmış, protokol tərtib olunmuş, o da tərtib olunmuş protokolu imzalamışdır. Narkotik vasitənin aşkar olunduğu yerə kimin qoyduğunu, hadisənin necə baş verdiyini hələ indiyə kimi başa düşməmişdir. İbtidai istintaq dövründə narkotik vasitəni Romanın ona saxlamaq üçün verməsini, sonra götürəcəyini, götürəndə saxladığı üçün pul verəcəyini, narkotik vasitə qəbul etdiyini, tibb mərkəzində yoxlanarkən qanında narkotik qəbul etməsinə dair əlamətlər müəyyən edilməsi barədə polis əməkdaşları ona dediyi üçün qorxudan təkrarladığını, onların dediklərini dediyi halda ona kömək ediləcəyini fikirləşdiyini, məhkəmə baxışında əksini gördüyü üçün həqiqəti söy lədiyini göstərmişdir. Narkoloji ekspertiza zamanı polis əməkdaşlarının sözləri ilə 4-5 dəfə narkotik vasitə qəbul etdiyini ekspertlərə demiş, buna görə rəydə onun arabir narkotik vasitə qəbul etməsi yazılmışdır. O, protokolu imzalasa da, barəsinə olan narkoloji ekspertizanın rəyi ilə razılaşmamışdır. Heç bir cinayət törətmədiyini nəzərə alıb barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 təqsirləndirilən şəxs X3 ifadəsində özü ilə bağlı göstərilən xüsusatları təsdiq etmişdir. Həmçinin cinayət işinin materiallarından görünür ki, birinci instansiya məhkəmə istintaqı zamanı dindirilmiş hər iki hal şahidi Şahid5 və Şahid2n ifadələrində təqsirləndirilən şəxsi tanımadıqlarını, təqsirləndirilən şəxslə bağlı narkotik vasitənin aşkar edilib götürül məsi tədbirində, eləcə də Şəki rayonunun İİ Biləcik kəndində heç vaxt, həm də gecə vaxtı iştirak etmədiklərini israrla bildirmişlər. Hal şahidlərinin istifadəsində olmuş mobil telefonların anten dairəsi barədə alınmış məlumatlarda da onların baxış və götürmənin aparıldığı vaxt Şəki rayonunun İİ Biləcik kəndində olmadıqları müəyyən edilmişdir. Müəyyən olunmuşdur ki, narkotik vasitənin aşkar edilib götürülməsi videoçəkiliş və iki nəfər hal şahidinin iştirakı olmadan aparılmışdır. Birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübutları və işin digər materiallarını nəzərə alıb nəticəyə gəlmişdir ki, Rauf Eminova qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edən hadisə yerinə baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə 25 noyabr 2022-ci il tarixli protokol Rauf Eminovun təqsiri m üəyyən edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası CPM-in 245.3-cü maddəsinə əsasən, müstəntiq axtarış və ya götürməni foto, video və kino çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə etməklə aparmaq hüququna malikdir. Axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Sadalananlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, hazırkı cinayət işi üzrə 25 noyabr 2022-ci il tarixdə keçirilmiş baxış və maddi sübutun götürülməsi CPM-in 245.3-cü maddəsinin tələblərinin kobud pozuntusu ilə keçirildiyindən həmin istintaq hərəkətinin keçirilməsi barədə 25 noyabr 2022-ci il tarixli protokolun sübutu əhəmiyyəti olmadığına dair məhkəmələrin gəldiyi nəticə əsaslı və qanunidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birinci instansiyası məhk əməsi X4 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələblərinə görə təqsirlədirilən şəxsin cinayətin törədilməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası qanunun yuxarıda göstərilən normaları, Avropa Məhkəməsinin yuxarıda göstərilən qərarı və cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri hazırkı iş üzrə ittihamın əsasını təşkil edən X3 istintaq zamanı verdiyi ifadə, onun üz ərində şəxsi axtarış keçirilməsi haqqında 25 noyabr 2022-ci il tarixli protokolu və müvafiq şahidlərin ifadələrini qiymətləndirərək əsaslı nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. Göründüyü kimi, məhkəmələr hazırkı cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin müddəalarına tam riayət edilməklə yoxlamış və qiymətləndirmişdir. Sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri onların hökm və qərarların kassasiya qaydasında ləğv edilməsinə səbəb ola biləcək prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası CM-in 234.1- ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını təşkil edən sübutların mötəbərliyinə kifayət qədər şübhələr mövcuddur. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X3 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsin ə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunv ericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Məhkəmə kollegiyası işin hallarını və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq, hesab edir ki, məhkəmələrin R.R.Eminova elan edilmiş ittihamda təqsirinin mötəbər sübutlarla təsdiq olunmaması və bu əsasla ona bəraət verilməsinə dair gəldiyi nəticə qanunun yuxarıda göstərilən qanun normalarının tələblərinə uyğun g əlir. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X6 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Kassasiya protestinin dəlilləri ilə əlaq ədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməs inin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X3 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 22 fevral 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1809/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1809/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver