Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-181/2019 05.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin və məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-cı il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər E.Vəliyev (sədrlik edən və məruzəçi), Ə.Quliyev və İ.Həsənzadədən ibarət tərkibdə) 21 dekabr 2016-cı il tarixli hökmü ilə xx xxxxx 1981-ci ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə təqsirli bilinib 4 (dörd) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəz açəkmə müddətinin əvvəli 01 sentyabr 2016-cı il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 07 iyun 2015-cı il tarixdə, saat 11:00 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Shacman» markalı, ** XH *** qeydiyyat nişanlı özü boşaldan yük avtomobilini Bakı şəhəri, Suraxanı rayonu, Ramam qəsəbəsi, S.Əliyev küçəsi ilə Yeni Ramana qəsəbəsi tərəfdən şəhər istiqamətində 50-60 km/saat sürətlə hərəkət etdirərkən Bakı şəhər, ünvan ünvanda yerləşən evin qarşısında heç bir əsaslı səbəb olmadan idarə etməni itirərək «Yol Hərəkəti Haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3- cü bəndinin tələblərini pozmuş yəni, yol hərəkəti üçün təh lükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka ziyan vurmamalı olduğu halda həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq buna riayət etməmiş, avtomobili sol əks hərəkət zolağına çıxardaraq avtomobilin qabaq sağ hissəsini həmin vaxtı Bakı şəhəri, Yeni Ramana qəsəbəsi istiqamətində 214 saylı marşrut xətti üzrə X18 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Daevoo BS090“ markalı ** TG *** dövlət nömrə nişanlı avtobusun qabaq hissəsi ilə toqquşduraraq ehtiyyatsızlıqdan “Daevoo BS090” markalı ** TG *** dövlət nömrə nişanlı avtobusun zədələnməsi ilə bağlı "xxxx" LTD MMC-yə 16.930 manat (on altı min doqquz yüz otuz) manat, “Shacman” markalı ** XH *** qeydiyyat nişanlı avtomobilin zədələnməsi ilə bağlı X7 8.320 (səkkiz min üç yüz iyirmi) manat maddi ziyan vurmuş, “Daevoo BS090” markalı ** TG *** dövlət nömrə nişanlı avtobusda olan sərnişinlər X19 hər iki baldır və ayaq skeleti sümüklərinin açıq çox qəlpəli sınıqları və həmin səviyyələrdə hər iki baldırın və ayağın əzilmiş-cırıbmış yaralan, sol baldırın tam travmatik küt amputasiyası, çənə nahiyəsinin, döş qəfəsinin, qarının, hər iki yuxarı ətrafların və sağ budun sıyrıqları, sol əlin əzilmiş yarası, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid,aldığı xəsarətlər nəticəsində baş vermiş travmatik və hemorragik şokla onun ölümünə səbəb olan, X14 hər iki baldır və sol bud sümüklərinin yerini dəyişən açıq çox qəlpəli sınıqları və həmin səviyyə lərdə sol budun və hər iki baldırların geniş ölçüdə əzilmiş-cırılımış yaraları, döş qəfəsinin, bel nahiyəsinin, yuxarı və aşağı ətrafların sıyrıqları, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid aldığı xəsarətlər nəticəsində baş vermiş travmatik və hemorragik şokla onun ölümünə səbəb olan, X4 sağ baldırda qamış və incik sümüklərinin, topuq çıxıntılarının sağ aşıq-baldır oynağı daxili qapalı sınıqları, sağ ayağın bayıra çıxığı, döş qəfəsinin əzilməsi və sağ baldırın sıyrığı ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, X21 sol baldır sümüklərinin yerini dəyişən qapalı sınıqları, alın nahiyyəsinin və sol bazunun əzilmiş yaraları ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlaml ığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, X11 İV- V-Vİ qabırğaların az yerdəyişmiş sınıqları ilə müşayiət olunmuş döş qəfəsinin əziyi ilə nəticələnən və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, X31 sol tərəfli oturaq sümüyünün qapalı sınığı, hər iki diz oynağının ön səthinin sıyrıqları ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, X15 çanaq və bel- oma nahiyyələrinin yumşaq toxumalarının əzilməsi ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, X22 baş-beyin silkələnməsi, sağ əlin, sol mil-bilək oynağının, sağ baldırın, sağ diz oynağının, sağ bu dun əzilmiş-cırılmış yaralan ilə nəticələnən dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, X24 sağ diz oynağı nahiyyəsinin əzilmiş-cırılmış yarası və təpə nahiyyəsinin yumşaq toxumasının əziyi ilə nəticələnən dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, X23 sağ baldırın əzilmiş yarası və sağ budun sıyrıntıları ilə nəticələn dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, X28 sol dirsək oynağının və sağ bud-çanaq oynağının əzilməsi ilə nəticələnən və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olansağlamlığa yüngül zərər vurmaya aid, X2 döş qəfəsinin əziyi ilə nəticələnən və dərəcəsinə görə sağlamlığ ın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, X16 baş beyin silkələnməsi ilə müşayiət olunan qapalı kəllə beyin travması, alın nahiyəsinin sağ yarısından başlayaraq üzün sağ yarısına qədər davam edən əzilmiş-cırılmış yara ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, X12 sol saidin yuxarı 1/3-nin səthində, aşağı 1/3-nin ön səthində, sağ bazu oynağının ön səthində sıyrıqlar ilə nəticələnən və sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilməyən bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozub iki şəxsin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rizvan Səfərov (sədrlik edən və mə ruzəçi), Qail Məmmədov və Abid Abdinbəyovdan ibarət tərkibdə) 05 aprel 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-ci il tarixli qərarı ləğv edilsin və məhkuma təyin olunmuş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkum Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi onunla əsaslandırır ki, məhkəmələr tərəfindən təqs irləndirilən şəxs barəsində ağır cəza təyin edilmişdir. Belə ki, işə baxan məhkəmə iş üzrə müəyyən edilmiş yüngülləşdirici halların məcmusunu müstəsna hal kimi nəzərə almamış və ona cəza təyin edərkən Cinayət Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin etməmişdir. Məhkəmə cəza təyini zamanı Təqsirləndirilən şəxs cinayət nəticəsində vurduqları ziyanı qismən ödədiyini, zərərçəkmiş şəxslərlə barışmaq üçün çoxsaylı təşəbbüs göstərməsini, eləcə də, cinayətin açılması üçün səmimi ifadə verməsini, cinayət əməlini etiraf edib, etdiyi əməldən səmimi peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, məhkumluğu olmayan şəxs olduğunu, ailəli olduğunu və himayəsində 3 nəfər azyaşlı qız uşağının və ahıl anasının olmasını, özünün də h əmin qəzada xəsarət alıb ikinci qrup əlil olduğunu və sağlamlıq vəziyyətinin yaxşı olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. K assasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Müdafiəçinin kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən məhkum Təqsirləndirilən şəxs ağır cəzanın təyin olunmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhk umun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. İşdən görünür ki, birinci instansiyası məhkəməsi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edilməklə, 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasını təyin edərkən, onun ailəli və himayəsində üç azyaşlı uşağının olmasını, məcburi köçkün olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, zərərçəkmiş şəxslərin bir qismi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almışdır. Göründüyü kimi, cəza təyin edilərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kifayət qədər nəzərə alınmışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza həmçinin məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə uyğundur. Ona görə də kassasiya şikayətinin bu barədəki dəliləri ilə razılaşmaq olmur. Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. Bundan əlavə, məhkəmə kollegiyas ı qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası məhkəmələrin məhkum Təqsirləndirilən şəxs barəsində cəza təyini ilə bağ lı mövqeyini əsaslı hesab edir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-ci il tarixli məhkum Təqsirləndirilən şəxs haqqındakı qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Kassasiya şikayətinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq şikayətin həmin dəlillərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razıl aşır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 aprel 2017-cı il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.
Məhkəmə qərarları › İş №1(102)-181/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-181/2019
05.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver