Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-181/2020 06.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyfəliyev Əli Səlim oğlu (sədrlik edən), Nəsibov Hafiz Qənbər oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə, Ələkbərli Pərvanə İsmayıl qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Əliyev Müstəcəb Süleyman oğlunun iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-ni n 180.2.1, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 yanvar 2017-ci il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətə əsasən işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli hökmü ilə (sədrlik edən hakim Tamila Nəsrullayeva, hakimlər Ramella Allahverdiyeva və Novruz Kərimovdan ibarət tərkibdə) xx xxxxx 1995-ci ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Salyan rayonu, Kərimbəyli kəndində yaşamış Məhkum Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2,4 və 221.3-cü maddələri il ə təqsirli bilinib CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə 05 il müddətə, CM-nin 221.3-cü maddəsi ilə 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 06 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Həmin hökmlə həmçinin X6 da təqsirli bilinib məhkum olunmuşdur. Hökmdən Məhkum müdafiəçisi Rzayev Qubadəli Əli oğlu apellyasiya şikayəti verərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli hökmünün ləğv edilməsini və Məhkum əməlinin CM-nin 180.1 və 221.1-ci maddələrinə tövsif edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə ilkin baxış zamanı Məhkum ərizə ilə müraciət edərək müdafiəçi Qubadəli Rzayev tərəfindən verilmiş apellyasiya şikayətindən imtina etdiyini bildirmiş və onun baxılmasına xitam verilməsini xahiş etmişdir. Hökmdən Məhkum müdafiəçisi Q.Ə.Rzayev tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən hakim Məmmədov Vüqar Kamal oğlu, hakimlər Bayramov Əmir Novruz oğlu və Qasımov Əflatun İbrahim oğlundan ibarət tərkibdə) 13 yanvar 2017-ci il tarixli ilkin baxış qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 noyabr 2016-cı il tarixli hökmündən Məhkum müdafiəçisi Rzayev Qubadəli Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayətindən Məhkum imtina etməsi ilə bağlı apellyasiya şikayətinin baxılmasına xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2017-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. Eyni zaman da Məhkum vəsatət verərək apellyasiya məhkəməsi qərarından kassasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Kassasiya şikayətinə baxılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 06 mart 2020-ci il tarixli iclasına təyin edilmişdir. İşə kassasiya instansiyası məhkəməsində baxılanadək Məhkum məhkəmə kollegiyasına ərizə təqdim edərək verilmiş kassasiya şikayətindən imtina etdiyini bildirib şikayətə baxılmasının xitam verilməsini xahiş etmişdir. Kassasiya kollegiyası kassasiya şikayətinə baxılmasının xitam verilməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətə və kassasiya şikayətinə baxılmasına xitam verilmə lidir. Azərbaycan Respublikası CPM-nin 414.8-ci maddəsinə əsasən kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs öz kassasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayəti və ya kassasiya protesti olmadığı halda məhkəmə kassasiya şikayətinə və ya kassasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 414.8-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 yanvar 2017-ci il tarixli ilkin baxış qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti vermə müddətinin bərpa olunmasına dair vəsatətə və kassasiya şikayətinə baxılmasına xitam verilsin.
Məhkəmə qərarları › İş №1(102)-181/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-181/2020
06.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver