Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-181/2021 28.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X72, məhkum X57 və müdafiəçisi Müdafiəçi qızının iştirakları ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli hökmünə əsasən X32 Azərb aycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayət Məhkəməsinin (hakimlər: X58 (sədrlik edən), X78 və X6 ibarət tərkibdə) 04 sentyabr 2018-ci il tarixli hökmü ilə 08 iyul 1978-ci ildə Göyçay rayonunun Hacalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, «NNN» ictimai siyasi qəzetin və «SSS» internet informasiya portalının baş redaktoru vəzifəsində işləyən, Şi rvan şəhərində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşamış X57, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək və CM-in 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 182.2.1 və 182.2.2ci maddələri ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə əsas cəzaya tam birləşdirməklə cinayətlərin məcmusu üzrə X42 qəti cəza - 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, X32 məhkəmə baxışınadək, yəni 2015-ci ilin avqust ayının 27-dən 28-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 02 (iki) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılması, üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılması, həmçinin Şirvan Şəhər Məhkəməsinin 27.04.2007-ci il tarixli hökmü ilə X42 təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzasının Azərbaycan Respublikası CM-in 67.1 və 67.5ci maddələrinə əsasən yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə ona qəti cəza, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Həmin hökmlə X59 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə, Məmmədov İlkin Habi l oğlu Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdirlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərarı ilə (hakimlər: X50 (sədrlik edən, məruzəçi hakim), X67 və X51 ibarət tərkibdə) məhkum X57 və müdafiəçisi X68 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Lənkəran Ağır Cinayət Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli hökmü məhkum X42 aid hissədə dəyişdirilmiş, X42 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təyin edilmiş 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası 5 (beş) il müddətinədək azaldılsın. X57 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirli bilinər ək təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə əsas cəzaya tam birləşdirməklə cinayətlərin məcmusu üzrə X42 qəti cəza - 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, X32 məhkəmə baxışınadək, yəni 2015-ci ilin avqust ayının 27-dən 28-dək şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı müddət, yəni 2 (iki) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıx ılsın, üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Şirvan Şəhər Məhkəməsinin 27.04.2007-ci il tarixli hökmü ilə X42 təyin edilmiş və çəkilməmiş 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə əlavə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 və 67.5-ci maddələrinə əsasən yeni hökm üzrə təyin edilmiş 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına tam birləşdirilməklə ona qəti cəza, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında, rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il, 5 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, hökm X42 aid qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə görə X57 29 sentyabr 2013-cü il tarixdən təsisçinin etibarnaməsi ilə «NNN» ictimai-siyasi hüquq qəzetinin baş redaktoru və 2013-cü ilin oktyabr ayından «SSS» internet informasiya portalının baş redaktoru vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə 2014-cü ilin iyul-avqust aylarında, dəqiq məlum olmayan tarixdə, qeyri-rəsmi nikahda yaşadığı, rəhbəri olduğu qəzetin redaksiyasında və internet informa siya portalında redaktor vəzifəsində işləyən X59 ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Lənkəran rayonunun Göyşaban kənd sakini X11 özünü «NNN» qəzetinin baş redaktoru, İpək Məmmədovanı isə həmin qəzetin əməkdaşı kimi təqdim edib tanış olaraq, etibarını qazanıb münasibət qurduqdan sonra, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olmaları, 2000 manat pulun müqabilində Rəsmiyyə Rüstəmovanın yaşadığı evi ziyarətgah və şəfa ocağı kimi dövlət səviyyəsində mətbuat vasitəsi ilə tanıtdıracaqları və bundan sonra sonuncuya diplom və dövlət tərəfindən hər ay 200 manat məvacib veriləcəyi barədə yalan vəd verib aldadaraq, qeyd edilən tarixlərdə sonuncu nun bu münasibətlə evində təşkil etdiyi ziyafətdə iştirak etməklə sonuncuya həmin evdə «NNN» qəzeti adından tərtib edilmiş «Şəfa ocağı» fəxri diplomunu təqdim edərək 2000 manat pulunu alıb ələ keçirməklə dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən, X59 ilə zərər çəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 22 oktyabr 2014-cü ildə saat 19 radələrində Cəlilabad şəhəri, 28 May küçəsi, ev 3-də yaşayan X18 yaşadığı ünvana gələrək özlərini «NNN» qəzetinin əməkdaşları kimi təqdim etmiş, sonra sonuncunun arvadı X7 falçılıqla məşğul olması barədə onlarda məlumatlar, eyni zamanda şikayətlər olduğunu, rəhbəri olduğu informasiya saytında barəsində rüsvayedisi məlumatlar yayacaqlarını bildirib hədə-qorxu gəlməklə ondan 500 manat pul tələb etmiş, pul veriləcəyi halda rüsvayedici məlumatları yaymayacağı və fəxri diplomla təltif edəcəklərini bildirib OOO arvadı barəsində kütləvi infomasiya vasitələrində rüsvayedici məlumatların yayılacağından və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq onlarla 400 manat verməyə razılaşmış, sonuncu onların tələb etdikləri məbləği verməyə imkanı olmadığını bildirərək onlara 150 manat pul vermiş, 04 noyabr 2014-cü ildə isə qalan 250 manat pulu almaq üçün gələrkən OOOun müraciəti ilə gəlmiş Cəlilabad şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, gətirdikləri «NNN» ictimai siyasi hüquq qəzetinin Səmayə Məmmədovanın adına tərtib edilmiş fəxri diplomu götürülmüşdür. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə 2015-ci ilin yanvar ay ında, dəqiq məlum olmayan tarixdə X59 ilə dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayan X33 evinə gələrək, özlərini «NNN» qəzetinin əməkdaşları kimi təqdim edib, ailəsindən ayrılıb atası evinə gəlmiş qızı X24 ərinin valideynlərindən daxil olmuş şikayətlə əlaqədar gəldiklərini bildirmiş, söhbət əsnasında kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olmaları, 2000 manat pulun müqabilində RRRnın boşanma prosesinə Bakı şəhərində Qadınlar Şurası vasitəsi ilə müdaxilə edib əmlakın bölünməsini və uşaqların anası ilə saxlanıcaqlarını təmin etdirəcəkləri barədə yalan vəd verib aldadaraq, həmin evdə Nailə Həsənovanın 4 00 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişlər. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 2015-ci ilin iyun ayında, dəqiq məlum olmayan tarixdə X59 ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Göygöl rayonunun Göyçəkənd kəndində yaşayan X1 evinə gələrək, özlərini jurnalistlər kimi təqdim edib, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olmaları, 700 manat pulun muqabilində sonuncunun təqaüdə çıxmasını təmin etdirəcəkləri barədə yalan vəd verib aldadaraq, on gün ərzində Nəzakət Allahverdiyevanın 700 manat pulunu alaraq özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrar ən, öz qulluq mövqeyindən istifadə etməklə, 2015-ci ilin iyun-iyul aylarında, dəqiq məlum olmayan tarixdə X59 ilə dələduzluq, yəni etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Göygöl rayonunun Topalhəsənli kəndində yaşayan X3 evinə gələrək, özlərini müxbir və jurnalistlər kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olmaları, 1500 manat muqabilində üç ay ərzində sonuncunun arvadı X2 təqaüdə çıxmasını təmin etdirəcəkləri barədə yalan vəd verib aldadaraq, QQQdan evində 1360 manat pul alaraq özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 15 iyul 2015-ci ildə, dələduzluq, y əni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Şəmkir rayonunun Muxtariyyat kəndində yaşayan X43 evinə gələrək, özünü «NNN» qəzetinin baş redaktoru kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olması, 1800 manat muqabilində sonuncunun İİ qrup əlil kimi pensiyaya çıxarılmasını təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, evində QQQun 1600 manat, 19.01.2016-cı ildə isə bank köçürməsi vasitəsi ilə X44 adına göndərilmiş 200 manat pulu almaqla, ümumilikdə QQQun 1800 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 2015-ci ilin avqust ayında, dəqiq məlum olmayan tarixdə X59 ilə dələduzluq, yəni etibardan suiistifadə et mə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Göygöl rayonunun Topalhəsənli kəndində yaşayan X19 özlərini Bakı şəhərindən gəlmiş jurnalistlər kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olmaları, 1800 manat pulun muqabilində sonuncunun İİ qrup əlil kimi pensiyaya çıxarılmasını təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, 08 avqust 2015-ci ildə həmkəndlisi X3 evində DTYdan pensiya işinə görə 1500 manat və hazır olandan sonra pensiya kartını ünvanına göndərmək üçün əlavə 20 manat pul almaqla, ümumlikdə DTYnın 1520 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişlər. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 2015-ci ilin avqust-sentyabr aylarında, dəqiq məlum olmayan tarixlərdə X59 ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Göygöl rayonunun Topalhəsənli kəndində yaşayan X4 özlərini jurnalistlər kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olmaları, 1500 manat muqabilində sonuncunun xəstəliyə görə pensiyaya çıxarılmasını təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncudan Topalhəsənli kəndində 270 manat pul alaraq, 2015-ci ilin sentyabr ayında bank köçürməsi vasitəsi ilə göndərdiyi 400 manat və KLJ adlı sürücü vasitəsi ilə əlavə göndərdiyi 600 manat pulu Bakı şəhərində almaqla, ümumilikdə Mübariz Məhərrəmovun 1270 manat pulunu alıb ələ keçirməklə tə krarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 2015-ci ilin avqust ayının sonunda, dəqiq məlum olmayan tarixdə X59 ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Göygöl rayonunun Üçtəpə kəndində yaşayan X16 evinə gələrək, özlərini Bakı şəhərindən gəlmiş jurnalistlər kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olmaları, 2000 manat pulun muqabilində onun pensiyaya çıxarılmasını təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, evində ÜUİdan 600 manat, 2015-ci ilin dekabr ayında, dəqiq məlum olmayan tarixdə həmin evində daha 400 manat pul almış, ümumlikdə ÜUİun 1000 manat pulunu alı b ələ keçirməklə təkrarən dələduzluq etmişlər. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 2015-ci ilin avqust ayının sonunda, dəqiq məlum olmayan tarixdə X59 ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Göygöl rayonunun Topalhəsənli kəndində yaşayan X61 evinə gələrək, özlərini Bakı şəhərindən gəlmiş jurnalistlər kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olmaları, 3000 manat pulun muqabilində sonuncunun özünün və atası X34 pensiyaya çıxarılmasını təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, 28 avqust 2015-ci ildə həmkəndlisi X3 evində OUYdən 1500 manat almış, həmçinin həmin gün bank köçürməsi ilə İpək Məmmədovanın adına göndərilmiş 1500 manat pulu almaqla, ümumlikdə OUYin 3000 manat pulunu ələ keçirməklə təkrarən dələduzluq etmişlər. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 20 oktyabr 2015-ci ildə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Şəmkir rayonunun Muxtariyyat kəndində X25 özünü «NNN» qəzetinin baş redaktoru kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olması, 2000 manat pulun muqabilində sonuncunun əlil kimi pensiyaya çıxarılmasını təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, həmkəndlisi X26 evində TRGin 1300 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etmə klə, 25 oktyabr 2015-ci ildə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Şəmkir rayonunun Muxtariyyat kəndində X35 özünü «NNN» qəzetinin baş redaktoru kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olması, 2000 manat pulun muqabilində sonuncuya İİ qrup əlil kimi pensiyaya çıxarılmasını təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, EYTdan həmin tarixə satış məzənnəsinə görə 253 manat 50 qəpiyə bərabər olan, 15000 Rusiya rublunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 04 noyabr 2015-ci ildə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə Şəmkir r ayonunun Muxtariyyat kəndində həmin kənd sakini X75 oğluna özünü «NNN» qəzetinin baş redaktoru kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olması, 500 manat pulun muqabilində sonuncunun İİ qrup əlil kimi pensiyaya çıxarılmasını təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, ÇÇÇdən 500 manat pulu alaraq bir müddət pensiyanın düzələcəyi barədə vədlər verib aldatmaqda davam etmiş, 26 aprel 2016-cı ildə ÇÇÇi Bakı şəhərinə göz həkimindən müayinədən keçmək üçün çağırıb pensiyasının düzəlməsi üçün əlavə ödəniş lazım olduğunu bildirib aldadaraq, əlavə olaraq 300 manat almaqla, ümumilikdə sonuncunun 800 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 11 dekabr 2015-ci ildə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə, Bakı şəhərində X20 oğlu X36 04 avqust 2015-ci ildə Xəzər dənizində boğulub ölməsi faktına görə hüqüq mühafizə orqanlarında aparılmış araşdırmanın nəticəsindən narazı olması barədə ona mətbuat işçisi kimi müraciətindən istifadə edərək, özünü «SSS» internet informasiya portalının və «NNN» qəzetinin baş redaktoru kimi təqdim edərək, kütləvi informasiya vasitəsinin nümayəndəsi kimi geniş imkanlara malik olması, 1000 manat pulun muqabilində araşdırmanın Göyçək Həmidovanı qane edəcək tərzdə aparılmasını və oğlunun ölüm səbəbinin aydınlaşdırılmasını təmin edəcəyi barədə yalan vəd verib aldadaraq, sonuncunun 300 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlav ə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq, yəni özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2016-cı ilin iyun ayının ortalarında, dəqiq məlum olmayan tarixdə, Kürdəmir rayonunun Karrar qəsəbəsində tanışı X12 evində həmin qəsəbə sakini X8 özünün və kürəkəni X28 hər birinə görə 400 manat pulun müqabilində neft şirkətinə işə götürülmələrini təşkil edəcəyi barədə yalan vəd verib aldadaraq, onların 800 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən X59 ilə zərər çəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, şəxsiyyəti müəyyən edilməmiş sürücünün idarə etdiyi VAZ 21150 markalı avtomobillə, 22 iyun 2016-cı ildə saat 18 r adələrində Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tanımadıqları şəxslərdən kənddə yaşayan X9 falçılıqla məşğul olması barədə məlumat alıb sonuncunun yaşadığı evinə gələrək, əvvəlcədən razılaşdırılmış birgə hərəkətləri ilə İJRya falçılıqla məşğul olması barədə diskdə yazılmış məlumatlar olduğunu, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqlarını, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün çağırılacağını bildirib hədə-qorxu gəlməklə İJRdan 100 manat pul tələb etmiş, sonuncunun gələcəkdə barəsində kütləvi infomasiya vasitələrində rüsvayedici məlumatların yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq əri X84 oğluna zəng vurub məlumat verməsindən sonra evdən çıxıb getmişlər. Bundan əlavə, o, təkra rən X59 ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, 23 iyun 2016-cı ildə, saat 11 radələrində Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tanımadıqları şəxslərdən kənddə yaşayan X38 falçılıqla məşğul olması barədə məlumat alıb sonuncunun yaşadığı evinə gələrək, əvvəlcədən razılaşdırılmış birgə hərəkətləri ilə LUJya falçılıqla məşğul olması barədə diskə yazılmış məlumatlar olduğunu, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqlarını, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün Bakı şəhərinə çağırılacağını bildirib hədə-qorxu gəlməklə LUJdan 500 manat pul tələb etmiş, sonuncunun barəsində kütləvi infomas iya vasitələrində gələcəkdə rüsvayedici məlumatların yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq qeyd edilən tarixdə öz mənzilində onlara verdiyi 35 manat pulu ələ keçirmişlər. Bundan əlavə, o, təkrarən, X59 ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, şəxsiyyəti müəyyən edilməmiş sürücünün idarə etdiyi VAZ 21150 markalı avtomobillə 23 iyun 2016-cı ildə saat 21 radələrində Füzuli rayonunun Yuxarı Kürdmahmudlu kəndində tanımadıqları şəxslərdən kənddə yaşayan X5 falçılıqla məşğul olması barədə məlumat alıb sonuncunun yaşadığı evinə gələrək, əvvəlcədən razılaşdırılmış birgə hərəkətləri ilə İKLya falçılıqla məşğul olması barədə məlumatlarının olduğunu, bir nəfərdən 300 manat alma sı ilə bağlı şikayət daxil olduğunu və bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqlarını, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün Bakı şəhərinə çağırılacağını bildirib, telefon aparatı ilə fotoşəklini çəkərək hədə-qorxu gəlməklə 1000 manat pul tələb etmiş, sonuncu barəsində kütləvi infomasiya vasitələrində gələcəkdə rüsvayedici məlumatların yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq qeyd edilən tarixdə öz evində onlara verdiyi 950 manat pulu və qiyməti 70 manat olan köz samovarını, ümumilikdə 1020 manat ziyan vurmaqla özgənin əmlakını təkrarən ələ keçirmişlər. Bundan əlavə, o, təkrarən X59 ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, etibarnamə ilə idarə etdiyi «Azsamand» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə 2016-cı ilin iyun ayında, dəqiq məlum olmayan tarixdə, Lənkəran rayonunun Xanbulan kəndindən keçərkən tanımadıqları şəxslərdən kənddə yaşayan X31 falçılıqla məşğul olması barədə məlumat alıb evinə gələrək, əvvəlcədən razılaşdırılmış birgə hərəkətləri ilə, KGRya özlərini «SSS» internet informasiya portalının əməkdaşları kimi təqdim edərək, falçılıqla məşğul olması barədə məlumatlarının olduğunu, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqlarını, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün Bakı şəhərinə çağırılacağını bildirib, hədə-qorxu gəlməklə 300 manat pul tələb etm iş, sonuncunun əri X17 ilə birlikdə barəsində kütləvi infomasiya vasitələrində gələcəkdə rüsvayedici məlumatların yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq qeyd edilən tarixdə öz evində onlara verdiyi 200 manat pulu ələ keçirmişlər. Bundan əlavə, o, təkrarən, öz qulluq mövqeyindən istifadə etməklə, 2016-cı ilin iyun ayının sonu-iyul ayının əvvəllərində, dəqiq məlum olmayan tarixdə X59 ilə dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək niyyəti ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil etməklə, Lənkəran rayonunun Xanbulan kəndində yaşayan zərər çəkmiş şəxs KGRnın evində sonuncunun atası X52 özünü «SSS» internet informasiya portalının baş redaktoru, İpək Məmmədovanı isə redaktor kimi təqdim edərək, kütləvi informasiya vasitəsini n nümayəndəsi kimi geniş imkanlara malik olması, 800 manat pulun muqabilində sonuncunun İİİ qrup əlil olan uşaqları-X45 və X29 əlillik dərəcələrinin İ qrupa dəyişdirilməsini təmin etdirəcəyi barədə yalan vəd verib aldadaraq, etibarnamə ilə idarə etdiyi «Azsamand» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə Astara rayounun Telman kəndinə Nazir Məmişovun yaşadığı evə gəlib orada 200 manat pulu, 05 iyul 2016-cı ildə isə sonuncunun poçt vasitəsi ilə İpək Məmmədovanın adına göndərdiyi 100 manat pulu alaraq, ümumilikdə 300 manat pulunu alıb ələ keçirməklə təkrarən dələduzluq etmişlər. Bundan əlavə, o, təkrarən X59 və sonuncunun «SSS» internet informasiya portalında xüsusi müxbir işləyən oğlu X39 zərər çəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, etibarnamə ilə idarə etdiyi «Azsamand» markalı 000 dövlət qeydiyyat nişanlı avtomobillə dəqiq məlum olmayan 17-20 iyul 2016-cı ildə, Lənkəran rayonunun Parakənd kəndindən keçən zaman tanımadıqları şəxslərdən kənddə yaşayan X13 falçılıqla məşğul olması barədə məlumat alıb evinə gələrək, əvvəlcədən razılaşdırılmış birgə hərəkətləri ilə, UKJ özlərini «SSS» internet informasiya portalının əməkdaşları kimi təqdim edərək, falçılıqla məşğul olması barədə məlumatlarının olduğunu, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqlarını, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün çağırılacağını bildirib, ona hədə-qorxu gəlməklə ondan 300 manat pul tələb etmiş, sonun cunun barəsində kütləvi infomasiya vasitələrində gələcəkdə rüsvayedici məlumatların yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq qeyd edilən tarixdə öz evində onlara verdiyi 100 manat pulu, 22 iyul 2016-cı ildə X49 şəhərində yerləşən 6 saylı ərazi Vergilər İdarəsinə gətirib falçılıqla məşğul olmağa rəsmi icazə almaq adı ilə aldadaraq, fiziki şəxs kimi VÖİN-lə qeydiyyata alınmasına dair ərizə yazdırandan sonra aldıqları 50 manat pulu, eləcə də evində bir ədədinin qyməti 5 manat, ümumi qiyməti 10 manat olan iki ədəd toyuğunu, ümumilikdə 160 manat pul və əmlakını ələ keçirmişlər. Bundan əlavə, o, təkrarən X59 və X60 ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, etibarnamə ilə idar ə etdiyi «Azsamand» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə 20 iyul 2016-cı ildə saat 20 radələrində, Lənkəran rayonunun Parakənd kəndindən keçən zaman tanımadıqları şəxslərdən kənddə yaşayan X14 falçılıq fəaliyyəti ilə məşğul olması barədə məlumat alıb evinə gələrək, sonuncuya özlərini Bakı şəhərindən gəlmiş səlahiyyətli şəxslər kimi təqdim edərək, falçılıqla məşğul olması haqqında məlumatlarının olduğunu, buna görə onu polis orqanlarına aparacaqlarını və haqqında rüsvayedici məlumatları yayacaqlarını, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunacağını bildirib, hədə-qorxu gəlməklə 2500 manat pul tələb etmiş, sonuncunun barəsində rüsvayedici məlumatların yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq qeyd edilən tarixdə öz evində onlara verdiyi 500 manat pulu ələ keçirmişlər. Bundan əlavə, o, təkrarən, X59 və X60 ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, etibarnamə ilə idarə etdiyi «Azsamand» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə 26 iyul 2016-cı ildə saat 16 radələrində, Lənkəran rayonunun Kərgəlan kəndində tanımadıqları şəxslərdən kənddə yaşayan X10 falçılıqla məşğul olması barədə məlumat alıb sonuncunun yaşadığı evinə gələrək, özü və İpək Məmmədova küçədə avtomaşında gözlədikləri zaman, onunla eyni niyyətlə, əvvəlcədən razılaşdırılmış qaydada hərəkət edən İlkin Məmmədov evə girərək, Hikayət Seyfullayevaya Bakı şəhərindən gəlmiş jurnalistlər olduğunu bildirib, falçılıqla məşğul ol ması barədə kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqları, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunacağını bildirib hədə-qorxu gəlməklə Hikayət Seyfullayevadan 200 manat pul tələb etmiş, sonuncunun gələcəkdə haqqında kütləvi infomasiya vasitələrində rüsvayedici məlumatların yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq əri X21 zəng vurub məlumat verməsini görüb oradan getmişlər. Bundan əlavə, o, təkrarən, X59 və X60 ilə zərər çəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmək barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, etibarnamə ilə idarə etdiyi «Azsamand» markalı ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə 26 iyul 2016-cı ildə saat 18 radələrində, Lənkəran rayo nunun Kərgəlan kəndindən keçən zaman tanımadıqları şəxslərdən kənddə yaşayan X15 falçılıq fəaliyyəti ilə məşğul olması barədə məlumat alıb evinə gələrək, sonuncuya fal açdırmaq üçün müraciət edəndən sonra vəsiqələrini göstərib, falçılıqla məşğul olmasına görə onun barəsində rüsvayedici məlumatlar yayacaqlarını və Bakı şəhərinə çağırılıb məsuliyyətə cəlb ediləcəyini bildirib, hədə-qorxu gəlməklə adının falçıların siyahısından çıxarlıması üçün 2000 manat pul tələb etmiş, sonuncunun haqqında rüsvayedici məlumatların yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq qeyd edilən tarixdə öz evində onlara verdiyi 45 manat pulu, həmin tarixə satış məzənnəsinə görə 24 manat 10 qəpiyə bərabər olan, 1000 Rusiya rublunu, qiyməti 100 manat olan bir 1,58 qram çəkisi olan 585 əyarlı qızıldan nişan üz üyünü, ümumilikdə 169 manat 10 qəpik ziyan vurmaqla özgənin əmlakını təkrarən ələ keçirmişlər. Bundan əlavə, o, təkrarən, X59 və X60 ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını tələb etmə barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında, etibarnamə ilə idarə etdiyi «Azsamand» markalı, ** TE *** dövlət qeydiyyat nişanlı avtomobillə 27 iyul 2016-cı ildə saat 16 radələrində Lənkəran rayonunun Şağlakücə kəndindən keçərkən tanımadıqları şəxslərdən kənddə yaşayan X22 falçılıqla məşğul olması barədə məlumat alıb sonuncunun yaşadığı evinə gələrək, əvvəlcədən razılaşdırılmış birgə hərəkətləri ilə Hökümə Rəhimovaya falçılıqla məşğul olması barədə məlumatlarının olduğunu, bu haqda kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacaqları, eləcə də yayılacaq məlumatlara əsasən inzibati orqanlar tərəfindən məsuliyyətə cəlb olunmaq üçün çağırılacağını bildirib hədə-qorxu gəlməklə Hökümə Rəhimovadan 150 manat pul tələb etmiş və sonuncu barəsində kütləvi infomasiya vasitələrində gələcəkdə rüsvayedici məlumatların yayılacağı və məsuliyyətə cəlb ediləcəyindən qorxaraq qeyd edilən tarixdə öz mənzilində onlara verdiyi 100 manat pulu ələ keçirmişlər. Kassasiya şikayətinin dəlilləri: Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 fevral 2019-cu il tarixli qərarından məhkum X32 müdafiəçisi Müdafiəçi qızı kassasiya şikayəti verərək məhkəmələr tərəfindən işin faktiki hallarına düzgün qiymət verilmədiyini və məhkumun barəsində ədalətsiz qərar qəbul edildiyini qeyd etmişdir. Müdafiəçi kassasiya şikayətində, Fariz Yəhyayev tərəfindən z ərərçəkmiş şəxslərə dəymiş ziyanın tam ödənilməsini, onlarla barışmasını, sonuncuların ondan şikayətçi olmamasını, etdiyi əməllərdən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterə edilməsini, səhhətində ciddi problemlərin olmasını, ailəli və himayəsində iki yetkinlik yaşına çatmayan, iki azyaşlı övladının olmasını, xəstə və yaşlı valideyinlərinin də onun himayəsində qalmasını, ailənin yeganə qazanc mənbəyi olmasını vurğulayaraq, məhkumun barəsində olan yüngülləşdirici halların məhkəmələr tərəfindən nəzərə alınmadan ona sərt və ədalətsiz cəza təyin edildiyini qeyd etmişdir. Müdafiəçi kassasiya şikayətində məhkumun barəsində cəzasını ağırlaşdıran halların olmamasına, həmçinin kassasiya şikayətində qeyd olunan cəzasını yüngülləşdirən halların nəzərə alınmasını, X57 barəsində CM- nin 70-ci maddəsi tətbiq edilməklə ona şərti cəza təyin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyə ti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası kassasiya şikayətində məhkuma təyin olunmuş cəzanın ağır olması ilə bağlı qeyd edilən hallarla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliy i üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlük əlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Azərbaycan Respublikası CM-nin 70.1 və 70.2-ci maddələrinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. İş materiallarından görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərarı ilə məhkum X42 cəza təyin edərkən törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədi barədə qanunun tələblərini nəzərə alaraq, zərərçəkmiş şəxslərin X42 qarşı şikayət və tələbinin olmamasına, törətdiyi c inayət əməlindən peşman olmasını, ailəli və himayəsində üç azyaşlı övladının olmasını, yaşadığı yer üzrə müsbət xarakterizə edilməsini, Hemofiliya A xəstəliyindən əziyyət çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmiş, Cinayət Məcəlləsinin 61-ci maddəsinin tələblərinə əsasən X32 cəzasını ağırlaşdıran hal müəyyən edilməmiş, birinci instansiya məhkəməsinin təyin etdiyi cəzanı sərt hesab edərək X42 təyin olunmuş cəzanı yüngülləşdirərək işin faktiki hallarına uyğun qərar qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Apellyasiya məhkəməsi tərəfindən məhkuma cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini ehtiva edən Cinayət Məcəlləsinin 58.3, 8.1, 41.2-ci maddələrini, cəzanı yüngülləşdirən halları, habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkə mələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının tövsiyyələrini, törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təyin olunan cəzanın onun islah olunmasına təsiri nəzərə alınaraq, cəzanın məqsədini təmin edən qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X32 cəza çəkmədən islah olunacağına əsas verə biləcək hallar mövcud olunmadığından onun barəsində şərti məhkum etmə tətbiq edilməsi üçün əsaslar müəyyən edilmədi. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. X32 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17 8.2.1, 178.2.2, 178.2.3, 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 18 fevral 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-181/2021
Ali Məhkəmə Qərar — İş №1(102)-181/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver