Məhkəmə qərarları › İş №1(102)-181/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-181/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-181/2023 15.03.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum və onun müdafiəçisi – XXX10nun vəkili Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜƏY YƏNETDİ: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim M.S.Zeynalov) Məhkum (xx xxxxxx 1978-ci il tarixdə ünvan2ndə anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, heç yerdə işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin cəza Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılmaqla, qəti olaraq Məhkum üzərində 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 24 dekabr 2019-cu il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim E.E.Rəhimov, hakimlər F.A.Qasımov və K.H.Əkbərovdan ibarət məhkəmə tərkibi) Məhkum və onun müdafiəçisi Müdafiəçi1 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 oktyabr 2021-ci il tarixli hökmü dəyişdirilmiş, Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən,hökmlə Məhkum təyin edilmiş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 sentyabr 2021-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təyin edilmiş 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası əhatə olunmuş və Məhkum qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4 və 30-cu bəndlərinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi 6 (altı) ay azaldılmaqla onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Məhkum 24 dekabr 2019-cu il tarixdən həbsdə olduğu müddət nəzərə alınmaqla o, cəzasını çəkmiş hesab edilmiş və barəsində həbs qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən azad edilmiş, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarından Məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Hökmə əsasən Məhkum tamah niyyəti ilə 04 oktyabr 2019-cu il tarixdə, saat 19:00 radələrində ünvan 2 ünvanda yerləşən 245 saylı tam orta məktəbin inzibati binasının 1-ci mərtəbəsinin plastik pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açaraq məktəbə qanunsuz daxil olmuş, daha sonra məktəbin 1-ci mərtəbəsində yerləşən otağın qapısının kilidini dəmir parçası ilə sındırıb otağa daxil olmaqla oradan qiyməti 600 manat olan bir ədəd “HP” markalı noutbuku gizli talayaraq zərərçə kmiş hüquqi şəxs 245 saylı Tam Orta Məktəbə 600 manat miqdarında ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o tamah niyyəti ilə təkrarən 04 noyabr 2019-cu il tarixdə, saat 19:00 radələrində ünvan 3 ünvanda yerləşən "xxxx" ASC-in 7 saylı İstilik sistemləri istismarı sahəsinə plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olub, oradan qiyməti 165 manat olan bir ədəd “Canon” markalı printeri və qiyməti 3.284 manat, 65 qəpik olan bir ədəd qazanxanaların tüstü borularından çıxan zəhərli qazları ölçmək üçün istifadə olunan “Qazanalizatoru” gizli talayaraq zərərçəkmiş hüquqi şəxs "xxxx" ASC-yə 3.449 manat, 65 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar düzgün tədqiq ed ilib-qiymətləndirilməmiş, o, ittihamda göstərilən özgə əmlakını ələ keçirmədiyi, ümumiyyətlə cinayət törətmədiyi halda, sübutların ziddinə olaraq oğurluq etməkdə - Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinmişdir. Kassasiya şikayətinin məzmununa görə Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, bəraətverici əsasla cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq inin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə onun əsassız olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 avqust 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkum kassasiya şikayətindən görünür ki, o, cinayət törətmədiyini, ittihamda və məhkəmə qərarlarında göstərilən özgə əmla kını ələ keçirmədiyini iddia etməklə, işdə cinayət təqibini istisna edən halın olmasına baxmayaraq onun barəsində əsassız olaraq ittiham hökmünün çıxarılmasına dair qənaətini və bu qənaətdən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi, ona bəraət verilməsi barədə tələbini işin məhkəmələr tərəfindən müəyyən edilmiş sayılan faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, məhkum kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Kassasiya şikayətinin şərh olunan dəlilləri ilə əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunl arın tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya instansiyası məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları tədqiq etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini v ə həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunubolunmadığını yoxlaya bilər. Odur ki, kassasiya kollegiyası məhkumun kassasiya şikayətində irəli sürülmüş məhkəmə qərarının ləğv edilməsi barədə tələbin (o cümlədən, cinayət təqibini istisna edən halın olmasına baxmayaraq əsassız olaraq Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinməsinə dair iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarının mübahisələndirilməsi üçün kassasiya şikayətində gətirdiyi (faktların inkarını ehtiva edən) dəlillərindən çıxış edə, beləliklə də, onları mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilmə sini şərtləndirən əsaslar kimi qiymətləndirə bilməz. Kassasiya şikayətindən göstərilənlərdən deyil, məhkəmələr tərəfindən müəyyən edilmiş (hazırki qərarın “İşin halları” bölməsində təsvir edilən) işin faktiki hallarından çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olan dəlillər məhkum və onun müdafiəçisi tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olubolmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, məhkəməyədək icraatda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələbləri nə, o cümlədən təqsirləndirilən şəxsin müdafiə, digər prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir (apellyasiya instansiyası məhkəməsi müstəsna olaraq Məhkum qəti olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasaının müddəti ilə razılaşmayıb, bu hissədə hökmü dəyişdirməklə məhkuma CM-in 66.5 v ə 66.2-ci maddələrinə əsasən təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 3 il 6 aydan 3 ilə endirmiş və “8 Noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4 və 30-cu bəndlərinə əsasən həmin cəzanın çəkilməmiş hissəsini 6 (altı) ay azaltmaqla onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını saxlamış və Məhkum həbsdə olduğu müddəti nəzərə alaraq cəzanı çəkilmiş hesab edib onu məhkəmə iclas zalında həbsdən azad etmişdir). Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən cinayət əməlini təşkil edən faktiki halların müəyyən edilməsi zamanı məhkəmələr tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş - hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn sübutların məcmusu ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Məhkum sübutların qanunsuz yolla əldə edilməsinə və yolverilməz olmasına (cinayət işinin ibtidai istintaq materiallarında, o cümlədən istintaq hərəkətlərinin protokollarında onu n imzalarının saxtalaşdırılmasına) dair iddiasını təkzib edən hal kimi məhkəmə kollegiyası xüsusilə onu qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi Məhkum dəlillərinin yoxlanılması üçün apelyasiya baxışını qismən məhkəmə istintaqı aparmaqla keçirmiş və istintaqın gedişində məhkəmə xətşünaslıq ekspertizası təyin etmişdir. Həmin qərar əsasında əldə edilmiş məhkəmə xətşünaslıq ekspertizasının 29 iyun 2022-ci il tarixli 4/825 nömrəli rəyi ilə Məhkum mübahisələndirdiyi materiallardakı imzaların ona məxsus olduğu müəyyən edilmişdir. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib hökmdə, eləcə də müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə - apellyasiya instansiyası məhkəməsinin yekun qərarında (o cümlədən, yuxarıda qeyd olunan məhkəmə xətşünaslıq ekspertizasın ın rəyi ilə əlaqəli şəkildə) şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində göstərilənlərlə eyni olan) dəlillərin yoxlanılması üzrə apellyasiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində apellyasiya məhkəməsinin çıxardığı nəticələri təkzib edə biləcək, araşdırmanın obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətinin dəlillərini daha ətraflı şərh etmək, nə də ki, apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Məhkum təyin olunmuş cəza apellyasiya qaydasında yoxlanılarkən də məhkəmə tərəfindən hər hansı pozuntuya yol verilməmiş, apellyasiya instansiyası məhkəməsi hökmü bu hissədə dəyişdir ib Məhkum hökmlə CM-in 66.5 və 66.2-ci maddələrinə əsasən qəti olaraq təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətini 3 il 6 aydan 3 ilə endirməklə və “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4 və 30-cu bəndlərinə əsasən həmin cəzanın çəkilməmiş hissəsini 6 (altı) ay azaldaraq onun üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlamaqla və Məhkum həbsdə olduğu müddəti nəzərə alaraq cəzanı çəkilmiş hesab etməklə cəzanın təyin edilməsinin ümumi əsaslarına, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara, cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 58.3, 59, 61, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8 -ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Qeyd olunanlar, ümumiyyətlə cinayət işinin materialları apellyasiya məhkəməsinin qərarının qanuni və əsaslı olduğunu, məhkəmə tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun və onun müdafiəçisi Müdafiəçi4, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 05 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar