Məhkəmə qərarları › İş №1(102)-181/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-181/2025

15.01.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-181/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və Məhkum iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tarixli, 1(105)-370/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(124)-35/2024 nömrəli hökmü ilə (X4 (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayevadan ibarət tərkibdə), xx xxxxxx 1965-ci il tarixdə Göyçay şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və tutulana qədər ünvan 2 ünvanında yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələr i ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilmişdir. Hökmdən Məhkum apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), Elman Rəhimov və Elman Əhmədovdan ibarət tərkibdə) 2024-cü il 6 iyun tarixli, 1(105)-370/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Həsən» adlı şəxslə qa baqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, tamah niyyəti ilə ölkə ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışını həyata keçirib qazanc əldə etmə barədə razılığa gəldikdən sonra, öz aralarında cinayət rollarını bölüşdürüb, istifadəsində olan «Bakcell Smartfon» markalı mobil telefonun 055- ***-**-** GSM nömrəsi ilə «Həsən» adlı şəxsin istifadəsində olan +98-***-***-**-** GSM nömrəsi ilə qeydə alınmış «Whatsapp» internet sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayaraq, sonuncunun istintaqa məlum olmayan vaxtda və şəraitdə ölkəyə gətməklə Abşeron rayonu, «Gənclər şəhərciyi» yaşayış komleksində yerləşən «Prestij» kafesinin yaxınlığında qoyduğu istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda 955,0 qram çəkidə qurudulmuş m arixuananı xx.xx.2022-ci il tarixdə gecə saatlarında həmin yerdən 01 ədəd sellofan bükümdə götürüb, satış məqsədi ilə üzərində saxlayaraq daşımış və həmin tarixdə saat 04:00-da Abşeron RPl-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən həmin yerdə saxlanılaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 6 ünvanında yerləşən Abşeron RPl-nin inzibati binasına gətirilmiş, xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçəsinin sinə hissəsinin içərisindən bir ədəd şəffaf polietilen torbada 955,0 qram çəkidə, bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, MƏHKUMUN V Ə DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsində onun cinayət işinə baxılarkən prosessual pozuntulara yol verilmiş, düzgün istintaq araşdırılması aparılmamışdır. O, aldadılaraq cinayətə sövq edilmiş, ona işgəncə verilərək sənədlərə imza atdırılmışdır. O bildirmişdir ki, onda heç bir narkotik vasitə olmadığı halda və İran vətəndaşı “Həsən” adlı şəxslə əlbir kimi göstərilərək qərəzli şəkildə ona ittiham irəli sürülmüşdür. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tarixli, 1(105)-370/2024 nömrəli qərarının ləğv edilməsini və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum kassas iya şikayətini müdafiə etdi, təqsirinin olmadığını, kassasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 6 iyun tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan baş qa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində təqsirinin olmadığını, günahsız olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalə tsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çı xarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkumun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri əsasında cinayət işinin materiallarını tədqiq edərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Məhk um barəsində olan cinayət işinə həm məhkəmənin hazırlıq iclasında, həm də məhkəmə baxışında Sumqayıt Ağır Cinayətlər Məhkəməsində videokonfrans əlaqə sistemindən istifadə edilməklə baxılmış, lakin CPM-in tələblərinə uyğun olaraq bu zaman müdafiəçinin iştirakı məcburi olmasına baxmayarq, işə müdafiəçinin iştirakı olmadan baxılmış, bununla da təqsirləndirilən şəxs kimi Məhkum müdafiə hüquqları pozulmuşdur. Belə ki, CPM-in 51-2-ci maddəsi “Cinayət mühakimə icraatının videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilməsi” adlanır. Həmin maddəyə əsasən: 51-2.1. Cinayət mühakimə icraatında prosessual hərəkətlər aşağıdakı hallarda şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, mülki cavabdeh, zərər çəkmiş şəxs, zərər çəkmiş şəxsin və təqsirləndirilən şəxsin hüquqi varisi, x üsusi ittihamçı, onların qanuni nümayəndələri və nümayəndələri, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, şahid, ekspert, mütəxəssis, tərcüməçi, yaxud məhkumun bilavasitə iştirakı olmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər: 51-2.1.1. bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslərin həyatı və sağlamlığı üçün real təhdidlər olduqda onların təhlükəsizliyinin təmin edilməsi, habelə onlara kənar təsirlərin qarşısının alınması zərurəti yarandıqda; 51-2.1.2. səhhətinin vəziyyəti, yaxud şübhəli, təqsirləndirilən şəxs və ya məhkum istisna olmaqla bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən başqa şəxslərlə bağlı digər üzrlü səbəblər onların müvafiq icraatda bilavasitə iştirakını qeyri-mümkün etd ikdə; 51-2.1.3. yetkinlik yaşına çatmayan şəxsin mənafeyinin qorunması zərurəti yarandıqda; 51-2.1.4. təbii və ya texnogen qəzalar, epidemiya, fövqəladə vəziyyət və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində bu Məcəllənin 51-2.1-ci maddəsində göstərilən şəxslər müvafiq icraatda bilavasitə iştirak edə bilmədikdə. 51-2.2. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə prosessual hərəkətlər bu Məcəllənin 51-2-ci maddəsində nəzərdə tutulmuş xüsusiyyətlər nəzərə alınmaqla bu Məcəllədə nəzərdə tutulmuş qaydada həyata keçirilməlidir. 51-2.5. Şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun iştirakı ilə prosessual hərəkətlər həmin şəxsin razılığı olduqda videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilir. Bu Məcəllənin 51-2.1.2-ci maddəsində nəzərdə tutulmuş halda şəxs in səhhətinin vəziyyəti ilə əlaqədar onun prosessual hərəkətin həyata keçirilməsində bilavasitə iştirakının məqsədəuyğun hesab edilməməsinə dair tibbi rəy olduqda, habelə bu Məcəllənin 51-2.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmənin əsaslandırılmış qərarı ilə prosessual hərəkətlər şübhəli və ya təqsirləndirilən şəxsin, yaxud məhkumun razılığı alınmadan videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilə bilər. 51-2.6. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirilən prosessual hərəkətlərdə iştirak edən şəxslərə bu Məcəllə ilə nəzərdə tutulmuş hüquqlardan istifadə etmək və vəzifələri yerinə yetirmək üçün müvafiq şərait yaradılmalıdır. 51-2.7. Prosessual hərəkətlər videokonfrans əlaqə sistemindən istifadə edilməklə həyata keçirildikdə tətbiq edil ən texniki vasitələr səsin və görüntünün keyfiyyətini və real vaxt rejimində ötürülməsini, cinayət mühakimə icraatının aşkarlığı və digər əsas prinsip və şərtlərinə riayət edilməsini, habelə informasiya təhlükəsizliyini təmin etməlidir. 51-2.9. Prosessual hərəkətlər bu Məcəllənin 51-2-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirildikdə müdafiəçi və ya nümayəndənin videokonfrans əlaqənin yaradılması zamanı olacağı yer təmsil olunan şəxsin seçiminə əsasən müəyyən edilir. CPM-in 92.3.16-cl maddəsinə əsasən məhkəmə baxışı bu Məcəllənin 51-2-ci maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin iştirakı olmadan keçirildikdə cinayət prosesində müdafiəşinin iştirakı təmin olunmalıdır. Həmin Məcəllənin 92.4.7-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 92.3.16-cı maddəsində n əzərdə tutulmuş halda təqsirləndirilən şəxsə qarşı ittihama məhkəmədə baxıldığı andan cinayət prosesində müdafiəçinin iştirakı təmin olunur. CPM-in 92.12-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. İşə məhkəmədə baxılarkən təqsirləndirilən şəxs müdafiəçidən imtina etdikdə bu barədə məlumat məhkəmə iclasında elan olunur. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2-92.3.5, 92.3.8, 92.3.12, 92.3.13 və 92.3.16cı maddələrində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin müdafiəçidən imti na etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır. Qanunvericliyin sadalanan normalarının müqayisəli şərhindən də göründüyü kimi, Qanunverici təqsirləndirilən şəxsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin edilməsi və Qanunda göstərilən müstəsna hallarda videokonfrans əlaqə sistemindən istifadə edilməsi zərurəti yarandıqda, müdafiə hüquqlarının real təmin edilməsinə nail olmaq məqsədi ilə müdafiəçinin mütləq iştirakını nəzərdə tutmuş və həmin müdafiəçidən təqsirləndirilən şəxsin imtina etməsinin qeyri-mümkünlüyünü imperativ qaydada müəyyən etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən CPM-in imperativ tələbləri nəzərə alınmamış, nəticədə təqsirləndirilən şəxsin yüksək keyfiyyətli h üquqi yardım almaq hüququ pozulmuşdur. Cinayət işinə apellyasiya şikayəti əsasında baxan apellyasiya instansiyası məhkəməsi də təqsirləndirilən şəxsin müdafiə hüquqlarının kobud şəkildə pozulması məsələlərini araşdırmış, məhkumun apellyasiya şikayəti əsasında işə CPM-in 397.1 və 397.2-ci maddələrinin tələblərinə uyğun olaraq baxmalı olduğu halda, CPM-in tələblərinə əməl etmədən qərar qəbul etmişdir. Halbuki CPM-in 391.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır: 391.2.5. cinayət işi üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasın a yol verilib-verilmədiyini. Həmin Məcəllənin 391.8-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır: 391.8.6. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirildikdə. CPM-in müddəlarından da göründüyü kimi, təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması ilə bağlı məsələ apellyasiya instansiyası məhkəməsinin ilkin baxış iclasında həll edilən məsələdir. CPM -in 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.18. məhkəmə bu Məcəllənin müddəalarına müvafiq olaraq təqsirləndirilən şəxsin, onun müdafiəçisinin iştirakı məcburi olduğu halda cinayət işinə həmin şəxslərin iştirakı olmadan baxdıqda. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli ilkin baxış qərarı və xx.xx.2024-cü il tarixli yekun qərarı ləğv edilməli və cinayət işi apellyasiya instansiyası məhkəməsində ilkin baxış mərhələsində yenidən baxılmağa təyin edilməlidir. Yuxarıda göstəril ənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2024-cü il tarixli ilkin baxış qərarı və xx.xx.2024-cü il tarixli yekun qərarı ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində ilkin baxış mərhələsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar