Məhkəmə qərarları › İş №1(102)-1810/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-1810/2021

28.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1810/2021 28.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbovdan və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun, Məhkum müdafiəçisi-vəkil Hümbətov Pərviz Şakir oğlunun iştirakları ilə, Şəmkir Ray on Məhkəməsinin 05 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Ağayeva Rüstəmə Sədiyar qızı tərəfindən birgə verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəmkir Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Z.Ş.İmanov) Məhkum - xx xxxx 1981-ci il tarixdə Şəmkir rayonu, Qapanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olmamış, Şəmkir rayonu, Qapanlı kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yaşayan Azərbaycan Respublikası Cinayə t Məcəlləsinin 188.3–cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 4 (dörd) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın icrası müddətinin onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsinin qoyulması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltiza m qətimkan tədbirinin hökm qanuni qüvvəyə minəndək dəyişdirilməməsi, hökmün icrasının Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum təqsirli bilinib ona görə məhkum olunmuşdur ki, o, 2015-ci ilin may ayının ortalarında Şəmkir rayonu, Yuxarı Seyfəli bələdiyyəsinin mülkiyyətində olan Şəmkir-Abbaslı-Nərimanlı yolunun Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisindən keçən hissəsində yerləşən YeniHəyat su hovuzunun qarşısındakı kənd təsərrüfat təyinatlı örüş sahəsində 0.80 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlayıb özbaşına tutmuş, 2020-ci ilin may ayının sonlarında o, Şəmkir rayonu, Yuxarı Seyfəli bələdiyyəsinin mülkiyyətində olan qanunla müəyyə n edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlayıb özbaşına tutmuş olduğu 0.80 ha torpaq sahəsində mişar daşından 17mx15m ölçüdə tikinti işləri aparmaqla bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 0.80 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmuşdur. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası (hakimlər: Ç.B.Məmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və S.B.Hüseynovdan ibarət tərkibdə) 08 iyul 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarından Məhkum və müdafiəçisi-vəkil Ağayeva Rüstəmə Sədiyar qızı birgə kassasiya şikayəti verərək qərarın ləğv edilərək cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum və müdafiəçisi-vəkil Ağayeva Rüstəmə Sədiyar qızı kassasiya şikayəti verərək bildirmişdir ki, hökm çıxarılarkən maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmə, cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmış, əməlimdə CM-nin 188.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin əlamətləri olmadığı və cinayət qanunu ilə nəzərdə tutulmayan əməli törətdiyi halda, yəni, onunla zərərçəkmiş arasında olan mübahisə mülki xarakterli olduğu halda, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, I instansiya məhkəməsi tərəfindən səhvən çıxarılmış ittiham hökmünü öz qüvvəsind ə saxlamışdır. Şikayət müəllifi bildirmişdir ki, aralarında torpaqla əlaqədar hər hansı mübahisə yarandığı təqdirdə, bələdiyyə əvvəlcə torpağın özbaşına zəbt edilməsi və qanunsuz tikilinin sökülməsi ilə əlaqədar iddia tələbi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməli idi. Lakin, göründüyü kimi, bələdiyyə belə bir tələblə məhkəməyə müraciət etməmiş, aralarında yaranmış münaqişəyə görə ona birbaşa cinayət işinin qaldırılmasına nail olmuşdur. Həmçinin qeyd etmişdir ki, islahat aparılmamışdan əvvəl həmin torpaq sahəsi anası ilə atasının istifadəsinə verilmişdir. Yəni, onun mübahisəli torpaq sahəsi ilə heç bir əlaqəsi olmamışdır və həmin torpaqdan da illərdir ki, onlar istifadə etmişdir. Belə olan halda, onun əməlində heç bir cinayət tərkibi yoxdur. Eyni zamanda da işdə həm in torpağın məhz bələdiyyənin mülkiyyətində olması ilə əlaqədar heç bir sənəd, hüquqların qeydiyyatı haqqında dövlət reyestrindən çıxarış yoxdur. Əgər ittihamda göstərildiyi kimi, o, 0.80 ha torpaq sahəsini özbaşına zəbt edib orada tikinti işləri aparmış olsaydı, ilk növbədə bələdiyyə ona qarşı Şəmkir Rayon Məhkəməsində tələb qaldırmalı idi. I instansiya məhkəməsində cinayət işi hərtərəfli, obyektiv araşdırılmamış, məhkəmə, istintaq orqanının gəldiyi nəticə ilə razılaşaraq ona verilmiş ittihamı qanuni və əsaslı sayıb ona cinayət qanunvericiliyinə əsasən cəza təyin etmişdir. Göründüyü kimi, apellyasiya məhkəməsi qərar çıxararkən Azərbaycan Respublikası MM-nin 165-ci, 180-ci, 241-ci, Cinayət Məcəlləsinin 3, 7 və CPM-nin 42, 124, 351,416-cı maddələrinin tələblərini pozmuşdur. Hesab edir ki, bələdiyyənin anası X2 adına vermiş olduğu arayış, valideynlərinin ödədikləri vergi sənədləri sübut edir ki, ailəsi qeyd olunan torpağı özbaşına zəbt etməmiş, torpaq məhz bələdiyyənin razılığı ilə istifadələrinə verilmişdir. Əməlində CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin obyektiv və subyektiv əlamətləri olmadığı halda I instansiya məhkəməsi düzgün olmayaraq barəsində ittiham hökmü çıxarmış, vəziyyətini ağırlaşdıraraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, apellyasiya məhkəməsi də işin faktiki hallarını nəzərə almayaraq, hökmü öz qüvvəsində saxlatmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş et mişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyri nə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Müdafiəçi-vəkil Ağayeva Rüstəmə Sədiyar qızı kassasiya şikayəti verərək bildirmişdir ki, bələdiyyənin hüquqlarını müdafiə etdiyi şəxsin anası X2 adına vermiş olduğu ar ayış, valideynlərinin ödədikləri vergi sənədləri sübut edir ki, ailəsi qeyd olunan torpağı özbaşına zəbt etməmiş, torpaq məhz bələdiyyənin razılığı ilə istifadələrinə verilmiş, aralarında yaranan mübahisənin isə mülki xarakterli mübahisə olmasına baxmayaraq bələdiyyə belə bir tələblə məhkəməyə müraciət etməmiş, aralarında yaranmış münaqişəyə görə ona birbaşa cinayət işinin qaldırılmasına nail olmuşdur. Əməlində CM-nin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin obyektiv və subyektiv əlamətləri olmadığı halda İ instansiya məhkəməsi düzgün olmayaraq barəsində ittiham hökmü çıxarmış, vəziyyətini ağırlaşdıraraq ona azadlığın məhdudlaşdırılması cəzası təyin etmiş, apellyasiya məhkəməsi də işin faktiki hallarını nəzərə almadığından Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarının ləğv edilərək cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Məhkum Şəmkir rayonu Yuxarı Seyfəli bələdiyyəsinin mülkiyyətində olan Şəmkir-Abbaslı-Nərimanlı yolunun Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisindən keçən hissəsində yerləşən Yeni-Həyat su hovuzunun qarşısındakı kənd təsərrüfat təyinatlı örüş sahəsində 0.80 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan hasarlayıb özbaşına tutmaqla, orada tikinti işləri aparmaqla bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı 0.80 ha ölçüdə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmaqla ictimai təhlükəli əməli törətmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188-ci maddə sinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 30 mart 2015-ci il tarixli Plenum qərarına əsasən ilk növbədə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Qanunverici Cinayət Məcəlləsinin bu maddəsində torpaq üzərində mülkiyyət hüququnun pozulmasını torpağın mülkiyyət formasından və hüquqi rejimindən asılı olmayaraq, Azərbaycan Respublikasının vahid torpaq fonduna daxil edilən torpaqların bütün kateqoriyalarına aid etmi şdir. Eyni zamanda, qeyd olunan normanın dispozisiyasında nəzərdə tutulmuş torpaq üzərində mülkiyyət hüququnun pozulması mülkiyyət hüququnun hər bir elementinin - torpağa sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermə hüququnun pozulması kimi başa düşülməlidir. Beləliklə, Cinayət Məcəlləsinin həmin maddəsində göstərilən cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir. Cinayət hüququnda to rpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Kassasiya şikayətinin mübahisə edilən torpaq sahəsinin məhkumun anası X2 adına rəsmiləşdirilməsini sübut edən bələdiyyə tərəfindən verilmiş arayışın və valideynlərinin ödədikləri vergi sənədlərinin olmasının hə min torpağın özbaşına deyildə, məhz bələdiyyənin razılığı ilə onların istifadələrinə verilməsinə dair dəlilinə münasibət bildirən Məhkəmə Kollegiyası qeyd edir ki, cinayət işi materiallarında torpaq sahəsinin onun anasının adına olmasını təsdiq edən hər hansı sənəd müəyyən edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş **********4982 seriya nömrəli tədliyyə bildiriş ödəniş qəbzi deyildir və ödəniş edildiyini təsdiq edən rəsmi sənəd hesab olunmadığı üçün Məhkəmə Kollegiyası kassasiya şikayətinin bu dəlilini də əsassız hesab edir. İstinad olunan cinayət əməlinin Məhkum tərəfindən törədilməsi ibtidai istintaq və birinci instansiya məhkəməsi zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə ibti dai araşdırma orqanı tərəfindən qanuni üsullarla toplanmış, məhkəmə tərəfindən araşdırılaraq hüquqi qiymət verilmiş sübutların məcmusu ilə tam təsdiq edilir və birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutların cəminə obyektiv hüquqi qiymət verməklə onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və düzgün olaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələri iş materiallarında olan sübutlarla ilə üst üstə düşdüyündən cinayət hadisəsinin Məhkum tərəfindən törədilməməsinə dair göstərilən dəlillərin yalnız cinayət əməlindən yaxa qurtarmaq məqsədi daşıdığı və ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət məsuliyyətindən yayınmaq məqsədi güddüyü nəticəsinə gəlmişdir. Məhz bu sübutları qanuna müvafiq qaydada qiymətləndirərək apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq Məhkum əməlinin tövsifi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayəti törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtida i araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Şəxsə bəraət verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsi ilə tənzimlənir. Həmin normada (CPM-nin 42.1-ci maddəsində) nəzərdə tutulmuşdur ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Sübutların bu normanın tələbləri və kassasiya şikayətinin dəlilləri baxımından təhlili göstərir ki, həmin normada sadalanan, Məhkum bəraət verilməsinə əsas verən hallar iş üzrə mövcud deyildir. Əksinə ape lyasiya şikayətində göstərilən xüsusatlar digər danılmaz sübutlarla- zərərçəkmiş hüquqi şəxsin nümaynədəsinin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və digər sübutlarla tamamilə təkzib edilmişdir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarında qeyd edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də, cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictima i təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halların mövcudluğunu və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyin etmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihamla bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlə rdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Cinayət işinin ibtidai istintaqı və məhkəmə baxışı mərhələlərində cinayət və cinayətprosessual qanunların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Məhkum və müdafiəçisi-vəkil Ağayeva Rüstəmə Sədiyar qızı tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2021-ci il tarixli qərarın kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar