Məhkəmə qərarları › İş №1(102)-1810/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-1810/2022

30.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1810/2022 30.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Kazımov Tahir Lələkişi oğlu və Seyidov Əziz Cəfər oğlundan ibarət tərkibdə, Qurbanov Emin Eyvaz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Məhkum - Məhkum, Müdafiəçilər – Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Çərkəz oğlunun iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavəyə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1669/2021 saylı, 14 dekabr 2021-ci il tarixli hökmü ilə (Hakimlər Əfqan Hacıyev (sədrlik edən və məruzəçi) Əli Məmmədov və Telman Hüseynov) xx xxxxxxx 1994-cü il tarixdə Salyan rayonunun Kürqaraqaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, 111 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının 19 aprel 2021-ci il tarixdən hesablanması, narkomaniyadan məcburi müalicə təyin olunması və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməsi hökm edilmişdir. Hökmdən məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apelyasiya şikayətinə və dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin böyük prok uror-metodisti Quliyev Vüqar Elbrus oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (Babayev Zəki Baba oğlu (sədrlik edən, məruzəçi hakim), İbrahimli İbrahim Adil oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə) 22 fevral 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilmiş, məhkum edilmiş şəxs Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmü dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən ləğv edilmiş və cinayət işi üzrə yeni hökm çıxarılmış, Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına mə hkum edilmiş, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəza çəkməsinin əvvəli 19 aprel 2021-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 93.1.4cü maddəsinə əsasən Məhkum cəza çəkərkən narkomaniyadan məcburi müalicə edilməsi və ərazi narkoloji dispanserdə narkomaniyadan profilaktiki qeydiyyata götürülməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmündən məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən kassasiya şikayəti və digər müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən kassasiya şikayətinə əlavə verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə ona görə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə etmiş, saxlamış, daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 9,463 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 9,348 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib, özündə saxlamaqla daşımış, 19 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində ünvan 2 ünvanında yerləşən “İstanbul Gold” otelinin 209 nömrəli otağının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş v ə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 bükümdə 9,463 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə 9,348 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və narkotik vasitəpsixotrop maddələrin satışında istifadə etmək məqsədilə üzərində gəzdirdiyi 1 ədəd işlək vəziyyətdə olan elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və şəraitdə, istintaqa məlum olmayan mənbədən təmiz çəkisi 9,463 qram təşkil edən külli miqdarda narkotik vasitə heroini və təmiz çəkisi 9,348 qram təşkil edən külli miqdarda psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, özündə saxlamaqla daşımış, 19 aprel 2021- ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 142 ünvanında yerləşən “İstanbul Gold” otelinin 209 nömrəli otağının qarşısında saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 bükümdə 9,463 qram çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 1 bükümdə 9,348 qram çəkid ə kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Apellyasiya məhkəməsi yuxarıda qeyd edilən nəticəyə gəlmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmişdir və bunun nəticəsi olaraq Peyman Süleymanov əsassız olaraq ittiham edilmişdir. Belə ki, Məhkum 14 aprel 2021-ci il tarixdə İmişli rayonu, Rəsullu kəndində olmamış, o, tutma protokolunda, bu barədə olan qərarda və əməliyyatçıların ifadələrində göstədikləri vaxtda-saat 17:45-də ünvan 3 ünvanda yerləşən «İstanbul Gold» ot elinin yaxınlığında deyil, saat 15:00 radələrində «İstanbul Gold» otelinin daxilində-2-ci mərtəbəsində Türkanə adlı qadınla birlikdə saxlanılmış, daha sonra əməliyyatçılar tərəfindən Məhkum Türkanə ilə gecələdiyi 209 nömrəli otağa baxış keçirilmiş, orada qanunsuz əşya aşkar edilməmiş, bundan sonra əməliyyatçılar hər iki şəxsi özləri ilə birlikdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirib orada Məhkum yalan ifadə verməyə məcbur etmişlər (sadalananlar təqsirləndirilən şəxsin istifadəsində olan telefonların anten dairələri barədə olan məlumatlarla, Məhkum və Şahid4 Ələmdar qızının ibtidai istintaqda və məhkəmədə verdikləri ifadələrlə, sonuncunun istifadəsində olmuş telefonun anten dairələri üzrə olan məlumatlarla, öz təsdiqini tapır), sonuncu da onların istədikləri məzmunda ifadə vermişdir. Türkanə adlı qadının Baş Narkotiklərlə Mübarizə İdarəsinə gətirmələrini rəsmiləşdirməmişlər, polis əməkdaşları tərəfindən istər ibtidai istintaq zamanı, istərsə də məhkəmədə Məhkum saxlanılarkən həmin qadının orada olmamasına, ümumiyyətlə belə bir şəxsin olmamasına dair yalan ifadə vermişlər. Məhkum yalan ifadə verməyə məcbur edilməsindən başqa, yuxarıda sadalanan faktlar həm ibtidai istintaq orqanı və həm də birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmişdir. İş üzrə Məhkum ittiham olunduğu əməlin törədilməsində iştirak etməsini istisna edən kifayət qədər sübutlar olduğu halda, nədənsə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası bu sübutlara doğru düzgün qiymət verməmiş, əməliyyatın CPM-nin tələblərinin pozulması ilə keçirilərək sübutlar əldə edilməsinə ümumiyyətlə qiymət v erməmiş, bu sübutları ittihamın əsasına qoymuşdur. Eyni zamanda, Bakı Apellyasiva Məhkəməsinin aşkar olunmuş elektron tərzinin üzərində istər narkotik vasitə, istərsə də psixotrop maddənin izləri aşkar olunmadığı halda hansı səbəblə və nəyə əsaslanaraq elektron tərəzinin üzərində narkotik vasitə heroinin izlərinin aşkar olunması qənaətinə gəlməsi anlaşılan deyil və ziddiyyətlidir. Bundan başqa, Bakı Apellyasiva Məhkəməsi hökmün əsaslandırma hisssəsindən görünür ki, Məhkum üzərindən və idman çantasından aşkar olunan narkotik vasitələrin kimyəvi tərkibləri eynidir. Bəli bu hal məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə bir daha öz təsdiqini tapır. Lakin idman çantasının içərisində olanların Məhkum məxsus olmadığı tam səkildə sübut olunmuş, həmçinin bu hal üzrə qüvvədə olan qəbul edilmiş qərara asasan hissəvi xitam verilmişdir. Eyni zamanda, əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarın qanuniliyinin yoxlanılmasına dair Nəsimi Rayon Məhkəməsinin qərarı iş materiallarında mövcud olmamışdır, bu da həmin tədbirinin qanunsuz olaraq keçirildiyini sübut etmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin qərarının məhkum qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməsini, ona CM-nin 234.4.3cü maddəsi ilə elan olunmuş ittihamla bağlı əməlində cinayət tərkibi olmadığından bəraət verilməsini xahiş edir. Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi istintaq orqanı tərəfindən mötəbər olmadığı aşkar şəkildə bəlli olan bəzi sübutlar siyahısından çıxarılmış sübutlara qanunsuz şəkildə istinad edərək belə nəticəyə gəlmişdir ki, məhkum edilmiş Məhkum müxtəlif növlərdə, ayrı-ayrı yerlərdə narkotik vasitələrin - üzərindən və oteldə qaldığı 209 nömrəli otaqdakı bir ədəd idman çantasından heroin və marixauna aşkar olunması, onun əzab çəkdiyi narkomaniya xəstəliyinin məhz narkotik vasitə olan heroindən və marixuanadan istifadə etməsi nəticəsində yaranması, onun həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün deyil, məhz satış məqsədilə əldə edib saxladığını təsdiq edən hallardır. Ekspertiza rəyi ilə də təsdiq edilmişdir ki, Məhkum üzərindən və idman çantasından aşkar edilmiş narkotik vasitələrin kimyəvi tərkibi eynidir, həmçinin ekspert rəyində göstərilmədiyi təqdirdə, apellyasiya məhkəməsi hökmdə əsassız şəkildə qeyd etmişdir ki, Məhkum aşkar edilmiş elek tron tərəzinin üzərindən də narkotik vasitə heroinin izləri aşkar edilmişdir. Eyni zamanda, apellyasiya məhkəməsi məhkum edilmiş Məhkum ona istintaq zamanı təzyiqlər edilməsi və döyülməsi barədə ifadəsində göstərilənləri yoxlamaq məqsədi ilə onun barəsində olan 533 saylı şəxsi iş tələb edilərək baxış keçirilmiş və onda Bakı İstintaq Təcridxanasına qəbul edilərkən hər hansı bir zorakılıq əlaməti və xəsarət aşkar edilmədiyi müəyyən edilməsini ona işgəncə verilməməsi kimi qiymətləndirmiş, lakin nəzərə almamışdır ki, üstündən xeyli keçməsinə görə onun bədənində belə xəsarət və izləri qala bilməzdi. Həmçinin Məhkum ona hədə qorxu gəlinməsi barədə ifadəsi isə heç bir sübutla təkzib edilməmişdir. Odur ki, göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin qərarının məhkum qanunsuz, əsa ssız və ədalətsiz olduğundan ləğv edilməsini, ona CM-nin 234.4.3cü maddəsi ilə elan olunmuş ittihamla bağlı əməlində cinayət tərkibi olmadığından bəraət verilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Müdafiəçi1 çıxış edərək, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin cinayət işinin faktiki hallarına uyğun gəlmədiyini, aşkar edilmiş 1 kq narkotik vasitənin Məhkum aid olmadığı müəyyənləşdiyindən istintaq orqanı tərəfindən cinayət işinə hissəvi xitam verilməsi barədə qərarın qəbul edildiyini, bu narkotik vasitənin ittihamdan xaric edildiyini, Məhkum üzərindən aşkar edilmiş elektron tərəzinin üzərindən heç bir narkotik vasitənin hissəciklərinin aşkar edilmədiyini, əməliyyat tədbirinin qanuniliyini yoxlanılması üçün qərarın olmadığını bildirib kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmünü ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində müdafiəçi Ş.Ç.Ələsgərov çıxış edərək, apellyasiya instansiyası məhkəməsinin ittiham sübutları kimi yolverilməz sübutlara istinad etdiyini, istintaq orqanının cinayət işinə hissəvi xitam verilməsi barədə qərarın qəbul edildiyini və ortada 1 kq narkotik vasitənin olduğunu, bu narkotik vasitənin ittihamdan xaric edildiyini, lakin apellyasiya məhkəməsinin özünün ittiham hökmünü əsaslandırarkən çantaya istinad etdiyini bildirib göstərilən halları və cinayət işinin materiallarını nəzər alaraq kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmünü ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Məhkum çıxış edərək, aşkar edilmiş narkotik vasitələrin heç birinin ona aid olmadığını və məhkəmənin ədalətinə inandığını bildirib, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmünü ləğv edərək cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik t əhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, kassasiya şikayətinin və kassasiya şikayətinə əlavənin təmin olunmamasını və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respubli kası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Kassasiya şikayəti və kassasiya şikayətinə əlavədə məhkumun təqsirlilik məsələsi mübahisələndirilərək işə baxan məhkəmələr tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilmədiyinə, şəxsin təqsirliliyini təsdiq edən və məhkəmələr tərəfindən istinad olunaraq tədqiq olunmuş sübutların mötəbərliyi və mənsubi yyəti baxımından düzgün qiymətləndirilməməsinə, ziddiyyətli sübutlara istinad olunmasına, müdafiə tərəfinin qaldırığı çoxsaylı vəsatətlərə məhkəmələr tərəfindən baxılmamasına, bununla da, məhkum barəsində qeyri-qanuni və əsassız ittiham hökmü çıxarılmasına istinad edərək, məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-nin 416.1.2 (məhkəmənin bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etməməsi) və 416.1.3 (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutların təşkil etməsi) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri hesab edir və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakıları xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hi ssəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əla mətlərinin, bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət-Prosessual Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmə hökmünün əsaslı olması üçün: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olmalıdır. Qeyd olunan cinayət mühakimə icraatının prinsiplərinə, sübutetməyə dair cinayətprosessual normalara, məhkəmə aktının əsaslılığına dair meyarlara birlikdə götürməklə baxdıqda aydın olur ki, həmin müddəalar tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifa yət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötbərliyi üzrə lazımınca qiymətləndirilmiş işə aid olan və bir-biri ilə uzlaşan sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, məhkəmə cinayət-prosessual qanunun 28-ci maddəsi ilə ehtiva olunan vəzifələrini yerinə yetirmiş olar, onun qəbul etdiyi qərar isə (o cümlədən, şəxsin ona isnad edilən cinayətin törədilməsində təqsirli olması barədə nəticə) əsaslı sayıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası qeyd edilən tələblər baxımından müvafiq cinayət işinin materiallarını araşdırıb, kassasiya şikayəti və kassasiya şikayətinə əlavənin dəlillərini müzakirə edərək, tərəflərin çıxışlarını dinləyərək hesab edi r ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti və ona əlavə qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmü kassasiya şikayəti və kassasiya şikayətinə əlavəyə əsasən ləğv edilərək, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Belə ki, ilkin olaraq işə baxan Bakı Ağır Cinayətlər Məhkəməsi P.Süleymanovun əməlini tövsif edərkən, verilmiş ittihamla razılaşmayaraq, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməsini P.Süleymanovun qismən etiraf edici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, cinayət işi materiallarına əlavə edilmiş protokollar və işin digər faktiki halları ilə tam sübuta yetirilmiş hesab etmişdir. Məhkəmə aşkar edilən narkotik vasitələri və psixotrop maddələrinin satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi ilə bağlı yekun nəticəyə gələrkən, P.Süleymanovun üzərindən aşkar olunan həmin narkotik vasitə və psixotrop maddəni hər-hansı bir şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşdiyi, yaxud faktiki olaraq buna cəhd etdiyinin nə ibtidai istintaq, nə də ki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamasına, məhkumun həm ibtidai istintaq, həm də birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan narkotik vasitələri satış məqsədi ilə deyil, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən alması barədə ifadələrinə və onun üzərindən aşkar edilmiş bir ədəd elektron tərəzinin sonuncuya məxsus olmamasına əsaslanaraq qeyd edilən tərəzinin Məhkum məxsus olmasını ittihamdan xaric etmişdir. İşə baxan apellyasiya instansiya məhkəməsi isə məhkəmə baxışı zamanı sübutların məcmusuna əsasən Məhkum qeyd olunan narkotik vasitə və psixotrop maddələri külli miqdarda satış məqsədilə əldə etdiyi qənaətinə gələrək məhkumun əməlini CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etmişdir. Məhkəmə kollegiyası eyni sübutlara istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, narkotik vasitəni və psixotrop maddəni hər hansı şəxsə satmaq niyyətində olması, habelə onları satış məqsədilə əldə edilməsi təqsirləndirilən şəxsin hər hansı istehlakçı ilə razılıq əldə edib-etməməsi, narkotik vasitənin və psixotrop maddənin hazırlanması üçün hər hansı bir avadanlığının olub-olmaması ilə şərtləndirilə bilməz. Çünki, na rkotik vasitəni (heroini) və psixotrop maddə (metamfetamini) satış məqsədi ilə əldə etmiş Məhkum istehlakçını sonradan müəyyənləşdirməsi, onların arasında razılığın sonradan baş tutması, bu barədə sövdələşmənin olması, sifarişə uyğun olaraq narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin lazımı miqdarda əldə edilməsi mümkündür və istisna olunmamışdır. Kassasiya məhkəmə kollegiyası kassasiya şikayəti və kassasiya şikayətinə əlavəni cinayət işi materialları ilə birlikdə tədqiq edərək belə qənaətə gəlir ki, məhkəmələr Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq ittihamın təsdiqi barədə yekun nəticəyə gəlmək üçün kifayət hesab etdikləri sübutları tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməmişlər. Halbuki, A zərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Aydın məsələdir ki, kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsinin gələ biləcəyi nəticələri (təkrar baxış zamanı), habelə ittihamın sübuta yetirilib-yetirilməməsini, bir sübutun digər sübutlardan üstünlüyünü müəyyən edə bilməz. Lakin prosessual qanunvericilik, hökmün əsasını yolverilməz sübutlar təşkil etməsini, bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutların tətqiq edilməməsini hökm və ya qərarın kassasiya məhkəməsi tərəfindən ləğv edilməsinin əsası kimi müəyyən etmişdir. Bu baxımdan məhkəmə kollegiyası məhkumun təqsirliliyi üçün istinad olunan sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tətqiq edilməməsini müəyyən edərək aşağıdakıları qeyd edir. CPM-nin 139-cu maddəsinə əsasən sübut edilməli hallar dedikdə cinayət hadisəsinin baş vermə faktı və halları; şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi... nəzərdə tutulur. Belə ki, məhkəmələrin şəxsin ittiham olunmuş əməlin törədilməsində təqsirliliyi barədə yekun nəticəyə gəlməsi üçün kifayət hesab etdiyi sübutlar Məhkum istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, şahidlərin – Azərbaycan Respublikası DİN BNMİ-nin əməkdaşları və Şahid4, Şahid5, Şahid6 ifadələri, baxış keçirilməsi və maddi sübutun götürülməsinə dair protokol və müvafiq ekspertiza rəylərindən ibarətdir. Bundan əlavə apellyasiya məhkəməsin in hökmündə məhkuma verilmiş ittiham üzrə təqsirliliyini müəyyən edən mötəbər sübut kimi Məhkum üzərindən və idman çantasından aşkar edilmiş narkotik vasitələrin kimyəvi tərkibi eyni olmasına, həmçinin Məhkum aşkar edilmiş elektron tərəzinin üzərindən də narkotik vasitə heroinin izlərinin aşkar edilməsi istinad etmişdir. Apellyasiya instansiya məhkəməsi Məhkum Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini iş üzrə toplanılmış və məhkəmə istintaqı zamanı tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla kifayət qədər sübuta yetirilməsi barədə nəticəyə gəldiyini qeyd etsədə, əslində işin obyektiv hallarını düzgün nəzərə almamış, iş üzrə mövcud olan bütün sübutları tam və hərtərəfli qiymətləndirməmiş, sübutlara qiymət verərkən ziddiyyətli mövqedən çıxış edərək yekunda obyektiv olmayan qənaətə gəlmişdir. Belə ki, hökmdə göstərilmişdir ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/1537 №-li rəyindən görünür ki, üzərində “...Şübhəli şəxs Məhkum...” sözləri yazılmış paketdə bir ədəd bükümdə təmiz çəkisi 9,463 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 9,348 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzinin səthində narkotik vasitə, psixotrop maddələrə məxsus izlər aşkar edilməmişdir. Eyni zamanda, apellyasiya məhkəməsi hökmdə istintaq orqanı tərəfindən mötəbər olmadığı aşkar şəkildə bəlli olan sübutlar siyahısından çıxarılmış sübutlara istinad edərək göstərmişdi r ki, “məhkum edilmiş Məhkum müxtəlif növlərdə, ayrı-ayrı yerlərdə narkotik vasitələrin - üzərindən və oteldə qaldığı 209 nömrəli otaqdakı bir ədəd idman çantasından heroin və marixauna aşkar olunması, onun əzab çəkdiyi narkomaniya xəstəliyinin məhz narkotik vasitə olan heroindən və marixuanadan istifadə etməsi nəticəsində yaranması, onun həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün deyil, məhz satış məqsədilə əldə edib saxladığını təsdiq edən hallardır”. İş materiallarında isə görünür ki, cinayət işinin 259-276 və 280-282-cı vərəqlərində olan qərarlarla 209 nömrəli otaqda aşkar olunmuş 1 ədəd idman çantasının içərisində aşkar olunanlarla əlaqədar Məhkum barəsində cinayət təqibinə CM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmiş və qeyd edilənlərlə əlaqədar hazırkı cinayət işindən başq a bir cinayət işi ayıraraq icraata qəbul edilmişdir. Belə ki, iş materiallarında olan, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 6/1537 №-li rəyindən görünür ki, “....Bir ədəd kağız paketdəki və bir ədəd qara çantadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümümı təmiz çəkisi 1.064,463 qram təşkil edir. Bir ədəd kağız paketdəki və bir ədəd qara çantadakı metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 530,348,463 qram təşkil edir.” Beləliklə işin təkzib edilməz hallarından görünür ki, hazırkı ittiham üzrə məhkum edilmiş Məhkum üzərindən aşkar edilmiş elektron tərəzi və oteldə qaldığı 209 nömrəli otaqdakı bir ədəd idman çantasından müxtəlif növdən olan narkotik vasitələr və iki ədəd elektron tərəzi aşkar olunması, yuxarıda sadalanlara görə Məhkum üzərindən və idman çantasından aşkar edilmiş narkotik vasitələrinin kimyəvi tərkiblərinin eyni olması, lakin idman çantasında olanların Məhkum məxsus olmadığının iş materialları ilə sübut olunmasına baxmayaraq, apellyasiya məhkəməsi işin obyektiv hallarında uyğun olmayan nəticəyə gəlmiş, işin hallarını ümumiyyətlə təhlil etməmiş və gəldiyi nəticəni əksinə təkzib edən sübutlara istinad etmişdir. Bundan əlavə iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 may 2021-ci il tarixli 1654 nömrəli rəyinə əsasən Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan m əcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Qeyd edilən sübuta istinad edən məhkəmə kollegiyası tamamilə ziddiyyətli nəticəyə gələrək göstərmişdir ki, (hökm səh.23) “Göründüyü kimi, Məhkum tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuş və hazırda da onda müxtəlif iki növdə, böyük miqdarda narkotik vasitələr aşkar edilib götürülmüşdür. Məhkum edilmiş şəxs Məhkum narkotik vasitələri guya öz istifadəsi üçün əldə etməsinə dair ifadəsi işin qeyd olunan obyektiv halları ilə yanaşı, həm də onun məhz narkotik vasitə olan heroindən istifadə etməsi nəticəsində yaranmış, narkomaniya xəstəliyindən əzab çəkməsi nə dair məhkəmə-narkoloji ekspertizasının rəyi ilə təkzib olunur. İşin obyektiv hallarından göründüyü kimi, məhkum edilmiş şəxs Məhkum müxtəlif növlərdə, ayrı-ayrı yerlərdə narkotik vasitələrin - üzərindən və oteldə qaldığı 209 nörməli otaqdakı bir ədəd idman çantasından heroin və marixauna aşkar olunması, onun əzab çəkdiyi narkomaniya xəstəliyinin məhz narkotik vasitə olan heroindən və marixuanadan istifadə etməsi nəticəsində yaranması, onun həmin narkotik vasitələri öz şəxsi istifadəsi üçün deyil, məhz satış məqsədilə əldə edib saxladığını təsdiq edən hallardır”. Qeyd edilənlərdən aydın görünür ki, apellyasiya məhkəmə kollegiyası məhkəmənarkoloji ekspertizasının 31 may 2021-ci il tarixli 1654 nömrəli rəyinə istinad etsə də sanki baxılan işə ümumiyyətlə adiyyatı olmayan digər sübut barəsi ndə nəticəyə gəlmiş və əslində mövcud olmayan həmin sübuta istinad etməklə narkotik vasitələrin məhz satış məqsədilə əldə edib saxladığını təsdiq etmişdir. Bundan əlavə məhkəmələrin də istinad etdiyi cinayət işinin 20,23,29 və 30-32-ci vərəqində olan qərar və protokollardan görünür ki, Məhkum 19 aprel 2021-ci il tarixdə saat 18:25-də tutulmuş və saat 19:05-də videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında 19 aprel 2021-ci il tarixli protokol və videogörüntüdən görünür ki, Məhkum BNMİ-nin əməkdaşları tərəfindən BNMİ-yə gətirildikdən sonra üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd içərisində narkotik vasitə heroinə bənzər maddə olan büküm, bir ədəd içərisində psixotrop maddə metamfe taminə bənzər maddə olan büküm və bir ədəd elektron tərəzi, həmçinin üzərindən bir ədəd «Xiaomi» markalı mobil telefon, bir ədəd açar, bir ədəd içərisində siqaret dənələri olan siqaret qutusu, özünə məxsus olan şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi, iki ədəd plastik bank kartları və 1000 manat pul aşkar olunaraq götürülmüşdür. Məhkum üzərində aşkar olunan heroin və metamfetaminin özünə məxsus olduğunu, həmin kütləni 10 aprel 2021-ci il tarixdə “whatsapp” sosial əlavəsi vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı Allahşükür adlı şəxsin vasitəsi ilə 14 aprel 2021-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndindən götürdüyünü, sonradan isə həmin narkotik vasitəni müxtəlif ünvanlara qoyaraq yerlərini İran İslam Respublikası vətəndaşı Allahşükür adlı şəxsə göndərəcəyini, görd üyü işin qarşılığında sonuncunun ona 1000 (min) manat pul göndərdiyini, üzərindən aşkar edilmiş 1000 manat pulun narkotik vasitələrin satışından əldə edilmiş pullar olduğunu, üzərində aşkar olunan plastik kartlara da narkotik vasitələrin satışından əldə edilmiş pullar yükləndiyini, özünün narkotik vasitələrin satışını həyata keçirmədiyini, həmçinin müvəqqəti qaldığı Bakı şəhəri, Nəsimi rayonu, Mirəli Qaşqay küçəsi 142 ünvanında yerləşən «İstanbul Gold» otelində 209 nömrəli otaqda da narkotik vasitələr olduğunu, həmin ünvana polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Cinayət işinin 36-38-ci vərəqində olan olan protokoldan görünür ki, həmin gün saat 20:00 da Məhkum bir gecə qaldığı «İstanbul Gold» otelinin 209 nömrəli otağına polis əməkdaıları tərəfi ndən videoçəkiliş aparılmaqla baxış keçirilir və Məhkum otaqda olan dolabın içərisindən 1ədəd idman çantasını təqdim edərək içərisində narkotik vasitələr olduğunu bildirir. Həmin idman çantasının içərisindən 2(iki) ədəd bükümdə narkotik vasitə olan heroinə banzər kütlə və 1(bir) bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd selofan torbada 900 ədəd “Gobaprel” preqobalin həbinə bənzər, göy rəngli selofan torbada 185 ədəd “Mudrax trokipamid” maye damcısına bənzər kütlə və 2ədəd elektron tərəzi aşkar olunaraq götürülür. Götürülənlərlə əlaqədar Məhkum bildirir ki, aşkar olunanlar özünə məxsusdur, onları 14 aprel 2021-ci il tarixdə İmişli rayonunun Rəsullu kəndindən götürmüşdür, sonradan həmin narkotik vasitələri müəyyən ünvanlara qoyaraq yerlərini İran İslam Respublikası vətə ndaşı Allahşükür adlı şəxsə göndəcəyini bildirir. Göstərilənlərlə əlaqədar ibtidai istintaq orqanı belə nəticəyə gəlmişdir ki, otelin 209 nömrəli otağında aşkar olunmuş 1ədəd idman çantasının içərisində aşkar olunmuş 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 500 qr., 525 qr., ümumi təmiz çəkisi 1055 qram olan eyni tərkibli narkotik vasitə heroin, bir ədəd bükümdə təmiz çəkisi 530 qram olan psixotrop maddə metamfetamin, 90 ədəd “Gobaprel 300 06 21” göstəricisi olan dərman konvalyutlarında 900 ədəd (hər birində 10 ədəd olmaqla) tropikamid dərman kapsulları, 185 ədəd üzərində “Mudrax 0,5%... 10ml 07 2022” göstəriciləri olan zavod üsulu ilə ilə qablaşdırılmış dərman flakonlarındakı tropikamid və 2 ədəd elektron tərəzi ilə bağlı ittihamın irəli sürülməsi mümkün deyil, ona görə də bu xüsusat üz rə Məhkum barəsində cinayət təqibinə CM-nin 39.2-ci maddəsinə əsasən xitam verərək materialları ayırıb müvafiq rayon prokurorluğuna göndərir. Həmçinin Məhkum üzərində aşkar olunmuş 1000 manat pulun narkotik vasitələrin satışından əldə edilməməsi müəyyən olunduğundan həmin pul onun ailə üzvlərinə qaytarılır. Göstərilənlərə əsasən kassasiya məhkəmə kollegiyası hesab edir ki, Məhkum ona heç bir adiyyatı olmadığı təqdirdə otel otağında da narkotik vasitə olduğunu deməsi, həmin narkotik vasitəni İmişli ərazisindən götürdüyünü, İran İslam Respublikası vətəndaşı Allahşükür adlı şəxsin gördüyü işin qarşılığında ona 1000 (min) manat pul göndərdiyini bildirməsi, yəni törətmədyi istintaq orqanının özü tərəfindən təkzib olunan cinayət əməlini tamamilə etiraf etməsi, belə etiraf ifadələrin işgəncə və y a təzyiqlər altında verilməsinə dair əsaslı şübhələri təsdiq edir. Belə olduğu halda apellyasiya məhkəmə kollegiyasının Məhkum üzərindən çıxan narkotik vasitələrin ona aid olmasına dair ibtidai istintaq zamanı verdiyi etiraf ifadələrini mötəbər sübut kimi qiymətləndirilməsini qanuni və əsaslı nəticə kimi kimi qəbul etmək mümkün deyil. CPМ-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qə rarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM 125.2-ci maddəsinə əsasən аşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.1. İnsan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda; 125.2.7. İstintaq və ya digər prosessual hərəkətlərin i craatı qaydaları kobud pozuntularla aparıldıqda; CPM-nin 125.3-cü maddəsinə əsasən bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Göründüyü kimi qanunvericilik cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut edilməli olan halların müəyyən edilməsinə aid olan malumatların hüquqi forması kimi sübutların mümkünlüyünü ən vacib şərtlərindən biri kimi məlumatların, sənədlərin və əşyaların əldə edilməsi yalnız CPM-də göstərilən istintaq və məhkəmə hərəkətləri vasitəsi ilə həyata keçirilməsidir. Eyni zamanada istintaq və məhkəmə hərəkətləri CPM-də müəyyən olunmuş tələblərə riayət edilməklə həya ta keçirilməlidir. Ümumilikdə bu qayda əldə edilmiş məlumatların mümkünlüyünün təmin etməyə yönəldilmişdir. CPM-də müəyyən edilmiş proseduraya əməl etmədən CPM-in tələblərinin pozulması ilə əldə edilən məlumatlar, sənədlər və əşyalar sübut kimi qəbul edilə bilməz. Qəbul edilməyən sübutlar hüquqi əhəmiyyət kəsb etmir və ittihamın əsası kimi çıxış edə bilməz, habelə CPM-in 139-cu maddəsində göstərilən hər hansı halın sübut edilməsi üçün onlardan istəfadə edilə bilməz. Bundan əlavə kassasiya məhkəmə araşdırması zamanı müəyyən olundu ki, apellyasiya məhkəmə kollegiyası işin üçün əhəmiyyət kəsb edə biləcək bir sıra sübutlara ümumiyyətlə qiymət verməmişdir. Belə ki, iş materiallarında olan sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında 06 sentyabr 2021-ci il t arixli qərarından görünür ki, verilmiş əməliyyat tapşırığına cavab olaraq Nəsimi rayon polis idarəsinin 21-ci polis bölməsinin cavab məktubunda göstərilmişdir ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də Məhkum üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini kimdən və haradan əldə etməsini, o cümlədən “Allahşükür”, “Əli” və “Leyla” adlı şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Əməliyyat tədbirləri zamanı Məhkum narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə aparılan danışıqlar barədə məlumatların ələ keçirilməsi ilə bağlı verilmiş məhkəmə qərarı əsasında "xxxx" MMC-dən götürülmüş telefon danışıqlarına dair m əlumatlar olan bir ədəd diskə baxış keçirilərkən Məhkum istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin 18 aprel 2021-ci il tarixdə saat 20:59:43-dən 19 aprel 2021-ci il tarixdə saat 13:44:49-dək olan müddət ərzində “Bakı Sağlamlığ Merkezi”, Bakı şəhəri, Nərimanov rayonu, Azadlıq prospekti 112” anten dairəsində qeydə alınması müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin Məhkum narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması ilə bağlı gəldiyi nəticə sübutların CPM-nin 143-146-cı maddələrinin tələblərinə əsasən kifayət qədər yoxlanılmış, qiymətləndirilmiş və əsaslandırılmış nəticə hesab edilə bilməz. Kassasiya məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosessual qanunvericiliyin tələblərinə əs asən kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bilər. Başqa sözlə, kassasiya instansiyası məhkəməsinin hüquqi məsələlər üzrə nəticələrə gəlməsi üçün əsas rolunda onun özünün işin faktiki hallarına dair qənaəti, sübutların qiymətləndirilməsinə dair mülahizələri deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin sübutların qiymətləndirilməsi və faktlar barədə qənaətləri çıxış etməlidir. Bu səbəbdən, birinci instansiya məhkəməsinin sübutların qiymətləndirilməsi, fakt ların müəyyən edilməsi üzrə nəticələri mübahisələndirilməklə bu cür dəlillərlə məhkum edilmiş şəxslərə bəraətin verilməsi haqqında tələblər əsaslandırıldıqda, həmin dəlillərin apellyasiya instansiyası məhkəməsində lazımınca yoxlanılması kassasiya instansiyası məhkəməsi üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsi məhkəmədən tələb edir ki, şəxsin cinayətin törədilməsində təqsirinin sübuta yetirilməsi haqqında məsələni təqsirsizlik prezumpziyasını rəhbər tutaraq (CPM, maddə 351.3.1), cinayət-prosessual qanunda nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq (CPM, 351.3.2 və 351.3.3-cü maddələr), təqsirləndirilən şəxsin təqsirliliynə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (CPM, maddə 351.3.4) həll etsin. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın həmin meyarlara cavab verməməsi kassasiya instansiyası məhkəməsinin bu cür, yəni sübutetmənin, faktların mübahisələndirildiyi və belə dəlillərlə məhkəmə qərarlarının ləğv edilməsi haqqında tələblərin irəli sürüldüyü kassasiya müraciətləri üzrə nəticiələrə gəlməsi üçün ciddi maneə yaradır. Apellyasiya məhkəməsində aparılmış araşdırmanın keyfiyyətli və onun nəticələrinin inandırıcı olması üçün isə belə araşdırma zamanı sübutların bilavasitə tədqiq edilərək qiymətləndirilməsi və faktların bir daha araşdırılması tələb olunur ki, bunu da apellyasiya qaydasında məhkəmə araşdırması aparmadan həyata keçirmək mümkün deyil. Odur ki, məhkə mə kollegiyası yuxarıda təsvir olunanları Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.3-ci maddələrində nəzərdə tutulmuş halları (sübutlar Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq surətdə tədqiq edilmədiyinə, məhkumun təqsirliliyi barədə məhkəmə hökmününün əsasını yolverilməz sübutlar təşkil etdiyinə görə) yaradan pozuntular kimi qiymətləndirərək, müdafiə tərəfinin dəlillərinin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün mübahisələndirilən qərarın ləğv edilməsini və yuxarıda sadalanan sübutların yenidən tətqiq olunaraq qiymətləndirilməsini zəruri hesab edir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkumun müdafiəçisi Müdafiəçi1 tərəf indən verilmiş kassasiya şikayəti və məhkumun müdafiəçisi Müdafiəçi2 Çərkəz oğlu tərəfindən verilmiş kassasiya şikayətinə əlavə qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 fevral 2022-ci il tarixli hökmü ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar