Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1810/2025 22.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və İlqar Xanlar oğlu Cəfərovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 20 24-cü il tarixli, 1(106)-346/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Masallı Rayon Məhkəməsinin (hakim Ceyhun Quliyev) 21 avqust 2023-cü il tarixli, 1(050)-117/2023 nömrəli hökmü ilə xx xxxx 2000-ci ildə Masallı rayonu, Şıxlar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilmiş məhkumluğu ödənilməmiş, Masallı rayonu Şıxlar kəndində qeydiyyatda olan və həmin kənddə yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 2 il müddətinə azadlıqdan məhrum etmə cəzas ına, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən yeni hökm üzrə təyin edilmiş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 1(004)-245/2023 nömrəli hökmü ilə qəti olaraq təyin edilmiş 1 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə, ona qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı gündən, yəni 11 mart 2023-c ü il tarixdən hesablanmışdır. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da təqsirli bilinərək məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədi ilə tanışı Masallı rayonu, Şıxlar kənd sakini Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında razılığa gələrək 9 mart 2023-cü il tarixdə, saat 21 radələrində əvvəllər tanımadığı Masallı rayonu, Şıxlar kənd sakini Zərərçəkmiş şəxs məxsus Masallı rayonu, Şıxlar kəndində yerləşən fərdi yaşayış evinə evin pəncərəsini açmaq yolu ilə qanunsuz olaraq daxil olub həmin evdən bir ədəd, 500 manat dəyərində “LG” markalı plazma tipli televizoru, 1 ədəd, 100 manat dəyərində “LG” markalı DVD aparatını, 1 ədəd 100 manat dəyərində “Hyundai” markalı CD player aparatını, 1 ədəd, 60 manat dəyərində, “Smart” markalı DVD antena qurğusunu, 1 ədəd 10 litr həcmdə, 300 manat dəyərində od samovarını, 1 ədəd 8 litr həcmdə, 300 manat dəyərində od samovarını, hər bir dəstinin qiyməti 200 manat olan 6 ədəd yataq dəstini, 1 ədəd 50 manat dəyərində qədimi dərzi qayçısını, 1 dəst 250 manat dəyərində qab-qacaq dəstini, 1 dəst 250 manat dəyərində gümüş qaşıq dəstini, 1 ədəd “Madonna” firmasına məxsus, 400 manat dəyərində qab-qacaq dəstini, 1 ədəd 50 manat dəyərində fotoaparatı, 1 ədəd 250 manat dəyərində, 3x4 ölçüdə xalçanı, 1 ədəd 300 manat dəyərində 4x5 ölçüdə xalçanı, 3 ədəd hər birinin qiyməti 40 manat olan elektirik tənzimləyici stabilizatoru, 1 dəst 70 manat dəyərində tefal qazan dəstini gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən, istintaqa məlum olmayan çəkidə satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olduğundan 11 mart 2023-cü il tarixdə, saat 17 radələrində Masallı şəhəri, H.Əliyev prospektində saxlanılaraq Masallı RPŞ-yə gətirilmiş, orada üzərinə keçirilən şəxsi-axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan b ükümdə ümumi təmiz çəkisi 0,399 qram təşkil edən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Habil Bəhmənov (sədrlik edən və məruzəçi), Pərviz Hacıyev və Yaşar Həşimov) 1 may 2024-cü il tarixli, 1(106)-346/2024 nömrəli qərarı ilə Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(050)-117/2023 nömrəli hökmü dəyişdirilmiş, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Məhkum Masallı Rayon Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 1(050)-117/2023 nömrəli hökmü ilə CM-in 177.2.1, 177.2.3. və 234.1-ci maddələrinə əsasən təyin olunmuş 2 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 1(004) 245/2023 nömrəli hökmü ilə CM-in 234.1-ci mad dəsinə əsasən təyin olunmuş 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 2 noyabr 2022-ci il tarixdən 4 noyabr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün, təyin olunmuş 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində 3 il 2 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Məhkum tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum kassasiya şikayəti verərək Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2024-cü il tarixli qərarı ləğv edilib onun barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlill əri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ibtidai və məhkəmə istintaqı zamanı cinayət işi düzgün araşdırılmamış, sonda məhkəmə tərəfindən çıxarılmış qeyri-obyektiv və ədalətsiz hökmlə artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı ol mayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, m əhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin ilkin dəlili ondan ibarətdir ki, ibtidai istintaq və məhkəmə istintaqının aparılması zamanı prosessual pozuntulara yol verilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPMin 413.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində hökmün və ya qərarın tarixi, qısa məzmunu və kassasiya şi kayətini və ya kassasiya protestini verən şəxsin mülahizəsinə görə, onun qanunsuzluğunun, əsassızlığının və ya ədalətsizliyinin nədən ibarət olması qeyd edilməlidir. Məhkum isə kassasiya şikayətində ibtidai və məhkəmə istintaqı zamanı prosessual pozuntulara yol verilməsini qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını göstərməmişdir. Cinayət işinin materiallarından görünür ki, ittiham tərəfi Məhkum qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə ittihamın sübut edilməsi üçün məhkəməyə Məhkum və digər məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, axtarış aparılması haqqında protokolu, məhkəmə ekspertizalarının rəyləri və maddi sübutlar təqdim etmişdir. Azərbaycan Resp ublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi cinayət işi üzrə toplanmış sübutları məhkəmə iclasında tədqiq edərək yoxlamış, onların mötəbər və mümkün olmasını müəyyən edərək həmin sübutlara əsasən nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi təsdiq olunmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini dinləyib onları iş üzrə topla nmış digər sübutlarla müqayisəli təhlil edib onun məhkəmə iclasında verdiyi ifadənin işin hallarına uyğun olmaması, təqsirinin sübutlarla təsdiq edildiyi barədə nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndiri lməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin tərkibini yaratdığı üçün həmin əməllərin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Beləliklə hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq orqanı sübutların toplanılmasında, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məh kəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Yekun məhkəmə qərarları qəbul edilərkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədə dəlili əsassızdır. Məhkum kassasiya şikayətinin başqa dəlili məhkəmələr tərəfindən ona ağır cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıd ır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsin in Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşıs ını almaq məqsədi daşıyır. İşdən görünür ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.12. və 59.1.13-cü maddələrinə əsasən cəzanıi yüngülləşdirən hallar qismində nəzərə almış və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla da, Məhkum Azərbaycan Respublikası CM-in maddələrində nəzərdə tutulmuş cinаyət əməllərini törətməkdə təqsirli bilinərək, оnа Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 1 il müddətinə azadlıqdan məhrume tmə cəzası təyin еdilmiş, Аzərbаycаn Rеspublikаsı CM-in 66.2-ci mаddəsinə əsаsən, təyin olunmuş cəzаlаrı qismən tоplаmаq yоlu ilə Məhkum qəti оlаrаq, 2 il 6 ay müddətinə аzаdlıqdаn məhrumеtmə cəzası təyin edilmişdir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 177.2-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətinə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətinə azadlıqdan məhrum etmə, CM-in 234.1-ci maddəsinin sanksiyasında 1 ildən 3 ilədək müddətinə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmə Məhkum cəza təyin edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları və ailə vəziyyətini kifayət qədər nəzərə almışdır. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətinə, habelə işin hallarına uyğundur. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin cəzanın sərt olması və yüngülləşdirici hallar nəzərə almadan təyin edilməsi barədə dəlilləri ilə razılaşmır. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 9 iyul 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Bu baxımdan da məhkəmə kollegiyası apellyasiya instan siyası məhkəməsinin Məhkum barəsində cəza təyini ilə bağlı mövqeyini əsaslı hesab edir. Bu baxımdan da məhkəmə kollegiyası hesab edir ki, təyin edilmiş cəza ədalətli və qanunidir, məhkumun şəxsiyyətinə və əməlin ictimai təhlükəlilik dərəcəsinə uyğundur, təyin edilmiş cəzanın daha da yüngülləşdirilməsi üçün işdə heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X1 barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2024cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1ci maddələri ilə məhkum edilməsinə dair Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1 may 2024-cü il tar
Məhkəmə qərarları › İş №1(102)-1810/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-1810/2025
22.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver