Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1811/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, kiçik-ədliyyə müşaviri X1 və məhkumun müdafiəçisi Müdafiəçi4 iştirakı ilə, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarından məhkumun müdafiəçiləri tərəfindən birgə verilən kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən hakim Əfqan Hacıyev, hakimlər Əli Məmmədov və Telman Hüseynov) 16 mart 2022-ci il tarixli hökmü ilə xx xxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Laçın şəhər 2 saylı uşaq musiqi məktəbində tar müəllimi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 9 (doqquz) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməsi və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 08 oktyabr 2021-ci il tarixdən hesablanması müəyyən edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum2 məhkum edilmişdir ona görə ki,o, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib satmaqla qa zanc əldə etmək məqsədi İlə tanışı X2 və «Ramin» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 08 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində Sənubər Vəliyevə ilə birlikdə idarə etdiyi “Hyundai Н1 markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonunun Qızıldaş qəsəbəsinin giriş hissəsinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Ramin» adlı şəxs tərəfindən gizlədilmiş qaz borusunun alt hissəsindən külli miqdarda 1092,106 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 114,983 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə, qanunsuz olaraq Məhkum1 əldə edib üzərində saxlayaraq onunla birlikdə idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşaraq daşımış, həmin tarixdə Binəqədi RPİnin 43-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi-Xırdalan şosesində yerləşən Xəzər marketin yaxınlığında o, Məhkum1 ilə birlikdə idarə etdiyi avtomobilində saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilmiş və orada Məhkum1 üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 05 (beş) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 840 qram, 216 qram, 2,900 qram, 29,507 qram, 3,699 qram olmaqla ümumi təmiz çəkisi 1092,106 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 06 (altı) ədəd bükümdə ayrı ayrılıqda 102,466 qram, 3,955 qram, 2,041 qram, 3,785 qram, 0,857 qram, 1,879 qram olmaqla ümumi təmi z çəkisi 114,983 qram ağ rəngli kristalşəkilli kütlələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Kamran Əkbərov (sədrlik edən və məruzəçi), Elman Əhmədov və Faiq Qasımov ibarət tərkibdə) 1(103)959/2022 nömrəli 13 iyun 2022-ci il tarixli qərarı ilə məhkum edilmiş şəxs Məhkum2 müdafiəçiləri Müdafiəçi4 və X5 tərəfindən və məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair 16 mart 2022-ci il tarixli hökmü v erilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum2 müdafiəçiləri Müdafiəçi4 və X5 birgə verdikləri kassasiya şikayətində xahiş edir ki, apellyasiya instansiya məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ləğv edilsin və Məhkum2 irəli sürülmüş ittihamda təqsiri sübuta yetirilmədiyin və həmin cinayətlərə aidiyyəti olmadığından barəsində bəraət hökmü çıxarılsın. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini məhkumun müdafiəçiləri onunla əsaslandırır ki, birinci və apellyasiya instansiya məhkəmələrinin hökm və qərarı əsassız və qanunsuzdur. Belə ki, apelyasiya instansiyası üzrə məhkəmə kollegiyası qərar çıxararkən, təqsirləndirilən şəxsin təqsirini müəyyən etmədən və təqsirin i müəyyən edəcək sübutlar olmadan baxdığından ittiham tərəfinin hüquqi mövqeyini təsdiq etdiyindən, yalnız ittiham tərəfinin şifahi mülhazilərəni nəzərə almaqla nəticə etibarı ilə qanunsuz və əsassız ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, kassasiya şikayətinin təmin edilməsi barədə məhkumun müdafiəçisinin və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, qərar dəyişdirilmədən saxlanılmaldır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxara q müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum2 əməllərinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3 maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən işə baxılarkən işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsidir. İş materialından görünür ki, Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitəni əldə edib satmaqla qazanc əldə etmək məqsədi İlə tanışı X2 və «Ramin» adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 08 oktyabr 2021-ci il tarixdə, saat 02 radələrində Sənubər Vəliyevə ilə birlikdə idarə etdiyi “Hyundai Н1 markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonunun Qızıldaş qəsəbəsinin giriş hissəsinə gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən «Ramin» adlı şəxs tərəfindən gizlədilmiş qaz borusunun alt hissəsindən külli miqdarda 1092,106 qram çəkidə narkotik vasitə olan heroini və külli miqdarda 114,983 qram çəkidə psixotrop maddə olan metamfetamini satış məqsədi ilə, qanunsuz olaraq Məhkum1 əldə edib üzərində saxlayaraq onunla birlikdə idarə etdiyi avtomobillə həmin yerdən uzaqlaşaraq daşımış, həmin tarixdə Binəqədi RPİ-nin 43-cü PB-nin əməkdaşları tərəfi ndən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saat 13:30 radələrində Bakı şəhəri, Binəqədi rayonu, BinəqədiXırdalan şosesində yerləşən Xəzər marketin yaxınlığında o, Məhkum1 ilə birlikdə idarə etdiyi avtomobilində saxlanılaraq Binəqədi RPİ-nin 43-cü PB-nin inzibati binasına gətirilmiş və orada Məhkum1 üzərinə keçirilən şəxsi axtarış zamanı sonuncunun əlində saxladığı ağ rəngli sellofan torbanın içərisindən 05 (beş) ədəd bükümdə ayrıayrılıqda təmiz çəkiləri 840 qram, 216 qram, 2,900 qram, 29,507 qram, 3,699 qram olmaqla ümumi təmiz çəkisi 1092,106 qram olan kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin, 06 (altı) ədəd bükümdə ayrı ayrılıqda 102,466 qram, 3,955 qram, 2,041 qram, 3,785 qram, 0,857 qram, 1,879 qram olmaqla ümumi təmiz çəkisi 114,983 qram ağ rəngli kristalş əkilli kütlələr kustar üsulla hazırlanmış külli miqdarda psixotrop maddə metamfetamin və üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd gümüşü korpuslu elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri Məhkum1 ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələri, şahidlərin ifadələri, baxış keçirilməsi və götürmə aparılması haqqında protokollar, 26 iyul 2020-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 oktyabr 2021-ci il tarixli, 6/4495 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 22 noyabr 2021-ci il tarixli, 4595 nömrəli və ambulator məcburi-markoloji tibbi yoxlamanın 15 dekabr 2021-ci il tarixli, 5121 nömrəli rəyləri, 12 oktyabr 2021-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol, istintaq hərəkətlərinin aparılması haqqında protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. İş materiallarında olan “mobil telefona baxış keçirilməsi haqqında” 12 oktyabr 2021ci il tarixli protokoldan görünür ki, Məhkum1 məxsus “Samsung” markalı bir ədəd mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonun Samsung markalı olmaqla arxa tərəfi ağ rəngli olduğu, üzərində “Samsung” və “Duos” sözlərinin yazıldığı telefona baxış keçirilməsi üçün telefonun sağ tərəfindən olan və telefonu aktiv vəziyyətə gətirmiş, telefona baxış keşirilərkən Məhkum1 mobil telefonun “Whatsapp” proqramda adı “Dadaş" kimi qeyd edilən +98-990846-49 -50 saylı mobil nömrənin sahibi İran İslan Respublikasının vətəndaşı Ramin olduğunu bildirmiş, “Whatsapp” proqramda Məhkum1 +98-***-***-**-** saylı mobil nömrənin sahibi ilə yazışması 19 sentyabr 2021-ci il tarixdən başlamış, 08 oktyabr 2021-ci il tarixə kimi olan müddət ərzində olan səs yazılarından və Məhkum1nm “Dadaş” adlı şəxsə göndərdiyi foto şəkillərdən məlum olur ki, sonuncunun tapşırığı ilə Məhkum1 narkotik vasitələri onun dediyi yerdən götürərək qablaşdıraraq, müxtəlif ünvanlara qoymuş və səsli mesajla “Dadaş” adlı şəxsə həmin ünvanları bildirmişdir. Həmçinin Məhkum2 istifadəsində olan 077- ***-**-** saylı mobil nömrənin ilə Məhkum1 səsli mesajları, narkotik vasitəsinin qoyulduğu yerlər barədə Məhkum1 Məhkum2 məlumatlandırdığı məlum olmuşdur. Məhkum1 məxsus “Samsung” markalı 01 əd əd mobil telefon, telefonun “Whatsapp” proqramda olan qeydlər CDR diskinə köçürülmüşdür. İş materiallarında olan “mobil telefon məlumatlarına baxış keçirmək haqqında 26 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, 26 noyabr 2021-ci il tarixdə cinayət işi üzrə "xxxx" MMCnin 18 noyabr 2021- ci il tarixli, AZF/LGL-28331/21 saylı məktubu ilə daxil olmuş Məhkum1 istifadəsində olan ***-***-**-** və Məhkum2 istifadəsində olan ***-***-**-** mobil nömrələri ilə bağlı məlumatlara tərəfimdəm keçirilmiş baxış zamanı məlum olmuşdur ki, həmin nömrələrdən çıxan zənglərin zəng, sms, o cümlədən anten məlumatları olan 01 ədəd CD diskdə Məhkum1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə Məhkum2 istifadəsində olan 077- ***-**-** mobil nömrə arasında 24 dəfə sms yazışmaıarı olmuşdur ki, bəzi yazışma larda “kola” kimi tanınan narkotik vasitədən söhbət gedir. Həmçinin Məhkum2 istifadəsində olan ***-***-**-** mobil nömrə cinayət işi üzrə llR-nın vətəndaşı olan “Ramin” adlı şəxsin +98-***-***-**-** mobil nömrə ilə 28 dəfə sms yazışmaıarı olmuşdur ki, bəzi yazışmalarda “kola” kimi tanınan narkotik vasitədən söhbətin getdiyi məlum oluşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin Məhkum2 əməlində cinayət tərkibinin olmamasına görə barəsində bəraət hökmünün çıxarılması barədə dəlilinə münasibətdə qeyd edir ki, Məhkum2 narkotik vasitə satmasının təsdiq edilmədiyini göstərsə də, onun barəsində verilmiş məlumatın narkotik vasitələrin satışı barədə olmadığını, həmçinin onun, narkotik maddələrin satışı zamanı saxlanmadığını, habelə üzərindən aşkar edilərək götürülmüş narkotik maddələri satış məq sədi ilə əldə edib saxlamadığını qeyd etsə də, şəxsin üzərində aşkar edilmiş narkotik vasitə külli miqdarda və həmçinin ayrı-ayrı bükümlərdə olmuşdur. Belə ki, o, narkotik vasitəni satış məqsədi olmadan əldə etməsini bildirməkdə yalnız məsuliyyətdən yaxa qurtarmaq məqsədi güdmüşdür. Göründüyü kimi Məhkum2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, onun həmin cinayət əməlini törətməsi Məhkum1 istintaq zamanı vermis olduğu ifadəsi, həmçinin məhkəmə iclasında dindirilərək tədqiq edilmiş şahidlərin ifadələri ilə, iş üzrə təyin edilərək keçirilmiş məhkəmə ekspertizalarının rəyləri ilə, maddi sübutla və işin digər materialları ilə tam təsdiq edilir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri hökm və qərarda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum 2 məhz qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddə və külli miqdarda narkotik vasitə əldə edib daşıyaraq saxlaması əməllərini törətməsi tam sübuta yetirilmişdir və ona təqsirli bilndiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur, işə baxan məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Bundan başqa, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya şikayətinin bu barədəki dəlili əsassızdır. Məhkəmə kollegiyası məhkum təyin edilmiş cəzaya gəlincə hesab edir ki, apellyasiya məhkəməsi haqlı olaraq Məhkum2 birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın qanuni və əsaslı olmasın qənaətinə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət etməklə, onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onun şəxsiyyətini səciyyələndirən halları, o cümlədən əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hal ki mi, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq ona həm təqsirli bilindiyi cinayətin ağırlığına, həm də onun şəxsiyyətinə uyğun olan qanuni və ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 416.0.1-ci maddəsinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.0.2-ci maddəsinə əsasən məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.0.21-ci maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün qanunda nəzərdə tutulmuş hallardan heç biri müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyib,şərh edilən əsaslara görə hesab edir ki, məhkumun müdafiəçiləri tərəfindən birgə verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət koll egiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 iyun 2022-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1811/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1811/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver