Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1811/2024 25.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum, müdafiəçisi Müdafiəçi9, zərərçəkmiş şəxsin hüquqi varisi X11 və nümayəndəsi Müdafiəçi8 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəllə sinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2023-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Novruz Ağakərim oğlu Kərimovun sədrliyi ilə, Rasim Əkrəm oğlu Sadıxovdan və Leyla Səyavuş qızı ƏsgərovaMəmmədovadan ibarət tərkibdə) 19 dekabr 2022-ci il tarixli hökmü ilə xx xxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olub həmin ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9 və 120.2.11-ci maddələri ilə 14 (on dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 181.3.3-cü maddəsi ilə 12 (on iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 30 mart 2022-ci il tarixli hökmü ilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum et mə cəzasının 3 (üç) ay 7 (yeddi) gününün çəkilməsi nəzərə alınmaqla həmin hökmlə təyin olunmuş cəzanın çəkilməmiş hissəsini təşkil edən 1 (bir) il 2 (iki) ay 23 (iyirmi üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində müəyyən olunmuş əsaslarla bu hökmlə ona təyin edilmiş cəza ilə qismən topanlımaqla ona qəti olaraq 16 (on altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının ilk beş ilini həbsxanada, qalan müddətini ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə cəzasının başlanğıcı 13 may 2022-ci il tarixdən hesablanmış, barəsində qətimkan tədbiri qismində seçilmiş həbs hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, ona məcburi narkoloji müalicəyə təyin olunmuşdur. Hökmlə Təqsirləndirilən şəxs1 da məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X8 (sədrlik edən və məruzəçi), X6 və X1 ibarət tərkibdə) 20 aprel 2023-cü il tarixli qərarı ilə Məhkum olunmuş Məhkum və Təqsirləndirilən şəxs1 müdafiəçiləri tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmişdir. Məhkum və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə məhkum olunmalarına, Təqsirləndirilən şəxs2 ölməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməsinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 1(101)-1557/2022 nömrəli hökmü Məhkum və Təqsirləndirilən şəxs1 aid hissədə verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum nənəsi X3 ünvan 3 ünvanında tənha yaşayan rəfiqəsi, xx xxxxxxx 1947-ci il təvəllüdlü Zərərçəkmiş şəxs1 Mirzəağa qızının kənar şəxslərə sələmə pul verdiyi üçün yaşadığı mənzildə hər zaman pul və digər qiymətli əşya saxladığını ehtimal edərək maddi imkanlı olmasını, yəni xalası oğlu, xx xxxx 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 24 aprel 2004-cü il tarixdə Zərərçəkmiş şəxs1 evində olmaqla sonuncudan müəyyən məbləğdə sələmə pul alarkən Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə təxminən 49.190.000 (qırx doqquz milyon yüz doxsan min) AZN dəyərində 10.000 (on min) ABŞ dolları civarında pul olduğunu müşahidə edib həmin ünvandan ay rıldıqdan dərhal sonra, o və nənəsi Rəfiqə Aslanovanın yaşadıqları ünvan 4 ünvanında həmin gün Təqsirləndirilən şəxs2 və sonuncunun qardaşı, xx xxxx 1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə görüşərkən Zərərçəkmiş şəxs1 yaşadığı mənzilində xeyli miqdarda pulunun olmasını öz gözləri ilə görməsi barədə Təqsirləndirilən şəxs2 məlumat verməsindən sonra, o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə həmin pul vəsaitlərini qanunsuz yolla ələ keçirmək kimi tamah niyyətlərini reallaşdırmaq məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı mənzilə, heç kimin onları görməməsindən ötrü axşam saatlarında gedib sonuncuya pul tələbi ilə basqın edərək təfəkkürlərində yaratdıqları tələbatlarını cinayət törətməklə, yəni Zərərçəkmiş şəxs1 özləri ilə götürəcəkləri bıçaqlarla öldürməklə əmlakını ələ keç irmək üçün qabaqcadan əlbir olan bir qrup şəxs qismində razılığa gəlmiş, hazırladıqları plana əsəsən aralarında rol bölgüsü edib, bölgüyə əsasən Təqsirləndirilən şəxs2 silah qismində qara rəngli plastmas dəstəkli, tiyəsinin ucu iti, kəsici kənarları mişarvari, ümumi uzunluğu 26,5 sm, o cümlədən tiyəsinin uzunluğu 14,5 sm, eni isə dib hissədən 3,5 sm, dəstəyinin uzunluğu 12 sm olan mətbəx bıçağı, Təqsirləndirilən şəxs1 qəhvəyi rəngli taxta materialdan hazırlanmış dəstəkli, tiyəsinin ucu iti, dəfələrlə itilənməkdən tiyəsi orta hissədən nazikləşmiş, ümumi uzunluğu 29 sm, o cümlədən tiyəsinin uzunluğu 15,5 sm, eni orta hissədən 1,2 sm, digər hissələrdən isə 1,5 sm və 2 sm, dəstəyinin uzunluğu 13,5 sm olan mətbəx bıçağı ilə silahlanmış, Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə ilk olaraq daxil olacağını, digər ikisi də mənzilə daxil olduqdan sonra onun kənar şəxslərin kömək məqsədi ilə evə daxil olub onlara mane olmaq, habelə Zərərçəkmiş şəxs1 evdən qaçma risklərinin qarşısını almaq məqsədi ilə evin giriş qapısını içəridən bağlamaq, bıçaqla xəsarətlər yetirilən anda onun zərərəçəkmişin müqavimətinin qırılmasına yönələn əl-qolunu tutmaq kimi hərəkətlər edəcəyi ilə bağlı sövdələşdikdən sonra, qəsdən adam öldürmədə ifadə olunan cinayət əməllərinin baş verməsini planlaşdırmaqla və arzu etməklə özlərində cinayət törətmək qətiyyətini yaradıb, törədəcəkləri əməlin ictimai təhlükəliliyini dərk etməklə Zərərçəkmiş şəxs1 qəsdən öldürmək məqsədi ilə əvvəlcə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əldə edilmə mənbəyi istintaqla müəyyən olunmayan mətbəx bıçaqlarını əyinlərində olan paltarların cibində gizlədib planlaşdırdıqları cinayətin törədilməsi üçün əlverişli vaxtın, havanın qaralmasını gözləyib həmin gün, yəni 24 aprel 2004-cü il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanından çıxıb istintaqa məlum olmayan taksi ilə Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 38 №-li evin yaxınlığına gəlib, Təqsirləndirilən şəxs2 öndən olmaqla hərəkət edib 1-ci blokdan 38 №-li binaya daxil olaraq 2-ci mərtəbəyə qalxmış, sol tərəfdə yerləşən 3 №-li mənzilin giriş qapısına yaxınlaşaraq öncə qapını döyüb özünü təqdim etmiş, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 tanıdığı üçün qapını açarkən planın icrası məqsədi ilə Zərərçəkmiş şəxs1 itələyib hər üçü qəflətən yaşayış sahəsinə qanun suz daxil olmaqla sonuncunun üzərinə basqın etmiş, əvvəlcədən aralarında razılaşdırılmış ümumi cinayətkar niyyətə uyğun olaraq bıçaqla silahlanmış Təqsirləndirilən şəxs2 əynində olan paltarın cibində gizlətdiyi həmin bıçağı çıxarıb ayaqüstə olmaqla onlarla üzbəüz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs1 mənzildə saxladığı pulu tələb etməklə sonuncuya insan həyatı üçün mühüm orqanlarının yerləşdiyi döş qəfəsi istiqamətində ardıcıl ikidən artıq bıçaq zərbələri endirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 də üzərində gətirdiyi mətbəx bıçağını çıxarıb Zərərçəkmiş şəxs1 həyat üçün əhəmiyyətli olan orqanlarına bıçaq zərbələrini endirməyə başlamış, o isə hazırladıqları plana uyğun olaraq dərhal mənzilin giriş qapısını içəridən bağlamış, Zərərçəkmiş şəxs1 almış olduğu bıçaq xəsarətlərindən bir otaql ı mənzilin qonaq otağında yerə yıxılarkən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs1 çoxsaylı zərbələrlə xüsusi ağrılar verdiklərini və həmin vaxt mənzilin dəhlizində, mətbəxin girişində dayanan, zərərçəkmişin əzizi sayılan, azyaşlı nəvəsi Zərərçəkmiş şəxs2 gözləri qarşısında ona bu əməli ilə xüsusi əzab yaratdığını dərk etməklə və xüsusi qəddarlıq nümayiş etdirib bunu arzulamaqla əllərində olan bıçaqlarla sol böyrü üstə uzanıqlı qalan Zərərçəkmiş şəxs1 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərurvurmaya aid “boyun üzvlərini (arteriya və traxeyanı) zədələyən boyunun sağ, sol və ön səthinin 3, döş boşluğuna işləyərək ürək kisəsini və ürəyi zədələyən sol süd vəzisinin 1, qarın boşluğuna keçərək qara ciyəri zədələyən sağ qabırğ a qövsü nahiyəsinin 1, ağ ciyərləri zədələyən döş qəfəsinin sağ ön və yan səthinin 4 ədəd yaraları”, həmçinin ümumilikdə canlı şəxslərdə səhhətin qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid “alın nahiyəsinin sağda 1, sağ gözün altının 1, ağız bucağının sağda 1, sifətin sol yan səthinin 1, vidacı çuxurunun 1, sol süd vəzi üzərində 7, sağ süd vəzinin 2, döş qəfəsinin sağ ön səthinin 1, sağ qabırğa qövsünün 3, göbək nahiyəsinin 1, sağ bazunun ön iç səthinin 2, arxa səthinin 3, sol bazunun arxa səthinin 2, sağ mil-bilək oynağının 2, arxadan 2, sağ əlin ovuc səthinin 1, sağ bazu oynağının arxa səthinin 1, sol döş qəfəsinin sağ yan səthinin 1 ədəd yaraları” xəsarətlərini, ümumilikdə 42 ədəd kəskin qanitirmə ilə müşayət olunan kəsilmiş-deşilmiş yaralar yetirməklə xüsus i amansızlıqla qəsdən öldürmüş, daha sonra qışqıraraq ağlayan xx xxxxxxx 1989-cu il təvəllüdlü, azyaşlı, aşkar surətdə onlar üçün köməksiz, yəni qorxusundan və özündən dəfələrlə güclü olan üç kişi cinsli şəxsə hər hansı aktiv müqavimət göstərmək iqtidarında olmayan, yəni aşkar surətdə köməksiz vəziyyətdə olan, dəhlizdə mətbəxin girişində dayanan Zərərçəkmiş şəxs2 onların törətdikləri cinayətin şahidi kimi qalmaması, yəni başqa cinayəti gizlətmə məqsədi ilə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Zərərçəkmiş şəxs2 yaxınlaşdıqda sonuncu özünü müdafiə etmək məqsədi ilə mətbəxdə olan ağ rəngli plastmas dəstəkli, tiyəsinin ucu küt, kəsici kənarları mişarvari, ümumi uzunluğu 21,5 sm, o cümlədən tiyəsinin uzunluğu 10,4 sm, eni 1,8 sm, dəstəyinin uzunluğu 11,1 sm olan mətbəx bıçağını götürərkən o, Zərərçəkmiş şəxs2 müqavimətini qırmaq, eləcə də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 asanlıqla bıçaq zərbələri endirmələrini təmin etmək məqsədi ilə cəld şəkildə sonuncunun qollarını tutub saxlamış, bu zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özləri ilə gətirdikləri bıçaqlarla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbərləri endirməyə başlamış, daha sonra o, mənzilin mətbəx otağından qəhvəyi rəngli taxta materialdan hazırlanmış dəstəkli, tiyəsinin ucu iti, ümumi uzunluğu 31,7 sm, o cümlədən tiyəsinin uzunluğu 20 sm, eni isə orta hissədən 2,4 sm, dəstəyinin uzunluğu 11,7 sm olan mətbəx bıçağını götürüb, Zərərçəkmiş şəxs2 aman diləyən yalvarışlarına baxmayaraq müstəsna dərəcədə rəhimsizlik və qədda rlıq göstərməklə, həmin bıçaqla, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 bədəninin həyat üçün əhəmiyyətli olan nahiyələrinə xəsarətlər yetirməyə başlamış, Zərərçəkmiş şəxs2 bıçaq zərbərlərinin təsirindən üzü üstə döşəməyə yıxıldıqdan sonra o, Zərərçəkmiş şəxs2 ölmədiyini, xırıldadığını görüb boğaz nahiyəsinə iki dəfə bıçaq xəsarətləri yetirdikdə, sonuncu zərbənin təsirindən həmin mətbəx bıçağının tiyəsi sınmaqla iki yerə ayrılmış, beləliklə o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə Zərərçəkmiş şəxs2 ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərurvurmaya aid “boyun üzvlərini, yəni sağ yuxu arteriyasını və traxeyanı zədələyən boyunun sağ yan və ön səthinin 4, döş boşluğuna işləyən ağ ciyərləri zədələyən döş qəfəsinin s ağ yan və arxa səthinin 8, sol kürək nahiyəsinin 1, qarın boşluğuna işləyən qara ciyəri zədələyən bel nahiyəsinin 1 ədəd yaralar”, həmçinin ümumilikdə canlı şəxslərdə səhhətin qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aid “alın nahiyəsinin 3, sol gözün üst qapağının 1, həmin gözün alt kənarının 1, sağ qulaqarxası nahiyənin 2, sağ çiyin qurşağının 1, sağ bazunun arxa səthinin 1, sol bazunun arxa səthinin 1, sağ bazunun ön səthinin 3, arxa səthinin 1, sağ əlin ovuc hissəsinin 1, arxa səthinin 2, sol əlin ovuc səthinin 1, döş qəfəsinin arxa səthinin 9, soldan 6, büzdüm nahiyəsinin 1, sağ sağrının 1 ədəd yaraları” xəsarətlərini, ümumilikdə 49 ədəd kəskin qanitirmə ilə müşayət olunan kəsilmiş-deşilmiş yaralar yetirməklə iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürmüş, da ha sonra hər üçü mənzildə axtarış apardıqda o, mənzilin qonaq otağında olan servantda tapdığı qara rəngli üzlüyü olan kitabçanın arasından zərərçəkmiş Zərərçəkmiş şəxs1 məxsus, həmin dövrün məzənnəsi ilə 2.951.400 (iki milyon doqquz yüz əlli bir min dörd yüz) AZN dəyərində 600 (altı yüz) ABŞ dolları məbləğində pulu tapıb götürməklə ələ keçirib, mənzilin giriş qapısının içəri tərəfdən üzərindən götürdükləri açarla giriş qapısını çöl tərəfdən bağlayaraq hadisə yerini tərk etməklə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq, yəni özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə yaşayış sahəsinə qanunsuz girib silah qismində istifadə edilən əşyalar tətbiq etməklə hücuma məruz qalmış şəxslərin həyatı və sağlamlıqları üçün təhlükəli zorakılıqla bağlı basqın edərək zərərçəkmi ş şəxslərin o cümlədən bir nəfər azyaşlı olmaqla köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına ağır zərər vurmuş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində xüsusi amansızlıqla və quldurluqla əlaqədar iki şəxsi, o cümlədən aşkar surətdə köməksiz vəziyyətdə olan bir şəxsi başqa cinayəti gizlətmə məqsədi ilə qəsdən öldürmüş, yəni iki şəxsi qəsdən həyatdan məhrum etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində göstərir ki, ona istinad olunan cinayəti o, Təqsirləndirilən şəxs2la birlikdə törətmiş, lakin sonuncu vəfat etdiyi üçün qardaşı Məmmədov Fərid cinayət məsuliyyətinə cəlb olunmuşdur. Cinayət hadisəsi 2004-cü ildə baş vermiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Buna görə də cinayət məsuliyyətindən azad olunmasını xahiş edir. Hüquqi məsələlər: Məhk əmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə məhkum və müdafiəçisinin, kassasiya şikayətinin təmin olunmaması barədə zərərçəkmiş şəxslərin hüquqi varisinin, onun nümayəndəsinin (vəkili) və dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlill ərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsin in deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq edilib qiymətləndirilmədiyi, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Məhkum əsassız məhkum edilməsi iddia edi lərək, faktiki olaraq mübahisələndirilən qərarın ləğv edilməsi və cinayət məsuliyyətindən azad olunması barədə tələbi məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin mü əyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkum barəsində olan cinayət işinin materiallarından göründüyü kimi, ilk növbədə faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiyası məhkəməsi təqdim olunan sübutları araşdırmaqla və onları CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkumun ittiham aktında təsvir edilən cinayət əməlini törətməsi barədə nəticəyə gəlmiş, apellyasiya instansiyası məhkəməsi də araşdırılmış sübutların məhkum edilmiş şəxsin CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab edərək bu nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi istin taq orqanı və məhkəmə tərəfindən Məhkum əməlinin CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə tövsif edilməsi və ona CM-in həmin maddəsi ilə ittiham verilməsi ilə razılaşmış, Məhkum təqsiri müəyyənləşdirilərkən sübutları CM-in 143-146-cı maddələrinə uyğun şəkildə qiymətləndirən birinci instansiya məhkəməsinin, iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olan təqsirləndirilən şəxsin əməlinə dair qənaətini əsaslı hesab etmişdir. Kassasiya məhkəmə kollegiyası məhkum edilmiş şəxsin kassasiya şikayətinin CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə ilə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsi barədə dəlillərini əsassız hesab edərək aşağıdakıları qeyd edir: Azərb aycan Respublikası CM-in 15.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə qəsdən törədilməsinə görə on iki ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə tutulmuş əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11-ci maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə qanunla müəyyən olunmuş azadlıqdan məhrum etmənin yuxarı həddi 12 ildən artıq olmaqla həm də ömürlük azadlıqdan məhrum etmə cəzası nızırdı tutulur, yəni həmin cinayət xüsusulə ağır cinayətlər kateqoriyasına aiddir. Cinayət hadisəsinin baş verdiyi 2004-cü ildə qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.4-ci maddəsinə əsasən xüsusilə ağır cinayətin törədildiyi gündən on beş il ke çdikdə şəxs cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 75.4-cü maddəsinə görə, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayəti törətmiş şəxs barəsində müddətin tətbiq olunması məsələsi məhkəmə tərəfindən həll edilir. Məhkəmə, müddətin keçməsi ilə bağlı bu şəxsin cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab etmədikdə, həmin şəxsə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edə bilməz. Məhkəmə kollegiyası cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar Məhkum barəsində cinayət təqibinə xitam verilməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız hesab edib qeyd edir ki, Məhkum törətdiyi cinayət əməlləri və təqsirləndirildiyi cinayət qanunu normaları özündə ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutduğundan, müdd ətin keçməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə artıq imperativ xarakter daşımır və məhkəmənin mülahizəsinə görə həll edilir. Apellyasiya məhkəməsi Məhkum əməlləri nəticəsində iki nəfər şəxsin həyatdan məhrum edildiklərini nəzərə alaraq, onun cinayət məsuliyyətindən azad edilməsini mümkün hesab etməmişdir. Kassasiya məhkəmə kollegiyası göstərilən məhkəmənin mövqeyi ilə razılaşaraq kassasiya şikayətinin Məhkum cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət məsuliyyətindən azad olunması barədə dəlillərini əsassız sayır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işinin apellyasiya baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və dəyi şdirilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, göstərilən qərarın ləğv edilməsi üçün CPM-in 416-cı maddəsində nəzərdə tutulan hallar müəyyən edilmədiyindən və kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.7, 120.2.9, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 20 aprel 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-1811/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-1811/2024
25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver