Məhkəmə qərarları › İş №1(102)-1812/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-1812/2023

15.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1812/2023 15.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü i l tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Nigar İmanova) 31 mart 2023-cü il tarixli 1(008)-329/2023 nömrəli hökmü ilə xx xxxxxxxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Məhkum Azərbaycan Respublikası CPM-in 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilmişdir. İşin halları: İttihama əsasən Məhkum təqsirli bilinib məhkəməyə verilmişdir ona görə ki, o satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,238 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin əldə edərək üzərində saxlamaqla daşımış, 08 yanvar 2023-cü il tarixdə, saat 01 radələrində özünü şübhəli apardığı üçün Sabunçu RPİ-nin PPXB-nün əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində “Akkord” binalarının qarşısında saxlanılaraq Sabunçu RPİ-nin 13-cü PB-nin inzibati binasına gətirilib xidməti otaqda üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq göy rəngli cins şallarının sağ yan kiçik cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,238 qram kustar üsulla hazırlatmış psixotrop maddə ola n metamfetamin aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Ziya Şirinov (sədrlik edən və məruzəçi), İbrahim İbrahimli və Həsən Əhmədov) 17 may 2023-cü il tarixli, 1(103)-1111/2023 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli, 1(008)-329/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, təqsirləndirilən Məhkum özünü A zərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməmiş, o, polis əməkdaşları tərəfindən bölməyə aparılan zaman üzərində heç bir qanunsuz predmetin olmadığını, polis bölməsində ona fiziki zor tətbiq edildiyindən təqdim edilmiş bütün sənədləri oxumadan imzaladığını, ona kompüter vasitəsi ilə yazılmış ifadələrini imzalayarkən hər hansı qeyd yazmağa şərait yaradılmadığını, döyüldüyündən və təzyiqlərə dözmədiyindən verilmiş bütün sənədləri imzaladığını, döyülməsi nəticəsində qarnında və ayağında xəsarətlərin yarandığını, bu xəsarətlərin Sabunçu RPİ-nin müvəqqəti saxlama yerinə daxil olan zaman qeydə alındığını bildirmişdir. Məhkəmələr həm də qeyd etmişlər ki, “Şübhəli şəxsin dindirilməsi" və “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokollardakı ifadələr eynilik təşkil edərə k kompüter vasitəsi ilə yazılmaqla həmin sənədlərdə şübhəli və ya təqsirləndirilən şəxsə öz xətti ilə əlyazma şəklində hər hansı qeyd vermək imkanı yaradılmamış, göstərilən bu hallar tərtib edilmiş sənədlərin şablon formada formal olaraq tərtib edilməsinin göstəricisidir. Bundan əlavə, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər X5 və Şahid2 biri-birinə uyğun gəlməyən ifadələr vermişlər. Məhkəmələrin istinad etdiyi həmin dəlillərə münasibət bildirərkən göstərilməlidir ki, təqsirləndirilən şəxs Məhkum ona məhkəməyədək icraat dövründə polis əməkdaşları tərəfindən fiziki zor tətbiq edildiyindən və təzyiqlərə məruz qaldığından bütün sənədləri oxumadan imzaladığını bildirmişdir. Halbuki, işdən görünür ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin hallarına uyğun olmaqla etiraf məzmun lu ifadələr vermiş, həmin müddət ərzində o, etirafedici ifadəsindən sonra qeyd olunan cinayət əməlini törətməməsi ilə bağlı əlavə ifadə verməmiş, ümumiyyətlə bununla bağlı nə özü, nə də müdafiəçi tərəfindən vəsatət qaldırılmamış, yekunda, cinayət işinin materialları ilə tanış olaraq heç bir vəsatət təqdim etməmiş, həmçinin ibtidai araşdırma müddəti ərzində kifayət qədər vaxt və imkanı olmasına baxmayaraq polis əməkdaşlarının qanunazidd hərəkətlərindən onların tabe olduğu, ya da başqa bir quruma şikayət etməmişdir. Xəsarətlə bağlı isə Sabunçu RPİ-nin Müvəqqəti Saxlama Yerindən daxil olmuş 23 fevral 2023-cü ii tarixli məktubdan görünür ki, CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs Əliyev X6 RPİ-nin MSY-yə gətirilən zaman onun bədəninə və üzərinə MSY-də tam baxış keçirilmiş, baxış zam anı onun sol qolunda və qarın nahiyyəsində köhnə kəsik izləri və hər iki ayağında yaralar aşkar olunmuşdur. Həmin vaxt şəxs özü bildirmişdir ki, kəsik izləri tutulmamışdan bir müddət əvvəl əsəbi olan zaman özünü kəsməsi ilə əlaqədar bədənində qalmış, ayaqlarındakı yaralar isə narkotik vasitə istifadə etdiyinə görə əmələ gəlmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs özü də məhkəmədən fərqli olaraq, həmin vaxt bədənindəki köhnə xəsarətlərin yuxarıda qeyd olunan şəraitdə əmələ gəlməsi ilə bağlı müvafiq aktda şəxsən qeyd vermiş, belə olan halda isə məhkəmələrin təqsirləndirilən şəxsin daha dolğun və işin hallarına uyğun olan məhkəməyədək icraat dövründə verdiyi ifadəsini deyil, birinci instansiya məhkəməsində vermiş olduğu özünümüdafiə xarakterli ifadəsini səmimi qəbul etməkdə haqlı olmam ışlar. Bundan əlavə “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi”nə dair protokollardakı ifadələrə dair qeyd olunmalıdır ki, iş materiallarına nəzər saldıqda Məhkum tutulduğu andan müdafiəçi ilə təmin edildiyi, onun iştirakı ilə keçirilmiş bütün istintaq hərəkətləri zamanı müdafiəçinin iştirak etdiyi aşkar görünür. Azərbaycan Respublikası CPM-in 51-ci maddəsinə əsasən cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin protokolu əllə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər. Hazırki iş üzrə həm təhqiqat, həm də ibtidai istintaq zamanı prosessual sənədlər kompüterdə tərtib edilərək çap olunmuş və imza edilməsi üçün müdafiəçisinin iştirakı ilə Məhkum təqdim edilmişdir. Qanu nun mahiyyətindən də görünür ki, cinayət prosesini həyata keçirən orqanın üzərinə şübhəli və ya təqsirləndirilən şəxsə əlyazma şəklində protokola hər hansı qeyd vermək tələbi qoyulmamışdır. Lakin məhkəmələr həmin halları əsassız olaraq prosessual pozuntular hesab edərək, guya ibtidai istintaq orqanı tərəfindən sənədlərin tərtibi qaydasına riayət edilməməsi qənaətinə gəlmişlər. Həmçinin, məhkəmələr hesab etmişlər ki, şahidlər (Məhkum bölməyə apararkən avtopatrulun yük yerinə əyləşdirdiklərini, avtopatrulun əvvəlcə yük yerindən, sonra isə arxa oturacaqda yerdə büküm gördüklərini bildirmişlər) biri birinə uyğun gəlməyən ifadələr verdiyindən, təqsirləndirilən şəxsin və onların məhkəmə istintaqı zamanı verdikləri ifadələri mötəbərdir. Halbuki, məhkəmə iclasında dindirilmiş şahidlər - X5 və Şahi d2 məhkəmə baxışında ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini qeyd etmiş və bildirmişlər ki, 08 yanvar 2023-cü il tarixdə saat 01 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində xidmətdə olarkən Akkord” binalarının qarşısında Məhkum yaxınlaşmış, verilmiş suallara sonuncu qeyri-səmimi cavab verməklə özünü şübhəli apardığından avtopatrul çağıraraq onu bölməyə aparmış və videoçəkilişlə aparılan şəxsi axtarış zamanı bir büküm aşkar edilmiş, Məhkum həmin maddəni istifadəsi üçün əldə etdiyini bildirmişdir. Şahidlər hər ikisi avtopatruldan aşkar edilmiş bükümün Məhkum məxsus olduğunu düşünmələrinin səbəbini belə izah etmişlər ki, həmin gün avtopatrula Məhkum başqa heç kim oturmamışdır. Xüsusilə qeyd edilməlidir ki, narkotik vasitələrin və psixotrop madd ələrin qanunsuz dövriyyəsinə qarşı hüquq mühafizə orqanı əməkdaşları tərəfindən davamlı mübarizə aparılır, periodik olaraq əməliyyat-axtarış tədbirləri və ya digər əsaslarla bir deyil, bir neçə şəxslərin saxlanıldığını nəzərə aldıqda, polis əməkdaşlarının şəxslərin saxlanılma şəraitini dəqiq xatırlamamaları, yaxud bundan irəli gələn bəzi məqamları yanlış xatırlamaları anlaşılandır. Hər bir halda onların ibtidai istintaq zamanı verdikləri ifadələri bir-birinə uzlaşır və heç bir ziddiyyət yaratmır. Lakin, məhkəmələr həmin məsələləri önə çəkməklə əsassız olaraq şahid ifadələrinin sübutlar siyahısından xaric olunmasını qeyd etmişlər. Bundan əlavə, göstərilmişdir ki, məhkəməyə təqdim edilmiş Məhkum üzərinə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən və iş materiallarına maddi sübut qismində əlavə edilmiş diskə birinci instansiya məhkəməsində baxış keçirilən zaman diskdə görüntünün olmaması, sadəcə səslərin qeydə alındığı müəyyən edilmiş, bununla bağlı istintaq orqanına müraciət edilməsi nəticəsində məhkəməyə yeni disk təqdim edilsə də, həmin diskin də eyni vəziyyətdə olması və görüntünün qeydə alınmaması aşkar edilmişdir ki, bu da həmin maddi sübutun da sübuti əhəmiyyətinin olmamasına dəlalət edir. Həmin dəlilə münasibətdə qeyd etmək olar ki, iş materiallarında şəxsi axtarış və götürmə istintaq hərəkətinin protokolu mövcuddur, eləcə də təqsirləndirilən şəxsin polis bölməsinə gətirildikdən sonra videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılmasını şahidlərdən əlavə, həmçinin təqsirləndirilən şəxs Məhkum özü də təsdiq etmişdir. Məhkəməyə təqdim edilmiş disk də görüntünün olmamasını texniki problemlərlə əlaqələndirsək, “təqsirləndirilən şəxsə üzərində dövriyyəsi qanunla qadağan olunmayan hər hansı bir maddə və ya predmet olduğu halda təqdim etməsi təklif edildiyi, kimdən və hansı məqsədlə əldə etməsi soruşulduğu, onun isə həmin maddəni istifadəsi üçün tanımadığı şəxsdən 5 manata alması” barədə səslərin olması bir daha həmin istintaq hərəkəti aparılarkən hər hansı prosessual pozuntuya yol verilməməsi nəticəsinə gəlməyə imkan verir. Məhkəmələrin cinayət işi üzrə ittihamın əsasına qoyulmuş sübutların müdafiə hüququ pozulmaqla əldə edilməsi və şəxsi axtarış və götürmə zamanı müdafiəçinin iştirak etməməsi qənaətlərinə münasibətdə göstərilməlidir ki, Azərbaycan Respublikası CPM-in 244.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs barəsin də axtarış və götürmənin aparılmasında onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Həmin istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi axtarış və götürmədə iştirak etmək arzusunu bildirdikdə müstəntiq onun bu hüququnu təmin etməlidir. İş materiallarından görünür ki, əvvəlcədən bu barədə müdafiəçiyə məlumat verilməklə yanaşı, şübhəli şəxsin özünün də müdafiəçinin iştirakı olmadan şəxsi axtarışının aparılmasına dair razılıq ərizəsi alınmış və müvafiq protokol tərtib edilmişdir. Ona görə də, məhkəmələrin müdafiə hüququnun pozuntusu kimi qeyd etdiyi dəlillər də tamamilə əsassız olmuşdur. Yəni, işdə Məhkum ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi və şəxsi axtarış və götürməyə dair istintaq hərəkətini özündə əks etdirən səsli d anışıqlar bir-birini tamamlamış, eləcə də şahidlərin ifadələri, iş üzrə alınmış məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Lakin, məhkəmələr ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün zəruri olan şahid ifadələrini məhkəmə baxışı zamanı tədqiq olunmuş digər sübutlarla, məhkəmə-kimyəvi və narkoloji ekspertizasının rəyləri və digər sübutlarla əlaqəli şəkildə yoxlamamış və müqayisə etməmiş, təqsirləndirilən şəxs Məhkum məhkəmədəki ifadəsinə digər sübutlara nisbətdə çox üstünlük vermişlər ki, bununla da iş üzrə əsassız nəticəyə gəlinmişdir. Məhkəmələrin təqsirləndirilən şəxsin polis əməkdaşlarının təzyiqi nəticəsində etiraf edici ifadələr verməl əri barədə qənaəti CPM-in 125.8-ci maddəsinin tələblərini də pozmuşdur. İşdən aşkar görünür ki, məhkəmələr tərəfindən ibtidai araşdırma zamanı əməli törətmiş şəxsə qarşı hər hansı psixi və ya fiziki zor tətbiq edilməməsinə (ən azından işdə bu halı təsdiqləyən obyektiv sübutlar yoxdur, şəxsin xəsarətləri ilə tutulmazdan xeyli öncədir, ümumiyyətlə başqası tərəfindən yetirilməyə xarakterik deyil və bu halları onun özü də MSY-də təsdiqləmişdir.) baxmayaraq, təqsirləndirilən şəxsin həmin təsirlərə məruz qalaraq guya istintaq hərəkətlərinin sənədlərinə imza etməsini bildirməsinə inandırıcı qiymət verilməmiş, yalnız onun məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsas götürülərək, icraat materiallarında kifayət qədər sübutlar olduğu halda həmin sübutları müqayisəli təqdiq etmədən əsassız nəticəyə gəlinmişdir. Sırf bu hissədə belə, aşağı instansiya məhkəmələri yalnız təqsirləndirilən şəxsin məhkəmədəki müdafiə xarakterli ifadələrinə istinad edərək, yalan ifadəyə verməyə görə heç bir məsuliyyəti olmayan təqsirləndirilən şəxsin məhkəmə baxışındakı ifadələrinin işdəki və yuxarıda bəhs edilən digər sübutlara münasibətdə üstünlüyünü müəyyən etmiş, lakin ittiham sübutlarının rədd edilməsinin motivlərini ağlabatan əsaslarla izah edə bilməmişlər. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəmə si kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apelyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili məhkəmə is tintaqı nəticəsində Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsinin qanunsuz olmasıdır. Kassasiya protestində qeyd edilmişdir ki, cinayət işi üzrə sübutlarla Məhkum təqsiri tam sübuta yetirilir, məhkəmə sübutlara düzgün qiymət verməmiş, əsassız olaraq təqsirləndirilən şəxsin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrə istinadən yanlış nəticəyə gəlmişdir. Kassator hesab edir ki, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq tədqiq etməmiş və bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünü yolverilməz sübutlarla əsaslandırmışlar. Məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət iş inin materiallarından görünür ki, Məhkum narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamış, onun barəsində əməliyyat-axtarış tədbirləri keçirməmiş, onun psixotrop maddənin hər hansı bir konkret şəxsdən alması və ya həmin psixotrop maddənin hər hansı bir konkret şəxsə satması halları müəyyən edilməmişdir. Məhkum qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində psixotrop maddənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə psixotrop maddənin aşkar edilməsini təsdiq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilibverilmədiyini araşdırılmalıdır. İstintaq orqanı Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə Məhkum ifadəsini, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında 08 yanvar 2023-cü il tarixli protokolu, Məhkum tutulmasında və onun şəxsi axtarışda iştirak etmiş şəxslər Şahid1 və Şahid2 şahid ifadələrini, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəylərini təqdim etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri sübutları araşdırıb belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Həmç inin məhkəmələr müvafiq olaraq hökm və qərarda qeyd etmişdir ki, Məhkum təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı sübutların əldə edilməsi zamanı səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələrin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, Məhkum elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən nor malarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaş dırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ittihamın sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmi şdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə günü onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. 08 yanvar 2023-cü il tarixdə gecə saatlarında Akkord binalarının qarşısında dörd nəfər polis əməkdaşı ona yaxınlaşmış və özünü şübhəli aparıldığına görə onun üzərində axtarış aparmış və aşkar edilmiş siqaret, açar və alışqan ondan götürmüşlər. Bundan sonra onun üzəri ndə şəxsiyyəti təsdiq edən sənəd olmadığından onu post-patrul avtomaşına mindirib polis bölməsinə aparmışlar. Avtomaşından düşən zaman polis əməkdaşlarından biri avtomobilin arxa oturacağından kağız bükümü gətirərək demişdir ki, “bu sənindir?”.O isə “yox, mənim deyil, mənim olsa üzərimə baxarkən üstümdən çıxardı” deyə cavab vermişdir. Bundan sonra onu bölmədə otağa salaraq fiziki zor tətbiq edərək döymüşlər və təzyiqlər altında o, həmin kağız bükümünün üzərindən çıxması barədə videoçəkilişin aparılmasına razılaşmışdır. Səhər açılanda ona müxtəlif sənədləri imzalatdırmışlar. O, ilk öncə imzalamaq istəmədikdə onu yumruqla vurmuşlar. Ondan sonra o, təqdim olunan bütün sənədləri imzalamışdır. Birinci instansiya məhkəməsində məhkəmə iclasında məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid1 ifadələrində 08 yanvar 2023-cü il tarixdə gecə saat 01 radələrində Məhkum sübhəli aparılmasına görə saxlayıb polis şöbəsinə aparılması, şöbədə üzərinə axtarış aparılması və üzərində kağıza bükümündə psixotrop maddənin aşkar edilməsi barədə göstərsə də, onlara vermiş suallara cavab olaraq göstərmişlər ki, həmin psixotrop maddə ilə olan kağız bükümü onlar tərəfindən post-patrul avtomaşında aşkar olunmuş və həmin bükümün Məhkum məxsus olması güman etdiyindən ona verilmişdir ki, şəxsi axtarış zamanı onu özü təqdim etsin. Birinci instansiya məhkəməsində məhkəmə iclasında Məhkum saxlamasında və polis bölməsinə gətirilməsində iştirak etmiş şahid X1 gün ərzində avtopatrul avtomobilinə çox sayda insanın əyləşdiyini və çox sayda şəxsin avtopatrul avtomaşının yük yerində bölməyə apar ıldığını göstərmişdir. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli protokoldan isə görünür ki, içində psixotrop maddə olan kağız bükümü şəxsi axtarış zamanı Məhkum könüllü olaraq əynində olan əynindəki açıq göy rəngli cins şalvarının sağ yan kiçik cibindən çıxarıb təqdim etmiş və həmin maddəni naməlum şəxsdən 5 manata almasını bildirmişdir. Göründüyü kimi şahid ifadələrində və “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 2023-cü il tarixli protokolda psixotrop maddə olan kağız bükümünün aşkar edilməsi və götürülməsi xüsusatlarla bağlı ziddiyyətlər mövcüddür, həmin ziddiyyətlər Məhkum üzərindən axtarış və götürmə protokolunun mötəbərliyinə şübhə doğurur. Həmçinin “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 20 23-cü il tarixli protokoldan görünür ki, axtarış və götürmə hal-şahidlərinin iştirakı olmadan aparılmış, protokolda videoçekilişin aparılması qeyd edilsə də, cinayət işinə əlavə edilmiş CD diskdə həmin istintaq hərəkətinin aparılmasını əks etdirən videogörüntünün olmaması və istintaq orqanı tərəfindən həmin videogörüntünün təqdim edə bilməməsi axtarışın Azərbaycan Respublikası CPM-in 245.3-cü maddəsinin tələblərinin pozulması ilə aparılmasına dəlalət edir. Belə ki, həmin maddəyə əsasən axtarış və ya götürmə zamanı azı 2 (iki) hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Bundan başqa protokoldan görünür ki, axtarış və götürmə şübhəli şəxs qismində tutulmuş Məhkum müdafiəçinin iştirakı olmadan keçirilmişdir. Belə ki, tutulquqdan sonra Məhkum müdafiəçinin yardımından isti fadə etmək hüququ izah edilmiş və sonuncu ona müdafiəçinin təyin edilməsini xahiş etmişdir. Təhqiqatçının 08 yanvar 2023-cü il tarixli qərarı ilə Məhkum müdafiəçi təyin edilmiş, həmin qərara əsasən Bakı şəhəri 7 saylı Vəkillər Bürosunun vəkili X4 müdafiəçi qismində işə buraxılıb və Məhkum təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə Məhkum tutulmuş, ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarışının aparılması barədə qərar qəbul edilmişdir. Bundan sonra özünə müdafiəçi dəvət etməyə xahiş edən Məhkum ərizə ilə müraciət edərək səbəb göstərmədən artıq polis bölməsində olmuş və ona hüquqi yardım göstərməyə başlanmış müdafiəçinin iştirakı olmadan şəxsi axtarışının aparılmasını xahiş etmişdir. Məhkum üzərində şəxsi axtarış müdafiəçinin iştirakı olmadan aparılmış, axtarışdan sonra müdafiəçinin iştirakı ilə Məhkum izahat alınmış və o, məhkəmə-kimyəvi ekspertizasının təyin edilməsi barədə qərarla tanış olmuşdur. Məhkəmə kollegiyası bununla əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələrun mövqeyi ilə razılaşaraq hesab edir ki, müdafiəçinin iştirakını tələb etmiş, axtarışdan birbaşa əvvəl və axtarışdan dərhal sonra keçirilmiş prosessual hərəkətlərdə müdafiəçinin iştirakını istəmiş və buna razılıq vermiş şəxsin heç bir səbəb göstərmədən, onun üzərində axtarışının müdafiəçinin iştirakı olmadan aparılmasını istəməsi məntiqsiz olduğundan inandırıcı deyil. Həmçinin, məhkəmə iclasında Məhkum göstərmişdir ki, o təzyiq altında müxtəlif sənədləri imzalamışdır. Qeyd edilməlidir ki, müdafiəçinin iştirakı olmadan axtarışın keçirilməsi barədə ərizənin mətni kompüterdə yazı lmışdır. Azərbaycan Respublikası CPM-in 92.3.2 və 92.3.9-cü maddələrinin tələblərinə əsasən şübhəli şəxs tələb etdikdə və şübhəli şəxs tutulduqda müdafiəçinin iştirakı təmin edilməlidir. Məhkəmə kollegiyasının fikrincə məhkəmələr yuxarıda qeyd edilən xüsusatları nəzərə alıb əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum üzərində şəxsi axtarış müdafiə hüququnun pozulması ilə aparılmışdır. Həmçinin şahidlər Şahid2 və Şahid1 ifadələrinin içində psixotrop maddə olan kağız bükümünün post-patrul avtomaşının salonunda tapılması və həmin bükümü axtarış zamanı təqdim etmək üçün Məhkum verilməsi barədə xüsusatlar Məhkum məhkəmə istintaq zamanı verdiyi ifadənin onun ibtidai istintaq zamanı verdiyi ifadədən daha inandırıcı olmasını göstərir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 08 yanvar 2023 -cü il tarixli protokoldan və şahidlər Şahid2 və Şahid1 ifadələrindən başqa, ittihamın digər sübutlarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, ekspertiza rəyləri və cinayət işinə əlavə edilmiş digər sənədlər cinayət işinə sübut qismində əlavə edilmiş psixotrop maddənin məhz Məhkum üzərindən aşkarlanması və götürülməsini təsdiq etmir. Həmin sübutlar əsasında Məhkum psixotrop maddənin qanunsuz əldə edilməsinə və saxlanmasında təqsirinin müəyyən edilməsi yalnız psixotrop maddənin Məhkum üzərində aşkar edilməsi mötəbər sübutlarla təsdiq etdikdən sonra mümkün olur. Bundan başqa, cinayət işin materiallarından görünür ki, Məhkum narkotik vasitələrin və ya psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olması və onların üzərində saxlaması barədə heç bir məlumat polis bölməsinə daxil ol mamış və bununla əlaqədar onun barəsində əməliyyat-axtarış tədbiri keçirməmişdir. O, “özünü şübhəli aparması” və üstündə şəxsiyyəti təsdiq edən sənədin olmaması ilə əlaqədar polis bölməsinə gətirilmişdir. Ona görə də Məhkum polis bölməsinə gətirildikdən sonra buna heç bir əsas olmadan cinayət-prosessual qanunvericiliyndə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törətməsində şübhəli şəxs qismində tutulması və “onun paltarlarında, əşyallarında və ya bədənində narkotik vasitələrin aşkar edilməsi və götürülməsi” üçün qərar qəbul edilməsi və üzərində axtarış aparılması özü-özlüyündə şübhə doğuran haldır. Cinayət işinə əlavə edilmiş sənədlərdən görünür ki, Məhkum polis əməkdaşları tərəfindən 08 yanvar 2023-cü il tarixdə saat 01 radələrində tutulmuş, onun üzərində axtarış isə həmin gecə saat 02:05 başlanmışdır. Qeyd edilməlidir ki, Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qərarda xüsusi olaraq vurğulamışdır ki, həbslə axtarış arasında vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır. Belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında olmuşdur. Məhkəmə kollegiyası qanunun yuxarıda göstərilən normaları və cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri hazırki iş üzrə ittihamın əsasını təşkil edən Məhkum istintaq zamanı verdiyi ifadə, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında 08 yanvar 2023-cü il tarixli protokolu və Şahid1 və Şahid2 ifadəl ərini qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutların mötəbərliyi şübhə doğurur. Göründüyü kimi, məhkəmələr hazırki cinayət işi üzrə toplanılmış sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin müddəalarına tam riayət edilməklə yoxlamış və qiymətləndirmişdir. Sübutların yoxlanılması və qiymətləndirilməsi ilə əlaqədar birinci və apellyasiya instansiyası məhkəmələri onların hökm və qərarların kassasiya qaydasında ləğv edilməsinə səbəb ola biləcək prosessual qanunvericilikdə nəzərdə tutulmuş pozuntulara yol verməmişdir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirlə ndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələblərinə görə təqsirlədirilən şəxsin cinayətin törədilməsində təqsiri məhkəmə iclasında tədqiq edilmiş mötəbər və mümkün sübutlarla əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Məhkəmə kollegiyası cinayət işində olan materialları nəzərdən keçirərək, belə nəticəyə gəlir ki, Məhkum Azərbaycan Respublikası CM-in 2 34.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını istintaq orqanının qeyri-mötəbər, ziddiyyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar olmadığından, birinci instansiya məhkəməsi düzgün olaraq Məhkum bəraət vermişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilən işin hallarını nəzərə alaraq nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs Məhkum оğlunun ibtidаi аrаşdırmа dövründə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifаdələri ilə məhkəmədə verdiyi ifаdəsi аrаsındа ziddiyyətə düzgün hüquqi qiymət vermiş və əsaslı olaraq nəticəyə gəlmişdir ki, оnun ibtidai istintаq ındа verdiyi ifаdəsi mötəbər sübut kimi qəbul edilməməlidir. Həmçinin məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişdir ki, Məhkum pоlisin tаm nəzаrətinə keçərək tutulmаsı vaxtında rəsmiləşdirilməmiş, həmin vаxt üzərinə dərhаl baxış keçirilməmiş, ibtidai istintaq zamanı onun müdafiə hüquqlаrının pоzulması ilə bağlı şübhələr olmuş, onа qаrşı ittihаmın əsasını təşkil edən sübutların mötəbərliyi şübhə doğurur. Məhkəmə iclаsındа verdiyi ifаdəsində isə Məhkum оnа verilən ittiham üzrə özünü təqsirli bilməmiş və оnun cinаyət məsuliyyətinə cəlb edilməsini pоlisin ona təsir etməsi, etiraf edici ifadə verməsə CM-in 234.4.3-cü maddəsi ilə ittiham olunacağı ilə hədələnməsi ilə əlаqələndirmişdir. Azərbaycan Respublikası CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmələr Məhkum üzərində axtarışın aparılması və narkotik vasitənin götürülməsi barədə 08 yanvar 2023-cü il tarixli protokolun həqiqətə və qanun tələblərinə uyğun olub-olmamasına şübhə mövcud olduğundan yuxarıda qeyd edilən qanun normalarının tələblərinə əsasən haqlı olaraq həmin protokolu mötəbər sübut kimi qəbul etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetmir. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İ nsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Kassasiya protestinin dəlilləri ilə əlaqədar həm də qeyd olunmalıdır ki, bu dəlillər apellyasiya məhkəməsinin qarşısında da qaldırılmış və həmin məhkəmə bu məsələləri obyektiv araşdıraraq protestin həmin dəlill ərinin əsassız olması qənaətinə gəlmiş, buna dair nəticəni qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyas iya Məhkəməsinin Cinayət kollegiyasının 17 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar