Məhkəmə qərarları › İş №1(102)-1812/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-1812/2025

17.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1812/2025 17.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Babayev Zəki Baba oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə; Cəbrayılova Sevinc Elton qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Məhkum və onun müdafiəçisi X4 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası CM-in 29,178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair c inayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 1(105)-7/2025 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə və məhkumun müdafiəçisi X6 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (Hakimlər H.S.Əliyev (sədrlik edən), F.Z.Hümbətov və A.T Rzayevadan ibarət tərkibdə) 2024-cü il 12 iyun tarixli, 1(124)160/2024 nömrəli hökmü ilə, xx xxxx 1962-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cina yət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə 02 il sınaq müddəti ilə şərti məhkum edilmiş, Sumqayıt şəhəri, Stansiya Sumqayıt, 6 A ünvanında qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddələri ilə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Məhkum 2 il sınaq müddəti ilə tətbiq olunmuş şərti məhkum etmənin ləğv edilməsi, həmin hökmlə ona təyin edilmiş 4 (dörd) il 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respubli kası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə Məhkum qəti olaraq 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum 20 fevral 2023-cü il tarixdən 21 fevral 2023-cü il tarixədək tutulduğu 1 (bir) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində qəti cəza olaraq 7 (yeddi) il 5 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, barəsində Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddət inin başlanğıcının hökmün elan olunduğu 12 iyun 2024-cü il tarixindən hesablanması, barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbirinin "həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalından həbsə alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi hökm edilmişdir. Hökmdən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi X6 tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3 (sədrlik edən), X7 və X1 ibarət tərkibdə) 2025-ci il 23 yanvar tarixli 1(105)-7/2025 nömrəli qərarı ilə Məhkum Azərbaycan Respublikasının CM-nin 29,178.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 12 iyun tarixli 1(124)-160/2024 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 12 iyun tarixli 1(124)-160/2024 nömrəli hökmünə əsasən Məhkum qəti cəza olaraq təyin edilmiş 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilərək 3 (üç) il sınaq müddəti müəyyən edilmişdir. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum CM-nin 29,178.3.2-ci maddələri ilə təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, aldatma və etibardan sui- istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xüsusi texnika hesab edilən ekskovator almaq üçün 2022-ci ilin avqust ayında cinayətdən xəbərsiz tanışı Şahid1 vasitəsi ilə özünə müraciət etmiş Balakən rayonu, Katex kə nd sakini Zərərçəkmiş şəxs ilə istifadəsində olan ***-***-**** saylı mobil telefon nömrəsi ilə danışıqları zamanı sonuncuya guya özünün ona ekskovator alınmasında köməklik göstərmək imkanına malik olmasını yalandan bildirib xx.xx.2022-ci il tarixdə Bakı-Sumqayıt şosesi 7-ci km ünvanında yerləşən, "Ər Riyad” ticarət mərkəzinin yaxınlığında fəaliyyət göstərən avtomobil təmiri sexində Zərərçəkmiş şəxsla görüşləri zamanı qohumu, Şahid2 Rüxsat oğlunun istifadəsində olan "10 Z-756” dövlət qeydiyyat nişanlı, "Dossan 180W" markalı ekskovatoru ona göstərib, həmin ekskovatorun satış qiymətinin 120.000 manat olduğunu, qeyd edilən ekskovatorun Zərərçəkmiş şəxs adına rəsmiləşdirilməsində köməklik göstərilməsi üçün özünün və qohumu Şahid2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Kənd Təsərr üfatı Nazirliklərində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslərlə yaxın münasibətlərinin olmasını, həmin məsələlərin müsbət həlli üçün qeyd edilən yüksək vəzifədə işləyən tanışlarına xidməti vəzifələrinin icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni ekskovatorun sonuncunun adına rəsmiləşdirilməsinə görə birbaşa yolla özü vasitəsilə alınacaq 120.000 manat pul vəsaitindən 20.000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını, xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs yalandan bildirərək, sonuncu ilə razılaşmaqla sövdələşib, həmin adla xx.xx.2022-ci il tarixdə sonuncudan Bakı-Sumqayıt şosesi, 7-ci km ünvanında yerləşən, “Ər-Riyad” ticarət mərkəzinin yaxınlığında fəaliyyət göstərən avtomobil təmiri sexinin qarşısında özünə məxsus “Hyund ai Santafe” markalı avtomobildə 48.500 manat məbləğində pul vəsaitini alaraq, həmin pul vəsaitini özünün şəxsi ehtiyaclarına xərcləməklə, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 48.500 məbləğində pul vəsaitini ələ keçirib ona xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, Zərərçəkmiş şəxs aldadılmasını müəyyən edib qalan pul vəsaitini verməkdən imtina etdiyindən, bilavasitə cinayət törətməyə yönələn qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, həmin pul vəsaitini ondan ala bilməyib, aldatma və etibardan suiistifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus 120.000 manat məbləğində pul vəsaitini ona külli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə ələ keçirməyə cəhd etmişdir. KASSASİYA PROTESTİNİN VƏ KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN, MƏHKUMUN VƏ ONUN MÜDAFİƏÇİSİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd etmişdir ki, Məhkum barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərkən cinayət qanununun normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə əhəmiyyət verilməmiş, dövlət büdcəsinə ödənilməli olan maddi ziyanın az bir hissəsini ödəməsinə əhəmiyyət ve rmədən, məhkumun ona təyin edilmiş cəzanı real çəkməsi ədalətli olmasına baxmayaraq əsassız olaraq barəsində şərti məhkum etmə tətbiq edilmişdir. Bu halda məhkəmə üzərinə düşən vəzifələri yerinə yetirməyib cəzanı yüngülləşdirən halların bir qismini belə düzgün müəyyən etməmişdir. Belə ki, məhkəmə kollegiyası CM-nin 70-ci maddəsinə əsasən Məhkum təyin olunmuş cəzanın şərti tətbiq edərkən onun təqsirini etiraf edib peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə, yəni 48.500 manat olmaqla ödəməsini, bununla yanaşı törətmiş olduğu cinayət əməli ilə bağlı ittiham verilən 120.000 manat məbləğinin 10 faizinin, yəni 12.000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymə tləndirmişdir. Bununla yanaşı, təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən, bu əməli səmimi etiraf edib-etməməsindən çox asılıdır. Çünki, səmimi etiraf şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisidir. Belə bir halın mövcud olmaması isə şəxsin ona yüngül cəza növü tətbiq edilməklə islah ediləcəyinə inamı azaldır. Məhkəmə kollegiyası Məhkum əməlini etiraf etməsini şəxsiyyətini müsbət cəhətdən səciyyələndirən hallar kimi nəzərə almışlar. Şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydalarına əməl olunmasının nəticəsidir və məhkəmə kollegiyası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinin tələbini pozaraq həmin halı məhz nəyə görə cəzanı yüngülləşdirən hal kimi qəbul etməsini yekun qərarda əsaslandırmamışdır. Qərarda yalnız Məhkum əməlini etiraf etməsini göstərməklə kifayətlənmiş, lakin bunun istintaq orqanının təkzibolunmaz sübutları nəticəsində ifşa olunaraq etiraf etmək məcburiyyətində qalmasını məhkəmə kollegiyası qərarın təsviri-əsaslandırıcı hissəsində göstərməmişlər. Göründüyü kimi, məhkəmə kollegiyası bu halda da qanunvericiliyin tələbindən çıxış etməmiş, nəticədə cinayəti düşünülmüş, planlaşdırılmış şəkildə törədən şəxs barəsində yüngül cəza təyin edilmişdir. Mübahisəsizdir ki, təqsirkarın islah olunacağı barədə əminlik işin digər halları ilə bərabər onun şəxsiyyətini səciyyələndirən hallara da əsaslanmalıdır. İş materiallarında olan tələbnamədən göründüyü kimi, Məhkum barəsində Abşeron Rayon Polis İdarəsində CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və xx.x x.2017-ci il tarixdə cinayət işinin icraatına CPM-nin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə) xitam verilmişdir. Bundan başqa, Məhkum barəsində Sumqayıt Şəhər Polis İdarəsində CM-nin 178.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və xx.xx.2021-ci il tarixdə cinayət işinin icraatına CPM-nin 40.3-cü maddəsinə əsasən (zərər çəkmiş şəxslə barışdığına və dəymiş zərəri ödədiyinə görə) xitam verilmişdir. Bundan başqa, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 4 il 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən təyin edilmiş cəza 2 il sınaq müddətinə şərti tətbiq edilmişdir. Göründüyü kimi, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi hazırkı işə baxarkən Məhkum barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə ona 2 il sınaq müddəti ilə şərti təyin edilmiş 4 il 24 gün müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qəti olaraq 7 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşə baxan apellyasiya məhkəmə kollegiyası isə yekun qərarında Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən ləğv edilmiş şərti məhkum etməyə heç bir münasibət bildirməmiş, cinayət qanunvericiliyi baxımından heç bir əsaslandırma aparmadan Məhkum barəsində ikinci dəfə CM-nin 70.1-ci maddəsinə əsasən şərti mə hkum etmə tətbiq etmişdir. Hansı ki, Məhkum eyni xarakterli cinayət əməlini yenidən törətməklə islah olunmamasını bir daha təsdiq etmişdir. Həmçinin, Məhkum əməlində cinayətlərin residivi olmuşdur ki, bu da məhkəmə kollegiyası tərəfindən onun barəsində şərti məhkum etmənin tətbiqinin əsassız olduğunu təsdiq edən başqa bir faktdır. Yuxarıda qeyd edilən hallar Məhkum şəxsiyyətini xarakterizə edən hallar olaraq məhkəmə kollegiyası tərəfindən düzgün qiymətləndirilməmişdir. İslah olunmaq perspektivi baxımından təqsirkarın şəxsiyyətinin düzgün qiymətləndirilməsi onun törətdiyi əmələ münasibətindən, yəni törətdiyi əməllə bağlı səmimi peşman olub-olmamasından, əvvəllər də eyni xarakterli cinayət əməli törədibtörətməməsindən çox asılıdır. Çünki, səmimi peşmançılıq şəxsin törətdiyi cinayətə tənqidi münasibətinin göstəricisidir. Yoxsa eyni xarakterli əməli 4 dəfə törətməklə deyil. Belə bir halın mövcud olmaması isə şəxsin ona tətbiq edilən güzəştli cinayət hüquqi tədbir vasitəsilə islah ediləcəyinə inamı azaldır. Odur ki, məhkəmə kollegiyası əsassız olaraq məhkum edilmiş şəxs Məhkum barəsində təyin edilmiş cəzanı şərti hesab etmişdir. Ümumiyyətlə, apellyasiya instansiyası məhkəməsi yekun qərarında mübahisələndirilən həmin halların cinayətin ictimai təhlükəliliyini nə cür azaltmasını göstərməmiş və gəlmiş olduğu nəticəni əsaslandırmamışdır. Dövlət ittihamçısı kassasiya protestində göstərilənlərə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 29,178.3.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 yanvar tari xli 1(105)-7/2025 nömrəli qərarı ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya məhkəməsi qanunun tətbiqində səhvə yol vermişdir. Belə ki, apellyasiya baxışının gedişində zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş 48.500 manat ziyan tam ödənilib, zərərçəkmişlə Məhkum arasında barışıq əldə olunub, buna görə də zərərçəkmiş Məhkum qarşı heç bir şikayətinin və tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizə vermişdir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin73-1.3. maddəsinə və 72-ci maddəsinə Qeydin 3-cü hissəsinə uyğun olaraq cinayət əməli ilə bağlı ittiham verilən 120.000 manat məbləğinin 10 faizi, yəni 12000 manat vəsaitin dövlət büdcəsinə ödənilmişdir. Apellyasiya məhkəməsi isə hesab etmişdir ki, “hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş 48.500 manat məbləğində ziyanın tam ödənilməklə, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması, eləcə də təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu cinayət əməli ilə bağlı ittiham verilən 120.000 manat məbləğinin 10 faizinin, yəni 12000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilsə də, Məhkum əvvəllər də dələduzluq cinayəti ilə bağlı Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru İlqar Məmmədovun xx.xx.2021-ci il tarixli qərarına əsasən CM-nin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CPM-nin 39.1, 39.1.11 və 40.3-cü maddələrinə əsasən xitam verildiyindən hazırkı cinayət işi üzrə z ərərin və müvafiq cərimənin ödənilməsi onun məsuliyyətdən azad edilməsinə dəlalət etməyəcəkdir. Belə ki, CM-nin 72-ci maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. CM-nin 73-1.3-cü maddəsinə əsasən bu Məcəllənin 178.3, 178.4, 179.3 və 179.4-cü maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın əlli faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilə bilər. Göründüyü kimi, təqsirləndirilən şəxs Məhkum barəsində əvvəllər də dələduzluq cinayətilə bağlı istintaq orqanında olmuş cinayət işinin icraatına CPM-nin 39.1,39.1.11 və 40.3-cü maddələrinə əsasən xitam verildiyindən artıq o, hazırkı cinayət işi üzrə CM-nin 73-1.3-cü maddəsinin tələbinə uyğun olaraq cinayət məsuliyyətindən azad edilə bilməz, lakin təqsirləndirilən şəxs tərəfindən törətmiş olduğu cinayət əməlilə bağlı ittiham verilən 120.000 manat məbləğinin 10 faizinin, yəni 12000 manat vəsaitin dövlət büdcəsinə ödənilməsi Məhkum cəzasını yüngülləşdirən hal kimi qəbul olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun hesab edilməlidir. Belə bir mövqe, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarında da göstərilmişdir k i, “...Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən azad edildikdən sonra yenidən cinayət törətmiş şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi, zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar qismində cəza təyini cəzanın növünün və həddinin seçilməsi zamanı nəzərə alına bilər. Lakin apellyasiya məhkəməsi nəzərə almamışdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarı Sumqayıt şəhər Pİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru İlqar Məmmədovun xx.xx.2021-ci il tarixli qərarı ilə Məhkum CM-nin 178.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına CPM-nin 39.1, 39.1.11 və 40.3-cü maddələrinə əsasən xitam verilməsindən sonra qəvvəyə minmişdir. Buna görə də Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarı Məhkum vəziyyətini ağırlaşdırdığı üçün tətbiq olun a bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 10.4-cü maddəsi: Əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Məhkumun müdafiəçisi kassasiya şikayətində göstərilənlərə əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2025-ci il tarixli 1(105)-7/2025 saylı qərarının dəyişdirilərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin731.3. maddəsinə və 72-ci maddəsinə Qeydin 3-cü hissəsinə uyğun olaraq cinayət məsuliyyətindən azad olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum və onun müdafiəçisi Ağaveys Şahverdi kassasiya şikayə tinin təmin edilməsini, kassasiya protestinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya protestinin təmin olunmasını və Məhkum Azərbaycan Respublikası CM-in 29,178.3.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 yanvar qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini, kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiy a instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Dövlət ittihamçısı kassasiya protestində məhkuma yüngül cəza təyin edilidyini mübahisələndirərək, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Müdafiəçi kassasiya şikayətində məhkumun vurulmuş maddi ziyanı tam ödəməsinin və dövlət büdcəsinə də ö dəniş edilməsinin düzgün nəzərə alınmadığını, məhkumun cinayət məsuliyyətindən azad edilməli olduğunu mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.11-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya protestini və kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. A zərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimi n həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi, kassasiya protestinin təmin edilməməsi barədə məhkumun və onun müdafiəçisi nin, kassasiya protestinin təmin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməli, kassasiya şikayəti isə təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Kassasiya protestində məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqinin əsassız olması mübahisələndirilmişdir. Cinayət işinin hallarından görünür ki, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbay can Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 4 il 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 70.1-ci maddəsinə əsasən təyin edilmiş cəza 2 il sınaq müddətinə şərti tətbiq edilmişdir. Məhkum sınaq müddətində yenidən cinayət əməli törətmiş və yenidən təqsirli bilinərək məhkum edilmişdir. Göründüyü kimi, Məhkum ağır cinayət əməli törətməsinə baxmayaraq məhkəmə tərəfindən ona humanist yanaşılmış, ona təyin edilmiş cəzanın real çəkilməməsi qərara alınaraq onun barəsində şərti məhkum etmə tətbiq edilmişdir. Bu zaman məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymış və bu məqsədlə cəzanın real çəkilməməsi qərarına gəlmişdir. Lakin Məhkum bu etimaddan heç bir müsbət nəticə çıxarmamı ş, real cəza çəkmədən islah olunmamış, yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Qəsdən ağır cinayət törətmiş şəxs tərəfindən yenidən qəsdən ağır cinayət əməlinin törədilməsi CM-in 18.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətin təhlükəli residivi hesab edilir. Apellyasiya instansiyası məhkəməsi isə məhkum tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi zərərin ödənilməsini və məhkum tərəfindən 12000 manat pulun dövlət büdcəsinə ödənilməsini əsas götürməklə məhkum barəsində CM-in 70-ci maddəsinin ikinci dəfə tətbiqini mümkün hesab etmişdir. Halbuki CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkum tərəfindən sınaq müddəti ərzində yenidən ağır cinayət əməlinin törədilməsi onu göstərir ki, məhkuma münasibətdə ən azı iki meyar üzrə təyin olunmuş cəza öz məqsədinə çatmamışdır: məhkum islah olunmamış və yeni cinayət əməli törətmişdir. Eyni zamanda, məhkum tərəfindən törədilmiş cinayət əməlləri eyni xarakterli olmaqla, hər iki əməl CM-in 178-ci maddəsi ilə tövsif edilmişdir. Birinci hökm üzrə təyin edilmiş cəzanın öz məqsədinə çatmaması residiv cinayətlərdə daha sərt cəzanın təyin edilməsi zərurətini doğurmasına baxmayaraq, ümumiyyətlə, real cəzanın təyin edilməməsi (şərti məhkum etmə kimi) cəzasızlıq mühitinin yaranmasına səbəb olmaqla, yeni cinayət əməllərinin törədilməsinə yol açır. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində CM-in 70-ci maddəsi nin tətbiq edilməsinin mümkünlüyü qənaətinə gələrkən CM-in 71.5-ci maddəsinin tələblərini də pozmuşdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, müdafiəçi kassasiya şikayətində CM-in 73-1.3-cü və 72-ci maddəsinin Qeydinin 3-cü hissəsinə uyğun olaraq Məhkum cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Müdafiəçi eyni məzmunlu vəsatətlə apelyasiya instansiyası məhkəməsinə müraciət etmiş və müdafiə tərəfinin müraciətinə məhkəmə tərəfindən yekun qərarda əsaslandırılmış münasibət bildirilmişdir. Məhkəmə kollegiyası həmin məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, Məhkum münasibətdə əvvəllər CM-in 73-1-ci maddəsi tətbiq edilərək, o cinayət məsuliyyətindən azad edildiyindən, CM-in 72-ci maddəsinin Qeydinin 1-ci hissəsinə əsasən isə şəxs eyni bir maddə ilə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bildiyindən, Məhkum münasibətdə, onun vurulmuş maddi ziyanı ödəməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilməsini CM-in 72-ci maddəsinin Qeydinin 1-ci bəndi qadağan edir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, müdafiəçinin kassasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilməməlidir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşaraq, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 416.21 maddəsində nəzərdə tutulmuş pozuntulara yol verildiyini qeyd edir və hesab edir ki, bu pozuntular apellyasiya instansiyası məhkəməsinin mübahisələnd irilən 23.1.2025-ci il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya qaydasında apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasının təyin edilməsini şərtləndirir. Belə qənaətə gələrkən məhkəmə kollegiyası CPM-in 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün hesab etmir. Belə ki, CPM-in 419.12-ci maddəsinə əsasən, bu Məcəllənin 419.10.2-ci maddəsinə müvafiq olaraq qərar çıxarıldıqda kassasiya instansiyası məhkəməsi cinayət işinə təkrar baxılması zamanı apellyasiya instansiyası məhkəməsinin gələ biləcəyi nəticələri, habelə aşağıdakı məsələləri qabaqcadan həll edə bilməz: 419.12.1. ittihamın sübuta yetirilib-yetirilməməsini; 419.12.2. bu və ya digər sübutun mötəbərliliyini və ya mötəbərsizliyini; 419.12.3. bir sübutun digər sübutlardan üstünlüyünü; 419.12.4. apellyasiya instansiyası məhkəməsi tərəfindən cinayət qanununun bu və ya digər müddəalarının tətbiq edilməsini; 419.12.5. apellyasiya instansiyası məhkəməsi tərəfindən bu və ya digər cəzanın tətbiq edilməsini. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçinin kassasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısının kassasiya protesti təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 23.1.2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilməli və cinayət işi, hazırkı qərarın əsaslandırıcı hissəsində qeyd edilən halların hərtərəfli, tam və obyektiv şəkildə araşdırılması, qanuni, ədalətli, əsaslandırılmış, tərəfsiz müşahidəçini qane edə biləcək sə viyyədə qərarın qəbul edilməsi üçün apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutub, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi X10 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 12 iyun tarixli, 1(124)-160/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,178.3.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilmiş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 23 yanvar tarixli, 1(105)-7/2025 nömrəli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar