Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1813/2022 22.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İlqar Səyyad oğlu Qılıcov (sədrlik edən və məruzəçi), İlkin Əbülfəz oğlu Rəcəbov və Nazim Rasim oğlu Mövsümovdan ibarət tərkibdə; Aytac Səfa qızı Əhmədlinin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analtik təhlil şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4- cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 25 iyun 2022-ci il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Fikrət Qəribovun sədrliyi, Telman Hüseynov və Əli Məmmədovdan ibarət tərkibdə) 15 fevral 2021-ci il tarixli hökmü ilə, xx xxxx 1972-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, hazırda məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi,ünvansız fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxan asında saxlanılan Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181.2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu 28 yanvar 2019-cu il tarixdən hesablanması qərara alınmış və qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş hHökmlə həmçinin, məhkəmə məsrəfləri və maddi sübut məsələləri də həll edilmişdir. Hökmlə həmçinin Məhkum6, Məhkum1, Məhkum5 və Məhkum2 da təqsirli bilinib məhkum olunmuşdur. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum3 məhkum edilmişdir ona görə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını g izli olaraq talamaqla oğurluq etmiş, həmçinin özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar, yaşayış sahəsinə qanunsuz olaraq girməklə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək quldurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı X2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Binə Südçülük savxozunda yerləşən 0,04 hektar hasarlanmamış torpaq sahəsində saxlanılan hər birinin qiyməti 0,40 manat, ümumi dəyəri 2600 manat olan 6500 ədəd mişar daşını 2017-ci ilin sentyabr ayının 21-dən 23dək olan müddət ərzində hissə-hissə olmaqla vahid niyyət lə əhatə olunan qəsdlə gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 ümumilikdə 2600 manat ziyan vurmaqla oğurlamışdır. Bundan başqa o, Məhkum6 tanışı X3 vasitəsi ilə ona və digər tanışları Məhkum4 və Məhkum5 Zərərçəkmiş şəxs2 ünvan 3 ünvanında yerləşən 41 nömrəli mənzilin satışından əldə etdiyini 40.000 manat xeyli miqdarda pul vəsaitinin yaşadığı ünvan 4 ünvanında saxlaması barədə məlumat verməklə, qeyd olunan ünvana basqın edilərək əldə olunan vəsaitdən 18.000 manat hissəsinin özünə ödənilməsi barədə təklifi ilə razılaşaraq, bu məqsədlə Azər Ağayev, Məhkum5, Məhkum4 və Məhkum6 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşmiş, Məhkum6 Azər Ağayevə Zərərçəkmiş şəxs2 yaşadığı mənzilin yerini əyani şəkildə göstərməklə sonuncunun yaşlı olması, gün ərzində mənzildə tək qaldığı vaxtlar, pul vəsaitini mənzildə saxladığı yerlər, yaşadığı mənzili satmaq niyyətində olması barədə verdiyi zəruri məlumat və məsləhətləri əsasında əvvəlcədən hazırladıqları plan üzrə aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, qrup üzvləri Azər Ağayev, Məhkum5, Məhkum4 ilə birlikdə 06 yanvar 2019-cu il tarixdə saat 13:30 radələrində ünvan 5 ünvanına gedib, orada yaşayan Zərərçəkmiş şəxs2 özlərini makler, alıcı, alıcının qohumu və usta kimi təqdim edərək, həmin mənzili satın almaq niyyətində olduqları, bu məqsədlə mənzilin içində fotoşəkillər çəkmək, mənzilə aid sənədlər ilə tanış olmaq istədikləri barədə yalan məlumatlar verib sonuncunu aldadaraq yaşayış sahəsi olan mənzilə qanunsuz olaraq girməklə əvvəlcədən aralarında aparılmış vəzifə bölgüsünə əsasən qrup üzvləri Azər Ağayev, Məhkum5 və Mə hkum4 qəfildən Reyhanxanım Müğbilovaya hücum edərək həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın etməklə ağız, əl və ayaqlarını Məhkum4 mənzildən götürdüyü skoçla bağlamaqla nəfəs almaq və hərəkət etmək imkanlarını məhdudlaşdıraraq həyatı və sağlamlığı üçün real təhlükə yaradıb, əlləri və çiyinlərinə əlləri ilə vuraraq və sonuncunu aparıb hamam otağında sərt döşəmə üzərinə ataraq sol bazunun, sol saidin ön səthinin qançırları, bel nahiyyəsinin sıyrıqları ilə müşayiət olunan dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, Məhkum5 Zərərçəkmiş şəxs2 sifətinə yumruğunu yaxınlaşdırmaqla səs-küy salıb, kömək çağıracağı halda öldürəcəklərini deyərək sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edəcəkləri ilə hədələmiş, daha sonra Məhkum4 mənzilə kənar şəxsin daxil olmas ının qarşısını almaq üçün mənzilin giriş qapısının qarşısında pusquda dayanmış, o isə digər qrup üzvləri Azər Ağayev və Məhkum5 ilə birlikdə mənzildə axtarış aparmaqla Zərərçəkmiş şəxs2 məxsus 800 manat məbləğində nağd pul vəsaiti və 180 manat dəyərində “Samsung” markalı mobil telefonu ələ keçirmiş və bu hərəkətləri ilə o, qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə yaşadığı mənzilə qanunsuz olaraq girməklə həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla və belə zorakılığın tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın etməklə təkrar quldurluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X9 Allahverdi oğlunun sədrliyi və məruzəsi, X4 və X5) 1(103)-732/2021 nömrəli 25 iyun 2021 tarixli qərarı ilə məhkum edi lmiş Məhkum6 və onun müdafiəçisi Müdafiəçi1, məhkum edilmiş Məhkum3 və məhkum edilmiş Məhkum2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum6, Məhkum3 və Məhkum2 məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 fevral 2021-ci il tarixli hökmü, verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Məhkum3 verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-732/2021 nömrəli 25 iyun 2021 tarixli qərarı ləğv edilsin və onun işinin istintaqa qaytarılması barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Məhkum3 onunla əsaslandırır ki, Bakı APellyasiya Məhkəməsi araşdırması zamanı onun işinə baxılark ən prosessual pozuntulara yol verilmişdir. O, heç bir cinayət əməlinin iştirakçısı olmamışdır. Ona irəli sürülmüş ittiham ilə razı deyildir. Ona təyin edilmiş 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə razı deyildir. Məhkəmə cəza təyin edərək onun ailə vəziyyətini, ürək-damar xəstəliyindən əziyyət çəkməsini, Türkiyə Respublikasında ürək əməliyyatı keçirməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, dövlət ittihamçısının kassasiya şikayətinin təmin edilməməsi barədə çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmamalı, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-732/2021 nömrəli 25 iyun 2021 tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respubl ikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətləri və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edi lib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum3 əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 181. 2.1, 181.2.2, 181.2.3 və 181.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum3 elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsidir. Bununla əlaqədar məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsasız hesab edir və qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiya məhkəməsi qərarından, birinci instansiya məhkəməsi hökmündən və cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələrində Məhkum3 özünü ona verilmiş ittihamlar üzrə təqsirli bilmədiyini bildirsələrdə, məhkəmələr göstərilən dəlilləri digər məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxslərin şahidlərin ifadələri və işin faktiki halları ilə müqayisəli təhlil edib onların bu ifadələrini təkzib etməklə törətdiyi əməlləri sübuta yetirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarı baxımından da əsaslıdır. Həmin qərarın 23-cü bəndinə əsasən, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə (CM-nin 181-ci maddəsi) elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi işin bütün halları - cinay ətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərin edilməsi və sair nəzərə alınmaqla həll edilməlidir. Göründüyü kimi, kassasiya şikayətində göstərilən dəlillər həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmış və Məhkum3 Azərbaycan Respublikası CM-nin 177.2.1; 181.2.1; 181.2.2; 181.2.3; 181.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi digər məhkum edilmiş şəxslərin, zərərçəkmiş şəxslərin, şahidlərin dolğun, ətraflı və biri-biri ilə uzlaşan ifadələri, istintaq hərəkətlərinin protokolları, maddi sübutlar, ekspert rəyləri və toplanmış digər sübutlarla öz təsdiqi ni tapmışdır. Göstərilənlərə nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır və məhkəmələr toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırmış, bu sübutlar əsasında Məhkum3 ittiham olunduğu əməlləri törətməsi barədə işin faktiki hallarına uyğun olan qanuni və əsaslı nəticəyə gəlmiş və onun əməllərini təqsirli bilindiyi maddələr ilə düzgün tövsif etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr əməlin tövsifi ilə bağlı işin faktiki hallarını araşdıraraq onlara düzgün hüquqi qiymət vermiş və üzrə düzgün nəticəyə gəlmişlər. Belə ki, iş materiallarından da göründüyü kimi, nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kasasiya şikayətinin əməlin düzgün tövsif edilməməsi barədəki dəlili əsassızdır. Bundan başqa, birinci instansiyası məhkəməsi təqsirləndirilən şəxs Məhkum3 cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərini nəzərə almışdır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Ape llyasiya Məhkəməsinin Məhkum3 barəsindəki 1(103)-732/2021 nömrəli, 25 iyun 2021 tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum3 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 25 iyun 2021-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Əsli ilə düzdür Ali Məhkəmənin hakim İmran Hacıqayıbov
Məhkəmə qərarları › İş №1(102)-1813/2022
Ali Məhkəmə Qərar — İş №1(102)-1813/2022
22.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver