Məhkəmə qərarları › İş №1(102)-1813/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-1813/2024

09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1813/2024 09.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xaliq Məmmədov (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Tural Əfəndizadə) 30 noyabr 2023-cü il tarixli, 1(091)114/2023 nömrəli hökmü ilə 27 fevral 1994-cü ildə Göygöl rayonunun Üçtəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Yevlax rayonunun Qaraməmmədli kəndində qeydiyyatda olmaqla Yevlax şəhəri, M.Qasımov küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 42.1.4-cü maddəsinə əsasən təqsiri sübuta yetmədiyinə görə bəraət verilm işdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama görə X8 təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil edilən 7,503 qram çəkidə narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Elvin Əliyev həmin tarixdə saat 15:30-da ünvan 1 ünvanında yerləşən Yevlax Rayon Mərkəzi Xəstəxanasının qarşısında saxlanılaraq Yevlax Rayon Polis Şöbəsinə gətirilib üzərində şəxsi ax tarış aparılarkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda 7,503 qram çəkidə narkotik vasitə heroin əynindəki göy rəngli gödəkcənin sağ yan cibindən bir ədəd bükümdə aşkar edilərək götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Xəqani Səmədov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və İmanverdi Şükürov) 15 fevral 2024-cü il tarixli 1(107)-130/2024 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli 1(091)-114/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, Dövlət ittihamçısı2 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunmuş, CPM-in tələblərinə uyğun təqdim edilərək yoxlanılmış, E.Əliyevin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin əldə etməsi, saxlaması, daşıması barədə daxil olmuş məlumat və bununla əlaqədar E.Əliyevin üzərindən narkotik vasitə aşkar edilməsi faktı əsasında toplanmış materialın, iş üzrə mövcud olan sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olm amış, məhkəmənin hökmdə müəyyən etdiyinin əksinə E.Əliyevin konstitusion hüquq və azadlıqları, CPM-lə təminat verilən müdafiə hüququ təmin edilmiş, hüquqlarının məhdudlaşdırılması halı müəyyən edilməmiş, bir sözlə hazırkı iş üzrə istintaq orqanının əldə etdiyi sübutlar mötəbər olmuşdur. Hazırkı işin konkret hallarına gəldikdə qeyd olunmalıdır ki, E.Əliyevin şəxsi axtarışının keçirilməsinə dair istintaq hərəkəti, həmin istintaq hərəkəti zamanı bildirdikləri, habelə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrində göstərdikləri onun tərəfindən CM-in 234.4.3-cti maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsini birbaşa təsdiq etmiş, məhkəmə istintaqında E.Əliyevin işin faktiki hallarına uyğun olan həmin ifadələrində göstərdiklərini təkzib ed ən yeni sübut müəyyən edilməmiş və tədqiq edilməmişdir. Məhkəmə istintaqı zamanı E.Əliyev ibtidai istintaq zamanı etirafedici ifadələrini psixi və fiziki zorakılığın təsiri altında alınması ilə əlaqələndirsə də bununla bağlı nə özü, nə də müdafiəçisi şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmiş, onun tərəfindən məhkəmə baxışında irəli sürülən həmin xüsusatlar heç bir dəlillə möhkəmləndirilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 24 noyabr 2022-ci il tarixli 534/MEŞ nömrəli rəyindən, “Məhkumun tibbi kitabçası”ndan çıxarışdan görünür ki, E.Əliyev məhkəmə-tibb ekspertizasından keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamış, E.X7 Müəssisəsinə qəbul olunan zaman müayinə o lunmuş və onun bədən səthində hər hansı xəsarət aşkar edilməmişdir. Haqqında bəhs edilən sənədlərlə, həmçinin polis əməkdaşları olan şahidlər Şahid1 və Şahid2 ifadələri ilə ona fiziki və psixi zor tətbiq edilməsi, pis rəftara məruz qalması ilə bağlı E.Əliyevin ifadəsində göstərdiklərinin tamamilə təkzib edilməsi də E.Əliyevə bəraət verilməsinə dair hökmün əsassız olmasına dəlalət edir. Hökmün əsassız olmasına dəlalət edən digər bir hal isə ondan ibarətdir ki, təqsirləndirilən E.Əliyevin qardaşı Pərvin Əliyev, anası Validə Namazova, arvadı Xalidə Umudova məhkəmə istintaqı zamanı ifadələrində P.Əliyev və V.Namazovanın polis şöbəsində polis əməkdaşları tərəfindən döyülməsini bildirsələr də hansı səbəbdən bu barədə istintaq orqanına, Yevlax rayon prokurorluğuna, Daxili İşlər Nazirliyinə (o c ümlədən 102 xidmətinə). Baş Prokurorluğa və digər dövlət orqanlarına müraciət etməmələrini izah edə bilməmişlər. Təqsirləndirilən şəxsin mənafeyindən çıxış edən, işin nəticəsində maraqlı olmaqla onun cinayət məsuliyyətindən və cəzadan yayınmasını arzulayan adları çəkilən şəxslərin ifadələrində göstərilənlərin həqiqət olmasını şərti olaraq qəbul etsək belə onların buna imkanlarının olmasına baxmayaraq, qeyd olunan məzmunda müraciət etməmələri düşündürücüdür. Məhkəmənin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 E.Əliyevi törətmiş olduğu cinayət əməlinə görə ifşa edən ifadələrində göstərilənlərə sübut əhəmiyyəti verməməsinə münasibətdə qeyd olunmalıdır ki, cinayət prosessual qanunvericiliyə əsasən (CPM-in 124-cü maddəsi) həmin şəxslərin ifadələri də sübut kimi qəbu l olunur, həmin sübutlar da daxil olmaqla iş üzrə istintaq orqanı tərəfindən əldə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına dair iş materiallarında hər hansı şübhə mövcud olmamışdır. Şəxs şahid qismində verəcəyi ifadəyə görə fərdi şəkildə cinayət məsuliyyəti daşımağı barədə xəbərdar edildikdən sonra onun təqsirləndirilən şəxslərlə heç bir düşmənçilik və ədavətinin olmamasına baxmayaraq sadəcə polis əməkdaşı olması səbəbindən ifadəsində göstərilənlərin obyektiv gerçəklik olmaması nəticəsinə gəlməyin özü əsassız mövqe kimi qiymətləndirilməlidir. Yuxarıda sadalananların məcmusundan görünür ki, məhkəmə E.Əliyevin CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələr ək ona həmin maddə ilə bəraət verməklə işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, y eni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət və cinayət prosessual qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili ondan ibarətdir ki, X3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmuş, lakin birinci instansiyası məhkəməsi tərəfindən sübutların düzgün qiymətləndirilməməsi nəticəsində ona əsassız olaraq bəraət verilmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən isə həmin hökm qanunsuz olaraq qüvvədə saxlanmışdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. İstintaq orqanı X5 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittihamı elan etmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərmişdir. İstintaq orqanı X3 elan edilmiş ittiham üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun özünün istintaqın ilkin mərhələsində verdiyi ifadəni, şəxsi axtarışda və baxışda iştirak etmiş polis əməkdaşları şahidlər Şahid1, Şahid2 ifadələrini, üzərində şəxsi axtarış və götürmə aparılması haqqında 17 noyabr 2022-ci il tarixli protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini təqdim etmişdir. Həmin sübutlardan görünür ki, X3 narkotik vasitənin hər hansı bir konkret şəxsdən alması və ya həmin narkotik vasitənin hər hansı bir konkret şəxsə satması halları müəyyən edilməmişdir. X5 qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində narkotik vasitənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növbəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilib-verilmədiyini araşdırılmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Birinci instansiya məhkəməsi istintaq orqanı tərəfindən təqdim edilmiş sübutları məhkəmə iclasında tədqiq edərək nəticəyə gəlmişdir ki, həmin sübutlar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla ziddiyyət yaradır, X3 elan edilmiş ittiham üzrə təqsiri qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya protestinə əsasən işə baxarkən sübutları təkrarən araşdırıb və belə nəticəyə gəlmişdir ki, ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər və ziddiyyətli sübutları təşkil etmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, məhkəmənin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş, X5 elan edilmiş ittiham üzrə təqsiri tam sübuta yetirilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cin ayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-in 125-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xey rinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. İşdən göründüyü kimi birinci instansiyası məhkəməsi X5 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsi barədə nəticəyə gələrkən cinayət işi üzrə toplanmış sübutları qiymətləndirmiş, həmin sübutlara və işin digər materiallarına istinad etmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edərək qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri düzgün nəticəyə gəlmişlər. Belə ki, ittihamın əsasını X3 üzərində şəxsi axtarış keçirilməsi haqqında 17 noyabr 2022-ci il tarixli protokol və E.İ.Əliyevi tutmuş və onun üzərində axtarış keçirilməsinə iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 ifadələri təşkil edir. Məhkəmə-kimyəvi ekspertizasının rəyi isə yalnız narkotik vasitənin növü və miqdarı müəyyən edir və narkotik vasitənin təqsirləndirilən şəxsə məxsus olması digər sübutlarla təsdiq edildiyi halda təqsiri müəyyən edən mötəbər sübut kimi çıxış edə bilər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X8 göstərmişdir ki, polis tərəfindən saxlanılan zaman onun üzərində heç bir narkotik vasitə olmamışdır. Şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuş və polis əməkdaşlarının təzyiqi altında həmin narkotik vasitələrin ona məxsus olması demişdir. Belə ki, polis şöbəsinə onun qardaşı Pərvin Əliyev və anası Validə Namazova gətirilmiş, polis əməkdaşları ona təzyiq etmək üçün qardaşını döyməyə başlamış, buna son qoymaq üçün o, polis əməkdaşlarının tələbləri ilə razılaşmışdır. Bundan başqa, Elvin Əliyev göstərmişdir ki, tutulan zaman polis əməkdaşları onun üstünü yoxlamış və üzərində heç bir narkotik vasitə olmamışdır. Həmin vaxt onun yanında arvadı X.R.Umudova olmuşdur. Elvin Əliyevin ifadəsində göstərilən xüsusatlar məhkəmə iclasında şahid qismində dindirilmiş P.İ.Əliyevin, X.R.Umudovanın, V.Y.Namazovanın və X.Y.Fətəliyevin ifadələri ilə təsdiq olunmuşdur. Qeyd edilməlidir ki, məhkəmə tərəfindən müəyyən edilmiş Elvin Əliyevin tutulması vaxtı, habelə tutularkən arvadı X.R.Umudovanın onu n yanında olması halı yalnız Elvin Əliyevin qohumlarının ifadələri ilə deyil, həmçinin Yevlax Rayon Mərkəzi Xəstəxasının işçisi olan X.Y.Fətəliyevin ifadəsi, mobil telefon operatorları tərəfindən təqdim edilmiş məlumatlarla və "Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsdən daxil olmuş 09 avqust 2023-cü il tarixli məktubla təsdiq olunmuşdur. Məhkəmələr hazırkı iş üzrə ittihamın əsasını təşkil edən X3 üzərində şəxsi axtarış keçirilməsi haqqında 17 noyabr 2022-ci il tarixli protokolu qiymətləndirərək əsaslı olaraq nəticəyə gəlmişlər ki, həmin sübutun mötəbərliyi şübhə doğurur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Elvin Əliyev polis əməkdaşları tərəfindən Yevlax Rayon Mərkəzi Xəstəxanasının yanında tutulmuşdur. Lakin polis əməkdaşları tərəfindən Elvin Əliyevin üzərind ə tutulduğu yerdə şəxsi axtarış aparılmamış, onun Yevlax RPŞ-nə aparılmış və iki saatdan sonra üzərində axtarış keçirilmişdir. Cinayət işinin materiallarından Elvin Əliyevin tutulduğu yerdə onun üzərində şəxsi axtarışın keçirilməsinə mane edən heç bir hal müəyyən edilmir. Bundan başqa, birinci instansiyada məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Elvin Əliyev cinayət işinin materiallarında olan rəsmi sənədlərdə göstərildiyi kimi 17 noyabr 2022-ci il tarixdə saat 15:30-da deyil, bir saat öncə 17 noyabr 2022-ci il tarixdə saat 14:30 radələrində tutulmuşdur. Bununla əlaqədar qeyd etmək lazımdır ki, İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarında göstərilmişdir ki, bu hal axtarışın nəticələrini şübhə altına almaq üçün əsas yaradır. Belə ki, Avropa Məhkəməsi öz qərarında axtarışın Layıcovun həbs olunduğu yerdə deyil, Zaqatala Rayon Polis Şöbəsində aparılması ilə əlaqədar qeyd etmişdir ki, “həbslə axtarış arasındakı təxminən otuz dəqiqəlik vaxt boşluğu sübutun “qoyulması” mümkünlüyü ilə bağlı qanuni narahatlıqlar ortaya çıxarır, belə ki, bu vaxt ərzində ərizəçi tamamilə polisin nəzarəti altında idi.” Bununla yanaşı cinayət işinin materiallarında olan Yevlax Rayon Polis Şöbəsindən daxil olmuş "Şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı kitabı”ndan çıxarış vasitəsilə müəyyən edilmişdir ki, X6 və X4 17 noyabr 2022-ci il tarixdə saat 16:45də polis şöbəsinə gətirilmişlər və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis polkovnik -leytenantı Şahid1 tərəfindən qəbul edildikdən sonra Pərvin Əliyev qeyd olunan tarixdə saat 17:35-də, Validə Namazova isə göstərilən tarixdə saat 17:40-da polis şöbəsini tərk etmişlər. Cinayət işinin materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 17 noyabr 2022-ci il tarixli protokoldan isə görünür ki, X6 və X4 qəbul edildiyi vaxt, yəni həmin tarixdə saat 16:45-dən saat 16:54-dək olan müddət ərzində polis əməkdaşları Şahid1 və Şahid2, habelə müdafiəçinin iştirakları ilə X3 üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılaraq əynində olan göy rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, şübhə doğuran digər hal ondan ibarətdir ki, cinayət işinə əlavə edilmiş BNMİ-in baş əməliyyat müvəkkili, polis polkovnikleytenantı Şahid1 17 noyabr 2022-ci il tarixli raportunda Yevlax şəhəri, M.Qasımov küçəsində nömrəsiz fərdi evdə yaşayan X1 miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Yevlax rayonunun ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar Elvin Əliyevin barəsində əməliyyat-axtarış təbirlərinin keçirilməsi barədə 17 noyabr 2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda onun üzərinə və yaşayış yerinə baxış keçirilməsi barədə qeyd edilmişdir. 17 noyabr 2022-ci il tarixdə əməliyyat qrupu həmin əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün Bakı şəhərindən Yevlax şəhərinə gəlmiş, Elvin Əliyev əməliyyat qrupuna daxil olan polis əməkdaşları tərəfindən Yevlax Rayon Mərkəzi Xəstəxanasının yanında saxlanılmış və Polis Şöbəsində onun üzərində 7,503 qram narkotik vasitə olan heroin aşkar edilmişdir. Elvin Əliyev izahat vermişdir ki, onda aşkar edilmiş heroini o, həmin gün tapmışdır. Belə vəziyyətdə, yəni Elvin Əliyevin yaşadığı yerdə narkotik vasitəni saxlamasına kifayət qədər ehtimalın olması və onun yaşadığı evə baxış keçirilməsi barədə artıq qərar qəbul olunmasına baxmayaraq, narkotiklə mübarizə aparan xüsusi polis orqanının əməkdaşları əməliyyat-axtarış tədbirlərini və istintaq hərəkətlərini aparmaq üçün digər şəhərə gəlib onun üzərində 7,503 narkotik vasitə aşkar etdikdən sonra bununla kifayətlənmiş, onun yaşadığı evə baxış keçirməmişlər. İşin bu halı da əməliyyat axtarış tədbirinin formal keçirilməsinə, həmin tədbirinin cinayətin tam açılması, habelə iş üzrə araşdırmanın obyektiv və hərtərəfli aparılması üçün deyil, yalnız Elvin Əliyevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün keçirilməsinə dəlalət edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 göstərmişlər ki, onlar X10 Rayon Mərkəzi Xəstəxanasının yanında 17 noyabr 2022-ci il tarixdə saat 15:30-da tutmuş, Elvin Əliyev həmin vaxt tək olmuşdur. Tutulanda onlar Elvin Əliyevin üstünü yoxlamamışlar. Polis əməkdaşlarının həmin ifadələri Elvin Əliyevin və onun arvadı Xalidə Umudovanın ifadələri ilə ziddiyyət təşkil edir. Belə ki, Elvin Əliyev və Xalidə Umudova ifadələrində göstərmişlər ki, Elvin Əliyev saat 14:30-da arvadı Xalidə Umudovanın yanında tutulmuş, tutulan zaman polis əməkdaşları Elvin Əliyevin üstünü yoxlamışlar. Qeyd edilməlidir k i, həm Elvin Əliyev, həm Xalidə Umudova hazırkı cinayət işi üzrə maraqlı şəxslər olsa da, onların Elvin Əliyevin tutulması hallarla əlaqədar verdikləri ifadələr məhkəmə iclasında tədqiq edilmiş digər şübhə doğurmayan sübutlarla – şahid X.Y.Fətəliyevin ifadələri, mobil telefon operatorları tərəfindən təqdim edilmiş məlumatları, Yevlax Rayon Mərkəzi Xəstəxanasının məktubu ilə uyğunluq təşkil edir. Bundan başqa, cinayət işinin materialları ilə müəyyən olunmuşdur ki, Elvin Əliyev narkotik vasitələrin istifadəçisi deyil, narkomaniya xəstəliyindən əziyyət çəkmir, onun istifadəsində olan mobil telefonda narkotik vasitələrin istifadəsinə və ya satışına dəlalət edən heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası işin hallarını və qanunun yuxarıda sadalanan normalar ını nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq nəticəyə gəlmişdir ki, X5 qarşı Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın əsasını təşkil edən şəxsi axtarış keçirilməsi barədə protokol, şahidlər Şahid1 və Şahid2 ifadələri şübhə doğurur və mötəbər sübutlar kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkumun təqsirliyinin sübuta yetmədiyi müəyyən edilərkən sübutların Avropa İnsan Hüquqları Məhkəməsinin presidentlərinə və Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası və cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsi müəyyən edir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 144, 145 və 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 42.2.4-cü maddəsində göstərilir ki, həmin Məc əllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyi sübuta yetirilmədikdə və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıхarılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları məcmu halda qiymətləndirərək və sadalanan qanunvericilik normalarına əsaslanaraq düzgün olaraq belə nəticəyə gəlmişdir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törətməsi sübuta yetmir. Məhkəmə kollegiyasının qənaətinə görə apell yasiya instansiyası məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, X3 təqsirinin sübuta yetirilməməsini müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin X8 barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin “Barbara, Messege və Habordo İspaniyaya qarşı” işindəki hüquqi mövqeyə görə təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikird ə olmasınlar. Sübut etmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bu baxımdan da məhkəmə kollegiyası bəraət hökmünü qüvvədə saxlamış apellyasiya instansiyası məhkəməsinin mövqeyini düzgün hesab edir. Beləliklə, kassasiya protestində qeyd edilmiş dəlillər iş materialları ilə ziddiyyət təşkil etdiyindən məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq protestin təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024-cü il tarixli qərarının isə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. X8 barəsində Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 fevral 2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar