Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1813/2025 24.07.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Xırıdov Əhliman Mehman oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, Məhkum iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-244/2023 nömrəli, 17 mart 2025-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxx xxx-cı il tarixdə x qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, x qəsəbəsində qeydiyyatda olmaqla yaşamışdır.
2. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-86/2023 nömrəli, 30 yanvar 2023cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 234.4.3 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-ni n 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 02 sentyabr 2022-ci il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilmədiyini, buna görə də hökmün dəyişdirilməsi və onun Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirli bilinib həmin maddə ilə cəza təyin edilməsini xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-244/20 23 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunmamış, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-86/2023 nömrəli, 30 yanvar 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
5. Həmin qərardan Məhkum 09 fevral 2025-ci il tarixdə kassasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə verib, kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətinin bərpa edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
6. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-244/2023 nömrəli, 17 mart 2025-ci il tarixli qərarı ilə Məhkum kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir.
7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verişmişdir. II. Kassasiya mürac iətinin dəlilləri, etirazlar
8. Kassasiya şikayətində məhkum prosessual müddətin ötürülməsinin səbəbi kimi səhhətində problem olmasını əsas göstərməklə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-244/2023 nömrəli, 17 mart 2025-ci il tarixli qərarının ləğv edilməsi, kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
10. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 410.1.4-cü maddəsinə əsasən məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbi q edilməsi haqqında məhkəmə qərarından - onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində (2020-ci il iyul ayının 15-dək qüvvədə olan redaksiyada 18 (on səkkiz) ay) kassasiya şikayəti verilə bilər.
11. Həmin Məcəllənin 411.2, 411.2.1 və 411.2.2-ci maddələrinin ümumi məzmununa görə, bu Məcəllənin 409-cu maddəsində göstərilmiş şəxs səhhətinin uzun müddətli fiziki və ya psixi pozuntularına səbəb olan ağır xəstəliyə tutulduqda və bunun nəticəsində onun obyektiv olaraq vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanı olmadıqda; vaxtında kassasiya şikayəti və ya kassasiya protesti vermək imkanından məhrum edən fövqəladə hadisə və ya həmin şəxsin iradəsindən asılı olmayan digər hal baş verdikdə, apelyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin və ya kassasiya protesti nin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında vəsatəti təmin etmək hüququna malikdir.
12. Cinayət işinin materiallarından müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)-244/2023 nömrəli, 05 aprel 2023-cü il tarixli qərarı proses iştirakçılarının, o cümlədən Məhkum və onun müdafiəçisinin iştirakı ilə 05 aprel 2023-cü il tarixində elan edilmiş, qərarın surəti 10 aprel 2023-cü il tarixli məktubla məhkumun saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilmişdir. Məhkum apellyasiya instansiyası məhkəmənin həmin qərarından qanunvericiliklə müəyyən edilmiş 12 aylıq müddət daxilində, 30 mart 2024-cü il tarixdə kassasiya şikayətini versə də, daha sonra ərizə ilə müraciət edib cinayət işinə kassasiya instansiyası məhkəməsində baxılanadək verdiyi kassasiya şikayətinin baxılmadan geri qaytarılmasını xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-1814/2024 nömrəli, 15 oktyabr 2024-cü il tarixli qərarı ilə onun ərizəsi təmin edilmişdir.
13. Bununla belə, Məhkum yenidən 09 fevral 2025-ci il tarixdə, yəni kassasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş 12 ay müddət keçdikdən sonra kassasiya şikayəti, eyni zamanda kassasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi ilə bağlı ərizə ilə müraciət etmiş, müddətin buraxılmasının üzrlü səbəbləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum müddətin buraxılması ilə bağlı üzrlü səbəblər göstərə bilmədiyindən, müvafiq olaraq qanunla müəyyən edilmiş 12 a y müddəti üzrsüz səbəbdən ötürdüyündən, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq onun kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair vəsatətini təmin etməmişdir.
15. Nəticə etibarilə, baxılan işdə Azərbaycan Respublikası CPM-nin 411.2-ci maddəsinin təsbit etdiyi hallar, eləcə də məhkumu vaxtında kassasiya şikayəti vermək imkanından məhrum edən digər hallar müəyyən edilmir.
16. Məhkəmə kollegiyası həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müddətlərin tətbiqi ilə bağlı hüquqi mövqeyinə istinad edilməsini zəruri hesab edir.
17. Belə ki, Avropa Məhkəməsinin mövqeyinə görə, məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyəti tətbiqinin bır sıra səbəbləri var. Bunlardan əsası olan işlərə ağlabatan müddətdə baxılmasının təmin edilməs i ilə yanaşı, hüquqi müəyyənliyin qorunub saxlanılması və məhkəmə çəkişməsi tərəflərinin uzun müddət qeyri-müəyyən vəziyyətdə qalmasının qarşısının alınması daxildir. Bu qayda, eyni zamanda, gələcək şikayətçiyə məhkəməyə müraciət edib etməməsi barədə düşünməyə, şikayət etməsinə qərar verdikdə isə qaldırılacaq konkret şikayət və dəlilləri barədə qərar verməsinə vaxt imkanı verir. Müddət məhdudiyyətinin qoyulması, eləcə də məhkəmələrin iş üzrə faktların müəyyən edilməsinə dair imkanlarını genişləndirir, çünki zaman keçdikcə qaldırılan məsələlərin ədalətli şəkildə araşdırması artıq problemli məsələyə çevrilir. Belə qayda məhkəmə nəzarətinin müəyyən vaxtla məhdudlaşdığını nümayiş edir və tərəflərə belə nəzarətin tətbiqinin uzun müddət ərzində davam edəcəyinin mümkün olmadığını bildirir. Bu cür müddət məhdudiyyətinin mövcud olması, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasına üzv dövlətlərin məhkəmələrinin qəbul etdiyi qərarlarının davamlı olaraq şübhə altında saxlanmasının qarşısının alınması arzusu ilə əsaslandırılmış və cəmiyyətdə nizam, sabitlik və sülhün qorunmasına yönəlmişdir. Avropa Məhkəməsinin davamlı mövqeyi ondan ibarət olmuşdur ki, prosessual qaydalara riayət edilməsi və məhkəməyə müraciət etmək hüququna müddət məhdudiyyətinin qoyulması, məhkəmə prosesi tərəflərinin qanun qarşısında bərabərliyini təmin edən hüquqi müəyyənlik prinsipinin təməl əsasını təşkil edir. Bu prinsip Konvensiyanın bütün maddələrində açıq şəkildə ifadə edilmişdir və qanunun aliliyinin fundamental tərkib hissələrindən biridir (Səbri Günəş Türkiyəyə qarşı [BP], № 27396/06, §§ 39-42, 29 iyul 2012-ci il).
18. Yuxarıda qeyd edilənlərlə yanaşı, məhkəmə kollegiyası onu da nəzərə alır ki, cinayət işinin mahiyyəti üzrə məhkəmə baxışı mərhələsində maddi və prosessual cinayəthüquqi normaların pozulması, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları aşkar edilməmişdir.
19. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-244/2023 nömrəli, 17 mart 2025-ci il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.