Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-1814/2022 17.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov İlqar Səyyad oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-294/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassas iya şikayətinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx 1980-ci il tarixdə Quba rayonu, Rustov kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, işləməyən, məhkumluğu olmayan, Quba rayonu, Rustov kəndində qeydiyyatda olan. 2. 02 iyun 2021-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 128, 178.2.2, 178.2.4 və 326.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 22 iyun 2021-ci il tarixdə Quba Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müə yyən edilmiş işin faktiki hallarına görə, Məhkum xx.xx.2014-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında Zərərçəkmiş şəxs1 etibarından suiistifadə edərək sonuncunu “Azfen” şirkətinə işə düzəldəcəyi adı ilə aldadaraq 1000 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxsə 1000 manat miqdarında maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən xx.xx.2015-ci il tarixdə ünvan 1 ünvanında Zərərçəkmiş şəxs2 etibarından suiistifadə edərək sonuncunu “Azfen” şirkətinə elektrik vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq, əvvəlcə 500 manat, xx.xx.2015-ci il tarixdə həmin ünvanda həmin şirkətə briqadir vəzifəsinə işə düzəldəcəyi adı ilə aldadaraq 300 manat pulunu alıb, vahid niyyətlə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 800 manat miqdarında maddi ziyan vuraraq dələduzluq etmişdir. Daha sonra o, təkrarən xx.xx.2015-ci il tarixdə ünvan 2 ünvanında X6 etibarından sui-istifadə edərək sonuncunu “Azfen” şirkətinə fəhlə kimi işə düzəldəcəyi adı ilə aldadaraq 600 manat pulunu ələ keçirməklə zərərçəkmiş şəxsə 600 manat miqdarında maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla yanaşı o, təkrarən, Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edib onu Quba rayonu, Kardaş kəndində torpaq sahələri almasına vasitəçilik edəcəyi adı ilə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ondan 2019-cu ilin fevral ayının əvvəllərindən 28 dekabr 2019-cu il tarixədək olan müddətdə sonuncu dəfə Quba şəhəri Heydər Əliyev prospektində yerləşən Quba rayon Məhkəməsinin inzibati binasında olmaqla Quba və Qusar rayonlarının müxt əlif yerlərində ümumilikdə 45286 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, Zərərçəkmiş şəxs5 etibarından suiistifadə edib onu, Qusar rayonu Zindanmoruq kəndində yerləşən qohumu X7 adına olan 5 hektar torpaq sahəsinin çıxarışını əldə etməyinə vasitəçilik edəcəyi adı ilə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2019-cu ilin fevral ayının əvvəllərində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “ASAN Xidmət” mərkəzinin yanında 1600 manat, 2019-cu ilin mart ayının əvvəllərində Quba şəhəri, H.Əliyev prospektində yerləşən “Araz” marketin yanında 5100 manat, 2019-cu ilin aprel ayının əvvəllərində Quba rayonu, Paşaoba kəndində 700 manat, 2019-cu ilin aprel ayının ortalarında Quba rayonu, Paşaoba kəndində 500 m anat və sonuncu dəfə isə 2019-cu ilin aprel ayının sonlarında Xaçmaz şəhərində yerləşən NKİ klinikasının yaxınlığında 800 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə ümumilikdə 8700 manat xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Sonra o, təkrarən, özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə, həmkəndlisi Zərərçəkmiş şəxs7 torpaq sahəsini daha sərfəli yerdə sahə ilə dəyişəcəyini vəd edib aldatmaqla, 2019-cu ilin mart ayında Quba rayonu, Rustov kəndində yerləşən Zərərçəkmiş şəxs7 məxsus 11600 manat dəyərində 1,16 ha torpaq sahəsinin tanışı Zərərçəkmiş şəxs4 etibar edilməsi barədə müvafiq sənədləşmə aparılmasını təşkil edib, faktiki olaraq ona satmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, X3 etib arından suiistifadə edib onu aldatmaqla 2019-cu ilin mart ayında Quba rayonu, Rustov kəndində Sədaqət İsrayılovaya məxsus 0,40 ha torpaq sahəsini satması müqabilində ona Rustov kəndi ərazisində başqa torpaq sahəsi verilməsini öz öhdəsinə götürməklə söz verərək aldatmışdır. Daha sonra o, təkrarən, özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə, həmkəndlisi X1 torpaq sahəsini daha sərfəli yerdə sahə ilə dəyişəcəyini vəd edib aldatmaqla, 2019-cu ilin mart ayında Quba rayonu, Rustov kəndində yerləşən Nemət İsrailova məxsus 9200 manat dəyərində 0,92 ha torpaq sahəsinin tanışı Zərərçəkmiş şəxs4 etibar edilməsi barədə müvafiq sənədləşmə aparılmasını təşkil edib, faktiki olaraq ona satmaqla zərərçəkmiş N.İsrailova xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla yanaşı o, təkra rən, özgə əmlakını dələduzluq yolu ilə ələ keçirmək məqsədilə, həmkəndlisi Zərərçəkmiş şəxs9 torpaq sahəsini daha sərfəli yerdə sahə ilə dəyişəcəyini vəd edib aldatmaqla, 2019-cu ilin mart ayında Quba rayonu, Rustov kəndində yerləşən Zərərçəkmiş şəxs9 məxsus 5800 manat dəyərində 0,58 ha torpaq sahəsinin tanışı Zərərçəkmiş şəxs4 etibar edilməsi barədə müvafiq sənədləşmə aparılmasını təşkil edib, faktiki olaraq ona satmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmçinin o, 01 sentyabr 2019-cu ildə Quba rayonu, Qam-qam kəndində Zərərçəkmiş şəxs11 adına verilmiş JN0123 nömrəli, Zərərçəkmiş şəxs10 adına verilmiş JN0125 nömrəli və Zərərçəkmiş şəxs12 adına verilmiş JN0124 nömrəli rəsmi sənəd hesab olunan torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarını sonuncunun İİİ qrup əlilsağlamlıq imkanları məhdud olan oğlu Şahid5 aldatmaq yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs12 rəsmi sənəd hesab olunan torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarını talamışdır. Eləcə də o, təkrarən, Zərərçəkmiş şəxs13 etibarından sui-istifadə edib ona Quba rayonu, Mirzəmmədkənd kəndində yerləşən 1,44 hektar torpaq sahəsi satacağı adı ilə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissəhissə olmaqla ondan 2020-ci ilin iyul ayı ərzində Quba rayonu ərazisində müxtəlif yerlərdə ümumilikdə 1670 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Sonra o, təkrarən, Zərərçəkmiş şəxs15 etibarından suiistifadə edib onu, Qusar rayonu Langi kəndində yerləşən qohumu X4 adına olan 1,5 hektar torpa q sahəsinin çıxarışını əldə etməyinə vasitəçilik edəcəyi adı ilə aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə olmaqla ondan Qusar şəhəri ərazisində 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayları ərzində ümumilikdə 25800 manat pulunu alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir.
5. Quba Rayon Məhkəməsinin 1(027)-3/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli qərarı ilə zərərçəkmiş şəxslə barışdığına görə, barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq edilməklə, Məhkum Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmişdir.
6. Quba Rayon Məhkəməsinin 1(027)-3/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 326.1-ci maddəsi ilə nəzərdə tutulmuş c inayət əməlini törətməkdə təqsirli bilinmiş, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən, həmin epizod üzrə törədilmiş cinayət əməlinə görə ona cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 22 iyun 2021-ci il tarixdən hesablansı hökm edilmişdir.
7. Birinci instansiya məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayəti verib, Məhkum barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsini tətbiq etməklə təyin edilmiş cəzasının şərti olaraq tətbiq olunmasını xahiş etmişdir.
8. Sumqayıt Apellyasiya Məh kəməsinin Cinayət kollegiyasının 1(105)-294/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Quba Rayon Məhkəməsinin 1(027)-3/2022 nömrəli, 13 aprel 2022-ci il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
9. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Kassasiya şikayətində cinayət əməlinin törədilməsi faktı və təyin edilmiş cəzanın ağırlığı mübahisələndirilmiş, məhkəmə kollegiyasından Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-294/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarının dəyişdirilməsi, təqsirləndirildiyi cinayət işinə bəraətverici əsaslarla xitam verilməsi xahi ş edilir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinın normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsb it edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum kassasiya şikayətində törətmədiyi cinayət əməlinə görə əsassız məhkum edildiyini, həmçinin ona təyin edilən cəzanın ağır olduğunu iddia edərək, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Sumqayıt Apellyasiy a Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-294/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
18. Məhkum hökmlə istinad edilən (apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı) cinayət əməlini törətməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası CPM-nin 33, 125, 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilmiş, bir-biri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir.
19. Birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində Məhkum müdafiəçisi Müdafiəçi1 qeyd olunan əməlin törədilməsini mübahisələndirməsə də, apellyasiya şikayətinə baxılması zamanı apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin gəldi yi nəticələrin düzgünlüyü yoxlanılarkən, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 326.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi, şahid ifadələri, ekspert rəyləri, habelə digər sübutlarla tam təsdiq olunduğu haqda nəticəyə gəlinmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgünlüyünü yoxlayıb sübutlar və sübutetmə, eləcə də işin faktiki hallarının müəyyən edilməsi məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Məhkum hazırki qərarda təsvir edilmiş hərəkətlərindən, eyni zamanda Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 326.1-ci maddələri dispozisiyasından və Cinayət Məcəlləsinin Ümumi Hissəsinin müddəalarından çıxış edərək, onun əməlində həmin Məcəllənin qeyd edilən maddələrində nəzər də tutulmuş cinayətin tərkibinin olması, bu maddələrlə onun təqsirli bilinməsini istisna edən halların, yəni Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinin təsbit etdiyi bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin sözügedən məsələlər üzrə gəldiyi nəticələr işin hallarının obyektiv araşdırılmasına, birinci instansiya məhkəməsində Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun qaydada tədqiq edilmiş sübutlara, müvafiq maddi və prosessual cinayət hüququ normalarının düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticələri təkzib etmədiyindən, məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin Məhkum əməlinin Azərbaycan Respublikası CM-ni n 178.2.2, 178.2.4 və 326.1-ci maddələri ilə tövsif edilməsi, onun bu maddə ilə təqsirli bilinməsini istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instansiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib şərh edildiyindən, apellyasiya instansiyası məhkəməsi öz nəticələrini əsaslandırmaqla həmin sübutların üzərində qurduğundan, məhkəmə kollegiyası hazırki qərarda sübutlar üzərində qurulmuş həmin nəticələrə dair yeni təsvir və şərh verilməsinə zərurət görmür.
22. Məhkəmə kollegiyası həmçinin məhkum edilmiş şəxs Məhkum daha yüngül cəzа təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmələrin bu hissədə mövqeyi ilə razılaşır və hesab edir ki, onların qəbul etdiyi qərarlar müvafiq maddi hüquq normalarına uy ğunundur. Məhkəmələr Məhkum cəza təyin edərkən onun cəzasını yüngülləşdirən hal kimi təqsirini qismən etiraf edib peşman olmasını, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, prostat vəzinin xərçəngi xəstəliyindən əziyyət çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs9 vurduğu zərəri tam aradan qaldırmasını və onların Məhkum qarşı şikayət və tələbinin olmamasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə tam riayət etmişdir. Məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etmir.
23. Məhkəmə kol legiyası eyni zamanda qeyd edir ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma cinayət hadisəsinin öz mənafeyinə uyğun təfsirinin təqdim və müdafiəsinin müvafiq qaydada təşkil etməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual hüquq normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir. Qeyd olunanlar apellyas iya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
24. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum verdiyi kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-294/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda təsvir edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 1(105)-294/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qərarı verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.